Buklet Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3
fevral
2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “Ağ ciyərlərin xronik
obstruktiv xəstəliyi üzrə klinik protokol” əsasında Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Buklet Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səhiyyə islahatları
çərçivəsində ictimai səhiyyə kadrların hazırlanması üzrə Tədbirlər
proqramı əsasında çap edilmişdir.
Yüksək arterial qan təzyiqinin
müalicəsində dərmanlar nə
zaman istifadə olunmalıdır?
Həyat tərzinin dəyişdirilmə tədbirlərinə uzun
müddət riayət edilmirsə və bunun nəticəsində
arterial qan təzyiqinin normal ölçülərdən yüksəyə
qalxması baş verirsə, belə halda həkim
tərəfindən ciddi nəzarət edilməli və dərman
müalicəsi vaxtında başlanılmalıdır.
Dərmanları mütləq həkim
təyin etməlidir! Özbaşına
dərman qəbul etmək, həkimin
təyinatını deyişdirmək, və ya
qəbulunu dayandırmaq
olmaz, ona görə ki bu zaman
ağırlaşmalar əmələ gələ bilər!
Arterial hipertenziya nədir?
Arterial qan təzyiqi ürəkdən qovulan arterial qanın damar
divarına göstərdiyi təzyiqdir. Bu təzyiq millimetr civə sütunu
(C.S.) ilə ölçülür və iki ədədlə göstərilir. Birinci ədəd ürək
yığıldığı anın göstəricisidir, (sistolik təzyiq), ikinci ədəd isə
ürək boşaldığı anın göstəricisidir (diastolik təzyiq).
Arterial qan təzyiqinin normadan yüksəyə qalxmasına, yəni
sistolik arterial təzyiq 140 mm c.s. və daha çox və diastolik
arterial təzyiq 90 mm c.s. və daha çox olan hala arterial
hipertenziya deyilir. Adətən, arterial təzyiqin göstəriciləri
belə ifadə olunur: 140/90 mm c. s.
Arterial hipertenziyanın aşkar olunması üçün arterial təzyiq
müxtəlif vaxtlarda, sakit şəraitdə, oturaq vəziyyətdə,
manjet ürək səviyyəsində olmaqla ən azı üç dəfə
ölçülməlidir və orta göstəricilər nəzərə alınmalıdır.
Arterial təzyiq kimdə ölçülməlidir?
Yüksək arterial təzyiqin bir çox hallarda heç bir əlaməti
olmadığı üçün bu barədə bəzən xəstənin məlumatı
olmur.
hər bir insan ən azı 3 ildən bir
mütləq təzyiqini ölçdürməlidir. Arterial
qan təzyiqi bəzi
əhali qruplarında daha tez-tez, yəni ən azı ildə iki dəfə
yoxlanmalıdır. Bu qruplara aiddir:
yaşı 45-dən yuxarı olanlar
şəkərli diabeti olanlar
hamilə qadınlar
artıq bədən çəkisi olanlar
zərərli vərdişləri olanlar
əvvəllər heç olmazsa, bir dəfə təzyiq göstəriciləri
Buna görə də
klimakterik dövrdə olan qadınlar
Əgər Sizdə yüksək arterial
təzyiq aşkar olunubsa,
həkim bəzi əlavə müayinələr aparacaq: məsələn, qanda
xolesterinin, şəkərin və laxtalanmanın təyini. Bu
müayinələrin məqsədi yüksək arterial təzyiqin orqanları
zədələməsini vaxtında üzə çıxarmaqdır:
böyrək problemləri
ürək problemləri
beyin qan dövranı pozğunluqları
qanda yüksək xolesterin
şəkərli diabet və s.
Bilməlisiniz ki:
Yüksək arterial təzyiq digər ürək-damar sistemi
xəstəliklərinin (məsələn, miokard infarktı, ürəyin
işemik xəstəliyi və insultun), həmçinin böyrək
büzüşməsinin yaranmasına səbəb ola bilər. Xəstələr
özlərində görmə və eşitmə pozğunluqları, yaddaşın
pisləşməsi, baş gicəllənməsi, qulaqlarda küy hiss edə
bilər. İllər ərzində yüksək təzyiqin davam etməsi ürək
əzələsinin özündə ciddi, geri dönməyən dəyişikliklər
yaratmaqla ürək çatışmazlığına səbəb olur.
Beləliklə, yüksək arterial qan təzyiqi nə qədər tez
aşkar olunarsa, ağırlaşmaların qarşısını almaq bir o
qədər asan olar.
Təsadüfi deyil ki, həkimlər bu xəstəliyi
“səssiz qatil” adlandırırlar.
Bu xəstəliyin
qarşısını
necə almaq olar?
Bunun üçün Siz ilk növbədə sağlam
həyat tərzini seçməlisiniz!
Yəni:
Qida tərkibində dəyişikliklər etmək: heyvani
yağların, duzun (gündə 5–6 qramdan çox
olmayaraq) istifadəsini azaltmaq, meyvə-
tərəvəzi qida rasionunda artırmaq
Aktiv və müntəzəm şəkildə fiziki təlimlər, o
cümlədən sutkada 3 km-dən az olmayaraq
gəzinti
Öz arterial təzyiqinə nəzarət etmək (140/90
mm. c. s.-dan çox olmamalıdır)
Tütünçəkməni tərgitmək
Spirtli içkilərin qəbulunu kəskin azaltmaq
Artıq çəkini azaltmaq
Əgər sizin aşağıdakı zərərli vərdişləriniz varsa,
bunları etməlisiniz: