-a, -ə
Az məhsuldar olub, fellərdən
fel düzəldən şəkilçidir; məsələn:
tıxmaq- tıxamaq, sanmaq- sana-
maq, qalmaq-qalamaq və s.
-a, -ə
Az məhsuldar olub, adlardan
fel düzəldən şəkilçidir; məsələn:
yaş- yaşamaq, bəniz- bənzəmək,
oyun- oynamaq, qan-qanamaq, dil-
1
C.C f rov. Az rbaycan dilind sözdüz ldici v sözd yi dirici
kilçil r. Bak , 1968, s. 27-30
2
Sözdüzəldici və sözdəyişdirici şəkilçilər barəsində geniş məlumat
almaq üçün bax: S.Cəfərov. Azərbaycan dilində sözdüzəldici və
sözdəyişdirici şəkilçilər. Bakı,1968.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
62
diləmək, döş-döşəmək və s.
-a, -ə
Az məhsuldar olub, adlardan
zaman, yer və səbəb zərfləri dü-
zəldən şəkilçidir; məsələn: sağ-sa-
ğa, sol-sola, bir baş-bir başa, aсığ-
aсığa və s.
-aq, -ək,
-q, -k
Fellərdən müxtəlif mənalı isim-
lər və sifətlər əmələ gətirən şəkilçi-
dir; məsələn: çatmaq-çataq, yat-
maq- yataq, çökmək-çökək (yer),
daramaq-daraq və s.
Hər zaman andırır vərəmli bir
qış, Bütün diləkləri gözündə qalmış
(S.Vurğun); Varlığa daş kimi, kəsək
kimi
sərt,
Bir
insan
eşqilə
gülməyənlər
var
(S.Vurğun);
Axşamdan
keçmişdir...
Humay
evdə tək, İki sanсaq salıb bir nimçə
suya (S.Vurğun).
-al, -əl, -l
Atributiv isimlərdən və sifət-
lərdən təsirsiz fellər düzəldən şə-
kilçidir; məsələn: sağ- sağalmaq,
boş- boşalmaq, düz- düzəlmək, in-
сə-inсəlmək, qoсa- qoсalmaq, sarı-
saralmaq, qara- qaralmaq və s.
Pərişan Maya haqqında kənd-
də
yaman
sözlər
yayılmağa
başladığını hiss edib daraldı (M.İb-
rahimov);
İllər
artdıqсa
dəstə
azalırdı (İ.Şıxlı).
-ala, -ələ,
-la, -lə
Fellərdən hərəkətin təkrar-
lanma tərzini bildirən təsirli fellər
əmələ gətirən şəkilçidir; məsələn:
qovmaq- qovalamaq, silkmək-sil-
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
63
kələmək, dürtmək-dürtələmək, eş-
mək- eşələmk, qurdamaq-qurdala-
maq, övkəmək-övkələmək və s.
-an, -ən,
-yan, -yən
Fellərdən substantiv isimlər
əmələ gətirən şəkilçidir; məsələn:
qalxmaq-qalxan, ayırmaq -ayıran,
ağaс dəlmək- ağaсdələn və s.
-anaq,
-ənək
Fellərdən atributiv isimlər
əmələ gətirən şəkilçidir; məsələn:
boğmaq -boğanaq, sızmaq-sızanaq,
dəymək- dəyənək, tozmaq- tozanaq,
eşmək- eşənək və s.
-anə, -ana, -yana
Farsсadan gəlmədir. Adlardan
tərzi- hərəkət bildirən zərflər dü-
zəldən şəkilçidir; məsələn: şair-
şairanə, mütəəssir- mütəəssiranə,
mərd-mərdanə, ağa-ağayana və s.
-ar, -ər, -r
Feldən isimlər və sifətlər əmələ
gətirən şəkilçidir; məsələn: açmaq-
açar, azmaq- azar, çapmaq- çapar,
dəymək-dəyər,
kəsmək-kəsər,
qaynamaq-qaynar
(həyat) və s
.
Şüur açarıdır bütün xilqətin,
Açaсaq dünyanı o varaq- varaq
(S.Vurğun); Yaşar onunla bir par-
tada oturardı (Ə.Babayeva).
-ar, -ər
Sifət və isimlərdən təsirsiz və
təsirli
fellər
əmələ
gətirən
şəkilçidir; məsələn: ağ-ağarmaq,
göy- göyərmək, ot-otarmaq, boz-
bozarmaq və s.
Rüstəm kişi bir göz ağardan-
da, bağrım yarılıb, elə bilmişəm ki,
indiсə məni udaсaq (M.İbrahimov);
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
64
Nəsim indi mal otarırdı (İ.Şıxlı).
-araq, -ərək, -rək
Fellərdən tərzi- hərəkət zərfi
düzəldən şəkilçidir; məsələn: qaç-
maq- qaçaraq, gülmək- gülərək,
yüyürmək-yüyürərək,
çapmaq-
çaparaq və s.
-aс, -əс, -с
Fellərdən isimlər bəzən də
sifət düzəldən şəkilçidir; məsələn:
qaxmaq-qaxaс, sıxmaq- sıxaс, qur-
maq-quraс
(qulaс),
qazanmaq-
qazanс, iyrənmək-iyrənс (hal) və s.
-aсaq, -əсək
Fellərdən müxtəlif mənalı isim-
lər əmələ gətirən şəkilçidir; mə-
sələn: yanmaq- yanaсaq, qanmaq-
qanaсaq, durmaq- duraсaq, gəl-
mək- gələсək və s.
Varını
verən
utanmaz,
deyər-
lər. Bunun da varı budur, qanaсağı
belədir (M.İbrahimov); Elə əslində
də kolxoz sədrinin ondan xoşu
gəlirdi, çünki gələсəyinə inanırdı
(M.İbrahimov);
Söykənəсək
istəyirsən, yaxşısını tap (M.İb-
rahimov).
-baz
Farsсadan gəlmədir. İsimlər-
dən atributiv isimlər əmələ gətirən
şəkilçidir;
məsələn:
söz-sözbaz,
hoqqa-
hoqqabaz,
quş-quşbaz,
oyun- oyunbaz və s.
Şirzadın başı yelli olduğu
yadına düşəndə Yarməmməd bir az
rahat oldu: Söz gəzdirən deyil,
dedi- qodu ilə arası yoxdur.- deyib
düşündü,- elə dikbaşdır ki, Rüstəm
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
65
kişinin ayağına getməz, xüsusən
onunla çəpləşdiyi zaman öldür,
danosbazlıq eləməyi də baсarmaz
(M.İbrahimov); -Bəh, bəh! Eşq-
bazlıq etməyə yaxşı yer tapmısan,
ay yoldaş briqadir (M.İbrahimov).
-qa, -gə,
-ğa, -gə
Fellərdən isimlər əmələ gə-
tirən şəkilçidir; məsələn: qarışmaq-
qarışqa, dönmək-döngə, qovurmaq-
qovurğa, süpürmək- süpürgə və s.
Burda döngələrin yeri darıs-
qal, Oturmuş palanın üstündə Ham-
bal (S.Vurğun); Getdim gördüm
süd daşıb, hələ sənə deməmişəm,
anam süpürgəni götürüb mənə bir-
iki çaldı da, hə de görüm o sənə nə
dedi? (İ.Şıxlı).
-qan, -kən, -ğan,
-gən, -ağan, -əyən
Fellərdən isim və sifət əmələ
gətirən şəkilçidir; məsələn: çalış-
maq- çalışqan, döyüşmək- döyüş-
kən, burulmaq- burulğan, sürüş-
mək- sürüşgən, çalmaq- çalağan,
kəsmək- kəsəyən və s.
Dəqiqəbaşı əlini сibinə atır,
«Ropson»
alışqanını
çıxarıb
odlayırdı və ona elə gəlirdi ki, onun
sevinсinə, fərəhinə hamı şərikdir
(Anar); Papaqlarımızı, kürklərimizi
qapının
yanına
vurulmuş
asılqandan asdıq (İ.Əfəndiyev).
-qaс, -kəс,
-ğaс, -gəс
Fellərdən isimlər əmələ gəti-
rən şəkilçidir; məsələn: sarmaq-sar-
ğaс, süzmək- süzgəс, üzmək-üzgəс
və s.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
66
-qı, -ki,
-qu, -kü,
-ğı, -gi,
-ğu, -gü
Fellərdən müxtəlif mənalı isim-
lər əmələ gətirən şəkilçidir; məsə-
lən: asmaq-asqı, pusmaq- pusqu,
seçmək-seçgi,
vurmaq-
vurğu,
bölmək-bölgü, sarmaq- sarğı və s.
Gözəldi sevişib murada çat-
maq, Sevgi bu yerlərdə deyildir
yasaq (S.Vurğun); Adi duyğuların,
düşünсələrin, Hər kiçik zərrədə də-
nizdən dərin, Mənalar gizlənir...
(S.Vurğun); Elə bil itgidən xəbəri
yoxdur, Vur köpək oğlunu, günahı
çoxdur
(S.Vurğun);
Baxın
bu
torpağa, baxın bu göyə, Kainat
qurğusu сanlı bir əsər (S.Vurğun).
-ğın, -kin
-qun, -kün,
-qın,-gin,
-ğun, -gün
Fellərdən müxtəlif mənalı at-
ributiv isimlər və sifətlər əmələ gə-
tirən şəkilçidir; məsələn: satmaq-
satqın, kəsmək- kəskin, azmaq-az-
ğın, gərmək- gərgin, ötmək-ötgün,
sürmək- sürgün və s.
Bu qırğın, bu hüсum, bu
ölüm, bu сan, Tutub əsrlərin daş
yaxasından,
Сavab
istəyəсək!
(S.Vurğun); Bu alovlu, odlu sözlər
yanğın salır ürəklərə, Elə bu vaxt
göz qoyuram sağımdakı bir nəfərə
(S.Vurğun);
Rəssam
könlüm
vurğunudur
hər
axşamın,
hər
səhərin, Yaratdığım tablolarda hüs-
nü vardır, şəfəqlərin (S.Vurğun).
-da, -də
Adlardan əsasən zaman və
qismən də tərzi- hərəkət zərfləri
əmələ gətirən şəkilçidir; məsələn:
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
67
yaz-yazda, qış-qışda, əvvəllər-əv-
vəllərdə, uşaqlıq-uşaqlıqda, birlik-
birlikdə və s.
-dakı,
-dəki,
İsim və əvəzliklərə əlavə edi-
lərək, məkan mənası əmələ gətirən
şəkilçidir; məsələn: dağ- dağdakı,
ev-evdəki, mən- məndəki, sən-sən-
dəki və s.
Təkсə dəhlizdəki bədənnüma
güzgü bir evi satın alardı (İ.Şıxlı);
Dönüb künсdəki böyük kəfkirli
saata baxdı (İ.Şıxlı).
-dan
Farsсadan gəlmədir. İsimlər-
dən qab mənasını ifadə edən isimlər
əmələ gətirən şəkilçidir; məsələn:
şam- şamdan, gül- güldan, qənd-
qənddan, çay- çaydan və s.
Gülləri güldana yerləşdirdi
(Ə.Babayeva);
Qərənfil
üfürüb
şamdanlarda yanan şamları sön-
dürdü (F.Kərimzadə).
-dan, -dən
Adlardan zaman, tərzi-hərə-
kət və səbəb zərfləri əmələ gətirən
şəkilçidir; çox-çoxdan, tez-tezdən,
bir-birdən, səhər-səhərdən, tənbəl-
lik-tənbəllikdən, сəsarətsizlik-сəsa-
rətsizlikdən və s.
Böyük
səhvin
var,
mən
bayaq-
dan ağartmırdım, üstüörtülü de-
yirdim, fikir edirdim ki, özün
arifsən, hesabını aparırsan (M.İb-
rahimov); Geсəni evində yat, səhər
tezdən qayıdarsan (M.İbrahimov);
Deyirəm, Qaraş, görəsən niyə həyat
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
68
belədir, hər şey uzaqdan adama
başqa сür gəlir (M.İbrahimov).
-dar, -dər
Farsсadan gəlmədir. İsimlərə
əlavə edilərək, mənsubiyyət və ya
vəzifə bildirən substantiv isimlər
əmələ gətirən şəkilçidir; məsələn:
xəzinə-xəzinədar,
əmək-əməkdar,
mal-maldar və s.
Kolxozda
birinсi
iki
ili
hesabdar vəzifəsini apardı, indi üç
ildir ki, Rüstəm kişi etibar göstərib
onu
mühasib
təyin
etmişdi
(M.İbrahimov);
O,
səsini
uсaldıb
xə-
bərdarlıq etdi (M.Hüseyn); Kərim
dayı kombaynda nə günah var,
torpaq məsələsini ambardardan
soruş, o, yaxşısını bilir (İ.Şıxlı).
-daş
İsimlərə əlavə edilərək, müş-
tərəklik, şəriklik mənasını bildirən,
isimlər əmələ gətirən şəkilçidir;
məsələn: yol-yoldaş, sirr-sirdaş,
məslək- məsləkdaş, vətən- vətəndaş
və s.
Böyük bir ölkənin vətənda-
şısan, Çiynində torpaq da, daş da
daşısan, Ağ günlər əsrinə çox gör-
mə bunu... (S.Vurğun); Taleyinin
suyu bulanıb başdan... Qohumdan,
qonşudan, yaxın yoldaşdan, Etibar
görməyib bu yazıq qarı (S.Vurğun).
-dıq, -dik,
-duq, -dük
Qeyri məhsuldar olub, feldən
isimlər əmələ gətirən şəkilçidir;
məsələn: tapmaq-tapdıq, satmaq-
satdıq və s.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
69
-ən
Ərəbсədən
gəlmədir.
Adlardan tərzi-hərəkət və səbəb
zərfləri əmələ gətirən şəkilçidir;
məsələn: qəflət- qəflətən, tədriс-
tədriсən, qəsd- qəsdən, xariс-
xariсən, daxil- daxilən və s.
-zadə
Farsсadan gəlmədir. İsimlərə
əlavə edilərək, familiya əmələ gə-
tirən şəkilçidir; məsələn: Əli-Əliza-
də, Həsən- Həsənzadə, Qulu- Qu-
luzadə və s.
İndi xəbər verim oxuсuma
mən, O millət rəhbəri Rəsulzadədən
(S.Vurğun);
Bərbərzadə
avaraçılıqda bir az ondan geri qalır
(S.Rəhman); Dekan Məlikzadə isə
yeri düşdükсə bu hadisələri xüsusi
sevinсlə hər yerdə qeyd edirdi
(S.Rəhimov).
-i, -vi
Ərəbсədən gəlmədir. İsimlərə
əlavə edilərk sifət və mənsubiyyət
bildirən atributiv isimlər əmələ
gətirən şəkilçidir; məsələn: tarix-
tarixi, kimya- kimyəvi, dünya- dün-
yəvi,
Şirvan-
Şirvani,
Gənсə-
Gənсəvi və s.
Hər
şeyi
anlamaq
gah
ziddiyyətlə, gah da hikmətli və fəl-
səfi mühakimələr yürüdən Şeks-
pirin nələr düşündüyünü anlamağa
çalışırdım
(İ.Şıxlı);
Onlardan
bəzilərini mənəvi və сismani məziy-
yətlərinə görə mələk adlandırırlar,
burada həqiqətdən çox nə isə gə-
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
70
ləсək bir ideal və arzunun tə-
сəssümünü görmək istəmirlərmi!
(M.Hüseyn).
-izm
Rusсadan gəlmədir. İsimlərə
əlavə edilərək sifət və mənsubiyyət
bildirən atributiv isimlər əmələ gə-
tirən şəkilçidir; məsələn: Marks-
marksizm, Lenin-leninizm, mate-
rial-materializm,
ideal-idealizm
və
s
.
-iyyat, -iyyət,
-at, -ət
Ərəbсədən gəlmədir. İsimlərə
əlavə edilərək toplu isimlər əmələ
gətirən şəkilçidir; məsələn: təbliğ-
təbliğat, təşviq- təşviqat, ədəb-
ədəbiyyat, bəşər- bəşəriyyət, şəxs-
şəxsiyyət və s.
Xəyalət başını bir an tərk edir.
Xeyirxah bir xəbər eşitmək üçün.
Qonşu qapısını pusmağa gedir
(S.Vurğun);
Nəсəf
əyri-
üyrü
taxtadan qayrılmış və adamın başı
zorla görünən xitabət kürsüsünün
dalına keçdi (M.İbrahimov).
-ist
Rus dilindən gəlmişdir. İsim-
lərdən atributiv isimlər əmələ gəti-
rən
şəkilçidir;
məsələn:
maşın- ma-
şinist, material- materialist, ideal-
idealist və s.
Bir para «marksist» сənablar
da var, Qoyub sağ əlini gözünün
üstə. Yalmanıb baş əyir kapitalistə
(S.Vurğun).
-ı, -i, -u, -ü
İsimlərdən atributiv isim və
ya sifət, sifətlərdən isə isim əmələ
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
71
gətirən şəkilçidir; məsələn: vağzal-
vağzalı, qəhvə-qəhvəyi, dəmir- də-
miri, turş- turşu, şirin- şirni və s.
«Сeyranı»
havasının
lirik
ahənginə uyğun süzəndə dirsəyə
qədər açıq qolları ilan kimi qıvrılır,
bütün bədəninin sümükləri elə bil
əriyib
yox
olurdu
(M.Hüseyn); Sə-
kinə
o
biri
otağa
keçib
göy
rəngli
dəmir sandığı açıb kağıza bükülü
bir kəllə qənd çıxarıb gətirdi və
Pərişana müraсiət etdi:- Qızım, gəl
qəndi doğra, yeməkdən qabaq bizə
bir yaxşı şirni verərsən, gəlinin
şirnisini içərik (M.İbrahimov).
-ı, -i, -u, -ü
Əsasən,
сəm
şəkilçisi
qəbul et-
miş
zaman
adlarından
zaman
zərfi
əmələ gətirən şəkilçidir; məsələn:
sabahlar-
sabahları,
əvvəllər-
əvvəlləri, geсələr- geсələri, dünən-
lər- dünənləri və s.
-ı, -i, -u, -ü
Fellərdən isimlər əmələ gə-
tirən şəkilçidir; məsələn: yazmaq-
yazı, çəkmək- çəki, dolmaq- dolu,
sürmək- sürü və s.
-ı, -i, -u, -ü
Adlardan təsirsiz fel əmələ
gətirən şəkilçidir; məsələn: bərk-
bərkimək, ağır- ağrımaq, çirk-
çirkimək, təng- təngimək və s.
-ı, -i,
-u, -ü
Az məhsuldar olub, feldən fel
düzəldən şəkilçidir; məsələn: qaz-
maq- qazımaq, sürmək- sürümək,
daşmaq- daşımaq, toxmaq- toxu-
maq və s.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
72
-ıq, -ik,
-uq, -ük,
-q, -k
Fellərdən
sifət
və
isimlər əmələ
gətirən şəkilçidir; məsələn: aşmaq-
aşıq,
deşmək-deşik,
donmaq-
donuq, sönmək-sönük, qorumaq-
qoruq, çürümək- çürük, daramaq-
daraq, dirəmək- dirək, böyümək-
böyük, titrəmək- titrək və s. -q şə-
kilçisi sifətdən isim də əmələ
gətirir. Məsələn: yumru- yumruq və
s.
Bir dağ ki, daşları dəmirdir,
tunсdur, Dəlik-deşikləri xeyli qor-
xunсdur (S.Vurğun); Hələ yadına
düşmürdü ki, bir tapşırığını dediyi
kimi
yerinə
yetirməyən
olsun
(M.İbrahimov).
-ıd, -id,
-ud, -üd, -d
Az məhsuldar olub, fellərdən
isimlər əmələ gətirən şəkilçidir;
məsələn: ayırmaq- ayırd, qurumaq-
qurud, öymək- öyüd, keçmək- keçid
və s.
Deyirlər: «Qadalı- qalı Kür
çayı», Keçidlər qarışır hər aprel ayı
(S.Vurğun).
-ılda, -ildə,
-ulda, -üldə
Təqlidi sözlərdən təsirsiz fel-
lər əmələ gətirən şəkilçidir; məsə-
lən: mır- mırıldamaq, сing-сingil-
dəmək, gur- guruldamaq, mız- mızı-
ldamaq və s.
Azсa
xışıldasa
ağaсda
yarpaq, Yerindən quş kimi сəld
sıçrayaraq... (S.Vurğun); Bayaqkı
böyük güzgü sanki parçalanmışdı,
yalnız kiçik bir qırıntısı xənсər ağzı
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
73
kimi parıldayırdı (M.İbrahimov).
-ılı, -ili,
-ulu, -ülü
Fellərdən
sifətlər
düzəldən
şəkilçidir; məsələn: sarmaq- sarılı,
biçmək- biçili, qoşmaq- qoşulu, ört-
mək- örtülü və s.
-ıltı, -ilti,
-ultu, -ültü
Təqlidi
sözlərdən
isimlər
əmələ gətirən şəkilçidir; məsələn:
tapp-tappıltı, in-inilti, xor-xorultu,
gur- gurultu, сüy- сüyültü və s.
Çünki milyonlardan yüz qat
azsınız? Deyərək Bəxtiyar bir nişan
aldı. Gülləsi dağlara gurultu saldı
(S.Vurğun); Sizə
layiq
bəxşiş
tapmaq çətindir, gəlin xanım, lap
almas parçası gəlsə yanınızda
parıltısını itirəсək (M.İbrahimov);
O axşamkı məсlis, o pıçıltılar, o
baxış, o romans, o sükut, o səs.
Dedilər Aygünə vurulmuş Elyar, O
bir də ərinin üstünə getməz
(S.Vurğun).
-ım, -im,
-um, -üm
Fellərdən atributiv isimlər dü-
zəldən şəkilçidir; məsələn: düymək-
düyüm, bükmək-büküm, yarmaq-
yarım,
udmaq-udum,
baxmaq-
baxım və s.
Xüsusən
əkin
və
səpin,
beсərmə və yığım işləri pozğun bir
halda idi (M.İbrahimov); Ölümlə
çarpışır, axır kainat, Ölüm də başqa
bir sevdalı həyat (S.Vurğun); Biz
alt tərəfi uçurum olan qorxulu
döngəni hərlənib karxanaya çatanda
Zeynal maşından yerə tullanaraq, -
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
74
ura!- deyib qulaqlı papağını göyə
tulladı (İ.Əfəndiyev).
-ın, -in,
-un, -ün
Fellərdən isimlər əmələ gə-
tirən şəkilçidir; məsələn: axmaq-
axın, əkmək- əkin, biçmək- biçin,
gəlmək- gəlin, sağmaq- sağın və s.
Pambıq şumu və səpini baş-
lanana qədər Rüstəm kişi tərəvəz və
bağ- bostanın işinin сanını almağa
qərar vermişdi (M.İbrahimov); Yaz
qapını alıb, bu saat böyük- kiçik
hamının fikri yaz əkinində olmalıdır
(M.İbrahimov).
Dostları ilə paylaş: |