Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə7/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   2   3   4   5   6   7   8   9   10   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

809



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

1.Danışanın sözünü kəsməzlər (Atalar sözü) 

2.Hər oxuyan Molla Pənah olmaz (məsəl) 

Nümunələrdən  göründüyü  kimi,  feili  sifətlər  özündə  feilə  aid  formal  əlamətləri  (təsirlik,  təsdiq, 

növ) saxlasa da, eyni zamanda ismə məxsus əlamətləri qəbul etmişdir. Birinci cümlədə danışan sözü 

ismin yiyəlik halında işlənərək üçüncü növ təyini söz birləşməsi əmələ gətirmişdir. İkinci cümlədə isə 

feili sifət adlıq halındadır, müptəda funksiyasında çıxış etmişdir. 

Feili sifətlərə nisbətən feili bağlamaların substantivləşməsi az təsadüf edilən prosesdir və yalnız 

dilçilik  ədəbiyyatında  bu  qrup  sözlərdən  bəhs  edilir.  Məsələn,  1.açıb  feili  bağlamadır.  2.kökəlib 

zərflikdir və s. 

Bəzi  dillərdə  məsdərlər  ad  bildirmə  xüsusiyyətinə  (hərəkəty  adları)  görə  isimlərə  daxil  edilri. 

Azərbaycan dilində də məsdərlər feili adlandıran başqa bir şey deyildir. Digər təsriflənməyən formalar 

kimi, məsdər də özündə iki nitq hissəinin əlamətlərini ehtiva edir: isim və feil. İsmin xüsusiyyətlərini 

əks etdirməsi isə onun çox asanlıqla substantivləşməsinə səbəb olur. Bunun nümunələr də sübut edir. 

Məsələn,  

1.Yaşamaq yanmaqdır, yanasan gərək 

Həyatın mənası yalnız ondadır. 

2.Yenə yada düşdü bizim sənəmlər, 

getməyin binası hayıf ki yoxdur (Vafiq) 

Eyni fikirlər M.Hüseynzadə razılaşsa da, belə bir qənaətə gəlir ki, məsdərlər isim  kimi hallansa 

da,  mənsubiyyət  şəkilçisi  qəbul  etsə  də,  qoşmalarla  işlənsə  də  isimlərin  tam  eyni  olmur.  Çünki 

məsdərlərdə isimlərdən fərqli feilə aid xüsusiyyətlər də vardır. Məsdərlər cəmlənə bilmir, isimlərdən 

fərqli olaraq məsdərlrə yalnız qrammatik şəkilçi qəbul edir, semantikasında hərəkət məzmunu vardır. 

Azərbaycan dilində feili sifətlər substantivləşməyə daha çox meyillidir.  

1.İşləməyən dişləməz. 

2.Çürümüşləri toplayıb atmaq məsləhətdir. 

3.Oxuyan  hər  zaman  oxuyur  –  kimi  nümunələrdə  feili-sifətlərin  substantivləşməsi  göz 

qabağındadır.  Bu  şəkilçilərlə  əmələ  gələn  sözlərin  feili  yoxsa  isim  olmasını  yalnız  cümlə  daxilində 

müəyyən etmək olar. Cünki bunlar ayrı-ayrı cümlələrdə müxtəlif  cümlə üzvü olduqları kimi, müxtəlif 

nitq hissələri də ola bilər. 

Göstərilən şəkilçilərdən başqa –dık, -dik, -duk, -dük (+mənsubiyyət şəkilçisi) şəkilçisi ilə düzələn 

feili sifətlər də ancaq tərkib daxilində feili-sifət hesab olunur, müstəqil işləndikdə isə isimlərə aid olan 

əlamətləri özündə əks etdirir: 

1.Gördüklərin eşitdiklərimdən daha maraqlı oldu. 

2.Sizin haqqınızda bildiklərimin hamısını söyləməyə məcburam. 

Azərbaycan  dilindən  fərqli  olaraq  ingilis  dilində  feili  sifətlərin  substantivləşməsinə:  cümlədə 

mübtəda, tamamlıq funksiyasında çıxış etməsinə rast gəlinir. 

Təsriflənən  feillərin  substantivləşməsi  zamanı  sözdə  feilə  xas  morfoloji  əlamətlər  formal 

cəhətdən özünü qorusa da, onlar funksiyasını itirmiş olur, qeyri-fəal, passiv lur. 

Məsələn, 

1.Bahadırı nə qədər axtarırdılarsa da, gördüm deyən olmadı. 

2.Hacının oğlu Ağaməcid Baharı gözünçıxdıya salmışdı. 

C.C.əfərovun  fikrincə,  feillər  uzun  müddət  təkrar-təkrar  substantivləşdikdə  bzəzn  feillik 

xüsusiyyətlərini itirərək ismə keçir. Yemək, söykənəcək, dursun və s. 

Q. Kazımov da ‘sürücü, bağlayıcı’ sözlərinin tamamilə ismə keçməsi fikrini qəbul edir. 

Həmin cəhəti S. Cəfərov da omonimləşmə kimi qiymətləndirmişdir. ‘Feillərdə müşahidə olunan 

bu  cür  omonimləşmə  prosesi  öz  mənşəyi  etibarilə  türk  dillərinin  inkişafının  ən qədim  dövrlərinə  aid 

olub, sözün müxtəlif mənaya ayrılması yolu ilə deyil, əksinə, öz mahiyyəti etibarı ilə bir vəhdət təşkil 

edən  əşya  və  hərəkət  məhfumlarına  məxsus  qədim  ifadə  fomasının  indiyə  qədər  mühafizə  olunması 

yolu ilə əmələ gəlmişdir’. 

R.Abdullayev oğuz qrupu türk dillərində feilin ismə keçidini gerçəkləşdirən ancaq -əcək, -mak, -

mək, -ğı (ki, qu, kü), -ış, ın və s. şəkilçilərin fəallığını qeyd etmişdir. 



 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

810



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

MÜASİR AZƏRBAYCAN DİLİNDƏ TÜRK MƏNŞƏLİ TERMİNLƏR 

 

Günel PAŞAYEVA 

Sumqayıt Dövlət Universiteti 



p.gunel@hotmail.com 

AZƏRBAYCAN 

 

Əlaqə və təsir nəticəsində sözlər bir dildən başqasına birbaşa və dolayısı ilə olmaqla iki yolla keçir: 



Ümumiyyətlə, dünya təcrübəsində elə bir dil yoxdur ki, tamamilə öz sözlərindən ibarət olsun. İnkişaf 

prosesi getdikcə, yeni anlayışlar və məfhumlar yarandıqca, yeni sözlərin yaranması zəruri hal olur və 

bu  anlayışlar  öz  arealını  aşdıqca  adlarını  da  özləri  ilə  daşımalı  olurlar.  Çünki,  bir  çox  dil  bu  qədər 

sürətlə yaranan vasitə və anlayışları öz daxili imkanları hesabına adlandırmağa çətinlik çəkir və belə-

liklə, anlayışla birgə sözün də alınması prosesi baş verir. Təbii ki, söz dilə daxil olarkən müəyyən pro-

seslər keçməli olur, dilin qayda və qanunlarına tabe edilərək mənimsənilir. Bu prosesi keçə bilməyən 

və  mənimsənilməyən  sözlər  isə  “əcnəbi  söz”  statusunda  qalaraq  alınma  hesab  olunmur.  Alınmaları 

tədqiq edərkən məlum olur ki, bu proses çox geniş və tədqiqi vaxt aparan problemlərdəndir. Belə ki, 

alınmalar  mənşəyinə,  tarixinə,  alınma  yollarına  və  üsullarına  görə  müxtəlif  qruplara  bölünür  ki,  bu 

qrupların  hər  biri  haqqında  müxtəlif  fikirlər  vardır.    Alınmalar  zamanı  alınma  sözün  hansı  dildən 

götürülməsi də diqqəti cəlb edən məqamlardan biridir. Belə ki, alınmaları dilçilər məcburi, zəruri və 

könüllü olaraq qruplara bölmüşlər. Tezisdə “könüllü alınma”lar adlanan qrup üzrə danişacağıq. Belə 

ki,  bu  prosesdə  dilə  təsir  və  zərurət  problemi  yoxdur,  müxtəlif  səbəblərdən  bəzi  dillərdən  sözalma 

prosesi  baş  verir  ki,  bu  hadisə  “könüllü  alınma”  prosesi  adlanır.  Bu  zaman  əsasən  daha  çox  nüfuza 

malik  və  qarşılıqlı  əlaqədə  etnosla  yaxın  münasibətlərdə  olan  xalqlara  üstünlük verilir. Məsələn, son 

illər  Azərbaycan  dili,  əsasən,  türk  dilindən  sözlər  alır.  Müstəqillik  dövründə  Türkiyə  ilə  əlaqələrin 

güclənməsi,  dillərin  mənşə  eyniliyi  və  bu  dillərin  bir-birinə  yaxınlaşması  prosesi  terminalmaya  da 

böyük təsir göstərir. Azərbaycan dilinin 70 il əsarətdə olması bizi qismən də olsa öz dil kökümüzdən 

uzaqlaşdırsa da, bu gün Azərbaycan dili bir çox sahələrdə türk dilindən terminalmaya  meyillidir  və 

bu proses artıq öz nəticəsini verməkdədir.  Bunu aşağıdakı nümunələrlə izah etməyə  çalışacağıq.  

«Desimal» termini Azərbaycan kompüter terminologiyasında «desimal» kimi işlədilmişdir. Türk 

dilində  bu  termin  «ondalıq»  şəklində  olmuşdur.  Azərbaycan  dilində  kompüter  terminlərinin  nizama 

salınması  prosesində  termin  «onluq»  kimi  qəbul  edilmişdir.  Yalnız  Exsel  proqramında  «desimal» 

variantı saxlanmışdır. 

Kompüter  terminologiyası  ilə  bağlı  türk  dilində  Azərbaycan  dilinə  bir  çox  terminlər  daxil 

olmaqdadır.  Doğrudur,  bu  terminlərin  Azərbaycan  dilinə  keçməsinin  rəsmiləşməsi  üçün  müvafiq 

terminlərin  Terminologiya  Komitəsi  tərəfindən  təsdiq  edilməsini  tələb  edir.  Buna  baxmayaraq  türk 

dilindən  yeni  alınma  terminlərin  müəyyən  qismini  nəzərdən  keçirmək  lazım  gəlir.  Qeyd  olunan 

terminlər kompüter terminlərinə aid internetdə yerləşdirilmiş izahlı lüğətdən seçilmişdir. 

C DRIVE – C sürücü. C DRIVE: Kompüter üzərində ol/tapılan sabitdisk  sürücülərindən ilkinə 

verilən  addır.  C  sürücüsü  ümumiyyətlə  əməliyyat  sistemini  qurmaq  üçün  istifadə  edilən  diskdir. 

Kompüter C sürücüsündən açılan və qurulan proqramları C sürücüsü üzərində saxlayar. 

Axtar/ara  yaddaşı/  CACHE  MEMORY:  Axtar/ara  yaddaşı  verilən  addır.  Bu  yaddaşlar  yüksək 

daxilolma/müraciət sürətinə sahibdirlər. Yaddaş tiplərinin hamısı eyni xüsusiyyətə sahib deyil. 

Hələ  80-cı  illərin  sonlarında  vətəndaşlıq  hüququ  qazanmayan  sözlər  kimi  qəbul  edilən  deyim 

(ifadə), ilişgi (əlaqə), uyarlıq (harmoniya), bilgi (məlumat), bənzərsiz (unikal), yaxud yenə də həmin 

illərin  ədəbi  dilində  paralel  işlənən  ifadələr  kimi  tədqiq  edilən  baxım-nöqteyi-nəzər,qaynaq-mənbə

toplu-məcmuə,  bəlli-məlum,  örnək-nümunə,  araşdırma-tədqiqat,  anlam-məna  sözləri  indi 

Azərbaycan dilində işləkdir. 

Türk dilindən və ya türk dilinin təsiri ilə Azərbaycan dilində işlənməyə başlayan bəzi terminlərin 

izahını verməyə çalışaq. 



Say.  Azərbaycan  dilində  ədəd,  rəqəm,  miqdar,  kəmiyyət  və  dayaz  yer  mənalarında  işlənir. 

Müstəqillik  illərində  mətbuat  sahifələrində  nömrə  anlamında  işlədilir.  İşgüzar  üsluba  aid  termindir. 

Yeni mənada dilə gətirilməsi latın mənşəli nömrə (numerus-ədəd) sözünün mənşəcə dilin öz sözü ilə 

əvəz edilməsi ilə bağlıdır. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

811



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Dərgi. Jurnal, almanax. Bu söz Azərbaycan dilində 80-cı illərin sonundan başlayaraq daha tez-tez 

işlənir.  Alınma  jurnal  termini  əvəzinə,  türk  dilindən  götürülmüşdür.  Müstəqillik  dövrü  mətbuatında 

jurnal sözü ilə paralel istifadə edilir. 

Elçi.  Bu  söz  diplomatiya  termini  kimi  sovet  dövrü  və  ondan  əvvəlki  vaxtlarda  da  Azərbaycan 

dilində işlənmişdir. Sonralar göstərilən mənada səfir sözü ilə paralel istifadə edilmişdir. Bu paralelik 

indi  də  qalır.  Lakin  mətbuatda  elçi«səfir»  sözü  ilə  müqayisədə  daha  çox  istifadə  olunur.  Rəsmi 

məlumatlarda səfir sözünə üstünlük verilir. Səfir ərəb sözüdür. Bir dövlətin digər dövlətdə olan yüksək 

dərəcəli  diplomatik  nümayəndəsidir.  –lik  şəkilçisinin  qoşulması  ilə  düzəlmiş  səfirlik  sözü  başqa 

dövlətdəki nümayəndəliyi, bu nümayəndəliyin yerləşdiyi binanı və səfirin yerinə yetirdiyi işi bildirir. 

Eyni model əsasında elçilik sözü də yaradılmışdır. 

Diplomatik  terminlər  lüğətində  səfir  və  elçi  ayrı-ayrı  terminlər  kimi  qeyd  olunmuşdur.  Rus 

dilindəki polannik diplomatik termini dilimizdə elçi sözü ilə verilmişdir. Polannik-elçi (ikinci dərəcəli 

diplomatik nümayəndəliyin başçısı. Elçi dövlət başçısının yanında akkreditə olunur). Posol –Səfir (bir 

dövlətin digər dövlətdə olan ən yüksək dərəcəli nümayəndəsi, elçisi) [181, s.143] 

Terminlərin  verilmiş  izahından  aydın  olur  ki,  elçivə  səfir  diplomatik  nümayəndə  səlahiyyəti 

dərəcəsinə  görə  fərqlənir.  Səfir  daha  yüksək  dərəcəli  diplomatik  nümayəndə  səlahiyyəti  dərəcəsinə 

görə fərqlənir. Səfir daha yüksək dərəcəli diplomatik nümayəndədir. 



Sözçü-  Bir  şəxsin,  qurumun  işi,  fikirləri  barədə  məlumat  verən  şəxs  anlamındadır.  Daha  çox 

müəyyən  təşkilatın  mətbuat  xidməti  rəhbəri  və  ya  bu  xidməti  təmsil  edib  məlumat  yayan  şəxs 

mənasında  işlənir.  Məlumdur  ki,  müstəqillik  illərində  mətbuat  vasitələrinin  sayının  artmasına  görə 

idarə  və  müssisələrdə,  partiyalarda,  təşkilatlarda  mətbuat  xidməti  yaradılmışdır.  Bu  xidmət  həm 

məlumatların qəbulu həm də yayılması ilə məşğul olur.  

Toplantı sözü toplanmaq felinin kökünə -tı sözdüzəldici şəkilçisinin artırılması ilə düzəldilmişdir. 

Azərbaycan  dilində  söz  yaradıcılığı  haqqında  olan  tədqiqatlarda  fellərdən  ad  düzəldən  şəkilçilər 

sırasında  –ıntı, -inti, -untu, -üntü də göstərilir. Toplantı ötən əsrin 70-ci illərində çap olunmuş qəzet 

materialları əsasında tərtib olunmuş Azərbaycan dilinin izahlı lüğətinə daxil edilməmişdir. Hazırda isə 

termin dilimizdə fəaldır və aktiv lüğət fondunda yer almışdır. 

Nəticə  olaraq  deməliyik  ki,  müasir  Azərbaycan  dilində  xeyli  sayda  türk  mənşəli  terminlər 

mövcuddur.  Əslində,  türk  mənşəli  sözlərin  və  terminlərin  ümumişləklik  qazanması  təqdirə  layiq 

hadisədir və dilə kütləvi şəkildə gələn Avropa mənşəli alınmalara qarşılıq olaraq türk kökənli sözlərə 

müraciət  dilin  qorunması  naminə  məqsədəuyğun    addım  hesab  olunar.  Əlbəttə, sürətlə  gedən inkişaf 

prosesi  dilə  yeni  sözlərin  gəlməsini  zəruriləşdirir.  Lakin  işləkliyini  itirmiş  və  bir  çox  hallarda 

unudulmuş  türk  mənşəli  sözlərə  müraciət  olunması  dildə  yeni  söz  yaratmaqdan  daha  asan  və 

kökümüzə qayıdış naminə daha uyğun seçimdir.   



 

 

“YEL” MİFOLOGİZMİ HAQQINDA 

 

Aynur QARAYEVA 

Sumqayıt Dövlət Universiteti 



aynur.qarayeva.1984@mail.ru 

AZƏRBAYCAN 

 

Hər bir xalqın dilinin zənginliyi, qədimliyi, obrazlılığı, təbii ki, folklor nümunələrində daha aydın 



və  sadə  şəkildə  ifadə  edilir.  Alqışlarda,  dualarda  eşitdiyimiz  və  tez-tez  işlədilən  dil  vahidlərinin 

əksəriyyəti mifologizmlərlə bağlıdır və ya başqa sözlərlə ifadə etsək, bu söz və ifadələrin böyük bir 

qismi inancların aynası olan mifologizmlərin dildə işləkliyinin təminatçısı, dayaq nöqtəsidir. Belə ki, 

duaların  leksikasını  toplu  şəkildə  incələdikdə,  təhlil  etdikdə,  burada  mifologizmlərin  dominanat 

mövqedə  olduğunu  çox  asanlıqla  sezmək  olar.  Mifologizmlərin  dualarda  semantik  arxetipin 

(mifologemin)  gerçəkləşdirilməsi  iki  şəkildə  təqdim  edilə  bilər.  Yəni,  birinci  halda  şəraitdən  doğan 

bədahətən  deyilən  duada  hər  hansı  bir  obraza  istanad  və  ya  müraciət  edilə  bilər.  İkinci  halda  isə, 

adətən, artıq hamıya məlum olan şablon formadan istifadə edilir. Bu kimi mətnlərin əsas özəyi olan 

mifologizm  çoxpilləli  bir  yaranış  yolu  keçmiş  leksik  vaiddir.  Belə  ki,  mifologizm  adlandırdığımız 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

812



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

sözlər  bu  statusu  qazanmaq  üçün  özündə  praqmatik,  estetik,  rəmzilik  və  magik  cəhətləri  bir  arada 

birləşdirməli  və  təqdim  etməlidir.  Məsələn,  qədim  türklərin  totemi  olan  “boz  qurd”  mifoloji  varlıq 

kimi türk xalqlarının əcdadı hesab edilir. Lakin müasir dövrdə “Boz qurd” türkçülüyün rəmzi olmaqla 

bərabər, eyni zamanda müstəqillik, azadlıq, mərdliyin təbliğində geniş istifadə edilir.  

Hər  bir  mifologizmin  leksik-semantik  quruluşunun  təhlili  sözlərin  müasir  dövrdə  bu 

parametrlərdən  nə  qədər  uzaqlaşdığını  və  qazandığı  diferensial  xüsusiyyətləri  geniş  şəkildə 

araşdırmağa zəmin yaradır. Mifologizmin leksik-semantik quruluşunda 5 səviyyə qeyd edilir: 1) əsas 

anlayış (özək) səviyyəsi — mifologizmin leksik-semantik quruluşunun özəyi; 2) etimoloji səviyyə — 

sözün leksik-semantik planının tarixi təhlili; 3) kontekstual səviyyə — digər sözlərlə leksik-semantik 

əlaqə  (sintaqmatik  səviyyə)  4)  komponentlik  səviyyəsi  —  frazeoloji  və  sabit  söz  birləşmələri 

yaradabilmə potensialı; 5) mental səviyyə  — hər hansı bir konkrek mifologizmin semantik arxetiplə 

əlaqəsi  (tarixi  kökə  bağlılığı  qoruyub  saxlaması).  Məsələn,  “yel”  mifologizmi  bir  çox  şifahi  xalq 

ədəbiyyatı nümunələrində aparıcı obrazlardan biridir:  

A Yel baba,  

Yel baba,  

Tez gəl, baba, gəl, baba.  

Sovur bizim xırmanı,  

Atına ver samanı.  

Dən dağılıb dağ olsun,  

Yel babamız sağ olsun.  

A Yel baba, Yel baba. 

Qurban sənə, gəl baba. 

Azərbaycan  xalqının  islamaqədərki  dini  görüşlərində  əsas  mifoloji    obrazlardan  biri  olan  “Yel 

Baba”  mifologizmi    yalnız  mərasim  nəğmələrində  deyil,  eyni  zamanda,  nağıl  və  əfsanələrdə  də 

dəfələrlə müraciət edilən obrazlardandır: A yel baba, yel baba, Əlçimimi sal baba (Göyçək Fatmanın 

nağılı) və s. 

Dilimizdə  bu  mifologizmdən  daha  sonralar  törənmiş  yelləmək,  yellənmək  feilləri  və  yelləncək 

isimi ilkin semantika ilə bağını fərqli şəkildə təqdim edirlər. Məsələn, bu sözlər arasında “yel” sözü ilə 

semantik  bağın  ən  güclü  olduğu  söz  “yelləmək”  feilidir.  Belə  ki,  bu  feil  mənaca  tərpətmək  (əlini 

yellədi, başını yellədi) mənası ifadə etməklə bərabər, eyni zamanda hava vermək, suni külək əsdirmək 

mənaları da ifadə edir: Havam çatmır, məni yelləyin (üzümə hava vurun anlamında) (danışıq dilində).   

“Yel” mifologizmini yuxarıda qeyd edilən səviyyələr üzrə təhlil etdikə bunları söyləyə bilərik: 1) 

əsas anlayış mistik qüvvəyə malik təbiət hadisəsi, obrazlaşaraq kişi cinsindən olan varlıq kimi qəbul 

edilir; 2) alınma söz deyil, etimoloji baxımdan qədim türk sözüdür; 3) bir çox frazeoloji ifadələrin və 

birləşmələrin  komponentidir:  Ağzından  yel  alsın  və  s.;  4)  ilkin  inanc  komponenti  kimi  fərqli  şihafi 

xalq ədəbiyyatı nümunələrində təsvir olunan mifik obrazdır.  

Göründüyü kimi mifologizm hər hansı bir təbəit varlığının, hadisəsinin prototipi olmaqla bərabər, 

eyni zamanda, qrammatik cəhətdən tək və ya cəm, kişi və ya qadın cinsində ola bilər. Mifologizmin 

semantik  tutumunda  etimonun  təyin  edilməsi  bu    səpkili  araşdırmaların  əsas  qayəsidir,  çünki  ətraf 

gerçəkliyin, aləmin dərk edilməsi ilkin olaraq bu leksik vahidlər üzərində qurulub.  

 

 



 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

813



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

QÖVSİ TƏBRİZİNİN QƏZƏLLƏRİNİN DİLİNDƏ İŞLƏNMİŞ 

XİTABLARIN LEKSİK-QRAMMATİK VƏ SEMANTİK-ÜSLUBİ 

XÜSUSİYYƏTLƏRİNƏ DAİR 

 

İlkin QULİYEV 

Bakı Slavyan Universiteti 



guliyevilkin@mail.ru 

AZƏRBAYCAN



 

 

XVII əsr Azərbaycan şairi Qövsi Təbrizinin dilinin tədqiqi göstərir ki, xitablar şairin dilində aktiv 

işlənmə  tezliyinə  malikdir  və  əsasən,  üslubi-ekspressiv  mahiyyət  daşıyır,  yəni  bədii  mətn  üçün 

xarakterik  olan  obrazlı  ifadə  üsulu  yaratmağa  xidmət  edir.  Şairin  dilində  işlənmiş  xitabları  əhatə 

dairəsinə görə bir neçə qrupda birləşdirmək  mümkündür:  

1. Mənşəyinə görə: a) Türk mənşəli olanlar: ey gözüm, könül, ey könlüm quşu, ey yoxdan məni 

var eyləyən; b) Ərəb və ya fars mənşəli olanlar: təbib, ey pərvanə, mütrib, ey ney, ya Əli, zahid, səba, 

qibləgahim; c) Komponentlərindən biri (bir neçəsi) türk, digəri ərəb və ya fars mənşəli olanlar: gözüm 

çırağı, boyun bəlasın alım, ey gözlərim çırağı; ç) Hər iki komponenti ərəb və ya fars mənşəli olanlar: 

ey sipəndi-təmkin, ey sərvi-rəna, ey güli-xəndan, nazlı yarım, ey dəryayi-rəhmət, ey səbzeyi-gülgün 

və s. 


2.  Quruluşuna  görə;  Qövsinin  dilində  işlənən  xitablar  quruluşuna  görə  müxtəsər  (ey 

firəngizadələr, yarəb, ilahi, könül) və geniş (nazlı yarım, ey odlu nalə, ey anın rüxsarı ilə bəhs edən 

xurşid)  olmaqla  iki  yerə  bölünür.  Geniş  xitabların  sayı  olduqca  azdır.  İzafət  və  izafət  tərkibləri 

şəklində  işlənən  xitabların  (ey  saqiyi-yağı,  ey  leyliyi-afaq,  ey  məsti-bipərva,  ey  məşhədi-qəribi-



Xorasan) sayı yetərincədir, onları da müxtəsər xitab kimi dəyərləndirmək mümkündür. Bundan başqa 

şairin  dilində  elliptik  və  sadə  cümlə  quruluşlu  xitablara  da  rast  gəlinir;  məs.:  Ey  odlu  nalə,  küçəvi 



bazar  əmanəti;  Getdin  əldən,  ey  dolanım  başına,  dildar,  hey;  Ey  gözləri  meyxanə,  ayaq  çəkmə 

gözümdən; Boyun bəlasın alım, bəsdir intizar mana və s. 



3.  Mövqeyinə  görə:  Qövsinin  dilində  xitabların  fərqli  mövqelerdə  işləndiyini  görmək 

mümkündür.  Xitabın  intonasiya  cəhətdən  ən  zəif  mövqeyi  cümlənin  əvvəli,  güclü  mövqeyi  isə 

cümlənin  sonu  sayılır;  maraqlıdır  ki,  alınma  mənşəli  xitablar  daha  çox  cümlənin  əvvəlində  və 

ortasında, türk mənşəli xitablar isə əsasən, cümlənin sonunda işlənmişdir; məs.: Xəndeyi-zirləbi üçün 

olma  xunindil,  könül,  Açılur  ol  qönçeyi-sirab,  sən  açil,  könül.  Bağrına  bas  dağını,  zəxm  içrə  yaşur 

bəxyəsin,  Xublər  ehsanının,  zinhar,  qədrin  bil,  könül..  Şairin  yaradıcılığında  rədifləri  xitablardan 

ibarət оlan qəzəllər də vardır. “Ey həkim” rədifli qəzəl bu qəbildəndir: Sanma könlüm tək mənim dərd 

əhli çox var, ey həkim, Var, əmma az düşər bir böylə bimarey həkim... 



4.  Canlılara  və  ya  cansızlara  ünvanlanmasına  görə  (insana  müraciət,  başqa  canlılara 

müraciət,  cansız  və  ya  mücərrəd  varlıqlara  müraciət):  Təəmmül  eylə,  saqi,  yetir  xümar  mana, 

Boyun  bəlasın  alım,  bəsdir  intizar  mana;  Ey  bad,  söylə  könlümə,  yetdinsə  kuyinə,  Key  hərzəkərd, 

seyrü  səfər  böyləmi  olur;    İlahi,  nola  gər  lal  olsalar  şeydayi  bülbüllər  Ki,  yarın  bivəfavü  bitəhü 

hərcayidir güllər; Yeri, şəbi-qəmim, ey şəm, rövşən eyləməgil, Bu gündə çün məni ol atəşin üzar istər; 

Bir  dəm  ağız  yumub,  göz  açıb  həsrət  ilə  bax,  Ey  əndəlib,  hərzədəra  keçdi  çağlar;  Guşeyi-çeşmin 

mənimlə  gah  vardır,  gah  yox,  Ey  gözüm,  təbində  xəlqin  istiqamət  yaxşıdır;  Zəkati-hüsnini,  ey  mah

məndən  etmə  dəriğ,  Bu  gün  ki,  yeddi  fələkdə  bir  ulduzum  yoxdur....  Misallardan  göründüyü  kimi, 

insana  müraciət  bildirməyən  xitablar,  əsasən,  canlı  varlığın  əlamətlərini  cansızların  üzərinə  köçürən 

məcaz  yaratma  funksiyası daşıyır  və  bədii  ədəbiyyatda  işlədilən bu  cür xitablarda  emosionallıq daha 

artıq  olur.  Bu  tip  bədii  xitablar  sadəcə  müraciət  məqsədi  ilə  işlənmir,  bеlə  xitablar  vasitəsilə  şairin 

daxili aləmi, hiss və münasibətləri, arzu və istəkləri öz ifadəsini tapa bilir. 

Qəzəllərdə  şairin  öz-özünə  müraciətini  də  müşahidə  etmək  mümkündür,  ümumiyyətlə,  qəzəlin 

sоnunda  şairin  öz  adını  xitab  kimi  işlətməsi  Şərq  şеirinin  xaraktеrik  cəhəti sayılır. Şair  bu  zaman  öz 

şəxsiyyətinə müraciət еdir, özünə məsləhət vеrir, özünü tənqid, tənbеh еdir və ya özünə təsəlli verir; 

məs.:  Ümidim  var  şəhidi-Kərbəladən  bir  nəzər,  Qövsi,  Səfi-məhşərdə  hər  yaxşı-yəman  mümtaz  olan 

yerdə; Gərçi mən ərz etmənəm, bilməzmi, Qövsi, yar özi  Kim, təmənna rüsxəti-ərzi-təmənnadır mana; 

Ta mən etdim əzm, Qövsi, Kəbədən meyxanəyə, Rişteyi-təspih zünnar ilə olmuş aşina...  


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin