Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə130/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   126   127   128   129   130   131   132   133   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1424



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Hal  -  hazırki  dövrümüzdə  cəmiyyətdə  insanlar  arasında  dəyərlərin  dəyişdiyini  nəzərə  alsaq 

əxlaqlı, əsl vətənpərvər şəxsiyyət yetişdirməyin çətin bir iş olduğunu deyə bilərik. Buna görə də əxlaq 

tərbiyəsi  istiqamətində  işlər  aparan  zaman  H.Zərdabinin  bu  sahədəki  məsləhətlərini  nəzərə  almaq, 

onlara əməl etmək lazımdır.  

 

 



HEYDƏR ƏLİYEV İRSİYYƏTİNİN                                              

MİLLİ-MƏNƏVİ TƏRBİYƏDƏ ROLU 

 

Sevda NAMAZOVA 

246 saylı məktəb 

namazova-71@mail.ru 

AZƏRBAYCAN 

 

Elmi  biliklərlə  yanaşı  təlim  prosesində  milli-mənəvi  və  bəşəri  dəyərlərin  də  uşaq  şəxsiyyətində 



formalaşması  təmin  edilməlidir.  Heydər  Əliyev  irsinin  zənginliyindən  faydalanmaqla  bu  kimi 

dəyərlərin  uşaqlarda  aşılanması  biz  müəllimlərin  ən  ümdə  vəzifəsidir.  Heydər  Əliyevin  sonsuz 

məhəbbətlə  uşaqları  sevməsi,  onlara  qayğı  və  diqqət  göstərməsi  onun  əməli  fəaliyyətində  öz  əksini 

tapmışdır.  Ulu  öndər  şəxsiyyətinin  öyrənilməsində  və  təbliğində  əsas  məqsəd  məktəblilərdə 

dövlətçilik,  vətənpərvərlik,  qətiyyətlilik,  liderlik,  zəngin  ziyalılıq  xüsusiyyətlərini  aşılamaqdır.  Bu 

məqsəddən  irəli  gələrək  uşaqlar  üçün  həyata  keçirdiyi  mühüm  hadisələrin  tarixindən  söhbət  açaraq 

onları bu ruhda tərbiyə etməyə çalışırıq.  

İrsiyyət  dedikdə  bəzən  valideynlər  tərəfindən  müəyyən  keyfiyyət  və  xüsusiyyətlərin  uşaqlara 

irsən keçməsi nəzərdə tutulur, amma nəzərə almaq lazımdır ki, anadangəlmə əlamətlərin hamısı heç də 

irsi  əlamət  hesab  olunmur.  Çünki  anadangəlmə  əlamətlər  bir  nəsildə  müşahidə  oluna  bilər,  lakin 

sonrakı nəsilə keçməyə bilər. İrsi əlamətlər isə nəsildən nəsilə ötürülən xüsusiyyətlərlə özünü biruzə 

verə bilər. Ona görədə uşaq şəxsiyyətinin inkişafında irsiyyət başlıca rol oynayır. Valideynlərin əxlaqi 

keyfiyyətlərini  uşaqlar  irsən  götürmürlər,  bu  onların  böyüdüyü  və  tərbiyə  aldığı  mühitdən  asılıdır. 

Uşaqların təlim və tərbiyəsində əsaslı rol oynayan müəllim gələcək nəslin formalaşmasında, gələcək 

cəmiyyətin quruculuğunda əsaslı rol oynayır və onlarda əxlaqi keyfiyyətləri formalaşdırır. 

Milli-mənəvi dəyərlər dedikdə isə hər bir millətin özünəməxsus xüsusiyyətləri, milli keyfiyyətləri 

nəzərdə tutulur. Milli-mənəvi dəyərlər hər bir Azərbaycanlı üçün əziz və müqəddəs bir söz olmalıdır, 

çünki bu dəyərlər bizim mənəvi sərvətimizdir, mənəvi nemətimizdir. Milli mənəvi tərbiyə ilk növbədə 

vətəndaşlıq  hisslərinin  formalaşdırılmasıdır.  Yaşadığın  ölkənin  vətəndaşı  olmaq  üçün  isə  vətənini 

sevməlisən, dövlətçiliyinin keşiyində dayanmalısan, doğma dilinə sadiq qalmalısan, tarixini, keçmişini 

bilməli  və  onu  yaşatmağı  bacarmalısan.  Hər  bir  vətəndaş,  ziyalı  öz  ana  dilini  üstün  tutaraq  onun 

incəliklərini öyrənməli, bu dildə sərras danışmağı bacarmalıdır. Şagirdlərin milli-mənəvi ruhda tərbiyə 

olunması müəllimlərin ən ümdə vəzifələrindən biridir. Çünki hər bir vətəndaş yüksək biliklərə sahib 

olmaya bilər, amma vətən torpaqları uğrunda şəhid olub, vətənini yad düşmənlərdən qoruya bilər.  

Şagirdləri milli, mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda tərbiyə etmək üçün həmişə Heydər 

Əliyev  şəxsiyyətinə  müraciət  edirəm.  Ulu  öndərin  uşaqlar  haqqında  dediyi  aşağıdakı  fikirlər  tərbiyə 

işimizin  əsasını  təşkil  edir.  “Uşaqlar  bizim  gələcəyimizdir.  Gələcəyimizi  nə  cür  tərbiyə  edəcəyiksə, 

böyüdəcəyiksə  ölkəmizin,  millətimizin,  dövlətimizin  gələcəyi  bundan  asılıdır”  deyən  ulu  öndər 

uşaqların  təlim  və  tərbiyəsinə  ciddi  yanaşmağı,  onlara  qayğı  və  diqqət  göstərilməsini  xüsusi 

vurğulayırdı.  

Bu  gün  biz  uşaqları  necə  tərbiyə  etməliyik?  Onlara  nələri  aşılamalıyıq  ki,  hərtərəfli  şəxsiyyət 

yetişdirə bilək.  

Təbii  ki,  biz  onları  planlı  və  məqsədyönlü  şəkildə  tərbiyə  etməliyik.  Uşağı  şüurunda  və 

davranışında ictimai  əhəmiyyət kəsb edən keyfiyyətləri aşılamalıyıq. Biz faktlar  əsasında nümunələr 

gətirməklə,  uşaqların  inamını  qazanaraq  onları  istiqamətləndirə  bilərik.  Bu  baxımdan  Heydər  Əliyev 

şəxsiyyətinə,  Heydər  Əliyev  irsiyyətinə  müraciət  edirik.  Şagirdlərə  aydınlaşdırıram  ki,  ulu  öndər 

yenicə  müstəqillik  qazanmış  Azərbaycanın  qorunması  üçün  vətənpərvər  olmaqla  hamıya  nümunə 

olmuşdu.  Ulu  öndər  torpaqlarımızın  işğaldan  azad  olunması  və  qaçqınların  doğma  yurdlarına 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1425



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

qaytarılmasına  hər  zaman  çalışmışdı.  Azərbaycanı  hər  cür  təcavüzlərdən  qorumaq  üçün  güclü  ordu 

yaratmağa nail oldu. “Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini 

təmin  edir,  orduya  da  daha  çox  güc  verir,  xalqın  da  öz  ordusuna  çox  etibar  etməsinə  əsas  verir”. 

Müharibə  şəraitində  olduğumuz  bir  vaxtda  şagirdlərin  lap  kiçik  yaşlarından  ordu,  qəhrəmanlıq, 

şəhidlik və sair anlayışlarla tanış etmək mühüm əhəmiyyət kəsb edir.  

Ulu  öndərin  insanlara  verdiyi  dəyər,  elinə-obasına  bağlılığı,  dilinə,  vətəninə  sədaqətini  mən 

həmişə  təlim-tərbiyə  prosesində  uşaqlara  aşılamağa  çalışıram.  Dövlət  tədbirlərində,  ictimaiyyətlə 

münasibətdə  olarkən,  ona  yaxınlaşan  yaşlı  insanlara  xüsusi  qayğı  və  diqqət  göstərərdi.  Onları  səbrlə 

dinləyər, hörmət, ehtiram əlaməti olaraq əlllərindən tutardı. Uşaqlarla bağlı tədbirlərdə də şəxsən özü 

iştirak edib, həvəslə onların şerlərini, böyük bir sevinclə, fərəhlə mahnılarını dinləyərdi. Gəncləri daha 

aktiv,  daha  fəal  olamağa,  yenilikləri  öyrənməyə  səsləyər,  onlar  üçün  müəyyən  şəraitlərin 

yaradılmasına çalışardı. Bu onun insanlara verdiyi dəyərdən irəli gəlirdi. 

Öz  elinə,  obasına  o  qədər bağlı  bir  insan  idi  ki,  həmişə  uşaqlıq illərinin  xatirələrini  dilə  gətirir, 

uşaqlıq və gənclik illərində tanıdığı insanlar haqqında xoş sözlər danışardı. Hətta özünün ən sevimli 

müəllimi Lətif Hüseynzadəyə xüsusi hörmət və ehtiramını bildirərdi.  

Uşaqlarda ana dilimizin təbliğinə, vətənpərvərlik hisslərinin aşılanmasına çox diqqət yetirən ulu 

öndər “Mənim həyatımın  məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, 

Azərbaycan  vətəndaşıdır.  Əgər  mən  buna  nail  ola  bilsəm,  ən  xoşbəxt  adam  kimi  həyatımı  başa 

çatdıracağam” deyərək öz vətənpərvərlik hisslərinin aliliyini bir daha cəmiyyətdə aşılamaqla çoxlarına 

örnək göstərirdi. Bu kimi hisslərin uşaqlarda aşılanmasında müəllimlərin rolunu xüsusi vurğulayan ulu 

öndər bu peşənin sahiblərinə hüsn və rəğbətini də təzahür edirdi.  

Heydər  Əliyev  şəxsiyyətinin  dahiliyi  onun  uşaqlara  qarşı  son  dərəcə  mərhəmətli  olması  idi.  O, 

uşaqlara hədsiz sevgi ilə doğma balası kimi münasibət bəsləyərək, onların təhsilinə və cəmiyyət üçün 

yararlı  olmalarına  çalışardı.  Biz  müəllimlərdə  vətən  qarşısında,  xalq  qarşısında  öz  vətəndaşlıq 

borcumuzu yerinə yetirmək üçün cəmiyyətə yararlı, ulu öndərin davamçıları ola biləcək şəxsiyyətlər 

yetişdirməliyik.  

 

 



M.NAMAZIN “HAMININ GÜNƏŞİ” ƏSƏRİNİN                            

İNTERAKTİV TƏLİM ÜSULU İLƏ ÖYRƏDİLMƏSİ 

 

Gülyaz ƏLİYEVA 

38 saylı Ağdam köçkün tam orta məktəb 



aeliyeva5@mail.ru

 

AZƏRBAYCAN 

 

“Həqiqi  dahi  o  insandır  ki,  ürəyi  hamı  üçün  döyünür”.  Nobel  mükafatı  laureatı  R.Rollanın  bu 



fikri  müstəqil  Azərbaycan  dövlətinin  qurucusu,  dünya  azərbaycanlılarının  fəxri  və  ümummilli  lideri 

H.Əliyevin həyat idealını çox dəqiq ifadə edir. Anadan olmasının 93 illik yubileyini fəxr və qürur hissi 

ilə  qeyd  etdiyimiz  qüdrətli  dövlət  xadimi  H.Əliyevin  ömür  yolu  nəcib  məqsədlərə,  işıqlı  ideallara, 

Vətənə və millətə təmənnasız olaraq xidmətin parlaq nümunəsidir.  

Şagirdlərin  vətənpərvərlik,  milli-mənəvi  dəyərlərə  sadiqlik  tərbiyəsində  ümummilli  lider 

H.Əliyevin  həyat  və  fəaliyyətindən  bəhs  edən  əsərlərin  xüsusi  tərbiyəvi  əhəmiyyəti  var.  Odur  ki, 

ibtidai  siniflərdən  başlayaraq  şagirdlər  bədii  nümunələr  əsasında  ulu  öndərin  həyat  və  fəaliyyətinin 

müxtəlif  anları  ilə  tanış  olur,  yuxarı  siniflərə  keçdikcə  bu  tanışlıq  daha  da  dərinləşir.  Bu  tanışlıq  nə 

üçün  lazımdır?  Çünki  onun  həyatı  və  xalq  üçün  etdiyi  fədakarlıqlar  müasir  gənclərimiz  üçün  örnək 

götürülməli,  bəhrələnməli  bir  həyat  məktəbidir.  Ulu  öndərin  işıqlı  obrazı  ilə  tanış  olduqca  şagirdlər 

vətəni  necə  sevməyi,  əsl  vətəndaş  olmağı,  ana  dilini  sevməyi  və  onu  bütün  incəliklərinə  qədər 

mükəmməl bilməyi, hər sözü zərgər dəqiqliyi ilə yerli-yerində işlətməyi alovlu vətənpərvər öndərdən 

öyrənirlər.  

Məsələn,  VI  sinifdə  şagirdlərə  dahi  rəhbərin  həyatının  müxtəlif  anlarından  bəhs  edən  iki  bədii 

nümunə  öyrədilir  ki,  bunlardan  biri  müasir  uşaq  ədəbiyyatının  görkəmli  nümayəndəsi  M.Namazın 

“Hamının  günəşi”,  digəri  isə  Ə.Qocayevin  “Tanrının  ərməğanı”  əsərləridir.  Hər  iki  əsər  nəqletmə 

xarakterli bədii nümunədir. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1426



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Yazımızda  biz  bunlardan  biri  haqqında  danışacağıq.  M.Namazın  “Hamının  günəşi”  əsəri  ulu 

öndərin  uşaqlara  diqqət  və  qayğısını  göstərmək,  uşaqların  isə  dahi  rəhbərə  sevgisini  ifadə  etməklə 

yanaşı,  ayrı-ayrı  hadisələrin  proqnozlaşdırılması  üzrə  bacarıqların  inkişafına  xidmət  baxımından  da 

əlverişlidir.  Bu  bacarıq  oxu  zamanı  fəal  düşünməyə  və  müəllifin  çatdırmaq  istədiyi  fikirləri  tam 

şəkildə  aydınlaşdıra  bilməyə  kömək  edir.  Bu  cür  oxu  üsulundan  istifadə  şagirdin  fəal  oxucu  kimi 

formalaşmasına yardım edir. . 

M.Namazın  H.Əliyevin  həyatının  bir  anından,  böyük  şəxsiyyətin  sadəliyindən,  uşaqlara,  gənc 

istedadlara  ciddi  önəm  verməyindən  bəhs  edən  əsəri  milli-mənəvi  dəyərlərimizə  bağlı  şəxsiyyətin 

formalaşmasında mühüm  əhəmiyyətə malik söz sənəti olmaqla yanaşı, həm də kurikulumda və təhlil 

strategiyasında önəm verilən interaktiv təlim texnologiyası, İKT vasitələrindən istifadə ilə öyrədilməsi 

baxımından  da  əlverişlidir.  Belə  ki,  bədii  nümunənin  oxusuna  başlamazdan  əvvəl  müəllim  ya  İKT 

vasitəsi  ilə  Milli  lider  haqqında  elektron  material  nümayiş  etdirir,  ya  da  texniki  imkanlar  məhdud 

olduqda şagirdlərlə birlikdə bu barədə söhbət aparır, Milli liderin anım gününü xatırladır. 

Proqram üzrə bu materialın dekabr ayına düşməsi də təsadüfi deyil. 

Əsəri oxumamışdan əvvəl müəllim şagirdlərlə belə bir dialoq apara bilər:  

-

 

Dekabr ayı hansı hadisələrə görə yadımızda qalıb? 



-

 

Sizcə, bizim keçdiyimiz mövzu kimə həsr olunur? 



-

 

Bu haqda proqnoz verə bilərsinizmi? 



M.Namazın  “Hamının  günəşi”  proqram  üzrə  nəqletmə  xarakterli  əsərlərdən  ikincisidir.  Bu  sinifdə 

şagirdlərə  nəqletmə  xarakterli  əsərlər  barədə  ilk  anlayış  K.Turanın  “Üç  nəfərin  imtahanı”  əsəri 

vasitəsilə verilmişdir. 

Əsərin oxusuna başlamazdan əvvəl müəllim kiçik bir müsahibə apara bilər: 

-

 

H.Əliyev deyəndə öncə sizin yadınıza düşən, ağlınıza gələn nə olur? 



-

 

 Şagird1:  –  H.Əliyev  deyəndə  öncə  mənim  yadıma  müstəqil,  suveren  Azərbaycan  və  onun 



üçrəngli bayrağı düşür. 

-

 



Nə üçün? 

-

 



Çünki  hər  ikisi  məhz  H.Əliyevin  adı  ilə  bağlıdır.  Müstəqil  Azərbaycanın  qurucusu  məhz 

H.Əliyevdir. 

-

 

Şagird2:  -  H.Əliyev  deyəndə  mənim  gözlərim  önünə  nəhəng,  böyük,  qollu-budağlı,  kökləri 



torpağın dərin qatlarına qədər gedən çinar ağacı düşür. 

-

 



Nə üçün? 

-

 



Çünki  H.Əliyev  də  gücü,  qüvvəti  torpaqdan,  xalqdan  alırdı  və  onun  minlərlə,  milyonlarla 

davamçısı, vətənini, yurdunu sevən yurddaşı – xalq var idi. 

-

 

Şagird3:  -  Heydər  Əliyev  deyəndə  mənim  yadıma  başı  qarlı,  “qüdrətdən  səngərli,  qalalı”, 



məğrur  dağlarımız  –  Heydərbaba  dağı  düşür.  Çünki  o  da  siyasət  aləminin  çətinliklərinə  dağ 

kimi dözdü, xalqını fəlakətlərdən qorudu. 

Qısa  müsahibədən  sonra  əsərin  oxusu  üçün  hazırlıq  işləri  yerinə  yetirilir.  Müəllim  əsəri  ucadan 

oxuyur. Şagirdlər aşağıdakı cədvəli dəftərlərinə çəkirlər. 

 

 P r o q n a z 



 Əsərdə verilən variant 

 

Şagirdlər  proqnozları  ucadan  səsləndirmədən  dəftərlərinə  yazırlar.  Oxu  davam  etdikcə  II  sütundakı 



mətndə verilən variant yazılır. Oxudan sonra həqiqətə ən yaxın proqnoz müəyyən edilir. 

Həmçinin  əsərə  uyğun  gəlməyən  hansı  proqnozun  doğru  olmasını  istərdiniz?  –  sualı  şagirdlər 

tərəfindən  cavablandırılır.  Əsərin  məzmunu  mənimsənildikdən  sonra  ümumiləşdirilmə  aparılır  və 

ideya çıxarılır. Şagirdlər belə qənaətə gəlirlər ki, dahi rəhbər H.Əliyev uşaqları çox sevirdi; onlara öz 

qayğısını  əsirgəmirdi.  Vaxtının  az  olmasına,  yoğun  iş  rejiminə  baxmayaraq,  o,  daim  uşaqlara  vaxt 

ayırır,  onların  tədbirlərində  iştirak  edir,  hər  bir  uşağı  sevindirməyə  çalışırdı.  Fidan  əbəs  yerə  onu 

“hamının günəşi” adlandırmırdı. Çünki H.Əliyev Günəş kimi öz işığını heç kəsdən əsirgəmir, hamının 

üzərinə  şəfəq  saçır,  hamını  isindirir  və  bütün  qaranlıqları  nurlandırır,  aydınladırdı.  Xəzər  kimi,  Göy 

göl kimi, Şah dağ kimi o da bütün Azərbaycanındır.  

H.Əliyev Azərbaycanın milli sərvətidir. Milli sərvət isə heç kimə deyil, bütün xalqa məxsusdur. 

Sonra şagirdlər mətnin janrını müəyyənləşdirirlər. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1427



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

M.Namazın “Hamının günəşi” proqram üzrə nəqletmə xarakterli əsərlərin ikincisidir. Bu sinifdə, 

yəni  VI  sinifdə  şagirdlərə  nəqletmə  xarakterli  əsərlər  barədə  ilk  anlayış  K.Turanın  “Üç  nəfərin 

imtahanı”  əsəri  vasitəsilə  verilmişdir.  Həmçinin  bundan  əvvəl  öyrəndikləri  əsərlərdə  şagirdlər  bədii 

təsvir  vasitələrindən  epitet  və  təşbeh  haqqında  da  ilkin  biliklərə  yiyələnmişlər.  Odur  ki,  onlar 

deklorativ  biliklərə  əsasən  söyləyirlər  ki,  mətn  nəqletmə  xarakterlidir.  Demək,  epik  növdədir,  kiçik 

həcmlidir, bir hadisə nəql olunur. Demək, hekayə janrındadır. 

Sonra  şagirdlər  qeyd  edirlər  ki,  hekayədəki  bahar  kimi,  günəş  kimi  ifadələri  təşbehdir. 

Bənzətmənin  bir  növü  olan  təşbehdə  4  ünsür  olur:  Bənzəyən,  bənzədilən,  bənzətmə  qoşması  və 

bənzətmə vasitəsi. Burada H.Əliyev bənzəyəndir. Günəş bənzədiləndir, kimi isə bənzətmə qoşmasıdır, 

bənzətmə vasitəsi isə parlaqlıqdır. Burada bənzətmənin 2 ünsürü iştirak edib. Yaradıcı tətbiqetmə kimi 

şagirdlərə mətni öz sözləri ilə davam etdirmək tapşırılır və evə tapşırıq kimi M.Namaz haqqında əlavə 

məlumat toplamaq tövsiyə olunur. Müşahidə göstərir ki, şagirdlər Ulu Öndərin həyatından bəhs edən 

əsərləri  çox  böyük  maraqla  oxuyurlar  və  dahi  rəhbərin  işıqlı  obrazı  onların  yadından  çıxmır, 

şagirdlərin vətənpərvərlik tərbiyəsində çox böyük rol oynayır. 

Sonda yazının əvvəlindəki R.Rolanddan gətirdiyimiz sitatı xatırlatmaq istəyirəm: “Həqiqi dahi o 

insandır  ki,  ürəyi  hamı  üçün  döyünür”.  H.Əliyev  məhz  belə  insan  idi.  Ürəyi  hamı  üçün  döyünən  – 

Hamının Günəşi. 

 

 

SAĞLAMLIQ İMKANLARI MƏHDUD OLAN KİÇİK YAŞLI 



MƏKTƏBLİLƏRİN İNKLÜZİV TƏHSİL ŞƏRAİTİNDƏ                    

TƏLİMİNƏ VERİLƏN TƏLƏBLƏR 

 

Aynur VƏLİYEVA 

Azərbaycan Müəllimlər İnstitutu 



veliyeva_86aynur@mail.ru

 

AZƏRBAYCAN 

 

Cəmiyyət  yarandığı  dövrdən  etibarən  sağlamlıq  imkanları  məhdud  insanlar  mövcud  olmuş  və 



indiki dövrümüzədək bu həsas mövzu müxtəlif ixtisaslı insanlar tərəfindən işlənmiş və öz aktuallığını 

hər dövr üçün saxlamışdır. Ötən əsrlərdə bu cür insanlara qarşı daha qəddar yanaşmalar vardır. Elm və 

mədəniyyət sahələrindəki inkişaf sürətlə artdığı müasir dövrdə insanların baxışlarıda müsbət mənada 

dəyişmişdir.  Yaşadığımız  ölkədə  də  bu  insanlara  diqqət  gündən-günə  artır.  Onların  hər  sahədə 

qarşılaşdığı  problemlər  müxtəlif  səviyyədə  həll  edilməyə  başlanmışdır.  Dövlət  səviyyəsində  xüsusi 

qayğıya ehtiyacı olan insanlar üçün proqramlar hazırlanır.  

Təhsil 

sahəsində 



İslahat 

proqramının 

demokratikləşdirilməsi, 

humanistləşdirilməsi, 

differensiallaşdırılması  və  fərdiləşməsi  prinsipləri,  təhsil  alana  şəxsiyyət  kimi  münasibət  bəsləməyi, 

onun  təlim-tərbiyə  prosesində  əsas  subyektə  çevrilməsini,  hər  bir  uşağa  daha  demokratik  yanaşmağı 

tələb  edir.Bu  baxımdan  xüsusi  qayğıya  ehtiyacı  olan  uşaqlara  təhsil  imkanı  yaratmaq,  onların 

ailələrinə  dəstək  vermək  vacib  məsələlərdən  birirdir.  Respublikamızda  müvafiq  qanunvericilik 

bazasının yaradılması nəticəsində “Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili”nin təşkilinə əlverişli 

zəmin  yaradılmışdır.  Belə  ki,  2001-ci  ilin  iyulunda  prezident  Heydar  Əliyev  tərəfindən  “Sağlamlıq 

imkanları  məhdud  şəxslərin  təhsili  (xüsusi  təhsil)  haqqında”Azərbaycan  Respublikası  Qanunu  qəbul 

edilmişdir.Qanunun  icrasının  təmin  edilməsi  məqsədilə  Nazirlər  Kabinetinin  03.02.05-ci  il  tarixi  ilə 

Azərbaycan Respublikasında “Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq ehtiyacları məhdud) uşaqların 

təhsilin  təşkili  üzrə  inkişaf  proqramı  təsdiq  edilmiş,  Azərbaycan  Respublikası  Təhsil  Nazirinin 

25.03.05-ci  il  tarixli,192  nömrəli  əmrinə  əsasən  İnkişaf  Proqramının  (2005-2009-cu  illər)  icrası  ilə 

əlaqədər fəaliyyət planı işlənib hazırlanmışdır.  

Azərbaycan  Respublikası  Prezidentinin  2012-ci  il  29  dekabr  tarixli  fərmanı  ilə  təsdiq  edilmiş 

“Azərbaycan  2020:  gələcəyə  baxış”  İnkişaf  Konsepsiyasında  və  Azərbaycan  Respublikası 

Prezidentinin  2013-cü  il  24  oktyabr  tarixli  nömrəli  sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan 

Respublikasında  təhsilin  inkişafı  üzrə  Dövlət  Strategiyası”  sənədlərində  dəsağlamlıq  imkanları 

məhdud insanlarla bağlı nəzərdə tutulan məsələlər bu sənədlərdə öz əksini tapmışdır. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1428



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

İnkişaf etmiş ölkələrdə xüsusi qayğıya ehtiyacı olan insanlara baxışlar tam başqadır. Yəni həmin 

insanlara  “yardım”  anlayışı  deyəndə  birinci  mövqədə  onlara  təhsil  vermək  nəzərdə  tutulur  və  öz 

ayaqları  üstündə  durmaları  üçün  müxtəlif  peşələr  öyrədilərək  işlərlə  təmin  edirlir.  Son  məqsədə 

çatmaq üçün ilk iş bağça və orta məktəblərdən başlanır. Bunun üçün güclü şəkildə sistemli işlər gedir. 

Təhsil sahəsində inklüziya anlayışı əsas konsepsiya kimi götürülür.  

Kiçik yaşlı məktəblilərin öyrənmə və inkişaf prosesinə bir çox amillər təsir göstərir. Bu fikir həm 

tipik,  həm  də  xüsusi  qayğıya  ehtiyacı  olan  uşaqlar  aiddir.  Bu  amillərə  genetika,  anaların  doğuşdan 

əvvəlki  sağlamlığı,  doğuş  şəraiti,  doğuşdan  sonrakı  sağlamlıq  və  bioloji  vəziyyət,  ailələrin  təhsil  və 

maliyyə vəziyyəti, sosial və fiziki aləmlə münasibətləri, bu münasibətlərin onlara göstərdiyi təsirlər və 

s. daxildir. Bu amillər bir yerdə uşaqların nəyi və necə öyrəndiyinə, bizim onların inkişaflarına necə 

yardım edə biləcəyimizə təsir göstərir.  

Hər bir uşağın dərketmə fəaliyyətinin fərdi üslublarını nəzərə almaq və inkişaf etdirmək zəruridir. 

Uşaqların hər birini təlimin fəal iştirakçısına çevirmək üçün sinif mühitini onların fərdi təlim üslubları-

na uyğunlaşdırmaq lazımdır. Adi uşaqlar kimi xüsusi qayğıya ehtiyacı olan uşaqlar da müəyyən fərdi 

təlim  üslublarına  malikdirlər  (bəziləri  eşitmə  vasitəsilə  daha  yaxşı  qavrayırlar,  bəziləri  isə 

yoldaşlarının köməyilə və s.). Əsas onu yadda saxlamaq lazımdır ki, sinifdə mühitin əlverişli olması 

və hər bir uşağın ehtiyacını ödəməsi, bütün uşaqların təlimdə uğur əldə etmələrinə imkan yaradır.  

Müəllimlər  uşaqların  təlim  üslublarını  və  maraqlarını  təhlil  etməli  və  bunun  əsasında  təlim 

prosesini elə qurmalı, elə şərait yaratmalıdırlar ki, uşaqlar eksperimentlər aparmağa, problemlər həll 

etməyə  həvəslənsinlər.  Məşğələlər  və  mühit  uşaqların  bütün  duyğu  üzvlərindən  istifadə  edə 

bilmələrinə yardımçı olmalı, informasiyanı müxtəlif yollarla dərketmələrinə imkan yaratmalıdır.  

Sağlamlıq imkanları məhdud olan uşaqlar adi siniflərə daxil edilərkən inkişaf səviyyələrinə görə 

bir  çox  müsbət  və  arzuedilən  təcrübələr  əldə  edə  bilərlər.  Lakin,  maksimum  fayda  əldə  etmək  üçün 

müəyyən  uyğunlaşdırmaların  aparılması,  bir  sıra  strategiyaların  istifadə  edilməsi  vacibdir  Sağlamlıq 

imkanları  məhdud  olan  azyaşlı  uşaqlar  daxil  olduqları  siniflərdə  inkişafetdirici  mühitin  təşkili  və 

fəaliyyəti ilə bağlı strategiyaları nəzərdən keçirək: 

 



Sinif otaqlarında fiziki mühitin təşkili və materiallardan istifadə; 

 



Sinif otaqlarında sosial mühitin təşkili; 

 



Uşaqların üstünlük verdikləri əşya və fəaliyyətlərin muəyyənləşdirilməsi; 

 



Qaydaların strukturlaşdırılması; 

 



Strukturlu oyun fəaliyyətindən istifadə; 

 



Fiziki mühit və əşyalar 

Beləliklə,  sağlamlıq  imkanları  məhdud  olan  kiçik  yaşlı  məktəblilərin  inklüziv  təhsil  şəraitində 

təliminə verilən tələblər aşağıdakılardır: 

 



 Şagirdlər və müəllimlərin bərabər dəyərlərə malik olmasının tanınması; 

 



Şagirdlərin  yaşadığı  yerlərdə  yerləşən  məktəblərin  mədəni  həyatında  iştirak  etmə 

səviyyəsinin artırılması ilə yanaşı onların təcrid olma səviyyəsinin azaldılması; 

 

Məktəbin  yaxınlıqda  yaşayan  şagirdlərin  müxtəlifliyinə  tam  cavab  verə  bilməsi  üçün 



məktəbdə aparılan işin metodikasının yenidən qurulması; 

 



Biliklərin  əldə  olunması  və  bütün  uşaqların  iştirakının  tam  təmin  edilməsi  yolunda 

baryerlərdən azad olmaq. Bu, yalnız əlilliyi və ya “xüsusi təhsilə ehtiyacı” olan şagirdlərə aid deyil

 

 Manelərin  aradan  qaldırılması  və  ayrı-ayrı  uşaqlar  üçün  məktəbin  əlverişli  olmasının 



təhlili  və  öyrənilməsi,  yaxşılaşdırılması  ilə  bağlı  fəaliyyəti.  Bütövlükdə  uşaqların  mənafeyi  naminə 

islahatlar aparmaq; 

 

Şagirdlər arasınd fərq- bu pedaqji prosesə maneçilik törətməyən, əksinə, ona kömək edən 



resurslardır; 

 



Şagirdlərin yaşadıqları ərazidə yerləşən məktəblərdə təhsil almaq hüququnun tanınması; 

 



Həm şagirdlər, həm də müəllimlər üçün məktəbdə vəziyyətin yaxşılaşdırılması; 

 



Yerli  icmanın  dəyərlərinin  formalaşmasında,  eyni  zamanda  akademik  göstəricilərin 

artırılmasında məktəbin rolunun qəbul edilməsi; 

 

Məktəb və yerli icma arasında bir-birini dəstəkləyən münasibətlərin inkişaf etdirilmsəi



 

Təhsildə inklüziyanın, cəmiyyətdəki inklüziyanın bir aspekti kimi qəbul edilməsi. 



 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin