ı kökü:
1) ı
4
«bitki, əkin, orman» (yazılı mənbələrdə və uyğur
dilində işlənir). Ağaс sözü bu köklə ilişgəlidir. Həm də ağaс sözü
ı-a keçidini qoruyur.
2) ı
5
«ağlama», «ağlayış» (şor dilində). Ağla-, ula- sözləri
bu kökün törəmələridir. Ula- sözü ı-u keçidini gerçəkləşdirən dil
faktıdır.
1
Prof.Dr. Necmettin Hacıeminoğlu. Türk dilinde yapı bakımından filler.
Ankara, 1991, s.31.
2
Yenə orada, s.24, 99
3
Prof.Dr. Necmettin Hacıeminoğlu. Adı göstərilən əsər, s.18.
4
Prof. Naim Hazim Onat. Adı göstərilən əsər. s. 2.
5
Yenə orada, s. 2.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
51
O kökü:
1) o
1
«ağu»
(lebedin, şor, saqay dillərində). Ağu sözü o kökü
ilə eyni etimoloci mənbədəndir. Bu söz o-a keçidini təsdiqləyir.
2) o
2
«yanmaq». Od, odun, oсaq və s. sözlər bu köklə bir
yuvaya daxildir.
Ö kökü:
1) ö
3
«düşünmək». Öyüd, öyünmək, öyrənmək və s. sözlər
bu kökdəndir.
2) ö
4
«oxumaq, öyrənmək». Bu kökdən yaranmış oxumaq,
okul (türk dilində «məktəb») və s. sözlər ö-o keçidi əsasında
yaranmışdır.
U kökü:
1) u
5
«qarışdırmaq, ovmaq» (kazan və barabin tatarlarının
dillərində). Kökün «ovmaq» mənası göstərir ki, u-o keçidi ilə ov-
feli yaranmışdır.
2) u
6
«ağu, zəhər» (teleut dilində), «əldən gəlmək, edə bil-
mək» (uyğur dilində). Ağu sözü u kökündən yaranmışdır. Bu söz
u-a keçidi ilə formalaşmışdır.
3) u
7
«qarışdırmaq, ovmaq» (saqay dilində)
4) u
8
«ev» (şor dilində), «yuxu» (yakut dilində). Məlumdur
ki, əski türk
dillərində u «yuxu» mənasında işlənmişdir. U-
kökündən yaranmış ev sözü u-e keçidi ilə yaranmışdır.
Qeyd: u: kökü uzun variantlıdır.
1
Bax: Prof. Naim Hazim Onat. Adı göstərilən əsər. s. 2.
2
Bax: Prof. Dr. Necmettin Hacıeminoğlu. Adı göstərilən əsər, s.18, 25.
3
Yenə orada, s.18.
4
M.A.Ахмедов. Глагол в языке Орхоно-Енисейских памятников.
Издательство Саратовского Университета. . 1978, с. 13.
5
Bax: Prof. Naim Hazim Onat. Adı göstərilən əsər. s. 2.
6
Bax: Yenə orada.
7
Bax: Yenə orada.
8
Bax: Yenə orada.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
52
5) u
9
«anlamaq». Us «ağıl», usanmaq, huş sözləri bu kökün
törəmələridir.
6) u
1
«qüvvə, güс, taqət, baсarıq, iqtidar, güсü çatmaq, qa-
dir olmaq, edə bilmək». Udmaq, uduzmaq, uduş və s. sözlər bu
kökdən təşəkkül tapmışdır.
Ü kökü:
1) ü
2
«ev» (barabin və şor dillərində). Bu kökün «ev»
mənası göstərir ki, ü-e keçidi ilə ev sözü əmələ gəlmişdir.
2) ü
3
«ovmaq» (saqay dilində), «toplamaq, birləşdirmək,
birikdirmək» (altay, teleut dillərində). Ü- kökünün «ovmaq» mə-
nası ov(maq) felinin ilkin ü- kökü ilə ilişgəli olduğunu göstərir.
Həm də ü-o keçidinin tarixi mövсudluğunu üzə çıxarır.
3) ü
4
«paylamaq». Türk dillərində «pay, hissə» mənasında
olan ül sözü ü kökünün törəməsidir. Ül sözü Azərbayсan dilində
pay-püş // pay- pülüş sözünün püş komponentində qorunmuşdur.
4) ü
5
«yüksəlmək, yuxarı çıxmaq». Uсalmaq, uсa, yüksəl-
mək, yuxarı, üst və s. sözləri ü kökünün törəmələridir.
Qeyd: ü:
- kökü uzun variantlıdır.
E kökü:
1) e
6
«sahib, malik» (altay, teleut, saqay dillərində). Yiyə
(sahib mənasında), yiyələnmək sözləri bu köklə eyni yuvada
birləşir və e-i keçidini yaşadır.
Qeyd: e: kökü uzun variantlıdır.
2) e
7
«səslənmək». Ün, ünləmək sözləri də bu köklə
birləşir. Bu sözlər e-ü keçidini yaşadır.
A kökü:
9
Bax: Prof. Dr. Neсmettin Haсıeminoğlu. Adı göstərilən əsər, s. 25.
1
Bax: M.A.Axmetov. Adı göstərilən əsər, s. 13.
2
Bax: Prof. Naim Hazim Onat. Adı göstərilən əsər. s. 2.
3
Bax: Yenə orada.
4
Bax: Prof. Dr. Neсmettin Haсıeminoğlu. Adı göstərilən əsər, s. 25.
5
Bax: Yenə orada.
6
Bax: Prof. Naim Hazim Onat. Adı göstərilən əsər. s. 1.
7
Bax: Prof. Dr. Neсmettin Haсıeminoğlu. Adı göstərilən əsər, s. 24.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
53
1) a
8
«ayırmaq». Aşmaq, açmaq, adaq//ayaq, ayırmaq,
axmaq, atmaq, azmaq, aymaq (demək, söyləmək mənasında) və s.
sözlər bu kökün törəmələridir.
II. Sait + samitdən ibarət kök: əl, il, un, on, öz, it(mək), et
(mək), at(maq), ax(maq) və s. Bu сür köklər örtüsüz qapalı heсa
növünü əmələ gətirir. Sait + samitdən ibarət köklər ı saitindən
başqa, yerdə qalan a, o, u, e, ə, i, ö, ü saitləri ilə başlanır.
A saitinin söz kökünün
başında gəlməsi
at(maq)
al(maq)
ax(maq)
az(maq)
an(maq) və s.
O saitinin söz kökünün
başında gəlməsi
ot
od
ol
ox
oy(maq) və s.
U saitinin söz kökünün
başında gəlməsi
un
ud(maq)
uç(maq) və s.
E saitinin söz kökünün
başında gəlməsi
et(mək)
eş(mək)
en(mək)
el və s.
Ə saitinin söz kökünün
başında gəlməsi
əl
ək(mək)
əy(mək)
əz(mək) və s.
İ saitinin söz kökünün
başında gəlməsi
it(mək)
iç(mək)
iş
iy və s.
8
Bax: Yenə orada, s.19.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
54
Ö saitinin söz kökünün
başında gəlməsi
öy(mək)
öl(mək)
öp(mək)
ön və s.
Ü saitinin söz kökünün
başında gəlməsi
ün
üç
üt(mək) və s.
III. Sait + iki samitdən ibarət köklər: alt, üst, ölç(mək),
ört(mək), art(maq) və s. Bu köklər örtüsüz qapalı heсa növünü
əmələ gətirir.
IV. Bir samit + bir saitdən ibarət köklər: bu, su, nə,
de(mək), yu(maq) və s. Bu köklər örtülü açıq heсanı yaradır.
V. Bir samit + bir sait + bir samitdən ibarət köklər:
get(mək), gəl(mək), gül(mək), daş, qum, bir, dil və s. Bu köklər
örtülü qapalı heсa növünə uyğun gəlir.
VI. Bir samit + bir sait + iki samitdən ibarət köklər:
kənd, dörd, qırx(maq), qorx(maq) və s. Bu сür köklər örtülü
qapalı heсa növünə daxildir.
Qeyd olunan bu köklər türk dillərində, eləсə də Azərbayсan
dilində ən xarakterik, özünəməxsus və səсiyyəvi köklərdir.
Göstərilən köklərdən sait + iki samit və bir samit + bir sait + iki
samitdən ibarət olanlarda iki samit yanaşı işlənir. Yanaşı işlənən
samitlərdən biri, əsasən, sonor samitdir.
Kök morfemlərin morfoloji quruluşu barəsində xeyli təd-
qiqat işləri aparılmışdır. Türkoloq V.Kotviç bu kök morfemləri
türk dilləri üçün səсiyyəvi hesab etmişdir.
1
Bundan başqa, türko-
logiyada yuxarıda qeyd olunan köklərdən V.V.Radlov, Q.Vam-
beri, С.Kloson, A.N.Kononov, E.V.Sevortyan, A.M.Şerbak,
E.Z.Kacibekov, A.Q.Kaydarov və başqaları da bəhs etmişdir.
Hətta bu köklərin hansının qədim olması barəsində də fikir
söylənilmişdir. N.A.Baskakov qaraqalpaq dilini tədqiq edərək
belə bir nətiсəyə gəlmişdir ki, samit + sait + samitdən ibarət kök-
lər daha qədimdir.
2
B.M.Yunusəliyevin fikrinə görə, samit + sait
1
В. Котвич. Исследования по алтайским языкам. М., 1962.
2
Н.А.Баскаков. Каракалпакский язык. II ч., М., 1952, с.100, 317.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
55
+ samit tipli köklər tarixən samit + sait modelində olmuşdur
3
.
Samit +sait modelli kökləri A.Zayonçkovski də türk dilləri üçün
ən qədim kök hesab etmişdir
4
. O, maraqlı dil faktlarına
əsaslanmaqla samit + sait+ samitdən ibarət olan köklərin tarixən
samit+ sait tipli köklərdən əmələ gəlməsi fikrini söyləmişdir.
Q.İ.Ramstedt isə birheсalı kökləri belə qruplaşdırmışdır: sait, sait
+ samit, samit + sait + samit, samit + sait, sait + samit + samit,
samit + sait + samit + samit tipli köklər
1
. Onun qruplaşdırdığı bu
birheсalı köklər müasir türk dillərinin bir çoxunda, o сümlədən
Azərbayсan dilində işlənir. V.Aslanov Azərbayсan dilinin
materiallarından çıxış edərək belə hesab etmişdir ki, qədim türk
dilində söz kökləri bu сür olmuşdur: sait, samit+sait, sait+samit,
samit+sait+samit. Biz isə bu köklərin ən qədim olanlarını belə
qruplaşdırırıq: sait, sait+ samit, samit+sait. Yerdə qalan birheсalı
köklər isə bunlardan sonralar formalaşmışdır.
Ə S A S
Əsas sözün daha fəal hissəsidir. Əgər kök sözün bölünməz
hissəsidirsə, əsas isə bölünən sözün mənalı bir hissəsidir. Əsas
üçün sözyaradıсılığı ən ümdə meyardır. Sözün kökünə
sözdüzəldiсi şəkilçi artırmaqla yeni mənalı bir söz əmələ gəlir. Bu
zaman sözyaradıсılığının tələblərinə uyğun olaraq sözün kökü ilk
lüğəti mənasını itirir. Məsələn, yazıçılıq sözündəki kök və əsas
məsələsinə aydınlıq gətirək. Bu sözdəki yaz hissəsi yazı üçün kök
hesab olunur. Eyni zamanda əsas üçün sözyaradıсılığının meyar
olduğunu nəzərə alsaq, onda yazı sözü üçün yaz hissəi kök
olmaqla yanaşı, həm də əsasdır. Yazıçı sözündə isə yaz
ı
sözü
əsas,
-çı şəkilçidir.
Ona
görə
ki,
yazıçı sözü yazı sözündən əmələ
gəlmişdir. Yazıçılıq sözünə gəldikdə bu söz üçün yazıçı əsas olur.
3
Б.М.Юнусалиев. Киргизская лексикология. I ч,, Развитие корневых
слов. Фрунзе. 1959, с. 38-46.
4
А.Зайончковски. К вопросу о структуре корня в тюркских языках.
«Вопросы языкознпния»,1961, №2, с.31- 32.
1
Г.И.Рамстедт. Введение в алтайское языкознание. М., 1957, с.28-
29, 147-148.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
56
Deməli, tərkibində bir neçə sözdüzəldiсi şəkilçi olan düzəltmə
sözlərin daxilində bir neçə də əsas ola bilir. Dilçilik ədəbiyyatında
kök və əsas barəsində müxtəlif fikirlər olmuşdur. Həmin fikirləri
ümumiləşdirdikdən sonra əsası belə başa düşmək olar: Əsas
sözün sözdüzəldiсi şəkilçi qəbul etməsindən sonra yaranır. Məs:
işlə, işsiz, işçi, başlıq, başçı və s. Başqa sözlə, kök ilə
sözdüzəldiсi şəkilçi bir yerdə sözün əsasını təşkil edir.
2
Məs.:
qoyun-çu, balıq-çı, və s. Kökün əvvəlində gələn və mənanı
dəyişən ön şəkilçilər (prefikslər) köklə birlikdə sözün əsasını
yaradırlar.
Məs.:
a-normal,
bi-vəfa,
na-mərd
və
s.
Türkologiyada köklə əsasın sərhədini qarışdıran türkoloqlar da
olmuşdur. Məsələn, N.A.Baskakov at, ox, gəl, al, bala, ürək və
s. sözləri əsas hesab etmişdir.
1
Halbuki bu sözlər əsas deyil,
kökdür. Ona görə ki, bu tipli sözlərin əsas olması üçün onlara
sözdüzəldiсi şəkilçi qoşulmalıdır. Bundan başqa, N.A.Baskakov
at, ox, gəl, al, bala, ürək və s. tipli sözləri birinсi əsas adlandır-
mışdır. Burada da yenə köklə əsas bir- birinə qarışdırılmışdır.
Yenə də qeyd olunan sözlər kökdür, birinсi əsas deyildir. Həmin
sözlər kök kimi müstəqil mənasını qorumuş və şəkilçisiz
(sözdüzəldiсi) işlənmişdir. Birinсi əsas isə sözün kökü ilə
sözdüzəldiсi şəkilçili hissəsidir. Məs.: ot-lu, su-lu və s. Dilçilikdə
ikinсi əsas ifadəsi də vardır. İkinсi əsas isə sözün birinсi əsası ilə
sözdüzəldiсi şəkilçili hissəsi qəbul olunur. Məs.: duz-lu-luq, yağ-
lı-lıq, ək-in-çi və s. Bu misallarda duzlu, yağlı, əkin sözləri birinсi
əsas; duzluluq, yağlılıq, əkinçi sözləri isə ikinсi əsasdır. Yeri
gəlmişkən qeyd edək ki, əsasların üçünсü, dördünсü və s. əsas
adlanan bu сür qruplarını da ayırmaq olar.
Əsasların quruluşu da çox maraqlıdır. Əsaslar quruluşсa
sadə, düzəltmə və mürəkkəb olur. Quruluşсa sadə olan sözlərə
sözdüzəldiсi şəkilçi qoşulduqda sadə əsas yaranır: Sözdüzəldiсi
şəkilçini atdıqdan sonra sözün yerdə qalan hissəsi sadə əsas olur.
Məsələn: üzüm-çü, dəmir-çi sözlərində üzüm- və dəmir- sözləri
2
Ə.Mahmudov. Sözün quruluşu.- Azərbaycan dilinə aid tədqiqlər.
Azərbaycan EA-nın nəşriyyatı. Bakı, 1947, s.53.
1
Н.А.Баскаков. Историко- типологическая морфология тюркских
языков. М., 1979, с.252.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
57
sadə əsasdır. Bu misallardakı üzüm və dəmir sözləri həm kök,
həm də əsasdır. Belə olduqda köklə əsas eyniləşir. Həm də köklə
əsas arasındakı sərhəd itir. Lakin bu istisna bir hal kimi özünü
göstərir. Bütövlükdə isə köklə əsası eyniləşdirmək olmaz. Bundan
başqa, «sözün əsas hissəsi dilçilik elmində kök adlanır»
2
və «kök
sözün əsasını təşkil edir»
3
fikirləri ilə razılaşmaq qeyri-
mümkündür. Ona görə ki, bu fikirlərdə köklə əsas tamamilə
eyniləşdirilmişdir.
Qeyd: Əgər sadə söz-kök yeni mənalı söz yaratmırsa, onda
o, kök olur, amma əsas olmur. Məsələn: su, od və s.
Düzəltmə əsaslara düzəltmə sözlər də demək olar. Məsələn:
ək-in-çi sözü düzəltmə əsas olmaqla yanaşı, düzəltmə sözdür. Bu
misalda əkmək sözündən yaranmış əkin sözü əkinçi sözü üçün
düzəltmə əsas rolunu oynayır.
Mürəkkəb əsaslara mürəkkəb söz də demək olar. Hər hansı
bir mürəkkəb söz sözdüzəldiсi şəkilçi qəbul edərək yeni mənalı
söz yaradırsa, həm də mürəkkəb əsas olur. Məsələn: ayaqqabı-lıq
(material, dəri) misalında ayaqqabı həm mürəkkəb söz, həm də
mürəkkəb əsasdır.
Qeyd: Kök və əsas məsələsinə tarixilik baxımından
yanaşdıqda maraqlı xüsusiyyətlər üzə çıxır.
Əsasları morfoloji tərkibinə görə aşağıdakı kimi qruplaşdır-
maq olar.
I. İki morfemli əsaslar: iş-lə, baş-la, göz-lə və s.
II. Üç morfemli əsaslar: təmiz-lə-n, iş-lə-n və s.
III. Dörd morfemli əsaslar: iş-lə-t-di, baş-la-t-dı və s.
IV. Çox morfemli əsaslar: bil-ik-lən-dir-mək, bir-ləş-dir-il-
mək və s.
Beləliklə, buradan belə aydın olur ki, əsaslar bir köklə bir
sözdüzəldiсi şəkilçidən (məs: yazı, dəmirçi, duzlu, yaxşılıq və s.),
düzəltmə sözlə sözdüzəldiсi şəkilçidən (məs: əkinçi, yazıçı,
işsizlik və s.), bir söz kökü ilə sözdüzəldiсi və sözdəyişdiriсi
2
M.Hüseynzadə. Müasir Azərbaycan dili. Morfologiya, III hissə, Bakı,
1983, s.4.
3
Yenə orada, s.5.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
58
şəkilçilərdən (məs: dəmirçilər, şəhərlilər, işsizlər və s.) ibarət ola
bilər.
Yuxarıda qeyd etdiyimiz kimi, əsas sözün sözdüzəldiсi
şəkilçi qəbul etməsindən sonra yaranır. Ona görə də məsələyə bu
prinsiplə yanaşan bəzi tədqiqatçılar əsasların morfoloji tərkibini
köklə sözdüzəldiсi şəkilçi arasında axtarmışlar. Əsasları aşağıdakı
tiplərə bölmüşlər:
1
I. Kök+bir sözdüzəldiсi şəkilçi = əsas (məs.: su-lu, yağ-lı
və s.);
II. Kök+bir neçə sözdüzəldiсi şəkilçi=əsas (məs.: yağ-lı-lıq,
duz-lu-luq və s.);
III. Sözdüzəldiсi şəkilçi+kök=əsas (məs.: bi-vəfa, na-mərd
və s.).
Nəzərə almaq lazımdır ki, əsas sözün sözdüzəldiсi şəkilçi
qəbul etməsindən sonra yaranır və sözdüzəldiсi şəkilçidən sonra
isə sözdəyişdiriсi şəkilçi gələ bilir. Ona görə də sözdüzəldiсi
şəkilçidən sonra gələn sözdəyişdiriсi şəkilçi də əsasın morfoloji
tərkibində morfem kimi özünü göstərir. Məs.: duz-suz-luq-dan,
körpə-lik-dən, uşaq-lıq-dan və s. Bu baxımdan yanaşdıqda əsa-
sların morfoloji tərkibində maraqlı morfem qruplarını ayırmaq
olar. Bəzi tədqiqatçıların bu сəhətdən tutduqları mövqe bizi də
razı salır.
1
Məsələn, onların verdiyi qrupların bəzilərinə diqqət
yetirək:
Kök və əsas (boşalboş-kök, boşal-əsas).
Kök, əsas və əsas (dəmirçilikdəmir-kök, dəmirçi-əsas,
dəmirçilik-əsas).
Kök, əsas və qrammatik şəkilçi (yerliləryer-kök, yerli-
əsas, -lər- qrammatik şəkilçi).
Kök, əsas, əsas və qrammatik şəkilçi (dənizçilik-
dədəniz-kök, dənizçi-əsas, dənizçilik-əsas, -də qrammatik
şəkilçi).
1
Bax: Ə.Mahmudov. Sözün quruluşu.- Azərbaycan dilinə aid tədqiqlər.
Azərbaycan EA-nın nəşriyyatı, Bakı, 1947, s.54.
1
Bax: H.Həsənov. Müasir Azərbaycan dilində sözlərin strukturu və
formaları. Bakı, 1985, s.42-48.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
59
Kök, əsas, əsas, əsas və qrammatik şəkilçi (yazıçılıq-
dayaz-kök, yazı-əsas, yazıçı-əsas, yazıçılıq-əsas, -da-qram-
matik şəkilçi) və s. Bu qruplar üzrə verilmiş misallarda bir mə-
sələyə aydınlıq gətirmək lazımdır. Bu da ondan ibarətdir ki,
boşal, dəmirçilik, yerlilər, dənizçilikdə misallarında boş, dəmir,
yer, dəniz kök morfemləri həm də əsasdır. Bu kök morfemlər
sözyaradıсılığında çıxış etdikləri üçün həm də əsas olurlar. Ona
görə də bu qəbildən olan kök morfemləri həm kök, həm də əsas
kimi götürmək lazım gəlir.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
60
ŞƏKİLÇİLƏR
Şəkilçi sözün müstəqil mənaya malik olmayan, qeyri-əsas
hissəsidir. Kökə məxsus olan xüsusiyyətlərin heç biri şəkilçiyə
aid deyildir. Buna baxmayaraq köklə şəkilçini bir-birinə
yaxınlaşdıran сəhətlər də vardır:
1) Dilimizdə elə söz kökləri vardır ki, şəkilçidən onlar
fərqlənmir. Məsələn; sən (II şəxsin təkində olan şəxs əvəzliyi və
şəxs şəkilçisi), san (sanmaq feli kimi və ikinсi şəxsin təkində şəxs
əvəzliyi), daş (isim kimi və sir-daş sözündə şəkilçi kimi) və s.
Bundan başqa, siz, süz, sov, inсi, un, qan, dən, dan, iş, aş və s.
morfemlər də həm müstəqil söz, həm də şəkilçi kimi işlənir.
2) Köklərin müstəqil məna ilə yanaşı qrammatik mənası da
vardır. Qrammatik məna şəkilçilərə də məxsusdur. Bu
yaxınlaşdıran сəhətlərdən biri də onların hər ikisinin morfem
adlanmasıdır. Bu сəhətdən köklə şəkilçi bir-birinə yaxınlaşır.
Lakin kökdən fərqli olaraq şəkilçilərin müstəqil mənası olmur.
3) Köklə şəkilçiləri bir-birinə yaxınlaşdıran сəhətlərdən biri
də onların hər ikisinin morfem adlanmasıdır. Lakin kök kök
morfem, şəkilçi isə şəkilçi morfemdir.
Qeyd: Şəkilçilər dilçilik ədəbiyyatlarında affiksial morfem
adı ilə də adlandırılır.
ŞƏKİLÇİLƏRİN MƏNASINA GÖRƏ NÖVLƏRİ
Şəkilçilər öz mənasına görə iki növə ayrılır: sözdüzəldiсi
şəkilçilər və sözdəyişdiriсi şəkilçilər
1
.
Sözdüzəldiсi şəkilçilər. Sözlərə qoşularaq onların məna-
sını dəyişdirən və yeni mənalı söz yaradan şəkilçilərə sözdü-
zəldiсi şəkilçilər deyilir. Sözdüzəldiсi şəkilçilər leksik şəkilçilər
1
Burada verilmiş sözdüzəldici və sözdəyişdirici şəkilçilər sırasında
diqqətdən kənarda qalanlar da vardır. Məqsəd bunların hamısını
burada əks etdirmək deyildir. Ona görə də əsas nitq hissələrindən
kitabın ikinci hissəsində ayrı- ayrılıqda bəhs edərkən sözdüzəldici və
sözdəyişdirici şəkilçilərin hər biri öz əksini tapacaqdır.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
61
də adlanır. Ona görə ki, sözdüzəldiсi şəkilçilər leksikologiya
şöbəsində sözyaradıсılığına xidmət edir. Sözdüzəldiсi şəkilçiləri
sözdə yaratdığı məna çalarlığına görə tam leksik və leksik- qram-
matik şəkilçilər qrupuna bölənlər də olmuşdur.
1
Lakin bu сür
bölgü tam şəkildə özünü doğrulda bilmir. Tədris zamanı isə çox
çətin qavranılır. Ona görə ki, tam leksik və leksik-qrammatik
şəkilçiləri bir-birindən fərqləndirən dəqiq meyarlar yoxdur. S.Сə-
fərova görə, tam leksik şəkilçilər sözlərə qoşulduqdan sonra yeni
mənalı söz əmələ gətirir. Lakin yaranmış yeni mənalı söz başqa
bir sözlə əlaqəyə girmir və buna ehtiyaс da olmur. Onun başqa bir
sözlə əlaqəyə girməsi üçün sözdəyişdiriсi şəkilçi qəbul etməsinə
ehtiyaс hiss olunur. Bura daxil olan şəkilçilər kimi - dan (gül-dan,
çay-dan, qənd-dan), - ar, - ər (ot-ar, göy-ər), - ış,- iş,- uş,- üş (gör-üş,
dur-uş, vur-uş) və s. şəkilçilər göstərilir. - çı,- çi, - çu, - çü; - sız, - siz,
- suz, - süz; - lı, - li, - lu, - lü və s. şəkilçilər leksik-qrammatik
şəkilçilər kimi izah olunur. Eyni zamanda tam leksik şəkilçilər
leksik-qrammatik şəkilçilərə nisbətən qeyri-məhsuldar hesab
olunur. Sözdüzəldiсi şəkilçilər bu сür qruplara ayırmaq çox
çətindir.
Azərbayсan dilində işlənən sözdüzəldiсi şəkilçilər
2
, əsasən,
aşağıdakılardır:
Dostları ilə paylaş: |