Conference committees conference chairs c



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə122/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   118   119   120   121   122   123   124   125   ...   189

 

2008-2009-cu  dərs  ilindən  etibarən  ibtidai  siniflərin  I  siniflərində  yeni  kurikulumlar  əsasında 

hazırlanmış  dərsliklərdən  istifadə  edilməyə  başlanılmışdı.  Bu  iş  prosesi  müəllimlərdən  yeni  bilik, 

bacarıq, yeni iş tərzi tələb edir, müəllimlərə yaradıcı, həssas olmağı tövsiyə edir.  

Yeni  dərsliklər  əvvəlki  dərsliklər  nə  ilə  fərqlənir?  Əvvəlki  dərsliklərimizdə  mümkün  qədər  çox 

məlumatların  yadda  saxlanılmasına  üstünlük  verilirdi.  Dərsliklərdə  mövzuların  əksəriyyətində 

uşaqların  təfəkkür  və  düşüncə  tərzi,  qabiliyyətini  inkişaf  etdirən  məzmun  yox  idi.  Yeni  dərsliklər 

şagirdlərin  müstəqil  tədqiqat  aparmasına,  düşünməsinə  zəmin  yaradır.  Bu  dərsliklərin  məzmunu 

şagirdləri  düşündürücü,  yönəldici  tədqiqatçılığa  və  yaradıcılığa  istiqamətləndirir.  Necə  deyərlər, 

"Hafizə məktəbi" - "Təfəkkür məktəbi"nə çevrilir.  

Fəal  təlim  müasir  tədrisin  başlıca  vəzifələrindən  biri  olan  öyrənməyi  öyrətmək  prinsipinə 

yönələrək  bilikləri  müstəqil  əldə  etməyə  imkan  yaradır.  Fəal  təlimin  nəticəsində  biliklər  şagirdlər 

tərəfindən  daha  müstəqil,  sərbəst  qavranılır  və  mənimsənilir.  Onlarda  məntiqi,  tənqidi  və  yaradıcı 

təfəkkür,  habelə  problemlərin  həlli  və  qərar  qəbul  edilməsi,  nəzəri  və  praktik  məsələlərin  əlaqəli 

qavrayışı  üzrə  vərdişlər,  elmi-tədqiqat  vərdişləri  və  geniş  dünyagörüşü  formalaşdırılır,  qarşılıqlı 

hörmət hissi və əməkdaşlıq vərdişləri aşılanır.  

Dərslik  komplektində  fəndaxili  və  fənlərarası  inteqrasiyanın  olması  çox  vacibdir.  Mövzuların 

sistemləşdirilib  qruplaşdırılmasında  psixoloji,  məzmun  və  məntiqi  ardıcıllıq  prinsiplərinə  əməl 

edilməlidir.  

“Ümumi təhsil sistemində dərslik siyasəti” sənədinin 6.11-ci maddəsi dərsliklərdə tədrislə əlaqəsi 

olmayan reklamları qadağan edir. Bunun əsas səbəblərindən biri də dövlət büdcəsi hesabına çox böyük 

tirajla  çap  olunan  və  şagirdlər  tərəfindən  istifadə  edilən  dərsliklərdə  hansısa  özəl  müəssisənin 

məhsulunu yerləşdirib müəssisələr arasında ayrıseçkilik salmamaqdır.  Dövlət büdcəsi təkcə dərslikdə 

reklamı yerləşdirilən müəssisə və firmaların yox, həm də onların bazardakı rəqiblərin ödədiyi vergilər 

hesabına formalaşır.  

İbtidai  sinif  dərslikləri  məzmun  baxımından  qüsurludurlar.  Əlifbanın  öyrədilməsi,  oxu  və  yazı 

texnikası bacarıqlarının mənimsənilməsi, qramatik qaydaların öyrədilməsi, dövlət rəmzləri, xalqımızın 

dili, tarixi, mənəvi keyfiyyətləri, mədəniyyəti haqqında şagirdlərdə anlayışların yaradılması və təbliği 

baxımından dərsliklərdə ciddi qüsurlara yol verilib. Bu qüsurların aradan qaldırılması üçün dərsliklər 

peşəkarlar tərəfindən tənqid edilməlidir. 

Fənlərarası  inteqrasiyaya  bir  çox  hallarda  əməl  edilməyib.  Mətinlərin  düzülüşündə  sadədən 

mürəkkəbə  doğru  təqdimat  prinsipi  pozulub.  Təhsilin  ibtidai  sinif  mərhələsində  şagirdə  zəruri 

elementar  dil  qaydaları  öyrədilməlidir  ki,  onun  gələcək  təhsilində  və  həyatında  bu  dil  qaydalarının 

praktiki əhəmiyyəti olsun. Dərslik şagirdə yol göstərməli, onun ilk “yoldaşı” olmalıdır.  

İbtidai sinif mərhələsində istifadə olunan “Azərbaycan dili” dərsliklərində dil qaydalarının, nitq 

bacarıqlarının və bunları əks etdirən mətinlərin, tapşırıqların həcm və məzmunun sadədən mürəkkəbə 

doğru vahid struktur və inkişaf xətti pozulmuşdur. Dərsliklərdə olan qüsurlardan biri də şagirdin dil 

qaydalarını  hazır  şəkildə  mənimsəməsidir.  Dərsliklərdəki  materiallar  dil  qaydalarının  səmərəli  və 

kurikulum  tələblərinə  uyğun  şəkildə  mərhələ-mərhələ,  şagirdin  özünün  zehni  fəaliyyətinin  nəticəsi 

olaraq açılmasına imkan vermir.  

 

 

Şəxsiyyətyönümlü  kurikulumlar  həyati  bacarıq  və  vərdişlərə  üstünlük  verilməsi  ilə 



fərqlənir.  Şəxsiyyətyönümlü  kurikuluma  görə,  insanın  həyati  fəaliyyətində  lazım  olacaq  praktik 

bacarıq  və  vərdişlər  əhatə  edilir,  onun  əqli  fəaliyyətlə  bağlı  qabiliyyətinin  formalaşmasını  ön  plana 

çəkilir.  

Şagirdlərin görmə fəaliyyəti üçün daha münasib şəraitin yaradılması, onların tez yorulmamaları 

üçün dərsliklərin hazırlanması zamanı istifad’ olunan dizayn elementlərinə, şriftlərin ölçülərinə, rəsm 

və fotoların rəng çalarlarına xüsusi əhəmiyyət verilir. Beynəlxalq standartlar aşağı sinif dərsliklərində 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1386



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

şagird üçün nəzərdə tutulan mətnlərin ağ fonda qara düz şriflərlə çap olunması tələbini qoyur. Lakin 

dərsliklərin çoxunda səhifələrdə mətnlər rəngli fonlar üzərində çap edilmiş, bir çox hallarda yağlı və 

rəngli şriftlərdən istifadə edilmişdir. Bunlarda dərliklər üçün yolverilməzdir.  

Beləliklə  yeni  dərslikləri  kurrikulumların  tələblərinə  uyğun  səviyyədə  hazırlamaq  üçün  bir  sıra 

mühüm  pedaqoji  prinsiplərin  gözlənilməsi  zəruri  hesab  edilir.  Bu  prinsiplərə  düzgünlük,  əyanilik, 

müasirlik, tamlıq, ardıcıllıq, inklüzivlik, oxunaqlılıq daxildir. 

 

 



ПОСЛОВИЦЫ И ПОГОВОРКИ КАК ЗНАКИ                        

ЛОГИЧЕСКИ УНИВЕРСАЛЬНЫХ СИТУАЦИЙ 

 

Кенуль ГЮЛАЛИЕВА 

Бакинский Славянский Университет 



israfilova1991@list.ru 

АЗЕРБАЙДЖАН 



 

Процесс  коммуникации  понимается  как  процесс  обмена  информацией,  т.е.  во  время 

совместной  деятельности  люди  обмениваются  между  собой  различными  идеями,  интересами, 

чувствами.  Стремление  к  налаживанию  взаимоотношений  –  одно  из  первых  инстинктивных 

стремлений человека. 

Трудно себе представить развитие человека, само существование индивида как личности, 

его  связь  с  обществом  вне  общения.  Со  словом  общение  связываются  привычные 

представления  о  контактах  и  отношениях  людей  друг  с  другом,  о  встречах  с  друзьями  и 

незнакомыми людьми, возникающих на почве профессиональных, любительских, творческих и 

иных общих интересов. 

Пословицы  –  это  краткие,  нередко  ритмизованные  изречения,  представляющие  собой 

законченные  предложения  и  выражающие  определенные  умозаключения.  Они  относятся  к 

речевым  жанрам  фольклора,  так  как  не  используются  специально,  а  употребляются  в 

разговорной речи. 

Пословицы  чаще  всего  употребляются  в  совершенно  конкретной  ситуации,  но  не 

обозначают  ее  отдельных  элементов,  а  ставят  всю  ситуацию  в  связь  с  какой-либо  общей  или 

общеизвестной закономерностью, которую они, собственно и выражают. 

Конденсируя  народный  опыт,  пословицы  ориентированы  своим  содержанием  почти 

исключительно на человека – черты его характера, поступки, отношения в семье, коллективе и 

обществе и т.п. Поэтому среди пословиц нетрудно выделить тематические группы – пословицы 

о  любви  и  дружбе,  честности,  лени,  уме,  а  также  пословицы,  отражающие  быт  народа,  хотя 

четких границ между такими тематическими группами провести нельзя. 

Способность  пословиц  и  поговорок  выполнять  номинативно-характеризующую  функцию 

в речи и существование синтаксических факторов, поддерживающих номинативность паремий 

и  приглушающих  их  предикативность,  позволяют  относить  паремии  к  числу  специфических 

вторичных языковых знаков. 

В  этом  аспекте  пословицы  имеют  общие  с  фразеологизмами  черты  –  устойчивость 

лексического  состава,  употребления,  обладают  свойством  воспроизводимости.  Однако  они  не 

являются семантически целостными единицами, не эквивалентны слову. Иное дело поговорки. 

Хотя  многие  поговорки  и  восходят  к  пословицам,  они  существенно  отличаются  от  них. 

Поговорки  обладают  не  только  устойчивым  составом  компонентов,  но  и  смысловым 

единством,  смысловой  целостностью,  воспроизводимы,  функционально  близки  к  слову, 

синтаксически  нечленимы.  Ср.:  поговорку  воду  в  ступе  толочь  «делать  бесполезное  или 

бессмысленное дело» и пословицу Воду в ступе толочь – вода и будет; сюда же: тянуть лямку 

«выполнять  тяжелый  и  однообразный  труд»  и  Тяни  лямку,  пока  не  выроют  ямку;  моя  хата  с 

краю  «меня  это  не  касается,  ко  мне  не  имеет  отношения».  Поговорки  разнообразны  по 

структуре.  Они  построены  по  моделям  или  словосочетаний,  или  предложений:  на  нет  и  суда 

нет; око видит, да зуб неймёт; еду – не свищу, а наеду – не спущу; грех в мех, а сам вверх и др. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1387



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Таким  образом,  созданные  в  веках,  переходя  от  поколения  к  поколению,  пословицы  и 

поговорки  поддерживали  уклад  народной  жизни,  крепили  духовный  и  нравственный  облик 

народа. Это как заповеди народа, регламентирующие жизнь каждого простого человека. 

 

 

ŞƏRQDƏ ELMİ DÜNYAGÖRÜŞƏ VERİLƏN DƏYƏR 



 

Eminə ALKAN 

Bakı Slavyan Universiteti 



zambak1103@hotmail.com

 

AZƏRBAYCAN 

 

Dünyagörüşü  çox  geniş  anlamlı  bir  anlayışdır,  müxtəlif  baxışların,  dəyərlərin,  davranışların 



toplusudur. Hər bir kəsin düşüncəsində yaranan mürəkkəb və bəsit nə varsa, dünyagörüşüdür. Hər bir 

insanın,  ya  da  cəmiyyətin  intellektual,  bilik  və  mədəni  səviyyəsi  nə  qədər  yüksəkdirsə,  bir  o  qədər 

onların  dünyagörüşü  əsaslı  təməllərə  arxalanır.  Bu  səviyyələr  olmayanda  isə,  insanlar  öz  fikirlərini, 

baxışlarını, həyat prinsiplərini əsaslandıra bilmir, fantaziyalara, mövhumatlara qapanıb, ziddiyətlərdən 

çıxa bilmirlər. Eyni zamanda, dünyagörüşü təkcə düşüncə və biliklə deyil, həmdə emosiyalar üzərində 

qurulur.  

Elmi dünyagörüşü insanın fəal təmasda olduğu yalnız ayrı- ayrı hadisələr əsasında deyil, aləmin 

mahiyyətini dərk etmək üçün irəli sürdüyü yüksək inkişaf etmiş ictimai praktikaya uyğun gələn ardıcıl 

elmi- nəzəri təfəkkür əsasında meydana gəlir. 

Elmi  dünyagörüşü,  elm,  bilik,  cəhalət,  nadanlıq  və  s.  anlayışlara  aid  müxtəlif  tarixi  dövrlərdə 

söylənmiş ibrətamiz fikirlər çox maraqlıdır. 

“Avesta”da elm və biliklərə yiyələnmək, xeyirxah olmaq əsas dini vəzifə hesab olunur. Bunlar isə 

öz başlanğıcını 3 müqəddəs kəlamdan alır: xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl; İnsanların elmi 

dünyagörüşlü  olmasında,  yüksək  məqsədə  çatmasında  müəllimə  böyük  qiymət  verilir.  Pis  müəllim 

şüuru  korlar,  sözün  mənasını  çatdırmaz.  Ağlın  inkişafını  dayandırar,  təlim-  tərbiyəni  fəsada  çevirər. 

Nəticədə həyatın təbii axınına və gözəlliyinə zərər yetirər. 

Məhəmməd  peyğəmbər  öz  hədislərində  elmi  dünyagörüşünün  əsasını  təşkil  edən  elm  haqqında 

dəyərli sözlər söyləmişdir. O, alimləri dünyanın çırağı, peyğəmbərin varisi, axirətin nuru hesab edirdi. 

Elmin fəzilətini, ibadətin fəzilətindən əfzəl sayır, bir saat elm öyrənməyi altmış illik ibadətdən üstün 

sayırdı.  Elmi  beşikdən  qəbrədək  öyrənin,  uşaqlıqda  öyrənilən  elm  daş  üstündə  yazıya  bənzər,  elm 

Çində də olsa onun dalınca gedin deyirdi. 

 

“Qurani-  Kərim”də  deyilir,  Allah  insanı  yaratmış,  ona  idrak  vermiş,  bütün  kainatı  ona  tabe 



etmişdir  ki,  Allahın  yer  üzündəki  sirlərini  aşkar  etsin.  Buna  görə  də  insana  elm  və  bilik  lazımdır. 

Elmin insanı kamilləşdirməsi üçün əsas şərt biliklə əməlin uyğunluğudur. Əməlsiz elm və elmsiz əməl 

faydasızdır.  Quran  bütün  gücü  ilə  biliksizliyə  qarşı  çıxır  və  bunun  ilkin  yolunu  oxuyub  yazmaqda 

görür:  De:  “  Heç  bilənlərlə  bilməyənlər  (alimlə  cahil)  eyni  ola  bilərmi?!  Allahın  ayələrindən, 

dəlillərindən  ancaq  ağıl  sahibləri  ibrət  alar  .  Həzrət  Əli  əqli  Allahın  insana  bəxş  etdiyi  ən  yüksək 

qismət hesab edir. Əql insana ziynət verir. O, elm öyrənməyi insanın kamilliyinin və fəzilətinin, ədəbli 

olmağının, zəfər çalmağının əsas şərti hesab edir. 

Keykavus  İbn  İsgəndər  “Qabusnamə”də  elm  öyrənməyə  xüsusi  diqqət  verir.  Belə  insanların 

pəhrizkar,  qənaətcil,  dünya  malına  etinasız,  elm  sevən  olması  tövsiyyə  olunur.  Qabusnamədə  belə 

yazırdı, bir elm öyrənmək istəyəndə əvvəlcə onun əsaslarını, yalnız bundan sonra törəmələrini öyrən. 

Elmi  yaxşı  öyrən,  öyrəndiklərini  yaxşı  izah  et.  Elmi  olub  ağlı  olmayan  adama  elm  əziyyət  verər. 

“Qutadqu-  bilik”  əsərinin  müəllifi  olan  Yusif  Xas  Hacibində  bilik,  elm  barədə  çox  dəyərli  fikirləri 

vardır.  O,  biliyin  insanı  heyvanlardan  ayıran  bir  meyar  olduğunu  göstərirdi.  Ya  bilgi  al,  insan  ol, 

özünü yüksəlt, ya da heyvan adını al, insanlardan uzaqlaş. Bütün yamanlıqların anası cəhalətdir deyən 

müəlifin  fikrincə  bilik  ağılla  əldə  olunur.  Bilik  insan  üçün  möhkəm  qalxandır,  bilikli  adam  su  kimi 

hamının işinə yarayır. 

Əhməd  Yuqnəki  “Ətabət-ül-həqayiq”  əsərində  elm  və  biliyin  faydalarından  danışır.  Bilik 

qazanmaq  və  elm  sahibi  olmağı  şəxsiyyətin  əsas  keyfiyyətlərindən  hesab  edir.  Onun  fikrincə,  bilikli 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1388



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

adam qiymətli dinardır, onu hər sözü öyüd, nəsihətdir. Biliyi olana hörmət etməyi, bir biliklinin min 

biliksizə dəyişməməyi tövsiyyə edirdi. Biliyin çəkisi ağırdır, dünyada ondan faydalı şey yoxdur. 

Mövlanə  Cəlaləddin  Rumiyə  görə,  elmi  ürəklə  öyrənmək  lazımdır  ki,  ürəklərə  təsir  göstərə 

biləsən. Yalnız o zaman öyrənilən bilik sahibinə yar olar. Əks halda yükə dönər: 

 

 



Elm qəlbə əks edərsə, sahibinə yar olur

 

 



Yalnız qəlibdə qalarsa, sahibinə bar olur 

Ə.Bəhmənyar  insan  zəkasına  yüksək  qiymət  verirdi.  Ancaq  zəka  sayəsində  insan  predmet  və 

hadisələri dərk edə bilər. Biliyə yol xeyirxahlığa və xoşbəxtliyə yol deməkdir. İnsanın bilik səviyyəsi, 

onun  artması  insanın  əxlaqına,  təbii  halına  təsir  edib  onu  dəyişdirə  bilər.  İnsan  öz  ömrünü  bilik 

mənimsəməyə həsr etməlidir, nəinki var- dövlət toplamağa; Var dövləti itirmək olar, amma ağıl, bilik 

insanın ən etibarlı müdafiəçisi, ən yaxın dostudur. 

Əbu  Reyhan  Biruni  elmin  rolunu  həmişə  ön  plana  çəkir.  O,  hesab  edirki,  cəmiyyətdə  elmi 

biliklərin yayılması və gərgin əmək sayəsində xalqı cəhalətdən və yoxsulluqdan xilas etmək olar. Elmi 

biliklər  insanı  nəcibləşdirir,  onu  xeyirxah  və  düşüncəli  edir.  Allah  insanlara  elm  öyrənmək  kimi 

əvəzsiz bir səadət bəxş etdi. Elmin nuru kor gözlərə şəfa gətirər, paslı qəlblərin pasını təmizlər, zülmət 

qaranlıqları aydınlığa çıxarar, insanı saflaşdırar və paklaşdırar, ona sonsuz qüvvə və əbədi səadət bəxş 

edər  deyən  Fərabi  insanlarda  elm  öyrənməyə  həvəs  yaradırdı.  Nə  qədər  sağsan,  uca  yaradanın  sənə 

verdiyi tükənməz elm və mərifət xəzinəsindən istifadə et, onu paslanmış dəmirə çevirərək, özünlə qara 

torpaqlar  altına  aparma.  Elmin  ləzzəti  ona  çəkilən  əziyyətdədir.  Haqqı  və  həqiqəti  araşdırma 

zövqündən yüksək zövq ola bilməz. O, biliyin insanları düz yola istiqamətləndirməsinə inanırdı. 

 

 



İbn  Sina  böyüyən  nəslin  elmi  dünyagörüşünün  formalaşmasına  böyük  əhəmiyyət  verirdi.  Ona 

görə  onların  elmi  biliklərə  yiyələnməsini  şərt  sayırdı.  O,  yazırdı  ki,  elm  genişdir,  onun  hüdudları 

sonsuzluq hüdudlarında  itib-batır.  Elmi  bilikləri dərindən  öyrənmək  və  ümumiləşdirmək  lazımdır.O, 

xüsusilə  gəncləri  elmləri  səylə  öyrənməyə,  kamilliyə  can  atmağa  çağırırdı.  İbn  Sinaya  görə,  elm 

insanlara və insanlığa xidmət etməlidir. 

N.Gəncəvi  elmi  düşüncə  sahiblərini  ən  yüksək  mənsəbli,  qüdrətli,  ən  üstün  şəxsiyyət  kimi 

göstərir: 

 

 



Bilik öyrənməyi ar bilən hərkəs 

 

 



Dünyada mərifət qazana bilməz 

 

 



Qüvvət elmdədir başqa cür heç kəs, 

 

 



Heç kəsə üstünlük eyləyə bilməz 

S.Şirazi  elmi  dünyagörüşü  tərbiyə  ilə,  insaniyyətlə  vəhdətdə  götürür,  yaradaıcılıq  məhsulu 

olmayan alimləri barsız ağacla müqayisə edirdi. O göstərirdi ki, elmi mənnimsəmək azdır, onu həyatda 

tətbiq  etmək  də  vacibdir.  Əks  halda  insan  birtərəfli  inkişaf  edər  və  cəmiyyətə  faydası  az  olar. 

Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər. Elm əqidəli olmaq üçündür, dünya malı 

yığmaq üçün yox. 

N.Tusi  elmi  hikmətin  tərkib  hissəsi  hesab  edir.  Elm  –  varlıqların  həqiqətən  necə  olduqlarını 

düzgün  təsəvvür  etmək,  insanın  yaradıcı  ağlı  və  sağlam  düşüncəsi  dairəsində  onun  xüsusiyyət  və 

keyfiyyətlərini kəşf etməkdir . 

M.Hadi  elmsiz,  mərifətsiz  nadanları  cəmiyyət  üçün  əngəl  hesab  edir,  bu  bədbəxtliyin  aradan 

qaldırmasını elmi dünyagörüşə yiyələnməkdə görürdü: 

 

 



Elmin, hünərin, mərifətin varsa buyur, gəl 

 

 



Yoxsa, bu həyat aləminə olma bir əngəl 

 

 



Ərbabi- kəmalın yeridir bil ki, bu meydan, 

 

 



Bədbəxt yaşar torpağın üstündəki nadan. 

Beləliklə,  elmi  dünyagörüşün  nə  olduğunu,  müxtəlif  zaman  kəsiyində  elmi  dünyagörüşü 

haqqında  söylənən ibrətamiz  fikirləri  gənc  nəslə lazımi  şəkildə  çatdırmalıyıq  ki,  dövlət  və  cəmiyyət 

üçün yararlı və istedadlı kadrlar yetişdirə bilək. 



 

 

 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1389



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

SEVGİ, TƏLƏB, HÖRMƏT, SƏBR - PEŞƏKAR İBTİDAİ SİNİF                       

MÜƏLLİMİNƏ MƏXSUS ETİK XÜSUSİYYƏT KİMİ 

 

Aygün AĞAYEVA 

Bakı Slavyan Universiteti 



aygun_agayeva_2017@mail.ru 

AZƏRBAYCAN 

 

Məktəbin əsas simalarından biri olan müəllim gənc nəslin təlim-tərbiyəsi kimi vacib, mürəkkəb 



bir  işi  yerinə  yetirməyə,  şagirdləri  müasir  cəmiyyətin  tələblərinə  uyğun  hərtərəfli  inkişaf  etdirməyə 

çalışır.  Müəllimlik  peşəsi  şərəfli,  məsuliyyətli  və  çətin  peşədir.  Bu  sənətdə  ibtidai  sinif  müəlliminin 

yeri özünəməxsusdur. İbtidai sinif müəllimi elə bil şəxsiyyət olmalıdır ki, o yalnız şagirdlərinə deyil, 

ətrafındakı bütün insanlara, cəmiyyətə nümunə olsun.  

Hər  bir  ibtidai  sinif  müəllimi  öz  fəaliyyətində  peşəkar  olmağa  çalışır.  Müasir  ibtidai  sinif 

müəllimi ustad, intellekt, psixoloq, sosioloq, texnoloq, təşkilatçı, yenilikçi, həvəsləndirici dost olarsa, 

peşəsində yüksək müvəffəqiyyət əldə edəcəkdir. Onun şagirdləri ilə münasibəti həqiqi, canlı, sağlam 

əxlaqa əsaslanmalıdır.  

Hər  bir  peşədə  müvəffəqiyyətin  əsas  şərti  peşəyə  sevgidən  başlayır.  Müəllim  də  ilk  növbədə 

peşəsini  sevməlidir.  Müəllim  öz  peşəsinə  olan  sevgisi  şagirdlərinə  olan  sevgisi  ilə  vəhdət  təşkil 

etməlidir. L.Tolstoy yazmışdır: “ Əgər müəllim yalnız işini sevirsə, o, yaxşı müəllim olacaqdır. Əgər 

müəllim  ata-anası  kimi  yalnız  uşaqları  sevirsə,  o,  əvvəlkindən  də  yaxşı  müəllim  olacaqdır.  Əgər 

müəllim  həm  peşəsini,  həm  də  şagirdləri  sevirsə,  o,  əsl  müəllimdir”.  Müəllimin  şagirdlərlə 

münasibətini valideyinlərin uşaqlarla münasibətilə müqayisə etmək olar. Buradan uşaqlara məhəbbətin 

müəllim üçün ən vacib kateqoriya olmasının səbəbi aydın olar. 

Müəlim  öz  sevgisini işində  daim  göstərməli,  şagirdlər  də  onu  duymalıdır.  Bunun  üçün  müəllim 

birinci  növbədə  şagirdləri  olduğu  kimi  qəbul  etməli,  onları  dinləməyə,  anlamaya  çalışmalıdır. 

Şagirdləri  “əlaçılar”,  “avaralar”,  “çətin  tərbiyə  olunanlar”,  “normallar”,  “tənbəllər”  və  s.  kimi  suni 

şəkildə qruplara bölməməli, onların taleyi ilə daim maraqlanmalıdır. Əks təqdirdə o, şagirdlərin daixili 

dünyasına nüfuz etmək də çətinlik çəkəcəkdir. 

Müəllim şagirdlərinə olan sevgisini yalnız söz vasitəsi ilə deyil, vizual və kinestetik formada da 

göstərə  bilər.  Vizual  forma  dedikdə,  gözlər  vasitəsilə  ifadə  edilən  sevgi  nəzərdə  tutulur.  Bu  zaman 

şagird  müəlliminin  onu  necə  sevdiyini  gözlərinin  ifadəsindən  başa  düşür.  Müəllimin  sevgi  dolu 

baxışları şagirdi ruhlandırır, fərəhləndirir, təhlükəsizlik hissini möhkəmləndirir və ən önəmlisi özünə, 

öz gücünə inam yaradır. 

Kinestetik  forma  şagirdə  fiziki  cəhətdən  toxunmaqla  yaradılan  ünsiyyətdir.  Bu  zaman  müəllim 

məhəbbətini  onun  əlindən  tutmaq,  başını  tumarlamaq,  nəvaziş  göstərməklə  bildirir.  Ünsiyyətin  bu 

forması şagirdlərin yaş, fərdi xüsusiyyətlərindən, vəziyyətindən asılı olaraq dəyişə bilər.  

Şagirdlərini sevən həqiqi müəllim onları həyata hazırlamalı, qarşılarına qoyduğları məqsədlərinə 

çatmağa çalışmağı, həsas olmağı,  gözəlliyi sevməyi  və duymağı, xeyirxahlığı öyrətməlidir. Müəllim 

bu  xüsusiyyətləri  yalnız  izah  etməklə  kifayətlənməməli,  bunların  həyatda  ən  vacib  xüsusiyyətlər 

olduğunu dərk etmələrinə və həqiqi insanlığın bunu həyata tətbiq etməkdə olduğunu başa düşmələrinə 

çalışmalıdır.  Həqiqi  məhəbbət,  diqqət  pedaqoji  fəaliyyətdə  müsbət  əxlaqi  keyfiyyətlər 

formalaşdırmağa  yönəldilmiş  peşə  tələbkarlığı  ilə  birləşdirilməlidir.  Tələbkarlıq  ədalətlilik  və  şagird 

şəxsiyyətinə  hörmət  əsasında  olmalıdır.  Hər  bir  tələb  məqsədyönlü,  real,  aydın,  yerinə  yetirilməsi 

mümkün  olmalıdır.  Müəllim  öz  tələblərini  qışqıra-qışqıra,  tez-tez  söyləməməli,  səsində  amirlik, 

hökmetmə  çalarları  olmamalıdır.Tələblərini  nəzakətlə,  hörmətlə  söyləməlidir.  Lazımlı  ,  məntiqli, 

düzgün, daim təkrarlanan tələblər şagirdləri müəyyən bir həyat tərzinə alışdırır. 

Müəllim  şagird  şəxsiyyətinə  hörmət  etməli,  onun  ləyaqətini  qorumalıdır.Bəzi  müəllimlər 

düşünürlər ki, yalnız yaxşı oxuyan şagirdlər onların hörmətinə layiqdirlər. Bununla da həm özlərinə 

zərər  vurur,  həm  də  digər  şagirdlərlə  əlaqlərini  itirirlər.  Halbuki,  bir  çox  hallarda  diqqət,  ədalətli 

tələbkarlıq,  şagird  şəxsiyyətinə  hörmət  müəllimə  şagirdin  təlim  müvəffəqiyyətini  yüksəltməkdə,  ən 

vacibi  həqiqi  şəxsiyyət  tərbiyə  etməkdə  kömək  göstərə  bilər.  Şagirdin  nəyisə  bilməməsi  və  ya 

bacarmaması təbiidir, bu onun hüququdur. Buna görə də müəllim şagirdinin bilik səviyyəsinin aşağı 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin