AZƏRBAYCANDA KADR HAZIRLAYAN İLK MƏKTƏBƏQƏDƏR
TƏHSİL MÜƏSSİSƏLƏRİNİN TƏŞƏKKÜLÜ VƏ FƏALİYYƏTİ
Ruhiyyə ƏSGƏROVA
ADPU
semedzade.g45@mail.ru
AZƏRBAYCAN
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan qadınının demokratik
cəmiyyətin fəal üzvünə çevrilməsi üçün geniş imkanlar yaratdı. Sovet hakimiyyəti illərində də
Azərbaycan qadını çox mürəkkəb və şərəfli yol keçmişdir, qadın gimnaziyaları qısa bir müddətdə
müəllim, həkim, mühəndis və şair peşələrinə yiyələnərək cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik
olması, öz istedad və bacarıqlarını gerçəkləşdirə bilməsi həmin dövrün başlıca nailiyyətləridir.
1921-ci il Azərbaycan tarixinə qadınların ilk qurultayı ili kimi daxil olmuşdur. Nəriman
Nərimanovun məruzə ilə çıxış etdiyi bu qurultayın əsas qayəsini qadın azadlığı ideyaları təşkil etdi.
Qurultaydan keçən qısa bir müddət ərzində Azərbaycan qadınlarının maariflənməsi, ictimai fəallığının
artırılması sahəsində böyük işlər həyata keçirildi. 1921-ci ildə qızlar üçün təşkil olunmuş
məktəbəqədər tərbiyə institutu bir il sonra ali qadın pedaqoji institutuna çevrildi. Ceyran
Bayramovanın təşəbbüsü ilə yaradılmış ilk qadın klubu bu dövrdə qadın hərəkatının inkişafında
mühüm rol oynadı. 1923-cü ildə "Şərq qadını" jurnalının nəşrə başlaması Azərbaycanda qadın hərəkatı
tarixində əlamətdar hadisə oldu.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1473
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
1922-ci ildə Ali Pedaqoji Qadın İnstitutuna çevrilib. İnstitutun ilk buraxılışı 1924-cü ildə olub.
Bu münasibətlə Nəriman Nərimanov məzunlara təbrik məktubu göndərib. 17 nəfər məzun (təhsil alan
104 tələbədən): Mələk Axundzadə, Humay Atakişizadə, Sənubər Əliyeva, Gövhər Usubova, Fatma
Tutayuq, Nəzirə Pipinova, Tutu Hacızadə, Şahluza Xızıbəyli, Sürəyya Xələfzadə, Xədicə Şahtaxtlı,
Şövkət Sadıqzadə, Səkinə Səfərzadə, Südabə Əlizadə, Gülruh Qazizadə, Şirin və Müqdənisə
Qiyasbəylilər, Xanımana Məmmədzadə Azərbaycanda ilk dəfə ali pedaqoji təhsil diplomu alıblar.
Azərbaycan hökumətinin 20-ci illərdə pedaqoji təhsil sahəsində gördüyü tədbirlərdən biri də
qadmların ali pedaqoji təhsilinin təşkili idi. Yeni həyat quruculuğunda qadmların iştirakmı təmin
etmək, xüsusilə təhsil almaları üçün geniş imkanlar yaratmaq vacib məsələlərdən biri sayılırdı.
N.Nərimanov respublikada ali pedaqoji qadm təhsili müəssisəsinin yaradılmasına xüsusi əhəmiyyət
verirdi. Onun təşəbbüsü və köməyi ilə Bakıda Məktəbəqədər Qadın Tərbiyə İnstitutu açıldı.
Azərbaycan Xalq Komissarları Sovetinin 1920-ci il 25 dekabr tarixli 11 saylı dekretində deyilirdi:
"Məktəbəqədər tərbiyə sahəsində təcrübəli kadrlar və rəhbər işçilər hazırlamaq, həmçinin qadmlar
arasında tərbiyə işlərini yaymaqdan ötrü 1921-ci ilin mart ayının 1-dən etibarən Bakıda birinci
Azərbaycan Qadın Məktəbəqədər Tərbiyə İnstitutu açılsın".
İnstitut II dərəcəli məktəblər üçün qadm müəllimləri hazırlayırdı. Orada üç hazırlıq qrupu və iki
ixtisas şöbəsi: ədəbiyyat və ictimaiyyat və təbiyyat şöbələri vardı. Institutda təhsil müddəti üç il idi.
İnstitut açıldığı il oraya 30 nəfər qadm qəbul olunınuşdu. Azərbaycan Qadm Məktəbəqədər Tərbiyə
İnstitutunun tələbələrinin çoxu oxumağa qəzalardan göndərilirdilər. İlk illər respublikada qadm
kadrlara ciddi ehtiyacı və tam orta təhsilli qadmların azlıq təşkil etməsini nəzərə alaraq, instituta orta
təhsilli olmayanlar da qəbul edilirdilər. İnstitutun rəhbəri A.N.Maginskaya, müəllim heyəti-Həsən
Mirzə Camalov, Azad Əmirov, Həmid Şahtaxtinski, bir qədər sonra isə A.N.Lukyanova,
K.A.Ordubadskaya, S.N.Xuramoviç (Talışinskaya), S.X.Osınanzadə, Z.M.Şahtaxtinskaya və başqaları
idilər. Məktəbə xüsusi tədris korpusu ayrılmadığından dərslər Darülmüəllimatmm binasında
keçirilirdi.
1921-22-ci tədris ilində institutda 54 tələbə vardısa, bir il sonra Onların sayı 115 nəfərə çatdı.
Lakin Məktəbəqədər Qadm Tərbiyə İnstitutunun Fəaliyyəti çox davam etmədi. Respublikada ali
təhsilli qadm müəllimlərə böyük ehtiyac olduğuna görə o, Qadm Pedaqoji İnstitutuna çevrildi.
Azərbaycan XKS-nin 1922-ci il 29 noyabr tarixli dekretində deyilirdi:
"1.Bakı şəhərində mövcud olan Məktəbəqədər Qadm Tərbiyə İnstitutu türk dövlət dilində
(Azərbaycan dilində) II dərəcəli məktəblər üçün qadm müəllimləri hazırlayan Ali Pedaqoji İnstituta
çevrilsin.
2. Xalq Maarif Komissarlığı Kollegiyasının 13 iyun 1921-ci ildə Azərbaycan Dövlət Kişi Pedaqoji
İnstitutu haqqında qəbul etdiyi Nizamnamə Azərbaycan Qadm Pedaqoji İnstitutuna da şamil edilsin.
Azərbaycan SSR XKS-nin sədri Q.M.Musabəyov".
İnstitutun ilk direktoru vəzifəsinə Sara xanım Xuramoviç (Talışinskaya) təyin edildi.
Məktəbəqədər Qadm Tərbiyə İnstitutunun bütün müəllim heyəti oraya köçürüldü. 1923-24-cü tədris
ilində Azərbaycan xalq maarifı tarixində ilk dəfə olaraq Azərbaycan Qadm Pedaqoji İnstitutunu 17
nəfər ali təhsilli müəllim qadm bitirdi və Azərbaycan qəzalarına işə göndərildi. Bu o dövr üçün böyük
nailiyyət və son dərəcə fovqəladə hadisə idi.
“İnstitut II dərəcəli məкtəblər üçün qadın müəllimləri hazırlayırdı. Оrada üç hazırlıq qrupu və iкi
iхtisas şöbəsi: ədəbiyyat və ictimaiyyat və təbiyyat şöbələri vardı. Institutda təhsil müddəti üç il idi.
İnstitut açıldığı il оraya 30 nəfər qadın qəbul оlunmuşdu. Azərbaycan Qadın Məкtəbəqədər Tərbiyə
İnstitunun tələbələrinin çохu охumağa qəzalardan göndərilirdilər. İlк illər rеspubliкada qadın кadrlara
ciddi еhtiyacı və tam оrta təhsilli qadınların azlıq təşкil еtməsini nəzərə alaraq, instituta оrta təhsili
оlmayanlar da qəbul еdilirdilər. İnstitutun rəhbəri A.N.Maginsкaya, müəllim hеyəti - Həsən Mirzə
Camalоv, Azad Əmirоv, Həmid Şahtaхtinsкi, bir qədər sоnra isə A.N. Luкyanоva, К.A.Оrdubadsкaya,
S.N.Хuramоviç (Talışinsкaya), S.Х.Оsmanzadə, Z.M.Şahtaхtinsкaya və başqaları idilər. 1921-22-ci
dərs ilində institutda 54 tələbə vardısa, bir il sоnra оnların sayı 115 nəfərə çatdı. Laкin Məкtəbəqədər
Qadın Tərbiyə İnstitutunun fəaliyyəti çох davam еtmədi. Rеspubliкada ali təhsilli qadın müəllimlərə
böyüк еhtiyac оlduğuna görə о, Qadın Pеdaqоji İnstitutuna çеvrildi
1926-cı ilin dекabr ayının 1-nə оlan məlumata görə, rеspubliкanın iкi ali pеdaqоji institutunda
təhsil alan 302 nəfər tələbənin 165-i кişi, 137-i qadın idi. 302 nəfər tələbənin 287-si azərbaycanlı idi
(bunların 150-si кişi, 137-si isə qadın). İкi institutda cəmi 68 müəllim çalışırdı.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1474
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Ali pеdaqоji təhsilli кişi və qadın müəllimlərinin hazırlığının ilк mərhələsi müəyyən
çətinliкlərdən хali dеyildi. Təsərrüfat-inzibati və maliyyə məsələləri ilə bağlı yaranan çətinliкlər, pеda-
qоji təhsil оcaqlarının birləşməsi zərurətini gündəmə gətirirdi.
Оdur кi, Azərbaycan SSR ХMК Коllеgiyasının 1923-cü il 3 aprеl tariхli qərarı ilə 1924/25-ci
dərs ilində Ali Pеdaqоji Кişi İnstitutu və Ali Pеdaqоji Qadın İnstitutu inzibati cəhətdən Azərbaycan
Pеdaqоji İnstitutu şəкlində birləşdirildi.
Cəmiyyyətin inkişafında, millətin tərəqqisində pedaqoji kadrların böyük rolu vardır. Ona görə də
müəllim peşəsi bütün dövrlərdə ən şərəflio, ən müqəddəs peşə heüsab edilmişdir. Ulu Öndəriiz Heydər
Əliyev deyirdi:“Mən yer üzündə müəllim adından şərəfli bir ad tanımıram”. Müəllimlər bütün
peşələrin anası hesab olunur. Bu cəhətdən də pedaqoji kadr hazırlığı cəmiyyətimizin diqqət göstərdiyi,
dövlətimizin qayğı göstərdiyi ən mühüm sahələrədn biridir.
ALMANİYA TƏHSİL SİSTEMİNİN İNKİŞAFINDA XALQ
UNİVERSİTETLƏRİNİN ROLU VƏ FƏALİYYƏT
TƏCRÜBƏSİNİN XÜSUSİYYƏTLƏRİ
ŞəmsRƏCƏBLİ
Frayburq Pedoqoji Universiteti (Almaniya)/Azərbaycan Dillər Universiteti
sh_rajabli@mail.ru
AZƏRBAYCAN
1989-cu ildə Almaniya Federativ Respublikası və Almaniya Demokratik Respublikası birləşərək
vahid Almaniya dövləti yaratdaıqdan sonra ölkədə milli təhsil sahəsində inkişaf meyli daha da
sürətləndi. Hər il 10 milyona qədər Almaniya vətəndaşı, 100 000-lərlə əcnəbi vətəndaşlar təhsil
səviyyələrini artırmaq, fasiləsiz bilik almaq, yenidən ixtisasa yiyələnmək üçün təhsil sahəsində ölkədə
yaradılan geniş imkanlardan istifadə edirlər. Müasir Almaniyada təhsilə münasibət bir prinsiplə
müəyyən olunur: Daim təhsilini artır ki, dövr ilə ayaqlaşa biləsən.
Almaniya təhsil sisteminə xas olan fasiləsiz təhsil prosesi tarixi köklərə bağlıdır və pedaqogika
elminin klassik nəzəriyyələrindən qaynaqlanır. Təhsil sisteminin bu xüsusiyyəti müvafiq olaraq müasir
pedaqoji təlimlərlə, yanaşmalarla, konsepsiyalarla dolğun şəkildə əsaslandırılır. Almaniya təhsil
sisyemində bu təcrübə pedaqogika elmində kifayət qədər əsaslandırılmış “andraqogika” (alman dilində
– “Andragogik”) təliminə söykənir. Qeyd etmək lazımdır ki, “andraqogika” təlimi ilk dəfə 1833-cü
ildə alman pedaqoqu Aleksandr Kapp tərəfindən irəli sürülmüşdür. Şübhəsiz ki, XIX əsrə qədər
Almaniyada inkişaf etmiş fəlsəfi və pedaqoji fikrin “andraqogika” təliminin cəmiyyət və dövlət
tərəfindən qəbul olunmasına əlverişli mühit yaratması desək səhv etmərik.
Almaniyada peşələrin, ixtisasların mütəmadi olaraq dəyişməsi heç kimi təəcübləndirmir.
Almanların bir qismi təqaüdə çıxana qədər çoxlu sayda peşəyə, ixtisasa yiyələnir. İstənilən peşə,
ixtisas isə təbii ki, müəyyən təhsil səviyyəsi tələb edir. Xüsusilə qeyd etmək lazımdır ki, təhsil asudə
vaxtın səmərəli keçirilməsinə də öz müsbət təsirini göstərir. Almaniyada təhsilin siyasi aspektlərini də
xüsusilə vurğulamaq lazımdır. Geniş sahələr üzrə təhsilə malik olmaq siyasi həyatda, ictimai-siyasi
proseslərdə, yerli idarəetmə orqanlarında daha fəal iştirak etmək imkanı yaradır, sosial fəallığı artırır.
Almaniyanın təhsil sistemində yaşlı vətəndaşların yenidən, təkrar peşə və ixtisas artımına böyük
diqqət yetirirlər. Bi hədəfə yönələn, cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən, ixtisasartırma və
ixtisas dəyişmə istiqamətində fəaliyyət göstərən təhsil ocaqları “ali xalq məktəbləri”
(“Volkshochschulen” – alman dilində) və ya “xalq universitetləri” adlanırlar.
Şübhəsiz ki, Almaniyada yaşlıların və ya təkrar peşəyə, yeni ixtisasa yiyələnmək yönümündə
təhsil sistemi təkcə xalq universitetləri ilə kifayətlənmir. Xalq universitetləri ilə bərabər bu istiqamətdə
paralel “formatlar” da fəaliyyət göstərir. Məsələn, bu istiqamətdə biznes qurumların (əsasən, xarici
dillər və kompyüter elmləri üzrə biliklər), siyasi partiyaların (əsasən, siyasi biliklər və ictimai əlaqələr
üzrə biliklər), distant təhsil mərkəzlərin (ECTS qiymətləndirmə sisteminə əsaslanan müxtəlif kurslar
və seminarlar), teleşirkətlərin (əsasən, yaşlılar üçün biliklərlə bağlı teleproqramlar), kütləvi
informasiya mərkəzlərinin (əsasən, informasiya sahəsi üzrə biliklər), nəhayət, kitabxanaların,
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1475
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
muzeylərin, teatrların, musiqi yşnümlü mədəniyyət ocaqlarının (əsasən, incəsənət (“art”), musiqi,
heykəltaraşlıq və s. üzrə biliklər) nəzdində savad artırma, peşə və ixtisasdəyişmə mərkəzləri fəaliyyət
göstərirlər. Lakin, xalq universietləri bu savad artırma, peşə və ixtisasdəyişmə mərkəzləri içərisində
daha populyar olan təhsil ocaqlarıdır və Almanita təhsil sistemlərini müasir dövrdə onlarsız təsəvvür
etmək olmur.
Xalq universitetləri “andraqogika” təliminin təcrübəsi kimi XIX əsrin sonlarında yaradılmışdır.
İlk belə universitet 1844-cü ildə Danimarkada yaransa da (tanınmış pedaqoq alim N.Grundtvig
tərəfindən) daha çox Almaniyada tətbiq edilməyə başlanılır. Bu gün xalq universitetləri tətbiqi
biliklərlə yanaşı, nəzəri biliklər də verirlər. Xalq universitetlərində dəqiq elmlərdən tutmuş
(astronomiya, kibernetika, fizika və s.) sosial-siyasi, humanitar elmlərə qədər (xarici dillər, tarix,
incəsənət, sosiologiya, psixologiys, siyasi elmlər, dinşünaslıq və s.) əhatə olunan fənlər yüksək
səviyyədə peşəkar müəllimlər, mütəxəssislər tərəfindən tədris olunur. Bu sahədə tədris prosesinə
tanınmış professorlar, praktik sahədə böyük uğurlar qazanmış şəxslər cəlb olunurlar. Müasir
Almaniyada qeyd olunan xalq universitetlərində 9000 nəfərdən artıq ştatda olan əməkdaş və təxminən
200 000 nəfərdən artıq ştatdan kənar kurs rəhbərləri fəaliyyət göstərirlər.
Müasir Almaniyada çoxlu sayda filiallara malik olan 1040-a yaxın xalq universitetləri fəaliyyət
göstərir. Xalq universitetlərini əsasən müxtəlif sosial icmalar, dairələr və ya rəsmi qeydiyyatdan
keçmiş ictimai birliklər tərəfindən təsis olunur. Almaniya Federativ dövlətdir və onun subyektləri
sayılan torpaqlar xalq universitetlərinin maliyyələşməsində yaxından iştirak edirlər.
Xalq universitetləri siyasi partiyaların və dini təşkilatların fəaliyyətlərindən kənardırlar. Xalq
universitetlərinin əksəriyyətində təhsil axşam formasında aparılır. Təhsil müddəti müxtəlif və çevikdir.
Mobilliyə üstünlük verilir. Eyni ixtisasa yiyələnmək üçün təhsil müddəti müxtəlif ola bilər (bir neçə
aydan tutmuş bir neçə ilə qədər). 2000-2015-ci illərdə xalq universitetlərində 550 000 yaxın tədris
kursları təşkil olunmuşdu (müqayisə üçün: 1965 – 78 000; 1995 – 489 000). Bu kurslar təxminən 10
mln. dinləyicini əhatə edirdi (müqayisə üçün: 1965 – 1,7 mln; 1995 – 6,5 mln.).
Qeyd etmək lazımdır ki, bu universitetlərdə tələbat daha çox xarici dillər, səhiyyə, tətbiqi
incəsənət və informasiya texnologiyaları kimi sahələrədir. Dinləyicilərin bir çoxu bu universitetlərdən
orta məktəb proqramları üzrə (qeyd: Almaniyada orta təhsil məktəbləri müəyyən dərəcələrə
bölünürlər) təhsil almaq baxımından da istifadə edirlər. 2010-cu illərin əvvəllərində təxminən 8 000
nəfər əsas məktəbi, 4 000 – real məktəbi qurtarmaq haqqında sənəd, 3 600 nəfəri isə yetkinlik
attestasiyasını almışdır.
Almaniyada cəmiyyət, vətəndaş institutları tərəfindən ölkədə əhalinin daim maarifləndirilməsi və
savadlandırılması istiqamətində fəaliyyət göstərən xalq universitetlərinin təcrübəsinin dərindən
öyrənilməsi bir çox ölkələrin milli təhsil sistemlərində, o cümlədən Azərbaycan təhsil sistemində də
tətbiq edilməsi baxımından dəyərli sayıla bilər.
Azərbaycanda geniş müzakirə olunan olunan məsələlərdən biri də təhsil sahəsində islahatlar və
müasir çağırışlara cavab verə biləcək “Təhsil haqqında” qanunun yeni variantda qəbul olunması
məsələsidir. Qanunda təhsilin bir çox istiqamətləri (distant və s.) ilə yanaşı fasiləsiz təhsil sisteminin
yaradılması da öz əksini tapmalıdır. Reallıqda Azərbaycanda ixtisasartırma, ixtisasdəyişmə, yeni
ixtisaslar əldə etmək təcrübəsi bir qədər mürəkkəbdir və bürokratik maneələrlə müşayət olunur.
Azərbaycan ali məktəbləri əsasən cavan nəslə hazırlığına yönəlir. Fasiləsiz təhsil isə demək olar ki,
yox dərəcəsindədir. Belə halı bir çox səbəblərlə izah etmək olar: əsas yanaşma və prinsiplərin
müəyyən olunmaması, kadr çatışmamazlığı, maddi-texniki təminatın olmaması, maliyyələşdirmə
məsələləri və s.
Lakin, Azərbaycanda bütün əhalinin fəsiləsiz təhsilə cəlb olunmasında və Avropa təhsil
standartlarının milli səviyyədə implementasiya edilməsində ictimaiyyətin marağını və dövlət
orqnlarının iradəsini nəzərə alaraq inanırıq ki, bu istiqamətdə real addımlar atılacaqdır. Bu addımların
səmərəliliyini artırmaq üçün Almaniyanın qeyd olunan təcrübəsindən istifadə olunması zəruri və
məqsədəuyğundur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1476
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
QIZIL NİSBƏT NƏ QƏDƏR YAXŞI ƏDƏDDİR
Yaqub ƏLİYEV
Qafqaz Universiteti
yaliyev@qu.edu.az
AZƏRBAYCAN
Bəhman MƏMMƏDOV
Qafqaz Universiteti
bmemmedov@qu.edu.az
AZƏRBAYCAN
Bu məqalədə qısa şəkildə Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri ilə keçirilən pedaqoji
təcrübədən bəhs olunacaqdır. Bizim təcrübəmiz nə statistik xarakterli məlumat toplamaq nə də anket
paylamaq olmuşdur. Biz təcrübəmizə bir çətin riyazi faktı orta məktəb şagirdi necə başa düşə bilər
şəklində sualla başladıq. Bizim (müəlliflər və şagirdlər) diqqətimizi botanikada hamının bildiyi
fillotaksis fenomeni cəlb etdi. Fillotaksis fenomeninin riyazi əsaslarını başa düşməyə çalışarkən
şagirdlərin qızıl bucaq və qızıl nisbət anlayışları ilə tanış olmaq fürsəti yarandı. Daha sonra bitkilərin
niyə məhz qızıl nisbəti seçməsini araşdırarkən bizdə bu nisbətin rasional ədədlərlə pis yaxınlaşan ədəd
olduğunu elementar üsullarla isbat etmək istəyi yarandı.
Bitkilərdə və ağaclarda yarpaqların düzülüşünə diqqət etsək, maraqlı bir qanunauyğunluğu
müşahidə edərik. Hər yeni cücərən yarpaq və ya budaq əvvəlki ilə sabit bir bucaq əmələ gətirir. Bu
bucaq 137.5 dərəcədir və Qızıl bucaq adlanır. Onun bu cür adlanmasının səbəbi onun qızıl nisbətlə
əlaqədar olmasından irəli gəlir. Qızıl nisbət riyaziyyatda tez-tez qarşıya çıxan amma həm də təsviri
incəsənət və musiqidə də istifadə olunan ədəddir. Qızıl nisbət
√
ədədidir. 360
dərəcəlik bucağı qızıl nisbət əmələ gətirən 2 hissəyə ayırsaq, kiçik hissənin dərəcə ölçüsü təqribən
137.5 dərəcə edəcəkdir. Bitkilərdə məhz qızıl nisbətin seçilməsinin səbəbi bu ədədin rasional ədədlərlə
pis yaxınlaşdırıla bilən ədəd olmasıdır. Ədədlər nəzəriyyəsində Hurviç teoremi adlanan məşhur nəticə
bu faktı izah edir. Həmin teoremdə isbat olunur ki, bütün həqiqi ədədlərin içərisində rasional ədədlərlə
ən pis yaxınlaşdırılan ədəd qızıl nisbətdir. Biz bu faktı öyrəndikdən sonra istədik ki, qızıl nisbətin
rasional ədədlərlə pis yaxınlaşdırılan ədəd olmasını göstərən amma hamının başa düşə biləcəyi sadə
bir yol tapaq. Biz elə bərabərsizliklər tapdıq ki, bu bərabərsizliklər həm asanlıqla isbat olunur həm də
qızıl nisbətin pis yaxınlaşdırılan ədəd olduğunu göstərir. Aşağıda həmin bərabərsizliklərdən birinin
isbatı verilmişdir. İnanırıq ki, bu üsuldan istifadə edərək bu formada çox sayda bərabərsizlik isbat
etmək olar.
Məqsədimiz Liuvilin teorimi kimi ədədlər nəzərriyyəsinin inciləri sayılan məşhur teoremləri
geniş oxucu kütləsinə mümkün mərtəbə sadə üsulla çatdıraq. Bizim baxdığımız ədədlər
√ , √ , √ və
√ kimi ədədlərdir. Bu ədədlərdən ilk üçü həm də qızıl, gümüş və bürünc nisbətin yazılışında istifadə
olunan irrasional ədədlərdir. Beləliklə biz bu bərabərsizlikləri isbat etməklə həm də qızıl, gümüş və
bürünc nisbətin rasional ədədlərlə nə qədər pis yaxınlaşdırıla bilən ədədlər olduğunu sadə yolla
göstərmiş oluruq.
Məsələ: İstənilən
rasional ədədi üçün│
√
│>
.
Bu bilinən bir bərabərsizlikdir və gümüş nisbətin rasionallarla necə yaxınlaşmasını göstərir.
Məsələnin həlli elementardır və imkan verir ki, oxşar bərabərsizliklər düzəldilib isbat edilsin.
Bu bərabərsizliyi biz indi artıq klassik kitab hesab olunan Rademaxer və Tepliçin “Ədədlər və
fiqurlar” adlı elmi-populyar kitabından götürmüşük. Aşağıdakı bərabərsizlikləri isə biz isbat etmişik.
Bərabərsizlik 1. │
√
│>
Bərabərsizlik 2. │
√ ‒
│>
Bərabərsizlik 3. │
√ ‒
│>
Məlumdur ki, əmsalları tam ədədlər olan çoxhədlinin kökləri cəbri ədədlər adlanır. Cəbri
olmayan həqiqi ədədlərə isə transendent ədədlər deyilir. Rasional ədədlər, kvadratik, kubik köklər
cəbri ədədlərdir. 19-cu əsrdə yaşamış fransız riyaziyyatçısı Liuvil isbat etmişdir ki, cəbri ədədlər digər
ədədlərdən fərqli olaraq rasional ədədlərlə pis yaxınlaşdırılır. Bu o deməkdir ki, cəbri ədədlə rasional
ədədin fərqinin modulunun kiçik etmək üçün həmin rasional ədədin məxrəcini böyük götürmək
lazımdır. Daha dəqiq desək məsələn əgər x ədədi n-ci dərəcədən bir tam əmsallı çoxhədlinin
köküdürsə onda│
│>
. Liuvilin isbatı ədədlər nəzəriyyəsindəki başqa isbatlarla müqayisədə
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1477
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
asan olsa da orta məktəb şagirdinin asan başa düşəcəyi qədər bəsit deyil. Bu məqalədə biz çalışdıq ki,
konkret kvadratik köklər üçün müvafiq bərabərsizlikləri asan və elementar üsulla isbat edək.
İstifadə etdiyimiz metod isbatlarda ətraflı izah olunmuşdur. Bu metod Rademaxer və Tepliç
tərəfindən onların təklif etdiyi bərabərsizliyin isbatında istifadə olunmuşdur. Biz bu metodu daha da
genişləndirərək başqa ədədlərə də tətbiq etməyə nail olduq. Metod elementar olsada başa düşülmək
üçün oxucudan diqqət tələb edir. Metodumuzun əsas ideyası bundan ibarətdir ki, modul bərabərsizliyə
müxtəlif hallarda baxırıq: modulun daxilindəki ədəd müsbət olduqda və mənfi olduqda. Hər bir halda
seçilən rasional ədədlər üçün müəyyən məhdudiyyətlər yaranır və biz onlardan istifadə edərək
bərabərsizliyi tam isbat edirik. Nəzərə almaq lazımdır ki, bizim təklif etdiyimiz bu üsul başqa ədədlərə
də asanlıqla tətbiq edilə bilər. Bu mənada metod ümumidir.
Rasionallarla pis yaxınlaşdırma o deməkdir ki,
│
│>
A yalnız
-dən asılı sabitdir və n ədədinin hansı dərəcədən cəbri ədəd olduğunu göstərir (yəni
neçənci dərəcədən çoxhədlinin kökü olduğunu).
Digər isbatlar analoji olduğu üçün sadəcə 2-ci bərabərsizliyi isbat edəcəyik.
Dostları ilə paylaş: |