35
Laboratoriya metodu-yüksək texnoloji avadanlıqların köməyilə, məmulatın
xassələrinin, fiziki-kimyəvi tərkibinin, mikrobioloji xassələrinin ölçülməsi zamanı
laboratoriya metodu əvəzolunmazdır. Sinaqların keçirilməsi müasir avadanlıqlarla
təchiz olunmuş laboratoriyalarda, savadlı mütəxəssislər tərəfindən aparılır. Metod
dəqiq nəticələr verdiyinə görə vacib ölçmələr məhz bu metodla aparılır. Hər bir nəticə
ölçmə vahidinə uyğun müqayisə edilir.
Metal qabların ekspertizası zamanı laboratoriya şəraitində onların mexaniki
xassələri, kimyəvi xassələri, örtük təbəsinin xassələri və s. yoxlanılır. Alınan nəticələr
etalon nümunə ilə müqayisə etdirilir və normativ-texniki şərtlərin tələbilə istehsalına
və satışına icazə verilir.
Qeydetmə metodu-nümunə obyektinin müşahidələr nəticəsində qiymətləndirilməsi
və nəticələrin hesablanmasına əsaslanır. Bu zaman məmulatda olan qüsurın kəmiyyət
və keyfiyyət xarakteristikaları, çatışmamazlıqlar, təyinata uyğun ölçülərin, formanın
olmaması qeyd edilərək, araşdırılır. Çox zaman qedetmə metodu ilə məmulatların
saxlanması, qəbul edilməsi işləri aparılır.
Ekspert metodu-ekspet metodu ilə bir qrup bacarıqlı, savadlı sərişdəli ekspertlər
vasitəsilə məmulatların keyfiyyətinin qiymətləndirilməsinə aparılır. Bu metod
orqanoleptiki metodla sıx bağlı olsa da, ekspert metodu sadalanan metodlardan
istifadənin mümkün olmadığı hallarda aparılır. Məsələn:qəhvənin ətrini orqanoleptiki
metodla təyin etsək, digər növdən olan qəhvə ilə iyləri qarışdırmış olarıq. Lakin
ixtisaslaşmış ekspert dequstatorlar ən incə dəqiqliklə hər bir iyi, dadı rahatlıqla ayrıd
edə bilərlər. Həmçinin nəticələr qane etməsə digər ekspertlərə müracət olunur və ortaq
nəticə çıxarılır.
Dostları ilə paylaş: