Ekspert metodunu təsnifləşdirsək, 3 qrupa bölmək olar:
1.
Riyazi-statistik metodla ekspert qiymətləndirmənin hesablama metodu;
2.
Ekspert qiymətləndirmədə kütləvi sorğu metodu;
3.
Keyfiyyət göstəricilərinin və xassələrin ekspert qiymətləndirilməsi metodu.
36
Riyazi-statistik metod-sınaqların nəticəsində xətaların və səhvlərin üzə
çıxarılmasıüçün riyazi-statistik metoddan istifadə edilir.
Kütləvi sorğu dedikdə-ekspertlərin, informasiyanın alınması xarakterli
məlumatların sorğu yolu ilə apardıqları metoddur. Həmçinin sorğunu nəticələrinin
hesablanması və analizi aiddir. Nəticələrin təhlili qrup halında toplaşmış ekspertlər
tərəfindən aparılır. Bu metodun aparılmasında məqsəd, qiymətləndirmənin
nəticəsində, ekspert qrupunun ümumilikdə rəyinin olmasıdır. Bu metodun çatışmayan
cəhətləri ondan ibarətdir ki, nəticələrin alınmasında müxtəlif sahə ekspertlərinin
qoyulan suala fərqli yanaşmalarıdır.
Ekspert qiymətləndirməsi metodu-məmulatın kompleks və ya ayrı-ayrı keyfiyyət
göstəricilərini, xassələrini daha dəqiqi ölçməyə kömək edir. Bu metodun tətbiqində
sərişdəli, bacarıqlı, fikirlərində obiyektiv olan mütəxəssis ekspertlər iştirak edir.
Ekspertlər öz şəxsi maraqlarını, mənfəətini güdməməli, obyektiv olmalıdırlar. [17]
Yuxarıda sadalanan metodlardan istifadə etməklə metaldan olan yeməkxana
təyinatlı malların keyfiyyət göstəricilərini təyin edirlər. Metal yeməkxana qabları
üçün əsas keyfiyyət göstəricisi korroziyaya davamlığıdır. Paslanmayan poladda
korroziyaya davamlılığı ilə seçilir və metal məmulatləar içərisində əsas yer tutur.
Paslanmayan polad dedikdə, tərkibində 10-20% xromdan ibarət ərinti nəzərdə tutulur.
Bu materialdan hazırlanan qablar, mətbəx məmulatları geniş tətbiq olunur. Bunun
səbəbi bir neçə göstəricidir:
Paslanmayan polad məmulatlarının səthi asanlıqla təmizlənə bilən olmasıdır.
Səbəbi isə üzərində bakteriaların, çirklərin toplaşa bilməyəcəyi məsaməsiz səthə
malik olmasıdır.
Paslanmayan polad məmulatlar turşularla reaksiyaya girmədiyi üçün yeməyin
dad, iyi və rəngində dəyişiklik olmur.
Gözəl, parlaq məmulatlar olduğu üçün hər zaman seçilirlər. Hətta səliyqəli
saxlanılarsa 100 il belə davamlı olar.
37
Metal qabların keyfiyyətinə bir çox tələblər qorulur. Ümumiyyətlə metal qablar
əsasən yüngül, nazik divar təbəqəli məmulatlar olub yeməklərin hazırlanması,
saxlanması, qəbul edilməsi, süfrəyə verilməsi üçün istifadə edilir. Həmçinin digər
məqsədlər üçün. Keyfiyyətə qoyulan tələblər məmulatın təyinatından, növündən asılı
olaraq dəyişir. Lakin ümumi keyfiyyət tələbləri də vardır ki, təyinat göstəricisinə görə
aid edilmir. Bunlara mexaniki, termiki davamlılıq, yaxşı istilik keçiricilik, atmosferdə
oksigenin təsirinə, üzvi turşuların təsirinə qarşı davamlılıq olmalıdır. Bəzi
elementlərdə vardır ki, (qurğuşun, sink)insan orqanizminə zərərli olduğuna görə yol
verilmir. Metal qab qida ilə təmasda, qidanın rəngini, iyini, dadını, qida dəyərliliyini
dəyişməməlidir. İstismar zamanı davamlı və qıda qalıqlarından asan təmizlənən, rahat
istifadə olunan, estetik cəhətdən cəlb edən olması keyfiyyət tələblərini təmin edir.
Metal qablara verilən tələbləri metalın növündən asılı olaraq nəzərdən keçirək.
Çuqun qablarda keyfiyyətə qoyulan tələblər. Çuqun qabların daxili və xarici səthi
yaxşı şirələnməli və hamar olmalıdır və həmçinin hər bir hissəsi simmetrik
yerləşməlidir. Şirə örtüyün keyfiyyəti birbaşa məmulaatın keyfiyyətinə təsir edir.
Odur ki, şirə örtüyü sıxlıq və naziklik eyni bərabər səviyyədə, 0, 5 mm-dən qalın
olmamalı. Bundan başqa şirə örtüyü mexaniki bərk, kimyəvi və termiki proseslərə
davamlı olmalıdır. ParlaqlıqAğız hissəsinin kənarları və qapağın oturacağı hamar
olmalıdır. Çəkilmiş şirə qatında insan orqnizminə mənfi təsir edən heç bir kimyəvi
maddə olmamalıdır. Sınaq aparılan zaman su ilə doldurulmuş çuqun qabdan su
sızmamalıdır.
Polad qablarda keyfiyyətə qoyulan tələblər. Polad qablar iki cür
buraxılır:şirələnmiş, sinklənmiş, qalaylanmış, qalaylanmış və paslanmayan polad
qablar olaraq qruplaşdırılır. Hər iki qrup məmulatlar ayrı-ayrı sınaqdan keçirilir.
Qalaylanmış polad qablarda ilk öncə ümumi xarci görünüş nəzərdən keçirilir.
Baxılan zaman çat, qeyri-hamarlıq, tikiş izləri qabarıq olmamalıdır. Qaynaq tikişləri
sıx, simmetrik olmalıdır. Qabın daxili və xarici səthi yaxşı qalaylanmalı və örtük
qalayın miqdarı 0, 5 q, bəzən isə 2, 0-3 qram ola bilir.
38
Sinklənmiş polad qablar da bir sıra tələblərə cavab verməlidir. Bunlara su
keçirməzlik, qabın tikişləri, qalaylanmış qablarda olduğu kimi olmalı, sink örtük
barəabər, hamar olmalıdır. Sink örtük sıx, parlaq, qalılığı 12 mm-dən çox olmamalı,
səthlə möhkəm birləşməldir[18].
Şirəli polad qablarda keyfiyyətə tələblər şirə qatının hər yerə bərabər paylanması və
möhkən birləşməlidir. Səth parlaq, qabarıqsız olmalıdır. Şirə qatının tərkibində mis,
qurğuşun, sürmə və b. qarışıqların olması yolverilməzdir. Şirələnmənin davamlılığına
tələblər çuqun qablardaki kimidir. Şirə qatının davamlılığın yoxlayan zaman 232
0
C-yə
qədər qızdırıb, adi otaq temperaturuna qədər şok soyutduqda şirə qatında heç bir çat
əmələ gəlməmlidir. Zərbə ilə təsir etdikdə (50-60 kq ilə 300-400 mm hündürlükdə)
şirə qatı qopmamalıdır.
Metal qabların keyfiyyətinə əsas tələblər dövlət standartları ilə müəyyən olunur.
Əsas onların parametr ölçüsü, səthinin keyfiyyətı, məhsulun dizaynı ilə müəyyənləşir.
Standartda tənzimlənir:qabların və qapaqların ıstehsalında istehsal olunan ərintilərin
səthi;əsas metal örtüyünün qalınlığı və s. Həmçinin standartda qabların qəbul
qaydaları və sınaq test üsulları göstərilir.
Metal məmulatların keyfiyyəti metal istehsalının keyfiyyətindən və həmçinin onun
kimyəvi tərkibindən, aşqarların miqdarından, qeyri-metal birləşməlırindən asılıdır.
Keyfiyyətli məhsul istehsalında ərintinin keyfiyyəti vacib əhəmiyyət kəsb edir.
Qoyulan tələblərə yüksək komplex xassələri, tərkibindəki birləşmələr, qazlar, zərərli
qatışıqların miqdarı, istismar zamanı xassələrini qoruyub sxlaması və s. göstəricilər
aidddir. Metal istehsalında istifadə olunan üsulların bir çoxu müasir tələblərə cavab
verən yüksək keyfiyyətli məhsul vermir. Buna görə son illərdə yeni texnoloji
üsullardan istifadə olunur. Bu proses, metalın sintetik emalı, elektrik sobada yenidən
əridilmə, vakkumlaşması, vakkum sobada, elektik-şüada yenidən əriməni göstərmək
olar. Bu üsullarla əridilmə getdikcə artır.
Dostları ilə paylaş: |