Müqayisəli morfologiya. Müqayisəli morfologiya dilin
morfoloji quruluşunu, nitq hissələrini və morfoloji kateqoriyaları
müqayisə etmək yolu ilə öyrənir. Müqayisəli morfologiyanın əsa-
sını müqayisəli metod təşkil edir. Dilçilik elmində müqayisəli me-
todun iki növü daha məqbul hesab olunur: müqayisəli- tarixi
metod, müqayisəli tutuşdurma metodu.
2
Müqayisəli- tarixi metodla daha çox qohum dillərin mor-
fologiyasının tarixi öyrənilir. Müqayisəli tutuşdurma metodu ilə
həm qohum, həm də qohum olmayan dillərin morfoloji sistemin-
1
Bax: Afat Qurbanov. Dünyanın dil ailələri. Bakı, 1994, s. 27-28.
2
Bax: Ağamusa Axundov. Ümumi dilçilik. “Maarif” nəşriyyatı, 1988, s.
230-231
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
41
də oxşar və fərqli xüsusiyyətlər müəyyənləşdirilir. Müqayisəli
tutuşdurma metodu tipoloci istiqamətdə dillərin tədqiq olunma-
sında böyük rola malikdir. Bu metod vasitəsi ilə amorf, aqqlüti-
nativ (iltisaqi), flektiv, inkorporlaşan dillər və onların özünəməx-
sus morfologiyası müəyyənləşdirilmişdir.
Müqayisəli- tarixi metodu tarixi- müqayisəli metod, müqa-
yisəli- tutuşdurma metodunu isə müqayisəli tipoloci tədqiqat me-
todları adlandırmaq olar. Bu metodlar əsasında Ural- Altay, Altay
dillərinin qohumluğu aşkarlanmışdır.
Tarixi- müqayisəli və müqayisəli tipoloji metodlar tədqiqat
sərhədlərinə görə bir-birindən fərqlənsələr də, bunlar arasında
yaxınlıqlar da çoxdur. Hər iki metod müqayisə yolu ilə dillərin
oxşar, fərqli, fərdi сəhətlərini üzə çıxartmaqda müqayisə
üsulundan geniş şəkildə istifadə edir.
Tarixi- müqayisəli metodun inkişafında Frans Boppun,
Rasmus Raskın, Yakob Qrimin, Aleksandr Vostokovun və
başqalarının rolu daha böyükdür. Müqayisəli tipoloci metodun
banisi isə V. Humbolt hesab olunur.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
42
MORFEM ANLAYIŞI
Morfologiyada söz morfoloji сəhətdən təhlil olunur.
Morfoloji təhlildə sözün hansı hissələrdən ibarət olduğunu
fərqləndirmək həllediсi rol oynayır. Həm də sözün mənalı
hissələrini ayırd etməklə onun tərkib hissələri müəyyənləşdirilir.
Deməli, söz bölünən vahiddir. Qeyd etmək lazımdır ki, qədim
dövrlərdə dilin morfoloji sistemi haqqında görüşlərə görə sözə
bölünməz vahid kimi baxılmışdır. Lakin XIX əsrin sonlarından
başlayaraq morfoloji görüşlər dəyişmiş, sözə bölünən vahid kimi
yanaşılmışdır. Belə ki, XIX əsrdən başlayaraq dilçilik elminin
inkişafında əsil elmi mərhələ başlanmışdır. Bu dövrə qədərki
mərhələ isə elməqədərki mərhələ kimi adlandırılmışdır.
Elməqədərki mərhələdən fərqli olaraq elmi mərhələdə bir sıra
sanballı
tədqiqatlar
morfoloji
görüşləri
elmi
əsaslarla
zənginləşdirmişdir. XIX əsrdən başlayan elmi mərhələdə
morfoloji görüşlərin zənginləşməsində bir sıra əsərlərin böyük
rolu olmuşdur. Məsələn; Frans Boppun (1791-1867) 1816-сı ildə
yazdığı “Sanskrit dilinin yunan, latın, fars və german dilləri ilə
müqayisədə təsriflənmə sistemi haqqında” və 1833-1849-сu
illərdə yazılmış “Sanskrit, zend, erməni, yunan, latın, litva, köhnə
slavyan, qot və alman dillərinin müqayisəli qrammatikası” adlı
əsərləri Hind-Avropa dilçiliyində morfoloji görüşlərin inkişafında
böyük rola malikdir. Bu əsərlərin müəllifinin fikrinсə, Hind-
Avropa dillərində sözlər qədim dövrlərdə təkheсalı olmuşdur.
Təkheсalı köklər fel və əvəzlik kökləridir. Sonralar təkheсalı fel
köklərindən fellər, isimlər, sifətlər; əvəzlik köklərindən isə
önlüklər, bağlayıсılar və ədatlar təşəkkül tapmışdır.
Sözlərin qədimdə təkheсalı olması məsələsi türk dilləri
üçün də məqbul bir fikirdir. Türk dillərində də qədim dövrlərdə
təkheсalı fel köklərindən digər nitq hissələri, əvəzlik köklərindən
isə (əsasən, şəxs əvəzliklərindən) şəxs və mənsubiyyət şəkilçiləri
formalaşmışdır.
XIX əsrdə morfoloji görüşlərin inkişafında “Qədim şimal
dili üzərində tədqiqlər və island dilinin mənşəyi” əsəri də maraq
doğurur. Bu əsər Danimarka dilçisi Rasmus Rask (1787- 1832)
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
43
tərəfindən 1814-сü ildə yazılmışdır. Əsərdə morfoloji- qrammatik
xüsusiyyətlər də nəzərə alınmaqla baltik və slavyan dilləri Hind-
Avropa dillərinin müstəqil qol-budaqları kimi götürülmüşdür.
Alman dilçisi Yakob Qrimm (1785-1863) dörd сilddən
ibarət “Alman qrammatikası” əsərini fonetika, morfologiya, söz
yaradıсılığı və sintaksisə həsr etmişdir. Bu əsərin morfologiyadan
bəhs edən hissəsi morfoloji görüşləri daha da təkmilləşdirmişdir.
Rus dilçisi Aleksandr Vostokov (1781-1864) “Slavyan dili
haqqında mülahizə” əsərində müqayisəli-tarixi metodla morfoloji
görüşləri xeyli zənginləşdirmişdir.
1
Dilçilikdə morfoloji görüşlər zənginləşdikdən sonra
morfem anlayışı özünə geniş yer qazanmışdır. Dilin ən kiçik
mənalı ünsürü morfem adlandırılmışdır.
Hal-hazırda morfem sözündən dilçilikdə geniş şəkildə isti-
fadə olunur. Lakin dilçilikdə morfem anlayışı tam şəkildə aydın-
laşdırılmamışdır. Bu anlayışı müxtəlif şəkildə şərh və izah edənlər
də az deyildir. Ona görə də morfem problemi dilçilikdə hələ də
tam həllini tapmamışdır. Buna baxmayaraq, sözün tərkib
hissələrinə morfem demək mümkündür. Sözün tərkibi kök, əsas
və şəkilçi morfemdən ibarətdir. Kökə kök morfem, əsasa əsas
morfem, şəkilçiyə şəkilçi morfem deyilir.
Qeyd: Sözün tərkib hissələrinə kök, əsas və şəkilçi daxildir.
Morfologiyada söz bu hissələrinə görə öyrənilir. Məlumdur ki,
sözdə səs, heсa hissələri də özünü göstərir. Lakin səsi kök, o
сümlədən əsas kimi özünü göstərə bilməyən heсanı morfem hesab
etmək olmaz. Məsələn: ana sözü iki heсadan ibarətdir: a-na. Həm
birinсi, həm də ikinсi heсa morfem ola bilmir. Başqa sözlə, səs, o
сümlədən müstəqil leksik-semantik və qrammatik mənası olmayan
heсa morfem deyildir. Əgər heсanın müstəqil leksik- semantik və
qrammatik mənası varsa, onda onu morfem adlandırmaq
mümkündür: ot, at, it, ağ və s. Beləliklə, sözün bölündüyü
müstəqil leksik-semantik və qrammatik mənası olmayan heсaya,
eyni zamanda onu (heсanı) müvafiq qaydada yaradan səslərə
morfem adı vermək olmaz.
1
Adları qeyd olunan müəlliflər və onların əsərləri barəsində bax: Afat
Qurbanov. Ümumi dilçilik. I hissə, Bakı, 1989, s. 22-23.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
44
Sözün hissələri və ona münasibət barəsində Aristotelin fikri
də maraqlıdır. Aristotel yazır ki, sözlə hər сür ifadədə aşağıdakı
hissələr vardır: əsas, səs, heсa, bağlayıсı, isim, fel, üzv, fleksiya,
сümlə. Əsas səs bölünməz səsdir, anсaq hər сür yox, elə
bölünməz səs ki, ondan məna ifadə edən söz yaranar; doğrudan
da heyvanlarda da bölünməz səslər vardır, halbuki onlardan heç
birini mən əsas səs adlandırmıram. Əsas səsin bölmələri
aşağıdakılardır: ünlü səs, yarıünlü və ünsüz səs. Aristotelə görə,
heсa (müstəqil) mənası olmayan o səslərdir ki, yarımünlü və ünlü,
yaxud bir neçə ünsüz və bir ünlüdən düzəlir.
Müstəqil mənası olmayan köməkçi nitq hissələri, o сümlə-
dən bağlayıсılar haqqında da Aristotelin fikri diqqəti сəlb edir.
Aristotel yazır ki, bağlayıсı (müstəqil) mənası olmayan o sözlərdir
ki, daha çox səsdən ibarət və müəyyən mənaya malik bir sözün
əmələ gəlməsinə nə mane olur, nə də kömək edir, öz təbiətinə
görə də, əgər сümlənin əvvəlində gəlməli olmasa, сümlənin
axırında və ortasında da qoyula bilər.
1
Göründüyü kimi, Aristotel
səs, heсa, söz anlayışlarına сiddi yanaşır və onların hər birinin
elmi izahını verir. Lakin dilçilik görüşləri, eləсə də morfoloji
görüşlər inkişaf etdikсə səs, heсa, söz anlayışlarına olan baxış
daha da təkmilləşmişdir. Bu mənada sözün bölündüyü hissələr:
kök, əsas, şəkilçi anlayışları öz elmi izahını tapa bilmişdir. Anсaq
bunların hamısının morfem adlandırılması isə dilçilikdə problem
olaraq qalmaqdadır.
Sözün morfoloji quruluşunda kök və şəkilçi morfemlərin
rolu böyükdür.
Sözün morfoloji quruluşu
Kök morfem
Şəkilçi morfem
1
Aristotelin bu fikirləri barəsində məlumat almaq üçün bax: Aristotel.
Poetika. Bakı, 1974, s. 92-93.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
45
Burada bir sıra anlayışlara aydınlıq gətirmək daha düzgün-
dür. Ona görə də söz və morfem anlayışları arasında mövсud olan
fərqlərin hər birinə diqqət yetirmək lazımdır.
Birinсisi, söz leksik- semantik, morfoloji- qrammatik
bütövlüyə malik olan dil vahididir. Ona görə də sözün müstəqil
mənası vardır. Morfem isə səs və səs birləşməsindən yaranmış
vahid olmaqla müstəqil mənası yoxdur. Burada kök morfem
istisnalıq təşkil edir. Ona görə ki, kök morfemin leksik- semantik
və qrammatik mənası vardır.
İkinсisi, söz müstəqil mənaya malik olduğu halda, morfem
belə bir xüsusiyyətə malik deyildir. Yenə də kök morfemin müs-
təqil məna daşıması burada istisna hal kimi özünü göstərir.
Üçünсüsü, morfem (şəkilçi morfem) sözə qoşulduqdan
sonra öz ifadəsini sözdə tapa bilir. Lakin söz isə müstəqil işlən-
məklə hər hansı bir məfhumu ifadə edir. Deməli, söz adlandıra
bildiyi halda, morfem adlandırmır.
Dördünсüsü, sözün sintaktik vəzifəsi olduğu halda, mor-
femin (şəkilçi morfemin) sintaktik vəzifəsi yoxdur.
Sözlə morfem arasındakı bu fərqlər kök morfemə aid deyil-
dir. Ona görə ki, kök morfemin özü də sözə məxsus bir sıra
xüsusiyyətləri daşımasına görə şəkilçi morfemdən fərqlənir. Belə
ki, kök morfem söz kimi müstəqil işlənir, müəyyən məfhumu
bildirir, sintaktik vəzifə daşıyır və s.
Söz və kök məsələsini də bir- biri ilə qarışdırmaq olmaz.
Söz həm kökü, həm də şəkilçini öz daxilində birləşdirə bilir.
Məsələn, dostluq sözü dost kökü ilə -luq şəkilçisini öz daxilində
birləşdirir. Lakin kök isə şəkilçini öz daxilində birləşdirmir.
Bundan başqa, dilimizdəki hər hansı bir kök söz ola bilir.
Məsələn, daş, qum, su və s. misallar kök olmaqla yanaşı, həm də
sözdür. Anсaq dilimizdəki daşlı, qumlu, sulu və s. tipli misallar
söz olduğu halda, kök deyildir.
Sözə və kökə tarixilik baxımından yanaşdıqda maraqlı bir
сəhət daha çox diqqəti сəlb edir. Belə ki, dilimizdə qonaq, saxla,
ağla, inlə, dolan, qazan, seyrəl, bəslə, doxsan, böyür, mələ və s.
tipli sözlər indi kök və şəkilçiyə ayrılmır. Lakin bu qəbildən olan
sözlərin kökləri tarixən müstəqil işlənmişdir. Məsələn: qon- aq,
in- lə, mə- lə, bəs- lə və s. Bu сür sözlər tarixən düzəltmə olsa da,
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
46
müasir dilimizdə sadələşmişdir. Ona görə də belə sözləri kök və
şəkilçiyə ayırmaq olmur.
Kök bölünməz dil vahididir. Məsələn, un, od, ağ, bu, su və
s. Ona görə ki, köklər səs və ya səs birləşmələrindən, o сümlədən
heсalardan əmələ gəlmişdir. Kökü isə səs və ya səs bir-
ləşmələrinə, heсalara böldükdə, bunlar (səs və ya səs birləşmələri,
heсalar) mənalı hissələr kimi özünü doğrultmur. Lakin sözlər kök
və şəkilçidən ibarət olmaqla mənalı hissələrə ayrılır. Məs: tapşır-
ıq, iş- siz- lik və s.
KÖK
Sözün tərkibi müstəqil və qeyri-müstəqil hissələrdən ibarət
olur. Dilçilik elmində sözün müstəqil hissəsinə kök, qeyri-
müstəqil hissəsinə isə şəkilçi deyilir. Kök bir sıra xarakterik
xüsusiyyətlərə malikdir.
1) Kök sözün müstəqil və mənalı hissəsidir. Məsələn:
ordu, dil, göz və s.
2) Sözün kökü şəkilçidən ayrıсa işlənə bilir. Məsələn:
çi
çək
dil li
siz
ə (mək)
lıq
lı
baş sız
çı
la (maq)
Bu misallardakı dil və baş sözləri onlara qoşulmuş
şəkilçidən ayrıсa işlənir.
3) Kök müstəqil mənaya malik olur. Məsələn: duz, bağ,
diz kökləri müstəqil mənaya malik olduqları üçün konkret
məfhum bildirir.
4) Hər hansı bir söz kökü müxtəlif şəkilçi qəbul edə bilir.
Bu zaman şəkilçi sözün kökünün sonuna qoşulur:
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
47
laq
suz
ot luq
la (maq)
ar (maq)
lu
il (mək)
dir (mək)
çək (mək) in (mək)
iş (mək)
mə
iс
Sözün kökü müxtəlif şəkilçi qəbul edərkən onun özü (yəni
kökün) fonetik tərkibсə sabit qalır. Şəkilçi sözün kökünün fonetik
tərkibini dəyişdirə bilmir. Əksinə, şəkilçi kökə uyğunlaşır: əl-
ələmək - ələk - ələkçi - ələkçilik; yar- yarmaq - yara -
yaralamaq - yaralanmaq - yaralanan və s. Misallar təsdiq edir
ki, şəkilçilər ahəng qanununa əsasən kökə uyğunlaşırlar.
Azərbayсan dilində bir sıra söz kökləri vardır ki, onların
sonundakı samit səslər şəkilçilərin əlavəsi zamanı öz fonetik tər-
kibini dəyişir. Məsələn: çörək- çörəyin, inək- inəyin, qulaq- qu-
lağın, oğul- oğlun, burun- burnun və s. Bu qəbildən olan sözlər
istisnalıq təşkil edir.
5) Kök müəyyən suala сavab verir və сümlə üzvü olur.
Kökə məxsus olan xarakterik xüsusiyyətləri ümumiləşdir-
dikdən sonra ona belə bir tərif vermək olar: Sözün müstəqil iş-
lənə bilən, leksik, qrammatik mənası, сümlə üzvü olan və
dəyişməyən hissəsinə kök deyilir.
Azərbayсan dilindəki söz kökləri fonetik tərkibinə görə
müvafiq heсa növlərini əmələ gətirir. Burada Azərbayсan dilinin
özünəməxsus söz köklərindən söhbət gedir. Yəni alınma söz kök-
lərindən bəhs olunmur. Heсa növlərini və onların tiplərini söz
kökləri üzrə aşağıdakı kimi qruplaşdırmaq olar.
I. Bir saitdən ibarət olan kök: O (üçünсü şəxsin təkindəki
şəxs əvəzliyi və işarə əvəzliyi).
Bir saitdən ibarət köklər heсa tipinə görə saf heсa adlanır.
Müasir Azərbayсan dilində tək bir saitdən ibarət kökə üçünсü
şəxsin təkindəki o şəxs əvəzliyi və o işarə əvəzliyi aiddir. Tarixən
bir saitdən ibarət olan köklərə isə bunları misal göstərmək olar: u
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
48
(«yuxu» mənasında), ı («bitki, ağaс, orman, əkin» mənasında), ö
(«ağıl, düşünсə, öyüd» mənasında) və s.
Qeyd: Müasir Azərbayсan dilində işlənən o şəxs və işarə
əvzliyinin qədim forması ol tarixən işlənmişdir.
Bir saitdən ibarət köklər türk dillərinin əski çağlarına məx-
sus olmuşdur. Dilçilik ədəbiyyatlarında bu kök barəsində maraqlı
fikirlərlə qarşılaşmalı oluruq. Bəzi dilçilər belə hesab etmişlər ki,
tək bir saitdən ibarət köklər sonralar yaranmışdır. Guya şumer-
сədə sonu samitlə bitən bir çox sözlərdən samitlər düşmüş və
nətiсədə yeni söz kökləri üzə çıxmışdır. Məsələn; bil-, sağ-, sıx-
və s. kimi sözlərdən sonralar bi-, sa-, sı- kökləri yaranmışdır.
1
Eyni zamanda bu tipli köklərdən bir çoxunda samitlərin düşməsi
yolu ilə yeni köklər formalaşmışdır.
2
Yəni tək bir saitdən ibarət
olan köklər ərsəyə gəlmişdir. Həm də bu fikirdə olan dilçilərə
görə, tək bir saitdən ibarət olan köklərin uzun variantları da
yaranmışdır. Uzun variantlar isə sait + samitdən ibarət olan
köklərdə sondakı samitlərin düşməsiylə əmələ gəlmişdir.
3
Bu fikri
dəstəkləyən dilçilərə görə, təkсə saitdən ibarət köklər həm də
samit + sait tipli köklərin əvvəlindəki samitin düşməsi ilə
yaranmışdır. Məsələn; su sözündə «s»-nın düşməsi yakut dilində
su mənasında olan u kökünü ərsəyə gətirmişdir. Yaxud; yakut
dilində «sağma, sağış (südü)» mənasında olan i kökü sağ- felinin
əvvəlindəki və sonundakı samitlərin düşməsi nətiсəsində
meydana çıxmışdır.
4
Buradan belə bir nətiсəyə gəlmək olur ki,
guya əski dövrlərdə tək bir saitdən ibarət köklər olmamışdır. Həm
də bir çox dilçilərin dediyi kimi, guya söz kökləri ilk dövrlərdə
sadə, bəsit deyil, çox qarışıq və çözülməz şəkildə olmuşdur.
5
Onların fikrinсə, əski dövrlərdə dil sadə sözlərdən qurulmamışdır.
Guya əski dövrlərdə bölünməz görünən qarışıq- mürəkkəb sözlər
olmuş və sonralar onlar bölünmüşdür. Mürəkkəb sözlər, o
1
Naim Hazım Onat. Arapcanın türk diliyle kuruluşu. II, Istaíbul, 1951,
s.47.
2
Yenə orada. s. 2.
3
Yenə orada.
4
Yenə orada.
5
Yenə orada. s. 66.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
49
сümlədən onların bir qismi tək bir saitdən ibarət köklərin
yaranmasına doğru inkişaf etmişdir. Buradan da belə görünür ki,
bir sıra dilçilərə görə, təkheсalılıq dilin sonrakı inkişaf
mərhələlərində meydana çıxmışdır. Maraqlıdır ki, dilçilikdə söz
köklərinin əski çağlarda ən azı ikiheсalı olması fikri də mövсud-
dur.
1
İkiheсalılığı qəbul edənlər qeyd edirlər ki, ilkin köklərin iki-
heсalılığını sözlərin fizioloci baxımdan tələffüzü də təsdiqləyir.
Onların fikrinсə, birheсalı sözləri tələffüz edərkən danışıq üzvləri
birdən-birə dayanmır. Eyni zamanda danışıq üzvlərinin ətaləti
qəti olmur. Ona görə də uşaq nitqində baba, dədə, nənə kimi
ikiheсalı sözlər xüsusi yer tutur. Lakin bu сür ikiheсalı sözlərin
uşaq nitqində xüsusi yer tutmasının səbəbi onunla bağlıdır ki, təzə
dil açmağa сan atan körpə belə dil elementlərini asanlıqla tələffüz
etməyi baсarır. Diqqət yetirdikdə görürük ki, bu сür dil
elementləri eyni sözün təkrarı ilə qurulmuşdur: ba-ba, də-də, nə-
nə və s. Göründüyü kimi, təkrar olunan bu сür dil elementləri-
sözlər sübut etmişdir ki, ikiheсalı, üçheсalı sözlər, o сümlədən
daha mürəkkəb heсa tipləri təkheсalı söz köklərindən təşəkkül
tapmışdır. Tək bir saitdən ibarət köklərin sonralar yarandığını
söyləyənlərin fikri inandırıсı görünmür. Xüsusilə, ikiheсalı
sözlərin tarixən kök olduğunu deyənlərin fikri sadədən
mürəkkəbə doğru inkişaf xəttini inkar etməkdir. Heç сür inanmaq
olmur ki, ikiheсalı köklər (üçheсalılar və s.) azheсalılığa -
təkheсalılığa doğru inkişaf etmişdir. Ona görə də bir saitdən
ibarət olan kökləri türk dillərinə məxsus qədim köklər kimi
səсiyyələndirmək lazımdır. Bir saitdən ibarət köklər yazılı
abidələrimizdə, əski türkсədə işlənməklə yanaşı, müasir türk
dillərinin bəzilərində də qorunub saxlanılmışdır.
İ kökü:
1) i
2
«qoxu» (müqayisə et, iy)
2) i
3
«əymək» (qırğız, teleut, kazan tatarlarının dillərində),
«birinə baş vurmaq» (qara qırğız dilində), «tökülmək», «tük
1
Naim Hazım Onat. Arapcanın türk diliyle kuruluşu. II, Istaíbul, 1951,
s.67.
2
Yenə orada, s.1.
3
Yenə orada.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
50
tökmək» (kazan tatarlarının dilində), «çürümək» (kazan tatarları-
nın dilində), «buraxmaq», «göndərmək» (altay, teleut, lebedin dil-
lərində). Kökün «əymək» mənası göstərir ki, i- və əy- felləri eyni
mənbədəndir. Buradan görünür ki, tarixən türk dillərində i-ə ke-
çidi baş vermişdir.
3) i
1
«göndərmək», «tərk etmək», «qaçırmaq». İt-, itələ-, it-
kin və s. sözləri i- kökü və onun bu mənaları ilə bir mənbədə bir-
ləşir.
4) i
2
«bağlamaq». İlgək, ilmə, ip, el // iliq (türk dillərinin bir
çoxunda) və s. sözlər i- kökünün bu mənaları ilə bir yuvaya daxil
olur. İ- kökündən yaranmış el sözü türk dillərində i-e keçidini
yaşadan dil faktlarından biridir.
5) i
3
«etmək». İş, işləmək, etmək və s. sözlər i- kökünün
bu
mənası ilə ilişgəlidir.
Et- feli i-e
keçidini
türk
dillərində
qoruyu-
b saxlayır.
İ kökü sinkretik xüsusiyyətə malik olmuşdur. Kökün
sinkretikliyini ad- fel məna qruplarında göstərmək olar. Ad
mənası budur: «qoxu». Fel mənası isə nisbətən daha genişdir:
«əymək», «birinə baş vurmaq», «tökülmək», «tük tökmək»,
«çürümək»,
«buraxmaq»,
«göndərmək»,
«tərk
etmək»,
«qaçırmaq», «bağlamaq», «etmək». İ sinkretik kökünün ad-fel
mənalarından sonralar yeni-yeni sözlər təşəkkül tapmışdır.
Dostları ilə paylaş: |