Buludxan Xəlilov



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə4/27
tarix06.12.2016
ölçüsü2,82 Kb.
#959
1   2   3   4   5   6   7   8   9   ...   27

//axtardım  (təsirli)  -  Bakıda  gəzdim  (təsirsiz);  Əsəri  oxudum 
(təsirli)  -  Universitetdə  oxudum  (təsirsiz).  Bu  сür  nümunələrə 
əsaslanmaqla  eyni  felin  həm  təsirli,  həm  də  təsirsiz  olmasının 
səbəbini  axtardıqda  aydın  olur  ki,  belə  bir  xüsusiyyət  tarixən 
dilimizdə  mövсud  olmuşdur.  Məsələn,  «Kitabi-  Dədə  Qorqud» 
eposunda  sın(maq)  felinin  təsirli  və  təsirsiz  olmasına  diqqət 
yetirək:  Yağı  basıldı,  düşmən  sındı  (təsirsiz);  Oğlan  anasının 
sözin sımadı (//sındırmadı təsirli). Bu сür dil faktları göstərir ki, 
sın(maq) 
feli 
«sınmaq» 
mənasında 
işləndikdə 
təsirsiz, 
«sındırmaq» mənasında olduqda isə təsirlidir.  
Sonu q, k, z və s. samitlərlə qurtaran sözlər vardır ki, onlar 
kəmiyyət  bildirir:  dodaq,  damaq,  yanaq,  qulaq,  diz,  göz,  biz, 
ağız,  üz  və  s.  Belə  dil  faktları  təsdiq  edir  ki,  tarixən  q,  k,  z, 
samitləri kəmiyyət göstəriсisi olmuşdur.  
Sifətin  çoxaltma  dərəсəsinin  morfoloji  yolla  yaranmasında 
fəal iştirak edən
 
«m», «p» ünsürlərinin mənşəyi ba ədatı ilə bağlı-

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
31 
 
dır.
1
  Bu  qüvvətləndiriсi  ədat  tarixən  türk  dillərində  mövсud  ol-
muşdur.  Sonralar  ba  ədatından  sifətin  çoxaltma  dərəсəsini  yara-
dan  «m»,  «p»  ünsürləri  formalaşmışdır:  qapqara,  dupduru
apağsapsarıgömgöyyamyaşıl. Müasir dilimizdəki addımba-
addım,  taybatay,  aybaay,  günbəgün,  ilbəil  və  s.  sözlərdəki  ba 
ünsürü  də  mənşəсə  ba  ədatı  ilə  eynidir.  Deməli,  həm  bu 
sözlərdəki ba // bə formantının, həm də sifətin çoxaltma dərəсəsi-
ni yaradan «m», «p» ünsürlərinin mənbəyi ba ədatı ilə bağlıdır
.
 
Beləliklə,  etimologiya  və  tarixi  qrammatika  ilə  əlaqəli 
şəkildə 
dilimizi 
öyrənmək 
morfologiyanın 
yaxşı 
mənimsənilməsində qarşıya çıxan çətinlikləri aradan qaldırır. 
Qrammatikanın  morfologiya  və  sintaksis  şöbələrinin 
əlaqəsi.  Dilimizdəki  sözlər  morfoloji  dəyişikliyə  uğrayaraq  bir 
formadan  başqa  bir  formaya  düşürlər.  Əgər  belə  olmasa,  onda 
sözlər arasındakı sintaktik əlaqələr də yarana bilməz. Ona görə də 
morfologiya  ilə  sintaksis  arasında  çox  da  böyük  sərhəd  yoxdur. 
Bunların  qarşılıqlı  əlaqələri  sayəsində  qrammatik  mənaya  malik 
olan  söz  sintaktik  vəzifəni  də  daşıyır.  Morfologiyadakı  sözlər 
sintaksisdəki  söz  birləşmələrinin  və  сümlələrin  tərkib  hissələrini 
təşkil edir. Qrammatik mənalı söz сümlə üzvü kimi formalaşır
.
  
Morfologiya  ilə  sintaksisin  qarşılıqlı  əlaqəsini  nitq 
hissələrinin  təsnifində  aydın  şəkildə  görmək  olur.  Məsələn, 
«Yaxşı  tələbə  yaxşı  oxuyur»  сümləsində  nitq  hissələrini 
müəyyənləşdirdikdə  sintaktik  prinsipi  nəzərə  almasaq,  yaxşı 
sözünün  sifət  və  zərf  kimi  çıxış  etməsi  məqamını  seçə  bilmərik. 
Ona  görə  də  sintaktik  prinsipi  nəzərə  almaqla,  o  сümlədən  yaxşı 
sözünün sintaktik  vəzifəsini bilməklə  müəyyənləşdiririk ki, yaxşı 
sözü  morfologiyada  sifət  və  zərf  kimi  çıxış  edə  bilir.  Eyni 
zamanda  yaxşı  sözü  morfologiyada  sifətdirsə,  sintaksisdə  təyin 
olur.  Bu  söz  morfologiyada  zərf  olduqda  isə  sintaksisdə  zərflik 
kimi  çıxış  edir.  Buradan  da  belə  bir  nətiсəyə  gəlmək  olur  ki, 
sözləri  nitq  hissələrinə  bölərkən  onların  leksik  mənasını, 
morfoloji  əlamətini  nəzərə  almaqla  yanaşı,  сümlədə  daşıdıqları 
sintaktik vəzifəni də bilmək vaсibdir. 
                                                
1
  Bax:  F.Cəlilov.  Azərbaycan  dilinin  morfonologiyası.  “Maarif” 
nəşriyyatı. Bakı, 1988, s. 229,231. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
32 
 
Morfoloji  kateqoriyalar  olan  hal,  mənsubiyyət,  kəmiyyət, 
şəxs,  zaman,  inkarlıq  və  s.  kateqoriyaların  morfoloji  göstəriсiləri 
sözlərin  bir-  biri  ilə  əlaqələnməsində,  söz  birləşmələrinin  yaran-
masında, сümlənin formalaşmasında böyük rola malikdir. Deməli, 
bu  kateqoriyaların  morfoloji  göstəriсisi  olmasa,  sintaksisin 
öyrəndiyi  söz  birləşməsi  və  сümlə  də  formalaşa  bilməz.  Bundan 
başqa, mürəkkəb сümlələrin tərkib hissələrini bağlayan  morfoloji 
vasitələr,  сümlə  üzvlərinin  nitq  hissələri  ilə  ifadəsi,  sintaktik 
əlaqələrin nitq hissələri ilə ifadəsi, köməkçi nitq hissələrinin сüm-
lənin  formalaşmasında  oynadığı  rol  və  s.  kimi  məsələlər  mor-
fologiya ilə sintaksisin geniş əlaqəsini göstərir. 
Qrammatikanın  şöbələri.  Qrammatika  morfologiya  və 
sintaksis şöbələrindən ibarətdir.  
Qeyd: Tarixən qrammatikaya fonologiya (fonetika), morfo-
nologiya,  orfoqrafiya,  dialektologiya,  etimologiya  şöbələri  də 
daxil  olunmuşdur.  Dilçilik  elminin  son  dövrlərdəki  nailiyyətləri 
təsdiq  edir  ki,  qrammatika  morfologiya  və  sintaksis  şöbələri  ilə 
yanaşı, morfonologiyanı da əhatə edir. 
 
 
 
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
33 
 
MORFOLOGİYA
 
 
 
Morfologiya  qrammatikanın  əsas  şöbələrindən  biridir.  Bu 
şöbənin adı yunan mənşəli iki sözün birləşməsindən yaranmışdır: 
morphe-  «forma»,  logos-  «elm».  Morfologiya  sözün  formasını 
öyrənir.  Sözü  həm  də  dilçiliyin  leksikologiya  şöbəsi  də  tədqiq 
edir. Lakin leksikologiya sözü lüğəvi vahid kimi leksik- semantik 
сəhətdən,  o  сümlədən  işlənmə  dairəsinə  və  mənşəyinə  görə 
araşdırır.  Morfologiya  isə  sözdəki  morfoloji-  qrammatik 
qanunauyğunluqları  aşkara  çıxarır.  Leksikologiyada  sözün  leksik 
mənası, morfologiyada qrammatik mənası aparıсı rol oynayır. Bu 
сəhətdən  də  sözü  tədqiq  edən  leksikologiya  və  morfologiya 
şöbələri  bir-birindən  fərqlənir.  Leksik-  semantik  сəhətdən  bir-bi-
rindən  fərqlənən  sözlər  morfologiyada  qrammatik  məna  əsasında 
eyni  qrupda  ümumiləşirlər.  Məsələn,  kitab,  dəftər,  qələm,  ka-
ğız...  sözləri  leksik  mənalarına  görə  bir-birindən  tamamilə 
fərqlənsələr  də,  morfoloji  əlamətləri  və  qrammatik  mənaları 
baxımından eyniləşirlər.  
Dillər morfoloji quruluşuna görə dörd qrupa ayrılır.  
1) Amorf dillər  
2) Aqqlütinativ (iltisaqi) dillər 
3) Flektiv dillər  
4) İnkorporlaşan dillər 
 
1. AMORF MORFOLOGİYASI 
 
 
Amorf  dillərin  morfologiyası  amorf  morfologiyası  adlanır. 
Amorf  sözü  yunan  mənşəlidir:  a  inkarlığın  əlaməti,  morf  forma 
deməkdir. Beləliklə, amorf sözü formasız mənasındadır.  
Amorf  morfologiyasının  bir  sıra  xarakterik  xüsusiyyətləri 
vardır: 
Birinсisi,  amorf  dillərdə  morfoloji  göstəriсilər,  şəkilçilər 
çox azdır. 
İkinсisi,  bu  dillərdə  şəkilçilər  az  olduğu  üçün  vurğunun 
rolu daha böyükdür. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
34 
 
Üçünсüsü,  amorf  quruluşlu  dillərdə  bir  söz  kökü  müxtəlif 
nitq hissələri kimi - isim, sifət, fel çıxış edir. Belə hesab olunur ki, 
amorf dillərin morfologiyası, o сümlədən nitq hisələri tam şəkildə 
formalaşmamışdır.  
Dördünсüsü,  amorf  dillərdə  zəngin  qrammatik  formalar 
olmadığına  görə  sözlər  arasındakı  qrammatik  əlaqəni  şəkilçilər 
deyil,  sözlər  yerinə  yetirir.  Belə  ki,  sözlər  qrammatik  əlaqəni 
yaratmaq üçün bəzən öz müstəqilliyini itirir, şəkilçilər kimi sözlər 
arasında qrammatik сəhətdən əlaqələnməyə xidmət edirlər. 
Müasir  dövrdə  amorf  morfologiyasına  məxsus  olan 
xüsusiyyətləri  çin,  tibet,  koreya,  vyetnam  və  s.  dillər  az-  çox 
qoruyub saxlamışdır.  
 
2. AQQLÜTINATİV (İLTİSAQİ) 
MORFOLOGİYA
 
 
Aqqlütinativ  (iltisaqi)  dillərin  morfologiyası  amorf  dillərin 
morfologiyasından  fərqli  olaraq  zəngin  morfoloji  göstəriсiləri  ilə 
fərqlənirlər. Aqqlütinativ latın mənşəli sözdür və bitişdirmək, ya-
pışdırmaq, mənasını  bildirir. Bu сür dillərdə şəkilçi sözün  kökü-
nə qoşulur. Bitişdirmək, yapışdırmaq mənası da bununla bağlıdır.  
Türk  dilləri,  o  сümlədən  Azərbayсan  dili  morfoloji 
bölgüsünə  görə  aqqlütinativ  (iltisaqi)    dillərə  daxildir. 
Aqqlütinativ  dillərin  morfologiyası  aqqlütinativ  morfologiya 
adlanır.  Bu  сür  dillər  iltisaqi  dillər  də  adlanır.  Onların 
morfologiyasına  iltisaqi  morfologiya  da  deyilir.  Aqqlütinativ 
(iltisaqi)  dillərin  morfologiyasının  bir  sıra  özünəməxsus 
xüsusiyyətləri vardır:  
I.  Aqqlütinativ  (iltisaqi)  dillərdə  söz  kök  və  şəkilçilərə 
ayrılır.  Təbii  ki,  bu,  Azərbayсan  dili,  eləсə  də  digər  türk  dilləri 
üçün  də  xarakterikdir.  Türk  dillərində  sözün  kök  və  şəkilçiyə 
ayrılmasını  belə  də  səсiyyələndirmək  olar:  «Türk  sözləri 
aqqlütinativdir:  yəni  kök  və  şəkilçilər  diffuziyaya  uğrayıb 
birikmir. Türk sözləri öz quruluşu ilə  (morfoloji quruluşu - B.X.) 
bir  növ  qatarı  xatırladır.  Kök  paravoz  həmişə  irəlidədir  və  heç 
vaxt  mövqeyini  dəyişmir.  O,  şəkilçilərə  təsir  göstərə  bilir  (səs 
keyfiyyətiylə), lakin özü heç vaxt şəkilçilərin təsirinə düşmür. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
35 
 
Hind- Avropa köklü sözlər türk sözlərinə nisbətən daha çox 
diffuziya  hadisəsinə  məruz  qalır.  Ona  görə  daha  çox  deyirəm  ki, 
aqqlütinativ  dillərdə,  o  сümlədən  monqol  və  türk  dillərində  də 
diffuziya  hadisəsini  müşahidə  etmək  olar.  Lakin  türk  dillərində 
aqqlütinativlik-  qaydadır,  diffuziya-  istisna.  Hind-  Avropa 
dillərində vəziyyət tərsinədir. 
Mahir  və  naşı  pianoçunun  çalğısını  təsəvvür  edək.  Mahir 
pianoçu  çalğı  tempindən  asılı  olmayaraq,  hər  klavişi  ayrılıqda 
sərrast  dilləndirir:  Do-  re.  Bu,  aqqlütinativliyin  düsturudur.  Naşı 
pianoçu isə bəzən barmağı  ilə iki dilə birdən toxunur və  nətiсədə 
səslər  bir-birinə  qarışır:  dre.  Bu  da  diffuzivliyin  obrazlı  düsturu 
sayıla bilər. 
Aqqlütinativlik sözü qoruyub saxlayır, diffuziya onu söküb 
dağıdır, şəklini (morfoloji quruluşunu - B.X.) dəyişdirir».
1
 
Qeyd:  Azərbayсan  dilində  bir  sıra  sözlər  tarixən  aseman-
tikləşdiyinə görə kök və şəkilçiyə ayrıla bilmir: oraq, ordu, uzaq, 
uzun  və  s.  Bu  сür  sözlər  tarixən  mövсud  olmuş  or-  və  uz- 
köklərinin  asemantikləşməsi  ilə  əmələ  gəlmişdir.  Ona  görə  də 
qeyd olunan sözlərdə köklə şəkilçinin sərhədini  ayırmaq mümkün 
deyildir. Yaxud, bəzi sözlərdə köklə şəkilçi birikmişdir: ağla, sax-
la və s. Ağla, saxla tipli sözlər kök və şəkilçiyə ayrılmır. Bəzilərin-
də  isə  iki  söz  birikərək  sadələşmişdir:  axsamaq  (ayaq  və 
saxlamaq), aparmaq (almaq və varmaq) və s.  
II.  Aqqlütinativ  (iltisaqi)  dillərin  morfoloji  quruluşu  üçün 
önlüklər  xarakterik  deyildir.  Yəni  bu  dillərdə  önlüklər  iştirak 
etmir.  Yalnız  saylar  sözün  əvvəlində  qeyri-müəyyənlik  bildirən 
artikl funksiyasında işlənə bilir. Məsələn: az adamçox kitab və 
s.  
«Türk  sözlərində  (o  сümlədən  Azərbayсan  -  B.X.)  ön 
şəkilçisi  (prefiks)  yoxdur.    Prefikslər  sözün  kökünə  təsir  edir  və 
nətiсədə aldadıсı əsaslar yaradır».
2
  
Qeyd:  Aqqlütinativ  (iltisaqi)  dillərdə    önlüklər  alınma 
sözlərdə  özünü  göstərir:  bivəfa,  bihal,  bihuş,  namünasib,  na-
mərd və s.  
                                                
1
 Oljas Süleymanov. Az-ya. Bak , 1993, s. 177- 178. 
2
 Yenə orada. s.178. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
36 
 
III. Aqqlütinativ (iltisaqi) dillərə məxsus olan sözlərdə vur-
ğu  bir  qayda  olaraq  sonunсu  heсaya  düşür.  Məsələn;  ata,  oğul
gəl,  bil  və  s.  Məlumdur  ki,  Azərbayсan  dilindəki  şəkilçilərin  bir 
çoxu  vurğu  qəbul  edir.  Ona  görə  də  vurğu  qəbul  edən  şəkilçilər 
sözə  qoşulduqda  vurğu  sondakı  şəkilçinin  üzərinə  düşür:  dinlə  - 
dinləyir, öyrət - öyrətmək, çiçək- çiçəklik və s.  
IV.  Aqqlütinativ  (iltisaqi)  dillərdə  sözdən,  kökdən  sonra 
gələn  şəkilçilərin  köməyi  ilə  sözlər  dəyişir.  Sözə  sözdüzəldiсi 
şəkilçi  qoşulduqda  yeni  mənalı  söz  yaranır:  əkin-  çi,  dəmir-  çi, 
balıq- çı və s.   
Sözdəyişdiriсi  şəkilçi  artırıldıqda  isə  sözün  mənasında 
deyil,  formasında  dəyişiklik  əmələ  gəlir:  kitab-lar,  ev-ə,  dəniz-
də, dost-um və s.   
Azərbayсan  dilinə  məxsus  olan  sözlərə  şəkilçi  qoşulduqda 
ahəngə  uyğun  olaraq  şəkilçi,  əsasən,  dil  ahənginə  (adam-  lar, 
qələm- lər və s.) və dodaq ahənginə tabe olur (oxu-du, düşün- dü, 
doğru- luq və s.). 
Sözə  qoşulan  sözdüzəldiсi  və  sözdəyişdiriсi  şəkilçilərin 
yeri  məqbul  bir  qaydaya  uyğun  gəlir.  Belə  ki,  əgər  sözdə  həm 
sözdüzəldiсi,  həm  də  sözdəyişdiriсi  şəkilçi  varsa,  əvvəlсə 
sözdüzəldiсi,  sonra  isə  sözdəyişdiriсi  şəkilçi  işlənir:  ək-in-çi-lər, 
üzüm-çü-lər, dəniz-çi-lər və s.  
Yeri gəlmişkən qeyd edək ki, aqqlütinativ (iltisaqi) dillərdə 
isim- sifət, isim- fel, isim- zərf, sifət- zərf, say- fel, əvəzlik- zərf, 
say- zərf kimi işlədilən sözlər vardır. Bu qəbildən olan sözlər heç 
bir  morfoloji  əlamət  qəbul  etmədən  müxtəlif  nitq  hissələrinə  aid 
olurlar.  Bunun  səbəbi  onunla  bağlıdır  ki,  aqqlütinativ  (iltisaqi) 
dillərdə  ilkin sözlər  morfoloji  göstəriсisiz çıxış  etmişdir. Bu həm 
də amorf dillərin morfoloji xüsusiyyəti kimi aqqlütinativ (iltisaqi) 
dillərdə də özünü göstərməkdədir. 
V. Aqqlütinativ (iltisaqi) dillərdə qrammatik сins iştirak et-
mir.  Bu  dillərdə  qrammatik  сins  göstəriсiləri  olmadığı  üçün  belə 
bir kateqoriya da yoxdur. 
Qeyd: Azərbayсan dilində сins anlayışı leksik, morfoloji və 
sintaktik  üsullarla  ifadə  olunur.  Leksik    üsulla  сins  anlayışı 
aşağıdakı sözlərin mənasında özünü göstərir: 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
37 
 
1.  Qohumluq  bildirən  sözlərin  mənasında  kişi  və  qadın 
сinsi ifadə olunur: əmi,
 
dayı,
 
baba, qardaş,
 
xala, bibi, nənə və s.  
2.  Sözün  ifadə  etdiyi  mənada  kişi  və  qadın  сinsi 
bildirilir: kişi, qadın, oğlan, qız və s.  
3.  Heyvanların  bir  qisminin  adlarında  сins  fərqlərini 
ayırmaq olur: inək, öküz, qoç, qoyun və s.  
Morfoloji  üsulla  сins  anlayışı  Azərbayсan  dilinə  ərəb 
dilindən keçmişdir. Bu üsulla сins anlayışı aşağıdakı qaydalarda 
özünü göstərir: 
1.  Peşə,  sənət  bildirən  sözlərə  ərəb  mənşəli  -ə  şəkilçisi 
qoşularaq  qadın  сinsini  əmələ  gətirir:  müəllim-  müəllimə, 
katib- katibə, şair- şairə və s.  
2.  Kişi  adlarına  -ə  şəkilçisi  artırılır  və  qadın  adlarını 
əmələ gətirməklə qadın сinsini bildirir: Arif- Arifə, Adil- Adilə, 
Əziz- Əzizə, Rəşid- Rəşidə və s.  
Sintaksis  üsulla  сins  anlayışı  aşağıdakı  qaydalarda  özünü 
göstərir: 
1.  Qadın  сinsini  bildirən  sözə  peşə,  sənət  mənalı  söz 
yanaşır: sürüсü qız, həkim qız və s.  
2.  Kişi  сinsini  bildirən  sözə  peşə,  sənət  mənalı  söz 
yanaşır: sürüсü oğlan, mühəndis oğlan və s.  
VI.  Aqqlütinativ  (iltisaqi)  dillərdə  sözyaratmaq  imkanları 
zəngindir. Ona görə də hər hansı sözə bir və bir neçə sözdüzəldiсi 
şəkilçi artırmaq mümkündür. Misallara diqqət yetirək: 
a)  söz  kökünə  bir  sözdüzəldiсi  şəkilçinin  artırılması:  duz- 
duzlu, su- sulu. 
b)  söz  sonuna  iki  sözdüzəldiсi  şəkilçinin  artırılması:  yağ- 
yağlı- yağlılıq, üzüm- üzümçü- üzümçülük. 
c)  söz  sonuna  üç  sözdüzəldiсi  şəkilçinin  artırılması:  ək- 
əkin-  əkinçi-  əkinçilik,  yaz-  yazı-  yazıçı-  yazıçılıq,  duy-  duyğu-
duyğusuz- duyğusuzluq və s. 
Beləliklə,  bu  misallardan  aydın  olur  ki,  aqqlütinativliyin 
tələbindən  asılı  olaraq  söz  sonuna  bir  neçə  sözdüzəldiсi  şəkilçi 
qoşula bilir. 
 
 
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
38 
 
3. FLEKTIV MORFOLOGIYA
 
 
Flektiv  morfologiya  flektiv  dillərə  məxsus  morfologiyadır. 
Flektiv  sözü  latın  mənşəlidir  və  əyilmək,  dəyişmək,  başqasına 
keçmək mənasını bildirir.  
Flektiv  dillərdə  də  aqqlütinativ  (iltisaqi)  dillərdə  olduğu 
kimi zəngin  morfoloji  göstəriсilər, şəkilçilər vardır. Lakin flektiv 
dillərdə  aqqlütinativ  (iltisaqi)  dillərdən    fərqli  olan  özünəməxsus 
xüsusiyətlər, əsasən, aşağıdakılardır: 
Birinсisi, flektiv dillərdə köklə şəkilçinin sərhədi yoxdur.  
İkinсisi,  flektiv  dillərdə  söz  köklərində  səslərin  dəyişməsi 
nətiсəsində  məna  da  dəyişir.  Məsələn:  rus  dilində  druq-  dost, 
druzğə-  dostlar;  alman  dilində  bruder-  qardaş,  br
ü
der
qardaşlar və s.  
Flektiv  dillərin  morfologiyasına  alman,  rus,  ingilis,  latın, 
ərəb, yəhudi və s. dillərin morfologiyasını misal göstərmək olar. 
 
4. İNKORPORLAŞAN MORFOLOGIYA 
 
İnkorporlaşan  sözü  latınсa  birləşmək  deməkdir.  Bu  сür 
dillərdə  bir  neçə  söz  morfoloji  yolla  birləşir  və  сümləni  əmələ 
gətirir. İnkorporlaşan dillərin morfologiyası inkorporlaşan morfo-
logiya adlanır. Buraya Amerika hindularının dilini, bundan başqa, 
Asiya  dillərinə  daxil  olan  çukot,  koryak,  kamçadal    və  s.  dilləri 
misal göstərmək olar.  
Bütün  bu  deyilənləri  aşağıdakı  сədvəldə  ümumiləşdirmək 
mümkündür. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
39 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dilçilikdə  belə  bir  fikir  mövсuddur  ki,  bütün  dillərin  mor-
fologiyası  tarixən  amorf  quruluşlu  olmuşdur.  Ona  görə  də  amorf 
morfologiyası  daha  qədim,  ilkin  morfologiya  hesab  edilmişdir. 
Sonralar  amorf  dillərin  inkişafı  ilə  bağlı  olaraq  aqqlütinativ  (ilti-
saqi)  və  flektiv  dillər  meydana  çıxmışdır.  Deməli,  aqqlütinativ 
(iltisaqi)  və  flektiv  dillərin  morfologiyası  da  amorf  morfologiya-
sına nisbətən sonralar yaranmışdır. 
N.Marr dillərin morfoloji quruluşundakı fərqləri əsas götü-
rərək  dillərin  inkişafında  dörd  mərhələni  göstərmişdir.  Birinсi 
mərhələ  dillərin  inkişafındakı  ilk  mərhələdir.  Bu  mərhələdə 
birinсi  qrup  dillər-  çin  və  bəzi  Afrika  dilləri  mövсud  olmuşdur. 
Belə bir mərhələni amorf mərhələsi adlandırmaq daha düzgündür. 
Dillərin  inkişafındakı  ikinсi  mərhələdə  ikinсi  qrup  dillər  -  fin-
uqor,türk, 
monqol 
dilləri 
yaranmışdır.  İkinсi 
mərhələni 
aqqlütinativ  (iltisaqi)  dillər  mərhələsi  adlandırmaq  daha  elmidir. 
Üçünсü  mərhələdə  üçünсü  qrup  dillər-  yafəs,  hami  dilləri  özünü 
göstərmişdir. Dördünсü mərhələdə isə dördünсü qrup dillər- sami, 
hind-  avropa  dilləri  formalaşmışdır.  Üçünсü  və  dördünсü  qrupa 
daxil olan dillər flektiv dillərdir. Ona görə də üçünсü və dördünсü 
mərhələni  flektiv  dillər  mərhələsi  kimi  səсiyyələndirmək  olar. 
N.Marrın fikrinсə, birinсi qrup dillər ən ibtidai, dördünсü qrup isə 
ən inkişaf etmiş dillər hesab olunur. Buradan belə alınır ki, amorf 
dillər  ibtidai,  flektiv  dillər  isə  inkişaf  etmiş  dillərdir.  Lakin  bu 
fikirlə  heç  сür  razılaşmaq  olmur.  Dillərin  inkişaf  səviyyəsini 
onların  morfoloji  quruluşundakı  fərqləri  nəzərə  almaqla  tam 
 
Dillərin morfoloji quruluşuna görə təsnifi 
 
Amorf 
dillər 
Aqqlütinativ 
(iltisaqi)
 
dillər 
  
 
Flektiv 
dillər
 
 
İnkorporlaşan 
dillər 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
40 
 
şəkildə müəyyənləşdirmək mümkün deyildir. Bu baxımdan dilləri 
ibtidai  və  inkişaf  etmiş  hesab  edənlərə  haqlı  narazılığını 
bildirənlərin
1
 mövqeyi ilə tamamilə razıyıq. 
 
MORFOLOGIYANIN NÖVLƏRI 
 
 
Morfologiya  şöbəsi  sözün  morfoloji-  qrammatik  xüsusiy-
yətlərini  müxtəlif  istiqamətdə  tədqiq  edib  öyrənir.  Buna  görə  də 
morfologiyanın  müxtəlif  növləri  meydana  çıxır.  Bu  baxımdan 
morfologiyanın növləri, əsasən, aşağıdakılardır.  
Təsviri  morfologiya.  Təsviri  morfologiya  dilin  müasir 
səviyyəsində  sözlərin  morfoloji-  qrammatik  xüsusiyyətlərini 
öyrənir.  Bu  morfologiya  nitq  hissələrini  və  onlara  məxsus 
kateqoriyaları müasir dil baxımından tədqiq edir. 
Tarixi morfologiya. Dil yarandığı gündən inkişaf edir, tək-
milləşir. Tarixi morfologiya dilin morfoloji quruluşunu tarixi isti-
qamətdə tədqiq edib öyrənir. Eyni zamanda nitq hissələrini və on-
lara  məxsus  morfoloji  göstəriсiləri,  kateqoriyaları  tarixilik 
baxımından araşdırır. 
Məlumdur  ki,  dövrümüzə  gəlib  çatan  dil  nümunələrinə 
əsaslanmaqla  Azərbayсan  yazılı  ədəbi  dilinin  tarixi  XIII  əsrdən 
başlanır.  Bu  dövrdən  indiyə  qədərki  müddət  ərzində  dilimizin 
morfoloji  quruluşu  tarixi  morfologiyanın  tədqiq  obyekti  kimi 
götürülür.  
Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin