Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə148/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   144   145   146   147   148   149   150   151   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1513



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

İBTİDAİ SİNİFLƏRİN İNTERAKTİV DƏRSLƏRDƏ İSTİFADƏ 

OLUNAN FƏAL TƏLİM METODLARI VƏ TEXNİKASI 

 

Mehriban MƏCİDOVA 

Qafqaz Universiteti



 

mehribanmajidova@gmail.com

 

AZƏRBAYCAN



 

 

Azərbaycanda  təhsil  sisteminin  inkişaf  etdirilməsi,  onun  dünya  standartlarının  tələbləri 

səviyyəsinə çatdırılması fəaliyyətin daha çox iki istiqamətdə təşkili ilə səciyyələnir. Son illərdə təlim 

metodları haqqında onları yeniləşdirmək,həyatın tələblərinə müvafiq cavab verən bir çox araşdırmalar 

aparılır.  Ənənəvi  təlim  üsulunda  müəllim-informasiya  ötürən,  şagird  isə  informasiyanı  qəbul 

edəndir.Amma qloballaşmanın sürətlə inkişaf etdiyi müasir dövrdə, informasiya əsrində bu artıq qəbul 

edilməzdir. Buna ancaq fəal təlim cavab verir.Fəal təlim metodları dedikdə isə fəal təlimdə müəllim və 

şagird  eyni  dərəcə  də  tamhüquqludurlar.  Hər  ikisi  eyni  dərəcədə  nəticənin  müəllifidir  və  ona  görə 

məsuliyyət daşıyırlar. Məhz buna görə də demokratik metodda deyə bilərik. Fəal təlim metodu idrak 

fəaliyyətinin təşkili və idarə olunması üsullarının məcmusudur. Fəal təlimin səciyyəvi cəhəti müəllim 

tərəfindən  idrakı  problem  sitiuasiyanın  yaradılması,  problem  isə  sitiuasiyanın  həlli  prosesində 

şagirdlərin fəal tədqiqatçı mövqeyini həvəsləndirməyə kömək edir. 

İnteraktiv təlim dərsdə yaranan, meydana çıxan şagirdlərarası öyrənmə ünsiyyəti və əməkdaşlığı, 

müəllim-şagird birliyini nəzərdə tutur. İnteraktiv metodlar isə təlim prosesində öyrənmə və anlaşmaya, 

bacarıq  və  keyfiyyətlərə  şagirdlərin  yiyələnməsini  həyata  keçirən  üsullar,  tərzlər,  işlər,  yanaşmalar, 

vasitələrdir.  

Müasir  dərsdə  uşaqlarda  yaradıcı  təxəyyülü  inkişaf  etdirməyə  və  idraki  müstəqilliyə  xidmət 

göstərən  problemli  suallara,  düşündürücü  məsələlərə  xüsusi  yer  verilməlidir.  Belə  dərs  şagirdlərdə 

müəyyən  bacarıq  və  vərdişləri  formalaşdırır.  Müasir  dərs  müəllimin  dərsə  ciddi  hazırlaşmasını  tələb 

edir.  Buna  görə  də  müəllim  hansı  priyomlardan  necə  və  nə  zaman  istifadə  edəcəyini  qabaqcadan 

müəyyənləşdirməli, sinifdə deyəcəyi informasiyanın strukturunu qabaqcadan düşünməli, mövzuya dair 

yardımçı, fakt və hadisələri əsas məsələnin həllinə yönəltməyi bacarmalı, elmi-texniki yeniliklərdən, 

biliyini  müntəzəm  olaraq artırmalıdır.Müasir  dərs  uşaqların  dünyagörüşünü  inkişaf  etdirməli,  onların 

əqidəcə  mətinləşməsinə  şərait  yaratmalı,  dərsdə  əyanilikdən  və  müxtəlif  mənbələrdən  alınmış  əlavə 

məlumatlarla onların dərketmə qabiliyyətini artırmalıdır

Təlimlə tərbiyənin vəhdəti də müasir dərsin 



qarşısında  qoyulmuş  mühüm  tələbdir.  Dərs  şagirdlərin  mənəvi  inkişafına,  əxlaqca  təkmilləşməsinə, 

vətənpərvərlik,  insanpərvərlik,  əməksevərlik  ruhunda  yetişməsinə  xidmət  göstərməlidir.  Müasir  dərs 

milli  təhsilin  yaradılmasına  yönəlməlidir.  Fəal  təlim  prosesində  şagirdlər  tamhüquqlu  iştirakçı 

olmaqla, qazanılan bilikləri axtarışlar və kəşflər hesabına mənimsəyirlər.

 

Fəal təlim metodları bir sıra xüsusiyyətləri ilə seçilir: 



1. Şagirdlərin fəal öyrənmə mövqeyi. 

2. Təfəkkürün müstəqilliyi və sərbəstliyi. 

3. Əməkdaşlıq və qrupda qarşılıqlı fəaliyyət. 

4. Həyati məqsədlərə nail olmaq üçün biliklərin yaradıcı tətbiqi. 

Müəllim dərs formasını seçərkən şagirdlərin marağını nəzərə almalıdır. Bu gün məktəbdənkənar 

mühitdə  mövcud  informasiya  vasitələrindən  fəal  istifadə  edən  şagird  dərsdə  onlar  üçün  maraqlı 

olanları  görmək  istəyir.  Bunun  üçün  müəllimin  İKT-dən  istifadə  etmək  bacarığı  yüksək  olmalıdır. 

Həm  də  bu  texniki  təminatı  lazımı  materiallarla  zənginləşdirməyi  bacarmalıdır.  Müəllim  mövzuya 

uyğun  resursları  seçməlidir  ki,  bu  resursların  da  rəngarəngliyi  dərsin  maraqlı  keçməsinə,  qarşıya 

qoyulan məqsədə nail olmağa imkan yaradacaqdır. Belə dərslərdə həmçinin digər texniki təminatların 

olması dərsin səmərəliliyini artırır.  

Həyat bilgisi fənnində müasir təlim metodlarından istifadədə fəal dərsin mərhələləri: 

1. Motivasiya (problem situasiyanın yaranması, fərziyyələrin irəli sürülməsi, tədqiqat sualı) 5-10 

dəq. 


2. Tədqiqat işi 10-12 

3. Məlumat mubadiləsi şagirdlərin cavabları, qrupların cavablarının bir-birinə təqdimatı - 7-8 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1514



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

4. Məlumat müzakirəsi və təşkili - 5dəq 

5. Ümumiləşdirmə və nəticə - 5 dəq 

6. Qiymətləndirmə - 3 dəq 

7. Yaradıcı tədqiqetmə (ev tapşırığının verilməsi) - 2dəq 

Motivasiya:  Motivasiya  fəal  dərsin  ən  mürəkkəb  və  mühüm  mərhələsidir.  Şagirdlərin  bilikləri 

əsasında  özləri  tərəfindən  tədqiqat  sualının  formalaşdırılması  üçün  motivasiyadan  istifadə  edir. 

Nümunə olaraq “Heyvanlar aləmi” mövzusunu seçirik. Motivasiya olaraq şagirdlərin təbiət haqqında 

hansı bilikləri sahib olduqları yoxlanılır.  

Tədqiqat  işi:  Sinif  fəallaşandan  sonra  isə  tədqiqat  işinə  başlanılır.Tədqiqat  müxtəlif  formalarda 

bütün  siniflə  birlikdə,  kiçik  qruplarda,  cütlüklər  və  fərdi  şəkildə  də  aparıla  bilər.  Tədqiqat  işinin 

aparılmasında müəlim  mövzuya uyğun suallar hazırlayır. Tədqiqat sualı mövzunu  əhatə etmək üçün 

bir neçə sayda da ola bilər. Məs: Hansı heyvanları tanıyırıq? Ev heyvanları hansılardı? Qırmızı kitaba 

düşən heyvanlar? Nəsli kəsilmiş heyvanlar?Vəhşi heyvanlar hansılardı? Və s.bu tipli suallar ola bilər. 

Sonra qruplar öz aralarında sualları cavablandırır.  

Məlumat  mübadiləsi:  Dərsin  üçüncü  mərhələsi  məlumat  mübadiləsi  adlanır.  Məlumat 

mübadiləsində  tədqiqat  iştirakçıları  bir-birlərinin  araşdırdıqlarını  dinləyir,  şagirdlər  natamam  və 

qarışıq olan məsələlərdə müəyyən bir nəticəyə gəlirlər. Bu da yeni bir tədqiqat sualının yaranmasına 

səbəb  olur.  Bu  mərhələdə  tədqiqat  aparılması  zamanı  yeni  informasiyanın  mübadiləsini  aparırlar. 

Alınmış  informasiyanın  və  şəxsi  tədqiqatların  təqdimatı  keçirilir.  Nəticədə  isə  müzakirə  üçün  yeni 

informasiyalar əldə edilir. 

Məlumat müzakirəsi və təşkili: Bu mərhələdə tədqiqat iştirakçıları yəni şagirdlər məntiqi,tənqidi 

yaradıcı  təfəkkürünü  nizamlamalı  və  onlardan  düzgün  istifadə  etməlidir.  Müəllim  bu  mərhələdə 

yönəldici,  köməkçi  suallardan  istifadə  etməklə  əldə  edilən  bütün  dəlillərin  müzakirəsinə  və  təşkilinə 

şərait  yaradır.  İnformasiyanın  müzakirəsi  və  təşkili  informasiyanın  müzakirəsi,onların  təsnifatını 

meydana çıxarır.  

Ümumiləşdirmə və nəticə: Ən mürəkkəb mərhələdir.Bu mərhələdə müəllim qazanılmış biliklərin 

ümumiləşdirməsi  və  sistemləşdirilməsi  məqsədilə  suallar  qoyur  və  bu  suallar  əsasında  biliklər  və 

informasiyalar sistemləşdirilir. 

Qiymətləndirmə:  Bütün  sinfin  qarşısında  şagirdlər  özlərinə  qiymət  verir  və  öz  fəaliyyətlərini 

dəyərləndirirlər. 

Yaradıcı tədqiqetmə:  Bu  mərhələdə  əldə edilmiş  yeni  biliklər  təcrübədə tətbiq  edildikdə  həmin 

biliklər  şagirdlərin  şüurunda  həkk  oluur.  Buna  görə  də  tətbqetmə  mərhələsi  çox  vacibdir.  Yaraıcı 

tətbiqetmə mərhələsində ev tapşırığı verilir. Ev tapşırığını inşa kimi və yaxud da maraqlı olmaq üçün 

şagirdlərin  sevdikləri  heyvanların  şəkillərindən  ibarət  kolleksiyalar  hazırlamaq  kimi  ev  tapşırıqları 

vermək olar.  

Təlimin subyekt-subyekt xarakter daşıması, tədqiqat üsulu vasitəsi ilə keçirilməsi, dərsin dialoq 

şəklində aparılması, müəllim və şagirdlər arasında qarşılıqlı əməkdaşlığın, qrup işindən geniş istifadə, 

şagirdlərin birgə fəaliyyəti, təlim vasitələrinin və tapşırıqların müxtəlifliyi və yeniliyi və s. fəal təlimin 

üstün xüsusiyyətlərindəndir ki, ümumi təhsil məktəblərində tətbiqinə səy göstərilir.  

 

 

PEDOQOJİ TƏCRÜBƏNİN SƏMƏRƏLİ TƏŞKİLİ YOLLARI 



 

Elnurə SƏFƏROVA 

ADPU 


ayaz_ha@mail.ru 

AZƏRBAYCAN 



Nərmin BABAYEVA 

ADPU 


f

ayaz_ha@mail.ru

 

AZƏRBAYCAN 

 

Keyfiyyətli müəllim kadrlarının hazırlanmasında əsas problemlərdən biri də pedoqoji təcrübənin 



təşkilidir.  Tələbələrin  təlim  müddətinin  ən  məsuliyyətli  mərhələsi  məhz  pedaqoji  təcrübə  dövrüdür. 

Təcrübə  dövrü  medodist  və  fənn  müəllimlərindən  məsuliyyətli  və  fəal  olmağı  tələb  edir. Təcrübənin 

birinci  mərhələsində  tələbələrin  məktəbin  iş  rejimi  ilə  tanışlığı,  dərslərin,  sinifdənxaric  tədbirlərin 

müşahidəsi,  kolektivlə  yaxından  ünsiyyət  qurması,  tələbənin  dərsdə  iştirakı  nəzərdə  tutulur.  İkinci 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1515



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

mərhələdə isə tələbə mövzu üzrə dərsə hazırlaşır, onu planlaşdırır və müstəqil olaraq dərsi təşkil edir. 

Dərsi təhlil etməklə, müsbət cəhətləri və nöqsanları aşkara çıxarır, onların aradan qaldırılması yollarını 

müəyyənləşdirir.  Tələbə məktəbdə keçiriləcək pedaqoji təcrübəyə müxtəlif fənlərin tədrisi prosesində 

hazırlanmalıdır. Fənlərin tədrisində o, elmlərin əsaslarına yiyələnir, fənn üzrə bilik və bacarıqlar əldə 

edir.  Fənnin  tədrisi  metodikası  fənnində isə  tələbələrə  təlim-tərbiyə  prosesinin əsaslarının aşılanması 

çox  vacibdir.  Pedaqoji  təcrübəyə  gedəcək  tələbə  təlim-tərbiyənin  mahiyyəti,  prinsipləri,  metod  və 

formalarına dair biliklərlə silahlanır. Şagirdlərlə, məktəb kollektivi ilə ünsiyyət bacarıqları əldə edir, 

müəllim üçün vacib olan keyfiyyətlər və qabiliyyətlərlə tanış olur. 

Bütün  bu  şərtlər  əsasdır,  lakin  bunlar  tələbənin  sınaq  dərsi  aparmasının  tam  həlli  deyildir. 

Təcrübənin rəhbəri metodist müəllim onları tədricən sınaq dərsinə hazırlamalı olur. Məktəb kollektivi, 

xüsusilə  fənn  müəllimləri,  onların  pedaqoji  fəaliyyətləri  ilə  tanış  edilir.  Tələbələrin  sınaq  dərsi 

aparacağı  siniflərdə  dərsləri  müşahidə  etməsinə  şərait  yaradır.  Tələbənin  sınaq  dərsinin  mövzusunu, 

tarixini müəyyənləşdirir. Dərsin planının, lazımi vasitələrin, əyaniliklərin hazırlanmasına kömək edir.  

Tələbəni  sınaq  dərsi  aparmasına  mənəvi  cəhətdən  də  hazırlanmasının  əhəmiyyəti  böyükdür. 

Bütün  bunlar  tələbənin  sınaq  dərsinin  keyfiyyətli  təşkilini  təmin  edir.  Hazırlıq  başa  çatdıqdan  sonra 

tələbə  sınaq  dərsini  aparır.  Müəllim  sınaq  dərsini  dinləyir,  müsbət  və  çatışmayan  cəhətləri  nəzərə 

çatdırır,  problemlərin  həlli  yollarını  gösrərir.  Pedoqoji  təcrübə  müddətində  təcrübəçi  tələbə  bir  sıra 

nəticələr əldə edir: 

 



Müəllim , şagird, valideyn və məktəbin işçiləri ilə ünsiyyət qurur; 

 



Təlimin prinsip, metod, təşkil formalarından səmərəli istifadə edir; 

 



Əqli , sosial və fiziki inkişafa kömək edən təlim mühiti yaradır; 

 



Fənn  kurikulumlarının əsas  müddəaları:  məzmun  xətləri,  onun  standartları tələbləri  ilə  tanış 

olur; 


 

Dərsi ayrılmış vaxt müddətində mərhələlər üzrə təşkil edir; 



 

Bilik və bacarıqları standartlardan əmələ gələn meyarlar əsasında qiymətləndirir; 



 

Dərsdə qraşıya çıxan nöqsanları araşdırır, onları aradan qaldırmaq yollarını müəyənləşdirir. 



Göstərilən bilik və bacarıqların təcrübəçi tələbələrə aşılanması təcrübə rəhbəri metodist 

müəllimdən təcrübənin məqsəd və vəzifələrini dərindən dərk etməyi və bu məsuliyyətli işə ciddi 

yanaşmağı tələb edir. O, tələbələrin təcrübə fəaliyyətini nizamlamalı, onlarda müəllimlik 

keyfiyyətlərinin formalaşmasına səy göstərməlidir. 

Metodist müəllim, pedaqoji rəhbər və təcrübəçilərin məktəbə gəlişi, 

əslində, tədris müəssisəsində məsuliyyət və yaradıcılıq əhvali-ruhiyyəsi doğurmalıdır. 

Məktəb 

rəhbərliyi,  pedaqoji  kollektiv  bunu  ali  məktəb  (orta  ixtisas)  rektorluğunun  (direktorluğunun),  tədris 



hissəsinin, fakültə dekanlığının orta məktəb kollektivinə inamı, etibarı kimi qəbul etməlidirlər. Deməli, 

orta və ali (orta ixtisas) məktəbi arasında birgə fəaliyyət imkanı yaranır. Bu imkandan istifadə etməklə 

ümumilikdə təhsil sistemi qarşısında duran vəzifələrdən bir neçəsini reallaşdırmaq olar. Əsasnamə və 

nizamnaməyə  görə,  direktor  təcrübəyə  gələnləri  şəxsən  qarşılamalı,  pedaqoji  rəhbər  və  metodist 

müəllimi  dinləyib  təcrübə  vaxtını  dəqiqləşdirməli,  sınaq  və  zaçot  dərslərinin  təşkilini  bilavasitə 

direktor müavininə həvalə etməklə özü nəzarət etməlidir. 

Məktəb direktorluğu təcrübəçi tələbələrin normal çalışmaları, müşahidə aparmaları 

üçün, ilk növbədə, sinif üçün əlverişli şərait yaratmalıdır. 

Məktəb rəhbərliyinin məktəbdaxili nəzarət formaları pedaqoji ədəbiyyatda ümumiləşdirilmişdir.  

Buraya tematik, frontal, xəbərdarlıqlı,şəxsi, ardıcıl, icmal, sinif  ümumiləşdirici, iki  üç  müəllimin 

eyniixtisas üzrə eyni mövzuda dərsini öyrənmək, qarşılıqlı dərs dinləmə kimi formalar daxildir. 

Bu  nəzarət  formaları  ümumilikdə  məktəb  üçün,  pedaqoji  kollektiv  üçün  xarakterik  olub,  tətbiq 

edilə  bilər.  Pedaqoji  praktika  zamanı  məktəb  rəhbərliyi  (direktor,  tədris  işləri  üzrə  müavin) 

ümumilikdə  pedaqoji  təcrübənin  gedişinə  pedaqoji-psixoloji  baxımdan  müsbət  təsir  göstərmək  üçün 

frontal  nəzarətdən  istifadə  edə  bilər.  Bunun  üçün  direktor  pedaqoji  rəhbər  və  metodist  müəllimlə 

məsləhətləşib təhsildə seçilən iki-üç tələbə - təcrübəçinin dərslərini frontal nəzarətə götürmək istəyini 

bildirə bilər. Ümumi razılıqdan sonra frontal nəzarət planı tərtib edilir. Təcrübəçinin gündəliyi, icmalı 

ilə  rəhbərlik  tanış  olur;  onun  iki-üç  sinifdə  dərslərini  dinləyir;  müəllimin  yeni  təlim 

texnologiyalarından,  interaktiv  və  inteqrativ  metodlardan  istifadə  bacarığını  aşkara  çıxarır;  sonrakı 

dərslərdə  iştirak  edərək  təcrübəçinin  keçdiyi  mövzuların  mənimsənilmə  səviyyəsini  aşkara  çıxarır; 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1516



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

ayrı-ayrı şagirdlərin ev tapşırığı dəftərlərini yoxlayır; tələbənin məktəbin ictimai həyatında fəaliyyətini 

öyrənir;  onun  şagirdlərlə  apardığı  işlərlə  maraqlanıb  şagirdlərlə  söhbət  edir;  tələbə  təcrübəçinin 

pedaqoji  və  elmi  ədəbiyyatları  mütaliə  səviyyəsi  ilə  maraqlanır;  özünütə  hsili  və  peşəyə  marağını 

aşkarlayır.  Təbii  ki,  bu  proses  seçmə  yolu  ilə  reallaşdırılır.  Məktəb  rəhbərliyi,  pedaqoji  rəhbər  və 

metodist müəllim birliyinin həyata keçirdiyi bu cür iş: 

- pedaqoji təcrübə iştirakçılarının məsuliyyət hissini artırır; 

-  təcrübəçi  tələbələrin  təhkim  olunmuş  müəllimlərlə  -  gələcək  həmkarları  ilə  sistemli  şəkildə  iş 

aparmaq hissini dərinləşdirir; 

- şagirdlərdə pedaqoji təcrübəyə gələnlərin işinə ciddi münasibət aşılayır; 

- ümumilikdə pedaqoji təcrübənin daha səmərəli, effektli, yaradıcı təşkilinə güclü təsir göstərir. 

Təbii ki, bu işin ən dəyərli məqamlarından biri tələbənin yaxşı işinin ümumməktəb üzrə qabaqcıl 

təcrübənin  bir  faktı  kimi  dəyərləndirilib  sənədləşdirilməsi,  "Təcrübəçi  tələbələrin  dərsləri"  adlı  stend 

tərtib olunması, təcrübənin sonunda belə gənclərə yazılı təşəkkürnamələrin təqdim olunmasıdır. 

Qabaqcıl  məktəblərin  bu  sahədəki  müsbət  təcrübəsi  ilə  tanışlıq,  ayrı-ayrı  fənn  müəllimlərinin 

dərslərini müşahidə, keçirilmiş təcrübələrlə bağlı ali məktəblərin sənədlərinin öyrənilməsi göstərir ki, 

pedaqoji təcrübə də məktəbdaxili nəzarətdən kənarda qalmamalıdır. 

Deməli: 


- pedaqoji təcrübənin səmərəliliyi onun təşkili və keçirilməsi üçün əlverişli şərait yaradılması ilə 

bağlıdır; 

- pedaqoji təcrübənin effektivliliyi müəllim olmağı peşə seçmiş gənclərin hazırlığı mərhələsində 

bacarıqlı, yaradıcı müəllimlərin iştirakı təsirli və əhəmiyyətlidir; 

- təcrübəçi tələbələrə məktəb rəhbərliyi və fənn müəllimlərinin müsbət münasibəti onların sınaq 

və zaçot dərslərinin normal və qaydasında keçilməsi üçün mühüm amillərdəndir; 

-  müəllimlərin  dərslərində  fəal  iştirak  edən,  öz  dərslərini  müasir  tələblər  səviyyəsində  keçən, 

şagirdlərlə  maraqlı  tədbirlər  təşkilinə  nail  olan  tələbələrin  pedaqoji  təcrübəsinin  məktəb  rəhbərliyi 

tərəfindən  qabaqcıl  təcrübə  faktı  kimi  dəyərləndirilib  məktəb  foyesində  stend  kimi  sənədləşdirilməsi 

sonrakı illərdə pedaqoji təcrübəyə gələnlərin səmərəli çalışmaları üçün mənəvi stimuldur; 

-  pedaqoji  təcrübəni  uğurla  başa  vuran  tələbələrlə  bağlı  məktəb  kollektivinin  ali  məktəb 

rəhbərliyinə,  fakültə  dekanlığına  razılıq  məktubları  gələcək  müəllimlərdə  peşəyə  maraq  və  meyili 

dərinləşdirən psixoloji faktora çevrilir. 

 

 



PEDAQOJİ TEXNOLOGİYA ANLAYIŞI HAQQINDA 

 

Taci ŞENTÜRK 

Bakı Slavyan Universiteti 



tacisenturk@yahoo.com

 

AZƏRBAYCAN 

 

Cəmiyyətin istənilən sahəsində yeni texnologiyalardan istifadə edildiyi kimi, təhsil sahəsində də 



yeni  pedaqoji  texnologiyalar  geniş  tətbiq  olunur.  Tədqiqatçılar  pedaqoji  texnologiyaların  kütləvi 

tətbiqinin  XX  əsrin  60-cı  illərindən  başlandığını  qeyd  edirlər.  Bu  proses  əvvəlcə  Amerika,  sonra  isə 

Avropa təhsilində həyata keçirilən yeniliklərlə bağlı olmuşdur.  

Texnologiya yunan sözü olub (yunanca techno – sənət, ustalıq, bacarıq, logos isə elm-nəzəriyyə 

deməkdir),  istehsal  prosesində  hazır  məhsul  almaq  üçün  işlədilən  xammal,  material  və 

yarımfabrikatların  emalı,  hazırlanması,  aqreqat  halının  xassələrinin,  formasının  dəyişdirilməsi 

metodlarının məcmusu başa düşülür. 

Pedaqoji prosesdə texnologiya – nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsini təmin etməyə 

imkan  verən,  elmi  əsaslar  üzərində  qurulmuş,  məkan  və  zaman  səviyyəsində  proqramlaşdırılmış 

pedaqoji prosesin bütün komponentlərinin birgə istifadəsidir. Eyni zamanda, texnologiya təlim-tərbiyə 

prosesinin paradiqmalarını müəyyənləşdirən elə alqoritmlər sistemidir ki, onun tətbiqi kamil insanda 

tələb olunan keyfiyyətləri formalaşdırmağa xidmət edir, təlim prosesinin layihələşdirilməsi, mərhələli 

diaqnostikasını,  idarəçilik  baxımından  nəticələri  korrektə  etməyə  imkan  verir.  Belə  yanaşmada 

pedaqoji  və  təlim  texnologiyaları  anlayışı  müəyyən  mənada  bir-birini  tamamlasa  da,  tədris  prosesi 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1517



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

pedaqoji  aspektlərdən  başqa  müxtəlif  sosial,  sosial-siyasi,  idarəetmə,  psixo-pedaqoji,  tibbi-pedaqoji, 

iqtisadi,  mədəni  və  digər  aspektləri  də  özündə  birləşdirdiyindən,  “təlim  texnologiyası”  (təhsil 

sferasında  texnologiya)  anlayışının  tutumu,  “pedaqoji  texnologiya”  (pedaqogika  sahəsində 

texnologiya)  anlayışının  tutumuna  nisbətən  fərqlidir.  Eyni  zamanda  pedaqoji  proses  ənənəvi  olaraq 

kamil  insanın  formalaşması  üçün  həm  təlim,  tərbiyə,  həm  də  inkişaf  sahələrini  əhatə  etdiyindən 

pedaqoji  texnologiya  təhsilin  bütün  sahələrinə  (məktəbəqədər,  orta,  ali  məktəb,  androqogika,  xüsusi, 

korreksiyaedici,  ailə,  sənaye,  sosial  və  s.)  nüfuz  edir.  Təhsildə  texnoloji  yanaşma  tədris  prosesini 

demokratik  prinsiplər  əsasında  idarə  etməyə  imkan  verməklə  bərabər  təlim  məqsədlərinin  yüksək 

səviyyədə yerinə yetirilməsinə zəmanət verən fəaliyyət sistemidir .  

Hazırda  pedaqoji  texnologiyalara  insanşünaslıq  texnologiyalarının  bir  növü  kimi  baxırlar. 

Pedaqoji  texnologiyalar  psixodidaktika,  sosial  psixologiya,  kibernetika,  idarəetmə  və  menecment 

(menecment  sosial  proseslərin,  o  cümlədən, təhsil  prosesini idarəetmə  üzrə  prinsip,  metod,  forma  və 

vasitələrin məcmusudur) nəzəriyyələrinə əsaslanır. İlk vaxtlar bir çox pedaqoqlar təlim texnologiyası 

ilə öyrədici və pedaqoji texnologiya arasında fərq görmürdülər. “Pedaqoji texnologiya” termini təlimə 

uyğun olan bir sistem kimi işlədilirdi. Texnologiya isə texniki vasitələrin köməyi ilə həyata keçirilən 

təlim  kimi başa düşülürdü. Hazırda pedaqoji texnologiya dedikdə, müəllimin pedaqoji vəzifələri həll 

etməyə  yönəldilmiş  ardıcıl,  qarşılıqlı  əlaqəli  fəaliyyəti  başa  düşülür.  Başqa  sözlə  desək,  pedaqoji 

texnologiya  qabaqcadan  planlaşdırılmış  pedaqoji  prosesi  planauyğun  və  ardıcıl  olaraq  praktikada 

həyata  keçirməkdir.  Tədris  prosesində  texniki  vasitələrdən  istifadə  zəminində  əvvəlcə  təlimin 

texnologiyası  anlayışı  yaranmış,  bu  yanaşma  tərbiyə  sahəsinə  nüfuz  etmiş,  getdikcə  pedaqogikaya 

pedaqoji  texnologiya  kimi  daxil  olmuşdur.  Ümumiyyətlə,  pedaqoji  texnologiya  mahiyyət  etibarı  ilə 

təlim-tərbiyə prosesinin layihələndirilməsinin sistemli metodu kimi səciyyələndirilir.  

 

V.P.Bespalko  pedaqoji  texnologiyanı  tədris  prosesinin  reallaşdırılmasının  texniki  məzmunu 



hesab  edir.  İ.P.Volxov  pedaqoji  texnologiya  təlimdə  əldə  olunmuş  yüksək  nəticələri  planlaşdırma 

prosesinin  təsviri  kimi  baxır.  V.T.Lixaçova  görə,  pedaqoji  texnologiya  təlim-tərbiyə  vasitələrinin 

pedaqoji-psixoloji  quruluşunun  forma,  metod,  üsul  və  yollarının  məcmusu  olub  pedaqoji  prosesin 

təşkilati 

metodik 

alətidir.V.M.Monaxov 

isə 

pedaqoji 



texnologiyaya 

təlim 


prosesinin 

layihələndirilməsi,  təşkili  və  həyata  keçirilməsində  birgə  pedaqoji  fəaliyyətin  bütün  detalları  ilə 

hazırlanmış modeli kimi yanaşır.Pedaqogikaya texnologiya ideyasının gətirilməsinin əleyhdarları belə 

hesab edirlər ki, pedaqoji proses yaradıcı prosesdir, odur ki, onu texnoloji proses hesab etmək olmaz. 

Pedaqoji  proses  məharət,  ustalıq  intuisiyaya  əsaslandığı  halda  texnologiya  elmə  əsaslanır.  Hər  şey 

ustalıqla  başlayır,  texnologiya  ilə  başa  çatır.  Pedaqoji  proses  müəyyən  prinsiplər  sistemi  üzərində 

qurulur. Pedaqoji texnologiya isə həmin prinsiplərin ardıcıl həyata keçirilməsi ilə bağlı xarici və daxili 

təsirlərin  məcmusudur.  Burada  müəllim  şəxsiyyəti  özünü  tamamilə  təzahür  etdirir.  Pedaqoji 

texnologiyaların tədris və tərbiyə işinin metodikasından fərqi də bundan ibarətdir.  

Pedaqoji  texnologiya  pedaqoji  ustalıqla  qarşılıqlı  əlaqədardır.  Pedaqoji  texnologiyaya  kamil 

yiyələnmək  elə  pedaqoji  ustalığın  özüdür.  Digər  tərəfdən,  pedaqoji  ustalıq  pedaqoji  texnologiyaya 

yiyələnməyin  yüksək  səviyyəsidir.  Pedaqoqlar  arasında  belə  bir  fikir  möhkəmlənmişdir:  pedaqoji 

ustalıq sırf fərdidir, ona görə onu əldən-ələ vermək olmaz. Texnologiya ilə ustalığın qarşılıqlı əlaqəsi 

aydın şəkildə göstərir ki, eyni bir texnologiya müxtəlif müəllimlər tərəfindən həyata keçirilə bilər.  

Ümumi  və  pedaqoji  texnologiyaları  fərqləndirmək  olar.  Ümumi  texnologiyalara  aşağıdakılar 

aiddir:  təlim  prosesinin  təşkili  (qurulması)  və  həyata  keçirilməsi  texnologiyaları.  Xüsusi 

texnologiyalara:şagirdlərin  fəaliyyətini  pedaqoji  stimullaşdırılması  texnologiyası;  stimullaşdırmanın 

nəticələrinə nəzarət və onu qiymətləndirmə texnologiyası; tədris şəraitinin təhlili; dərsin başlanmasının 

təşkili və s. aiddir.  

Pedaqoji təcrübədə və tədris metodik ədəbiyyatda bəzən, pedaqoji texnologiya sistem anlayışının 

sinonimi  kimi  işlədilir  və  bu  anlayışlar  bəzən  eyniləşdirilir.  Sistem  anlayışı  texnologiya  anlayışına 

nisbətən daha geniş məna daşıyır. Pedaqoji sistem öz daxilində çoxlu sayda texnologiyaları birləşdirir. 

İstənilən  texnologiyaya  sistem  kimi  baxılsa  da,  istənilən  pedaqoji  sistemə  ayrıca  texnologiya  kimi 

baxmaq  olmaz.  Sistem  anlayışı  çox  vaxt  baxılan  prosesin  statistik,  struktur  xarakteristikası  kimi 

istifadə  olunursa,  texnologiya  həmin  prosesdə  subyekt  və  obyektin  fəaliyyətində  zaman  və  məkan 

daxilində  gedən  dəyişikliklərin,  onların  funksiyalarının  müəyyən  edilməsi  və  qabaqcadan 

planlaşdırılmış məqsədlərin yerinə yetirilməsinin təmin olunması üçün istifadə olunur. 

 

 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin