IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1400
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
bir fənn üzrə keçirilən qiymətləndirmələr nəticəsində bu məqsədlərə nə dərəcədə nail olunduğu təyin
olunmalıdır. Müxtəlif təyinatlı və müxtəlif formalı qiymətləndirmələr mövcuddur. Qiymətləndirmə
formal, qeyri-formal qiymətləndirmə nəticəsində tələbəyə qiymət yazılan və yazılmayan, ənənəvi və
ya kompüterləşdirilmiş ola bilər. Təyinatı baxımından diaqnostik, formativ (formalaşdırıcı) və
summativ (yekunlaşdırıcı) qiymətləndirmələr fərqləndirilir. Qeyd etmək lazımdır ki, hazırda
tələbələrin biliklərini qiymətləndirmək üçün istifadə olunan vasitələrindən bir qismi ilk növbədə
formativ, o biriləri, əsasən, summativ və xeyli hissəsi isə həm summativ, həm də formativ
qiymətləndirmə üçün münasibdir.
Formativ qiymətləndirmənin yarıməsrlik tarixcəsi mövcuddur. İlk dəfə Lee J. Cronbach fənnin
məzmununun təkmilləşdirilməsi üçün cari qiymətləndirmədən istifadə olunmasını təklif etmiş, bir neçə
ildən sonra bu yanaşma tədris proqramların bütövlükdə 2 dəyərləndirilməsinə tətbiq olunmuş və
tədricən bu üsuldan öyrətmə və öyrənmənin keyfiyyətinin artırılması üçün fənnin gündəlik tədrisində
istifadə olunmasına başlanmışdır. Diaqnostik qiymətləndirmə fənnin və ya ayrıca bir mövzunun
tədrisinə başlamazdan əvvəl tələbənin ilkin biliklərinin qiymətləndirilməsi üçün nəzərdə tutulur.
Formativ qiymətləndirmədən fənnin tədrisinin gedişatı boyu tədris olunan materialların tələbələr
tərəfindən necə qavranıldığı barədə əks əlaqənin əldə edilməsi üçün istifadə olunur.
Diaqnostik və formativ qiymətləndirmə anonim ola bilər və onların əsasında, bir qayda olaraq,
tələbəyə qiymət yazılmır. Bu qiymətləndirmələrdə əldə edilmiş məlumatdan tədris prosesinə
tələbələrin ilkin biliklərinə əsaslanaraq başlamaq, biliklərdə olan boşluqları aradan qaldırmaq və son
nəticələrin əldə edilməsi məqsədi ilə tədrisin gedişatına gərək olan düzəlişlərin əlavə edilməsi üçün
istifadə olunur. Summativ qiymətləndirmə tədris prosesinin müəyyən mərhələlərinə yekun vurur,
fənnin ayrı-ayrı komponentləri üzrə tələbənin biliklərini qiymətləndirir və yekun qiyməti
formalaşdırır. Diaqnostik və formativ qiymətləndirmənin rolu ali məktəblərdə düzgün dəyərləndiril-
mir və bu üsullara az diqqət yetirilir. Bu üsullardan lazımi səviyyədə istifadə edilməməsi nəticəsində
yaranan ciddi problemlərdən biri ondan ibarətdir ki, müəllim bir çox hallarda semestrin başlanğıcında
fənnin tədrisindən qabaq tələbələrin bilik səviyyəsini qiymətləndirmir. Nəticədə isə tələbələrin
qabiliyyətləri haqqında real təsəvvür olmadığı halda, fənnin ilkin şərtlərinin qeydiyyat zamanı öncə
yoxlanıldığını və təmin olunduğunu zənn edərək, tədrisi mürəkkəblik baxımından tələbələr üçün
əlçatmaz olan bir səviyyədən başlayır. Bundan başqa, tədris zamanı formativ qiymətləndirmədən
tətbiq olunmadığına görə, tələbənin öyrənməsi barədə əks əlaqə əldə edilmir və son nəticədə, ancaq
aralıq imtahandan sonra müəyyən edilir ki, tələbələrin böyük qismi əsas materialı tələb olunan
səviyyədə qavramayıb.
Formativ qiymətləndirmə tədris materialının tələbələr tərəfindən mənimsənilməsinin cari və-
ziyyəti barədə təsəvvür yaradır. Bu əks əlaqə tədrisin gedişatının istənilən mərhələsində əldə edilmiş
biliklər barədə məlumat verir, qavrama prosesində yaranan çətinlikləri, aydın olmayan bilik elementlə-
rini üzə çıxarır, tədris prosesinin tempini və tədris olunan materialın həcm və mürəkkəblik səviyyəsini
təshih edərək, çətinlikləri aradan qaldırmağa imkan verir. Araşdırmalar göstərir ki, müntəzəm olaraq
aparılan formativ qiymətləndirmə tələbə nailiyyətlərinin səviyyəsini mühüm dərəcədə yüksəldir.
Formativ qiymətləndirmə nəticəsində əldə edilən informasiyadan həm tələbələr, həm də
müəllimlər üçün önəmlidir. Bu əks əlaqə tələbələri nailiyyətləri və uğursuzluqları, güclü və zəif
tərəfləri barədə məlumatlandırır, müəllimə isə öyrətmə prosesinin effektivliyini qiymətləndirməyə,
tələbələrin biliklərində olan boşluqları üzə çıxarmağa və tədris prosesinin gedişatına uyğun düzəliş və
əlavələri daxil etməyə imkan verir. Düzgün təşkil olunmuş formativ qiymətləndirmədə əldə olunmuş
və tələbələrə müəllim tərəfindən çatdırılan əks əlaqə iki hissədən ibarətdir: birinci hissədə tələbələrə
onların qarşısına qoyulan məqsədlər və real öyrənmə nəticələri arasında olan fərqlər barədə məlumat
çatdırılır; ikinci hissədə isə bu fərqlərin aradan qadırılması üçün müəyyən məqsədyönümlü səylər
həyata keçirilir.
Biliklərin cari qiymətləndirilməsi üsullarının şərhinin verilməsindən əvvəl öyrətmə və öyrənmə
proseslərinə, onlara təsir edən amillərə və formativ əks əlaqənin formalaşmasının xüsusiyyətlərinə
nəzər salaq. Məlumdur ki, ixtisas proqramında hər bir fənn özünəməxsus yer tutur və fənnin öyrətmə
məqsədləri ixtisas proqramının məqsədlərindən irəli gəlir. Müəllimin tədris edəcəkləri predmet
sahəsində mövcud olan biliklərdən, öyrətmə məqsədlərindən, fənn proqramından və müəllimin özünün
biliklərindən, təcrübəsindən və yaxşı tədris prosesi nə olduğu barədəki onun subyektiv təsəvvüründən
asılıdır. Qeyd olunanlara əsaslanaraq, müəllim predmet sahəsinə aid və tələbələrə çatdıralacaq
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1401
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
məlumatları seçir və fənnin tədris proqramına uyğun olaraq öyrətməyə başlayır. Tələbələrin dinləmək,
diqqət yetirmək, oxumaq və dərk etmək qabiliyyətləri, baza bilikləri, fənnə qarşı münasibəti və
motivasiyası, şəxsi məqsədləri, fikirləri cəmləşdirmək və yayınmamaq bacarıqları mühüm dərəcədə
fərqli olduqlarına görə, eyni mesajları onlar müxtəlif keyfiyyətlə dinləyir və qavrayırlar. Son nəticədə
eyni fənni öyrənən tələbələrin bilikləri çox fərqli olur. Nəzərdə tutulan və faktiki nəticələr arasında
olan fərqlər əsasında tələbənin və müəllimin əks əlaqələri formalaşır . Bu əks əlaqələr, hər hansı bir
kommunikasiya sistemində olduğu kimi, sistemin fəaliyyətini istiqamətləndirir və bu fəaliyyətinin
gözlənilən nəticələrini və keyfiyyətini təmin edir.
ABBASQULU AĞA BAKIXANOVUN “NƏSİHƏTNAMƏ”
ƏSƏRİNDƏ ƏXLAQİ DƏYƏRLƏR
Nərmin MƏMMƏDOVA
Bakı Slavyan Universiteti
nermin.huseyn@hotmail.com
AZƏRBAYCAN
XIX əsr Azərbaycan mədəniyyəti və ictimai fikrin formalaşmasında böyük rol oynayan dəyərli
mütəfəkkir Abbasqulu ağa Bakıxanovun hicrətdən 1252 il keçən bir zamanda (miladi 1836-cı il)
yazdığı “Nəsihətnamə” bugün də dəyərli nəsihətləri ilə gənclərə doğru yol göstərməklə öz aktuallığını
qoruyub saxlamaqdadır. Əsər, həmçinin, “Nəsayeh”, “Kitabi-nəsihət” kimi də adlandırılır. Bunu da
qeyd etmək lazımdır ki, A. Bakıxanovun “Kitabi-nəsihət” və ya “Nəsihətnamə” əsərinin həm fars, həm
də türk (Azərbaycan) dilində yazıldığı bildirilsə də onun farsca variantı daha geniş yayılmışdır. Onu
fars dilindən tərcümə edən müəlliflərdən biri də Məmmədağa Sultanovdur. Onun etdiyi tərcümələri
“Seçilmiş əsərlər” və digər kitabça şəklində nəşr olunmuşdur. Hər iki nəşrdə nəsihətlərin beşdə bir
hissəsi ixtisar edilmiş, yüz iki (və ya yüz üç) nəsihətdən səksən üçü qeyd edilmişdir. Nəsihətlərin
tərcüməsi AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fondunda əlyazmalar
arasında saxlanılmaqdadır.
Əsərin girişində A. Bakıxanov kitabların qarışıq-dolaşıq, uzun, çətin ibarələrlə yazıldığından,
hətta, müəllimlərin də bu kitabları anlamadığından şikayətlənirdi. Daha sonra əsərdə həyati, əxlaqi,
böyüklərə hörmətlə bağlı 103 nəsihətdən ibarət dəyərli, gənc nəslə faydalı fikirlərlə davam etmişdir.
“Uşaqlıqda öyrənilən elm daşa qazılmış şəkil kimidir” deyən müəllif uşaqlara kiçik yaşlarından əxlaq
gözəlliklərini, bilik, bacarıqları aşılamağı məsləhət görürdü. Elə bu səbəbdən, kitabların uşaqların
gələcəyinə işıq saçan bir vasitə olduğunu vacib bilərək, bu sadə və aydın anlaşılan müxtəsər kitabı
ərsəyə gətirmişdir. O, yazırdı: “Ey mənim əzizim!” Sən insansan. Görmürsənmi ki, heyvanlar o qədər
böyük bədən və güc ilə əslində əsirdilər. Bu isə, işi yaxşı bacarmaq səbəbindəndir.
Abbasqulu ağa Bakıxanovun gənclərlə bərabər bütün yaş dövrlərinə məxsus insanlar üçün dəyərli
olan öyüd, nəsihətlərindən nümunə olaraq bir neçəsini göstərmək olar:
-
Hər istədiyin bir iş baş tutmazsa yaxşı fikirləş, bəlkə sən özün ona səbəb olmusan. Çox olmuş
ki, biz işləri ağlımızın göstərdiyi etmirik və sonra başqalarından şikayət edirik.
-
Köməksiz bir iş görmək mümkün deyildir. Çünki bir adam hər işi tək icra edə bilməz və bəlkə
də o işin xırdalıqları ilə məşğul olub mühüm cəhətləri unudar. Hər işi bir adama tapşıranda özündə
onun necə icra olunmasına nəzarət yetirərsən.
-
Hər bir sözü desən və ya işi görsən arxayın olma ki, sən xəlvətdəsən, heç kəs ondan xəbər
tutmaz. Çox olar ki, o söz və ya əməlin üstü açılar, belə ki, hər pis işi görən həmən cür düşünərsə də,
çox çəkməz rüsvay olar.
-
Hər işdə qərar sahibi olmayan özündən ağıllı adamlarla məsləhətləş. Tək adamın ağlı hər işin
səlahını tam bilə bilməz.
Abbasqulu ağa Bakıxanov işi bilmək, yaxşılıq etmək qaydalarını bilikli, iş bilən, hörmətli
insanlardan öyrənməyin faydalılığını, adamların sözlərinin nəsihət olduğunu söyləyirdi. Yaşda, elmdə,
böyük adamlara hörmət etməyi, hər kəsə salam verməyi, ədəbli tərzdə cavab verməyi oxucularına
məsləhət görürdü. Abbasqulu ağa Bakıxanov deyirdi: “Bir şey o bir şey olmadan yaşaya bilməz, sən
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1402
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
də onlardan birisən, əgər işsiz qalsan, daş və palçıq səndən daha yaxşıdır. Çünki onlar bir ev tikməyə
yarayırlar”. O, həmçinin, yalan danışmamağı, tənbəllikdən qaçmağı, elmi, ağılı üstün tutmağı gənc
nəslə çatdırırdı. Paxıllığı daha bədtər yandırıcı od hesab edən Abbasqulu ağa Bakıxanov, paxıl
insanları hünərsiz adlandırırdı. Rahatlığı mal-dövlətdə və vəzifədə deyil, vəziyyətin yaxşılığında görən
müəllif öz dərdinin başqalarına söylənməsinin də əleyhinə idi. Onun nəsihətlərinin bir çoxu dostluğa
aid edilmişdir. O, dostu çox olan adamları xoşbəxt hesab etmiş, bunun üçün təvazökar, şirindil olmağı
əsas görmüşdür. “İnsanlar sürət və səsdə müxtəlif olduqları kimi, elm və əxlaqda da bir-birindən
fərqlidirlər. Biz Allahı hakim bilirik və irad tutmaq olmaz ki, nə üçün o birini belə, digərini elə
yaratmışdır” deməklə A. Bakıxanov heç bir zaman halından şikayət etməməyi, sənin vəziyyətində
olmağa sevinənlərin olduğunu vurğulamışdır. O, yaxşılıq etməyi bacarmayan insanları bədbəxt sayır
və hər kəsə öz halına münasib yaxşılıq etməyi tövsiyyə edirdi. Əsərdə dostluğa aid nəsihətlərə geniş
yer verildiyi kimi, düşməndən də ehtiyat etməyi, onun mehribanlığına inanmamağı tövsiyyə edirdi.
Hansı mənsəbdə olursan ol, özünü olduğundan nə aşağı, nə də yuxarı tut deyən müəllif təvazökarlığa,
insanlarla mehriban davranışa böyük qiymət verirdi.
Abbasqulu ağa Bakıxanov deyirdi: “Xalq sənin əhvalının necə olmasından tez xəbər tutmaz. Sən
öz dilindən çıxan sözlərləonlar sənin yaxşı və ya pis halda olduğunu öyrənirlər. Belə isə dilini yaxşı
saxla və deyilməsi lazım gəlməyən sözlərdən özünü səkindir”.
Günahkar və günahsız insanlar cəzasına yer ayıran mütəfəkkir, günahkarı ona verilmiş cəzadan
xilas etməməyi, belə olduqda başqalarının da günah etməyə cürət edəcəyini və günahsızı nahaq
günahlandırırlarsa onu bu bəladan xilas etməyin doğru əməl doluğunu təsdiqləyirdi.
“Sənə bir müsibət üz versə də döz! Çünki əldən gedən bir də darıxmaq və təəssüflə geri dönməz.
Amma iztirab üzündən gələcək işlərin tədbirindən də qafil olarsan” deyən müəllif bu misralarda səbrli
olmağı, olanlarla barışıb gələcəyə doğru yönəlməyi çatdırmışdır.
O, sadəlövhlük əlaməti olan eşidilən hər sözə inanmaq düşmənin bir qərəzli, xoş rəftarına
aldanmaq kimi əməllərdən uzaq durmağı məsləhət bilmişdir. Onun fikrincə, hər hansı bir söz deyən
adamın bir qərəzi olduğu və ya özü belə işin həqiqətindən xəbərsiz ola biləcəyi halları da mümkündür.
Düşmənin isə xoş rəftarı bir fürsət, aldatma ola biləcəyindən çəkinməyi qeyd edirdi.
Abbasqulu ağa Bakıxanovun nəsihətlərindən onun geniş dünyagörüşünə, müdrik düşüncə tərzinə,
zəngin həyat təcrübəsinə sahib olduğu aydın görünür. Bu məsləhətlər şagirdlər tərəfindən də
mənimsənilməsi, onların bir çox reallıqları dərk edərək doğru yol seçmələrinə yardımçı olar. Bu
faydalı, dəyərli nəsihətlərlə gənclərə doğru yol göstərən, onların fikirlərinin formalaşmasında, doğru
şəxsiyyət kimi inkişafına yardım edən, anlaşıqlı, asan dildə yazılan “Nəsihətnamə” əsəri öz
əhəmiyyətini saxlamaqla qabaqcıl əsərlərdən biridir. Öz tərbiyəvi imkanları ilə zəngin olan bu əsər
hələ uzun illər boyu gənc nəslə əxlaqi dəyərlər aşılayacaqdır.
NƏSIRƏDDIN TUSININ PEDAQOJI YÖNÜMLÜ ƏSƏRLƏRINDƏ
TƏLƏBƏ MƏDƏNIYƏTI MƏSƏLƏLƏRI
Səbinə HACIZADƏ
Təhsil Nazirliyi; Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi
sabinahajizada94@gmail.com
AZƏRBAYCAN
Dünya şöhrətli Azərbaycan alimi, şairi, yazıçısı Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, ictimai
münasibətlər, din, əxlaq, təlim-tərbiyə məsələləri ilə bağlı “Əxlaqi-Nasiri” və “Adabül Mütəəllimin”
əsərləri bu gün də öz aktuallığını itirməmişdir. Fars dilində yazılmış “Əxlaqi-Nasiri” və “Adabül
Mütəəllimin” əsərləri orta əsr ədəbiyyyatının dəyərli abidələri kimi müasir tədqiqatçıların diqqət
mərkəzindədir. Əsərlərdə elmin mahiyyəti və fəziləti, tələbənin elmə yiyələnməsinin onun üzərinə
borc kimi qoyulması haqqında fikirləri müasir dövrümüzdə də tələbə mədəniyyəti məsələlərində
diqqəti cəlb edir. Əsərdə “Ən yaxşı elm vəziyyətin öyrənilməsidir (yəni hadisələrin səbəblərini
öyrənərək təhlil etmək), ən yaxşı əməl isə nəticənin qorunmasıdır (yəni əldə olunan nailiyyətlərin
qorunaraq inkişaf etdirilməsi və gələcək nəsilə ötürülməsi)” fikri alim tərəfindən əsaslandırılmışdır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1403
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Bu fikrin son dərəcə maraqlı, obyektiv və müasir səsləndiyini nəzərə alsaq onun 13-cü əsrdə, qatı
feodalizm dövründə səsləndiyinə inanmaq çətindir. Ümumiyyətlə, əsərləri oxuyarkən orada yer alan
mütərəqqi fikirlərin mürtəci cəmiyyətdə yarandığı və ömrü boyu məhbəs həyatı keçirmiş alim
tərəfindən səsləndirilməsi onun düşüncələri ilə dövrünün qanunları arasında olan ziddiyəti qabarıq
şəkildə göstərir. Alimin dünya görüşünün formalaşmasında dövrünün ən şöhrətli müəllimi və
müdərrisi hesab edilən Fəridədrin Damadın rolu danılmazdır. Nəsirəddin Tusinin bir şəxsiyyət, bir
alim kimi yetişməsində ilahiyyat elmləri ilə yanaşı yunan fəlsəfəsinin, hind hikmətinin, fars
incəsənətinin, azəri-türk elminin rolu böyük olmuşdur. Alimin yaradıcılığında silsilə təşkil edən
müəllimlərin (İbn Sina → Bəhmənyar → Əbu Abbas Locəri → Gilani → Sədrəddin Sərəxli →
Fəridəddin Damad → Nəsirəddin Tusi ) təsir izləri aydın şəkildə görünməkdədir.
Professor Rəhim Sultonov tərəfindən dilimizə çevrilmiş “Əxlaqi-Nasiri” əsərində alimin bir
mahir müəllim, bir gözəl natiq kimi verdiyi təriflər öz yığcam və konkretliyi, mövzunun
mürəkkəbliyinə, çətinliyinə və dolaşıqlığına baxmayaraq səlis, aydın dildə şərhi diqqəti cəlb edir.
Nəsirəddin Tusinin “hikmət”, “elm” və “əməl” kimi anlayışlara verdiyi təriflərdə həm insan
mənəviyyatının saflaşması, həmdə bəşər həyatının inkişafı əsas şərt kimi götürülür. Alimin tərəqqiyyə,
maddi və mənəvi yüksəlişlərə səbəb kimi məhz hikmət, elm və əməli qəbul etməsi fikrimizcə təqdirə
layiqdir. Alimin “Adabül Mütəəllimin” əsərində elm öyrənməyin yollarını, elmin mahiyyətini və
əhəmiyyətini şərh edərkən Allah kəlamlarına, Peyğəmbər (s) hədislərinə, atalar sözlərinə, məsəllərə və
hikmətli sözlərə müraciət etməsi tədqiqatın əhəmiyyətli hissəsini təşkil edir. Əsərdə tələbənin elm
öyrənməklə cahilliyi özündən və başqa cahillərdən yox etməyi əsas niyyət kimi, elmin bütün
canlılardan yalnız insana xass olan mərifət kimi götürülməsi və bunun əsasında durmadan onun
sirrlərinə vaqif olmaq zəruriyyəti gözəl, səlis dildə oxucuya çatdırılır. Mənəvi təmizliyə, əxlaq
saflığına, vicdanlı olmağa böyük əhəmiyyət verən Tusinin gənclərin əxlaq tərbiyyəsi ilə bağlı
fikirlərində ədalətli vicdanın zəruriliyini əsas şərt kimi götürməsi alimin sufi fəlsəfi görüşləri ilə
yaxından tanış olduğuna dəlalət edir. Əsərdə məqsədə çatmaq üçün müəyyən üsullardan (danlamaq,
tərif, mükafat, şirnikləndirmə, şəxsi nümunə) istifadə olunması zərurəti alim tərəfindən məntiqi
cəhətdən əsaslandırılmış şəkildə ortaya qoyulur.
Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsərində varlıqların dərəcə sistemi diqqəti cəlb edir. Bu
sistemdə insanın “orta” vəziyyətdən yüksəlib ülvi dərəcəyə çatmaq, kamilləşmək, yaxud yuvarlanıb ən
aşağı səviyyəyə enmək seçiminin məhz tələbənin tərbiyəsindən, təlimindən asılı olduğu ortaya
qoyulur. Bu seçimin edilməsində məhz müəllimin gözəl, bəlağətli, mənalı nitqinin rolu göstərilir.
Nəfsin ağıl ilə idarə edilməsində, nəfsin tərbiyə edilməsində peyğəmbərlərə, mütəfəkkirlərə,
tərbiyəçilərə, müəllimlərə ehtiyac olduğunun elmi-məntiqi cəhətdən əsaslandırılır. Gənclərin kamillik
dərəcəsinə çatması üçün gözəl nitqin inkişafının şəxsiyyətin formalaşmasının tərkib hissəsi kimi
göstərilir. Əsərin “Əxlaqın saflaşdırılması” fəslində Tusiyə görə “əsaslar” anlayısının mahiyyətinin
açılıb göstərilməsi, “nəfs”, “ruh”, “mənəviyyat”, “əxlaq” anlayışları əsərdə ana xətt kimi keçməsi,
Tusinin ölümdən deyil, faydasız yaşamaqdan qorxmağın zəruriliyi haqqında mülahizələri tədqiqatçı
üçün maraq kəsb edir. Tusi “ölüm vahiməsi” adlanan ruhi xəstəliyin müalicəsini, “nəfsi xəstəlik”
adlanan tənbəllik və digər mənfi xüsusiyətlərin gənclərin tərbiyəsində islahını təlim-tərbiyədə əsas
götürür.
Nəsirəddin Tusinin “ədalət” anlayışını fəlsəfi, ictimai-siyasi mahiyyətini açaraq cəmiyyətdə ədalə-
tin bütün fəzilətlərdən daha şərəflisi kimi təqdim edir. Ədalətin bərpa olunması üçün 3 amilin (ilahi na-
mus– insanın vicdan səsi, insanı hakim – ədalətli münsif, dinar–pul) olmasının zəruriliyindən danışır.
"Ədəbül Mütəəllimin" əsərində elmin, müəllimin, tələbə yoldaşının və səbatlığın seçilməsi,
tələbənin bu seçimdə tələsməməsi, diqqətli olması, müəllimini tərk edərkən onun xeyir-duasını alması
haqqında fikirləri müasir təlim-tədris prosesində öz aktuallığını qoruyub saxlayır. Əsl pedaqoq
Nəsirəddin Tusi müəllimi və öyrəndiyi kitabları yarımçıq tərk etməmək üçün səbrli və mətin olması
zərurəti haqqında yazır. Əsərdə tələbənin elmə yiyələnərkən ciddi olması, səy və çalışqanlıq
göstərməsinin vacibliyi fikri əsaslandırıldırılır. "Adabül Mütəəllimin" əsərində alim dərs prosesinin
bütün məqamlarına (dərsin başlanması, həcmi və tərtibi) toxunur. Alimin fikrinə görə dərsin cümə
axşamı günü başlanması məqsədəuyğundur. Dərsin həcminin tələbə üçün rahat olması, mövzunu
tədricən qavraması üçün mövzunu tələbənin düşüncəsinə yaxın olan hadisələr ilə başlamaq lazımdır.
Müəllimlər tələbələr üçün daha yaxşı başa düşülən və yadda qalan kiçik həcmli mətinlər seçməlidirlər.
Dərs zamanı qarşılıqlı sual-cavab və müzakirədən istifadə edərkən ədəb qaydalarına riayət etmək, yəni
insaflı, diqqətli, düşüncəli olmaq, səs-küyə və əsəbiliyə yol verməmək lazımdır. "Bir saatlıq sual-
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1404
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
cavab, bir aylıq təkrardan yaxşıdır" fikri əsaslandırılaraq, tələbənin düşünərək, dərk edərək elmin
incəliklərinə yiyələnməsinin vacibliyi haqqında mülahizələri məqalənin əhəmiyyətli hissəsini təşkil
edir. Tusi "Adabül Mütəəllimin" əsərində təhsilin müddəti, təvəkkül haqqında danışaraq Peyğəmbərin
(s) “Beşikdən qəbrə qədər oxuyub öyrənmə dövrü olduğu” kəlamından istifadə edir. Alimin
düşüncəsinə görə elmdə həsəd və paxıllıq kimi hisslərə yol vermək olmaz, müəllim öz biliyini
tələbəsinə artıqlaması ilə, səxavətlə verməlidir. Bu bölmədə alimin şəvqət və nəsihət, fayda götürmək
haqqında fikirləri maraq kəsb edir. Əsərdə dindarlıq, yaddaşı və yaddaşsızlığı yaradan amillər
haqqında mülahizələr müasir tələbə üçün də maraq kəsb edir. Dindarlığın insanı mənəvi cəhətdən
saflaşdırması, ona hüzur verməsi, səbrli etməsi, bununla da elm öyrənərkən yayındırıcı fikirlərdən və
əməllərdən uzaq olmasına gətirib çıxarması məsələləri elmi-məntiqi cəhətdən əsaslandırılır. Bununla
yanaşı alim
"
Adabül Mütəəllimin" əsərində ruzi gətirən və artıran, ömrü uzadan və qısaldan amillər
haqqında yazaraq tələbənin güc və sağlamlığının onun elm öyrənərkən fikir və düşüncələrinin aydın
olmasına dəlalət etməsi ilə düz mütənasib olması fikrini irəli sürüb. Günah işlətmənin ruzinin
kəsilməsinə səbəb olması, yalançılığın kasıbçılığa gətirib çıxarması, zülmkarlığın insaniyyətliyin
itirilməsi ilə nəticələnməsi məsələlərini məntiqi cəhətdən izah edir. Peyğəmbərimizin "Ancaq dua ilə
ruzi artar, qədər kömək edər. Ömür isə ancaq möminliklə uzanar” , "Özünə aid olmayan işlə məşğul
olan kəs özünə aid olan işi əldən verər", "Xoşbəxtlik ruzinin açarlarındandır. Yaxşı niyyətli danışıq
ruzini artırar." kəlamını tələbələrin təlim və tərbiyəsində rolundan danışır. Dünya şöhrətli alim,
pedaqoq, mütəfəkkir, şair və yazıcı olan Nəsirəddin Tusi gənc nəslin tərbiyəsində xəsislik, tənbəllik,
ifrat laqeydlik, pintilik, hörmətsizlik, zinaya meyillilik kimi mənfi işlərin islah olunması üçün
müəllimin şəxsi nümunə göstərməsini zəruri hesab etmişdir.
Dostları ilə paylaş: |