artması istehsalında istifadə olunan müasir texnologiyalar və hazır məhsulun
davamlılığı ilə bağlıdır.
29
Metal qabların keyfiyyətinə əsas tələblər dövlət standartları ilə müəyyən edilir:
GOST 17151-81 "Sac plitələrindən ev əşyaları. Ümumi texniki şərtlər ";GOST
24303-80 ". Ümumi texniki şərtlər ";GOST 24308-80 "Nikkel gümüşdən, nikkel
gümüşdən, xrom və ya nikkel örtüklü pirinçdən hazırlanmış qablar. Ümumi texniki
şərtlər ";GOST 24488-81 "Məişət məmulatları üçün hazırlanmış məmulatlar. Ümumi
texniki şərtlər ";ГОСТ 27002-86 "Korroziyaya davamlı poladdan qablar. Ümumi
texniki şərtlər ";ГОСТ R 52116-2003 "Qara dəmir qablar. Ümumi texniki şərtlər ".
Yeməkxana təyinatlı metal qabları bir sıra keyfiyyət göstəricilərinə malikdir.
Bunlara erqonomik, funksional, etibarlılıq, təmirə yaralılıq, uzunömürlülük, estetik və
təhlükəsizlik xassələri aiddir[13,14].
Funksional xassə dedikdə, məmulatın öz təyinatına uyğunluğu başa düşülür. Odur
ki, qabların öz funksional xassələrinə uyğun olaraq hazırlanan yeməklərin yaxşı
bişirməsini, saxlanmasını, təyinatına uyğun həcmdə olmasını təmin etməlidir. Bəzi
materiallı qablar öz təyinatını uyğun deyil. Məsələn, qara çuqun qablarda yemək
saxlanan zaman yeməkdə olan vitaminlər parçalanır və yeməkdə “dəmir” dadı hiss
olunur. Bundan nəticə çıxır ki, qabın təyinatına uyğun olması onun materialından da
asılıdır. Funkional xassə bəzən digər xasələrin əlaqələndirilməsi ilə ortaya çıxır.
Məsələn:qazanların funkional göstəricisi onun erqonomik, gigyenik olması ilə
xarakterizə olunur.
Erqonomik xassə dedikde, memulatın istifadə rahatlığı, istifadəyə yararlığı, insanın
antropometrik quruluşuna uyğun olması və s. başa düşülür. Yeməkxana təyinatlı
metal qablar üçün erqonomik göstəricilərdən əsasən istifadə rahatlığıdır. Odur ki,
qabların tutacaqlarının istiyə davamlı plastik materialdan hazırlanması daha
əlverişlidir. Çünki elektriki pis keçirir və estetik cəhətdən gözəl görünür və həmçinin
yüngül olur. Həmçinin tutaacaqlar barmaqlara uyğun olmalıdır ki, asanlıqla tutula
bilinsin.
Metal qabların gigyenik xassələrinə onların çirkdən asan təmizlənməsi, çirklənmə
dərəcəsi aiddir. Məmulatın səthi hamar olmalıdır ki, asan təmizlənə bilən olsun.
30
Məmulatların gigyenik xassələri ilə onda hazırlanan yeməklərin təhlükəsizliyi ilə
xarakterizə olunur. Bunun üçün bir sıra metal qablar istehsal olunur. Bunlara
paslanmayan polad qablar, emmalanmış çuqun və polad qablar, alüminium aiddir.
Lakin alüminium qablarda yeməklərin hazırlanması əlverişli olsada lakin, saxlanması
məsləhət deyildir.
Metal yeməkxana təyinatlı qabların təhlükəsizlik göstəriciləri dedikdə, istifadə
zamanı təhlükəsiz olması, çıxıntıların kəsici olmaması, səthinin hamar olması,
plastmas tutacaqların istinin təsirindən əriməyə davamlı olması, şüşədən hazırlanan
qapaqların sınmaya davamlılığı və s. aiddir.
Etibarlılıq məmulatın istifadə müddəti ərzində keyfiyyətinin qoruyub
saxlanmasıdır. Texniki məhsullar üçün bu göstərici işləmə müddəti ilə xarakterizə
olunur. Məsələn:saatın işləmə müddəti batareya daşının bitmə müddətinə qədər
müşahidə edilməlidir. Bu müddət ərzində öz etibarlılıq xassəsini qorumalıdır. Mətbəx
qablarında isə etibarlılıq istismar dövrü ərzində qoruyucu örtüyün davamlılığı,
mexaniki təsirlərə davamlılığı və s. başa düşülür. Etibarlılığa uzunömürlülük, təmirə
yararlılıq xassələri aiddir.
Metal qabların uzunömürlülük göstəricilərinə onların istismar dövrü ərzində
möhkəmliyi, davamlılığı, qoruyucu örtüyün davamlılığı və s. aiddir. Metal qabların
uzunömürlülüyü həmçinin onların istifadə qaydalarına düzgün əməl olunmasından da
asılıdır. Hər bir qab istifadə qaydalarına görə düzgün təmizlənməli, öz təyinatına görə
yeməklərin bişirilməsi, saxlanmasına əməl olunmalıdır.
Estetik göstəricilərə, məmulatın rəng çalarlarının, bədii tərtibatının, formanın
səmərəliliyi aiddir. Bu isə insanda xoş əhval yaradır nəticədə məmulatın alıcılıq
qabiliyyəti artır. Süfrə dizaynına uyğun müxtəlif çeşidli metal qabların hazırlanması
daha məqsədə uyğundur[15].
Yeməkxana təyinatlı metal qabların keyfiyyətinə təsir edən həmçinin keyfiyyəti
qoruyub saxlayan amillərə onların saxlanması, daşınması, qablaşdırılması,
markalanması və s. amillər təsir edir.
31
Qablaşdırma məhsulun həm saxlanmasında, həm də daşınmasında məhsulun
təhükəsizlik göstəricilərinə təsir edir. Qablaşdırılma sarğı, parafin və ya davamlı
kağızdan hazırlanan taralarda qablaşdırılır. Qablaşdırılmış məmulatların üzərində
metal qabın təyinatı, zərbəyə, deformasiyaya davamlılığı, ayrı-ayrı hissələrin
mexaniki davamlılığını əks etdirən məlumat, istifadə qaydaları, məmulatın növü,
çeşidi, istehsal olunduğu ölkə, qiyməti, standart (GÖST) və ya texniki göstəricilər
(TŞ), saxlama şərtlərivə s. qeyd olunmalıdır.
Metal qablar nə qədər davamlı olsalarda düzgün istifadə və saxlama qaydalarına
əməl olunmadıqda yararsız olurlar.
İstehlak mallarının o cümlədən yeməkxana qablarının keyfiyyətini formalaşdıran
amillərə xammal, hazırlanma texnologiyası, daşınma, saxlanma, qablaşdırma və
istirmar qaydaları əsas rola malikdir.
Xammal. Metal ərintilərindən istehsal olunan yeməkxana qabların hazırlanmasında
korroziyaya davamlı metal eyni zamanda aqressiv mühitlərə davamlı, sanitar-gigyenik
metal və ərintilərininin seçlməsi lazımdır. Bəzi metalların üzərinə çəkilən örtük
təbəqəsi də göstərilən tələblərə cavab versə də, istismar olunduqdan sonra şirə qatı
qopa bilər. Bunun üçün üzunömürlü olmur.
İstehsal texnologiyası. Elm, texnika və texnologiya inkişaf etdikcə yeni yeni
avadanlıqlar, texniki maşınlar, avtomatlaşdırılmış alətlər və avadanlıqlar yaradılır.
Hazır məhsulun daha gözəl və estetik olması üçün ən son avadanlıqlar tətbiq
olunmalıdır. İstehsal zamanı texniki, sanitar tələblərə həmçinin, normativ-texniki
şərtlərə uyğun aparılır[16].
Yeməkxana təyinatlı metal qablarda qablaşdırma, daşınma və saxlanma GOST
32584-2013 standartlarına görə aşağıdakı kimi aparılır:
Dostları ilə paylaş: |