CƏFƏrqulu rüSTƏmov



Yüklə 225.42 Kb.
PDF просмотр
səhifə10/10
tarix25.04.2017
ölçüsü225.42 Kb.
1   2   3   4   5   6   7   8   9   10

 
 
 

122 
 
NƏTİCƏ 
 
«Qobustan  dünyası»  adı  altında  geniş  oxucu  kütləsi  üçün  Qobustan,  onun 
tarixi  abidələri  və  qədim  qayaüstü  təsvirləri  haqda  ümumi  söhbət  açdıq.  Onun  bu 
gününə  və  şərti  olsa  da  keçmişinə  səyahət  etdik,  qayalarına  əl  sürtdük,  qədim 
sakinlərini «dindirdik», abidələrinin  yaranma  tarixi   və   səbəblərinə   toxunduq
keçmişi  ilə  indisi  arasında,  dağlarında,  daşlarında,  təbiətində,  iqlimdə,  heyvanat 
aləmində  və  s.  həm  tənəzzülə,  həm  də    inkişafa  tərəf  baş  vermiş  dəyişikliklərdən 
danışdıq və  çox  səthi də  olsa onların səbəbləri ilə  maraqlandıq. Bu kitabı təqdim 
etməklə  oxucuya  etdiyimiz  xidmətimizin  qiymətini  isə  hər  halda,  Qobustanla    əsl   
mənasında   maraqlanan və  bu  kitabı diqqətlə oxuyacaq oxucu verəcəkdir. 
Belə  bir  atalar  sözü  var:  «heç  kəs  deməz  ki,  ayranım  turşdur».  Məntiq 
elminin hökmünə görə, hər haldakı mən də kəslərdən biriyəm, deməli bu mənə də 
aiddir.  Nə  olar?  Bu  təbiidir.  Sözsüz  ki,  mənim  fikir  və  yozmalarımla 
razılaşmayanlar tapılacaq. Ona görə yox ki, qayaüstü təsvirlərin tarixi və yozumu 
ilə əlaqədar, açıq və örtülü şəkildə bəzilərinin əleyhinə fikir söyləmişəm, ona görə 
ki,  qədim  qayaüstü  təsvirlərin  izahı  və  dövrləşməsi  ilə  əlaqədar  indiyə  kimi 
mövcud  isnadlara  söykənməklə  bəzən  kobud,  qeyri-həyati  nəticələrə  gətirən 
fikirlərə qol qoymaq istəməmişəm. 
Sözsüz  ki,  Qobustan  abidələri  haqqında  deyilməlilərin  hamısını  demək, 
onları geniş təsvir və izah etmək üçün bu kitabın həcmi çox kiçik, imkanı olduqca 
azdır.  Ona  görə  bu  kitabda  mən  30  illik  tədqiqat  və  müşahidələrim  əsasında 
qayaüstü  təsvirlər  haqda  gəldiyim  nəticələri  qısa  şəkildə  və  sadə  dildə  oxucuya 
çatdırmağa çalışmışam. 
 Azərbaycan  xalqının  qədim  tarixi,  qədim  mədəniyyəti      və      incəsənətinin   
köklərini      işıqlandırmaq    üçün  Qobustan    abidələri  və  qayaüstü  təsvirlərindən 
cildlərlə elmi və elmi-kütləvi kitablar yazılmalıdır. 
Qobustan  qayaüstü  təsvirlərinin  izahı  istər  tədqiqatçılar,  istərsə  də 
həvəskarlar  tərəfindən  indiyə  qədər  nəşr  olunmuş  kitab  və  məqalələrdə  əsasən 
arxeoloji ədəbiyyatda mövcud, çox vaxt həyatiliyi və məntiqiliyi nəzərə alınmadan, 
adət-ənənə donu geyindirilmiş, din və ovsunçuluqla əlaqələndirilmişdir. 
Qobustan nə nağıldır, nə əfsanə. Qobustan abidələrini onun qədim sakinləri, 
ulu  babalarımız  yaratmışlar.  Onlar  ovsunçuluq  əməlləri  deyil,  babalarımızın-
kimliyini,  mədəni  səviyyəsi,  qabiliyyəti  və  dünyagörüşünü  əks  etdirən  qədim 
incəsənət  abidələridir.  Onlar,  necə  deyərlər,  dağda-daşda  (yəni  yaşayış  yerindən 
uzaqda)  deyil,  əsrlər  boyu,  minilliklər  ərzində  babalarımızın  ocaq  yandırıb 
yaşadıqları,  ov  üçün  nə  qədər  uzaqlara  getsələr  də  yenə  hər  gün  qocalarının  və 
uşaqlarının yanına qayıtmalı olduqları qədim məskənlərində yaradılmışdır. 
Qobustan  qayaları  dilə  gəldikcə  tariximizin,  neçə-neçə  sirlərinə  işıq  düşür. 
Qədim  təsvirləri  dilləndirmək,  onların  dediklərinin  doğruluğunu  yəqin  etməkdə 
bizə  qədim  insan  düşərgələrində  aparılmış  arxeoloji  qazıntılar,  onlardan  əldə 

123 
 
edilmiş  maddi-mədəniyyət  qalıqları  -  çaxmaq  daşından  və  sümükdən  hazırlanmış 
müxtəlif  çeşidli  əmək  alətləri,  silahlar,  müxtəlif  materiallardan  düzəldilmiş  bəzək 
əşyaları, gil qab qırıqları və s. kömək edir. 
Qədim  qayaüstü  təsvirlərin  dövrünün      dəqiqləşdirilməsində  Qobustanda 
apardığımız  arxeoloji  qazıntıların  nəticələrinin  xüsusi  əhəmiyyəti  var.  Bu  barədə 
yuxarıda,  yeri  gəldikcə  söhbətimiz  olub.  Əlbəttə,  Qobustanda  arxeoloji  qazıntılar 
aparılana      qədər  Qobustan  qayaüstü  təsvirlərinin  yaşı  çox  cavan,  daş  dövrünün 
axırlarından,  eramızdan  əvvəlki  V-III  minilliklər  arasında  hesab  edilirdi  (bax: 
Qobustan qayaüstü təsvirləri  haqda   1960-cı ilə qədərki məqalə və yazılar). 1960 
və  1961-ci  illərdə  «Ovçular  zağasında»  aparılmış  qazıntılara  əsasən  onların  ən 
qədiminin  yaşı  Neolit  dövrünə,  eramızdan  əvvəlki  VIII-VI  minilliklərə  qədər 
dərinləşdirildi. 1965-ci ildən başlayaraq  müəllifin   apardığı   arxeoloji   qazıntı və 
tədqiqatlar  göstərdi  ki,  Qobustanda  həyat  hələ  yuxarı  Neolit  dövrünün  sonu, 
Mezolit  dövrünün  əvvəllərindən,  eramızdan  əvvəlki  XIII-XII  minilliklərdən 
başlamışdır. 
Qobustanda  ən  qədim  insan  düşərgələri  Kiçikdaş  dağında  («Qayaarası»  və 
«Ceyranlar»),  Böyükdaş  dağında  («Ana  zağa»,  «Kənizə»,  «Daşaltı»  və  s.)  və 
Şonqardağda  («Şonqar»)  aşkar  edilib  öyrənilmişdir.  Ən  qədim  qadın  və  kişi 
təsvirləri  də  əsasən  bu  dağların  ərazisində,  qədim  insan  düşərgələri  və  onların 
ətrafındadır. Sayca az, lakin əsas ov obyekti olan ceyran, balıq və sayca çox olan 
öküz təsvirlərinin də bəziləri qədimdir. Onlar da siluet insan təsvirləri kimi əsasən 
qədim düşərgələrin ətrafında çəkilmişlər. 
Qobustanda  qayaüstü  təsvirlərin  mövzusu  çox  və  rəngarəngdir.  Hər  biri 
çəkilişi  ilə  xüsusi  məqsəd  güdür  və  dövrünün  həyat  tələbi,  kollektivin  ictimai, 
siyasi və dini baxışları ilə bağlıdır. 
Qobustan  tariximizin,  kimliyimizin  güzgüsü,  mədəni  irsimizin  başlanğıcı, 
tarixən ən qədim və ən mədəni xalq olmağımızı göstərən, fəxrimiz, iftixarımız, ulu 
babalarımızın (minillər ərzində açıq səma altında yaratdığı muzeydir. Qobustanda 
hər düşərgə və yaşayış yerinin özü də bir muzeydir. Qədim qayaüstü təsvirlərin hər 
biri  qədim  rəssamın  sənət  incisi,  dünyada  təsviri  sənətin  kökündən  söhbət  açan 
abidədir. Qobustan elə bir mədəniyyət ocağıdır ki, onun istisinə biz də qızınmışıq, 
bundan sonra da əsrlər boyu nəvə-nəticələrimiz qızınacaqlar. 
Qobustanı  qorumaq,  onun  qeydinə  qalmaq,  abidələrini  daha  dərindən 
öyrənmək,  ərazisini  abadlaşdırmaq,  özünü  xalqımızın  müqəddəs  pirinə  çevirmək 
lazımdır. 
 
 
 
 

124 
 
Bədii redaktoru:  
T. Məlikov. 
 
Texniki redaktoru:  
Z. Nəcəfova. 
 
Korrektorları: 
M. Sasani, Z. Məmmədova, 
 
İB № 5649. 
 
 
Yığılmağa verilmiş 02.11.93. Çapa imzalanmış 17.08.94.  
Formatı     84x108 
1/
32
. Mətbəə kağızı № 2. Ədəbi qarnitur.  
Yüksək çap üsulu ilə.   Şərti çap vərəqi 10, 08.  
Şərti rəngli surəti 10.20.   Uçot nəşr vərəqi 10,5.  
Tirajı 5000. Sifariş 646. Müqavilə qiyməti ilə. 
 
 
Azərbaycan Respublikası Mətbuat və 
 İnformasiya Nazirliyi.  
Azərbaycan Dövlət Nəşriyyatı, Bakı-370005, 
Hüsü Hacıyev küçəsi, № 4.  
«Qızıl Şərq» icarə mətbəəsi, Bakı,  
Həzi Aslanov küçəsi, № 80. 
 
 

125 
 
KİTABIN İÇİNDƏKİLƏR 
 
MÜƏLLİFDƏN ....................................................................................................... 3 
QAYAÜSTÜ TƏSVİRLƏR .................................................................................... 5 
QOBUSTAN ............................................................................................................ 7 
QOBUSTAN  QAYAÜSTÜ TƏSVİRLƏRİNİN AÇILMASI TARİXİNDƏN .... 12 
QOBUSTANDA İLK AXTARIŞLAR .................................................................. 15 
QOBUSTANA SƏYAHƏT ................................................................................... 24 
QOBUSTANIN QAYAÜSTÜ TƏSVİRLƏRİ ...................................................... 42 
İNSAN TƏSVİRLƏRİ ........................................................................................... 43 
HEYVAN TƏSVİRLƏRİ ...................................................................................... 47 
QOBUSTANDA QAYIQ TƏSVİRLƏRİ .............................................................. 62 
QƏDİM QOBUSTANDA «YALLI» ..................................................................... 69 
QOBUSTANDAKI BAŞQA ABİDƏLƏR HAQQINDA ...................................... 74 
QOBUSTAN ABİDƏLƏRİNƏ BƏZİ MÜNASİBƏTLƏR HAQQINDA ............ 89 
QAYAÜSTÜ  TƏSVİRLƏRİN  YARANMA SƏBƏBLƏRİ HAQDA .............. 103 
QAYAÜSTÜ TƏSVİRLƏRİN DÖVRLƏŞDİRİLMƏSİ .................................... 111 
QOBUSTANDA KEÇMİŞ  VƏ İNDİKİ VƏZİYYƏT ....................................... 114 
NƏTİCƏ............................................................................................................... 122 
 
 
 
 
 
 

126 
 
1-ci tablo, şəkil A – Böyükdaş dağında 
Qobustan ekspedisiyasının dəyəsi.  
B – Yazılıtəpədə 9 №-li daş üzərindəki 
maral təsviri və rəssam Səfiyyə xanım 
Cəfərzadə. 
2-ci tablo, şəkil A – Səngəçal kanvansarası 
(XV əsr)  
B – Qobustanda 16 №-li Kurqanın kromlexi 
və qəbrin örtük daşı.
 
3-cü tablo, şəkil A – Böyükdaş dağı yuxarı səki sahəsində 
29 №-li daşın şimal üzündəki şəkillərin estamp surəti.
 
 
 

127 
 
 
 
 
 
 
 
 
 
 
 
4-cü tablo, şəkil A – 78 №-li daşda 
qadın şəkilləri (―Yeddi gözəl‖).   
 
B – 45 №-li daşın cənub üzündə 
əhliləşmiş öküz şəkili.
 
 
5-ci tablo, şəkil A – 29 №-li daşın cənub üzündəki kişi və gəmi təsvirləri. 
B – Qobustanda arxeoloji qazıntılardan tapılmış daş alətlər və s. nümunələr. 
 
 
 
 
 
 
 
 
4-cü tablo, şəkil A – 78 №-li daşda qadın şəkilləri (―Yeddi gözəl‖).   
B – 45 №-li daşın cənub üzündə əhliləşmiş öküz şəkili.
 
 
 

128 
 
6-cı tablo, şəkil A – Kiçikdaş dağı, Qayaaltı 
sahədə 5 №-li daşdakı balıq və B – qadın 
şəkilləri üzərində öküz təsviri 
7-ci tablo, şəkil A – Qobustan qayalarındakı 
qadın təsvirlərinin, şəkil B – Böyükdaş, aşağı 
səki sahəsi, 9 №-li daşda yallı səhnəsi. 
8-ci  tablo,  şəkil  A  -  Böyükdaş  yuxarı  səki 
sahəsində kişi və öküz təsvirləri. B - Öküz 
və maral təsvirləri. 
9-cu  tablo,  şəkil  A  –  Böyükdaş  aşağı  səki 
sahəsindəki  13  №-li  daşda  və  şəkil  B  - 
Yazılıtəpədəki  63  №-li  daşda  keçi  təsvirləri, 
şəkil V - Yuxarı səki sahəsində 138 №-li daşda 
və  Kiçikdaş,  Daşqışlaq  sahəsindəki  11  №  -  li 
daşdakı maral təsvirləri. 
 
 

129 
 
10-cu tablo, şəkil A və B – kişi şəkilləri, şəkil 
V – Yallı səhnəsi, şəkil  Q – şir şəkilləri, şəkil 
D – Qara atlı qəbristanlığında at heykəli 
formada qəbir daşı, şəkil E – dəvə karvanı 
(Daşqışlaq daş № 2). 
11-ci tablo, şəkil A – Yazılıtəpədə 46 və 47 №-
li daşlarda keçi şəkilləri, şəkil B – Daşqışlaq 
sahəsi 15-17 №-li daşlarda marallar. 
12-ci tablo, şəkil – A - «Firuz» düşərgəsində son 
Mezolit  dövrü  qəbrində  bəzək  əşyaları,  daşdan 
və  sümükdən  alətlər.  şəkil  B  -Qavaldaşın 
görünüşü,  şəkil  V  -  naxışla  bəzədilmiş  daş  alət 
(sürtgəc),  şəkil  Q  -  Qobustanda  rənglə  çəkilmiş 
yırtıcı   maralın   qovulması   səhnəsi. 
13-cü    tablo,      şəkil    A  -  Qobustanın    gəmi 
təsvirləri,    aşağı  səki  daş  №  8,  şəkil  B  -  Tur 
Heyerdal Qobustanda Qavaldaşı çalır. 
 
 

130 
 
14-cü  tablo,  şəkil  A  -  Cingirdağ,  143 
№-li daşda işarələr (orta  əsrlər)  şəkil 
B - Yazılıtəpədə fars dilində kitabə. 
15-ci  tablo,  şəkil  A,  B,  V,  Q,  D  –  Qobustanda 
arxeoloji qazıntılar zamanı mədəni təbəqələrdən 
aşkar 
edilmiş 
kiçik 
daşlar 
üzərindəki 
şəkillərdən,  şəkil  E  –  Ana  zağada,  30  №-li 
daşda  arxeoloji  qazıntılar  nəticəsində  aşkar 
olunmuş qayaüstü təsvirlərin ümumi görünüşü. 
16-cı tablo, şəkil A – Səməd Vurğun (sağda) 
və İ. Cəfərzadə. Qobustanda şəkil B – soldan 
Y. Paxomov. EA-nın keçmiş prezidenti Yusif 
Məmmədəliyev,  Ə.Ələsgərzadə,  Ə.Əlizadə 
və  İ.Əliyev  Yazılıtəpədə  7  №-li  daşın 
yanında. 
 
 
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə