Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə123/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   119   120   121   122   123   124   125   126   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1390



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

olmasına  da  hörmətlə  yanaşmalıdır.  Əgər  müəllim  şagirdinin  zəif  mənimsəmə  tərzinə  rişxəndlə 

yanaşmırsa , əmr və tələb etməzdən əvvəl, tələbi yerinə yetirməyin vacibliyini izah etməyi, məsləhət 

verməyi  bacarırsa,  onda  şagird  düzgün  təşkil  olunmuş  təlim-tərbiyə  prosesində  bütün  qaydaları 

öyrənməyə çalışacaqdır. Pedaqoji təcrübələr göstərir ki, zəif oxuyan lakin mənəvi cəhətdən nümunəvi 

olan şagirdlər az deyil.Əsl peşəkar müəllim bu keyfiyyətləri görməyi bacarmalı, nəzərə almalı, şagirdi 

yaxşı işlər görməyə həvəsləndirməlidir. Bu cür yanaşma şagirddə öz gücünə inam yaradacaq. Müəllim 

şagirdinə öz daxili aləmi olan şəxsiyyət kimi hörmət bəsləməlidir.  

Müəllimin  pedaqoji  mərifətinin  mühüm  keyfiyyətlərindən  biri  səbrlilikdir.  Hər  bir  insan  səbrli 

olmağı istəyir, amma bunu hər kəs bacarmır. Səbr yalnız ağıllı insanların edə biləcəyi davranış, müsbət 

əxlaqi keyfiyyətdir. Səbrsizlik müəllim olan hər bir şəxsə uzaq olmalıdır. Əgər müəllimin düşüncəsinə, 

şüuruna acıq, hirs, əsəbilik, nifrət kimi mənfi keyfiyyətlər hakim kəsilibsə, onda o, şagirdin də zəkasını 

korlayır,  zəhərləyir.  Peşəkar  müəllim  daim  mürəkkəb  ,  çətin  məqamlarda  öz  hisslərini  ələ  almağı, 

hisslərinə  hakim  olmağı,  sakitləşməyi  bacarmalıdır.  Müəllimin  etik  xüsusiyyətlərindən  biri  də 

özünənəzarətdir.  Daimi  özünənəzarət  insanda  müxtəlif  mürəkkəb  situasiyalarda  özünü  təmkinli 

aparmaq bacarığını formalaşdırır. Amma bu o demək deyildir ki, müəllim ətrafda baş verənlərə, əxlaq 

normalarına əməl olunmamasına laqeyd yanaşmalıdır. Lazım gələrsə o, hirslənə də bilər. Emosional 

durumda düzgün qərar qəbul etmək çox çətindir, bu müəllimdən peşəkarlıq tələb edir. Bu zaman atılan 

səhv  addım  müəllimin  nüfuzdan  düşməsinə  səbəb  ola  bilər.  Dərsdə  şagirdin  müəllimi  dinləməməsi, 

düzgün  olmayan  hərəkətləri,  tez-tez  və  ya  asta  danışmağı,  bir–biriləriylə  dalaşmaqları,  məktəbin 

avadanlıqlarına  zərər  vurmağı  və  s.  onu  əsəbləşdirən  anlardır.  Belə  vəziyyətlər  də  müəllim  səbrli, 

təmkinli  olmağa,  özünü  idarə  etməyə,  həmin  şagird  haqqında  düzgün  qərarlar  qəbul  etməyə 

çalışmalıdır.  

Beləliklə  deyə  bilərik  ki,  peşəkar  müəllim  yüksək  savada  malik  şəxsiyyət  olmaqla  yanaşı,  eyni 

zamanda müəllim-şagird münasibətlərini də düzgün qurmağı bacarmalıdır. 

 

 



MÜƏLLİM-ŞAGİRD ƏMƏKDAŞLIĞINDA 

MÜƏLLİM ŞƏXSİYYƏTİ AMİLİ 

 

Göyçək EMİNLİ-ALLAHVERDİYEVA 

Qafqaz Universiteti 



geminli@qu.edu.az

 

AZƏRBAYCAN



 

 

Müvəffəqiyyətli inkişafın əsasını bilik təşkil edir, onun yaradıcısı, daşıyıcısı və tətbiq edicisi isə 



insandır-  Müəllimdir.  Bəs  əsl  müəllim  kimdir?  Əsil  müəllim-  vətənini,  xalqını  sevən,  peşəsinin 

məsuliyyətini dərindən dərk edən, yüksək mənəvi hisslərə malik olan, əxlaqlı, geniş dünyagörüşlü, öz 

ixtisasında dərin biliyə malik olan bir şəxsiyyətdir. 

Xalq  arasında  belə bir  fikir  mövcuddur  ki,  müəllim  dəyişəndə  cəmiyyət  də  dəyişir.  Bu,  onunla 

bağlıdır  ki,  insanların  fikir  və  düşüncələrinin,  həyata  baxışlarının  formalaşmasında,  dəyişməsində 

müəllim  şəxsiyyəti  müstəsna  rol  oynamaqla  bütün  cəmiyyətin  şüurunda  dəyişiklik  yaratmaq  gücünə 

malikdir. 

Müəllim  peşəsini  digərlərindən  fərqləndirən  daha  bir  cəhət  ondan  ibarətdir  ki,  bütün  insanlar 

müəllimdən öyrənirlər. Elə bir insan tapılmaz ki, onun müəllimi olmasın. Dünyanı dəyişən, idarə edən

tarixi yaradan dahi şəxsiyyətləri də müəllim hazırlamışdır. Onu da qeyd etmək lazımdır ki, müəllimlik 

yeganə peşədir ki, həyatda onun heç bir alternativi yoxdur. 

Müəllimin  əlində  digər  peşə  sahiblərindən  heç  birində  olmayan  həyatın  dərk  edilməsi  və 

biliklərin  əldə  olunması  yolunda  öz  şagirdi  ilə  yanaşı  getmək,  onunla  bərabər  öyrənmək  və 

kamilləşmək kimi bir imkan vardır. 

Müəllim  təkcə  bilik  verən  deyil,  həmçinin  o  biliyə  doğru  gedən,  yolu  şagirdlərə  göstərən  bir 

liderdir.  Yaxşı  müəllim-lider  yaxşı  şagird  hazırlayar.  Fars  atalar  sözündə  deyildiyi  kimi  “Ağac  və 

müəllim  öz  barı  ilə  tanınar”.  Müəllimin  barı-meyvəsi  yetişdirdiyi  bilikli,  savadlı,  vətənpərvər 

sagirdləridir.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1391



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Müəllim həm təhsil verən, həm də tərbiyə edən bir şəxsdir. Müəllimin vəzifəsi həm rəngbərəng, 

həm də məşəqqətlidir. Rəngbərəngdir, çünki o təlim prosesində bəzən qayğıkeş bir ana, bəzən sərt bir 

ata,  bəzən  usta  bir  drijor,  bəzən  mahir  bir  lider,  bəzəndə  qorxmaz,  mərd  bir  əsgər  rolunu  daşıyır. 

Məşəqqətlidir,  çünki  müəllim  də  bir  insandır  və  onun  millətin  və  dövlətin  parlaq  gələcəyini 

formalaşdırmaqkimi böyük və müqəddəs bir vəzifəsi var. 

Müəllim bir şəxsiyyət kimi hər zaman hərbir şagirdin həyatında önəmli rola malik olur. Hər kim 

ki, öz uşaqlıq illərinə, məktəb həyatına qayıtsa sevinərək və bəzən də kədərlənərək xatırladığı, onun 

yaddaşında  silinməz  izlər  qoyan  bir  müəllimini  xatırlayacaq.  Müəllimin  şagirdlərin  yaddaşında 

qoyduğu bu silinməz izlər bəzən xoş, bəzən isə əksi ola bilir. Müəllim-şagird arasında baş verən hər 

formada  münasibət  şagirdin  şəxsiyyətinə,  inkişafına  təsir  edir.  Müəllimin  şagirdə  olan  biganə 

münasibəti şagirdi özünə qapalı, utancaq, qorxaq və s. bir şəxsiyyətə çevirir.  

Pedaqoji  ədəbiyyatlardan  da  məlum  olduğu  kimi  insanın  bir  şəxsiyyət  kimi  formalaşmasında 

mühitin  rolu  danılmaz  faktdır.  İnsan  dünyaya  gəldiyi  gündən  müxtəlif  mühitlərin  təsirinə  məruz 

qalmışdır.  Görkəmli  pedaqoqlar  və  mütəfəkkirlər  şəxsiyyətin  inkişafında  və  formalaşmasında 

tərbiyənin önəmini də vurğulamış və bu prosesdə tərbiyənin vacib bir faktor olduğunu qeyd etmişlər. 

S.Ə.Şirvaninindediyi kimi “ ... ki, nə qədər olsa şəxs naqabil. Tərbiyə ilə yenə olur kamil”. 

Şəxsiyyəti  formalaşdıran  amilləri  qeyd  etdik,  mühit  və  tərbiyənin  önəmini  də  vurğuladıq,lakin 

belə bir sual ortaya çıxır ki, insan tərbiyəni özümü əldə edir, yoxsa mühitmi insanı formalaşdırır? Bu 

sualın cavabı isə cox asandır.Əslində mühit insanı formalaşdırmır, o mühitdə olan “şəxslər” insanı bir 

şəxsiyyət kimi formalaşdırır.  

İnsan doğulduğu andan tərbiyəyə möhtacdır və insanın doğulduqdan sonra qarşılaşdığı ilk mühit 

ailə mühitidir və bu mühitdə onu tərbiyə edən “şəxslər” isə valideyinləri, yəniata və anasıdır. İnsanın 

qarşılaşdığı  və  həyatında  önəmli  rol  oynayan  mühit  isə  məktəbdir  və  bu  mühitdə  insanın-şagirdin 

qarşılaşdığı  tərbiyə  edən  “şəxslər”  isə  müəllimləridir.  Müəllim  şagirdi  tərbiyə  edən,  şəxsiyyət  kimi 

formalaşdıran ikinci önəmli varlıqdır.  

Məktəb mühitində tərbiyə öz-özünə formalaşmır, tərbiyə müəllim-şagird ünsiyyəti, münasibəti və 

əməkdaşlığı  prosesində  formalaşır.  Məktəb  mühitində  tərbiyə  işi  daha  çox  dərs  prosesində  həyata 

keçirilir. Şagirdin həm təlimdən, həm də tərbiyədən sıxılmaması üçün müəllim dərs prosesində bir çox 

xüsusiyyətləri  nəzərə  almalıdır.  Pedaqoji  ədəbiyyatda  qeyd  edildiyi  kimi  “Dərsin  səmərəsi  onun 

emosional mühiti ilə sıx bağlıdır: mənfi emosiyalar (qorxu, inamsızlıq, kədər və s.) şəraitində keçən 

dərs cansıxıcı, yorucu və səmərəsiz olur. Dərsdə müəllim və şagirdlər arasında qarşılıqlı hörmət, inam, 

pedaqoji əməkdaşlıq, xoş əhval-ruhiyyə, müsbət zehni hisslər (şadlıq, təlim sevinci, inam, təəccüb və 

s.)  hakim  olmalıdır.”  Yəni  dərs  prosesini  müəllim  qurarkən  həm  təhsil  verən,  həm  də  tərbiyəedici 

funksiyası  daşıdığını  unutmamalıdır.  Təlim  prosesində  şagird  müəllimin  tərbiyəedici  funksiya 

daşıdığını  tam  dərk  etmir.  Onun  düşüncəsində  müəllim  sadəcə  təhsil  verən  bir  qüvvədir.  Ancaq 

müəllim-şagird arasında yaranan münasibətlərdə müəllim daha cox tərbiyəedici funksiya daşıyır.  

Müəllim-şagird  əməkdaşlığı  da  bu  tərbiyəedici  münasibətin  ayrılmaz  bir  hissəsidir.  Psixoloji 

cəhətdən  müəllim-şagird  əməkdaşlığını  təhlil  etsək  müəllimin  şagirdlə  bərabərhüquqlu  statusda 

dayanması şagirddə özünəinamı artırır və şəxsiyyət kimi inkişafını sürətləndirir.  

Pedaqoji  prosesin  keyfiyyətli  olması  üçün  dərs  prosesində  müəllim  şagird-əməkdaşlığının 

qorunması  və  həyata  keçirilməsi  vacibdir.  Əməkdaşlıq  edilən  siniflərdə  təlimə  maraq  yüksək 

səviyyədə olur və müəllim sinfin idarəsi işində çox çətinlik yaşamır. 

Müəllim şagird əməkdaşlığının səmərəli olması üçün və şagirdin şəxsiyyət kimi formalaşmasında 

müəllim-şagird  arasında  olan  ünsiyyətin  önəmi  çoxdur.  Hətta  ən  vacib  məsələdir  də  deyə  bilərik. 

Pedaqoji  ədəbiyyatda  müəllim-şagird  arasında  baş  verən  qarşılıqlı  ünsiyyəti  aşağıdakı  şəkildə 

qruplaşdırmışdırlar : 

“Şagirdlərlə qarşılıqlı ünsiyyətin səmərəliliyinə görə müəllimləri şərti olaraq 4 qrupa bölürlər; I 

qrupa şagirdlərlə daima ünsiyyətdə olan müəllimləri aid etmək olar. Bu cür müəllimlər dərsdə təlimlə 

bağlı  məsələləri  həll  edərkən  şagirdlərlə  ünsiyyətdə  olmaqla  kifayətlənmirlər.  Onların  şagirdlərlə 

ünsiyyəti şagird həyatının bütün sahələrini əhatə edir. Bu cür ünsiyyət öz səmərəliliyi, şagirdlərə inamı 

ilə fərqlənir.  

II  qrupa  şagirdlərə  hörmətlə  yanaşan  və  şagirdlərdə  onlara  qarşı  dərin inam  və  etimad  mövcud 

olan müəllimlər təşkil edir.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1392



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

III  qrupa  daxil  olan  müəllimlər  şagirdlərlə  yaxın  ünsiyyət  saxlamağa  cəhd  göstərir,  bu  cür 

ünsiyyətə  can  atırlar.  Lakin  bu  cür  ünsiyyətə  nail  ola  bilmirlər.  Ünsiyyətə  cəhd  göstərməsinə 

baxmayaraq, şagirdlər onlara inanmadıqlarına görə qarşılıqlı ünsiyyət baş tutmur.  

IV  qrupa  malik  olan  müəllimlər  şagirdlərlə  ünsiyyətə  can  atmadıqları  kimi,  dərs  dedikləri 

şagirdlər də onlarla yaxın ünsiyyət onlarla məsləhətləşməyə meyl göstərmirlər.” 

Son olaraq fikrimizi 

İmmanuil Kantın sözləri ilə yekunlaşdırmaq istəyərdik “Əgər günlərin bir 



günü  bizim  tərbiyəmizlə  yüksək  varlıq  məşğul  olsa,  onda  həqiqətən  insanın  nəyə  qadir  olduğu 

məlum olar”. O yüksək varlıq MÜƏLLİMDİR! 

 

 



YENİYETMƏLƏRİN DEVİANT DAVRANIŞINA MEDİANIN TƏSİRİ 

 

Dürdanə ƏLİYEVA 

Bakı Slavyan Universiteti 



durdane.eliyeva.00@mail.ru 

AZƏRBAYCAN 

 

Yeniyetmə yaşı 10-11 və 14-15 yaşları əhatə edir. Bu yaş dövründə onlarda aparıcı fəaliyyət növü 



olan  intim-şəxsi  ünsiyyətlə  yanaşı  təlim,  idman,  ictimai-təşkilati,  bədii,  əmək  fəaliyyəti  də  xüsusi 

əhəmiyyət kəsb edir. Belə ki, bu ictimai-faydalı fəaliyyət növlərindən istifadə etməklə yeniyetmələrdə 

sosial cəhətdən əhəmiyyətli işlərdə şüurlu olaraq iştirak etmək meyli yaranır. Beləliklə, onlar müxtəlif 

qruplarda (ailə, məktəb, kənar dostlar) qəbul olunmuş qarşılıqlı münasibət normalarına uyğun ünsiyyət 

yaratmağı  öyrənir,  onlara uyğun  davranış  hərəkətlərinə  yiyələnir.  Yeniyetmə  yaş  dövrü həm  uşaqlıq, 

həm də gənclik dövrünün xüsusiyyətlərini özündə əks etdirdiyindən bu dövr həssas dövrlərdən sayılır. 

Yeniyetmələrin yaş dövrünün xüsusiyyətlərindən asılı olaraq bu yaş dövründə deviant davranış özünü 

göstərir.  Deviant  davranış  əxlaqi,  hüquqi  davranışlardan  kənara  çıxan  davranışdır.  Yeniyetmələrin 

deviant  davranışını  şərtləndirən  müxtəlif  amillər  var.  Evdən,  ailədən,  məktəbdən  və  öz  ətrafının, 

dostlarının  təsiri,  ailədə,  tədris  müəssisələrində  yeniyetmələrin  tərbiyəsində  yaranan  boşluqlar  və 

yeniyetmənin  öz  fərdi  xüsusiyyətləri  təsir  göstərir.  Onun  cəmiyyətdə  özünəməxsus  yer  tutma  istəyi, 

özünü göstərmə, sözlərinin kəsərinin olmasını sübut etmək istəyir, bu zaman isə ailədə və məktəbdə bu 

yaxşı  qarşılanmır.  Çünki  yeniyetmə  ailədə  valideyn  üçün  hələ  uşaq,  məktəbdə  isə  müəllim  üçün 

şagirddir. Bunu qəbul etmədikdə isə dərsdən yayınmalar, evdən qaçmalar, referent qruplarına qoşulma 

və s. kimi hallarla rastlaşmaq olur. Qeyd etdiyimiz kimi, deviant davranışın bir çox səbəbləri vardır ki, 

bunlardan biri də medianın təsiridir.  

Media  nümayəndələrinin  aqressiyanı  və  zorakılığı  təqdim  etmək  forması,  əlavə  etdiyi  şərhlər, 

hətta  intonasiyası,  həmçinin  intihar  hallarını,  cinayətləri,  ailə  problemlərini  ortaya  qoyması 

yeniyetməyə  neqativ  təsir  bağışlayır.  Narkotikdən  istifadə  edilməsi,  qadınlara  qarşı  hörmətsizlik 

halları,  müəllimin  şagirdi  döyməsi,  uşaqların  evdən  qaçması  və  s.  bu  kimi  halların  işıqlandırılması 

yeniyetmələrdə oxşar davranışlar formalaşdırır.  

Yeniyetməlik dövrünün xüsusiyyətləri ilə əlaqədar olaraq yeniyetmələr özlərini bənzətmək üçün 

daima  yeni  obrazlar  axtarırlar.  Elə  bu  axtarışlar  zamanı  yeniyetmənin  “köməyinə”  media  gəlir. 

Yeniyetmənin  fantaziyasında  yaratdığı  obrazların  formalaşmasında  qəzetlər,  televiziya,  daha  çox  isə 

inetrnet  vasitəsi  ilə  yayımlanan  xəbər  portalları  əsas  rol  oynayır.  Məlumdur  ki,  müasir  dövrdə 

yeniyetmələrin  əksəriyyəti  demək  olar  ki,  qəzet  oxumurlar.  Daha  çox  informasiyanı  internet  və 

televiziya  vasitəsilə  əldə  edirlər.  Hansısa  bir  xəbər  portalı  yayımladığı  xəbərləri  müəyyən  bir 

ideologiyanın təsiri altında yayımlayır və şərhlər bildirir. Bu isə hələ tam formalaşmamış və həyatda 

tam  mövqe  tutmayan  yeniyetmələrdə  müxtəlif  münasibətlər  formalaşdırır.  Belə təsir  gənc  yeniyetmə 

həyatında qeyri-adi psixoloji problemlər və rahatsızlıqlar təqdim edir. 

Yeniyetmələr gün boyu “Facebook”, “Twitter” və çoxlu sayda xəbər portallarından istifadə edir. 

Bu  zaman  həm  sərhəd  daxilində,  həm  də  sərhəddən  kənar  xəbərlər  ilə  tanış  olur.  Bilirik  ki,  son 

zamanlar  demək  olar  ki,  hər  gün  xəbər  portallarında  hansısa  bir  cinayət,  oğurluq  halları,  intihar 

məsələləri,  evdən  qaçanlar,  məktəblərdə  baş  verən  hadisələr  haqqında  məlumatlar  yayılır.  Yaxın 

keçmiş  üçün  məktəblərimizin  birində  müəllimin  şagirdi  döyməsi  və  bunu  digər  şagird  yoldaşı 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1393



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

tərəfindən  çəkilərək  internetdə  yayımlaması  cəmiyyətə,  əsasən  də  yeniyetməyə  böyük  təsir  etdi.  Bu 

videogörüntülər  haqqında  neqativ  fikirli  müxtəlif  yazılar  dərc  olundu.  Əlbəttə,  bu  hal  qəbuledilməz 

haldır.  İlk  olaraq,  video  çəkiliş  edən  şagirdin  əlində  telefon  olması  qəbuledilməzdir.  İkincisi  isə  bu 

video  vasitəsi  ilə  şagirdlərin,  yeniyetmələrin  məktəbdən  uzaqlaşmaq  fikirləri,  müəllimə  qarşı  mənfi 

münasibətin formalaşması halları biruzə verə bilər.  

Dərsdənkənar vaxtlarda, istirahət günlərində yeniyetmələr vaxtlarının çoxunu televizor qarşısında 

keçirirlər. Onlar filmlər izləyir, xəbər portallarına baxır, tok-şoular izləyirlər. Filmlərin özlərində belə 

yeniyetmələrin  deviant  davranışına  təsir  edəcək  epizodlar  olur.  Əksər  filmlərin  məzmunu  hətta 

yeniyetmə  davranışına  təsir  edir.  Uzun  zamanlardır  əksəriyyətin  sevimlisi  olan  “Kurtlar  Vadisi” 

filminin  timsalında  fikrimizi  çatdıraq.  Bu  film  hamının,  eləcə  də  yeniyetmələrin  marağına  səbəb 

olmuşdur.  Bu  filmdə  aqressiya,  ölüm  anları,  narkobaronlar,  qaranlıq  dünyanın  gözəgörünməyən  bir 

çox  cəhətləri  açılıb  göstərilirdi.  Özlərini  kiməsə  bənzətməyə  çalışan  və  yeni  obrazlar  axtaran 

yeniyetmələr özləri üçün öz obrazlarını müəyyən etmiş olurdular. Həmçinin, digər proqramlar var ki, 

qadının  zorakılığa  məruz  qalması,  övladın  valideyndən  üz  döndərməsi,  valideynin  öz  övladından 

imtina etməsi, uşaqların evdən qaçması, özlərindən sonra sadəcə bir məktub buraxdıqları intihar halları 

və  onların  səbəblərinin  araşdırılaraq  göstərilməsi,  cinayət  işlərinin  baş  vermə  səbəbləri  və  cinayətin 

bütün detalları ilə təqdim etməsi və s. hallar yeniyetmələrin psixologiyasına birbaşa təsir edir. Artıq 

yeniyetmə öz təsdiqini tapmaq üçün evdən qaçır, ya da intihar edir. O düşünür ki, intihar etməklə artıq 

öz təsdiqini tapmış olacaq. 

Qeyd edək ki, yeniyetmələrin televiziya, internetə meyilli olmalarının bir çox səbəbləri vardır. Bu 

səbəblərdən  biri  elə  yeniyetmələrin  asudə  vaxtlarının  düzgün  təşkil  edilməməsidir.  Asudə  vaxt 

problemi  həm  məktəb  rəhbərlərinin,  həm  də  ailənin  əsas  diqqət  etməli  olduğu  məsələlərdəndir. 

Yeniyetmələrin  dərsdənkənar  vaxtlarda  bir  məşğuliyyətləri  olmadığı  zaman,  internet,  televiziya, 

virtual  həyata  daha  çox  meyilli  olurlar.  Bəzən  valideynlərin  əksəriyyəti,  bu  yaşda  yeniyetmələri 

idmana,  musiqiyə,  rəqsə  yönəldirlər.  Bu  işdə  məktəb  rəhbərləri,  müəllimlər  də  yaxından  iştirak 

etməlidir.  

Yeniyetmələri  internetdən,  televizordan,  kompüterdən  tam  uzaqlaşdırmaq  da  düzgün  deyil. 

Sadəcə,  həmin  vaxtı  məhdudlaşdırmaq  olar.  Onlar  dünyaya  açıq  olmalıdırlar.  Dünyada  baş  verən 

hadisələrlə tanış olmalı, müxtəlif ölkələrin təhsil sistemləri ilə, ölkəmizdə baş verən proseslərlə tanış 

olmalıdırlar. Ümumiyyətlə, yeniyetmələrin deviant davranışına medianın təsiri nəzərə alaraq, müəllim, 

məktəb  rəhbərləri  və  ailələr  başda  olmaqla  yeniyetmələrin  deviant  davranışına  qarşı  aparılan  tərbiyə 

işinin nələrdən ibarət ola biləcəyi mövzusunda media və təhsil ilə əlaqədar digər qurumların iştirakını 

zəruri  edən  birgə  işlərin  təşkilinin  əhəmiyyətli  olduğuna  diqqəti  yönəldə  bilərik.  Beləliklə,  media, 

yalnız  reytinqə  əsaslanmamalı,  cəmiyyətdə  baş  verən  hadisələrə,  yeniyetmələrin,  gənc  nəslin  psixi 

sağlamlığına,  deviant  davranışlarına  biganə  qalmamalıdır.  Baş  vermiş  hər  hansı  bir  hadisəni 

yayımlayan  media  orada  müxtəlif  neqativ  fikirlərdən  uzaq  olaraq,  hadisənin  baş  vermə  səbəbləri  və 

problemin həlli yollarını açıb göstərməsi, tərbiyələndirici məlumatlar yayımlaması məqsədəuyğundur. 

Yeniyetmə  şəxsiyyəti,  təkcə  ailənin,  məktəb  rəhbrələrinin  təsirindən  deyil,  oxuduqları,  eşitdikləri 

hadisələrin təsirinə də məruz qalır. Bu baxımdan medianın yeniyetmənin cəmiyyətin layiqli üzvü kimi 

formalaşmasında böyük rolu vardır.  

 

 

II SİNİFDƏ “TƏQVİM” MÖVZUSUNUN                                       

İNTERAKTİV METODLA TƏDRİSİ 

 

Xavər ƏLİZADƏ 

ADPU 


arslan_mustafa34@bk.ru 

AZƏRBAYCAN 

 

Standartlar: 5.1.1. Məlumatları toplamaq üçün suallar qoyur, onları cavablandırır və şərhlər verir. 

Məqsədlər:  

 



Ayların adını və sırasını bilir; 

 



1 ilin 12 ay olduğunu bilir; 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1394



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

 



1 ayın 30; 31 gün, fevral ayının 28;29 gün olduğunu bilir; 

 



Verilmiş tarıxı təqvim üzərində qeyd edir; 

 



Təqvim üzərində müxtəlif məsələləri həll edir. 

Hadisələrin ardıcıllığını təqvimdə göstərə bilir. 



İş formaları: Əməkdaşlıq, cütlərlə iş, böyük və kiçik qruplarla iş 

İnteqrasiya: Ana dili (1.1.1, 1.2.1, 2.1.3) 

Təchizat:  Bir  ilin  təqvimi  A4,  və  ya  A3  formatda  ,  1  ayın  təqvimi,  iş  vərəqləri  ,  noutnuk, 

proyektor, riyaziyyat-2, təqvimə aid tapşırıqlar 



Üsullar: Beyin həmləsi, klaster, müşahidə, müzakirə, modelləşdirmə, araşdırma, təqdimat. 

DƏRSİN GEDİŞİ 

1.

 



Sinfin təşkili – 2 dəq. 

2. Motivasiya – 3 dəqiqə :Uşaqlar bu gün cizgi filminin qəhrəmanları bizim qonağımız olacaq. 

Gəlin əvvəl onlara baxaq. ( Ekrana Ələddin, Yasəmən və Cin gəlir)  

Tədqiqat sualı: Təqvim necə qurulur? Ondan necə istifadə edirlər? 

3.

 



Tədqiqatın aparılması -10 dəqiqə:  

2.

 



Ekrana aprel ayının təqvimi gəlir. Üzərində araşdırma aparılır.  

II. “Yay” qrupu . 1. Hər fəslə aid ayları araşdırıb altından düzün (cəd.2). 

III. “Payız” qrupu. 1. Günlərin sayına görə ayları düzgün qruplaşdırın. 

IV. “Qış” qrupu. 1. Fəsilləri ardıcıllıqla düzün  

İlk Ay təqvimi Misirdə miladdan öncə III  minillikdə tərtib edilmişdir. Miladdan öncə IX əsrdə 

aşşurlar, sonra isə yəhudilər həmin təqvimdən istifadə etmişlər. Bu təqvim sonralar Şərq ölkələrində 

geniş  yayılmışdır.Miladdan  2780  il  öncə  Misir  kahinləri  tərəfindən  365  gündən  ibarət  il  təqvimi 

hazırlandı. 

Müasir dövrdə təqvimin daha geniş yayılmış növü Günəş təqvimidir. İlk Günəş təqvimini qədim 

misirlilər  yaratmışlar.  Herodotun  məlumatına  görə  Misirlilər  ilin  uzunluğunu  müəyyən  edə  bilmişlər 

(365,  25  günəş  sutkası).  Onlar  təqvimi  yaradarkən  Günəşin  nəzərdə  tutduqları  nöqtədən  çıxması  ilə 

Sirus ulduzunun (70 gecə yoxa çıxdıqdan sonra) görünməsi və Nil çayının daşqınlarının başlanmasının 

eyni vaxta düşdüyünə dair müşahidələrinə əsaslanmışdılar. Misir təqviminə əsasən il 365 gün, hər dörd 

ildən  bir  isə  366  gün  hesablanırdı.  İl  dörd  fəslə,  12  aya  bölünürdü.  Artıq  qalan  5  gün  isə  ilahələrin 

şərəfinə  bayram  edilirdi.  Ay  təqvimi  üzrə  ilin  uzunluğu  354  gecə-gündüzə  bərabərdir.  Ay  təqvimi 

Günəş təqvimindən 11  gücə-gündüz  qısadır.  Fəsillərin  hərəsi  üç  ay  hesablanmış və  bu  bölgü,  əsasən 

təsərrüfatla  əlaqələndirilmişdir.  Azərbaycanda  xalq  arasında  fəsillər  belə  səciyyələndirilirdi:  yaz 

bitirər, yay yetirər, payız götürər, qış ötürər. 

Ərəblər  ilin  başlanğıcı  üçün  Məhəmməd  peyğəmbərin  (s.ə.s.)  Məkkədən  Mədinə  şəhərinə 

köçməsi  (hicrət)  gününü  (miladi  tarixlə  622-ci  il  16  iyul)  götürmüşlər.  Müsəlman  ölkələrində  geniş 

yayılmış bu təqvim “hicri tarix” adı ilə məşhurdur. 

1582-ci ildə Roma papası XIII Qriqori Günəş sistemli təqvimi daha da dəqiqləşdirdi. Qriqoryan 

təqvimi  adı  ilə  tarixə  daxil  olan  bu  vaxt  hesablanmasına  hər  yerdə  “yeni  stil”,  Yuli  təqviminə  isə 

“köhnə stil” deyildi.  Hal-hazırda biz Qriqoryan təqvimindən istifadə edirik. 1 il 12 ay; 1 il 365/366 

gün olur. 1 ay 30/31 gün , fevral isə 28/29 gün olur.  

M.: Uzun il neçə gündür? 

Ş: Uzun il 366 gündür? 

M: Qısa il neçə gündür? 

Ş: Qısa il 365 gündür? 

M: Uzun il neçə ildən bir təkrar olunur? 

Ş: Uzun il 4 ildən bir təkrar olunur. 

M: Hansı illər uzun il adlanır? 

Ş: 4-ə tam bölünən il uzun il adlanır. Məs., 2012, 2016, 2020 və s. 

M: Hansı il qısa il adlanır? 

Ş: 4-ə tam bölünməyən illər qısa il dalanır. Məs., 2013, 2014, 2015, 2017 və s. 

M: Uzun ildə hansı ay bir gün uzun olur? 

Ş: Uzun ildə fevral ayı 1 gün artırılaraq 29 gün olur. 

 Gəlin  indi  də  Yer  kürəsi  üzrə  fəsillərin  və  ayların  düzülüş  ardıcıllığı  ilə  tanış  olaq.  Sonra 

məlumatın mübadiləsi və müzakirəsi keçirilir. Daha sonra oyunu keçirilir və məsələ həll edilir. 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin