Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə124/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   120   121   122   123   124   125   126   127   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1395



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Dərsin bu mərhələsində tədqiqatdan alınan nəticələri ümumiləşdirmək, onların düşüncələrini 

inkişaf etdirmək məqsədilə aşağıdakı sualları verirəm: 

M: Siz bu gün nə öyrəndiniz? 

Ş: Bu gün “Təqvim”i öyrəndik. 

M: 1 il neçə aydır? 

Ş: 1 il 12 aydır. 

M: 1 il neçə fəsildir? 

Ş: 1 il 4 fəsildir. 

M: İldə hansı fəsillər var? 

Ş: Yaz, yay, payız, qış. 

M: Yaz fəslində hansı aylar var? 

Ş: Yaz fəslindəki aylar: mart, aprel və maydır. 

M: Bu aylarda olan tarixi günlər hansılardır? 

Ş: Bu aylarda olan tarixi günlər aşağıdakılardır: 

8 Mart – Qadınlar günü; 

20-24 Mart – Novruz bayramı; 

31 Mart – Azərbaycanlıların soyqırımı günü; 

9 May – Qələbə günü; 

28 May – Respublika günü. 

M: Yay fəslində hansı aylar var? 

Ş: Yay fəslindəki aylar: iyun, iyul və avqust. 

M: Bu aylarda olan tarixi günlər hansılardır? 

Ş: Bu aylarda olan tarixi günlər aşağıdakılardır: 

1 İyun – Uşaqların beynəlxalq müdafiəsi günü

15 İyun – Milli qurtuluş günü; 

26 İyun – Silahlı qüvvələr günü 

1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü. 

M: Payız fəslində hansı aylar var? 

Ş: Payız fəslindəki aylar: sentyabr, oktyabr və noyabr. 

M: Bu aylarda olan tarixi günlər hansılardır? 

Ş: 15 Sentyabr – Bilik günü; 

21 Sentyabr – Beynəlxalq sülh günü; 

5 Oktyabr – Müəllimlər günü 

18 Oktyabr – Dövlət müstəqilliyi günü; 

12 Noyabr – Konstitusiya günü; 

17 Noyabr – Milli dirçəliş günü 

M: Qış fəslində hansı aylar var? 

Ş: Qış fəslindəki aylar: dekabr, yanvar və fevral. 

M: Bu aylarda olan tarixi günlər hansılardır? 

Ş: Bu aylarda olan tarixi günlər aşağıdakılardır: 

12dekabr – Ulu öndər Heydər Əliyevin anım günü; 

31 Dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü 

1-2 Yanvar – Yeni il bayramı; 

20 Yanvar – Ümumxalq hüzn günü

21 fevral – Ana dili günü; 

26 fevral – Xocalı faciəsinin anım günü. 

7.Yaradıcı tətbiqetmə - 5 dəq. 

 

1.Aşağıdakı cədvəli doldurmaqla aprel ayının təqvimini hazırlayın. 



Bazar ertəsi 

Çərşənbə axşamı 

Çərşənbə 

Cümə axşamı 

Cümə 

Şənbə 


Bazar 

 

 



 

 

 



 

 

 



2. Şaxaləndirmə (Klaster) üsulu ilə 2016-cı ili sxematik xəritə şəklində təsvir edin. 

8. Qiymətləndirmə və refleksiya – 3 dəq. 

20

16



-cı 

il 


q

ış 


y

a



p

a

y



ız 

y

a



d

e



k

a

b



y

a



n

v

ar 



m

a

rt 



f

e

v



r

al 


a

p

r



el 

m

a



n

o



y

a

b



o

kt



y

a

b



se

nt



ya

br 


a

v

q



u

st 


i

y

u



i

y



u

3



3



3

3



3



3

3



3



3

2



3



3



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1396



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

9.Evə tapşırıq - 2 dəq. 

1.Kosmonavtika gününə neçə gün qaldığını təyin edin.  

2. Şaxələndirmə üsulu ilə 2017-ci ili sxematik xəritə şəklində təsvir edin. 

 

 



DİPLOMATİK YAZININ SƏMƏRƏLİ TƏDRİSİNDƏ VACİB 

AMİLLƏR: ŞƏXSİ MÜRACİƏTNAMƏ VƏ NOTALARIN                     

DÜZGÜN YAZILMA QAYDALARI 

 

Gülnarə HACIYEVA 

Azərbaycan Dillər Universiteti 



gulu_13@yahoo.com 

AZƏRBAYCAN 

 

Rəsmi diplomatik yazışmalar da dünyada ölkələr arası rəsmi, ictimai, siyasi və iqtisadi əlaqələrin 



təşkili  üçün  ən  vacib  element  olub  və  bugün  də  olmaqdadır.  Diplomatik  yazışmaların  düzgün  tərtib 

olunması  məhz  qurulmaqda  olan  rəsmi  işgüzar  münasıbətlərin  uğurlu  təməlinin  qoyulmasını  və 

sonrakı davamlı inkişafınımüəyyənləşdirir.Gələcəyin diplomatları kimi ixtisaslaşmış tələbələr üçün də 

məhz  Diplomatik  İngilis  dili  bilik  və  bacarıqlarından  səmərəli  istifadə  edərək  formal  diplomatik 

sənədləri  yazma  bacarığına  malik  olmaları  çox  vacibdir.  Müasir  diplomatik  təcrübədə  rəsmi 

diplomatik  yazı  növlərinə  əsasən  rəsmi  diplomatik  məktublar,  şəxsi  müraciətnamələr,  şəxsi  nota, 

üçüncü şəxs adından rəsmi nota, memorandum və digərləri daxildir



 

Rəsmi diplomatik yazı nümunələrinin növündən asılı olmayaraq strukturunu və  mətnini düzgün 

tərtib  etmək  kifayət  qədər  diplomatik  dil  bacarığı  tələb  edən  prosesdir.  Bu  zaman  ünvanlayan  şəxs 

aşağıdakı  faktorları  nəzərə  almağı  vacibdir:  1.ictimai  rəyi;  2.tanışlıq  dərəcəsi,  münasibətlərin 

xarakterini; 3.vəziyyətin rəsmiliyini (qeyri-rəsmiliyini); 4.etiket qaydalarını. 

Bundan  savayı,  onların  düzgün  tərtibi  qaydalarının  tədrisi  zamanı  onlar  arasındakı  oxşar  fərqli 

cəhətlərin  müəyyən  edilməsi  və  hər  bir  növə  aid  leksik  xüsusiyyətlərin  geniş  təhlili  bu  prosesin 

səmərəli həyata keçirilməsini mümkün edir.  

Müasir  diplomatik  təcrübədə  ən  çox  rast  gəlinən  rəsmi  diplomatik  yazı  nümunəsiolan  şəxsi 



müraciətnamələröz formal parametrlərinə görə şəxsi notalar sırasına aid edilir. Lakin müraciətnaməni 

göndərənin və ünvanlanan şəxsin xüsusi mövqeyinə, və sənədin əhəmiyyətlilik dərəcəsinə görə onlar 

diplomatik  yazının  ayrıca  xüsusi  sənəd  növü  kimi  qəbul  edilir.  Bu  kateqoriyaya  dövlət  başçısı, 

hökumət başçısı və xarici işlər nazirinin məktubları aid edirlər. Bu cür sənədlərdə protokol formulları 

müraciət  və  yekun  komplimentdir.  Bütün  şəxsi  müraciətnamələr  və  məktublar  göndərənin  şəxsi 

imzasına malikdirlər. Bəzən şəxsi müraciətnamələri birinci şəxs adından rəsmi məktub adlandırırlar. 

O, yüksək  keyfiyyətli yazı kağızında yuxarısında ünvan, tarix və missiya başçısına yaxud xarici işlər 

nazirinə ifadəsi  ilə  yazılır.  Diplomatik  nümayəndəlik  başçısı  adından  xarici  işlər  nazirinə  rəsmi 

məktub,  bir  qayda  olaraq,“Yours  Excellency”  (Zati-Aliləri),  yaxud  bəzən  sadəcə “Sir/Madam” 

(Cənab/Xanım) sözləri ilə başlayır. Sonra “I have the honour [.....]”(Mən şərəf duyuram[...]) cümləsi 

ilə məktubun mətni təqdim olunur. Məktubun sonunda isə:(Zati-aliləri, fürsətdən istifadə edərək, sizə 

dərin  hörmət  və  ehtiram  bəslədiyimə  əmin  olmağınızı  xahiş  edirəm. Yaxud: Zati-aliləri,  sizə  dərin 

hörmət və ehtiram bəslədiyimə əmin ola bilərsiniz.) ifadəsi qeyd olunur. 

Diplomatik  yazının başqa bir  növü  olan  və  yuxarıda da  qeyd  etdiyimizŞəxsi  nota  isə  prinsipial 

məsələlərlə bağlı göndərilir və ya özündə hər hansı vacib hadisə haqqında informasiyanı ehtiva edir. 

Nota  onu  imzalayanın  adından  -  birinci  şəxs  adından  tərtib  edilir  və Hörmətli  cənab  Nazir 

(Səfir) müraciəti  ilə  başlayır.  Sonra  məzmun  hissəsi  başlayır.  Nota  şəxsi  nota  müəllifinin  ehtiramını 

izhar edən kompliment, nəzakət formulu ilə bitir. Diplomatik praktikada bu növ nəzakət formulları da 

geniş yayılıb. Xarici işlər naziri, yaxud səfirinə:Cənab Nazir, sizə dərin hörmət və ehtiram bəslədiyimə 



əmin  olmağınızı  xahiş  edirəm.  Elçiyə,  işlər  üzrə  müvəkkilə:  Cənab  işlər  üzrə  müvəkkil,  sizə  dərin 

hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm. 

Üçüncü  şəxs  adından  rəsmi  nota  formal  nöqteyi  nəzərindən  diplomatik  missiyalar  arasında 

standart ünsiyyət forması olduğundan verbal notalar kateqoriyasına aid edilə bilər. Verbal notalar şəxsi 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1397



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

notadan  az,  yaddaş  qeydlərindən  isə  daha  çox  rəsmi  səslənir.Müasir  diplomatik  təcrübədə  verbal 

notalar  çox  təcili  olmayan  və  ya  diqqət  yetirilməmiş  məsələ  haqqında  xatırlatma  funksiyasını  yerinə 

yetirən  imzasız  rəsmi  sənəddir.  Verbal  nota  ümumən  qəbul  edilmiş  beynəlxalq  dildə  milli  gerblə 

bəzədilmiş  rəsmi  blankda,  ünvanın  göstərilməsi  ilə  çap  edilir  və  aşağıdakı  sözlərlə  başlanır:  “  The 

Embassy  of  ……  presents  its  compiments  to…..  and  has  the  honour  to  inform  You/  draw  Your 

attention to ……)”(Səfirlik… öz hörmətini ifadə edir və Sizi… məlumatlandırmaqdan... (yaxud) Sizin 

diqqətinizi  …  çəkməkdən  şərəf  duyur.)Sonra  notanın  məzmunu  gedir  və  sənəd  aşağıdakı  nəzakət 

formulu ilə bitir:“The Embassy of …… avails itself of the opportunity to express its gratitude to…..” 

(Səfirlik, fürsətdən istifadə edərək, ......... öz dərin hörmətini bildirir.) Daha sonra göndərən şəxs/lərin 

inisialları , tarix qeyd olunur və möhür vurulur. 

Memorandumdaisəhər-hansı  məsələnin  faktiki  tərəfi  ətraflı  nəzərdən  keçirilir.  Bu  memorandum 

şəxsi, yaxud verbal notaya əlavə, yaxud müstəqil sənəd ola bilər və şəxsən yaxud kuryerlə göndərilir. 

Gerbsiz  nota  kağızında  çap  edilir.  Göndərişin  nömrəsi,  möhürü,  yeri  və  tarixi  göstərilmir. 

Memorandumu  çox  vaxt  ingiliscə  deduction  (nəticə)  yaxud note  of  motifs  (motivlərin 



qeydi) adlandırırdılar. Mərkəzdə isə memorandum sözünün yazılması nəzərdə tutulur. 

Bu  diplomatik  yazı  növləri  arasındakı  oxşarlıqlar  :  hər  bir  sənədin  növündən  asılı  olmayaraq 

tərkib  hissələrinin  eyni  olması,  müvafiq  başlıqla  başlaması  və  sonluqla  bitməsi,  məqsədin  giriş 

cümlədə  açıqlanması,  əsas  mövzunun  mətn  hissəsində  detallı  müzakirəsi,  tələbələr  üçün  onları 

yazmağı nə qədər asanlaşdırsa da, onlar arasındakı mövcud olan fərqlər isə bu prosesi bir o qədər də 

onlar üçün çətinləşdirir. Bu səbəbdən tələbələr ilk olaraq hər bir sənədə xas fərqləndirici xüsusiyyətləri 

diqqətlə  araşdırmağı  və  təhlil  etməyi  bacarmalıdırlar.  Daha  sonra  müəllim  onlar;  daha  sadə  müxtəlif 

interaktiv tapşırıq növlərinə cəlb etməklə  məsələn, təqdim olunan ayrı-ayrı salamlama və sonluqlara 

görə  diplomatik  sənədin  növünü  təyin  etmək,  və  yaxud  giriş  cümlələri  ilə  yekun  cümlələrini 

uyğunlaşdırmaq  və  s.  vasitəsilə  bu  sahədəki biliklərini  möhkəmlədir.  Daha  sonra  isə  müəllim  onları 

yaradıcı tapşırıq növləri etməyə cəlb etməklə məsələn, verilən giriş cümlələrə uyğun yekun cümlələrin 

yazılması,  qeyri-rəsmi  üslubda  yazılmış  cümlənin  düzgün  diplomatik  söz  və  ifadələrdən  istifadə 

etməklə rəsmi üslubda təqdim olunması və s. vasitəsilə diplomatik yazı bacarıqlarını daha da inkişaf 

etdirə  bilər.Belə  ki,  məşhur  Amerikalı  tənqidçi  jurnalisti  İsak  Qoldberqin  qeyd  etdiyi  kimi  “Yaxşı 

diplomat  ən  pis  şeyi  belə  ən  gözəl  etməyi  və  deməyi  bacarmalıdır.”Bundan  sonra,  hətta  müəllim 

müəyyən  mövzular  təqdim  etməklə  tələbələrin  sərbəst  şəkildə  müxtəlif  növ  diplomatik  yazı 

nümunələri  yazmağına  şərait  yarada  bilər  və  onların  gələcəyin  diplomatları  kimi  bir  vaxtlar  çətin, 

qeyri-  mümkün  görünən  diplomatik  yazı  nümunələri  yazmaq  kimi  qorxularını  dəf  etməyə  şərait 

yaratmış olar.  

Sonda  bir  daha  vurğulamaq  vacibdir  ki,  gələcəyin  diplomatları  kimi  ixtisaslaşan  tələbələrin 

müasir diplomatik təcrübədə daha çox istifadə olunan müxtəlif diplomatik yazı nümunələrinin düzgün 

tərtib olunma qaydalarını bilmələri və onların leksik xüsusiyyətlərini dərindən mənimsəmələri olduqca 

vacibdir. Bu baxımdan Diplomatik Yazı dərslərinin səmərəli təşkili və tələbələrin müxtəlif diplomatik 

sənədlərin  düzgün  yazılması  təcrübəsini  artırması  böyük  əhəmiyyət  kəsb  edir.  Xarici  dil  müəllimləri 

peşəkar şəkildə tələbələri daha yeni və maraqlı yaradıcı tapşırıq nümunələrinə cəlb edərək bu prosesi 

onlar  üçün  asanlaşdıra  bilər  və  onların  gələcək  diplomat  karyeralarında  daha  inamlı  və  peşəkar 

olmalarına  şərait  yaratmış  olarlar.  Belə  ki,  Alman  imperiyasının  ilk  kansleri  Otto  fon  Bismark  qeyd 

edirdi:  “Hər  zaman  mədəni  olun.  Diplomatik  yazın;  hətta  müharibə  elan  edərkən  belə  nəzakət 

qaydalarına əməl edin.” 

 

 



 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1398



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

DİNLƏMƏ MƏTNLƏRİ ÜZƏRİNDƏ İŞİN TƏŞKİLİNİN                      

SƏMƏRƏLİ YOL VƏ VASİTƏLƏRİ

 

 

Nərgiz RAMİZZADƏ

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti



 

nargizramizzadeh@gmail.com

 

AZƏRBAYCAN 



 

Hər bir dövrün öz tələbi olduğundan qəbul olunmuş bir sıra qaydalara dəyişiklik etmək və onları 

təkmilləşdirmək  zəruridir.  Müasir  təhsilin  qarşısında  duran  vəzifə  təlim  prosesini  surətləndirməyi, 

intensivləşdirməyi  tələb  edir  və  bu  baxımdan  artıq  ibtidai  siniflərdən  başlayaraq  şagirdlər  mürəkkəb 

situasiyaları təhlil etməyi, nəticə çıxarmağı bacarmalıdır. 

Ənənəvi  təlim  zamanı  müəllim  bilikləri  hazır  şəkildə  verən,  şərh  edən  tərəf  kimi,  şagirdlər  isə 

yeni məlumatı passiv şəkildə qavrayan tərəf kimi iştirak edirdi və əldə olunmuş məlumatları mexaniki 

əzbərləyirdi.  Bu  zaman  qavranılan  bilik,  bacarıq  və  vərdişlər  real  həyata  da  tətbiq  edilə  bilmirdi. 

Şagirddə özünə inam onda yaranıgr ki, onlara dərsin təşkilində iştirak etməyə icazə verilir, öyrənmədə 

sərbəstlik verilir. 

Motivasiya  mərhələsində  şagirdləri  məhz  dərsin  mövzusunu  müəyyənləşdirməyə  cəlb  etmək 

lazımdır.  Verilən  tapşırıqlar  elə  olmalıdır  ki,  onların  həlli  şagirdlərin  məntiqi,  tənqidi,  yaradıcı 

təfəkkürünü  və  elmi-tədqiqat  vərdişlərini inkişaf  etdirməklə,  onları  qarşıya  qoyulmuş  məqsədə  apara 

bilsin. 


Amerika riyaziyyatçısı D.Poya sualları “yaxşı” və “pis” suallar kimi iki qismə bölür. Poya hansı 

ki, şagirdi düşünməkdən məhrum edir bunu “pis” sual, düşüncəsini istiqamətləndirən sualı isə “yaxşı” 

sual  adlandırırdı.  Dilin  interaktiv  təlimi  zamanı  şagirdlər  “tədqiqatçı”  rolunda  çıxış  etdiklərindən 

nəticəyə  də  özləri  gəlmək  istəyirlər.  Ona  görə  də  müəllim  bildiyi,  oxuduğu  və  qənaətə  gəldiyi  fikri 

şagirdlərə  zorla  qəbul  etdirməyə  çalışmamalı,  onların  özlərinin  fikirlərinə  hörmətlə  yanaşmalı,  əgər 

səhv nəticəyə gəliblərsə konkret nümunələrin köməyi ilə qənaətinə gəldikləri nəticənin səhv olduğunu 

dərk etmələrinə və düzgün nəticəyə doğru istiqamətlənmələrinə köməklik göstərməlidir. 

Ana  dili  tədrisi  prosesində  verilən  suallar  şagirdi  düşünməyə,  axtarıb  kəşf  etməyə  yönəldən 

yaradıcı suallar olmalıdır. Böyük alman şairi Höte yazır ki, ağıllı cavab almaq üçün ağıllı sual vermək 

lazımdır. 

 

Biz  yadda  saxlamalıyıq  ki,  dil  öyrənmək  sadəcə  nədənsə  məlumat  toplamaq  deyil,  bu  həyati 



bacarıqların bir hissəsidir. Şagird yalnız sözün ifadə etdiyi mənasını əzbərləməklə yadda saxlamamalı, 

onu leksikonunda özününkü etməyi, lazimi məqamda istifadə etməyi bacarmalıdır. 

Elm  və  texnikanın  inkişaf  etdiyi,  audiokitab  və  dərsliklərin  geniş  yayıldığı  bir  dövrdə  biz  çox 

vaxt məlumatları səsli informasiya şəklində qəbul etməli oluruq. Ali məktəblərdə mühazirə qulaq asır, 

diskussiya  və  debatlarda  opponenti  dinləyib  ona  münasibət  bildiririk.  Odur  ki,  dinləyib  anlama 

bacarığının  həyatımızda  rolu  getdikcə  artır.  Oxu  kimi,  dinləmənin  də  məqsədi  informasiya  qəbul 

etmək,  anlamaqdır.  Lakin  oxu  ilə  müqayisədə  dinləmə  çox  yüksək  səviyyədə  diqqətcillik  tələb  edir. 

Burada  informasiyanı  anlaşılmaz  hissəsinə  dəfələrlə  qayıtmaq  imkanı  yoxdur.  Mətni  bir  dəfə 

dinlədikdən sonra adekvat reaksiya vemək lazım gəlir. Ona görə də dinləmə mətnləri tədris edilərkən, 

dərsin səmərəli təşkilinə xüsusi diqqət yetirmək lazımdır. 

Əgər kurikuluma qədərki dövrdə oxu və yazı bacarıqlarına az-çox diqqət yetirilirdisə, şifahi nitq 

bacarıqları-dinləmə  və  danışma  ümumiyyətlə  diqqətdən  kənarda  qalmışdı.  Bu  bacarıqların  inkişaf 

etdirilməsi  və  qiymətləndirilməsi  metodikası  yalnız  kurikulum  meydana  gəldikdən  sonra 

formalaşmağa başladı. 

Müəllim dərsdə səmərəli metodik variant seçib tətbiq etməlidir. Dərsin məqsəd və  məzmununa, 

şagirdin dərketmə imkanlarına uyğun olaraq müvafiq metod və vasitələr kompleksi müəyyənləşdirilir. 

Dərs o zaman səmərəli olur ki, müəllim biliyi hazır şəkildə şərh etməsin, şagirdləri fəal axtarışlara cəlb 

etsin, onların müstəqil fikrini oyatsın. 

Yaxşı dərs məntiqi və psixoloji cəhətdən tam olmalıdır.Burada əlverilşi psixoloji iqlim, müsbət 

emosional  vəziyyət  yaradılmalıdır.  Dərsin  səmərəsi  onun  emosional  mühiti  ilə  sıx  bağlıdır.  Belə 

dərsdə yüksək səmərə, təlim və tərbiyə nəticələri əldə etmək mümkündür. İstər müəllim-şagird, istərsə 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1399



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

də şagird-şagird münasibətlərinin məqsədyönlü şəkildə idarə olunması üçün müəllim hər bir şagirdini 

tədqiqat  obyektinə  çevirməli,  onun  haqqında  bir  sıra  mühüm  məlumatları  əldə  etməlidir.  Bunlara 

aşağıdakılar aid edilə bilər: 

1.Şagirdlərin idrak səviyyəsi 

2.Yaş xüsusiyyətləri 

3.Fiziki və fizioloji sağlamlığı 

4.Mənəvi-psixoloji vəziyyət 

5.Sosial vəziyyət və s. 

Şagirdlərin  idrak  səviyyəsini  müəyyən  etmək  üçün  müəllim  diaqnostik  qiymətləndirmənin  üsul 

və vasitələrindən istifadə edə bilər. Eyni zamanda formativ və summativ qiymətləndirmənin nəticələri 

də  şagirdin  idrak  səviyyəsi  haqqında  qənaətə  gəlməyə  imkan  verir.  Şagirdin  yaş  səviyyəsinə  uyğun 

intellektual testlər və tapşırıqlar problemin həllində uğurlu vasitədir. 

Təlim materialları və təlim üsulları seçilərkən şagirdin yaş xüsusiyyətlərinə diqqət yetirilməlidir. 

Beləki, I sinifdə uğurla tətbiq edilən bir üsul, IV-V siniflərdə özünü doğrultmaya bilər. Eləcə də aşağı 

sinif şagirdləri üçün maraqlı və əyləncəli görünən hər hansı təlim  materialları yuxarı sinif şagirdləri 

tərəfindən məqbul qarşılanmaya bilər. 

Bütün  bunlar  şagirdlər  qruplaşdırılarkən,  təlim  materialları  seçilərkən,  təlim  fəaliyyətləri 

müəyyənləşdirilərkən  nəzərə  alınmalı  məsələlərdir.  Beləki,  müəllim  şagirlərlə  işə  başlayan  zaman 

onları intellektual mənəvi-psixoloji, fiziki və fzioloji sağlamlıq, sosial vəziyyət,  maraq və ehtiyaclar 

baxımından öyrənməli hər şagird haqqında ayrıca məlumat bazası yaratmalıdır.  

Müəllim yaradılmış məlumat bazasını ciddi təhlil etməli və lazımi məqamda şagirdləri göstərilən 

məsələlər  baxımından  qruplaşdırılmağı  bacarmalıdır.  Məsələn  müəllim  bilməlidir  ki,  maraq 

baxımından bu gün sinifdə qruplaşma işi aparırsa, hansı şagird bir qrupda əyləşəcək. Dərs başlayanda 

onların  adını  sadalamaqla  bir  qrupda  əyləşməyə  dəvət  edə  bilər.  Eləcə  də  digər  məsələlər  üzrə 

şagirdlərin  qrupları  əvvəlcədən  tərtib  edilməlidir.  Müəllim  şagirdləri  daim  öyrənməli,  dəyişən 

maraqlarını  nəzərə  almalıdır.  Eyni  zamanda  müəllim  planlaşmalarda  reallaşması  nəzərdə  tutulan 

məzmun standartlarını təlimin məqsədinə çevirərkən onların bilik və bacarıq baxımından uyğunluğunu 

nəzərə alınmalıdır ki, onları əlaqələndirərək təlim məqsədlərinə gətirmək mümkün olsun. 

Məqsədlər müəyyən edildikdən sonra müəllim həmin məqsədləri həyata keçirmək üçün müvafiq 

forma  və  üsullar  seçməlidir.  Forma  və  üsulların  müəyyənləşdirilməsi  məhz  təlimim  məqsədlərinə 

əsaslanır. Bütün bu sadalananlar kompeks şəklində həyata keçirildikdə dərsin səmərəli təşkilindən söz 

gedə bilər. 

 

 



ALİ MƏKTƏBLƏRDƏ FORMATİV QİYMƏTLƏNDİRMƏNİN 

TƏTBİQETMƏ İMKANLARI 

 

Könül HÜSEYNOVA 

Bakı Sənaye-Pedaqoji Kolleci 



konul-adpu@mail.ru 

AZƏRBAYCAN 

 

Son  illər  ali  təhsilimizin  keyfiyyətinin  artırılmasına,  dünya  təhsil  məkanına  inteqrasiyasına, 



təhsilin təşkili və idarə olunmasında  əmək bazarının ehtiyac və tələblərinin nəzərə alınmasına xüsusi 

diqqət yetirilir. Bakalavr, magistr və doktorantura səviyyələri üçün hazırlanmış ixtisasların yeni ad və 

şifrlərinin,  ixtisas  proqramlarına  təqdim  olunan  tələblərin  müəyyən  edilməsi,  təhsil  prosesinin  idarə 

olunmasında uyğun olan normativ sənədlərin tətbiqi təhsilin keyfiyyətinin təmin olunmasında mühüm 

rol oynayır. 

 

 



 

 

Təhsilin  təşkilində  qazanılmış  bir  sıra  nailiyyətlərə  baxmayaraq,  bu  günədək  tələbələrin 



biliklərinin  qiymətləndirilməsinə  yetərincə  diqqət  yetirilmir,  bir  çox  hallarda  bu  məsələyə  yanaşma 

səthi  xarakter  daşıyır,  öyrətmə  və  öyrənmə  prosesinin  keyfiyyəti  müasir  tələblərə  cavab  vermir. 

Məlumdur ki, keyfiyyətli təhsili təmin etmək üçün hər bir tədris proqramında öyrətmə və öyrənmənin 

məqsədləri müəyyən olunmalı, bu məqsədlərin əldə edilməsi uyğun fənlər vasitəsilə açıqlanmalı və hər 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin