Brayan Treysi Daxili İntizamın Gücü



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix24.04.2022
ölçüsü1,53 Mb.
#56201
1   2   3   4   5   6   7   8   9   ...   24
Brian Tracy The Power of Self-Discipline

“Ən böyük qələbə özünə qalib gəlməkdir” 
                                                                           Platon 
 
Nə  üçün  bəziləri  həyatda  digərlərindən  daha  çox 
nailiyyət  əldə  edirlər?  Bu  sual,  insanlıq  tarixi  boyunca 
bütün yaxşı beyinləri zəbt etmişdir. 2300 il öncə Aristotel 
yazmışdır  ki,  insanın  ən  böyük  məqsədi  xoşbəxt  olmaq-
dır.  O demişdir ki, bizim cavab  verəcəyimiz  ən əsas sual 
“Xoşbəxt  olmaq  üçün  necə  yaşamalıyam?”  sualı  olmalı-
dır.  Sizin  özünüzə bu sualı vermək  və düzgün  cavablan-
dırmaq  və  cavabın  müəyyən  etdiyi  istiqamətdə  getmək 
bacarığınız  sizin  xoşbəxt  olub-olmayacağınızı  müəyyən 
edəcəkdir.  Öz  bildiyinizdən  başlayın.  Uğur  dedikdə  nə 
başa  düşürsünüz?  Əlinizdə  sehrli  çubuq  olsaydı  və  siz 
onun  köməyi  ilə  həyatınızı  istədiyiniz  kimi  qurmağa  qa-
dir olsaydınız onda həyatınız necə olardı?  
 
 
İdeal hesab etdiyiniz həyatı təsvir edin. 
 
Biznesiniz,  işiniz  və  karyeranız  ideal  olsaydı  necə 
görünərdi və ya necə olardı? Hansı vəzifənin sahibi olar-
dınız?  Gəliriniz  nə  qədər  olardı?  Necə  insanlarla  işləyər-
diniz? Və ən əsası ideal karyeranı qurmaq üçün nə etmək 
lazım gələrdi?  
Ailə  həyatınız  hər  mənada  ideal  olsaydı  o  necə 
olardı? Harada və necə yaşayardınız? Ailə üzvlərinizlə nə 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
23 
ilə məşğul olmaq istərdiniz, vaxtınızı nəyə sərf edərdiniz? 
Əlinizdəki sehrli çubuğu tərpətməklə bugünkü ailə həya-
tınızda nəyi dəyişmək istərdiniz?  
Əgər sağlamlığınız ideal olsaydı o necə olardı? Özü-
nüzü  necə  təsəvvür  edərdiniz?  Çəkiniz  nə  qədər  olardı, 
atletik  göstəriciləriniz  necə  olardı,  bugünkündən  necə 
fərqlənərdi?  Və  ən  əsası  həmin  ideal  sağlamlığa  malik 
olmaq  üçün  bu  gündən  fəaliyyətə  başlasaydınız  hansı 
işləri görmək lazım olardı? 
Maliyyə  vəziyyətiniz  ideal  olsaydı  bank  hesabınız-
da  nə  qədər  pul  olardı?  İllik  gəliriniz  nə  qədər  olardı? 
Bank hesabınızda nə qədər pul olsaydı maliyyə problemi 
haqda narahat  olmazdınız? Və ideal  maliyyə  vəziyyətinə 
malik  olmaq  üçün  bu  gundən  fəaliyyətə  başlasaydınız 
hansı işləri görməli olardınız?  
 
 
Özünüzə aid olan işləri görün. 
 
Uğurun  məşhur  açıqlaması  belədir:  “Həyatını  istə-
diyin  kimi  yaşamaq,  istədiyin  işlə  məşğul  olmaq,  yalnız 
öz  seçdiyin  insanlarla  və  istədiyin  şəraitdə  işləmək 
imkanı”.  İstənilən  halda,  “uğurun”  nə  demək  olduğunu 
izah  etmək  istədikdə,  dərhal  gözünüzün  önündə,  edil-
məsi  və  edilməməsi  vacib  olan  işlər  canlanacaq  ki,  onlar 
da  sizin  ideal  həyatınızı  qurmaq  üçün  lazımdır.  Və  sizi 
arzularınıza  doğru  irəliləməkdən  saxlayan  əsas  işlər 
adətən  sizin  sevimli  bəhanələriniz  və  daxili  intizamın 
azlığıdır.  Məsələ  sizin  nə  etmək  lazım  olduğunu  bilmə-
məyinizdə  yox,  istəyinizdən  asılı  olmayaraq  özünüzü 
Примечание [E42]: Face-de sual 
Примечание [E43]: STATUS 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
24 
həmin  işləri  görməyə  vadar  etmək  üçün  daxili  intiza-
mınızın çatışmamasındadır. 
 
 
Zirvədəki 20 faizə qoşulun. 
 
Bizim  cəmiyyətdə  zirvədəki  20  faiz  insan  pulların 
80  faizini  qazanır.  1895-ci  ildə  Vilfredo  Pareto  tərəfindən 
müəyyənləşdirilmiş “Pareto Prinsipi” o vaxtdan bura də-
fələrlə  öz  təsdiqini  tapmışdır.  Sizin  karyeradakı  birinci 
məqsədiniz,  seçdiyiniz  sahənin  zirvədə  dayanan  20  faiz-
inə qatılmaq olmalıdır.  
İyirmi birinci əsrdə üstünlük təhsil və bacarıqdadır. 
Daha çox bilik və bacarığa yiyələnməklə daha kompitent 
və  qiymətli  kadr  olursunuz.  Öz  sahənizdə  püxtələşdikcə 
gəliriniz də artır. Təəssüf ki, insanların çox hissəsi, aşağı-
dakı 80 faiz, bilik və bacarıqlarını artırmaq üçün ya çox az 
ya  da  ümumiyyətlə  heç  bir  zəhmət  sərf  etmir.  Goffrey 
Kolvinin  2009-cu  ildə  nəşr  edilmiş  "İstedadın  Dərəcəsi 
artırılmışdır" kitabına əsasən, insanların çoxu öz peşələri-
ni  işə  düzəldikləri  birinci  ildə  öyrənir  və  bundan  sonra 
heç bir irəliləyiş etmirlər. Yalnız zirvədəki insanlar daimi 
inkişaflarına fikir verirlər. Bacarıq, bilik və zəhmətkeşliyə 
əsaslanan  məhsuldarlıq  bacarığının  qeyri-bərabərliyinə 
görə  Amerikanın  maliyyə  sahəsinin  33  faizi  zirvədəki  1 
faiz insan tərəfindən idarə olunur. 
 
 
 
 
Примечание [E44]: STATUS 
Примечание [E45]: STATUS 
Примечание [E46]: STATUS 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
25 
Heç nəylə başlamaq. 
 
Maraqlı  bir  fakt,  demək  olar  hamı  həyata  eyni  cür 
başlayır  –  heç  nəylə,  yada  çox  az  bir  şeylə.  Amerikanın 
(və  bütün  dünyanın)  demək  olar  bütün  uğurlu  adamları 
birinci nəsildən olanlardır. Bu o deməkdir  ki, bəzi adam-
lar həyata heç nəylə ya da çox az bir şeylə başlamaqlarına 
rəğmən istədikləri hər şeyə nail olmuşdurlar.  
Amerikanın ən varlı insanlarının demək olar hamısı 
birinci  nəsildirlər.  Misal  üçün  Bill  Qeyts,  Vorren  Baffett, 
Larri  Ellison,  Mişel  Dell,  Pol  Allen  və  s.  Milyonçuların 
tam 80 faizi çox az pulla, qəpiksiz və yaxud da borc içində 
başlamışlar  və  Sem  Voltonda  olduğu  kimi  həyatlarını 
dəyişərkən 100 milyard dollarlıq sərvətə malik olmuşdur-
lar.  Bütün  hamının  orta  səviyyədən  yuxarı  qalxa  bilmə-
diyi halda bu insanlar zirvəyə necə yüksələ bildilər? 
Tomas  Stenli  və  Vilyam  Danko  “Qonşu  Milyonçu” 
kitabında, 25 il ərzində 500 milyonçudan müsahibə götür-
müş və 11 000 dən çoxunu müşahidə etmişdirlər. Onların 
hamısından,  nə  üçün  onlarla  eyni  səviyyədə  başlayan 
insanların  maliyyə  problemləri  ilə  mübarizə  apardıqları 
bir  vaxtda,  onlar  maliyyə  azadlığı  əldə  edəcəklərinə  bu 
qədər  əmindirlər  deyə  soruşmuşdurlar.  Birinci  nəsildən 
olan  milyonçuların  tam  85  faizinin  cavabı  təxminən  belə 
olmuşdur:”Mənim nə  təhsilim nə də ağlım digərlərindən 
üstün  olmuşdur,  sadəcə  digərlərindən  daha  çox  zəhmət 
çəkməyə hazır olmuşam”.  
 
 
 
Примечание [E47]:  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
26 
Zəhmətkeşlik açardır. 
 
Daxili  intizamın  mübahisəsiz  tələbi  zəhmətdir.  Uğ-
ur yalnız, asan yolu seçmək kimi təbii tendensiyanı üstə-
ləməklə  əldə  edilə  bilər.  Davamlı  uğura  yalnız,  özünü 
uzun müddət ağır zəhmət çəkməyə vadar etməklə nail ol-
maq olar.  
Girişdə  qeyd  etdiyim  kimi  mən  həyata  pulsuz  və 
heç  bir  üstünlüyə  malik  olmadan  başlamışam.  Uzun 
müddət fəhlə işləmişəm və gəlirim yalnız minimum tələ-
batımı ödəməyə güclə bəs edirdi. Artıq fəhlə işi də tapma-
dıqda  satış  sahəsinə  keçməli  oldum  və  özümdən  “Nə 
üçün  bəziləri  digərlərindən  daha  uğurlu  satıcıdırlar?” 
deyə soruşana kimi yerimdə addımlamalı oldum. Bir gün 
isə  ən  yaxşı  satıcılardan  biri  mənə  dedi  ki,  satıcıların  20 
faizi  pulun  80  faizini  qazanır.  Bunu  ilk  dəfə  idi  ki, 
eşidirdim. Bu o demək idi ki, yerdə qalan 80 faiz satıcı pu-
lun yalnız 20 faizi ilə kifayətlənməlidir. Və mən zirvədəki 
20  faizə  qoşulmaq  qərarına  gəldim.  Bu  qərar  mənim 
həyatımı dəyişdi.  
 
 
Böyük qanun. 
 
Sonra  mən  zirvədəki  20  faizə  qoşulmağı  mümkün 
edən,  “Kainatın  dəmir  qanunu”nu  öyrəndim.  Bu,  Səbəb 
və Nəticə və ya Əkin və Biçin qanunu idi. Bu qanuna əsa-
sən, “Hər bir nəticənin müəyyən bir və ya bir neçə səbəbi 
var”.  
Примечание [E48]: STATUS 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
27 
Bu qanuna əsasən, müəyyən bir sahədə nailiyyət əl-
də etmək üçün öncə həmin sahədə nailiyyətin hansı baca-
rıq  və  vərdişlər  hesabına  əldə  edildiyini  öyrənmək  və 
sonra nailiyyət əldə edilənə kimi həmin vərdişləri təkrar-
lamaq  lazımdır.  Qayda  budur: “Uğurlu  adamların etdik-
lərini usanmadan təkrarlasanız, sonunda sizin də, uğurlu 
insanların əldə etdikləri nailiyyəti əldə etməyinizə heç nə 
mane ola bilməz. Yox, əgər siz uğurlu insanların etdikləri-
ni təkrarlamasanız onda sizə heç nə kömək edə bilməz”.  
Qədim əsatirlərdən gələn Əkin və Biçin qanunu, Sə-
bəb və Nəticə qanununun  bir formasıdır. Bu qanuna əsa-
sən  insan  bu  gün  nə  əkirsə  sabah  mütləq  onu  da  biç-
məlidir.  Və  yaxud  da  bu  gün  biçdiyimiz  məhsul  əkdiyi-
miz  əkinin  nəticəsidir.  Beləliklə,  bugünkü  məhsulunuz 
sizi qane etmirsə onda dərhal yeni toxumlar əkmək, uğu-
ra aparan vərdişlər əldə etmək yalnız sizdən asılıdır.  
 
 
Uğuru öncədən proqnozlaşdırmaq  
mümkündür. 
 
Uğur  heç  vaxt  təsadüf  olmur.  Təəssüf  ki,  uğursuz-
luq  da  təsadüf  deyil.  Uğurlu  insanların  etdiklərini  adət 
halina çevirənə kimi dəfələrlə təkrar etdikdən sonra siz də 
uğur qazanırsınız. Və əksinə, uğurlu insanların etdiklərini 
etmədikdə  siz  uğursuzluğa  düçar  olursunuz.  Və  hər  iki 
halda fələk bitərəf qalır. O, heç kimin tərəfini tutmur. On-
un  üçün  fərqi  yoxdur.  Sizin  başınıza  gələn  sadəcə  qanu-
nauyğunluqdur – Səbəb və Nəticə qanunu.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
28 
Siz özünüzə hazır mexanizmli bir qurğu kimi yana-
şa  bilərsiniz.  Sizin  hazır  mexanizminiz,  yuxarıda  söhbət 
açdığımız, asan və ya az müqavimətli yolu seçmək istəyi-
dir.  Daxili  intizam  olmadıqda  sizin  hazır  mexanizminiz 
işə  düşür.  Uğursuzluğunuzun  və  potensialınızdan  tam 
istifadə edə bilməməyinizin əsas səbəbi məhz budur.   
Siz  uğur  əldə  etmək  üçün  lazım  olan  işlərdə  məq-
sədyönlü,  şüurlu  və  davamlı  olmadıqda  hazır  mexaniz-
miniz işə düşür. Gələcəkdə uğursuzluq, təəssüf və maliy-
yə problemlərinə gətirib çıxaracaq, asan və bu gün əylən-
cəli görünən dəyərsiz işlərə başınızı qatırsınız.  
 
 
Uğurun sirrləri. 
 
Sıfırdan  işə  başlayaraq  bir  zamanlar  dünyanın  ən 
zəngin neft maqnatı olmuş H.L.Hantdan uğurun sirrlərini 
soruşduqda o cavab vermişdir: “Uğur üçün yalnız üç şey 
tələb  olunur. Birincisi,  həyatdan  nə  istədiyinizi müəyyən 
etmək.  İkincisi,  bu  istəyə  nail  olmaq  üçün  ödəniləcək 
haqqı  müəyyən  etmək.  Üçüncüsü  və  ən  vacibi,  bu  haqqı 
ödəmək  qətiyyəti”.  Nə  istədiyinizi  müəyyən  etdikdən 
sonra uğur qazanmaq üçün lazım olan ən əsas amillərdən 
biri  nə  qədər  qətiyyətli  olmanızdır.  Uğurlu  adamlar, 
məqsədlərinə  nail  olana  kimi  lazım  olan  haqqı  sonuna 
qədər ödəməyə hazır olurlar.   
Hər kəs uğurlu olmaq istəyir. Hər kəs sağlam, gözəl 
və zəngin olmaq istəyir. Lakin lazım olan haqqı ödəməyə 
hər  kəsin  gücü  çatmır.  Ola  bilsin  ki,  haqqın  bir  hissəsini 
ödəyirlər lakin hamısını ödəməyə qətiyyətləri çatmır. Hə-
Примечание [E49]: STATUS 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
29 
mişə  yarı  yolda usanırlar. Məqsədlərinə  nail  olmaq  üçün 
lazımi  daxili  intizam  nümayiş  etdirmədikləri  üçün  daim 
hansısa bəhanələri və səbəbləri olur. 
 
 
Haqqını ödə. 
 
Uğur üçün tələb olunan haqqı tam ödədiyinizi necə 
müəyyən edə bilərsiniz? Çox sadə, ətrafınıza baxın. İndiki 
həyat  tərzinizə  və  bank  hesabınıza  baxaraq, tələb  olunan 
haqqın  nə  qədərini  ödədiyinizi  asanlıqla  müəyyən  edə 
bilərsiniz. Xarici aləminiz, əks etmə qanunu vasitəsilə siz-
in  necə  şəxsiyyət  olduğunuzu  və  nə  qədər  ödədiyinizi 
güzgü kimi göstərəcək.  
Uğurun  dəyəri haqda  maraqlı məqam  var:  Uğurun  
dəyəri  mütləq  tam  və  əvvəlcədən  ödənilməlidir.  Uğurun 
haqqı, yeməkdən sonra ödədiyiniz restoran hesabına bən-
zəməz.  Bu  kafeteriyaya  bənzəyir,  istədiyinizi  seçə  bilər-
siniz amma haqqını yeməzdən öncə ödəməlisiniz.  
Motivator  natiq  Ziq  Ziqların  dediyi  kimi:  “Uğura 
aparan  elevator  xarab  olub,  pilləkənlər  isə  hələdə  açıq-
dır”.  
 
 
Mütəxəssislərdən öyrənin. 
 
Giriş hissədə adını çəkdiyim Kop Kopmeyer, daxili 
intizamdan  sonra  uğurun  başqa bir  prinsipi  kimi “mütə-
xəssislərdən öyrənməyi” qeyd etmişdir. “Hər şeyi özünüz 
öyrənmək üçün ömrünüz çatmayacaq”. 
Примечание [E410]: STATUS 
Примечание [E411]: STATUS 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
30 
Uğurlu  olmaq  üçün  görəcəyiniz  birinci  iş,  istədiyi-
nizə nail  olmaq üçün  lazım  olanları  öyrənmək  olmalıdır. 
Mütəxəssislərdən  öyrənin.  Onların  kitablarını  oxuyun, 
audio  proqramlarına  qulaq  asın,  mühazirələrində  iştirak 
edin. Yaxinlaşın ya da yazıb məsləhət istəyin. Bəzən həya-
tınızı  dəyişmək  üçün  bircə  ideya  bəs  edir.  İcazə  verin 
buna misal çəkim: 
“Bir neçə il öncə dostumun məsləhət gördüyü peşə-
kar  bir  stomatoloqun  yanina  getmişdim.  Sonralar  həmin 
həkimin çox yüksək səviyyəli həkim olduğunu öyrəndim. 
Ona “Stomatoloqların stomatoloqu” deyirdilər. Digər sto-
matoloqlar  özləri  onun  yanına  gedirdilər.  Özü  dediyinə 
görə,  bacardığı  bütün  konfranslara  gedirdi.  Bütün  semi-
narlarda  iştirak  edir,  ölkənin  və  dünyanın  müxtəlif  yer-
lərindən  gəlmiş  həmkarları  ilə  görüşüb  fikir  mübadiləsi 
edir  və  yeniliklər  haqda  məlumat  öyrənirdi.  Bir  dəfə 
böyük  pul  və  vaxt  sərf  edərək  Honq  Konqda  keçirilən 
konfransa qatılır. Həmin konfransda, yeni kosmetik cərra-
hiyyə  sahəsində, dişlərin  daha  gözəl  görsənməsini  təmin 
edən  texnologiya  kəşf  etmiş  Yapon  stomatoloqun  semi-
narında  iştirak  edirdi.  O,  San  Dieqoya  qayıdır  və  dərhal 
həmin  texnologiyanı  tətbiq  etməyə  başlayır.  Tezliklə  bu 
sahədə peşəkarlaşır və ad-san qazanır. Cəmisi bir neçə il-
in içində o kifayət qədər məşhurlaşır və Amerikanın digər 
ştatlarından da  insanlar bu cərrahiyyə üçün onun yanına 
axışırlar. Və məntiqi nəticə olaraq o öz xidmətinin qiymə-
tini də qaldırır. Sonun da o qədər varlandı ki, əlli beş yaşı-
nda təqaüdə çıxıb vaxtını ailəsinə və gəzintiyə sərf etmək 
imkanı qazandı”. 
Примечание [E412]: STATUS 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
31 
Bu rəvayətin məğzi ondan ibarətdir ki, həkim daim 
yeni ideyalar və fikirlər axtararaq sonunda ona vaxtından 
daha tez təqaüdə çıxmaq və maliyyə müstəqilliyi əldə et-
mək imkanı qazandıran texnologiyaya rast gəldi. Eyni ha-
disə sizin də başınıza gələ bilər, yalnız bir şərtlə ki, ömür-
lük tələbə olasınız.  
 
 
Əqli və Fiziki hazırlıq daim davam  
edən olmalıdır. 
 
 
Uğur qazanmaq fiziki hazırlığa bənzəyir. Hər səhər 
yuyunmaq, dişlərini fırçalamaq və ya yemək yeməyə bən-
zəyir. Bunu hər gün ardıcıl olaraq etmək lazımdır. Başla-
dıqdan  sonra,  karyeran  bitənə  və  həyatda  istədiyin  hər 
şeyə nail olmayana kimi dayana bilmirsən.  
Bu  yaxınlarda  Sietlda  seminarım  var  idi.  Fasilədən 
az  öncə  dinləyicilərimə  Satış,  Vaxtın  idarə  edilməsi  və 
Şəxsi inkişafa dair audio proqramlarımı alıb dinləməkləri-
ni  məsləhət  gördüm.  Fasilə  zamanı  dinləyicilərdən  bəzi-
ləri  mənim  ətrafıma  toplaşıb  seminar  mövzusuna  dair 
müxtəlif suallar verirdilər. Satış işi ilə məşğul olan bir nə-
fər ətrafımdakı adamları aralayaraq mənə yaxınlaşdı: “Siz 
insanları audio proqramlar almağa ruhlandırarkən onlara 
düzünü  deməlisiniz!”  Mən:  “Nəyi  nəzərdə  tutursunuz?” 
deyə  soruşdum.  Və  o  daha  da  ruhlanaraq:  “Siz  audio 
proqramlar  haqda  hər  şeyi  olduğu  kimi  demirsiz.  Bu 
proqramlar  yalnız  müəyyən  müddət  işə  yarayır,  sonra 
heç bir effektə malik olmurlar.” Mən bayaqkı sualı olduğu 
kimi  təkrar  etdim:  “Nəyi  nəzərdə  tutursunuz?”  “Beş  il 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
32 
öncə  mən  sizin seminarınıza  gəlmişdim  və  prezentasiya-
nız məni çox ruhlandırmışdı. Sizin proqramlarınızı aldım 
və hər  gün qulaq asmağa başladım. Hər  gün satış haqda 
kitablar  oxuyurdum.  Və  eynən  siz  deyən  kimi  üç  ildən 
sonra mənim gəlirim üç qat artdı və mən şirkətimizin ən 
yaxşı  satıcısı  oldum.  Sonrakı  iki  ili  isə  gəlirim  azalmağa 
başladı.  İş  orasındadır  ki,  sizin  proqram  müəyyən  bir 
vaxtdan sonra effektini  itirir.” Onda  mən soruşdum: “İki 
il  öncə,  sizin  gəlirləriniz  azalmağa  başlayan  vaxt  nə  baş 
vermişdi?”  O  bir  az  düşünüb  cavab  verdi:  “Mən  başqa 
şirkət tərəfindən işə dəvət edildim və o vaxtdan da gəlir-
im azalmağa başladı.” Mən növbəti sualı verdim: “Bəs siz, 
əvvəlki işinizlə müqayisədə nəyi fərqli edirdiniz?” Cavab 
vermək  üçün  ağzını  açdı,  amma  cavab  vermədən  susdu 
və fikrə getdi. Sonra keçirdiyi daxili şok üzündə əks olun-
du  və  nəhayət  boğuq  səslə  dilləndi:  “Aman  Allah,  mən 
daha  qulaq  asmırdım.  Mən  daha    bunu  etmirdim!  Satışa 
dair kitablar oxumurdum. O biri şirkətə keçdikdən sonra 
audio  proqramlara  qulaq  asmadım,  seminarlara  getmə-
dim. Mən daha bunları etmirdim!” O başını bulayaraq fi-
kirli şəkildə bizdən uzaqlaşdı.  
Müəyyən bir sahədə mütəxəssis olmaq, beşinci baş-
lıqda bəhs açacağımız, daim bacarığı təzələmək fiziki ha-
zırlıq kimidir. Təlimlərə ara versəniz, əvvəlki formada qa-
la  bilməzsiniz.  Zəifləməyə  başlayacaqsınız.  Bədəniniz  və 
əzələləriniz  yumşalacaq  və  gücdən  düşəcək.  Gücünüzü 
və  çevikliyinizi  itirəcəksiniz.  Onlara  daim  malik  olmaq 
üçün, hər gün təlimlər etməlisiniz.  
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
33 
Ola biləcəyin qədər yüksək ol. 
 
Sizi  uğura aparacaq daxili intizam aşılamanız  üçün 
çox vacib səbəbiniz var. Daxili intizam aşılamaq xarakteri-
nizi  dəyişir,  sizi daha güclü  və  uğurlu şəxsiyyətə  çevirir. 
Daxili  intizamınızı  inkişaf  etdirmək  düşüncə  və  emosi-
yalarınıza  təsir  edərək  sizi  fərqli  şəxsiyyətə  çevirir.  Özü-
nüzü  kimya  laboratoriyasında  təsəvvür  edin.  Bir  neçə 
kimyəvi  maddəni  kolbada  qarışdırır  və  odun  üstünə  qo-
yursunuz. Maddələr qızdıqca formalarını dəyişir və nəha-
yət  müəyyən  bir  temperaturda  kristallaşaraq  bərk  hala 
keçirlər. Və kristallaşıb bərkimiş bu maddələri artıq yeni-
dən maye hala çevirmək mümkün olmayacaq. Sizin şəxsi-
yyətiniz  də  eynən  bu  maddələr  kimi  öncə  maye  halda, 
formasız və yumşaq olur. Daxili intizam odundan istifadə 
edib  qızdırdıqca,  özünüzü  asan  və  əyləncəli  olanı  deyil, 
çətin və lazımlı olanı etməyə məcbur etdikcə xarakteriniz 
bərkiyir  və  mürəkkəb  quruluşlu  kristala  çevrilir.  Daxili 
intizamdan  istifadə  edərək  özünüzü  məqsədinizə  doğru 
getməyə vadar etməyin ən maraqlı tərəfi sizin başqa şəxsə 
çevrilməyinizdir.  Daha  güclü,  qətiyyətli,  intizamlı  və 
məqsədyönlü olursunuz. Siz şəxsiyyətinizi başqa formaya 
salaraq  gücləndirir  və  daha  yaxşı  keyfiyyətlər  qazanır-
sınız. Belə bir qayda var: “Əvvəlkindən fərqli bir adam ol-
maq  üçün  əvvəl  etmədiyiniz  işləri  etməlisiniz”. Bu  o  de-
məkdir  ki,  daha  güclü  şəxsiyyət  olmaq  üçün  daha  inti-
zamlı  olmaq  lazımdır.  Özünüzü, adi  adamların xoşlama-
dıqları işləri görməyə vadar etməyi bacarmalısınız.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
34 
Uğurun  digər  prinsipi,  “əvvəllər  əldə  etmədiyiniz 
nailiyyətləri  əldə  etmək  üçün  bilik  və  bacarığınızı  əvvəl-
kindən daha üstün etmək” zərurətidir.  
Daxili  intizam  aşılamaqla  siz  yeni  bir  şəxs  olursu-
nuz. Daha yaxşı, güclü və məqsədyönlü olursunuz. Özü-
nüzə  inamınız  artır  və  özünüzlə  fəxr  edirsiniz.  İnsan  tə-
rəqqisi  pilləsində  daha  yüksək  pillələrə  qalxır,  dərin  xa-
rakter və düşüncəyə malik olursunuz.  
 
 
Uğurun özü mükafatdır. 
 
Uğur qazanmaq üçün göstərilən fəaliyyətin ən yaxşı 
cəhəti  odur  ki,  bu  istiqamətdə  atılan  hər  bir  addım  özü 
özlüyündə mükafatdır. Daha yaxşı şəxsiyyət olmaq istiqa-
mətində  atılan  hər  bir addım  və  əvvəlkindən  daha  yaxşı 
bilik və bacarıqlara  yiyələnmək sizi daha xoşbəxt, inamlı 
və  cəsarətli  edir.  Uğurun  ən  böyük  mükafatı    qazandığı-
nız  pul və sərvət deyil, Uğur qazanmaq uğrunda apardı-
ğınız mübarizə nəticəsində daha yaxşı və fərqli bir insana 
çevrilmənizdir.  
Növbəti  hissədə,  potensialınızın  imkan  verdiyi  ən 
mükəmməl insan olmaq bacarığı haqda danışacağıq. 
Примечание [E413]:  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
35 
Tapşırıq: 
Qələm götürün və aşağıdakı suallara cavab yazın; 
 
1.  İş  şəraitiniz  və  ümumilikdə  karyeranız  olsaydı  necə 
görsənərdi və ya bunu təsəvvürünüzdə necə canlandı-
rırsınız? Və bunu əldə etmək üçün özünüzdə hansı in-
tizamı inkişaf etdirməlisiniz? 
2.  Xəyalınızdakı  ideal  ailə  şəraitini  canlandırın  və  bunu 
əldə  etmək  üçün  hansı  intizama  malik  olmanız  tələb 
olunduğunu aydınlaşdırın (yazın).  
3.  Sağlamlığınızın ideal olması üçün hansı intizama ma-
lik olmalısınız? 
4.  Maliyyə  vəziyyətinizin  ideal  olması  üçün  sizə  hansı 
intizam lazımdır? 
5.  Nə üçün hələ də istədiyiniz qədər uğurlu deyilsiniz və 
istədiklərinizə  nail  olmaq  üçün  sizə  hansı  intizam  la-
zımdır? 
6.  Məqsədlərinizə  nail  olmaq  üçün  hansı  intizamlara  – 
xüsusiyyətlərə malik olmalısınız? 
7.  Sehrli çubuğunuz olsaydı və siz bir intizam – xüsusiy-
yət qazana bilsəydiniz, bu nə olardı? 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
36 
II HİSSƏ 
Daxili-İntizam və Xarakter. 
 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin