122
NƏTİCƏ
«Qobustan dünyası» adı altında geniş oxucu kütləsi üçün Qobustan, onun
tarixi abidələri və qədim qayaüstü təsvirləri haqda ümumi söhbət açdıq. Onun bu
gününə və şərti olsa da keçmişinə səyahət etdik, qayalarına əl sürtdük, qədim
sakinlərini «dindirdik», abidələrinin yaranma tarixi və səbəblərinə toxunduq,
keçmişi ilə indisi arasında, dağlarında, daşlarında, təbiətində, iqlimdə, heyvanat
aləmində və s. həm tənəzzülə, həm də inkişafa tərəf baş vermiş dəyişikliklərdən
danışdıq və çox səthi də olsa onların səbəbləri ilə maraqlandıq. Bu kitabı təqdim
etməklə oxucuya etdiyimiz xidmətimizin qiymətini isə hər halda, Qobustanla əsl
mənasında maraqlanan və bu kitabı diqqətlə oxuyacaq oxucu verəcəkdir.
Belə bir atalar sözü var: «heç kəs deməz ki, ayranım turşdur». Məntiq
elminin hökmünə görə, hər haldakı mən də kəslərdən biriyəm, deməli bu mənə də
aiddir. Nə olar? Bu təbiidir. Sözsüz ki, mənim fikir və yozmalarımla
razılaşmayanlar tapılacaq. Ona görə yox ki, qayaüstü təsvirlərin tarixi və yozumu
ilə əlaqədar, açıq və örtülü şəkildə bəzilərinin əleyhinə fikir söyləmişəm, ona görə
ki, qədim qayaüstü təsvirlərin izahı və dövrləşməsi ilə əlaqədar indiyə kimi
mövcud isnadlara söykənməklə bəzən kobud, qeyri-həyati nəticələrə gətirən
fikirlərə qol qoymaq istəməmişəm.
Sözsüz ki, Qobustan abidələri haqqında deyilməlilərin hamısını demək,
onları geniş təsvir və izah etmək üçün bu kitabın həcmi çox kiçik, imkanı olduqca
azdır. Ona görə bu kitabda mən 30 illik tədqiqat və müşahidələrim əsasında
qayaüstü təsvirlər haqda gəldiyim nəticələri qısa şəkildə və sadə dildə oxucuya
çatdırmağa çalışmışam.
Azərbaycan xalqının qədim tarixi, qədim mədəniyyəti və incəsənətinin
köklərini işıqlandırmaq üçün Qobustan abidələri və qayaüstü təsvirlərindən
cildlərlə elmi və elmi-kütləvi kitablar yazılmalıdır.
Qobustan qayaüstü təsvirlərinin izahı istər tədqiqatçılar, istərsə də
həvəskarlar tərəfindən indiyə qədər nəşr olunmuş kitab və məqalələrdə əsasən
arxeoloji ədəbiyyatda mövcud, çox vaxt həyatiliyi və məntiqiliyi nəzərə alınmadan,
adət-ənənə donu geyindirilmiş, din və ovsunçuluqla əlaqələndirilmişdir.
Qobustan nə nağıldır, nə əfsanə. Qobustan abidələrini onun qədim sakinləri,
ulu babalarımız yaratmışlar. Onlar ovsunçuluq əməlləri deyil, babalarımızın-
kimliyini, mədəni səviyyəsi, qabiliyyəti və dünyagörüşünü əks etdirən qədim
incəsənət abidələridir. Onlar, necə deyərlər, dağda-daşda (yəni yaşayış yerindən
uzaqda) deyil, əsrlər boyu, minilliklər ərzində babalarımızın ocaq yandırıb
yaşadıqları, ov üçün nə qədər uzaqlara getsələr də yenə hər gün qocalarının və
uşaqlarının yanına qayıtmalı olduqları qədim məskənlərində yaradılmışdır.
Qobustan qayaları dilə gəldikcə tariximizin, neçə-neçə sirlərinə işıq düşür.
Qədim təsvirləri dilləndirmək, onların dediklərinin doğruluğunu yəqin etməkdə
bizə qədim insan düşərgələrində aparılmış arxeoloji qazıntılar, onlardan əldə
123
edilmiş maddi-mədəniyyət qalıqları - çaxmaq daşından və sümükdən hazırlanmış
müxtəlif çeşidli əmək alətləri, silahlar, müxtəlif materiallardan düzəldilmiş bəzək
əşyaları, gil qab qırıqları və s. kömək edir.
Qədim qayaüstü təsvirlərin dövrünün dəqiqləşdirilməsində Qobustanda
apardığımız arxeoloji qazıntıların nəticələrinin xüsusi əhəmiyyəti var. Bu barədə
yuxarıda, yeri gəldikcə söhbətimiz olub. Əlbəttə, Qobustanda arxeoloji qazıntılar
aparılana qədər Qobustan qayaüstü təsvirlərinin yaşı çox cavan, daş dövrünün
axırlarından, eramızdan əvvəlki V-III minilliklər arasında hesab edilirdi (bax:
Qobustan qayaüstü təsvirləri haqda 1960-cı ilə qədərki məqalə və yazılar). 1960
və 1961-ci illərdə «Ovçular zağasında» aparılmış qazıntılara əsasən onların ən
qədiminin yaşı Neolit dövrünə, eramızdan əvvəlki VIII-VI minilliklərə qədər
dərinləşdirildi. 1965-ci ildən başlayaraq müəllifin apardığı arxeoloji qazıntı və
tədqiqatlar göstərdi ki, Qobustanda həyat hələ yuxarı Neolit dövrünün sonu,
Mezolit dövrünün əvvəllərindən, eramızdan əvvəlki XIII-XII minilliklərdən
başlamışdır.
Qobustanda ən qədim insan düşərgələri Kiçikdaş dağında («Qayaarası» və
«Ceyranlar»), Böyükdaş dağında («Ana zağa», «Kənizə», «Daşaltı» və s.) və
Şonqardağda («Şonqar») aşkar edilib öyrənilmişdir. Ən qədim qadın və kişi
təsvirləri də əsasən bu dağların ərazisində, qədim insan düşərgələri və onların
ətrafındadır. Sayca az, lakin əsas ov obyekti olan ceyran, balıq və sayca çox olan
öküz təsvirlərinin də bəziləri qədimdir. Onlar da siluet insan təsvirləri kimi əsasən
qədim düşərgələrin ətrafında çəkilmişlər.
Qobustanda qayaüstü təsvirlərin mövzusu çox və rəngarəngdir. Hər biri
çəkilişi ilə xüsusi məqsəd güdür və dövrünün həyat tələbi, kollektivin ictimai,
siyasi və dini baxışları ilə bağlıdır.
Qobustan tariximizin, kimliyimizin güzgüsü, mədəni irsimizin başlanğıcı,
tarixən ən qədim və ən mədəni xalq olmağımızı göstərən, fəxrimiz, iftixarımız, ulu
babalarımızın (minillər ərzində açıq səma altında yaratdığı muzeydir. Qobustanda
hər düşərgə və yaşayış yerinin özü də bir muzeydir. Qədim qayaüstü təsvirlərin hər
biri qədim rəssamın sənət incisi, dünyada təsviri sənətin kökündən söhbət açan
abidədir. Qobustan elə bir mədəniyyət ocağıdır ki, onun istisinə biz də qızınmışıq,
bundan sonra da əsrlər boyu nəvə-nəticələrimiz qızınacaqlar.
Qobustanı qorumaq, onun qeydinə qalmaq, abidələrini daha dərindən
öyrənmək, ərazisini abadlaşdırmaq, özünü xalqımızın müqəddəs pirinə çevirmək
lazımdır.
124
Bədii redaktoru:
T. Məlikov.
Texniki redaktoru:
Z. Nəcəfova.
Korrektorları:
M. Sasani, Z. Məmmədova,
İB № 5649.
Yığılmağa verilmiş 02.11.93. Çapa imzalanmış 17.08.94.
Formatı 84x108
1/
32
. Mətbəə kağızı № 2. Ədəbi qarnitur.
Yüksək çap üsulu ilə. Şərti çap vərəqi 10, 08.
Şərti rəngli surəti 10.20. Uçot nəşr vərəqi 10,5.
Tirajı 5000. Sifariş 646. Müqavilə qiyməti ilə.
Azərbaycan Respublikası Mətbuat və
İnformasiya Nazirliyi.
Azərbaycan Dövlət Nəşriyyatı, Bakı-370005,
Hüsü Hacıyev küçəsi, № 4.
«Qızıl Şərq» icarə mətbəəsi, Bakı,
Həzi Aslanov küçəsi, № 80.
125
KİTABIN İÇİNDƏKİLƏR
MÜƏLLİFDƏN ....................................................................................................... 3
QAYAÜSTÜ TƏSVİRLƏR .................................................................................... 5
QOBUSTAN ............................................................................................................ 7
QOBUSTAN QAYAÜSTÜ TƏSVİRLƏRİNİN AÇILMASI TARİXİNDƏN .... 12
QOBUSTANDA İLK AXTARIŞLAR .................................................................. 15
QOBUSTANA SƏYAHƏT ................................................................................... 24
QOBUSTANIN QAYAÜSTÜ TƏSVİRLƏRİ ...................................................... 42
İNSAN TƏSVİRLƏRİ ........................................................................................... 43
HEYVAN TƏSVİRLƏRİ ...................................................................................... 47
QOBUSTANDA QAYIQ TƏSVİRLƏRİ .............................................................. 62
QƏDİM QOBUSTANDA «YALLI» ..................................................................... 69
QOBUSTANDAKI BAŞQA ABİDƏLƏR HAQQINDA ...................................... 74
QOBUSTAN ABİDƏLƏRİNƏ BƏZİ MÜNASİBƏTLƏR HAQQINDA ............ 89
QAYAÜSTÜ TƏSVİRLƏRİN YARANMA SƏBƏBLƏRİ HAQDA .............. 103
QAYAÜSTÜ TƏSVİRLƏRİN DÖVRLƏŞDİRİLMƏSİ .................................... 111
QOBUSTANDA KEÇMİŞ VƏ İNDİKİ VƏZİYYƏT ....................................... 114
NƏTİCƏ............................................................................................................... 122
126
1-ci tablo, şəkil A – Böyükdaş dağında
Qobustan ekspedisiyasının dəyəsi.
B – Yazılıtəpədə 9 №-li daş üzərindəki
maral təsviri və rəssam Səfiyyə xanım
Cəfərzadə.
2-ci tablo, şəkil A – Səngəçal kanvansarası
(XV əsr)
B – Qobustanda 16 №-li Kurqanın kromlexi
və qəbrin örtük daşı.
3-cü tablo, şəkil A – Böyükdaş dağı yuxarı səki sahəsində
29 №-li daşın şimal üzündəki şəkillərin estamp surəti.
127
4-cü tablo, şəkil A – 78 №-li daşda
qadın şəkilləri (―Yeddi gözəl‖).
B – 45 №-li daşın cənub üzündə
əhliləşmiş öküz şəkili.
5-ci tablo, şəkil A – 29 №-li daşın cənub üzündəki kişi və gəmi təsvirləri.
B – Qobustanda arxeoloji qazıntılardan tapılmış daş alətlər və s. nümunələr.
4-cü tablo, şəkil A – 78 №-li daşda qadın şəkilləri (―Yeddi gözəl‖).
B – 45 №-li daşın cənub üzündə əhliləşmiş öküz şəkili.
128
6-cı tablo, şəkil A – Kiçikdaş dağı, Qayaaltı
sahədə 5 №-li daşdakı balıq və B – qadın
şəkilləri üzərində öküz təsviri
7-ci tablo, şəkil A – Qobustan qayalarındakı
qadın təsvirlərinin, şəkil B – Böyükdaş, aşağı
səki sahəsi, 9 №-li daşda yallı səhnəsi.
8-ci tablo, şəkil A - Böyükdaş yuxarı səki
sahəsində kişi və öküz təsvirləri. B - Öküz
və maral təsvirləri.
9-cu tablo, şəkil A – Böyükdaş aşağı səki
sahəsindəki 13 №-li daşda və şəkil B -
Yazılıtəpədəki 63 №-li daşda keçi təsvirləri,
şəkil V - Yuxarı səki sahəsində 138 №-li daşda
və Kiçikdaş, Daşqışlaq sahəsindəki 11 № - li
daşdakı maral təsvirləri.
129
10-cu tablo, şəkil A və B – kişi şəkilləri, şəkil
V – Yallı səhnəsi, şəkil Q – şir şəkilləri, şəkil
D – Qara atlı qəbristanlığında at heykəli
formada qəbir daşı, şəkil E – dəvə karvanı
(Daşqışlaq daş № 2).
11-ci tablo, şəkil A – Yazılıtəpədə 46 və 47 №-
li daşlarda keçi şəkilləri, şəkil B – Daşqışlaq
sahəsi 15-17 №-li daşlarda marallar.
12-ci tablo, şəkil – A - «Firuz» düşərgəsində son
Mezolit dövrü qəbrində bəzək əşyaları, daşdan
və sümükdən alətlər. şəkil B -Qavaldaşın
görünüşü, şəkil V - naxışla bəzədilmiş daş alət
(sürtgəc), şəkil Q - Qobustanda rənglə çəkilmiş
yırtıcı maralın qovulması səhnəsi.
13-cü tablo, şəkil A - Qobustanın gəmi
təsvirləri, aşağı səki daş № 8, şəkil B - Tur
Heyerdal Qobustanda Qavaldaşı çalır.
130
14-cü tablo, şəkil A - Cingirdağ, 143
№-li daşda işarələr (orta əsrlər) şəkil
B - Yazılıtəpədə fars dilində kitabə.
15-ci tablo, şəkil A, B, V, Q, D – Qobustanda
arxeoloji qazıntılar zamanı mədəni təbəqələrdən
aşkar
edilmiş
kiçik
daşlar
üzərindəki
şəkillərdən, şəkil E – Ana zağada, 30 №-li
daşda arxeoloji qazıntılar nəticəsində aşkar
olunmuş qayaüstü təsvirlərin ümumi görünüşü.
16-cı tablo, şəkil A – Səməd Vurğun (sağda)
və İ. Cəfərzadə. Qobustanda şəkil B – soldan
Y. Paxomov. EA-nın keçmiş prezidenti Yusif
Məmmədəliyev, Ə.Ələsgərzadə, Ə.Əlizadə
və İ.Əliyev Yazılıtəpədə 7 №-li daşın
yanında.
Dostları ilə paylaş: |