Cəmiyyətin müasir inkişaf dökü insanla onu əhatə edən təbii mühit arasındakı ziddiyyətlərin kəskinləşməsi, fövqəladə hadisələrin (FH) artması tendensiyası ilə xarakterizə edilir



Yüklə 0,77 Mb.
səhifə10/47
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#36310
1   ...   6   7   8   9   10   11   12   13   ...   47
HFT NİN TARİXİ VƏ METODOLOGİYASI MÜHAZİRƏ

Maqnituda - seysmik təkan anında elastik dalğalar formasında meydana çıxan enerjinin ümumi miqdarıdır. Ən yüksak maqnituda 8,9 olur.

Yer sathində titrəyişin gücü 12 balla ölçülür . Zəlzələnin vahid maqnitudası

Onun mərkəzindən müxtəlif masafələrdə müxtəlif intensivliyə (gücə) malik təkanlar törədir. Titrəyişin gücü (balı) Rixter, MSK, Merkalli və s. şkalaları üzrə müaəyyən edilir.

Zəlzələ ocağının dərinliyi 730 km-dək ola bilər. Yerin altinda zəlzələ mənbəyini təşkil edən sahə hipomərkəz, yerinə səthindəki sahə isə epimərkəz adlanır.



Daşqın - qarın sürətlə əriməsi, leysan yağışları, çay məcrasının buz qalaqları ilə tutulması, habelə digər hallarda çayda, göldə, dənizdə su səviyyəsinin xeyli yüksəlməsi nəticəsində suyun geniş quru ərazi sahələrini basmasıdır. Daşqın adətən mövsümü və müvəqqəti xarakter daşıyır.

Tufan - təhlükəli kortəbii hadisələrdən biri, ildırım, güclü leysan (və ya dolu) yağışları ilə müşayiət olunan küləkli atmosfer hadisəsidir. Küləyin sürəti saniyədə 15 m-dən artıq ola bilər.

Sel - dağ çaylarında tərkibi gil, qum, çınqıl və daş parçalarından ibarət müvəqqəti coşqun palçıq axını olaraq qəflətən başlayır, sürətlə (saniyədə 1 neçə metr) axır və qısa müddət (bir neçə saat) davam edir. Axinin ümumi həcmində bərk hissəciklərin suya nisbəti 10-15-dən 60-70 faizədək təşkil etdiyi üçün sel qısa bir müddətdə milyonlarla kub metr bərk material axıdır, qorxunc dağıdıcı gücə malik olur. Selin əsas səbəbləri dağlarda buz və mövsümi qar örtüyünün intensiv əriməsi, da vamlı leysan yağışları və s.-dir. Azərbaycan ərazisində sel təlükəli 20 sahə qeydə alınmışdır.

Uçqun - Zərbə dalğasının (və ya zəlzələnin) təsirindən binaların, qurğuların dağılıb tökülən hissələrinin, daş, kəsək, torpaq, qar komalarından ibarət təhlükəli hadisədir.

Yanğın - insanım nəzarətindən çıxmış və maddi sərvətləri məhv edən, adamların həyatı və sağlamlığına, eləcə də kənd təsərrüfatı heyvanları və bitkilərinə təhlükə törədən yanma prosesidir.

Partlayıs – Maddəlorin müəyyən həcmdə, xeyli miqdarda enerjinin azad olması ilə müşayiət olunan, iti sürətli fiziki-kimyəvi çevrilmələr prosesidir ki, bunun nəticəsində yaranan və ətrafa yayılan zərba dalğası insanların həyat və sağlamlığına, iqtisadiyyat obyektlərinə və ətraf mühitə təhlükə yaradır və fövqəladə halın mənbəyi ola bilər.



Qəza-texnogen mənşəli və ya digər təsadüfi xarici təsir nəticəsində baş verən və texnikanın, nəqliyyat vasitələrinin, bina və avadanlığın sıradan çıxmasına, eləcə də insanların xəsarət almasına səbəb olan ekstremal (ifrat təsirli) hadisolər. Bunlar:

istehsalat qozalarından və nəqliyyat qozalarından ibarət ola bilər. İnsan tələfatı ilə nətcələnən qəza - fəlakət adlanır.



Fəlakat - insan tələfatına, adamların xəsarot almasına, habelə xeyli miqyasda obyektlərin və digər maddi sərvətlərin məhvinə, ətraf mühitə ciddi zərər dəyməsinə səbəb olmuş kortəbii hadisə və ya güclü qəzaya deyilir. Mənşəyinə görə təbii fəlalakət, texnoloji fəlakət, ekoloji folakət və s. növləri vardır.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin