Strukturlaşdırılmış iş axtarışı prosesinə riayət etmə
Ola bilər ki, sizə iş axtarışlarına təkan verən amil azad olunmağınıza dair bildiriş olmuşdur. Bununla belə siz hal-hazırkı “ideal” işinizidən də yaxşı olan işi tapmaq üçün bütün imkanlarınızdan istifadə edə bilərisiniz. Lakin ola bilər ki, işdən azad olunma sizə karyera yüksəlişinə təkan vermək üçün səbəb olmuşdur.
Sizin iş axtarma səbəbləriniz bizim bu kitabda qeyd etdiyimiz əsas qaydaları dəyişmir. Əgər siz iş axtarışı nəticələrini yüksəltmək istəyirsinizsə strukturlaşdırılmış fəndlərdən istifadə etməyiniz vacibdir. I hissə olan “Şəxsi imkanların qiymətləndirilməsi”ndə qeyd etdiyimiz kimi bunları etmək lazımdır:
-
İş haqqında arzularınızı qeyd edin;
-
Öz güclü tərəflərinizi və bacarıqlarınızı qiymətləndirin;
-
Məqsədinizi dəqiqləşdirmək: hansı sahədə və necə işi əldə etmək istərdiniz?
Şərt deyil ki, siz bundan əvvəlki işinizin eynisini tapasınız. Əgər işlədiyiniz sahədə böhran əlamətləri varsa bir neçə ildən sonra siz yenidən işdən azad ola bilərsiniz.
Tələblərinizə cavab verən, arzu etdiyiniz iş və ya işləri müəyyən etdikdən sonra belə vakansiyaları tapmaq üçün bütün mənbələri tapdığınızdan əmin olun. Aşağıdakıları nəzərdən qaçırmayın:
-
VIII fəsil olan “Elan edilmiş vakansiyalar”da müzakirə edilən elan edilmiş vakansiyalar bölməsi;
-
X fəsil olan “İşədüzəltmə agentliklərindən maksimum faydanın əldə edilməsi”ndə baxılan kadr agentlikləri;
-
XI fəsil olan “Özünüzə imkanların yaradılması” və XII fəsil olan “Təşəbbüs müraciətləri”ndə müzakirə edilən ixtisas imkanlarının müəyyən edilməsi.
Şəxsi imkanlardan maksimumun əldə edilməsi, bu prosesin və mümkün olan işi tapmaq üsullarının tərkib hissəsidir.
Dostları ilə paylaş: |