IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1439
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
yalnız təlim-tərbiyə ilə bağlı olan məsələ deyildir. Cəmiyyətin mütəşəkkilliyi, onun vahid birləşdirici
ideologiyasının formalaşması bilavasitə müəllimlərin pedaqoji fəaliyyətinin məzmunundan asılıdır.
Ona görə də müasir Azərbaycan müəllimi dərin biliyi, praktik hazırliğı, elmi yeniliklərə həssaslığı,
ünsiyyətqurma qabliyyəti, tədqiqatçılığı, nəzəri-metodoloji, mənəvi keyfiyyətləri, ictimai həyatda
hörmət və nüfuzu ilə cəmiyyətin fövqündə dayanmalı, öz yetirmələrini cəmiyyətin sivil dəyərlərinə
malik vətəndaşlarına çevirməlidir.
Müəllimlik peşəsinə marağın artırılması, pedaqoji təmayüllü ali və orta ixtisas məktəblərinə
yüksək balla qəbulun həyata keçirilməsi, müəllim əməyinin stimullaşdırılması onların
özünütəkmilləşdirməsinə, yüksək mənəvi keyfiyyətlərə sahib olmalarına, üzərlərinə düşən vəzifələri
qloballaşma dövrünün tələblərinə uyğun yerinə yetirmələrinə əsaslı kömək ola bilər.
Qloballaşan dünyada elmin, təhsilin sürətlə inkişaf etdiyi, tenologiyaların yüksək zirvəyə çatdığı
və informasiyaların həddindən artıq çox olduğu bir zamanda müəllim özünə, fəaliyyətinə necə
münasibət bəsləməlidir? Verilmiş göstərişləri, tövsiyələri yerinə yetirməyə səy göstərməli, yoxsa
təhsilin prioritet istiqamti fonunda fəaliyyətini qurmalı, müəyyən olunmuş təhsil standartlarının
reallaşdırılmasında özü üçün mexanizmlər arayıb-axtarmalı və onları yaradıcı insan kimi həyata
keçirməlidir? Əlbəttə, bu ritorik suallara cavab tapmaq üçün ilk növbədə, müasir dövrün
özünəməxsusluğu, tələb və ehtiyacları əsas amil kimi çıxış edir.
İstər iqtisadiyyatda, istərsə də siyasi və mədəni aləmdə böyük dəyişikliklərin baş verməsi XXI
əsrin sürətli inkişafının nəticəsidir. İnformasiyaların getdikcə çoxaldığı bir şəraitdə cəmiyyətin bütün
sahələrində yaradıcı və qurucu fəaliyyətləri daha səmərəli təşkil etmək zərurəti yaranır. Hər kəs
özünün mövqeyində bu qlobal dəyişikliklərin fəal iştirakçısına çevrilməli olur. Belə cəmiyyətdə
müəllimin funksiyası daha çox artır. O, şərəfli bir peşə adamı kimi dəyişən və inkişaf edən insanların
formalaşdırılması ilə məşğul olmaq məsuliyyətini daşımalı olur. Məhz buna görədir ki, onun ümumi
potensialı daha yüksək, fəaliyyət dairəsi daha geniş olmalıdır. O, səriştəli və nümunəvi bir peşə adamı
kimi özünün bütün yanaşmalarında təlim-tərbiyəsi ilə məşğul olduğu insanları öyrənməyə, axtarışa,
yenilik yaratmağa, bütövlükdə yaradıcı fəaliyyətə sövq etməlidir. Ən başlıcası, müasir texnologiyaları
mənimsəməli və onu öz işinin mexanizminə çevirməlidir. Xüsusən informasiya-kommunikasiya
texnologiyalarından peşəkarlıqla istifadə etməyi bacarmalıdır. Günümüzün gerçəkliyidir ki, hər bir
təhsilalan, öyrənən İKT-nin fəaliyyət imkanlarına demək olar ki, bələddir və ondan istifadə edə bilir.
Ona görə də qloballaşma dövründə müəllimdən bu bacarıqlara daha üstün səviyyədə malik olması
tələb edilir. İnformasiyaların, sənətin və sənətkarlığın yayılması imkanlarının məhdud olduğu
dövrlərdə böyük pedaqoqlarımız müəllimi bir sənət adamı kimi dəyərləndirərək onun peşəkarlığında
aktyorluq elementlərinin, eləcə də təhsilalanların diqqətini cəlb etmək üçün incəsənət adamına xas
olan keyfiyyətlərin olmasını vacib hesab ediblər. Bu gün də pedaqoji prosesdə özünün
fasilitatorluğunu müvəffəqiyyətlə həyata keçirən müəllimin fəaliyyətində özünəməxsus bir qeyri-
adilik, emosional ifadə tərzi olmalıdır. Çünki müsbət emosionallıq mürəkkəb təlim fəaliyyəti zamanı
pedaqoji mühitin gərginliyini götürən, ona yumşaqlıq gətirən xüsusiyyətdir. Əlbəttə, həmin
xüsusiyyətlər bu gün də lazımdır və onun elementlərindən yeri gəldikcə istifadə edilməlidir. Lakin
tədqiqatçılığı, araşdırmalar aparması, onu özünün fəaliyyətinin tərkib hissəsinə çevirə bilməsi müasir
şəraitdə müəllim üçün ən əsas prioritet keyfiyyətlərdir.
ƏNƏNƏVİ VƏ MÜASİR ANLAMDA “TƏHSİL”
Lamiyə HACILI
ADPU, Xəzər Universiteti
lhacili@khazar.org
AZƏRBAYCAN
Bir xalq yalnız savadlı cəmiyyəti, inkişaf etmiş elmi ilə qürur duya bilər. Yalnız savadlı
cəmiyyətlə irəli getmək, uğurlara nail olmaq, ölkəni tanıtmaq mümkündür.Elmin vacibliyini hələ
qədim zamanlardan dərk ediblər. Ta qədim zamanlardan elmdə nailiyyətlər əldə etmək üçün
çalışıblar.Təbiəti öyrənib, bununla cəmiyyəti məlumatlandırmağa səy göstəriblər.İctimai həyatımızda
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1440
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
təhsilin əhəmiyyəti və rolu olduqca böyükdür.Elə bu səbəbdən də, hər an təhsilimizi inkişaf
etdirməliyik ki, qarşımızda duran problemlərimizi həll edək, yaxud da gələcəkdə onların həllinə də
nail ola bilək.
XXI əsrin başlanğıcında Azərbaycan təhsil sisteminin yenidən qurulması, modernləşdirilməsi və
bu işlərin təşkilində fəal və interaktiv metodlardan istifadə olunmaqla yerinə yetirilməsi prioritet
problem hesab edilir. Onların həll olunması üçün yeni pedaqoji araşdırmalara ehtiyac duyulur.
Təhsil sisteminin inkişaf tendensiyası, fəal və interaktiv metodlar sahəsindəmüəllif məktəblərinin,
novator müəllimlərin iş üsullarına dair toplanmış faydalı təcrübələr, pedaqoji-psixoloji tədqiqatların
nəticələri daima sistemləşməli, ümumiləşməli və təlim-tərbiyə prosesinin məzmununun yeniləşdiril-
məsini tələb edir. Bu problemlərin həlli təhsil sferasına,pedaqoji prosesə fəal və interaktiv metodlar
anlayışının elmi əsaslarla gətirilməsini vacib bir problem kimi qarşıya qoyur və bütövlükdə təhsildə
texnoloji yanaşmaların tətbiqini aktuallaşdırır.
İstər qabaqcıl təcrübənin, istərsə də xarici ölkələrin təhsil sahəsindəki innovasiyalarının öyrənilməsi
məqsədilə sistemli və ardıcıl pedaqoji araşdırmaların aparılması vacib hesab edilməlidir. Bu təcrübə-
lərin hər birinin müasirliyini, səmərəliliyini şərtləndirən keyfiyyətin müəyyənləşdirilməsinə, onların
yeni şəraitdə forma və məzmun cəhətdən yeniləşdirilərək tətbiq olunmasına üstünlük verilməlidir.
Məlumdur ki, ideoloji baxışların, ictimai münasibətlərin dəyişdiyi indiki şəraitdə yeni yaşayış
formalarına adaptasiya olunmağa, həmçinin sosial həyatın əsas prinsiplərini öyrənməyə, yeni siyasi
reallıqların və inkişaf istiqamətlərinin ictimai şüurda, praktikada möhkəmləndirilməsinə nail olmaq
üçün təhsil geniş imkanlara malikdir. Milli-mənəvi və sosial-mədəni dəyərlərə yiyələnmiş insan,
hazırda təhsilin rolunu, onun həlledici mahiyyətini aşağıdakı kimi görür və əsas kimi qəbul edir:
təhsil ictimai praktikanın müstəqil forması, idarəetmə mexanizmi, təşkilati struktur və
fəaliyyət sistemi olub, bütün sosial sferalarla əlaqəli elə bir infrastrukturdur ki, o bir tərəfdən ictimai
mühitin bütövlüyünü saxlayır, digər tərəfdən onun inkişafını təmin edir;
təhsil tarixi-mədəni təcrübəni, insanların həyat tərzini və yaşam qaydalarını, onların ümumi
həyatının norma və dəyərlərini zaman-zaman qoruyub saxlayır;
təhsil cəmiyyətin, bütövlükdə bəşəriyyətin ictimai-siyasi və tarixi-mədəni dəyərlərini
formalaşdırma və inkişafetdirmə vasitəsidir;
təhsil zaman və məkan daxilində insan şəxsiyyətinin və mədəniyyətinin formalaşmasında,
onun tərbiyəsində, bacarıqlarının dərinləşməsində həlledici rol oynamış və oynamaqdadır.
təhsil həm sistemdir, həm prosesdir, həm nəticədir və həm də dəyərdir.
XX əsrin sonları və XXI əsrin əvvəllərinədək cəmiyyətdə dominant rol oynayan ənənəvi təhsil
sistemində təhsilalanlara bir obyekt kimi yanaşılıb, təhsildə avtoritar idarəetmə üsullarına üstünlük
verilmişdir. Azərbaycanda müstəqillik qazandıqdan sonra demokratik, müstəqil ölkənin əsas prinsiplə-
rinə uyğun yeni, müasir tələblərə cavab verən təhsil sisteminin qurulmasına başlanıldı. Ənənəvi təhsil
sistemi artıq dövrünü başa vurmuş, təkamül yolu ilə, yeni keyfiyyət dəyişiklikləri aparılmaqla tədricən
dəyişərək, öz yerini yeni sosial, şəxsiyyətyönümlü təhsil sisteminə verməyə başladı.
Tədris- təlim prosesində yeni texnologiyaların tətbiqi, pedaqoji prosesin idarəedilməsində yeni
yanaşmalardan istifadə, keyfiyyətli sinif-dərs sisteminin qurulmasına geniş imkanlar açır. Sinif-dərs
sisteminin keyfiyyət təminatında ənənəvi dərslərdən fərqli olaraq, müasir dərsin təşkili həlledici rol
oynayır. Bu halda sinif mühitində son dərəcə əhəmiyyətli dəyişikliklər baş verir, öyrədənlə öyrənən
arasında, şagirdlərin öz aralarında və məktəblə valideynlər arasında müasir tələblərə cavab verən
qarşılıqlı əlaqələr qurulur. Müasir təlim metodlarından biri olan interaktiv təlim üsullarından və İKT-
dən geniş istifadəyə yeni imkanlar yaranır.
Ənənəvi, fənnyönümlü və müasir şəxsiyyətyönümlü dərsləri (sini-dərs sistemində) müqayisə
etmək üçün onların paradiqmalarını (mühüm əlamətləri, bu əlamətlərin xarakteristikasını və onlardan
irəli gələn nəticələri ) nəzərdən keçirək.
Ənənəvi dərslərin paradiqmaları
Təhsilalanlara obyekt kimi yanaşılması. Bu halda:
– Bütün şagirdlərə orta səviyyəlilər kimi yanaşılır, istedadın, qabiliyyətin inkişafı üçün şərait
yaradılmır;
– dərsdə seçim hüququnun reallaşdırılması məhdudlaşır;
– təhsilalanlarda laqeydlik, qeyr- fəallıq, başqasının köməyinə ümid olmaq tərbiyəsi formalasır;
– müəllimlər, tərbiyəçilər dərsin məqsəd və vasitələrini aydın və düzgün dərk edə bilmir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1441
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Dərsdə öyrənənlərə avtoritar münasibət. Şaquli ünsiyyət, inzibati- bürokratik, tabeçilik
münasibətləri, tədris- təlim prosesində məcburiyyət və cəzalandırma əsasında bilik və bacarıqların
formalaşdırılmasına üstünlüyün verilməsi nəticəsində:
– Monoloji təhsilvermə üsulu tətbiq olunur;
– tədris- təlim prosesi təlim materialını mənimsəməyə deyil, sadəcə şərh etməyə yönəldirlər;
– sağlamlığa zərər verən təlim mühitinin (əsəb gərginliyi, həyəcan və qorxu, mənfi emosiyalar
şəraitində fəaliyyət) aradan qaldırılmasına şərait yaradılmır.
Ssientizm (quru elmlik). İnsan təbiətinin (kainatın, təbiətin, ətraf aləmin) bütövlüyünün,
tamlığının pozulması, təlimin həddən artıq intellektuallaşdırılması, beyinin sol yarımkürəsinin çox
yüklənməsi nəticəsində:
– musiqi, təsviri sənət, əmək və fiziki tərbiyə dərslərində bu fənlərin əhəmiyyəti düzgün
qiymətləndirilmir;
– beyinin sol yarımkürəsi sağ yarımkürəsinə nisbətən çox yüklənir.
Dərsdə lüzumsuz olaraq xırdalanma. Müxtəlif təhsil sahələrini (humanitar, riyaziyyat və
informatika, təbiət elmləri və s.) süni olaraq bir- birindən ayırmaqla təlim prosesinin bütövlüyünun
pozulması (əksinteqrasiya) nəticəsində:
– öyrənənlərin biliklərinin və dünyanı dərk etmələrinin fraqmentallığı (natamamlığı) baş verir;
– çox yüklənmə və yorulma nəticəsində öyrənənlərin sağlamlığına böyük zərər vurulur.
Həddən artıq məlumatlılıq (informativlik). Dərsdə öyrənənlərin əsas diqqətinin bilik və
bacarıqların formalaşmasına deyil, fənnə aid informasiyaların və onların tətbiqinə aid şablonların
yadda saxlanılmasına yönəldilməsi nəticəsində:
– öyrənilən tədris materialları gündəlik həyat problemləri ilə uzlaşdırılmır;
– nəzəriyyə ilə praktikanın əlaqələri zəifləyir.
Kadr hazırlığının keyfiyyətinə diqqətin yetirilməməsi. Tədris- təlim prosesində əsas diqətin
ancaq metodiki səviyyənin inkişafına yönəldilməsi nəticəsində:
– öyrədənin şəxsi keyfiyyətlərinin və peşəkarlıq bacarıqlarının inkişafı məhdudlaşdırılır;
– öyrədənlərin tənqidi təfəkkürünün inkişafına və yaradıcı axtarışa cəlb olunmasına tələbkarlıq
zəifləyir.
Dərsin bəsitləşdirilməsi. Tədris- təlim prosesinə tam, bütöv kimi yanaşılmır, onlar ayrı-
ayrılıqda araşdırılır, nəticədə:
– tədris fənni öz sosial- mədəni mahiyyətini itirərək qaydalar, faktlar yığımına çevrilir;
– təlim prosesi məzəmmət, öyüd-nəsihət, əxlaqi dəyərlərin deklarasiyasından ibarət nizam-
intizam dərslərinə çevrilir;
– fənnin məzmunu şagirdlərin şəxsi maraqları və motivləri ilə uzlaşmır;
– dərsin (təlim prosesinin) rəqabətədözümlülüyü aşağı səviyyəyə enir.
Ənənəvi təlimin başlıca nöqsanları: nəzəri təmayülün üstün olması, şagirdlərin passivliyi,
metodikaların yeknəsəkliyi, şagirdlərin dalğınlığı, həll yollarının əsasən hazır şəkildə verilməsi,
fərdiləşdirməyə şəraitin olmaması, vaxt bölgüsünün dəqiq reqlamentləşdirilməsindən ibarətdir.
İnteraktiv təlimin başlıca nöqsanlarına: isə vaxtın reqlamentləşdirilməsinin çətinliyini
müəllimdən dərsə hazırlıq üçün böyük əmək tələb olunmasını, dəqiq planlaşdırmanın mürəkkəbliyini
və s. aid etmək olar. Məlumdur ki, ümumtəhsil məktəblərində vahid məqsədə- şagirdlərin bilik,
bacarıq və vərdişləri mənimsəmələrinə xidmət edən çoxsaylı təlim metodlarından və müxtəlif dərs - 5
- tiplərindən istifadə olunur. Müasir dövrdə yeniliklərin, yaxud dəbdə olduğu kimi deyilsə
innovasiyaların dərsin strukturuna daxil olması faktı reallığa çevrilmişdir
Beləliklə, bəhs edilənlərdən belə bir nəticə çıxır ki, ənənəvi anlamda “təhsil” əsasən, təlim-
tərbiyə prosesi kimi məna daşıyırdısa, hazırda dərsin məqsədinə, eyni zamanda insan şəxsiyyətini
inkişaf etdirməyə istiqamətlənmiş fəaliyyət sahəsi kimi baxılmaqla üstünlük təşkil etməyə
başlamışdır.XXl əsrin hazırki mərhələsində Azərbaycan təhsil sistemi qarşısında çox mühüm
problemlər durur. Müasir təlim prosesinin (müasir dərsin) əsas məqsədi tədrisin səmərəliliyini
artırmaq, öz düşüncəsi, ağlı, potensial enerjisi, güclü məntiqi ilə fənləri dərindən mənimsəyən və onu
tətbiq etməyi bacaran, hər cür situasiyalarda işin məğzini tutub çıxış yolunu tapmağı bacaran yüksək
intellektli gənclər yetişdirməkdir. Bu məqsədləri yerinə yetirmək üçün fəal- interaktiv təlim
metodlarından istifadə edərək, təlim prosesi (müasir dərslər) belə aspektdə qurulmalı, keyfiyyətli
tədris- təlim prosesinin təşkili təmin edilməlidir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1442
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
İBTİDAİ SİNİFLƏRDƏ ASUDƏ VAXTIN SƏMƏRƏLİ TƏŞKİLİ
Arzu SƏLİMOVA
Qafqaz Universiteti, Kaspi Liseyi
arzusalin93@gmail.com
AZƏRBAYCAN
Asudə vaxt-azad vaxtdır. Hər yaş dövründə bu vaxtdan düzgün istifadə etmək özünəməxsus
əhəmiyyət kəsb edir. Hər bir şəxs yaşından asılı olmayaraq çalışmalıdır ki, boş vaxtını maraqlı və
səmərəli keçirsin. “Vaxt qızıla bərabərdir” deyənlər səhv etməyiblər. Vaxt itkisinə yol verməmək
zamanın tələbidir.
İbtidai siniflər üçün də asudə vaxt çox əhəmiyyətlidir. İbtidai sinif şagirdlərinin asudə vaxtının
düzgün təşkili onların müəyyən fəaliyyətə cəlb olunması deməkdir. Asudə vaxtdan düzgün istifadə
etmək bacarığını uşaq yaşlarından formalaşdırmaq lazımdır. Asudə vaxt düzgün təşkil olunduqda
şagirddə fiziki, psixoloji və şəxsi keyfiyyətlər formalaşır, inkişaf edir, əməyə, təhsil və biliyə maraq
güclənir, onda mədəniyyət və incəsənət nümunələri ilə tanış olmaq həvəsi artır. Asudə vaxtın səmərəli
və düzgün istifadə forması şəxsiyyətin şüur və əqidəsinə, həyata baxışına təsir edir, uşağın əxlaqi və
estetik tərbiyəsinin inkişafına təkan verir. İbtidai sinif şagirlərinin asudə vaxtının səmərəli təşkili üçün
aşağıdakı məşğuliyyət növlərini tətbiq etmək olar.
Fiziki məşğuliyyətlər - Asudə vaxtın səmərəli keçirilməsi vasitələrindən biri də fiziki
məşğuliyyətlərdir. Bura fiziki hərəkətlər,gəzintilər,idman oyunları və s. daxildir.
İdman uşaqların asudə vaxtının böyük bir hissəsini təşkil edir. Burada uşaqların maraq gostərdiyi
idman növünü (məsələn,futbol,voleybol,üzgüçülük, gimnastika və s.) seçmək lazımdır. Bu işdə
valideyn və ya müəllim uşaqlara yardım və istiqamət verməli, onlara arzusuna çatmağa kömək
etməlidir .
İdmanla məşgul olmaq uşaqlara fiziki bacarıqla yanaşı, yoldaşları ilə paylaşma vərdişi, qrupla
işləmə, qarşıya qoyulan hədəfə birlikdə nail olma bacarığını formalaşdırır. Bundan başqa uşaqlarda
aktiv həyat tərzi formalaşır, böyümə və inkişaf daha yaxşı olur, xəstəliklərlə mübarizədə immun
sistemi daha da güclənir, artıq çəki problemi olmur, sümüklər, bədənin hərəki sinir sistemi inkişaf edir,
diqqəti cəmləmək xüsusiyyəti formalaşır. İdmanla məşğul olan uşaqlar daha sağlam, ətrafı ilə
münasibətdə daha anlayışlı, təvazökar, dostcanlı və digər keyfiyyətlərə malik olurlar.
Oyun – İbtidai sinif uşaqlarının asudə vaxtlarının əsasını oyun təşkil edir. Görkəmli pedadqoq
Makarenko deyirdi: Yaşlı adamın həyatında iş, fəaliyyət nə kimi əhəmiyyətə malikdirsə, uşağın da
həyatında oyun o qədər vacib və əhəmiyyətlidir. Oyun fəaliyyəti ilə uşaq öz gələcəyinin əsasını
yaradır, uşaq oyunda necədirsə, sonrakı işində də bir çox cəhətdən elə olacaqdır. O, oyun ilə gələcək
mühitini qurur, oyuncaq ilə əşyalarını, oyun yoldaşları ilə isə gələcək münasibətlərini tarazlayır.
Uşaqlar oyun oynadıqda valideynlər onların davranışlarına diqqət etməlidirlər. Çünki uşaq oyun
fəaliyyətində özünü necə aparırsa, bu, gələcəkdə onun xasiyyəti kimi formalaşa bilər. Onu daha çox
oynaya-oynaya öyrənə biləcəyi oyunlara sövq etmək lazımdır. Didaktik oyunlar uşaqların boş
vaxtlarını səmərəli keçirmələri üçün mühüm vasitələrdəndir. Burada uşaq həm əylənir, həm də öyrənir.
Stolüstü oyunlar- Uşaqların asudə vaxtlarının səmərəli təşkili baxımından bir vasitə də stolüstü
oyunlarıdır (domino, şahmat, dama). Bu oyunlar sayəsində uşaqların həyatında mühüm dəyişikliklər
etməyimiz mümkündür. Boş vaxtını dama, şahmat, domino oynayaraq keçirən uşağın tez qərar qəbul
etmək qabiliyyəti inkişaf edir. Uşaq bir həmlənin oyunun gedişinə necə təsir edə biləcəyini, yaranan
yeni vəziyyətin necə nəticələnəcəyini, səbəb-nəticə münasibətini bu oyunlarda daha yaxşı anlayır və
qavrayır. Həmçinin uşağa qələbə əzmini də bu oyun vasitəsilə daha tez aşılaya bilərik.
Gəzinti və ekskursiyalar uşaqların estetik zövqünün, dünyagörüşünün formalaşmasında əvəzsiz
rol oynayır. Məktəblini cəlb edən tamaşalar, zooparka, sirkə, muzeyə getmək, akvoparka
aparmaq,velosiped sürmək,təbiətə gəzinti təşkil etmək, fotoşəkillər çəkmək uşaqları şən əhval-ruhiyyə
edir, yaradıcılığa, təhsilə marağını artırır.
Bütün bu sadalanan məşğuliyyətlər asudə vaxtın səmərəli və maraqlı keçməsinə xidmət edir,
məktəblini enerji ilə təmin edir, onu gələcəyə hazırlayır, tənbəllikdən və mənfi hərəkətlərdən və
vərdişlərdən xilas edir, onlarda əsl mənəvi xarakterin və hətta onların taleyinin formalaşmasına kömək
edir,onu zirvələri fəth etməyə çağırır, vətənə, anaya, dosta səadət hissi oyadır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1443
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Rəsm- Rəsm çəkmək də uşaqların boş vaxtlarını dəyərləndirməkdə səmərəli vasitədir. Rəsmlə
məşğul olan uşaqların fantaziyaları, düşünmə qabiliyyətləri daha dolğun xarakter alır. Onlar öz
dünyagörüşlərini, təfəkkür formalarını rəsm vasitəsi ilə ortaya qoymağa çalışırlar. Rəsm çəkmək
uşaqların
bədii
zövqünü,
təxəyyülünü,
yaradıcılıq
qabiliyyətini
inkişaf
etdirir,onda gözəl duyğular aşılayır. Bu məşğuliyyət zamanla istedada çevrilə bilər.
Musiqi - Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi yollarından biri də musiqi dinləmək və
ona maraq göstərməkdir. Musiqi insanın daxilində olan mənfi enerjinin azalmasına, müsbət enerjinin
artmasına səbəb olur, onu dözümlülüyə, təmkinliyə hazırlayır. Asudə vaxtlarında musiqi ilə məşğul
olan uşaqlarda dinləmək mədəniyyəti, əgər bir musiqi alətindən istifadə edirsə, onda ritm tutmaq,
melodiyanı qavramaq qabiliyyəti inkişaf edir, ixtiyari diqqəti gücləndirir.
Oxumaq- Bütün dövrlər üçün uşağın asudə vaxtının yaxşı dəyərləndirilməsinin ən ideal vasitəsi
oxumaqdır: bu, kitab, qəzet, jurnal və ya elektron məlumat bazası ola bilər. Mütaliə uşaqların
dünyagörüşünü, mədəni səviyyəsini, nitq qabiliyyətini, biliyini artırmaq üçün əvəzsiz rola malikdir.
Uşaqlar üçün yazılan əsərlər onları doğruluğa, humanistliyə, vətənpərvərliyə, qəhrəmanlığa çağırır.
Belə ki, nağıl oxuyan uşaq öz təxəyyülündə fantaziyanı gerçəyə çevirə bilir. O, nağıllarda olan müsbət
xarakterlərə rəğbəti ayırd edərək gələcək həyatında xeyirxah olmağa can atır. Qəhrəmanlıq
dastanlarında uşaq müsbət obrazları özünə ideal seçir. Bu da uşaqları vətənpərvərlik ruhunda tərbiyə
etmək baxımından önəmlidir.
Dostları ilə paylaş: |