IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1498
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ünsiyyət dаirəsi geniş оlduqcа, оnun ictimаi həyаtın müxtəlif cəhətləri ilə əlаqələri rəngаrəng оlur,
ictimаi əlаqələr аləminə dаhа çоx nüfuz edir, mənəvi аləmi dаhа çоx zənginləşir və inkişaf edir. Ona
görə də yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsinin, sağlamlığının, xoşbəxt həyat amalının təməli
bugünümüzdən qoyulur. Bu tarixi missiyanı həyata keçirmək üçün cəmiyyətin hər bir fərdinin üzərinə
böyük vəzifə düşür. Problemin həlli ümumtəhsil müəssisələrindən başlıyır və səmərəli həlli üçün
ümumtəhsil məktəblərində dünya standartlarına cavab verə bilecek müasir pedaqoji və metodik
yanaşmalar, dünya təhsil sisteminə inteqrasiya və müasir metodik düşüncə tərzi lazımdır. İnteraktiv
təlim metodları da bunun üçün işlənib hazırlanmış ən gözəl və səmərəli vasitədir. Bu zaman
təhsilalanların maraqları nəzərə alınaraq tədris prosesi ərəfəsi fərdiləşdirilmiş, differensiallaşdırılmış,
problemli təlim texnologiyalarına və İKT-yə üstünlük verilərək dərsdə psixoloji, valioloji və sosial-
pedaqoji xidmətlər inkişaf etdirilir. Təhsilalanlar arasında ən humanist ünsiyyət üsulu olan dioloji
münasibətlərə (subyekt-subyekt münasibətlərinə) üstünlük verilərək dərsdə problemli, dialoqlu,
refleksiv təlim texnologiyalarına, kollektiv (qruplarla) fəaliyyətə önəm verilir. Kommunikativ
fəaliyyətlər (dinləmə və eşitmə), açıqlıq, səmimilik, tolerantlıq, həmsöhbətinə hörmət etmək bacarığı
inkişaf etdirilərək, sağlamlığı qoruyan mühit yaranır, tələb olunan çoxlu sayda informasiya
mənimsənilir. Dərsin insan təbiətinin bütövlüyünün nəzərə alınmaqla qurulması ( yəni burada yalnız
intellektual imkanların deyil, eləcə də obrazlı düşünmə, yaradıcı təxəyyül, emosiyalar, hisslər və s.
psixoloji halların nəzərə alınması) nəticəsində insan təbiətinin bütövlüyü təmin olunur. Öyrənənlər
mənəvi və ruhi cəhətdən inkişaf edir. Dərs zamanı informasiyaların yadda saxlanılması deyil, başa
düşülməsi dominant xarakter alır. Dərslərdə fənlərin tədrisinə kompleks yanaşmaqla tədris- təlim
prosesinin bütövlüyünün təmin edilərək öyrənənlərin bütöv halda dünyanı dərk etməsi təmin olunur ki,
bu da inteqrativlik prinsipi gözlənilərək həyata keçirilir. Eyni zamanda rəqabət mühitinin
formalaşması təmin edilir. İnkişafetdirici xarakterin təmin edilərək tədris- təlim prosesinə öyrədənin
(pedaqoqun) münasibəti dəyişir. Bilikvermə, bacarıq və vərdişlərin aşılanmasından başqa, dərsdə fərdi
və sosial əhəmiyyətli keyfiyyətlərin (təfəkkür, nitq, emosional hissi davranış, kommunikativ, fiziki,
yaradıcı) inkişaf etdirilməsi nəticəsində şəxsiyyətyönümlü və problemli texnologiyalar üstünlük təşkil
edir. Dərsin praktik, həyati və mənəvi praqmatik yönümlülüyü artır, nəticədə öyrənən həm inkişaf edir,
həm də cəmiyyət üçün faydalı insana çevrilir, güclənir. Pedaqoji kadrların müasir tələblərə cavab
verən səviyyədə formalaşdırılması, öyrədənlərin konseptual-metodoloji, texnoloji, metodiki
hazırlığının həyata keçirilməsi, pedaqoji fəaliyyətdə yaradıcılığa üstünlük verilməsi nəticə etibarı ilə
pedaqoji fəaliyyətdə bacarıqlı müəllimlərə tələbatı artırır. Dərsdə tədris fənləri və sinifdənxaric
tədbirlərin məzmunca və mənaca zənginliyi ilə (tədris fənləri və tərbiyəvi işlərin fəlsəfə, pedaqogika,
psixologiya və mənəviyyat fənləri ilə əlaqələndirilməsi) əlaqədar olaraq rəqabət genişlənir. İnteraktiv
təlim metodları ilə təşkil olunan dərslərdə motivasiya yüksəlir, müasir dünyagörüşünün, mənəvi-əxlaqi
keyfiyyətlərin inkişafı təmin olunur. Hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyətin formalaşdırılması
və inkişaf etdirilməsi müəllim və şagird kollektivinin pedaqoji prosesə yeni aspektdə yanaşması və
münasibətlər sistemini yeniləməsi ilə kompleks halda həyata keçirilir.
MÜƏLLİMLƏRIN İXTİSASARTIRMA TƏHSİLİNƏ OLAN
TƏLƏBATLARININ MÜƏYYƏNLƏŞDİRİLMƏSİ MEXANİZMİ
Mətanət QURBANOVA
Təhsil Problemləri Institutu, Təhsil nəzəriyyəsi şöbəsi
metanetgurban@gmail.com
AZƏRBAYCAN
Müxtəlif cəmiyyətlərdə rəqabət əsaslı dünya iqtisadiyyatına inteqrasiya imkanlarına malik, sosial
mədəni mövcudluqlarını davam etdirmələri üçün fasiləsiz olaraq innovativ bilik və bacarıqlara
yiyələnmiş, öz milli-mənəvi dəyərlərinə sahib cixmaqla yanaşı digər dünya mədəniyyətlərinə
münasibətdə tolerant və sayğılı insanın yetişdirilməsi vacib hesab olunur. Bu keyfiyyətlərə sahib insan
isə sosial, iqtisadi proqres vəd edən təhsil prosesində formalaşır. Bütün dünyada tendensiya, səriştəli
təhsilverənlərə və ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət göstəriciləri və
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1499
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
əhatəliliyinə görə qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır. Fiziki şərtlərin və təhsil
qaynaqlarının mümkün qədər əlverişli, təhsilalanlarının ən yüksək səviyyədə motivasiyalı olduğu
təhsil sistemində belə bu imkanları dəyərləndirə biləcək bilik və bacarıqlara malik kompetensiyalı,
səriştəli müəllim olmadan keyfiyyətli təhsilə nail olmaq mümkün deyil.
Azərbaycanda müstəqillik illərində "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat
Proqramı" (1999) təsdiq edildikdən sonra təhsilin bütün sahələrində olduğu kimi keyfiyyətin
yaxşılaşdırılması, pedaqoji heyətin peşəkar inkişafı baxımından ixtisasartırma təhsilinin normativ-
hüquqi bazası möhkəmləndirilməyə başladı. Tarixiliyə əsaslansaq, Nazirlər Kabinetinin 102 nömrəli
qərarı (2007) ilə "Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının
konsepsiya və strategiyası"nda (1.2; 2.4; 2.8; 2.13.1; 3.2.1 ) təhsilin bütün forma və səviyyələri üzrə
yüksək keyfiyyətli fasiləsiz müəllim hazırlığı sisteminin formalaşdırılması və tətbiqi üçün vaсib olan
altı strateji fəaliyyət istiqamətləri müəyyən olunmuşdur. Təhsil Sektorunun İnkişafı üzrə İkinci
Layihənin (2009-2014) ikinci - "Pedaqoji kadrların əlavə təhsil sisteminin müasirləşdirilməsi"
komponentinə əsasən müəyyənləşdirilən növbəti mühüm vəzifələrdə əksini tapmışdır. "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın (2013) ikinci istiqaməti - "Təhsilalan-
ların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin
məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırıl-
ması"dır. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistemin
yaradılması, təhsilin bütün pillələrində təfəkkür və şəxsiyyətin inkişafına yönəlmiş, onların fərdi
xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması,
əlavə təhsil üzrə strukturların yaradılması, təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan
peşəkarlıq səviyyəsinin artırılması, yeni modul–kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılması,
məktəbəqədər və ümumi təhsil müəssisələri təhsilverənlərinin inklüziv təhsil üzrə məqsədli əlavə
təhsilinin təmin edilməsi prioritet məsələlər sayılır ( 2.1; 2.1.1; 2.1.2; 2.1.3; 2.1.4; 2.5.2.).
Normativ-hüquqi aktlara əsasən müəyyənləşdirilən mühüm vəzifələr real tələbatların öyrənilməsi,
müəllimin ixtisasartırma portfoliosunda əksini tapmalı olan nəticələrin zaman və kəmiyyət-keyfiyyət
uyğunluğu baxımından əhəmiyyətliliyini təmin etməlidir. ARTN-nin 24 oktyabr 2009-cu il tarixli və
"Pedaqoji kadrların ixtisasartirma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model"
adlı Kollegiya iclasında yeni modelin 3 modul (təhsilin ümumi əsasları, ixtisas sahələri, təhsildə
innovasiyalar və yeni tendensiyalar) kredit sistemi əsasında həyata keçirilməsi təklif olunur. Mövcud
ixtisasartırma sistemi ilə müaqyisədə yeni modelin tələb-təklif əsasında reallaşdırılacağı vəd olunsa da,
tələbin kəmiyyət və məzmun göstəricilərinin kateqorik və ədədi təsviri verilmir. Tələb yalnız R(Ş)TŞ-
lər, rayon metodkabinələri və məktəb rəhbərlərinin inzibati qaydada pedaqoji heyətin ixtisasartırma
təhsilinə cəlb etməsi ilə ödənilməyə çalışıldıqda bu, sadəcə bürokratik hallara gətirib çıxara bilir. Cəlb
olunma - tələbatların dəqiq diaqnostikası, nəticənin fasiləsizliyini təmin edən mexanizmin şəffaflığı
şəraitində ixtisasartırma təhsilinə cəlb olunacaq müəllimin, kurs dinləyicisininin birbaşa maraq
dairəsində olacaqdır.
Apardığımız tədqiqatın məqsədi təhsilin keyfiyyətinin yaxşılaşdırılması baxımından mühüm
amil olan müəllimin ixtisasartırma tələbatlarının müəyyənləşdirilməsi ənənəsindən fərqli, daha
səmərəli yol və nümunə təklif etməkdir. İxtisasartırma təhsilinə təhsil müəssisəsinin göndərişi əsasında
müəyyən - geniş interval (3 ildən bir) ilə cəlb olunma sürətlə yenilənən informasiya cəmiyyətinin
tələbləri baxımından nəinki aktuallığını itirir, hətta təhsil müdətində əldə edilən və avtomatikləşməsi
zəruri olan texniki bacarıqlar da müəyyən müddət sonra yaddan çıxır. Daha səmərəli nəticə vəd edən
yeni mexanizm əsasında müəllimlərin özlərinin, R(Ş)TŞ, metodkabinə və məktəb rəhbərləri, eləcə də
şagird kontingentinin fikir, münasibət və qiymətləndirməsi təhsilverənlərin peşəkar səviyyələrinin
daim yüksəldilməsini təmin edən yeni sistemin yaradılması baxımından faydalı olacaqdır. Pedaqoji
kadrların ixtisasının artırılması və yenidən hazırlanması, əlavə təhsil sahəsi ilə məşğul olan
tədqiqatçılar istifadə edə bilərlər. Müəllimlərin ixtisasartırma təhsilinə olan tələbatlarının dəqiq
diaqnostikası ixtisas, kurikulum və psixoloji hazırlıq səviyyələrinin ölçülməsi baxımından xüsusi
testlər vasitəsilə aparılmalıdır.
İxtisasdan daha çox sayda səhv və ya çatışmazlıqların təkrarlandığı bölmədəki mövzuların
mənimsənilməsi üçün geniş tədris saatları nəzərdə tutulmalıdır. Kurikulum materialları ilə əlaqədar
problem təşkil edən mövzular üzərində iş simulyasiya edilməlidir. Qarşılıqlı proses olan təlim
mühitində təhsilverənlərin təhsilalanların prizmasından hadisələrə yanaşması canlı "laboratoriya"
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1500
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
şəraitində daha optimal nəticələr verir. Öyrənmənin şəxsi fəaliyyət olaraq daxildən idarə olunduğunu
nəzərə alsaq, müəllimlərin özlərinin tamamlamaq istədikləri digər akademik yetərsizliklərinin aşkar
olunmasında daxili motivasiyalarını təmin etmək üçün müəyyən saatlarda seçmə dərs imkanı da
verilməlidir.
Kurs və ya təlimlərdən müdavim olan müəllimlərin təlim prosesində yaranan suallarının
cavablandırılması, müəyyən müddət sonra "korşalmış" bilik və bacarıqlarının yenidən qazandırılması
üçün xüsusi trenajor proqramlar hazırlanmalıdır. Dünyada, eləcə də respublikamızda müxtəlif
sahələrdə kadr hazırlığında keyfiyyətə nəzarət yalnız müəyyən qiymətləndirmə və monitorinq alətləri
vasitəsilə həyata keçirilmir. Müxtəlif 3D imkanı olan qrafik və eləcə də sadə MS Office proqramları
və onların vasitəsilə hazırlanan ternajorlar mövcuddur ki, eyni zamanda simulyativ olaraq nəzəri və
praktik baxımdan daim təkmilləşməyə imkan verir. Nəinki internetin, eləcə də rayon mərkəzi və
paytaxta gediş-gəlişin cətin olduğu ucqar kənd yerlərində işləyən müəllim üçün onlayn olmayan
ternajorların ixtisasartırma tələbatlarının ödənilməsi baxımından faydası böyükdür. Dərs keçəcəyi sinif
mühiti, şagirdlər, dərs müddəti, təlimə verilən tələblər nəzərə alınmaqla modelləşdirilən simulyativ
oyun əsasında müəllimin nəticəsini 100 ballıq sistem ilə qiymətləndirmənin aparıldığı trenajor-
proqramlar əsasən dərsdən kənar vaxtlarda istifadə olunur.
Pedaqoji tədqiqat metodlarından anketləşdirmə, təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və
tədqiqat nəticələrinin riyazi və statistik işlənilməsi metodlarından istifadə edilmişdir. R(Ş)TŞ,
metodkabinə və məktəb rəhbərləri, şagird və müəllim kontingentinin daxil olduğu 140 nəfərdən ibarət
respondent 7 bölmə üzrə 35 açıq və qapalı sual əsasında anketləşdirməyə cəlb olunmuşdur. Anket
hazırlanarkən mövcud pedaqoji, elmi-metodiki ədəbiyyat, normativ-hüquqi baza araşdırılaraq müvafiq
suallar hazırlanmışdır. Tədqiqatın nəticələri riyazi və statistik üsullarla ümumiləşdirilmişdir.
MÜASİR DÖVRDƏ GƏNCLƏRİN AİLƏ HƏYATINA HAZIRLIĞI
Afaq TƏHMƏZOVA
Azərbaycan Müəllimlər İnstitutu
afaqabdullayeva@mail.ru
AZƏRBAYCAN
Ailə mövcud ictimai quruluşun güzgüsüdür. Bir qrup müasir ailələrdə doğumun azalması, ailə
ixtilaflarının, boşanmaların, ailəsiz uşaqların sayının durmadan artması və s. kimi problemlərin
fonunda ailədə bir növ böhran yaranır. Bu böhranın yaranma səbəbini bir qrup ailə tədqiqatçıları
cəmiyyətdəki iqtisadi böhran, əmək haqqının aşağı səviyyədə olması, gənc ailələrin müstəqil yaşaması
üçün ev şəraitində olan çətinliklərlə əlaqələndirirlər. Müasir ailələrin qlobal miqyasda gedən bu
tendensiyanın təsirinə məruz qalması və onların bu ruhda formalaşması əlbəttə yuxarıda qeyd
etdiyimiz səbəblərlə yanaşı, başqa səbəblərlə də əlaqəlidir. Aparılmış tədqiqatlar bu səbəbləri
sistemləşdirərək sosial və iqtisadi tiplərə ayırsa da, biz düşünürük ki, artıq bu bölgü öz əhəmiyyətini
itirmişdir. Çünki, müasir ailənin adət-ənənədən, milli dəyərlərdən uzaqlaşmasının iqtisadiyyatla heç
bir əlaqəsi yoxdur. Ailə həyatının uzunömürlü olması üçün, nikahaqədərki dövrdə, ailə həyatına şüurlu
hazırlıq lazımdır. Boşanma hallarının artdığını bir zamanda, evlənməyə hazırlaşan cütlərin də əlaqəni
bitirmək nisbətləri gedərək artır. Cütlər evlənmə qərarı aldıqdan sonra özlərini çox xoşbəxt hiss
edəcəklərini düşünürlər, ancaq vəziyyət heç də belə olmur. Evlilik ilə əlaqədar təcrübəyə, biliyə sahib
olmadıqları və ətraflarındakılar tərəfindən evliliyin çətin istiqamətləri daha çox vurğulandığı üçün
üzərlərində sıx bir təzyiq hiss edirlər. Bu vəziyyətin öhdəsindən gələ bilməyən cütlər evlənmə
qərarından vazkeçə bilirlər. Evlilik əmək istəyən bir əlaqədir, ancaq bu səy evlənmədən əvvəl
başlamalıdır. Evliliyin möhkəm təməllər üzərinə qurulması irəliləyən dövrlər üçün çox böyük
əhəmiyyət daşıyır.
Sürətli ictimai dəyişmə prosesinin yaşandığı müasir dövrdə gənclərin evlilik üçün lazım olan əsas
bilik və bacarıqların əldə edilməsindən daha çox, peşə təhsillərinə, sənət və idman fəaliyyətlərinə
üstünlük verilməkdədir ki, bu da evlilik kimi əhəmiyyətli bir təşkilata lazım olduğu şəkildə hazırlıq
edile bilməməsinə və qurulan ailələrin sağlam bir şəkildə davam edə bilməməsinə gətirib çıxarmaqdadır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1501
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Hər hansı bir şəxs tərəf müqabilin seçimində, nə qədər diqqətli olursa olsun, nə qədər uyğun bir
yoldaş seçirsə seçsin öncədən evlilik ilə əlaqədar məlumat sahibi, eləcə də ailə həyatına şüurlu hazır-
lığı olmasa, nikah dövründə müəyyən problemlərlə rastalşmış olur. Hər bir şəxs, evliliyin uyğunlaşma
içində icrası üçün lazım olan davranış modellərini həyatın ilk günlərindən etibarən ailə içində əldə
edir. Oğlanların və qızların gələcək ailə həyatı haqqında təsəvvürləri ilk dəfə doğulduqları və boya-
basa çatdıqları ailədə, yəni ata-ananın şəxsi nümunələri əsasında formalaşıb başa çatır. Belə ki, oğlan
öz atasının şəxsində kişi(ər), qızlar isə anaya münasibətdə qadın (arvad) obrazını mənimsəyir. Eləcə də
qızın ataya, oğlanın anaya olan münasibəti onlarda əks cinsin himayəsində kişiyə və qadına olan
münasibəti formalaşdırır. Biz istəsək də, istəməsək də deyə bilərik ki, ilkin ailə tərbiyəsində hər kəs öz
gələcək ailə həyatını təkrar edir.Tərəflər evlilik ilə əlaqədar ilk anlayışlarını öz ana atalarının
evliliklərini müşahidə edərək əldə edərlər. Ailəsindəki evlilik modeli səhv davranışlar üzərinə
qurulmuş olan fərdlər, təbii olaraq bu səhv davranışları modelini mənimsəyirlər. Ana atalarının əlaqə
formasından xoşlanmayan kəslər belə, irəlidəki həyatlarında, öz evliliklərində bu əlaqə modelindən
öyrəndikləri bir çox davranışı fərqinə varmadan təkrarlayırlar. Ailədə valideynlər arasında qarşılıqlı
anlaşma, onların bir-birinə hörmətlə yanaşması uşaqların tərbiyəsinin hər addımda öz müsbət təsirini
göstərir. Əgər ata-ana bir-birinə hörmətlə yanaşır, ailənin hər bir çətinliyini birgə həll etməyə çalışırsa,
yeniyetmə və gənclikdə gələcəkdə ailə qurarkən ata-ana kimi olmağa, onlara oxşamağa çalışacaqlar.
Gənc nəslin müstəqil ailə həyatına və gələcək övladlarının tərbiyə olunması işinə hazırlanması
təkcə valideynlər üçün yox, mühüm dövlət əhəmiyyətli bir vəzifədir. Odur ki, vəzifəni təkcə ailənin
üzərinə qoymaq olmaz. Orta, orta-ixtisas və ali məktəblər, məktəbdənkənar müəssisələr, ümumilikdə
cəmiyyət, dövlət bu sahəyə öz köməyini göstərməlidir. Belə ki, gənclərin ailə həyatına hazırlanmasına
o vaxt tam nail olmaq mümkün olur ki, valideynlə yanaşı məktəbdə bu işə onlara yaxından köməklik
göstərsin, dərsliklərdə bu məsələlər öz düzgün həllini tapsın.
Əgər biz yaxın dövrə nəzər salsaq görərik ki, hələ 1981-1982-ci tədris illərində respublikamızın
bir sıra orta məktəblərində eksperimental qaydada VIII siniflərdə “Şagirdlərin gigiyenik və cinsi
tərbiyəsi”, IX-X siniflərdə isə “Ailə və nikah məsələləri” fakültativ kurslar şəklində tədris edilmişdir.
Bu kurslarda ilk dəfə olaraq VIII-X sinif şagirdlərinin ailə həyatına hazırlanması məsələləri, valideyn-
övlad münasibətləri, ailə həyatına hazırlıqda məhəbbət və nikaha münasibətin incəlikləri və s.
haqqında sistemlə elmi biliklərə yiyələnməyin yolları qeyd edilmişdir.
Bütün bunların nəticəsi olaraq 1983-cü ildə Ə.Ə.Əlizadə və A.N.Abbasovun rəhbərliyi altında
ailə məsələləri üzrə fakültativ kurslar üçün metodik tövsiyə və proqram hazırlanmışdır. Proqramda ailə
həyatı ilə yanaşı, gənclərin ailə həyatına hazırlanmasının yol və vasitələri şərh edilmişdir. Məsələn,
“Biologiya” kursu üzrə “İnsan orqanizminin inkişafı” bölməsinə “Hamiləlik və doğuş”, “Hamilə
qadına xüsusi qayğıkeş münasibətin zəruriliyi”, “Cinsi yetişkənlik dövründə baş verən dəyişikliyin
mahiyyət və ardıcıllığı”, “İnsanın anatomiyası, fiziologiyası və gigiyenası” kursu proqramında “Qız və
oğlanların şəxsi gigiyenası”, “Qız və oğlanın şəxsi münasibəti”, “Kişilik və qadınlıq hissi”, “Vaxtın-
dan əvvəl cinsi əlaqələr və onun xoşagəlməz nəticələri” və s. mövzular qeyd edilmişdir.
Təssüflər olsun ki, müasir dövrümüzdə, nə orta, nə də ali məktəb dərsliklərində gənclərin ailə
həyatına hazırlanması ilə əlaqədar günün aktual tələbini təmin edən,gəncləri bu sahəyə düzgün
istiqamətləndirən məlumat yox dərəcəsindədir. Eləcə də, nə valideynlər, nə də müəllimlər gənclərin
ailə həyatına hazırlanması ilə əlaqədar, onların maariflənməsi xeyrinə yeniyetmə və gənclərlə çox az
söhbət aparırlar. Araşdırmalar zamanı məlum oldu ki, nə orta məktəb direktorlarının, nə də onların
tərbiyə işləri üzrə müavinləri, ali məktəblərdə rektorların tərbiyə üzrə prorektorları bu problemlə
əlaqədar öz iş planlarında hər hansı bir tədbirin keçirilməsini nəzərdə tutmamışlar.
Müasir dövrdə ailədaxili münasibətlərdə baş verən münaqişə və ixtilaflar, boşanma halları, eləcə
də, ailənin etnik psixoloji keyfiyyətlərinin və milli mentalitetinin get-gedə itirilməsi cəmiyyət üçün
həyəcan siqnalı çalmaqdadır. Hər bir ailənin monolitliyi, dözümlüyü və uzunömürlüyü öz mənbəyini
gənclik dövründən, ailəyə olan münasibətlərdən, onun cəmiyyətdəki mövqeyindən, eləcə də gənclərin
nikaha hazırlığından və gənc ailə üzvlərinin bir-birini düzgün başa düşüb anlamasından asılıdır. Məhz
bu baxımdan valideynlər mehribançılıqda, işgüzarlılıqda, həmrəylikdə, dözümlü, səbirli olmaqda
övladlarına nümunə olmalıdırlar. Valideynlər övladlardan yalnız görməyi yox, götürməyi də tələb et-
məlidirlər. Onda gənclər ailə həyatına qədəm qoyanda özlərini itirməzlər, məişətin bir sıra çətinlikləri
onları heç vaxt qorxutmaz. Eləcə də həm ümumtəhsil məktəblərinin IX-XI siniflərində, həm də ali
məktəblərdə humanitar fənlərintədrisi zamanı dərsliklərdə gənclərin ailə həyatına hazırlanmasına dair
xüsusi bölmələrin, yaxud fəsillərin daxil edilməsi zəruridir. Həmçinin orta və ali məktəblərdə
gənclərin ailə həyatına hazırlıqla bağlı xüsusi tədbirlərin keçirilməsi də mühüm əhəmiyyət kəsb edir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1502
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
TƏHSİL MENECERLƏRİ HAZIRLIĞI
Ləman HARUNOVA
Qafqaz Universiteti
lemanharunova94@gmail.com
AZƏRBAYCAN
“İdarəetmə”, “İdarəetmə və təşkilatçılıq”, “Menecment” – XIX-əsrin sonu, XX-əsrin əvvəllərində
yaranan sosial bir elm sahəsidir. İdarəedilən və idarəedən münasibətlərinin mövcud olduğu hər dövrdə
idarəetmə var olmuşdur. Səbəbi isə insanlığın yaradılış şəkilidir.Sadəcə bir fabrik, zavod yaxud
dövlətdə deyil, evlərdə, dini qurumlarda,təhsil müəssisələrində,idman klublarında və s., bir sözlə, hər
yerdə idarəetmə fəaliyyəti mövcuddur. “Menecment” anlayışı ingilis sözü olub “idarəetmə” deməkdir.
Menecment prosesini həyata keçirən şəxs isə menecerdir. Menecerin əsas işi mövcud resurslarla
(maliyyə,fiziki,insan resursları,informasiya) effektiv və səmərəli şəkildə istifadə edərək qarşıya
qoyulmuş məqsədə çatmaqdır. Hər bir menecer müntəzəm olaraq öz biliyini artırmalı, yeniliyi və hər
cür mütərəqqi texnika və texnologiyanı başa düşməlidir.
Menecerlər qərar vermək üçün vaxtında
lazımi informasiya ilə təchiz edilməlidirlər. Hazırda bu işləri kompyuterlərlə görmək işi xeyli
asanlaşdırır. Menecerler həmçinin vaxtdan səmərəli istifadə etməyə çalışırlar.Vaxtdan səmərəli istifadə
işlərin hamısını çatdırmaq yox, işin effektiv qurulması deməkdir.
XXI əsrin başlanğıcında bir sıra
alimlər müasir menecerlərə xas keyfiyyətləri aşağıdakı kimi qruplaşdırmışdır:
Fiziki keyfiyyətlər: -aktivlik,enerjilik,sağlamlıq,güclülük və s.
Şəxsiyyət keyfiyyətlər: -uyğunlaşa bilmək, özünəinamlı olmaq,nüfuzluluq,müvəffəqiyyətə cəhd
etmək və s.
İntellektual keyfiyyətlər: - ağıl,qərar qəbul etməyi bacarmaq,intiusiya,yaradıcılıq və s.
Qabiliyyət keyfiyyətlər: - asanlıqla münasibət yaratmaq, işgüzar olmaq,diplomatik olmaq və s.
“Menecment” ifadəsi daha çox müəssisələrin və firmaların idarə edilməsinə aid edilir. Yəni,
dövlətin, şəhərin və yaxud da ordunun idarə olunması prosesi menecmentlə əlaqəli deyildir.Müasir
dövrdə menecerlik fəaliyyətinə bir çox sahələrdə rast gəlmək olar. Həmçinin, təhsil sahəsində də
“menecment” və “menecer” terminlərindən istifadə edilir. Təhsil idarəsi ümumi idarəetmə elminin
xüsusiyyətləri,qayda və qanunlarının təhsilə tətbiq edilməsindən yaranmışdır. Təhsil müəssisələrinin
və digər bənzər təşkilatların da özlərinə xas ayrıca özəllikləri vardır. Təhsil idarəsinin digər idarəetmə
sahələrindən əsas fərqi məqsədinin insan yetişdirmək olmasıdır.Başqa sözlə desək,təhsil idarəçiləri
şəxsiyyət yetişdirir. Təhsil idarəçiləri maddi və insan resurslarından istifadə edərək səmərə əldə
etməyə,keyfiyyəti yüksəltməyə çalışırlar. İdarəetmədə əsas məqsəd müəyyən qrup insanların eyni
məqsəd üçün çalışmalarıdır. Təhsilin idarəedilməsində əsas məqsəd isə həmin təhsil müəssisəsinin
siyasətini və müəssisənin məqsədlərinə uyğun olaraq işləri qaydasında saxlamaqdır.Bir digər məqsəd
isə əvvəlcədən hədəflənən davranışların şagirdlərə planlı və proqramlı şəkildə çatdırmaqdır. Təhsilin
idarəolunmasının aşağıdakı xüsusiyyətləri var:
-Təhsilin idarəolunmasının ən önəmli xüsusiyyəti üzərində çalışdığı xammaddənin insan
olmasıdır. Təhsil müəssisələri həm insanlar, həm də cəmiyyətlə əlaqədə oluğu üçün daim
münaqişələrdən uzaq durmağa çalışmalıdırlar.
-Bu tip müəssisələrdə məqsədlər qədər, istifadə edilən metodlar da açıq olmalıdır.
-Bəzi ölkələrdə təhsil idarəsi ayrıca bir sahə kimi deyil,müəllimliyə əlavə bir sahə kimi
qiymətləndirilir.
-Surətli dəyişən texnologiya təhsil sahəsinə daha tez tətbiq edilir. Məktəblərdə öyrədilən biliklər
ətraf mühitlə uzlaşmalıdır.
-Təhsil idarəçilərini hər kəs nəzarətdə saxlayır: valideyinlər,müəllimlər, yuxarı təşkilatlar,
şagirdlər və s. Bu idarəçilərin işini çətinləşdirir və qərar qəbul etməkdə onlara çətinlik yaradır.
Yeni
istehsal
və
mülkiyyət
münasibətlərinin
formalaşdığı,beynəlxalq
əlaqələrin
genişləndiyi,təhsilimizin dunya təhsilinə inteqrasiya etdiyi bir dövrdə təhsil keyfiyyətini yüksəltmək
və təhsilin idarəedilməsində orataya çıxan problemlərin həll edilməsi məqsədilə təhsil menecerlərinin
hazırlanması zərurət təşkil edir. Həmçinin respublikamız müstəqillik əldə etdikdən sonra təhsilin digər
sahələrində də bir sıra islahatlar keçirilmişdir. Artıq pedaqoji kadrların rəhbər vəzifələrə gətirilməsi və
|