27
1.3. Yeməkxana təyinatlı metal qabların keyfiyyət göstəriciləri və onları
formalaşdıran amillər.
“Keyfiyyət”termini çox mürəkkəb və özündə geniş məlumatları
birləşdirən
termindir. Malın Keyfiyyəti dedikdə, onun təyinatına uyğun tələbatı
ödəmə
qabiliyyətininin məcmusudur. Hər bir istehlak malının özünəməxsus təyinat
göstəriciləri vardır. Məsələn:Qabyuyan maşın
üçün təyinat göstəricisi, qabların
yuylmasıdır. Odur ki, bu göstəricilərə müvafiq insan təlabatını qarşılayan məmulatlar
keyfiyyətli sayılır. Bu zaman məmulatın keyfiyyətinin aşkar etməkdə görünməyən
qüsurlar vardır ki, bunları istehlakçılar görməyə bilər. Hansı ki, bunlar məmulatın
keyfiyyətinə mənfi təsir edən daxili nöqsanlardır. Bu nöqsanların aşkara çıxarılması
ilə mütəxəssis ekspertlər məşqul olur. Hər bir istehlakçını
maarifləndirmək biz
ekspertlərin mənəvi borcudur.
Məmulatların keyfiyyət səviyyəsi differansial, kompleks və qarışıq
metodlarla
qiymətləndirilir. Differanisial üsulla qiymətləndirilən nümunənin nisbi göstəriciləri
aşağıdakı düsturla hesablanır.
(5).
q=
𝑃𝑖
𝑃𝑖𝑏
və ya
𝑞 =
𝑃𝑖𝑏
𝑃𝑖
Metaldan
hazırlanan
məmulatların
ümumi
keyfiyyət
göstəricilərinin
formalaşmasında, onun xammal keyfiyyəti, istehsal və emal üsulları aiddir.
Metal ərintilərindən istehsal olunan yeməkxana təyinatlı
mallara verilən tələb və
eyni zamanda keyfiyyət göstəricilərinə, qidanın hazırlanması və saxlanması zamanı
təhlükəsizlik
göstəriciləri, qabların qapaqlarının düzgün oturması, tutacaqların
erqonomik olması, korroziyaya davamlılıq, mexaniki təsirlərə davamlı, müstəvi
üzərində düzgün dayanmaq, çəkilən şirə qatının qopmaya davamlı olması və s. aiddir.
Hər bir qab öz təyinatından asılı olaraq müxtəlif tələblərə cavab verməlidir.
Məsələn;çuqun qabların üst səthi yaxşı şirələnməlidir və təmizləndiyi zaman heç bir
28
zərər dəyməməlidir. Xarici təbəqəsi rəngli boya ilə emal edilir, əsasən daxili qatının
emalı davamlı olmalıdır. Bunun üçün su və istiliyə davam gətirən laklarla boyadılır.
Metal qabların keyfiyyət göstəricilərinə verilən digər
tələblərdən biri də bitişən
yerlərin yaxşı cilalanmasıdır əks halda sızma baş verə bilər, buda böyük qüsurdur.
Məmulatın həm əmtəə görünüşü həm də keyfiyyət dəyəri aşağı düşür[12].
Ümumiyyətlə metal qabların keyfiyyətinə və xarici görünüşünə verilən tələblərdən
asılı olaraq, iki növə aid edilir.
I.
Məmulatın keyfiyyətində və xarici görünüşünda
çox da nəzərə çapmayan
qüsurlar, normativ sənədlərə və texniki şərtlərə uyğun istehsal edilən qablar.
II.
Nəzərə çarpacaq qədər qüsuru olan, lakin istifadə, istismar üçün yaralı qablar.
Belə qablar bazarlarda nisbətən ucuz qiymətə satılırlar.
Hər bir istehlakçı və satış müəssələri malı alarkən və qəbul edərkən onun ilk öncə
xarici görünüşünə baxmalı, ölçülərinin simmetrikliyinə və dəqiqliyinə nəzər yetirməli,
standarta uyğunluğunu yoxlamalı, qabın içərisinə su tökməklə onda sızıntının olub-
olmamasını yoxlamalıdır.
Metal qabların çeşidinə aid olan bıçaq, qayçı, qoz sındıran, qənd doğrayan qayçı,
konserv qutulaının ağzını açmaq üçün kəsici alətın keyfiyyəti yoxlanarkən onların
kəsiciliyinə, kəsici hissənin möhkəmliyinə(HR=40-58), standartın və texniki şərtlərin
tələbinə müvafiqliyi yoxlanmalıdır. Bıçaqlarda kəsici hissənin möhkəmliyi və sərtliyi,
keyfiyyəti formalaşdıran əsas göstəricilərdən biridir. Əgər
kəsci hissə yumuşaq, qeyri-
iti olarsa həm əyilərib sınar, həm də qidanı yaxşı kəsməz. Bunun üçün bıcağın
hazırlanmasında istifadə edilən metal standartın tələblərinə uyğun olmalı,
korroziyaya, sinmaya, əyilməyə davamlı olmalıdır. Bıçaqların çeşidinə bufet,
yeməkxana, cib bıçaqları, texniki bıçaqlar, tibbi bıçaqlar aiddir[13].
Metal qablara tələb getdikcə çoxalır.
Metal yeməkxana təyinatlı qablara tələbatın
Dostları ilə paylaş: