2 M., 1937.
13 Y en a orada, s.26.
18
deyil, çünki «form a» əbədi olduğu, yaranm adığı kimi, «materiya»da
yaranmır və yox olm ur. O şey ki,
düzgün olmayaraq insanlar
tərəfindən yaranm a və məhv olma adlandırıhr, o əslində yalnız
dəyişkənlik yaxud m üəyyən bir xassənin digər xassəyə keçməsidir. Bu
keçid keyfiyyət dəyişkənliyindən yalmz onunla fərqlənir ki, keyfiyyət
dəyişkənliyində təsadüfi xassələr dəyişilir yaxud başqa xassələrə
çevrilir; yaranma və m əhv olma zamanı isə cinsə və növə aid xassələr
başqa xassələrə çevrilir. Bu da, A ristotelə görə, o deməkdir ki,
yaranma və məhv olm anm da şəıti m əkanca hərəkətdir. Beləliklə,
Aristotel məkanca yerdəyişməni yaxud m əkanca hərəkəti hərəkətin
qalan üç növünün zəru ri şərti kimi izah edir, səbəbini də belə izah edir
ki, yalnız
m ək anca hərəkət fasiləsiz, əbədi və dünyanın əsas
hərəkətidir.
Bundan sonra A ristotel məkanca hərəkətin özünün tədqiqinə
girişir və onun üç növünü - dairəvi, diizxətli, dairəvilik və düzxətliliyin
birləşməsi - göstərir və o nlann hər birinin fasiləsiz olduğu yaxud
olmadığı məsələsini aydmlaşdırır. O özünün kosmoloji və ya
astronom ik təliminin əsaslarm dan çıxış edərək aydınlaşdırır ki, düz-
xətli hərəkət fasiləsiz ola bilmz, çünki dünya radiusu sonlu kəmiyyət
olan kürə form asındadır. O dur ki, dünyanm hərəkəti düz xətt boyunca
davam etsəydi, o n d a dünyanm səıhəddinə çatdıqda dayanardı.
Deməli, diizxətli hərək ət fasiləsiz ola bilməz ancaq sonsuz ola bilər.
Daiıəvi hərəkətə gəlincə, Aristotel o n u ən mükəmməl hərəkət
adlandırır. Bu h ərək ətin
miikəmməl olm ası ondan irəli gəlir ki,
birincisi, o təkcə əb ədi yox, həm də aram sızdır (fasiləsizdir). İkincisi,
dairə üzrə hərəkət etm əklə hərəkət edən cisim eyni zamanda həıəkətsiz
qala bilər. A ristotel bizim Kainatı misal gətirir: kürəvari kainat öz
mərkəzi ətrafmda əbədi dairəvi hərəkətdədir. Dünyanm biitün tərkib
hissələri (onun m ərk əz nöqtələrindən başqa) hərəkətdə olub bütün
sonsuz hərəkətdə tu td u ğ u məkan dəyişməz qalır. Üçiincüsü, dairəvi
hərəkət bərabər ölçülü ola bilər, diizxətli həıəkətədə isə bu xüsusiyyət
yoxdur. Əgər cisim düzxətli
hərəkət edirsə o olduğu təbii yeıinə
yaxmlaşdıqca hərəkatinin sürəti artır: A ristotel bunu yuxarı atılan
cismin geri qayıtdıqda yerə yaxınlaşdıqca hərəkət siirətinin artdığm ı
müşahidə etməsi əsasında izah edir.
Aristotelin hərəkətin növləri və onların bir-birinə nisbəti
haqqında təliminin atom istlərin (Levkip və Dem okrit və b.) təlimi ilə
müqayisəsi də vacibidir. Bəllidir ki, atom ist təlimə görə cisimlərin
bizim hiss üzvlərimizlə duyulan keyfıyyətlərinin əsasmda boşluqda
hərəkət edən a to m la n n m əkan form alaıı və konfıqurasiyalaıı durur.
Bu bir xassənin başqasm a keyfıyyətcə çevrilməsini istisna edir, bu
19
çevrilmələri form aca, m əkandakı mövqeyinə və biı-biıinə nisbətən
nizamhlığı ilə fərqlənən atom lara bizim hiss üzvlərimizin niifuz
edə,onlara «çata» bilməməsiilə izah olnur. Aristotel isə bu baxışı qəbul
etm ir. Aristotelin kosm oloji təlimində məkanca yerdəyişmə hərəkəti
miistəsna rol oynasa da onun fizikası öz əsasına görə kəmiyyətlər
haqqında deyil, keyfiyyətlər və onların çevıilməsi haqqında təlimdir.
O həm də cisimlərin
keyfiyyətcə fərqləndiyini və keyfıyyətləıin
dəyişilməsini,
təbiətdə
keyfıyyət
sıçıayışlarının
baş
veıdiyini
əsaslandırır.
Atom istlərlə və eleatlarla müqay.sədə Aristotel təbiət
haqqm da insan hisslərinin m əlum atlarına daha çox etibar edir. Giircü
filosofu David Coxadze Aristotelin hərəkətə baxışı ilə bağlı mühüm
cəhəti qeyd edərək yazır ki, «Aristotel həıəkət kateqoriyasının əsasmı
təbiətin özündə axtarır. O hesab edir ki, təbiətin elmi dərki üçiin
hərəkətin öyrənilməsi zəruridir».14 «Fızika»
əsərində oxuyuruq:
«təbiət hərəkətin və dəyişkənliyin
başlanğıcı olduğundan,
bizim
tədqiqatımızın predm eti isə təbiət olduğundan horəkətin nə olduğunu
aydınlaşdırm am aq olm az».15 Yenə orada sözünə davam edərək
A ristotel yazır: «təbiəti bilməmək hərəkəti bilməməkdən irəli gəlir».
Göründüyü kimi A ristotelin «Fizika»da şərh etdiyi təbiət haqqmda
təlim əslində hərəkət haqqında təlimdir.
Yeri gəlmişkən qeyd edək ki, Aristoteidən öncə yaşanmış
filosoflar hərəkətin yalnız hansısa bir növünü təsdiq etmişlər. Məsələn,
Levkipp və D em okrit hesab etmişlər ki, sonsuz sayda diinyaların
m əhv olması və yaranm ası şəklində baş veıən hərəkət əbədidir.
D em okrit yalnız atom ların m əkanda diizxətli hərəkətini tədqiq et-
mişdi. A naksaqor hesab etmişdir ki, uzuıı siirən sükunətdən sonra
zəka hərəkət doğurm uşdur. Empedokl isə hər ş:yin hərəkətdə və sü-
kunətdə olduğunu, bunun əsasında isə dörd elementin (od, hava, su,
torpaq) birləşməsi və ayrılması durur. Onun l'ikrincə hərəkət yalnız
dostluq çoxdan tək yaratdıqda, düşmənlik isə təkdən çox yaratdıqda
baş verir. Aristotel dostluğun və diişmənliyin s ralanmasında, növbə
ilə bir-birini əvəz etməsində- nizam və qanımauyğunluq olduğunu
deyir.
Aristotel öz sələflərindən və müasirlərindən fərqli olaraq hərəkət
kateqoriyasmı m əkan və zam an kateqoriyaları ilə dialektik vəhdətdə
tədqiq edir. Bunu hərəkətin növlərinin aristotel təsnifatmdan da
görmək olar. Qeyd etdiymiz kimi Aristotel həmin təsnifatda hərəkətin
m əkanda yerdəyişmə növünə birinci yer ayınr. «F’izika»da isə məkanın
14 fl»oxa^3e
/tnaJieKiHKa ApncTOTtm. M., 1971, c, 185.
,5 ApH CTO TCJIb. H3 H K a.
c.49.
20
obyektivliyini, predınetsiz mövcud olmadığım sübut edir.Maddi
cisimlərin mövcudluğu iiçün onların məkanda miiəyyən yer tutmasının
zəruri olduğuna əsaslanaraq böyük filosof sual qoyur: yer, məkan
cisimdirmi? Sualı belə cavablandırır: məkan cisim ola bilməz, çünki
əks halda eyni bir yerdə iki cisim- cismin özü və m əkanı - durardı;
odur ki, filosfun fikrincə m əkan cisim deyil, m əkanm kəmiyyəti
vardır, deməli, məkan m ateriya deyildir və heç nə m əkandan ibarət
deyil; cismin məkanı, yeri onun hissəsi olmayıb onu hüdudlandm r,
əhatə edir. Cisimlər m əkanda form a materiyada olduğu, məsələn,
«şərab qədəhdə» mövcud olduğu kimi mövcud olur. Cismin tutduğu
yer cismin özü, materiyası, form ası olmayıb onun birinci hərəkətsiz
hiidududur; məkan onda yerləşən predmetə məxsusdur. Beləliklə,
Aristotelin fizikasmda yaxud təbiət haqqında təlimində məkan
hüdudunu təşkil və əhatə etdiyi cisimdən fərqli bir şeydr. Artıq
görünür ki, Aristotel məkanı m addi varlıqdan fərqlənən və ümumi
xarakterli, ancaq maddi şeylərlə bağlı olan bir varlıq sayır; bu reallıq,
filosofa görə, obyektiv varhqdan asılı olmadan çevrilən bir realhqdır.
M əkanı cisimləıdən aynhqda götüıməsi filosofu «m əkan onda olan
şey m əhv olduqda yox olmur», çünki «o cisim ola bilməz», «ona hər
zam an hərəkətsiz qalınaq m ünasibdir» nəticəsinə gətirir.
«Fizika» və «Mctafizika» müəllifmin məkanı bu cür izah etməsi,
onun obyektliyini dəfələrlə vurğulaması görünür ki, müəllimi Platonun
buraxdığı yanlışlığı aradan qaldırm aq istəməsindən irəli gəlir. Platon
m əkam m addi cisimlərlə eynıləşdirirdi. Aristotel bunu Platonun
«Timey» dialoqundan gətirdiyi bir fıkirlə təsdiqləyir. Aristotel hesab
edir ki, m əkan hər bir cismin forması olduğu üçün «Platon Timeydə
deyir ki, m ateriya və məkan eynidir».16 Aristotelə görə belə yanaşma
əlavə və ciddi fikir dolaşıqlığı yaradır. Çünki əgər gerçəkdən məkan və
m addi cisim eyni olsaydı m əkanın məkanda olduğunu düşünmək
lazım gələrdi bu isə cəfəngiyat olardı.
A ristotelin m əkan anlayışı atomistlərin «boşluq» təsəvvürünü də
rədd edir. M əkana cisimlərin tutduğu obyektiv ölçü və yer kimi baxan
Aristotelə görə boşluq mövcud ola bilməz, çünki boşluq kəmyyəti
olan, qeyri-cismani, heç bir şeyə təsir etməyən və heç b ir təsirə məruz
qatm ayan ağlabatmaz bir təsəvvürdür. Aristotel m əkam n obyektiv
mövcudluğunu da, atomistlərin boşluq ifadəsinin ağılabatmazlığını da
hərəkət haqqında təlimi əsasında sübut edir.
A ristotel qəti əmindir ki, hərəkət məkansız mümkün deyil.
Deməli, boş məkanda hərəkətin baş verməsi ağılabatmazdır.
16 A pH C Torejib. H3HKa.
c.72
21
Demokrit deyir ki, əgər göz və göy arasmda boşluq olsaydı, onda
qarışqaları göydə görəmk olardı. Aristotel iso cavab verir ki, əgər belə
bir boşluq olsaydı biz heç vaxt görə bilməzdik, heç görmənin özü də
olmazdı; boşluq olsaydı hərəkət məhv olardı, çünki boşluq üçün
cismin hərəkətdə olub yaxud olmamasının heç bir fərqi yoxdur,
boşluğun cisimlə və onun hərəkəti ilə heç bir bağlılığı yoxdur; məkan,
atomistlərin «boş]uğunun» əksinə olaraq daim
materiya il
dolu
haldadır yəni boşluq yoxdur.
Aristotel hərəkəti məkamn əsas xassəsi sayır. Filosof məkanm
yönlərini- yuxarı və aşağı, irəli və geri, sağ və sol - hərəkət vasitəsilə
miiəyyən edir və bu istiqamətlərdə hərəkətin cısmin təbiətindən irəli
gəldiyini əsaslandırır.
Aristotel üç ölçülü məkan haqqında damşır və məkanın bu üç
ölçüsü dahi filosofa göıə dünyanın biitövlüyiinü və mükəmməlliyini
ifadə edir.
A ristotelin iiç ölçülü məkanma təbii-elmi məzmun verməyə
məcbur olan Qaliley də «yalnız üç ölçüniin mövcud olduğunu»17 yazır.
K ant isə öziinün «Xalis zəkanın tənqidi» əsərində onun üç ölçülü
məkan anlayışının tərkibindən hasil edilə bilmədiyini, aprior anlayış
olduğunu təsdiq edir. Lakin hələ Aristotelin özii məkamn dünyamn
cisim və hadisələri arasında obyektiv əlaqələri ifadə etdiyinin hər hansı
bir biçimdə təh rif edilməsini əsassız saymışdır.
Qəti demək olar ki, məkan haqqında aristotel təlimində ma-
terialist meyl qabarıq halda öziinü göstəıir. Hegel məkanın aristotel
nəzəriyyəsinin əhəmiyyətini qeyd edərək yazır ki, Aristotel «fıziklərin
hələ indi də öhdəsindən gələ bilmədikləri köhnə məsələyə toxunur.
Lakin indiki fızikrlər, əgər Aıistoteli öyıənsəydilər o məsələnin
öhdəsindən gələrdilər, amma onlar elə danışırlar ki, guya indiyə dək
heç vaxt nə iimumiyyətlə fıkir olub, nə də Aristotel».18
M əkan predmeti hər zaman zaman problemi ilə bağlı olub və
insan zəkasını çətinliklərlə iizləşdirib. Zaman probleminin tədqiqi
taıixi onun fılosofları, əski və indiki təbiətşüııasları nə qədər çaş-
dırdığını göstərir. Antik fılosofların irəli siirdiiyyü bu problem iki min
il ərzində həll edilə bilməmişdir. Bəşəıiyyət zamannm fasiləsiz hərəkət
edən çarxını dayandıra bilməmiş. Zamamrı axarhlığından can
qurtarm aq iiçün Parmenid və Platon «zamandan kənar reallıq»
17 r .r a jiH J ie w . j^ H a J io r o jx v y x rjıaBH efiuiH X c H c ıe M a x Mwpa -
nTO/ıoMeeBOH h
K0nepHHK 0B0H.
M., 1948, c.27.
18 Terenb.
C
o m h h c h h h
.
m.x.
M., 1932, c.267.
22
konsepsiyasını yaratdılar. Platon zamanı əbədiliyin hərəkəti obrazı
adlandırır.
Aristotelin hərkət və məkan haqqm da materialist yönümlü
təlimində hərəkət və m əkan zamanla, bunlar isə birlikdə materiya ilə
vəhdətdə izah edilir. B unu Aristotelin «Fizika»dakı aşağıdakı miid-
dəasmdan aydın görrnək olar: o yazır ki, biz zam anı «hərəkəti əvvəlki
və sonrakı məıhələlərlə ayıranda, hərəkətdə ə w əlk i və sonrakı ilə bağlı
hissi qavrayış əldə etdikdə deyirik ki, zam an ötdü, zamanı biz bax
beləcə dərk edirik».19 Bu fikrin böyiiklüyü, bizcə ondadır ki, onunla
Aristotel zaman problem i ilə bağlı yaranm ış çətinliyin aradan
qaldırılmasma istiqamət verir. Böyük filosofun fikrincə artıq «əwəlki»
və «sonrakı anlayışları dəyişkənliyin və hərəkətin ifadəsidir. Deməli,
zam an hərəkətdə m iişahidə edilən miiəyyənlikdir.
Aristotel zam anla bağlı fıkrini inkişaf etdirərək «indini» zamanın
xüsusi vahidi və prinsipi kimi müəyyən edir, lakin qeyd edir ki, «indi»
zam anın hissəciyi kimi qəbul edilə bilməz, çünki hissə ilə tam ölçülür,
«indi» isə hissə deyildir, deməli, zaman «indilərdən» yaranmır; «indi»
keçmiş və gələcək arasındakı smırdır (sərhəddir); «indi» hissə
olmadığı üçün kəmiyvət müəyyənliyinə də m alik deyildir.
Aristotel hərəkəti zam anla eyniləşdirməyi yolverilməz sayır: za-
m an hərəkət deyildir; hərəkətdə zaman var; hərəkət yavaş və sürətli
ola bilər, zamana isə belə müəyyənliklər aid edyildir, çünki zaman hər
yerdə və hər zam an bərabərölçülüdür; zam an sürətlə və ya yavaş ötə
bilməz, çünki yavaş vaxud sürətlə zamanla müəyyənləşir. Zaman isə
nə kəmiyyətə, nə də keyfıyyətə münasibətdə zam anla müəyyənləşə
bilməz; zaman yalnız hərəkətdə və dəyişkənlikdə mövcuddur.
Hegelin zam ana verdiyi tərif də Aristotelin zam an konsepsiyasına
işıq salması baxımmdan əhəmiyyətlidir. Hegel yazır: «Zaman məkanm
həqiqətidir»;20 təfəkkürüm üz subyektiv o laraq zamana keçmir,
məkanm özü zam ana keçir; təsəvvürdə m əkan və zam an tamamilə bir-
birindən ayrıdır, bizə elə gəlir ki, m əkanla yanaşı zaman da
mövcudjdur. Fəlsəfə bu təsəvvürə də qarşı çıxır.21
Hegel «Təbiət fəlsəfəsinin» yaxud «Fəlsəfə elmləri ensiklo-
pediyası»nm m ateriya, m əkan, zaman və hərəkətin qarşılıqlı əla-
qəsindən söz açdığı başqa bir yerində Aristotel təliminin materialist
ruhu ilə səsləşən düşüncə tərzilə yazır: «indi bizim təsəvvürümüzdə
aşağıdakı təsəvvür vardır: bir halda ki, hərəkət mövcuddur, onda nəsə
19 ApHCTOTCJIb. OH3HKa, C .9 4
20 ferejib. Əni(HKjıone/ına M.,
1975, c.52
21 Yenə orada.
23
hərəkət edir, ancaq bu davam lı nəsə mateıiyadır. Məkan və zaman
m ateriya ilə dolmuşdur (bu ifadə eyııilə Arisfoteldon gəlir 'l'.A.).
m əkan öz anlayışına adekvat deyil. Odur ki, məkan anlayışj
m ateriyanın mövcudluğunu göstərir. Çox vaxt mateıiya anlayışını
geniqşləndirməkdən başlayıb sonra da məkan və zamana mateıiyanm
form ası kimi baxmışlar. Bu ciir yanaşmada düzgiin olan odur ki,
m ateriya m əkan və zamanın reallığıdır... Eləcə də mateı iyasız hərəkət
və hərəkətsiz materiya yoxdur. Həıəkət prosesdir, zamanm məkana və
əksinə keçməsidir; m ateriya isə əksinə, məkaıı və zaman arasında
onların dəyişməz eyniyyəti kimi miinasibətdir. Materiya biıinci
realhqdır, əsl mövcııd özü-üçün-varlıqdır».22
Aristotel isə «Fizika»nxn bəlli bir yerinm ateriya hərəkətlə, hərəkət isə zamanla müşayst olunur.23 Aristotelə
görə də hərəkət məkanca və zamanca hərəkət edən cisim vasitəsilə
d ərk edilir.
Bu iki böyük m ütəfəkkirin tədqiq olunan predmetlə - materiya,
hərəkət, m əkan və zam an dialektikası ilə bağlı təlimləri aıasında
paralellik axtarm aqda məqsədimiz onu göstəıməkdir ki, birincisi, bu
kateqoriyaların dialektikası haqqında çağdaş anlam da təbiət haqqın-
da biliklərin hələ olmadığı an tik dövrdə Aıistotelin tədqiqatından
çaxan nəticələrin XIX yüz il təbiətşünaslığma istinadəıı Hegelin təbiət
fəlsəfəsində bir daha təsdiq və inkar etdirildiyini, ikincisi, bəzi
miiəlliflərin Aristotelin
fəlsəfi kateqoriyaları guya
empirik
faktlardan
hasil etdiyi fikrinin yanlış olduğunu və Hegel kimi
Aristotelin də fəlsəfi kateqoriyaların empiıik məlumatlardan hasil
edilə bilməsini mümkiinsiiz iş saydıqlarını və fəlsəfi kateqoriyalann
dailektikasını rasional təfəkkür əsasmda
tədqiq etdiklərini göstər-
m əkdir.
Fəlsəfi kateqoriyaların dialektikasımn tədqiqində bu iki böyük
filosofun bir-birini tam alayan tədqiqatları, gerçəkdən bütün nəsillər
iiçiin əvəz olunmaz böyük və dərin qaynaqlaıdır. F.Engels bu fəlsəfı-
m ədəni irsi yüksək qiymətləndirərək yazır: «Dialektikaya gəldikdə,
bunu indiyədək yalnız iki mütəfəkkir: Aristotel va Hegel az-çox dürüst
tədqiq etmişlər. Lakin m iiasir təbiətşünaslıq iiçün dailektika ən
m ühüm təfəkkür formasıdır, çiinki yalnız dialektika təbiətdə
baş
verən inkişaf prosesləri üçün, təbiətin iimumi əlaqələri üçün, bir
22 Y en ə orada.
23 A pH CTO Tejlb.
H3 HK a.
c .9 5 .
24
tədqiqat sahəsindn başqasma keçmək üçün analoqdur və bununla da
izahat metodudur».24
Aristotelin
ontologiyası ilə bağlı bir cəhətə də toxunmaq
lazımdır.
Onun bütün fizikasında, metafızikasında və kosmologi-
yasında təbiətdə və bütün diinya prosesində məqsədəuyğunluq olması
fikri iistiinlük təşkil edir. O nun teologiyasma qism ən Platonun
teologiyası təsir göstərmiş, qismən də canh təbiəti, özəlliklə də
heyvanlar iizərində apardığı müşahidələrdən
əldə etdiyi faktlara
əsaslanır.
Onun teoloji
baxışlarınm formalaşmasında və əsaslan-
dırılmasmda, universal kosm oloji prinsipə qədər genişləndirilməsində
insan ruhunun məqsədyönlü fəaliyyəti iaktı mühüm rol oynamışdır.
Aristotel, görünür ki,
insan ruhunun məqsədyönlü funksiyalarmı
bütövlükdə dünyaya aid etmiş və canhlıq prinsipini təkcə heyvanlar
aləm inin
deyil, bütün dünyanın tədqiqi prinsipinə
çevirmişdir.
Beləliklə, canlıhq, aristotel dühasıııın ümum kosm oloji prinsipinə
çevrilmişdir. Aristotelin ontoloji priıısipləri, məsələn, maddənin və
m ateriyanm imkan kimi öz form asm a can atması təsəvvürü ona bütün
K ain atın məqsədyönlii ideyasım aşılamış və m addənin formaya can
atm asının gerçəkləşməsinin ümumdünya hərəkətinin, eləcə də hər bir
ayrıca hərəkətin məqsədi kimi müəyyən etməyə əsas vermişdir.
Aristotelin teologiyası dünya pıosesinin məqsədyönlü xarakterli
olması ilə yanaşı, Kainatın hərəkətinin məqsədinin vəhdətini də
nəzərdə tutur. Aristotelin obyektiv teologiyasına görə tanrı-hərəkətin
qaynağı və səbəbidir, ancaq onun özü hərəkətsizdir və diinyaya
bilavasitə toxunmaqla ona bərabər və əbədi hərəkət verir. Bu hərəkət
tədricən planetlər sahəsinə yayılaraq Kainatm m ərkəzinə yönəlir,
beləliklə də bütün dünyanı əhatə edir. Eyni zamanda b u ilktəkanverici
- tan rı hərəkətin məqsədi və səbəbidir və bütün dünya prosesi tək
m əqsədə yönəlmişdir.
B ununla belə, Aristotel təbiətdoki məcısədyönlülüyün şüurlu xa-
rakter daşıdığını qəbul etmir. Bütün dünya prosesini id arə edən «dün-
ya ru h u n u » şüurlu məqsədyönlü başlanğıc sayan p lato n teleologiyası-
nm əksinə olaraq aristotel teleologiyası təbiətdə məqsədyönlü yaRadı-
ğıcılığm qeyri-şüuru gerçəkləşdiyini təsdiq edir. Bu cür qeyri-şüuru ya-
radıcılığm mümkün olduğunu Aristotel incəsənətə d a ir faktlarla əsas-
landırır. Deyir ki, məsələn, ıncəsənət əsərinin yaradıcısı və onun
yaradıcılığınm gerçəkləşdiyi «materiya»mn bir-birindən ayrı olduğuna
baxm ayaraq yaradıcılıq prosesində ınəqsəd qeyri-şüuri gerçəkləşir;
24Engels F. Təbiətin dialektikası. B akı, 1966, s.26.
25
təbiət üçün bu cür qeyri-şiiuıi yaradıcılıq onunla asanlaşır ki, təbiət
özüniin yaratdığm dan kərıarcia yox, onun özündə mövcuddur.
***
A ristotelin «Metafizika»da inkişaf etdirdiyi idıak nəzəriyyəsi
onun ontoloji təliminə s«aslanır və öz predmeti baxımrndan elmin
nəzəriyyəsi sayılır. O təkcə «Metafizika»da (VI kitab, 1-ci fəsildə)
deyil, həm də özünün «Topika» və «Nikomax etikası»nda (VI kitab, 2-
ci fəsildə) elmlərin təsnifatını verir. Lakin biz Aristotelin elmlərin
təsnifatına keçməzdən öncə oıııın idrak nəzəriyyəsinin əsas xüsusiy-
yətlərinə diqqət yetirək.
Ilk öncə qeyd edək ki, Aristotel elmi biliyi bədii təfəkkürdən
fərqləndirir. Elmi bilik varlığın, təbiət predmetlərinin seyıindən,
onlarm haqqm da nəzəriyyədən, fıkirdən ibarətdir. Elmi bilikdən fərqli
olaraq bədii yaradıcıhğın predmeti isə müəyyən qabiliyyətlər əsasında
incəsənət predmetləri, əsərləri yaratmıqdır. Odur ki, incəsənət
praktika və istehsal sahəsidir. Bununla belə elmi və bədii yaradıcılıq
sahələrinin ümumi cəhətləri də vardır: biıincisi, incəsənət də elmi bilik
kimi təlim yolu ilə aşılana bilər; ikincisi, elmi bilik təcriibədən
fərqlənsə də, həm onun üçün, lıəm də incəsənət üçün başlanğıc yaxud
çıxış nöqtəsidir.25 Amma biliyin jsredmetindən fərqli olaraq təcrübənin
predmeti yalnız təkcələr ayrı-ayrı faktlardan ibarətdir. Təcrübənin
əsası duyğuda yaddaşda və vərdişdədir; lakin bilik və duyğu eyni
deyil; bununla belə hər bir bilik duyğudan başlamr, ancaq duyğunun
predmeti təkcə və təsadüfi əlamətlər, biliyin predmeti isə ümumi və
zəruri əlamətlər, mahiyyətlərdir.
Bilik rəydən də fərqlənir; rəyin verdiyi məlumat yalmz ehtimala
əsaslanır. Lakin onların mühakimə vasitəsilə ifada oüunur. Bilik o zaman həqiqət kimi qəbul
edilir ki, dərk edən, subyekt onun doğru olduğuna əmin olsun; amma
bir rəy başqa bir rəylə təkzib edilə bilər; rəy doğıu da, yalan da ola
bilər; elmi bilik isə davamlı həqiqətdir.26
Aristotelin idrak nəzəriyyəsində idrak predmeti idrakdan öncədir,
birincidir. Aristotel deyir ki, bu mənada biliyin pıedmetə münasibəti
duyğunun predmetə münasibəti kimidir. İdrak zamanca öz predmeti-
nin dərkinə yönəldiyi üçiin idırak predmeti idrakdan öncədir, idrak
predm etindən asılıdır. Bu arılamda onların münasibəti başqa cür ola
bilməz. Ancaq əgər predmet dərk edilmişdiısə, əldə edilən bilik pred-
Dostları ilə paylaş: |