Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə138/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   134   135   136   137   138   139   140   141   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1463



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

pillələri arasında əlaqə və varislik ənənəvi proqramlarda öz ifadəsini aydın şəkildə tapmamışdır. Belə 

ki,  məktəbəhazırlıq  qruplarında  aparılan  bəzi  məşğələlərin  məzmunu  ibtidai  təlimdə  eynilə  təkrar 

edilir,  təlim  materiallarının  mürəkkəbləşdirilməsi,  inkişafetdiricilik  və  perspektivlik,  demək  olar  ki, 

nəzərə  alınmır.  Məktəbəqədər  təhsil  proqramında  nitqin  səs  mədəniyyəti  ilə  bağlı  bacarıqların  yaş 

dövrləri üzrə paylaşdırılmasında da varislik və perspektivliyə lazımi səviyyədə əməl olunmur, praktik 

biliklər biri digərinin təkrarı səciyyəsi daşıyır və bunun bəzi cəhətləri özünü ibtidai siniflərdə də gös-

tərir.  Ümumiyyətlə,  məktəbəqədər  təhsil  və  ibtidai  siniflərin  “Ana  dili”  proqramlarında  nitqin  səs 

mədəniyyəti,  lüğət  tərkibi,  nitqin  qrammatik  quruluşunun  formalaşması  ilə  bağlı  uşaqlara  aşılanması 

nəzərdə  tutulan  bacarıq  və  vərdişlərin  müəyyənləşdirilməsində  varisliyə  əsaslanan  müəyyən  sistem 

gözlənilsə də, burada müəyyən təkrarçılığa və hətta təcrübədə özünü doğrultmayan məqamlara yol ve-

rildiyi qabarıq şəkildə nəzərə çarpır.  

“Məktəbəqədər təhsilin proqramı (kurikulumu)” və ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün 

“Azərbaycan  dili”  fənn  kurikulumunda  varislik  prinsipinin  nə  dərəcədə  gözlənilməsi  məsələsinə 

gəlincə,  öncə  qeyd  etməliyik  ki,  ənənəvi  proqramlardan  fərqli  olaraq,  burada  məzmun  müəyyən 

istiqamətlər  üzrə  standartlaşdırılmış  bacarıqlar  şəklində  verilmişdir.  “Məktəbəqədər  təhsilin  dövlət 

standartı və proqramı” əsasında hazırlanmış “Məktəbəqədər təhsilin proqramı (kurikulumu)” fəaliyyət 

sahələri üzrə aşağıdakı təlim istiqamətlərini əks etdirir: 

1.

 

Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik 



2.

 

İdrakın inkişafı 



3.

 

Mədəni estetik və yaradıcı inkişaf 



4.

 

Sosial-emosional inkişaf . 



Məzmunun  işlənilməsində 7  əsas  prinsipdən  biri  kimi  götürülən  “uşaqların  məktəb  təliminə  ha-

zırlığının  zəruriliyi”  uşaqlarda  oxumaq  həvəsi,  məktəbə  müsbət  emosional  münasibətin  yaradılması, 

onların  məktəbə  uğurla  adaptasiya  olunması  kimi  xüsusiyyətlərin  formalaşdırılmasına  xidmət  edir. 

Proqramın  “İnkişaf  və  təlim  standartları”  bölməsində  orta  (3-4  yaş),  böyük  (4-5  yaş)  və  məktəbə-

hazırlıq  (5-6  yaş)  qrupları  üçün  bir-biri  ilə  şaquli  inteqrasiya  edilmiş  əsas  və  alt  standartlar 

hazırlanmışdir  ki,  bu  da  uşaqlara  aşılanan  bacarıqları  əhatə  edir.  “İdrakın  inkişafı”  fəaliyyət 

istiqamətində 3 əsas standartdan biri “2.1. Nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən 

istifadə  edir”  şəklində  ifadə  olunmuşdur.  Məktəbəhazırlıq  qrupunda  həmin  standart  tamın  hissələri 

kimi alt standartlara bölünmüşdür. 

Ənənəvi  proqramdan  fərqli  olaraq,  burada  məzmun  uşaqlara  aşılanması  vacib  bilinən  ən  zəruri 

bacarıqlar şəklində verilmişdir. Bu yanaşma ibtidai siniflərin “Azərbaycan dili” fənn kurikulumunda 

da  gözlənilmişdir.  Belə  ki,  nitqin  fəaliyyət  növləri  və  dilin  daxili  qurluşu  üzrə  müəyyənləşdirilən 

məzmun xətləri (“Dinləyib-anlama və danışma”, “Oxu”, “Yazı”, “Dil qaydaları”) şagirdlərin şifahi və 

yazılı nitq vərdişlərinin inkişafına xidmət edir. Əsası məktəbəqədər təhsldə qoyulan dinləmək və anla-

maq,  rabitəli  danışmaq  və  nitq  etiketlərindən  istifadə  etmək,  yaşıdları  və  böyüklərlə  qarşılıqlı 

münasibətlər və ünsiyyət qurmaq kimi nitq bacarıqları təhsilin bu mərhələsində şagirdin təqdim olunan 

nitq nümunələrini başa düşməsinə, düzgün tələffüz vərdişlərinə yiyələnməsinə, sadə nitq etiketlərindən 

istifadə  edərək  ünsiyyət  qurmasına  istiqamətlənmişdir.  Hər  iki  proqramda  (kurikulumda)  gözlənilən 

nəticələrin  uşaqyönümlü,  şagirdyönümlü  olması  onun  praktik  zəmində  tətbiqinə imkan  yaradır.  Yeni 

proqramlarda  önəmli  olan  hansı  biliklərin,  hansı  nəzəri  məlumatların  verilməsi  deyil,  hansı 

bacarıqların  qazanılmasıdır.  Təbii  ki,  bu,  nəticələrin izlənilməsində  varisliyin  gözlənilməsini  ümum-

pedaqoji tələb kimi şərtləndirir. Lakin ziddiyət burasındadır ki, məktəbəqədər təhsilin proqramı (kuri-

kulumu)  ümumtəhsil  məktəblərinin  I-IV  sinifləri  üçün  fənn  kurikulumlarından  sonra  hazırlanmışdır. 

Əgər  ümumtəhsil  məktəblərinin  ibtidai  siniflərində  yeni  proqramların  tətbiqindən  artıq  8  il  keçirsə, 

məktəbəqədər  təhsil  proqramının  tətbiqi  məsələsi  hələ  də  tam  olaraq  öz  həllini  tapmamışdır.  Buna 

baxmayaraq,  uşaqların  nitq  və  idraki  inkişafı  məsələlərində  varisliyə  əməl  olunması  təlimin 

mahiyyətindən  irəli  gələn  xüsusiyyət  kimi  əsas  və  alt  standartların  məzmunca  işlənilməsində  özünü 

göstərir 

Beləliklə, təhlil göstərir ki, istər ənənəvi, istərsə də yeni proqramlarda təhsilin bu mərhələləri üzrə 

nitq inkişafı baxımından nəzərdə tutulan məzmun arasında varisliyin gözlənilməsinə bu və ya digər sə-

viyyədə  əməl  olunmuşdur.  Lakin  ənənəvi  proqramlarla  müqayisədə,  yeni  proqramlarda  bu  əlaqə 

konkret bacarıqlar şəklində işlənildiyindən onu izləmək daha aydın və anlaşıqlı görünür. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1464



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

UŞAQLARDA YARADICILIQ BACARIQLARINI İNKİŞAF ETDİRMƏK 

 

Aygün ƏLİRZAYEVA 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 



aygunalirzayeva@hotmail.com

 

AZƏRBAYCAN 

 

Yeni bir dövrün başlanğıcında sürətli inkişaflar və yeniliklər bütün canlı aləmə təsir etməkdədir. 



Xüsusilə  yeni,güclü  və  yaradıcı  bir  insan  modelinin  yaradılması  üçün  ölkələrarası  rəqabət  əsəs 

mövzudur. 

Texnologiya sürətlə inkişaf edərkən bununla uzlaşabilən insan aktiv,uzaqgörən,özünü tanıyan və 

ifadə  edəbilən,ətraf imkanlarını  və  texnologiyanı  ən  yaxşı şəkildə  istifadə  edəbilən  yaradıcı  quruluşa 

sahib xüsusiyyətlərlə yetişdirilməlidir. 

Yaradıcı  fərd  yetişdirmədə  təhsil  proqramları  çox  vacibdir.Dovrümüzün  daha  çox  inkişaf 

etməsini  nəzərə  alaraq  bu  dəyişikliklərin  təhsil  proqramlarında  da  öz  əksini  tapmalıdır.Müasir 

təhsil:erkən  yaşlardan  başlayaraq  uşağın  düşüncələrilə  maraqlanmaq,onları  müşahidə  etmək  və 

yaradıcılıq  bacarıqlarını  inkişaf  etdirmək  məqsədi  daşıyır.Ənənəvi  təhsil  sistemi  isə  uşaqların 

yaradıcılıq  bacarıqlarını  zəiflədərək  əzbərçilik,verilənlərin  eynilə  tətbiq  edilməsi,təcrübənin  yoxluğu 

kimi öyrənmə yolu ilə inkişafa çox açıq olan yaradıcılığın qarşısını almaqdadır. 

Yaradıcılıq-uşaqların  həyatda  ilk  bacarıqlarıdır.Bu  bacarıq  uşaqlara  xüsusilə  də  erkən  inkişaf 

dövrlərində  çox  vacibdir.Araşdırmalar  göstərir  ki,incəsənət  fəaliyyəti  uşaqların  beyin  inkişafını 

surətləndirir.Bu  da  onların  bütün  sahələrdə  uğur  qazanmasına  yardımçı  olur.  Daha  çox  yaradıcılıq-

daha  yaxşı  yazı,  düçüncə  və  problem  həlli  deməkdir.  Bəzən  fikirləşirlər  ki,  uşaqların  akademik 

uğurları  yalnız  oxumaqla,yazmaqla,riyaziyyatla  və  s.  öyrənməklə  qazanıla  bilər.Lakin  uşaqların 

ehtiyacı  olduğu  ən  vacib  keyfiyyət  onların  yaradıcılıq  qabiliyyətlərini  inkişaf  etdirməkdir.  Onlar 

qazanmış olacaqları bu bacarıqları-hekayələr yazdıqda,problemləri həll etdikdə musiqi dinlədikdə və 

hətta çətin riyazi məsələləri həll etdikləri zaman istifadə edəcəklər.  

Çox insanlar ehtimal edirlər ki, yaradıcılıq fitri istedadı olanlar üçündür. Lakin əslində isə daxili 

istedada  nəzərən,yaradıcılıq  daha  çox  bacarıq  deməkdir.Məhz  bu  bacarıqlar  valideyinlərin  və 

müəllimlərin  köməyilə  uşaqlarda  inkişaf  etdirilə  bilər.  Bu  o  deməkdir  ki,  yaradıcılıq,  etdikləri  və 

edəcəkləri bütün işlərdə uşaqları uğura aparacaq açardır.Xüsusilə də Incəsənət Yaradıcılığı. 

Incəsənət yaradıcılığı fəaliyyəti inkişafın bütün sahələrində uşaqlara kömək olur:  

1.Fiziki inkişafda: 

Burada  xüsusilə  Psixo-motor  inkişaf  rol  oynayır.Psixo-motor  inkişaf-fiziki  böyümə  və  mərkəzi 

sinir sisteminin inkişafına parallel olaraq orqanizmin istəyə bağlı hərəkətlilik qazanmasıdır. 

Müəllimlər  incəsənət  yaradıcılığını  uşaqlara  təqdim  etdikləri  zaman  oların  böyük  və  kiçik 

əzələlərinin  inkişafını  və  həm  də  onların  əl-göz  koordinasiyasını  təmin  edən  üsulları  təqdim 

etməlidirlər.Rəngli  qələmlərdən,markerlərdən,boya  fırçalarından  və  s.  düzgün  istifadə  gələcəkdə 

uşaqların düzgün və dəqiq yazma bacarıqlarına müsbət təsir göstərəcək 

2.Sosial inkişafda:  

Yaxşı bir sənət təhsili alan uşaqlar, özlərinin və digər uşaqların qabiliyyətlərini doğru qəbul edən 

xüsusiyyətə  sahibdirlər.Və  beləliklə,  uşaqların  da  birlikdə  olduqları  zaman  danışabiləcəkləri, 

çalışabiləcəkləri,  müstəqil  olmaları  və  nəisə  düzəldəbiləcəkləri  bir  məkana  ehtiyacları  vardır.  Bu  da 

yalnız yaradıcılıq mühitinin yaranması ilə olar. 

Incəsənət  mühitində  olduqları  zaman  uşaqlar  birgə  işləyirlər,paylaşmağı  öyrənirlər,başqaları  ilə 

qarşılıqlı çalışırlar,təmizliyə cavabdeh olurlar.Bunlar sosial inkişafda müsbət və vacib dəyişikliklərdir 

3.Idrak inkişafinda: 

Uşaqların  inkişafı  və  təhsilində,önəmli  bir  yerə  sahibdir.  Uşağı  və  inkişafını  bilmək,insanı 

tanımaq deməkdir. Həyatın ilk illəri,fərdi inkişafın təməlini yaratmağı, təməl məlumat və bacarıqların 

bu  illərdə  qazanılması  səbəbilə  böyük  məna  daşımaqdadır.  Hətta  həyatın  ilk  illəri,uşaq  inkişafının 

surətlə getdiyi kritik illər olaraq da qeyd edə bilərik. Bu müddətdə surətlə inkişaf edən sahələrdən biri 

də İdrak inkişafı sahəsidir. 

İdrak  inkişafı,  uşağın  zehni  fəaliyyətlərini  əks  etdirir.  Hər  uşaq,birbirindən  fərqli  bir  idraki 

xüsusiyyət  və  bacarıqlarla  dünyaya  gəlmişdir.  İdrakın  inkişafında  yaradıcılığın  xüsusi  rolunu  qeyd 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1465



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

etmək  lazımdır.  Cəmiyyətin  və  insanlığın  inkişafında  yaradıcılıq  çox  vacibdir.Yaradıcılıq  insanın 

müəyyən  bir  bacarığını  ifadə  edir.Hər  bir  uşaqda  yaradıcı  olma  bacarığı  vardır.  Yaradıcılığın 

müddəti,dərəcəsi  və  təqdimi  uşaqdan  uşağa  fərqlilik  göstərə  bilir.  Yaradıcılıq  sayəsində  uşaq, 

hadisələri  özünə  görə  şərh  edir.  Yaradıcılıq  “bilinən  bir  şeydən  yeni  bir  şey  düşünmək,  sərbəst  bir 

sintezə  çatmaq,  bəzi  problemlərə  yeni  həll  etmə  yolları  tapmaq,daha  öncədən  istifadə  olunmamış 

münasibətlər arasında  əlaqələr qurmaq və beləliklə yeni bir düşüncəşəkli içində yeni təcrübə,fikir və 

məhsulları  üzə  çıxartmaq”kimi  vurğulanır.  Yaradıcı  düşünməyin  həyatımızdakı  ən  vacib  işi 

qarşılaşdığımız problemləri həll etməkdir. 

Balaca  yaşlı  uşaqlar  yaradıcı  incəsənət  fəaliyyətində  rənglərin  adını  öyrənir  və  formaları  ayırd 

edə bilirlər. Onlar öyrənirlər ki,iki əsas rəngin qarışımından ikinci yeni bir rəng əldə edirlər. 

4.Emosiyonal inkişaf: 

Yaradıcılıq  prosesi  zamanı  istifadə  edilən  rənglər,uşaqlara  emosional  olaraq  təsir  edər.Rəng 

seçimində  onlar  öz  xarakterlərindən  istifadə  edərlər.Canlı  rənglər  uşaqlara  daha  cəlbedici  görünə 

bilər.”Ən  çox  bəyəndiyin  rəng  hansıdır?”  və  ya  “hansı  rənglə  boyamaq  istəyirsən?”suallarına  adətən 

belə cavab verirlər: 

 “Qəhvəyi rənglə,çünki şokolad o rəngdədir.Mən də şokoladı sevirəm.” 

 “Mavi,çünki mənim gözüm mavi rəngdədir.Dəniz və göyüzü kimi.” 

Yaradıcı incəsənət  vasitəsilə  uşaqlar sözlə  ifadə  edə bilmədikləri  və  ya  çətinlik  çəkdiklərini  bu 

təcrübə  vasitəsilə  göstərə  bilirlər.Onlar  bəzən  sadəcə  özlərinə  vacib  olan  müəyyən  hissələri  öz 

işlərində,rəsimlərində əks etdirirlər. 

5.Təxəyyül (xəyal gücü) və təcrübə: 

Xəyal  gücümüz  olmasaydı  insan  olaraq  nə  sənət  nə  də  elmi  bir  inkişaf  müddəti  keçə 

bilməzdik.Dünyada bu gün yaşadığımız inkişafın təməlində var olmayanı beyinlərdə canlandıra bilmə 

gücümüzün olduğunu görərik.İstər məhşur bəstəkar və ya rəssam olsun, istərsə də böyük ixtira etmiş 

elm adamı olsun,hamısının ortaq nöqtəsi başlanğıc olaraq beyinlərində təsəvvür etdikləri bir xəyaldan 

yola çıxmış olmalarıdır. 

Fizioloji  olaraq  insan  beyni  iki  hissədən  ibarətdir,sağ  və  sol  yarımkürələr.Sol  beyin  məntiqi 

düşüncə və analitik proseslərdə istifadə olunur. Bura adətən məktəb təliminin riyaziyyat,oxu və digər 

elm dərslərini misal göstərmək olar.Sağ beyin emosional qavrayış,intuisiya və yaradıcılıq üçün istifadə 

olunur.Uşaqlar dünyaya sağ beyni inkişaf etmiş şəkildə gəlirlər.Buna görə də az yaşlı uşaqlarda xəyal 

etmə,təxəyyül gücü çox yüksəkdir. Onlar aktiv sağ beyin vasitəsilə buludları qırmızı olaraq rəngləyə 

bilər  və  ya  sizə  tamamilə  xəyal  məhsullu  bir  hekayə  qura  bilərlər.Uşaqların  beyni  tamamilə  canlı 

obrazlı çalışır. Rəsm şəklində çoxlu məlumatlar toplayırlar. 

Təəssüflər olsun ki,bizlər bunu alqışlayıb daha da inkişaf etdirmək əvəzinə,”Düzgün etməmisən, 

heç  qırmızı  bulud  olar?  Onları  mavi  rənglə  boyamalısan!”deyib  öz  məntiq  süzgəcimizdən 

keçirərik.Məhz  bu  səhvlər  nəticəsində  ortaya  çıxan  fərd  də,hisslərinin  və  xəyal  güclərinin  böyük  bir 

hissəsini  yox  etmiş,sadəcə  məntiq  oxlu  və  sol  beyin  mərkəzli  yaşamağa  çalışan,duyğu  zəkası  aşağı 

olan insanlara çevrilməkdədir. Elmadamları, sənətçilər, kəşfiyyatçılar,təəssüf ki bu insan formatından 

çox nadir çıxmaqdadır. 

Halbuki,uşaqların  hisslərinə  lazımi  dəyər  verməliyik,çünki  səbəbini  məntiqi  olaraq  açıqlaya 

bilməsək də,onların beyinaltı yaşadığı,topladığı təcrübələrin süzgəcindən keçərək,bizə ilk olaraq çatan 

doğru  məlumatlardır.Bu  baxımdan  da  məktəb  sistemində  yaradıcılıq  sahəsində  uşaqların 

proqramlaşdırılmış  mövzular  deyil,bir  qədər  də  təxəyyülündəkiləri  əks  etdirməyə  şərait  yaratmaq 

lazımdır. 

Düşünürəm  ki,  ümumiyyətlə  bu  istiqamətdə  aparılacaq  inkişaf  gələcəkdə  uşaqlarımızın  dünya 

görüşünün  artmasında,bütün  fənlər  arasında  əlaqə  yaratmaqda,  əyani  şəkildə  görüb,  öyrəndiklərini 

yaddaşlarinda  saxlayıb  və  bunları  da  müxtəlif  elm  sahələrinə  tətbiq  ede  biləcəklər.Nəyinki 

mətəbəqədər  təhsil  sistemində,hetta  orta  məktəb  sistemində  istifadəsi  məqsədyönlü  olardı.  Uşaqların 

sırf  dərs  fənlərilə  davamlı  olaraq  məşğulu  onlarda  yorğunluq  və  qısa  bir  zamanda  sıxıcı  hissi 

yaradacağını nəzərə alaraq Yaradıcılıq Bacarıqlarının inkişafı burada da aparılmalıdır. 

Yaradıcılıq daha görünən olur o zaman ki, valideyinlər və müəllimlər uşaqların ifadə prosesində 

daha  diqqətli  olur.Bu  baxımdan  da  bizlər  çalışmalıyıq  ki,onlara  yardımçı  olaq.Bəlkə  də  bizə  xırda 

görünən  və  əslində  isə  gələcək  həyatımız  üçün  önəm  daşıyan  bu  fikirlər.işlər  tərəfimizdən  düzgün 

qiymətləndirilmədikdə  inkişaf  edə  bilmir.Uşaqlar  elə  bir  həssas  varlıqlardılar  ki,atılan  hər  addimda 

onların fikir və düşüncələri unudulmamalıdır.Fikir və düşüncələrinə diqqət və hörmətlə yanaşılmalıdır. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1466



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

EKOLOJİ TƏRBİYƏNİN MÜASİR VƏZİYYƏTİ 

 

Səadət YUSİFOVA 

Bakı Slavyan Universiteti 



seadetmammmadova@gmail.com 

AZƏRBAYCAN 

 

İnsanın  ətraf  mühitə  təsir  səviyyəsi  ilk  növbədə  texniki  avadanlıqlardan  istifadəsindən  asılıdır. 



Bəşəriyyətin  inkişafının  ilkin  mərhələlərində  bu  təsir  çox  aşağı  idi.  Lakin  cəmiyyətin  inkişafı  ilə 

əlaqədar olaraq vəziyyət kökündən dəyişdi. Elm və texnikanın inkişafı nəticəsində cəmiyyətin təbiətə 

təsiri artır və insanlar çox ciddi problemlərlə qarşılaşır. İlk növbədə də “ekoloji problemlər”. 

Dünya  iqtisadiyyatının  inkişafı istehsal  sahələrinin  genişlənməsi  planetimizdə  ekoloji  tarazlığın 

pozulmasına  gətirib  çıxarmışdır.Bunun  nəticəsində  atmosfer  ,  biosfer,  hidrosferin  çirklənməsi,  ozon 

qatının  deşilməsi,  havanın  temperaturunun  amplitudunun  artması  bir  sıra  ekoloji  ptoblemlər 

yaratmışdır, hətta , qarşısı alınmazsa gələcəkdə böyük fəlakətlərin, ekoloji böhranların baş verməsinə 

gətirib çıxara bilər. Buna görə də hal - hazırda ekoloji proseslərin idarə edilməsi dünya ölkələrinin əsas 

prioritet  məsələrindən  biridir.Bunun  üçün  bir  sira  iqtisadi  mexanizlər  yaradılmış  və  təbiətin, 

ekologiyanın mühafizəsi üçün qəti addımlar atılmaqdadır. 

Ekologiya canlı və cansız  təbiətin qarşılıqlı  əlaqəsini öyrənən elmdir. Bu termini elmə ilk dəfə 

1866-cı  ildə  alman  bioloqu  Ernest  Hekkel  gətirmişdir.  Alimlər  güman  edirdilər  ki,  yeni  elm  sadəcə 

bitki  və  heyvanların  ətraf-mühitlə  əlaqəsini  öyrənməklə  məşğul  olacax.  Bu  termin  XX  əsrin  70-ci 

illərində  həyatımızda  dərin  kök  salmağa  başladı.  İnsan  fəaliyyəti  nəticəsində  buraxılan  səhvlər  və 

biganəlik ətraf mühitin tarazlığının pozulmasına, yaşadığımız dünyanın çirklənməsinə gətirib çıxardır. 

Bu  mənfi  təsir  tarix  boyu  həmişə  müşahidə  edilib.  Lakin  son  zamanlarda  bu təsir daha ciddi şəkildə 

özünü  göstərir.  Ancaq  bu  təsirlərlə  bərabər  son  zamanlarda  orta  məktəblərdə  ekoloji  tərbiyənin  və 

mədəniyyətin formalaşması üçün bir-birindən maraqlı tədbirlər həyata keçirlir. Tərbiyə məsələlərinin 

tədqiqi,  o  cümlədən  məktəblilərin  ekoloji  tərbiyə  məsələlərinin  öyrənilməsi  müasir  pedaqogikanın 

aktual məsələlərindəndir.  

Akademik M.Mehdizadə, proessorlar Ə.Seyidov, N.Kazımov, Ə.Həşimov, Ə.Ağayev, Y.Talıbov 

və  başqaları  təbiyətin  mühafizəsinin  vacibliyini  öz  elmi  işlərində  dəfələrlə  qeyd  ediblər.  Prof. 

Y.Talıbov ekoloji tərbiyə probleminə aid bir neçə məqalədə həsr etmişdir. Bundan başqa N.Məsimov 

fizikanın,  T.Tağıyev  kimyanın,  V.Qurbanov  zoologiyanın  tədrisində  ekoloji  tərbiyə  məsələrini 

araşdırmışdır.  L.Rzayeva  isə  ibtidai  sinif  şagirdləri ilə  ekoloji tərbiyə  işinin sistemi  üzrə  namizədlik 

disertasiyası yazmışdır. 

Məktəblilərin  ekoloji  tərbiyəsini  təkmilləşdirilməsi  məqsədilə  çoxlu  sayda  seminarlar  təşkil 

edilir,  söhbətlər  aparılır.  Bu  seminarların  keçirilməsində  əsas  məqsəd  məktəblilərin  ekoloji  təhsil  və 

tərbiyəsi  sahəsində  məktəbdənkənar  təhsil  müəssisələrinin  fəaliyyət  perspektivlərinin,  ictimaiyyətin 

maarifləndirmə  tədbirlərində  iştirakının  müzakirəsidir.  Ümumtəhsil  məktəblərində  ekoloji  təmayüllü 

siniflərin təşkili, ekologiyanın ayrıca fənn kimi tədris edilməsi, kimya və fizika fənlərində ekologiyaya 

aid mövzuların artırılması, buraxılış və qəbul imtahanlarında ekologiyaya aid sualların digər fənlərlə 

yanaşı testlərə daxil edilməsi, ümumtəhsil məktəblərində digər fənn kabinələri ilə bərabər “Ekologiya” 

kabinəsinin  yaradılması,  ümumtəhsil  məktəblərində  ekologiyanın  digər  fənnlərlə  inteqrativ  şəkildə 

öyrənilməsi,  ixtisas  yönümündən  asılı  olmayaraq  peşə  təhsili,  orta  ixtisas  və  ali  məktəblərin  bütün 

fakültələrində ekologiyanın icbari tədrisi ekoloji tərbiyə sahəsində aparılan tədbirlər sırasındadır. 

Ekoloji tərbiyənin müasir mərhələdə aşağıdakı xarakterik xüsusiyyətlərini qeyd etmək olar:  

1.

 



Ekoloji tərbiyə qlobal ekoloji böhran şəraitində keçir; 

2.

 



Ekoloji  tərbiyəyə  təbiət  və  humanitar  elmlərin  müasir  nailiyyətlərini  əks  etdirən  ətraf  mühit 

haqqında  elmlərin  və  ekologiyanın  inkişafının  yüksək  səviyyəsi  uyğun  gəlir;  ekologiyanın  elmi  və 

pedaqoji aspektlərinin inkişafı qarşılıqlı şəkildə bir-birini tamamlayaraq eyni zamanda baş verir; 

3.

 



Dünya  ictimaiyyəti  daha  aktiv  və  informasiyalaşdırılmış  oldu  ki,  bu  da  ekoloji  təhsildə 

beynəlxalq  əməkdaşlığın  rolunun  güclənməsinə  gətirib  çıxarır  və  Azərbaycanda  ekoloji  təhsilin 

inkişafının  spesifik  xüsusiyyətləri  və  onun  dünyada  tendensiyalarını  komporativ  (müqayisəli) 

pedaqogika əsasında aşkara çıxarmağa imkan verir.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1467



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Azərbaycan  Respublikasının  Konstitusiyasında  ilk  dəfə  «Hər  kəsin  sağlam  ətraf  mühitdə 

yaşamaq hüququ vardır» maddəsi öz əksini tapmışdır. (39–cu maddə). Konstitusiyada Azərbaycanda 

təbiətin mühafizəsi, mövcud ekoloji problemlərin həll edilməsi, təbii sərvətlərdən xalqımızın rifahının 

daha yaxşılaşdırılması naminə qənaətlə və səmərəli istifadə olunması öz əksini tapmışdır. 1996-cı ildə 

«Azərbaycanda  ətraf  mühitə  təsirin  qiymətləndirilməsi  prosesi  haqqında  əsasnamə»,  1998-ci  ildə 

Dovlət  Ekologiya  Komitəsi  tərəfindən  ətraf  mühitin  mühafizəsi  üzrə  Milli  Fəaliyyət  Planı  qəbul 

edilmiş, 1999-cu ildə Bakı şəhərində «Xəzər ekoloji mərkəzi» istifadəyə verilmişdir. 2001-ci lin -cu 

ildə 8 iyun tarixində «Ətraf Mühitin Mühafızəsi haqqında» Azərbaycan Respublikasının Qanun qəbul 

edilmişdir.  2001-ci  il  18  sentyabrda  Heydər  Əliyevin  fərmanı  ilə  «Ekologiya  və  Təbii  Sərvətlər 

Nazirliyi» yaradılmışdır. 2003-cü ildə isə əhalinin ekoloji maarifləndirməsinə xidmət edən «Əhalinin 

ekoloji təhsili və maarifləndirilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. 

Ətraf – mühitin qorunması sayəsində görülən bu işlərlə yanaşı ekologiyanı həm elm, həm də bir 

fənn  kimi  əlaqəli  şəkildə  öyrənmək  lazımdır.  Bu  səbəbdən  ekologiyanının  əsaslarını  ümumtəhsil 

məktəblərində  təkcə  biologiya,  coğrafiya,  kimya,  fizika  fənlərinin  daxilində  deyil,  həmçinin, 

ədəbiyyat,  tarix,  riyaziyyat,  informatika,  incəsənət,  hərbi  hazırlıq,  əmək  təlimi,  musiqi  kimi  fənlərlə 

birlikdə öyrənmək daha effektli nəticə verər.  

Müasir  dövrdə  ekoloji  təhsilin  elmi  -  metodiki  təminatı  sahəsində  görülməli  olan  ilkin  tədbirlər 

aşağıdakılar olmalıdır:  

−  təhsil  standartlarına  ekologiya,  ətraf  mühitin  mühafizəsi,  təbiətdən  istifadə  və  ekoloji 

təhlükəsizlik  problemlərinin  olduğu  məsələlərin  daxil  olması  ilə  əsas  təhsil  proqramlarının  məcburi 

minimal məzmununu təyin edən bölmələrin salınması;  

−  ekoloji  təhsil  elementi  kimi  məişətin  ekologiyalaşdırılması  məqsədi  ilə  yaşayış  binalarının 

estetikləşdirilməsi üzrə («təbiətə kömək evdən başlayır») metodik tövsiyələr işləyib hazırlamaq; 

 − ekoloji təhsil və əhalinin maarifləndirilməsi sahəsində xidmət bazarının formalaşdırılması üzrə 

tövsiyələr yazmaq;  

−  ekoloji  təhsil  sahəsində  regional  informasiya  metodiki  mərkəzlər  şəbəkəsi  yaratmaq  və  ən 

səmərəli təcrübəni ölkədə yaymaq;  

− ekoloji təhsil proqramını işləyib axıra çatdırmaq və ölkə üzrə qəbul etmək;  

−  ekoloji təhsil  üzrə  YUNESKO,  YUNEP  və  digər beynəlxalq təşkilatlarla  birlikdə  beynəlxalq 

məlumat bazası formalaşdırmaq; 

 −  yeni  və  ənənəvi  əməkdaşlıq  formalarının  uzlaşdırılması  əsasında  müxtəlif  regionların  və 

ölkələrin təhsil müəssisələri arasında ikitərəfli və çoxtərəfli əlaqələr qurmaq;  

−  YUNESKO  -  nun  rəhbərliyi  altında  həyata  keçirilən  ətraf  mühit  üzrə  elmi  tədqiqatların  və 

kadrların hazırlanması üçün fənlərarası yanaşma modelləri yaratmaqdır. 

Bu  gün  ümumtəhsil  məktəblərində  ekoloji  dünyagörüşünün  tərbiyə  olunmasının  imkanları  çox 

genişdir.  Yeni  istifadəyə  verilmiş  dərsliklər,  proqramlar,  kütləvi  informasiya  vasitələrindən  istifadə 

imkanları, ekoloji tərbiyə imkanlarını reallaşdırır. Bu sahədə dərsdənkənar tədbirlərin rolu daha böyük 

ola  bilər.  Sinif  rəhbərləri,  uşaq  və  gənclər  təşkilatları  “Gənc  ekoloqlar”adlı  dərnəklər  yaratmaqla, 

müxtəlif istiqamətlərdə iş apara bilərlər. 

Beleləliklə  aparılan  təhlillərdən  də  məlum  olur  ki,  ölkədəki  təhsil  islahatları,  dövlət  tələbləri 

səviyyəsində  müəllimlərə  verilən  müstəqillik,  təhsil  prosesinə  yaradıcı  münasibət,  yeni 

texnologiyaların  tətbiqi,  təhsilin  dünya  stsandartları  səəviyyəsində  yenidən  qurulmasında  mühüm  rol 

oynayır. Bu islahatlar çərçivəsində ekoloji təhsilin inkişafı və ekoloji dünyagörüşün formalaşmasıüçün 

geniş perspektivlər yaranmışdır. 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin