Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə119/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   115   116   117   118   119   120   121   122   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1370



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

“ETIRAF”DA ÖZÜNÜDƏRK 

 

Çilənay MƏMMƏDLİ 



cilenaymemmedli94@gmail.com 

AZƏRBAYCAN 

 

İnsan oğlu yarandığı gündən nəyi isə bilməyə,nəyi isə tam dərindən qavramağa israrla can atır. 



Dünyanın  bu  gün  əldə  etdiyi  bütün  nailiyyətlər—kosmosa  yol,internetin  kəşfi,kilometrlərlə 

dərinliklərdən neftin,qazın çıxarılması və s. və s.—insan idrakının,insan beyninin bilmək,duymaq,kəşf 

etmək istəyinin bariz nümunəsi,məntiqi sonluğudur. Bu qədər saydıqlarımızın müqabilində məntiqi bir 

sual  çıxır  ortaya:Əgər  insan  həmişə  qurmağa,  yaratmağa  can  atırsa,bəs  bu  qədər  axıdılan  günahsız 

qanlar,xarabazara  çevrilən  ölkələr  kimin  “əməyinin  nəticəsidir”?Bu  suala  birbaşa  belə  cavab 

verərdim:Bu  da  insan  beyninin,insan  istəyinin  nəticəsidir,  kiminsə  üzərində  öz  fiziki  gücünün 

nəhayətsizliyini nümayiş etdirmək istəyidir. “Nəsimi” kinofilmində bir epizod var.Nəimi öz müridləri 

ilə söhbətində qeyd edir ki,kamil insan yaradır,cahil insan dağıdır.Yuxarıda qeyd etdiyimiz ikili insan 

kimi.Lakin  bir  şeyi  də  qeyd  etmək  lazımdır  ki,dünya  birinci  növ  insanların  çiynində 

bərqərardır.Qiyamət o zaman qopacaq ki,bu insanların onu çiyinlərində saxlamağa gücü çatmayacaq. 

Bu ikili insan bircə şeyi dərk etməyi,kəşf etməyi bacarsa,dünyanın xoşbəxt günləri başlayacaq: Özünü 

tanımağı, özünü dərk etməyi...Belə qabarıq problemlər dünya ədəbiyyatında olduğu kimi, Azərbaycan 

ədəbiyyatının  da  aparıcı  mövzularından  biridir.Heç  uzağa  getməyək:B.Vahabzadənin  1961-ci  ildə 

qələmə  aldığı  “Etiraf”  poemasını  götürək.Hələ  poemanın  proloqunda  şair  bizi  çox  mühüm  bir 

məsələylə  qarşı-qarşıya  qoyur,bizim  ona  reaksiyamızı  öyrənməyə  çalışır:  Toxumu  könlümə 

düşdü,yaşandı,  Yazmağa  çağırdı  etiraf  məni.  Görən  nə  düşündü,görən  nə  andı  Oxucum  görüncə  bu 

sərlövhəni? Artıq atdığı elə birinci addımdaca şair istəyinə nail olub:oxucunu özündən almağa,demək 

istədiyi fikri ona aşılamağa müvəffəq olub.Daha sonra o, oxucunun diqqətini daha bir maraqlı məqama 

yönəldir: Bilək bu dünyada dünya yaradan, Ömürlər dünyanı niyə tərk edir? Göyləri,yerləri dərk edən 

insan  Bəs  niyə  özünü  çətin  dərk  edir?  Maraqlıdır.Hamının  gördüyü,lakin  fərqinə  varmadığı  incə 

məqamlar şair üçün mövzudur: İnsan qəribədir:salamat ikən, Qohum da,qardaş da yada düşməyir. Elə 

ki  yatağa  düşdü  qəflətən--  “Filankəs  yanıma  gəlmədi”—deyir.  Bu  yerdə  şairin  başqa  bir  şeirində 

dediyi:”Sən  şair  deyilsən—görünməyəni  Görməyi  bacaran  gözün  yoxdusa...”—misraları  düşür. 

“B.Vahabzadə  sözün  həqiqi  mənasında  şairdir.Onun  şeirlərində  fikirlə  hissin  gözəl  bir  vəhdəti 

vardır.”Bu  fikirlər  R.Rzanındır.Nahaq  yerə  deyil  ki,B.Vahabzadəni  fikir  şairi  adlandırırlar.  Torpaq 

üstə səpdiyimiz dən də fikir, Sən də fikir, Mən də fikir. Yer-göy fikir-- Hər şey  fikir. Poemanın çox 

maraqlı  bir  süjet  xətti  var:Hadisələr  inkişaf  elədikcə  eqosu  özündən  çox-çox  böyük  olan  bir 

prokurorun mənən təmizlənməsi əsərin fabulasını təşkil edir.Əsər şəhər klubunda keçirilən bir yubiley 

gecəsinin  təsviri  ilə  başlanır.Çıxış  üçün  söz  alanlar  yubilyarın—şəhərin  ən  yaxşı  cərrahlarından  olan 

Cahangirin  insani  xüsusiyyətlərindən,təvazökarlığından  söhbət  açır.Lakin  deyilən  təriflərin  heç  biri 

həkimi  fərəhləndirmir,əksinə,çox  sıxır.Buna  səbəb  “soldakı  qabaq  cərgədə”  oturan  bir  nəfərdir.Bu 

adam, 20 il öncə rayonun prokuroru olmuş Bahadırdır.Onun bu məclisdə iştirakı həkimi sarsıdır və 20 

il  öncə  olan  bütün  hadisələr,prokurorla  onun  arasında  yaşanmış  konflikt  həkimin  gözləri  önündə 

canlanır.  Uşaqlığından  hamıya  üstdən  aşağı  baxan,yeniyetməlik  çağında  “Rütbəm  olmalıdır”  deyə 

özünə  söz  verən  Bahadır,həyatın  ilk  zərbəsi  ilə--atasının  tutulması  ilə  sarsılır.Məhkəmə  zalında 

prokurora  dediyi  ağır  ifadələrdən  sonra  hadisələr  sürətlə  inkişafa  başlayır.Prokuror  olmaq,indiki 

prokurora “öz zərbi dəstini” göstərmək istəyi onu universitetin hüquq fakültəsinə gətirir.5 il sonra ali 

təhsili  başa  vuran  Bahadır  öz  rayonlarına  əvvəlcə  müstəntiq,sonra  prokuror  gəlir.Və  həmən  gündən 

köhnə  prokurora  quyu  qazmaq  haqqında  fikirləşir.Yersiz  hücumlara  məruz  qalan  köhnə  prokuror 

fikirdən,xəyaldan  xəstəxanaya  düşür  və  bu  yerdə  daş  qayaya  rast  gəlir;sözünün  qabağına  söz 

deyilməyən  prokuror  baş  həkim  Cahangirlə  toqquşur.Həkimin  yenilməzliyini  gördükcə  ona  qarşı 

nifrəti  artır.Nəhayətdə  köhnə  prokurorla  ədavəti  bir  yana  atıb  bütün  gücünü  Cahangirlə  mübarizəyə 

sərf  edir;Onu  addım-addım  izləyir,yeri  gəldi-  gəlmədi  camaat  içərisində  onun  haqqında  nalayiq 

ifadələr işlədir.Cahangirin camaat arasındakı hörmətini gördükcə qısqanır və bu duyğular onu xudbinə 

çevirir,ilk  məqamdaca  Cahangirdən  intiqam  almağa  sövq  edir.Həkimi  məğlub  etmək  üçün  yollar 

aradığı bir vaxtda prokurorluğun qapısı açılır , Cahangir içəri daxil olur,özünün cinayətkar olduğunu 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1371



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

etiraf  edir  və  prokurordan  özünə  həbs  cəzası  tələb  edir.Etdiyi  “cinayətin”  nədən  ibarət  olduğunu 

sadaladıqca  isə  prokurorun  “ayağının  altından  yer  qaçır”.  Həkimi  məğlub  etmək  istəyərkən  özü 

məğlub  vəziyyətə  düşür.O  özü  “pis”  insan  olduğunu  dərk  edir  və  çıxış  yolunu  işdən  çıxıb  Bakıya 

getməkdə,müəllimini tapıb dərdini ona danışmaqda görür.Onu diqqətlə dinləyən müəllimi ona “Hüquq 

və etiraf” adlı bir dissertasiya işi yazmağı məsləhət görür.Bu mövzunu müvəffəqiyyətlə yazan Bahadır 

həmin  kitabı  öz  həyat  müəlliminə--həkim  Cahangirə  həsr  edir.Sonda  məlum  olur  ki,həkimin 

yubileyində  iştirak  etməkdə  bu  inadcıl  insanın  məqsədi  kitabını  öz  müəlliminə  təqdim 

etməkdir...Bütün  bunlar  çox  dolğun təsvir  olunmuşdur  və  indi də  əsəri oxuyub başa çıxan  oxucunun 

qəlbində silinməz izlər buraxmaqdadır.` 

Bəxtiyar Vahabzadənin Etiraf poeması  insanın bütün əməllərinin toplandığı “Vicdan torbasına” 

nəzər yetirib özünə başqasının gözü ilə baxmağı,əyrini düzdən seçərək özünü mühakimə edib mənliyin 

rahatladıcısı olan “Etiraf zirvəsinə”  qalxmağı  təklif edir. 

 

 



 

KUMUK TÜRKLƏRİNDƏ DASTAN                                                               

(Türk dastan ənənəsi və kumuk dastan yaradıcılığı) 

 

Ramazan TOMAY 

Qafqaz Üniversiteti 

ramtomay@hotmail.com 

AZƏRBAYCAN 

 

Türk  xalqlarının  yaratdığı  böyük  mədəniyyətdə  mühüm  bir  hissəni  dastan  yaradıcılığı  tutur. 



Məlum  olduğu  kimi,  tarixin  çox  dərin  qatlarından  süzülüb  gələn  zəngin    həyat  tərzi,  cahanşümül 

dövlət  ideyası,  makro  və  mikrokosmik  düşüncə  susistemi  müxtəlif  səviyyələrdə  fundamental 

mədəniyyətin  yaranışına  hesablanmışdı.  “Yaradılış”,  “Şu”,  “Ərqənəkon”,  “Boz  qurd”,  “Köç”, 

“Törəyiş”,  “Oğuz  Kağan”,  “Kitabi-Dədə  Qorqud”,  “Manas”,  “Alpamış”,  “Uralbatır”,  “Edige”, 

“Corabatır”, “Koroğlu” və s. bu mədəniyyətin hadisəsi olaraq ayrı-ayrı tarixi mərhələlərin mahiyyətini 

özündə ehtiva edir. Məhz bu səbəbdən də bu nümunələrin hər birinə sadəcə olaraq bədiilik anlamında 

yanaşmaq  çox  azdır.  Daha  doğrusu,  dastan  spesifikasının  dərkinə  və  açımına  kölgə  salmaq  kimidir.  

Onu  da  əlavə  edək  ki,  türk  dastan  yaradıcılığı  bir  bütöv  olaraq    ilkin  təsəvvürlərdən  bu  yana  olan 

böyük zamanları və təsəvvürləri ifadə etmək kimi ciddi məsələyə xidmət edir. Son dövrün təhlilləri, 

elmi-nəzəri  kontekstdə aparılan araşdırmalar  bizə daha  əhatəli,  həm  də  mahiyyətəyönəlikli  məsələlər 

müstəvisində yanaşmanı zəruri edir. Qazaxların, qırğızların, özbəklərin, başqırdların, qaraqalpaqların, 

kırımtatarların, azərbaycanlıların zəngin dastan yaradıcılığı və dünya dastan ənənəsi bizə əsas verir ki, 

ciddi  paralellər  aparaq,  tipoloji  müstəvidə  bu  hadisələrin  mahiyyətini  müəyyənləşdirək.  Kumukların 

zəngin dastan yaradıcılığı da bu sıradadır. Məlum olduğu kimi kumuk mədəniyyəti türk mədəniyyəti 

çevrəsində mühüm, həm də vacib elementlərlə dolu olan bir laydır. Zəngin folklor arsenalı aparılmış 

təhlillərə  daha  geniş  müstəvidə,  dinamik  imkişafın  doğurduğu    zərurət  səviyyəsində  yanaşmaları 

aktuallaşdırır.  Əfsanə,  nağıl,  rəvayət,  lətifə,  atalar  sözü  və  məsəllər,  nəğmələr,  inam  və  etiqadlar  

xalqın təsəvvürlər sisteminin  daha dərin qatlarına diqqət yetirməyi gərəkli edir. Çünki hər bir folklor 

nümunəsi  özündə  bədiilik  elementləri  ilə  yanaşı,zəngin  etnos  yaddaşını,  tarixi,  arxaik  mədəniyyətin 

konstruktiv  modellərini  özündə  ehtiva  edir.  Kumuk  dastanları  da  bu  sıradadır.  “Bozigid”,  “Tahir  və 

Zöhrə”,  “Amintaza”,  “Xatami-Taini  xabari”,  “Yusuf  Alayi  salam”,  “Əsli  və  Kərəm”,  “Aşıq  Qərib”,  

“İsgəndərin  barıları”,  “Leyli  və  Məcnun”,  “Şan  qızı  dastanı”,  “Hüseynin  xəbəri”  və  s.    nümunələr  

dastan  ənənəsinin  spesifikasını,  mahiyyətində  hansı  düşüncənin  sxem  konstruksiyasının  olduğunu 

aydınlaşdırmağı  gərəkli  edir.    Görkəmli  ədəbiyyatşünas  alim  K.Sultanov  yazır:  “Hər  xalqın  öz 

folkkloru  var.  Kumukların  da  öz  folkloru  vardır.  Folklor  xalqın  söz  xəzinəsidir.  Başqa  xalqlar  kimi 

kumuklar  da  öz  folklorunu  yüz  illər  boyunca  qoruyub  artırmış,  gələcək  nəsillərə  çatdırmağa 

çalışmışdır”.Dastan  yaradıcılığı  da  belədir.  Fakt  olaraq  türk  xalqlarının  yaratdığı  dastanlar  özünün 

əhatəliliyi və imkanlılığı ilə səciyyələnir.  

Hətta  türk  dastançılığında  süjet  və  hadisələrin  ortaqlığı  məsələsi  dastan  təfəkküründə  daha 

çoxluqla görünən və paralel araşdırmalara zərurət doğuran məsələdir. Məsələ, “Tahir və Zöhrə”, Əsli 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1372



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

və  Kərəm”,  “Aşıq  Qərib”,  “Leyli  və  Məcnun”,  “Yusif  və  Züleyxa”,  “Əmrah”,  “Arzu  və  Qənbər”, 

“Koroğlu”  və  s.  dastan  nümunələri  var  ki,türk  xalqları  üçün  özlüyündə  bir  ortaqlıq  nümayiş  etdirir. 

Məlum  olduğu  kimi,  “ortaq  türk  dastanlarının  tipoloji  cəhətlərinin  tədqiq  olunması  folklorşünaslığın 

tarixində yeni deyil. Lakin bu ortaqlığın səbəbləri fərqli şəkildə izah edilmişdir”. Doğurdan da,  türk 

dastan  yaradıcılığında  ortaqlıq  məsələlərinin  konseptual  təhlili  bir  sıra  istiqamətlərin  ciddi  nəzərə 

alınmasını gərəkli edir. Burada ən birincisi etnosların genetik yaddaşında olan düşüncə və mədəniyyət, 

məişət,  həyat  təsəvvürlərinin  eyniyyətliliyidir.  Elə  ilk  olan  və  ən  önəmli  xarakter  daşıyan  da  budur. 

Qalanlar  bundan  sonra  gələnlərdir.  Son  dövr,  sovetlər  imperiyasının  dağılmasından  sonra  bu  sahədə, 

ümumiyyətlə  mədəniyyətlərin  və  etnos  dəyərlərinin  tipoloji  təhlili  önəmli  məsələ  kimi  diqqəti  cəlb 

etdi.  Məlum  olduğu  kimi,  xalqlar  tarixi  inkişaf  prosesində  dinamik  düşüncənin  parametrlərinə 

üstünlük  verməklə  bütün  münasibət  və  təsəvvürlərini  mental  dəyərlərə,  onun  qorunuşuna 

hesablayırlar.  Mif-dastan  münasibətləri,  sakral  düşüncədə  mütəmadi  olaraq  qorunan  və  gələcəyə 

daşınan formullar, təsəvvür mexanizmləri arxetiplərin zaman-zaman gərəkliliyini aktuallaşdırır. Məhz 

“Tahir və Zöhrə”nin, “Aşıq Qərib”in, “Arzu və Qənbər”in, “Yusif və Züleyxa”nın, eləcə də bu sıradan 

olan  dastanların  bir  bütöv  olaraq  ayrı-ayrı  türk  ellərini  dolaşması  və  ümumi  mahiyyəti  ilə,  nə  qədər 

fərqliliklərinə  baxmayaraq,  eyni  çevrənin  hadisəsi  təsiri  bağışlaması  yaddaş  mühafizəkarlığından 

xəbər  verir.  “Türkün  mənəvi  dünyasını  əks  etdirən  bədii  nümunələr  həm  də  onun  alplıq  dünyasını 

əksidir”.  Məsələyə  bu  prizmadan  baxanda  epik  mədəniyyət  davamlı  proses  olaraq  türkün  tarixi  ilə 

birgə  addımlayır  və  bu  prosesin  ilkin  mərhələsi  ilə  müasir  durumdakı  vəziyyət  arasında  təkrarlanan 

formul,  mədəniyyət  birxətli  görünür.  Məlum  olduğu  kimi,  Oğuznamələr  epik  yaradıcılıq  hadisəsidir. 

Tarixin  müxtəlif  mərhələlərinin  fakt  və  hadisələrini  ifadə  etmək  baxımından  yanaşsaq  burada  arxaik 

düşüncədən gələn elementlər kifayət qədərdir. Ancaq məsələyə diqqət yetirdikdə  digər bir tərəf göz 

önündə canlanır. Bu da Oğuznamələrin özünün də  konkret bir zamanla bağlanması və həmin zamana 

hesablanmış  təsəvvürü  ifadə  etməsidir.    Ona  görə  də  türk  dastan  yaradıcılığı  vahid  təsəvvürlər 

kompleksinin  hadisəsi  olaraq  qorunuşa,  bütün  təsəvvürlərin  birləşdirici  tərəflərinin  çoxluğuna 

yüklüdü. 

Kumuk  dastan  yaradıcılığı  türk  dastan  düşüncəsindəki  ortaqlığın  ifadəsi  olaraq  təkcə  hansısa 

mövzunun, dastan nümunələrinin təkrarlanması ilə səciyyələnmir, həm də müxtəlif səviyyəli bədiilik 

elementlərinin  işləkliyi  ilə  maraq  doğurur.  Ozanlar,  aşıqlar,  baxşılar  ,akınlar  və  bu  silsilədən  olan 

sənətkarlar el-el türk diyarlarını gəzməklə bu mədəniyyətin davamlı olaraq qorunuşu kimi bir vəzifəni 

yerinə  yetirmişlər.  Kumuk  ədəbi-nəzəri  fikrinin  görkəmli  nümayəndələri  Q.Orazayev  və    S.Akbiev  

A.Akayevin “Payxamarnu yolu bulan” kitabına yazdığı ön sözdə bu kimi məsələlərə diqqət yetirmiş 

və  maraqlı  mülahizələr  irəli  sürmüşdür.  “Hər  xalqın  yaşamında  onda  ruh  yaradan  və  əsrlər  boyu 

unudulmayan  əhvalatlar  var”  .  Kumukların  dastan  yaradıcılığı  da  məhz  bu  zənginliklərin,  şifahi 

ənənədə  yaddaş faktlarının, arxetiplərin qorunuşu və yaşamı baxımından lazımı qədər fakt bolluğu ilə 

xarakterizə olunur.   

Dastan  formatından,  bütünlükdə  strukturunda  gedən  proseslərdən  aslı  olmayaraq  türk 

düşüncəsində  eyni  məzmunu,  etnosun  mahiyyətini,  tarixini,  mədəniyyət  fondunun  əhatəliliyini 

aşılayır.  Ona  görə  də  türk  dastan  yaradıcılığı  müxtəlif  istiqamətlərdə  tipoloji  kontekstdə  daha  ciddi 

araşdırmaları  zəruri  edir  və  kumukların  dastan  yaradıcılığındakı  zənginliyi  bir  istiqamət  olaraq 

aydınlaşdırmağı vacib məsələ kimi aktuallaşdırır. 

 

 

 



 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1373



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

 

 

 

 

PROCEEDINGS 

SECTION IV 

PHILOLOGICAL SCIENCES 

 

 

Pedagogy and Psichology  

 

 

 

 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1374



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

PEDAQOGİKA  

 

 

SOME ASPECTS OF FORMATION OF SCIENTIFIC OUTLOOK OF 

STUDENTS IN HIGHER EDUCATIONAL INSTITUTIONS 

 

Irina ZHOVTONIZHKO 

The National University of Pharmacy 

irina00dom@mail.ru 

UKRAINE 



Gulnar NURADDINLI 

V. N. Karazin Kharkiv National University

 

giulnar2492@gmail.com

 

UKRAINE 



 

One of the main problems of modern education is the problem of spiritual, economic, cultural and 

ideological attitudes of youth. At this stage of development of our country there’s a change of ideas 

and  views,  because  modern  society  requires  not  only  highly  skilled  people  but  first  of  all  well-

mannered, ideologically mature, educated people in every sense of the word. Therefore the problem of 

formation of scientific outlook of students in higher educational institutions is very actual today. Also 

the scientists as L. Butenko, V. Gorashchuk, N. Evtukh, Yu. Kryanev, L. Molosova, L. Potanyuk and 

others were engaged in a problem of formation of outlook of the personality and education of youth in 

recent years. 

In scientific and pedagogical literature the concept of “worldview” is considered differently. In 

particular,  B.  Likhachev  notes  that  the  scientific  worldview  makes  the  combination  of  concrete 

historical meaningful views of the world, science-based beliefs about the laws of nature and society, 

the socio-economic system that provides a proactive stance identity. According to V. Sukhomlinsky, 

outlook contains “not only a system of views on the world, which dominates in this society, but also a 

subjective attitude of the person, which is determined in his thoughts, feelings, freedom, activities”. 

On  the  basis  of  the  analysis  of  scientific  and  pedagogical  literature,  we  note  that  a  person’s 

worldview  composes  an  integrated  system  of  knowledge,  views  and  ideas  of  the  person  about  the 

world, moral, spiritual and aesthetic values, affecting a person’s behavior, a way of self-consciousness 

and self-determination of the person, awareness out its vital functions, its meaning and importance for 

the world and himself. 

Taking into account the views of the leading educators the main functions of worldview include 

the functions such as instructive (scientific outlook allows a person to correctly understand the world, 

helps to get rid of social, political prejudices and survivals); educational (adopted attitudes and beliefs 

require  that  the  person  targeted  self-confidence  of  certain  moral  and  educational  qualities,  aesthetic 

tastes,  and  so  on.);  developing  (the  inner  spiritual  work  on  improving  the  person’s  own  world  of 

thought  promotes  vigorous  thinking  activity);  organizational  (acts  outlook  starting  point  in  the 

practical  work  of  the  people);  predictive  (realized  in  scientific  and  theoretical,  and  practical 

understanding of social development trends). 

It  should  be  noted  that  formation  of  scientific  outlook  occurs  not  in  the  abstract  human,  but  in 

particular a real person, individuality. Therefore this process must be organized in such a way that a 

rational, sensual and volitional components were in harmonious complementarity, mutual enrichment 

that it promoted formation of creative personality of future specialist, who could help and defend his 

point of view, culturally engage in dialogue with colleagues, could be responsible for the results of his 

activities.  Modern  higher  educational  institutions  use  a  variety  of  forms  of  training  and  professional 

activities, aimed at the formation of a scientific outlook of future specialists. 

In  our  opinion,  for  a  more  effective  formation  of  student’s  scientific  outlook  is  necessary  to 

adhere to the following conditions: the study of phenomena processes, objects, that surround students 

in  their  daily  lives  as  a  multilateral,  multifaceted  phenomena;  the  transfer  of  emphasis  on  the 

formation  of  creative  abilities  of  students  by  reducing  the  proportion  of  reproductive  activity; 

knowledge  accounting  that  students  get  outside  the  classes  from  different  sources;  the  use  of  active 

forms of training. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1375



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

As  is  known,  higher  educational  institutions  are  practicing  various  models  of  the  educational 

process. We propose such a model of organization of education which includes the following steps: 

- formation of students’ learning motivation and positive attitude to it; 

-  mastering  the  new  information,  which  is  a  cognitive  activity  of  students,  aimed  at  mastering 

new knowledge and ways of learning activities; 

- reproduction of the acquired material by students; 

- formation of skills and abilities in standard and new conditions; 

- generalization of the knowledge, skills and abilities of students; 

- productive cognitive activity of students for the formation of knowledge, abilities and skills on 

the creative level. 

Based on the analysis of the results of implementation of the proposed model in the educational 

process  of  higher  educational  institutions,  it  can  be  argued  that  implementation  of  this  model  in  the 

educational  process  of  higher  school  promotes  the  effective  formation  of  a  high-level  worldview  of 

future specialists, as well as creation a foundation of deep meaning of life.  

 

 



MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN AİLƏDƏ MÜASİR 

TEXNOLOGİYALARDAN İSTİFADƏSİNƏ RƏHBƏRLİK 

 

Nigar İSMAYILOVA 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



niay.83@mail.ru 

AZƏRBAYCAN 

 

Tərbiyə bütün dövrlərdə mahiyyəti, aktuallığı ilə seçilən bir prosesdir. Buna görə də insanın hansı 



yaş  dövründə  olmasına  baxmayaraq,  tərbiyə  həmişə  mövcuddur.    Tərbiyə  işinin  bütün  təhsil 

pillələrində  aparılması  vacib  və  mühüm  məsələdir.  Bu  baxımdan  məktəbəqədər  yaş  pilləsi  xüsusilə 

seçilir. Bu dövrdə uşaqların tərbiyəsi, onların mənfi təsirlərdən qorunması valideynlərin diqqət etməli 

olduğu  məsələlərdən  biridir.  Müasir  dövrdə  məktəbəqədər  yaşlı  uşaqların  ailədə  müasir 

texnologiyalardan istifadəsinə mütləq nəzarət olunmalıdır. Televizor, mobil telefon, kompüter və s.dən 

istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməlidir.  

Uşaqlar  televizora  baxmağa  həvəs  göstərirlər.  Texnologiyalardan  istifadənin  yaşa  görə  hansı 

təsirləri var? Bu barədə mütəxəssislərin konkret fikirləri vardır. 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin