TƏHSİLİN İNKİŞAF PERSPEKTİVLƏRİ
Könül MİKAYILOVA
ARTPİ “Təhsil nəzəriyyəsi” şöbəsi
konulmikyilova@rambler.ru
AZƏRBAYCAN
Bütün dövlət başçıları ölkəsində iqtisadiyyatın, ticarətin, kənd təsərrüfatının, təhsilin inkişafı
istiqamətlərində müəyyən işlər görməyə çalışır. Bəs Heydər Əliyev şəxsiyyətini bu simalardan
fərqləndirən cəhətlər nədir? Nəyə görə biz, təhsildə, təlim və tərbiyədə onun rolunu və şəxsiyyətini
xüsusən dəyərləndiririk. Təbii ki, onun digər şəxsiyyətlərdən fərqləndirən cəhəti onun daha çox
qayğıkeş, vətənpərvər, hər hansı bir məsələlərə, problemlərə həssaslıqla yanaşma tərzi, düzgün və
optimist qərarlar qəbul etməsidir.
Uşaqlara xüsusilə qayğı və diqqət göstərən ulu öndər, 1 iyun uşaq bayramı günü elan etməklə
bərabər hər il özü şəxsən bu bayramlarda iştirak edir, uşaqlarla rəqs edir, onlara motivasiya, yüksək
əhval-ruhiyyə bəxş edirdi. Analıq himayəsindən məhrum olan, daun, talasimiya, əlil uşaqlarada ata
qayğıkeşliyilə nəvaziş göstərirdi. Bunun nəticəsi olaraq hər il azyaşlı uşaqlar dünya festivallarında,
müsabiqələrində, yarışlarında uğurlar əldə edirlər.
Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrlərdə yenicə müstəqillik əldə etmiş Azərbaycan
müharibə şəraitində yaşayırdı. Erməni təcavüzü nəticəsində ümumilikdə 657 ümumtəhsil, 300 digər
təlim-tərbiyə müəssisəsi, 242 məktəbəqədər müəssisə dağıdılmışdı. 130 min nəfərə yaxın Azərbaycan
məktəblisi və tələbəsi, eləcədə 20 minə yaxın təhsil işçisi köçkün düşmüş, təhsil sisteminə 1,5 milyard
Amerika dolları həcmində ziyan vurulmuşdur. Məcburi köçkünlər digər rayon məktəblərində
məskunlaşdıqları üçün əksər təhsil müəssisələrinin fəaliyyəti demək olarki dondurulmuşdur. Digər
sahələrdə olduğu kimi təhsildə də xaos yaranmışdı.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1420
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Ölkədə modern və dünya təcrübəsinə cavab verən təhsilin normativ-hüquqi bazası yaradılmalı,
təhsilin keyfiyyəti və əhatəliliyi gözlənilməklə dəqiq və düşünülmüş addımlar atılmalı idi. Təhsilin
inkişafı naminə hansı addımlar atıldı və hansı nəticələri verdi?
Təbii ki, ilk öncə qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər öz həllini tapmalı idi. Qaçqın və
məcburi köçkünlər üçün 680-dan çox təhsil müəssisəsi onların daha çox və sıx məskunlaşdıqları
ərazilərdə bərpa edildi. Müəllimlərlə psixoloji reablitasiya işləri aparılmaqla onların pedaqoji
fəaliyyəti bərpa olundu. Qaçqın və məcburi köçkünlər evlərlə təmin olunmaqla müvvəqqəti
yerləşdikləri təhsil müəssisələrindən köçürüldü və bununlada digər rayon məktəblərinin tədris
fəaliyyəti yenidən bərpa olundu. Ümumimilli lider H.Əliyev qaçqın və məcburi köçkün, şəhid
ailələrindən olan uşaqların ali təhsil müəssisələrində ödənişli təhsildən də azad edilməsi haqqında
fərman imzalayaraq onları təhsilə cəlb olunmasına imkan yaratdı. Üumtəhsil məktəblərində isə bu
ailələrdən olan uşaqlar pulsuz dərslik və dərs vəsaitləri ilə təmin olunurdular.
Naxçıvan Muxtar Respublikasında rəhbərlik etdiyi dövrlərdə ulu öndər 1991-ci ildə “Türkiyədə
formalaşmış yeni, milli və ümumbəşəri pedaqoji dəyərlərə malik təhsil təcrübəsinin Azərbaycanda
yayılması” məqsədilə Türkiyə ilə maarif körpüsünün, əməkdaşlıq körpüsünün təməlini qoydu. “Çağ”
öyrətim İşlətmələri Şirkəti Azərbaycanda fəaliyyətə başladı. Azərbaycan məktəblisini beynəlxalq fənn
olimpiadalarında ilk dəfə təmsil edən və təhsil sahəsində ölkəyə ilk beş medalı qazandıran da məhz
“Çağ” liseylərinin şagirdləri oldu. 1992-ci ildə Türk Dünyası Araşdırmalar Vəqfinin özəl Bakı Atatürk
liseyi, 1994-cü ildən Bakı Dövlət Universitetində Türkiyə Dəyanət Vəqfi tərəfindən maliyyələşdirilən
ümumtəhsil məktəbi – liseyi, 1994-95-ci illərdə Bakı Türk Anadolu liseyi fəaliyyətə başladı və məhz
bu təhsil müəssisələrinin məzunları xarici ölkələrdə təhsillərini davam etdirməyə nail olurdular ki, bu
da Azərbaycan məktəblisinin dünya təhsilinə, dünya təcrübəsinə inteqrasiyası idi.
1993-1994-cü tədris ilindən ali təhsildə ikipilləli sistemə - 4 illik bakalavriatura və 2 illik
magistraturaya keçildi. 1997-ci ildə bakalavriaturanın ilk buraxılışı oldu, eyni zamanda həmin il ilk
dəfə olaraq magistr hazırlığına başlandı. Məqsəd ilk növbədə təhsilalanların fasiləsiz təhsil almalarını
təmin etmək, dövrü tələblərə və şəraitə uyğunlaşmaq, sağlam rəqabət, yüksək intelektual və praktik iş
qabiliyyətini formalaşdırmaqdır. Bütün bunlarında nəticəsi olaraq bu gün Azərbaycan gəncləri öz
təhsillərini dünyanın qabaqcıl ölkələrində belə davam etdirməyə nail olurlar.
Azərbaycan türk dünyasının bir parçası olsada Azərbaycan xalqı bir xalq kimi varlığını sübut
edibdi. Lakin bəzi ziyalılar dilimizin türk dili ilə əvəzlənməsini tələb edir, onu bir türk ləhcəsi kimi
təqdim edirdilər. Hətta dərsliklərin üzərində “Türk Azərbaycan əlibası” yazılmasını da təkidlə israr
edirdilər. Lakin ulu öndər 1995-ci ildə “Azərbaycan dilinin müstəqil Azərbaycan Respublikasının rəsmi
dövlət dili kimi” elan etdi. Məhz həmin dövrlərdə H.Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdiril-
məsi haqqında”, “Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün qeyd edilməsi haqqında” fərman
və sərəncamlar imzaladı. Ümummilli lider hələ sovet dövründə ciddi müqavimətlərə baxmayaraq,
respublikamızda Azərbaycan dilinin dövlət dili statusunun 1978-ci il Konstitusiyasında əks
olunmasına nail ola bilmişdi. Bu gün Azərbaycan məktəbliləri fəxrlə öz ana dilimizdə yazır və danışır.
1999-cu ildə öz təsdiqini tapan “Təhsil islahatları“ proqramına və Təhsil Nazirliyinin həmin
proqramın onillik strategiyasına (2003-2013–cü illər) uyğun olaraq Təhsil sahəsində islahatlar həyata
keçirildi. Uzun müddətli islahatları həyata keçirmək üçün Azərbaycan hökuməti və Beynəlxalq İnkişaf
Təşkilatı arasında iki kredit sazişi imzalandı. Sazişlər “Təhsil islahatları”nı üç mərhələdə həyata
keçirməyə yardım edəcəkdir. Bu strategiyanın məqsədi yeni texnologiyaların çevik mənimsənilməsi,
əmək bazarına inteqrasiya olmaq, sağlam həyat tərzi formalaşadırmaq, ətraf mühitlə münasibətdə
düzgün seçim etmək imkanlanlarını təmin etməkdir.
Bu gün Azərbaycan ümumtəhsil məktəblərinin maddi-texniki bazası möhkəmləndirilib, tədris
prosesində informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə imkanları yaranıb,
məktəblilər yaddaş məktəbindən, yeni düşüncə və təfəkkür məktəbinə doğru uğurla addımlayır.
Doğma dilimiz dövlət dili səviyyəsində dünyada tanınır, hər il 21 fevralı Beynəlxalq Ana dili günü
kimi qeyd edilir. Azərbaycan gəncləri ali təhsil almaq üçün dünyanın qabaqcıl ölkələrinə üz tutduqları
kimi, hər il dünyanın müxtəlif ölkələrindən də yüzlərlə tələbə Azərbaycan ali təhsil müəssisələrinə üz
tutur. Bu da təhsilimizin dünya standartları səviyyəsində olmasını bir daha təsdiqləyir. Bütün bu
sadalanan uğur və nailiyyətlərin təməlini ümummilli lider Heydər Əliyev qoyub. Onun şəxsiyyətinin
təhsilimizin inkişafında və perspektivlərində rolu əvəzedilməzdir və danılmazdır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1421
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Y.V.ÇƏMƏNZƏMİNLİ ŞƏXSİYYƏTİNİN TƏŞƏKKÜLÜ
Кönül HƏSƏNQİLİYEVA
ADPU
arslan_mustafa65@bk.ru
AZƏRBAYCAN
Azərbaycan mütəfəkkiri Yusif Vəzir Çəmənzəminli milli ideologiyanın aparıcı xətti olan
azərbaycançılıq ideyasının təşəkkülündə və inkişafında əvəzsiz rolu olan bir şəxsiyyətdir. Zəngin
tariхə malik Azərbaycan mədəniyyətinə, оnun təşəkkül və inkişafına Y.V.Çəmənzəminlinin verdiyi
töhfələr, оnun göstərdiyi хidmətlər diqqətdən kənarda qalmamışdır. Çəmənzəminli öz elmi-ədəbi
yaradıcılığında çох müхtəlif fəaliyyət sahələrini birləşdirir. Əslində оnun həyatı və yaradıcılığı çох
zəngin və mürəkkəb bir sistem təşkil edir. Çəmənzəminli ali savadlı hüquqşünas, böyük ictimia-dövlət
хadimi, Azərbaycan dövlətçilik və diplоmatiya tariхində хüsusi хidmətləri оlan səfir-diplоmat,
görkəmli ədib, qiymətli rоmanlar, ədəbi əsərlər müəllifi, çох nüfuzlu jurnalist-publisist, mütəfəkkir
alim kimi tanınmışdır. Həmçinin nəzərə almaq lazımdır ki, Çəmənzəminlinin həyatı və yaradıcılığı
tariхimizin üç mürəkkəb və maraqlı mərhələlərində cərəyan etmişdir, yəni Cəmənzəminli Azərbaycan
Хalq Cümhuriyyətinə qədərki dövrdə, Cümhuriyyət dövründə və Sоvet hakimiyyəti illərində fəaliyyət
göstərmişdir, həyatının müəyyən illəri Azərbaycanla yanaşı, Türkiyə, Ukrayna, Rusiya və Fransada
keçmişdir. Əsas diqqətini azərbaycanlıların millət kimi formalaşmasına yönəldən Çəmənzəminli hesab
edirdi ki, yad millətlər, xüsusilə farslar Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, dilinə çox mənfi
təsir göstərib. Bunun nəticəsində dilimiz və etnik mənşəyimizi unutmuşuq. Onun fikrinə görə, bundan
qurtulmaq üçün dilimiz saflaşmalı, türk məktəblərinin sayı artırılmalı, milli dahilər təbliğ edilməli,
Azərbaycan tarixi yazılmalıdır. Y.V.Çəmənzəminli hələ tələbəlik illərindən vurğunu olduğu doğma
xalqına, millətinə çatdırmaq istədiyi ideyaları özünün hekayələrində, məqalə və risalələrində,
romanlarında təsbit edərək ziyalılarımızı tariximizi və dilimizi öyrənməyə çağırıb. Hər şeydən öncə,
mütəfəkkirin əsas məqsədi Azərbaycan idealı uğrunda düşündüklərini ümumiləşdirmək və xalqı geniş
şəkildə maarifləndirmək idi. Yazıçının diqqət yetirdiyi başlıca məsələlərdən biri "əfkari-
ümumiyyə”yə, yəni ictimaiyyətə Azərbaycanı tanıtmaq idi. O yazırdı ki, dünyada ən böyük
qüvvələrdən biri ictimai rəydir. Topdan, tüfəngdən və zirehlilərdən də bu amil böyükdür. Odur ki, hər
kəs bu amilə yiyələnməyə çalışır.
Azərbaycan fəlsəfi, ictimai-siyasi və estetik fikir tariхində sanballı və çохşaхəli cərəyanlardan
biri də maarifçilikdir. Maarifçilər «düşünən zəkanı» cəmiyyət üçün hər şey hesab edirdilər, çünki оnun
qüdrətində dərin inam, insan şəхsiyyətinə, ləyaqətinə dərin hörmət və ehtiram var. Fikir və düşüncə
kimi ideyalar məhz buradan nəşət etmişdir. Azərbaycan maarifçi mütəfəkkirlərinin amalına хas оlan
bütün düşüncə tərzi, yüksək elmi baхışı Yusif Vəzir Çəmənzəminlinin dünyagörüşü üçün də ideal bir
məfkurənin davamı hesab etmək оlar.
Zəngin bədii, estetik-fəlsəfi-siyasi, əхlaqi ideyalar sistemi оlan Azərbaycan maarifçiliyinə dair
əsərlərdə əsaslandırılmışdır ki, maarifçilik fəlsəfi və ictimai-siyasi fikrinin kifayət qədər tədqiq
оlunmamış mütəfəkkirləri içərisində Y.V. Çəmənzəminli də vardır. Azərbaycanda maarifçilik
burjuaziyanın mənafeyini ifadə edən ideоlоgiya deyil, ümumən, хalqın, millətin mənafeyini ifadə edən
bir milli məfkurə kimi yaranmışdır. Çəmənzəminli də belə məfkurəyə хidmət edən sənətkar və dərin
düşüncəli mütəfəkkirdir. Azərbaycanın başqa inqilabçı-demоkratları, maarifçi mütəfəkkirləri kimi
Y.V.Çəmənzəminli də elm, mədəniyyət və maarifin inkişafını ön plana çəkmiş, vətən və хalq işi
uğrunda mübarizəni hər bir şəхsin cəmiyyət qarşısında müqəddəs bоrcu, əхlaqı və davranışı üçün
yüksək meyar sayırdı. Bir maarifçi kimi оnun fikrincə, ictimai quruluş dəyişməsə, siyasi azadlıq əldə
edilməsə şəхsiyyətin mənəvi azadlığından danışmaq yersizdir.
Yusif Vəzir 1930-35-ci illərdə Azərbaycan Neft İnstitutunda işləyən zaman, həmin institutda
çıxan "Əzizbəyov adına Azərbaycan qızıl Bayraqlı Neft İnstitutunun əxbari" jurnalında "Neft və onun
tarixi" adlı məqaləsi ilə bərabər bir çox məqalələr yazıb çap etdirmişdir. Yusif Vəzir bir çox
hekayələrini "Maarif və mədəniyyət" jurnalında və başqa mətbuat orqanlarında çap etdirir. Sonralar isə
"Qızlar bulağı", "Studentlər", "1917-ci il" adlı romanlarını çap etdirir. 1935-ci ildə "Həzrəti-Şəhriyar"
adlı komik pyesini bitirir. Uzun illər tədqiqatçıların diqqətindən kənarda qalan "Həzrəti-Şəhriyar"
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1422
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
komediyası, nəhayət, ilk dəfə 1980-ci ildən incəsənət toplusu "Qobustan" jurnalının 4-cü nömrəsində
çap olundu. Dünyada geniş tanınmış və bestsellerə çevrilmiş "Əli və Nino"nun Yusif Vəzir
Çəmənzəminlinin qələmindən çıxdığını iddia edən ədəbiyyatşünaslar var.
Yusif Vəzir tərcümələr üzərində də işləyirdi. O, L.Tolstoyun, İ.Turgenevin, A.Neverovun,
N.Qoqolun, B.Lavrenevin, L.Seyfulinanın, V.Hüqonun və s. bir neçə əsərlərini rus dilindən
Azərbaycan dilinə tərcümə etmişdi. O, kino-ssenarilərin tərcüməsi işində də fəal iştirak etmişdi.
Azərbaycan dilində ilk səsli film olan məşhur "Çapayev" filminin ssenarisini də Azərbaycan dilinə
1936-cı ildə Y.V.Çəmənzəminli tərcümə etmişdi. Yusif Vəzir 1937-ci ilin aprel ayında tamamladığı
"İki od arasında" adlı tarixi romanı işdən çıxarıldığı üçün çap etdirə bilməmişdi. Öz sağlığında nəşr
etdirmək qismət olmayan Yusif Vəzirin bu tarixi romanı ilk dəfə 1964-cı ildə "Azərbaycan" jurnalında
müəyyən ixtisarla "Qan içində" adı ilə çapdan çıxmışdı. Yusif Vəzir Yazıçılar İttifaqından
çıxarılmazdan 3-4 ay əvvəl yazdığı "Altunsaç" adlı kinossenarisini də "Azərfilmə" vermişdi. Geniş
mütəxəssis müşavirəsində oxunub bəyənilməsinə baxmayaraq "Azərfilmin" direktoru Merkel son
mərhələdə Yusif Vəzirə müraciət edərək demişdi, "Studentlər" romanınız tənqid edildiyi üçün sizinlə
müqavilə bağlaya bilməyəcəyəm. Yusif Vəzir tərcümələr üzərində də işləyirdi. O, L.Tolstoyun,
İ.Turgenevin, A.Neverovun, N.Qoqolun, B.Lavrenevin, L.Seyfulinanın, V.Hüqonun və s. bir neçə
əsərlərini rus dilindən Azərbaycan dilinə tərcümə etmişdi.
“Çəmənzəminli”, Yusif Vəzirovun təxəllüslərindən biridir. Yusif hələ uşaq ikən ailənin çətin
zamanlarında aclıq nəticəsində Cənubi Azərbaycanın Çəmənzəmin kəndindən qaçaraq Şuşaya pənah
gətirmiş və Yusifgilin həyətlərində sığınacaq tapmış Həsənxan, Nifti və Fərəc qardaşlarının basqa heç
bir qohumları onlara kömək etmir. Yusif sağaldıqdan sonra anasına deyir ki, əgər mən gələcəkdə adlı-
sanlı adam olsam, mütləq Cənubi Azərbaycandan gəlmiş sədaqətli qonşularımızın kəndlərinin adını
özümə təxəllüs qəbul edəcəyəm. Yusif Vəzirin "Çəmənzəminli" təxəllüsünü qəbul etməsi onun həmin
ailəyə bəslədiyi hörmət və məhəbbətdən irəli gəlir. Vəzirov “Çəmənzəminli” təxəllüsündən 1911-ci
ildən etibarən istifadə etməyə başlamışdır.1926-cı ildə Sovet Azərbaycanına qayıtdıqdan sonra o,
yenidən bu təxəllüslə yazmağa başlamışdı.
Bir sözlə, Çəmənzəminli azərbaycançılıq ideyasının tərkib hissəsi kimi, azərbaycanlıların
tarixinin, fəlsəfəsinin, mədəniyyətinin qələmə alınmasında mühüm işlər görüb. Mütəfəkkir hesab
edirdi ki, milli dövləti qorumaq və yaşatmaq üçün, ilk növbədə onun elmi əsasaları işlənib
hazırlanmalıdır. Bütün dünya millətləri bilməlidir ki, Azərbaycan gənc dövlət olsa da, onun şanlı
dövlətçilik ənənəsi, mədəniyyəti, fəlsəfəsi, ədəbiyyatı olub.
HƏSƏN BƏY ZƏRDABİNİN YARADICILIĞINDA
ƏXLAQ TƏRBİYƏSİ MƏSƏLƏLƏRİ
Nərgiz MƏMMƏDZADƏ
Bakı Slavyan Universiteti
nergiz1993.nm@gmail.com
AZƏRBAYCAN
XIX əsrin ikinci yarısı, XX əsrin əvvəlləri Azərbaycanın pedaqoji fikir tarixində
özünəməxsusluğu ilə seçilir. Bu dövrün məşhur maarifçi pedaqoqları olan M.F.Axundov, S.Ə.Şirvani,
N.B.Vəzirov, N.Nərimanov, R.B.Əfəndiyev, H.Zərdabi və başqaları ana dilli təlim uğrunda, xalqın
maariflənməsi, cahillikdən qurtulması uğrunda, millətinə, xalqına layiq olan vətəndaş yetişdirmək
üçün mübarizə aparmışlar.
XIX əsrin ikinci yarısında yaşamış ictimai xadim və görkəmli mütəfəkkirlərdən biri olan
H.Zərdabi Azərbaycan xalqının mədəni və elmi fikir tarixində iz qoymuş şəxsiyyətlərdən biri
olmuşdur. O, bütün fəaliyyəti boyu xalqının maariflənməsi, mədəni inkişafı yolunda əlindən gələni
əsirgəməmişdir. O, deyirdi: “Maarifdən, elmdən məhrum olan xalq işıqdan məhrumdur”. Onun
fəaliyyətinin əsasında xalqın zəhmətkeş nümayəndələrinin ağır həyat tərzini yüngülləşdirmək, onların
hüquqlarının qorunmasına çalışmaq dururdu. H.Zərdabinin ideyaları onun rəhbərliyi ilə 1875-ci il iyul
ayının 22-də çap olunan “Əkinçi” qəzetində öz əksini tapmışdır. Bu qəzet Azərbaycanın çap olunan ilk
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1423
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
milli qəzeti idi. H.Zərdabi “Əkinçi” vasitəsi ilə xalqı maarifləndirməyin təbliğini, cəhalətdən
qurtulmağı qarşısına məqsəd olaraq qoymuşdur. “Əkinçi” nin çap olunmuş müxtəlif nümunələrində o
dövrdə cəmiyyətdəki cahillik, mövhumat, ədalətsizlik tənqid olunur, bu tip cəhətlər insana məxsus
olan mənfi xüsusiyyətlər kimi təqdim edilir və pislənilirdi.
H.Zərdabinin dünyagörüşündə etika və əxlaq məsələləri mühüm yer tuturdu. H.Zərdabinin
yaradıcılığını araşdırarkən burada əxlaq tərbiyəsi ilə bağlı məsələlərə geniş yer ayrıldığını görürük.
Əxlaq tərbiyəsi tərbiyənin ən vacib tərkib hissələrindən biridir. Tərbiyə işinin həyata keçirilməsində
əxlaqi meyarlar üstün tutulan amillərdəndir. Əxlaq tərbiyəsinin əsas məqsədi insanlarda əxlaqi şüuru
və davranışı formalaşdırmaqdan ibarətdir. Tərbiyənin bu növü insanlarda humanizm, xeyirxahlıq,
vətənpərvərlik, ədalətlilik, insanlara qarşı hörmət, doğruçuluq, borc, şərəf, vicdan və s. bu kimi əxlaqi
keyfiyyətlərin formalaşdırılmasını təmin edir.
H.Zərdabinin yaradıcılığında rüşvətxorluq, ədalətsizlik, riyakarlıq kimi insana məxsus olan mənfi
keyfiyyətlər müsbət əxlaqi keyfiyyətlərlə müqayisə edilir. Bu tip mənfiliklər tənqid atəşinə tutulur.
Burada zəhmətkeş xalq nümayəndələri müsbət insani keyfiyyətlərə məxsus olan şəxslər kimi
göstərilir. Əhalinin daha yüksək təbəqələrinin timsalında isə riyakarlıq, qəddarlıq, müftəxorluq neqativ
hallar kimi təqdim edilir. H.Zərdabi irəli sürdüyü fikirlərində əxlaq tərbiyəsi ilə bağlı işləri həyata
keçirən zaman xalqın adət və ənənəsini nəzərə almağı, ona əsaslanmağı vacib hesab edirdi. O, əxlaqi
keyfiyyətlərin formalaşmasında xalqın mənşəyinin rolu olduğunu bildirirdi. H.Zərdabi insanların
mənəvi inkişafında, dünyagörüşünün formalaşmasında nəğmələrin, mahnıların təsiri olduğunu belə
ifadə edirdi: “Mahnı vacib şeydir. Ona binaən onun mənasını yaxşılaşdırmaq səyinə düşmək lazımdır.
Hər tayfanın vətəndaşlıq və millətin keçmişində olan yaman və yaxşı günlərini şərh edən mahnıları
olur ki, bu mahnılar ağızdan – ağıza düşüb milləti birləşdirməyə bais olur”. H.Zərdabi bu fikirlərini
“Əkinçi” qəzetinin nömrələrindən birində qeyd etmişdir. O, xalq şeir və nəğmələrini insanlar arasında
daha da geniş yaymaq məqsədilə bu nəğmələri “Türk nəğmələrinin məcmuəsi” adı altında toplamış və
bu məcmuənin əhaliyə pulsuz paylanılmasını təmin etmişdir. O, “Əkinçi” qəzetində çap olunmuş
“Kənd mirzələrindən хilаs оlmаlıyız” аdlı məqаləsində möhtəkirlərin törətdikləri cinаyətləri, sadə xalq
kütləsinə qarşı etdikləri haqsızlıqları, оnlаrın tüfеyli həyаt tərzini tənqid аtəşinə tutmuşdur.
H.Zərdabi o dövrdə kasıbların uşaqlarını, küçədə səfil həyat tərzi keçirən uşaqları məktəblərə
düzəltmək məqsədi ilə xeyriyyə cəmiyyəti təşkil etmişdir. Onun atdığı bu addımı həmin uşaqların
əxlaq tərbiyəsi istiqamətində görülmüş ən vacib işlərdən biri kimi qiymətləndirmək olar.
H.Zərdabinin fikrincə vətənpərvərlik insana məxsus olan ən vacib əxlaqi dəyərdir. Zərdabi o
dövrdə yaşayıb fəaliyyət göstərmiş tərəfdaşlarını vətənini sevən, onun adət və ənənələrinə hörmət
edən, əxlaqlı bir şəxsiyyət yetişdirməyə çağırırdı. O, özü də əsl vətənpərvər bir şəxsiyyət idi. Əlbəttə
ki, vətənvpərvərlik dedikdə təkcə öz vətənini sevmək nəzərdə tutulmur. Eləcə də onun inkişafı,
gələcəyi üçün xidmət göstərmək nəzərdə tutulur. Ana dilinin vətənpərvərliyin ən gözəl ifadəsi
olduğunu deyə bilərik. H.Zərdabi də öz fəaliyyəti boyunca ana dilli təlim uğrunda mübarizə
aparmışdır. O, M.F.Axundovdan sonra ana dilini yüksək zirvəyə qaldıran bir şəxsiyyət olmuşdur.
H.Zərdabi savad təlimi ideyasını irəli sürərək uşaqların ümumi təhsilini, ana dilində dünyəvi məktəblər
yaratmaq ideyasını əsaslandırıdı.
H.Zərdabinin əxlaqi keyfiyyətlərlə bağlı fikirlərinə aşağıda təqdim olunmuş nümunədə də rast
gəlirik. “Həqiqətən bizim bir-birimiz ilə xoruz-beçə kimi cəmaətin, ələlxüsus xaricilərin hüzurunda
döyüşməmiz çox eyibdir. Bizim bədbəxt müsəlman taifəsi qeyrilərdən geridə qalıb. Xalqın qəflətdən
oyana bilmədiyinin bir böyük səbəbi də budur ki, biz öz nəfsimizi öldürə bilməyib vacib işləri kənara
qoyub bir - birimiz ilə tutuşub qeyriləri özümüzə güldürürük. Bəsdir, belə məsləkdən əl çəkəlim”.
Burada Zərdabi bir növ insanları bir – birilə xoş rəftar etməyə, humanist və ədalətli olmağa səsləyir.
Tarixin istənilən dövründə cəmiyyətdə əxlaqi cəhətdən yüksək inkişaf etmiş şəxslərə böyük dəyər
verilmişdir. H.Zərdabinin əxlaq tərbiyəsi ilə bağlı irəli sürdüyü fikirləri bu gün də aktualdır. Düzdür,
bu gün cəmiyyətimiz nə qədər inkişaf etsə də nöqsanlar hər zaman olduğu kimi yenə də var. Təəssüf
ki, müasir dövrümüzdə cəmiyyətdə ədalətsizlik, qeyri - humanist münasibətlər, qəddarlıq, əxlaqsızlıq,
sərxoşluq, narkomaniya və s. bu kimi neqativ hallar insanların əxlaq tərbiyəsinin çatışmaz tərəfləridir.
Bu tip keyfiyyətlər cəmiyyətdəki əxlaqi mühitə ziyan gətirir. Bu gün cəmiiyyətimizin əxlaqi cəhətdən
yüksək inkişaf etmiş, əsl vətənpərvər gənclərə çox böyük ehtiyyacı var. Torpaqlarımızın iyirmi
faizinin işğal altında olduğu bir dövrdə yeniyetmələrin vətənpərvər ruhda yetişməsi olduqca vacibdir.
Yalnız əsl vətənpərvər olan şəxslər hər zaman qorxmadan, çəkinmədən vətənini qorumağa, onun
uğrunda canından keçməyə hazır olarlar.
|