IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1537
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
İBTİDAİ SİNİFLƏRDƏ LÜĞƏT İŞİNİN MAHİYYƏTİ
Nuridə NƏCƏFOVA
Qafqaz Universiteti
nuride.necefova@mail.ru
AZƏRBAYCAN
Xalqımız üçün şüurlu, yararlı, mədəni vətəndaş formalaşdırılması demokratik təhsil sisteminin
əsas vəzifəsidir. Azərbaycan dilinin sözün həqiqi mənada dövlət dili kimi işləndiyi müasir dövrdə
yüksək nitq mədəniyyətinə yiyələnmək mühüm tələbə çevrilib. Yüksək nitq mədəniyyətinin əsasında
zəngin söz ehtiyatı dayanır. Hər bir vətəndaşın vətənpərvərliyini sübut edən prinsiplərdən biri də onun
öz ana dilində sərbəst və səlis danışmasıdır. Bunun da təməlini müəllim və ailə qoyur. Bir ailədə təzə
dil açan uşağın öz doğma dilində danışılırsa, təbii ki bu ailədəki uşağın söz ehtiyatı digər şagirdlərə
nisbətən zəngin olacaq.Lakin bu şagirdin yetəri qədər sözə sahib olduğu anlamına gəlmir. Məktəbə
gedənədək uşaqların nitqindəki sözlərin təxmini 2000-i (57,1%) onların fəal lüğətinə daxil olur. Bu
onu göstərir ki, uşaqlar ətraf aləmi dərk etməklə danışığa başladlıqları vaxtdan bir çox sözlərin
mənasını az-çox başa düşsələrdə, nitqlərində istifadə etmirlər. Onlar öz fikirlərini məhdud miqdarda
sözlərlə ifadə edirlər.Onların qeyri-fəal lüğətlərindəki sözləri üzə çıxarmaq və söz ehtiyatlarını
zənginləşdirmək müəllimin öhdəliyinə düşür. Düzgün cümlələrin qurulması, fikrin düzgün ifadəsinin
əsasını söz təşkil edir.Söz nədir?
Söz nitqin əsas leksik vahididir. Dilin elə bir sahəsi yoxdur ki, sözlə bağlı olmasın. Zəngin söz
ehtiyatına malik olan və onların mənasını başa düşən uşaq sözdən yerli-yerində istifadə etməyi bacarır
və bu da onun nitqini aydın və təsirli edir. Söz ehtiyatı zəngin olan uşağın biliyi də dərin olur. Söz
üzərində işi düzgün və səmərəli təşkil etmək üçün onun xarakteristikasını bilmək və lüğət üzərində işi
düzgün qurmaq lazımdır. Böyük pedaqoq və metodistlər şagirdlərin lüğət ehtiyatını zənginləşdirmək
işinə həmişə böyük əhəmiyyət vermişlər. Onlar belə hesab etmişlər ki, şagirdlərin lüğət ehtiyatını
genişləndirmədən və həmin sözlərin mənasını qrammatika dərsləri ilə əlaqələndirmədən dili
mənimsətmək olmaz.
Məktəbdə lüğət işinin səmərəli təşkili müəllimin bu işin pedaqoji əsaslarını nə dərəcədə
bilməsindən asılıdır. Müəllim şagirdlərdə söz ehtiyatının artırılması üzrə nə qədər çox səmərəli
metodlara əl atıb, əməl edərsə şagirdlərdən bir o qədər tez ve keyfiyyətli nəticə almış olar. Təlim
prosesində sagirdlərin lüğət ehtiyatı əsasən, oxu və Azərbaycan dili dərslərində zənginləşdirilir. Oxu
dərslərində arxaik sözlər, yeni sözlər və müxtəlif ifadələr şagirdlərin nitqinə daxil olur, Azərbaycan
dili dərslərində müxtəlif nitq hissələrinə aid rəngarəng mənalar kəsb edən sözlər şagirdlər tərəfindən
mənimsənilir. Lüğət üzrə iş prosesində sözlərin seçilməsi əsas diqqət tələb edən amillərdəndi. Söz
seçilərkən müəllim şagirdlərin lüğət ehtiyatına bələd olmalı, mövzu ilə bağlı sözləri lüğətlərinə daxil
etməli, yeni sözlər dəqiq müəyyənləşdirilməlidir.
Lüğət işinə aşağıdakılar daxildir:
1)
Uşaqların dilimizin lüğət ehtiyatına yiyələnmələri;
2)
Eyni sözün semantikası üzərində iş;
3)
Tanış sözün mənasının dəqiqləşdirilməsi üzərində iş;
4)
Uşaqların sözün üslubi funksiyasını hiss etmə və nitq praktikasında ondan düzgün istifadə
etmə vərdişinin inkişafı üzrə iş;
5)
Lüğətin fəallaşdırılması üzrə iş;
6)
Lüğəvi səhvlər üzrə iş;
Lüğət işinin aparılmasına verilən didaktik tələblər:
1)
Lüğət işi dilimizin digər sahələri ilə əlaqəli aparılmalıdır. Hər bir dərsdə lüğət işi səs
mədəniyyəti qrammatik anlayışların formalaşması, rabitəli nitqin inkişafı, ədəbi əsərlərin oxunması,
savad təliminə hazırlıqla əlaqələndirilməlidir.
2)
Lüğət işi ona həsr olunmuş xüsusi məşğələlərlə məhdudlaşdırılmamalı, digər məşğələlərdə,
oyun, əyləncə, özünəxidmət, istirahət zamanı da təşkil olunmalıdır.
3)
Lüğət üzrə işin əhəmiyyəti həddən artıq qiymətləndirilməməli, onun xatirinə digər sahələr
üzrə iş zərər çəkməməlidir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1538
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
4)
Lüğət üzrə iş apararkən imkan daxilində rəngarəng metod və priyomlardan istifadə edilməlidir.
Ümumiyyətlə, şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsinə kömək edən bir çox amillər vardır:
- Dərslik və dərs vəsaitləri,
- Sinifdənxaric və mətəbdənkənar oxu materialları.
- Müşahidə və ekskursiyalar
- Məktəb və ailədəki nitq lüğəti,
- Televizya və radio verilişləri
- Teatr və kino tamaşaları.
Lüğət üzrə iş dörd istiqamətdə aparılır:
1.Lüğətin zənginləşdirilməsi.
Lüğətin zənginləşdirilməsi dedikdə, mənası məlum olmayan yeni sözlərin mənimsənilməsi
nəzərdə tutulur. Uşaqlar hər gün öz lüğətinə bir neçə yeni söz daxil etməlidirlər. Yalnız belə lüğət
toplama əsasında onlar ətrafdakılarla ünsiyyətə girə bilərlər. Uşaqların lüğət ehtiyatının
zənginləşdirilməsində sifət üzrə iş xüsusi yer tutur. Ayrı-ayrı əşya və hadisələr haqqında konkret
təsəvvürlər ümumiləşdirmə aparmağa imkan verir.
2.Lüğətin dəqiqləşdirilməsi.
Lüğətin dəqiqləşdirilməsi dedikdə sözün ümumiləşdirilməsi və yadda saxlanması başa düşülür.
3.Lüğətin fəallaşdırılması.
Lüğətin fəallaşdırılması lüğət işinin çətin vəzifələrindəndir. Əgər şagird mənasını dəqiq başa
düşdüyü sözlərdən getdikcə daha çox istifadə edə bilirsə, deməli, onun lüğəti fəallaşır. Şagird həm də
mənaca uyğun sözü daha dəqiq işlətməyi bacarmalıdır.
4.Lüğətin təmizliyi.
Lüğətin təmizliyi ədəbi dilə mənsub olmayan söz və ifadələrin nitqdə işlətməmək vəzifəsini
qarşıya qoyur.
Şagirdlərin lüğətinə yeni daxil olmuş sözlər sonrakı dərslərdə istifadə olunmazsa,o sözlər tez bir
müddətdə unudular.Buna görə də şagirdlərin lüğətinə yeni daxil olmuş sözləri müxtəlif
deyimlərdə,atalar sözlərində,çalısmalarda təkrarlamaq lazımdır.Bu zaman yeni sözlər şagirdlərin
nitqində daha cox fəallaşacaq və şüurlu şəkildə dərk ediləcəkdir. Lüğət ehtiyatının zənginləşdirilməsi
üzrə işlər yalnız məktəbin işi olmayıb,ailə və şagirdi əhatə edən mühitlə də sıx şəkildə əlaqəlidi.
MORFOLOGİYANIN TƏDRİSİNDƏ İNTERAKTİV
METODLARIN ƏHƏMİYYƏTİ
CəmiləMUSAYEVA
Qafqaz Universiteti
musayeva_cemile@hotmail.com
AZƏRBAYCAN
Müasir dövrdə dəyişməkdə olan sahələr içərisində təhsil sahəsi də xüsusi ilə seçilir. Elm və
texnikanın tərrəqqisi ilə əlaqədar olaraq, təhsil sahəsinə yeniliklər daxil olmaqdadır. Hal-hazırda orta
məktəblərdə kurikulum təhsil sistemi həyata keçirilir. Onun mahiyyətinə nəzər saldıqda görürük ki,
kurikulum təhsil prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata
keçirilməsinə imkan yaradan bir sistemdir. Artıq 2005-ci ildən Azərbaycan Təhsil Qanununda bu
anlayış konkretləşdirilmiş və Təhsil proqramı ( kurikulum) kimi qeyd olunmuşdur. Bildiyimiz kimi,
təhsil kurikulumları cəmiyyətin tələbatına uyğun olaraq, təklifyönümlü və tələbyönümlü olur,
demokratik və humanist prinsiplər üzərində qurulur. Məktəblərdə kuriklulum siteminə keçidlə
əlaqədar olaraq, dərs mühitində yeniliklər özünü göstərməkdədir. Artıq dərslər yeni təlim
texnologiyalarına uyğun şəkildə həyata keçirilir.
Müasir təhsil şəxsiyyətyönümlü prosese çevrildiyi üçün, artıq məktəb fəaliyyətində şagirdlərin
hərtərəfli, cəmiyyətin bütün yeni tələblərinə uyğun yetişdirilməsi ön plana çəkilir. Dərslərdə müasir
təlim prosesinə uyğun olaraq interaktiv metodlardan istifadə olunur. İnteraktiv təlim müəllim və
şagirdlərin birgə, qarşılıqlı fəaliyyətinə əsaslanır ki, bu da şagirdlərin həm idraki, həm də elmi
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1539
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
fəallığına səbəb olur. Bundan əlavə olaraq interaktiv metodlardan düzgün istifadə edildikdə
şagirdlərdə fikirlərini sərbəst şəkildə izah etmə, əməkdaşlıq, tədqiqatçılıq, kiminsə fikrinə hörmətlə
yanaşmaq kimi xüsusiyyətlər formalaşır. Bu da gənc nəslin müasir tələblərə cavab verən kadr kimi
yetişməsində təməl rolunu oynayır..
Bu kimi yenilikərin tətbiq olunması təkcə şagirdlərin deyil, həm də müəllimlərin fəaliyyətində
dəyişikliklər yaratmış oldu. Beləki,artıq yeni dərs mühitində müəllimlər bilikləri şagirdlərə hazır
şəkildə deyil onların birlikdə fəaliyyəti prosesində vermiş olur ki, burada da onun vəzifəsi yalnız
bələdçilik ( faslitator) etəməkdən ibarət olur. Şagirdlər tədqiqatçılıq bacarıqlarını işə salaraq tədris
işinin fəal iştirakçısına çevrilmiş olurlar. Bu da müəllimdən həm yüksək peşə bacarığı , həm də elmi
bilik tələb edir. Bununla yanaşı hal- hazırda müəllimlərə verilən tələblər müasir standartlara uyğun
olaraq yenilənmişdir. Yəni ki, artıq müəllimlər müasir tələblərə cavab vərən- İKT bacarığı, yeni təlim
texnologiyaları ilə sərbəst şəkildə işləmə bacarığı ( ağıllı lövhələr,prajektorlar,) ilə təmin olunmalı və
yalnız bundan sonra tədris mütütinə yenilikəri tətbiq etməlidir.
Mövzumuzun “Morfologiyanın tədrisində interaktiv metodlardan istifadənin əhəmiyyəti” olduğu-
nu nəzərə alaraq biraz da interaktiv metodların morfologiya bəhsinin tədrisində nə dərəcə də faydalı
olduğundan danışaq. Bildiyimiz kimi dilçilik elmi dilin qanunauyğunluqlarını, inkişaf tarixini öyrənən
elmdir. Bu elmin bir çox sahələri vardır ki, bunlardan biri də morfologiyadır. Morfologiya yunanca
morfos ( forma) və logos ( söz) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Morfologiyanın əsas
mövzusu nitq hissələridir ki, bunların düzgün tədrisi şagirdlərdə nitqin həm şifahi, həm də yazılı
yöndən planlı şəkildə inkişafında mühüm əhəmiyyətə malikdir.
Bildiyimiz kimi artıq morfoloji anlayışların təməli artıq ibtidai siniflərdə qoyulmağa başlanılır.
Morfologiyanın əsas predmetinin söz olduğunu nəzərə alaraq, artıq ibtidai siniflərdə sözün həqiqi və
məcazi mənası, sözün sətirdən sətrə keçirilməsi, yaxın və əks mənalı sözlər, sözün tərkibi kimi mövzular
tədris olunur. Bu baxımdan “ Sözün tərkibi” mövzususunun tədrisi diqqət çəkilməli mövzulardandır.
Şagirdlərin söz haqqında anlayışlarını dərinləşdirmək üçün tədris işinə əvvəlcə sözün səs tərkibi, onun
mənası və mənşəyinin müəyyənləşdirilməsi ilə başlayıb daha sonra sözün tərkibinin izahının verilməsi
ilə nəticələnməlidir. Bu da yeni təlimə uyğun olaraq dərslərin inteqrativ formalara əsaslandığını göstərir.
Qeyd olunduğu kimi morfoloji anlayışların ilkin təməli ibtidai siniflərdə qoyulur. Nitq hissələri
anlayışı və onun bölmələri olduğu kimi deyil , yəni nitq hissələrinin adı ilə isim, sifət, fel və.s olaraq
deyil, ad bildirən, əlamət bildirən, hərəkət bildirən sözlər olaraq tədris edilir.
Yeni təlim texnologiyalarına əsaslanaraq ibtidai siniflərdə kurikulumun tətbiqi ilə əlaqədar olaraq
tədris proqramında dəyişikliklər aparılmış və şagirdlərdə dilimizin qrammatik quruluşunun daha
dərindən tədris olunması üçün ilkin anlayışlar ibtidai siniflərdən uşaqlara aşılamağa başlanır. Buna
misal olaraq demək olar ki, ad bildirən sözlərin ibtidai sinifdə keçilməsi gələcəkdə isim bölməsinin
şagirdlər tərəfindən düzgün və səmərəli şəkildə mənimsədilməsinə şərait yaratmış olur. Bundan əlavə
olaraq,ad bildirən sözlərin yeni təlim texnologiyaların uyğun olaraq interaktiv metodla tədrisi
şagirdlərdə dərsin daha maraqla, anlaşıqlı qavranılmasına səbəb olur. Apardığım müşahidələrə əsasən
həm şəhər məktəblərində, həm də royan məktəblərində bu mövzuların tədrisinin yeni metodla
keçilməsinin şahidi oldum. Ucar rayonu 4 saylı tam orta məktəbin 2ci sinifində müşahidə apardığım
zamanı “Ad bildirən sözlər” bəhsinin interaktiv metodlara əsasən tədris olunduğunun qeydə aldım.
Burada dərs zamanı ağıllı lövhədən istifadə edərək animasyon video şagirdlər tərəfindən izlənilir. Ad
bildirən sözlərin aid olduğu şəkillər şagirdlər tərəfindən maraqla qarşılanaraq mövzunun motivasiya
sayəsində şagirdlər özlərinin sərbəst şəkildə müəyyənləşdirməsinə şərait yaradır. Dərslərin bu şəkildə
keçirilməsi qeyd etdiyimiz kimi şagirdlərin həm idraki, həm də elmi bacarıqlarının inkişafına öz
müsbət təsirini göstərmiş olur.
Bundan əlavə olaraq, tədris prosesinin interaktiv metodlardan istifadə edilərək qurulması heç də
onun ənənəvi metodların təkzibi ilə nəticələnməməlidir. Bunun üçün qabaqcıl müəllimlər öz təcrübələ-
rini ənənə ilə zənginləşdirib, müasir dərs şəraitinə uyğun şəkildə tətbiq etməyi bacarmalıdırlar.
Morfologiyanın tədrisinin də bu kimi metodla keçilməsi səmərili nəticə verə bilər. Bunun üçün də mü-
əllimlərin üzərinə böyük məsuliyyət düsür. Onlar təhsil sahəsində baş verən hər bir yeniliyi daima
izləməli və özlərinin sahib olduqları bilik və bacararıqlarla sintez edərək tədris mühitinə tətbiq et-
məlidirlər.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1540
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ŞAGİRDLƏRİN ŞƏXSİYYƏT KİMİ FORMALAŞMASINDA
RİYAZİYYATIN ROLU
Vəfa HƏSƏNOVA
Qafqaz Universiteti
Hasanova.vefa.2015@gmail.com
AZƏRBAYCAN
Bildiyimiz kimi pedaqogika tərbiyə haqqında elmdir. İnsanı hərtərəfli tərbiyə etmək üçün onu
hərtərəfli öyrənmək lazımdır. Təlim, təhsil, tərbiyə ayrılmaz üçlük. Lakin bu sıralamada düşünürəm ki,
tərbiyə birinci yerdə olmalıdır. Çünki yaxşı insan modeli dedikdə ağıla ilk olaraq düzgün tərbiyə
olunmuş insan gəlir. Düzgün tərbiyə olunmuş insanın nəinki təhsil sahəsində eyni zamanda ailədə,
cəmiyyətdə daima hörməti olur və özünəməxsus yer tutur. Bəs riyaziyyatın tərbiyəvi əhəmiyyəti nədən
ibarətdir? Riyaziyyat dərslərində şagirdlər müəyyən bir riyazi problemi həll edən zaman bir sıra qay-
dalara riayət etməlidir. Yəni çox əməlli misal həll edən zaman vurma, bölmə, toplama, çıxma əməlləri-
nin yerinə yetirilmə ardıcıllığına bələd olub onları mərhələlərlə yerinə yetirməlidir. Cavabı səhv aldıq-
da isə yerinə yetirdiyi mərhələlərə yenidən nəzər yetirib səhvini düzətlməlidir. Şagird özü səhvinit
apmağa səy göstərməlidir. Bildiyimiz kimi tərbiyənin tiplərindən biri də özünü tərbiyədir. İnsan özü
özlüyündə hər günün hesabatını aparmalıdır. Gün ərzində etdiyi əməlləri analiz etməlidir. Öz mənfi
cəhətlərini təyin etməlidir. Mənfilikləri müsbət xüsusiyyətlərlə əvəz etməlidir. Bu özünü tərbiyə
adlanır. Deməli burdan belə bir müqayisə meydana çıxır ki, səhv həll olunmuş misalın həllinə yenidən
nəzər yetirmək və insanın özlüyündə yenidən etmiş olduğu əməllərə nəzər yetirməsi, mənfi cəhətləri
müsbətlə əvəz etməsi bir-birinə oxşardır. Mənim fikrimcə bu riyaziyyatın özünü tərbiyə formasıdır.
Eyni zamanda misal və məsələlər aramla, səbrlə yerinə yetirildikdə insanda səbr, təmkin formalaşır ki,
bu da insani keyfiyyətlərdən biridir. Atalar demiş : Tələsən təndirə düşər. Hər bir işi görən zaman
mütləq səbrli olmaq lazımdır. Beləliklə riyaziyyat ətraf əlamin estetik cəhətdən qavranılmasına kömək
edir. İnsan şəxsiyyətinin formalaşması ilə yanaşı xarakterində formalaşmasına müsbət təsir göstərir.
"Riyaziyyatdakı gözəlliyi, ədəd və fiqurlardakı harmoniyanı, həndəsənin zərifliyini unutmaq olmaz.
Bunlar insanda əsl estetik hiss oyadır."(Anri Puankare fransız riyaziyyatçısı)
İnsanlarla düzgün ünsiyyət qura bilmək, özünü dərk edə bilmək, müəyyən fikir irəli sürmək və
onun əsasında qərarlar qəbul etmək insanın idrakı fəaliyyətini artırır. Qarşıya qoyulmuş problemin
nəticəsini öncədən görə bilmək, məntiqi təhlillər aparmaq, analiz və sintez edə bilmək, məlum olanı
məchul olandan ayırd edə bilmək, müəyyən əlamətləri müqayisə etmək, hipotez irəli sürmək, onu
isbat, inkar etmək və s bunun kimi digər keyfiyyətlər məhz riyaziyyatın öyrənilməsi zamanı əldə
edilir. Bütün bunlar riyazi proseslərdə istifadə olunsa da real aləmin gerçəkliyini anlamaq, yaşadığımız
bu cəmiyyətə ayaq uydurmaq üçün insanda müəyyən keyfiyyətlər formalaşır. Riyaziyyat fənninin
tədrisi zamanı keçilən müqayisə mövzusu, analiz, sintez bütün bunlar insanlarda yaxşını pisdən, yalanı
düzdən ayıra bilmək kimi keyfiyyətlər inkişaf etdirir və insan şəxsiyyətinin formalaşmasında mühüm
yer tutur. Riyaziyyat eyni zamanda dürüstlük hissinin inkişafına təsir edir. Çünki düzgün riyazi hesab
nəticəsində ortaya qoyulmuş misal yaxud məsələnin cavabını tapmaq mümkündür. Burada səhvi
gizlətmək qeyri-mümkündür.
"Məhz riyaziyyat bizi yalançı hisslərdən müdafiə edir". (Eyler) Boş yerə deməyiblər riyaziyyat
elmlərin şahıdır. Orta məktəblərdə tədris olunan riyaziyyat fənninin daha da mürəkkəb forması ali
məktəblərdə tədris olunur. Yəni ali məktəb riyaziyyat kursu orta məktəblərdə tədris olunan riyaziyyat
kursu üzərində qurulub. Orta məktəbdə tədris olunan riyaziyyat şagirdlərdə baza yaratmaqla, gələcəyin
mütəxəssisini hazırlamağın əsasını qoyur.
"
Riyaziyyatın elə bir budağı yoxdur ki, nə qədər mücərrəd
olursa-olsun, bir gün yaşadığımız dünyada istifadə sahəsi olmasın". (İsaak Nyuton)
Biz gündəlik həyatımızda daim riyaziyyat ilə qarşılaşırıq. Riyazi biliklər isə qarşılaşdığımız
problemlərin həllində bizə kömək olur. İnkişafda olan texnikanın dilinə bələd olmaq üçün, tənlikləri
həll etmək, hesabları düzgün aparmaq, həndəsi fiqurlar haqqında müəyyən biliyə sahib olmaq, bucaq
anlayışını bilmək, sahənin ölçülməsi, tənasüb, cədvəl, diaqram, qrafik şəklində olan məlumatları
oxuya bilmək üçün riyaziyyat vacibdir. Diaqram, qrafik şəklində məlumatları oxuya bilmək üçün
simvolların dilinə bələd olmaq lazımdır. Cədvəllərə isə sosial, iqtisadi eyni zamanda siyasi məlumatla-
rın alınması zamanı rast gəlinir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1541
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Riyaziyyat elminin özünün daxili qanunauyğunluqları vardır. Lakin o elm olmaqla yanaşı
insanların gündəlik fəaliyyətindən doğan tələbat kimi də formalaşır. Elmi-texniki problemlərin
həllində insana kömək edir. Odur ki, məktəbdə riyaziyyat fənninin tədrisinə önəm vermək lazımdır.
Riyazi problemlə üz-üzə gəldikdə qarşıya qoyulan məqsəd bu problemi düzgün həll etmək olmalıdır.
Ümumiyyətlə həyatda hər hansı bir işə başlamazdan əvvəl mütləq qarşıya məqsəd qoyulmalıdır.
Məqsədsiz insan heç nəyə nail ola bilməz.
Lev Tolstoy çox gözəl bir şəkildə riyazi vahid olan kəsri insan şəxsiyyəti ilə əlaqələndirib. Bu
fikir belə səslənir: "İnsanın dəyəri bir kəsrlə ifadə ediləcək olsa surəti həqiqi şəxsiyyətini göstərər,
məxrəci də özünü nə zənn etdiyini. Məxrəc böyüdükcə kəsrin dəyəri kiçilər." Riyaziyyatdan da
bildiyimiz kimi kəsrin məxrəci böyüdükcə kəsrin qiyməti azalar. Deməli burada insan şəxsiyyəti
kəsrin surəti, məxrəci isə insanın eqosu olaraq fərz edilib. Psixologiyadan bizə məlum olduğu kimi
insanda mən düşüncəsi yəni onun eqosu mövcüddur. Eqosu yüksək olan insanlar daim itirməyə
məhkumdurlar. Demək olar ki, zəif riyazi təhsil şəxsiyyətin azadlığını, sərbəst sənət seçməsində
məhdudiyyət yaradır.
İBTİDAİ SİNİFLƏRDƏ ÖYRƏDİCİ PROQRAMLARDAN MƏSƏLƏ
VƏ MİSALLARIN HƏLLİNDƏ İSTİFADƏ EDİLMƏSİ
Günay PİRİYEVA
Bakı Slavyan Universiteti
g.piriyeva92@gmail.com
AZƏRBAYCAN
Tədris prosesində öyrədici proqramların daxil edilməsi təlimin məzmununun, forma və
metodlarının yerləşdirilməsində mühüm amillərdən biridir. Bu tədris üsullarından effektiv istifadə
etmək üçün təlimin məsələlərini işləmək tələb olunur. Öyrədici proqramlar üçün alqoritmlərin
seçilməsi və bu alqoritm əsasında proqramın yazılması vacib məsələlərdən biridir. Burada məsələlərin
seçilməsi və onun həlli addımlarının azaldılması alqoritmin effektivliyini təyin edir. Öyrədici
proqramlar əsasən intuitsiya və sağlam düçüncə əsasında qurulur, pedaqogikanın və pisxologiyanın
müasir naliyyətlərindən az istifadə olunur. Əslində pedaqoji və pisxoloji bilikləri olmayan müəlliflər
bu proqramı tərtib etdikdə məzmun və metodikadan çox hallarda uzaqlaşırlar. Burada təlimin məqsədi
təyin olunmalıdır. Öyrədici proqramların tətbiqində əsas məqsəd təlimin optimal idarə edilməsi,
şəxsiyyətin harmonik inkişafını təşkil etməkdir. Ona görə məsələ elə seçilməlidir, materialların ardıcıl
öyrədilməsi, öyrətməyə nəzarətin təşkil edilməsi mümkün olmalıdır. Bu isə ibitdai siniflərdə dərs
deyən müəllimin yüksək hazırlığından aslıdır. Məhz dərsin kompyuter üçün hazırlıq mərhələsi
müəllim mərhələsi adlanır. Bu mərhələdə müəllim mövzuya aid bütün materialların məzmununu,
onların tədrisinə aid yazılmış metodiki ədəbiyyatı, özünün uzun müddətli iş təcrübəsini nəzərə alaraq
mövzunun icamlını tərtib edir. Bütün suallar və onların cavabları (düz və səhv cavablar)
göstərilməlidir. Şagirdlə maşın arasında dialoq yaradılmalıdır. Müəllimlə şagird arasında şifahi dialoq
burada proqram vasitəsi ilə dialoqla əvəz olunur. Nəyi öyrətmək və necə öyrətmək məsələsi
proqramda göstərilir. Bu proqramı tirajlaşdırmaqla fərdi təlimi təşkil etmək olur və kompyuter
təliminin məqsədinin icrasını nümayiş etdirmək imkanı aşkar olur. Öyrədici proqramın müəllimin
şifahi dialoqu ilə birləşdirilməsi nəticəsində mövzunun dərindən öyrədilməsi mümkün olur. Aydındır
ki, bir məsələ üçün belə öyrədici proqramın işlənməsi müəllimdən böyük zəhmət tələb edir. Əgər
müəllim bir dərsin adi qayda ilə hazırlığına orta hesabla 1-2 saat vaxt sərf edirsə bir dərs üçün öyrədici
proqram tərtibinə 50-100 saatlarla vaxt tələb olunur. EHM-lə dialoqda olan şagird görür ki, bu dialoq
prosesində də öyrənmək olar. Fərdi vasitə kimi kompyuterdən istifadə edərək “maşın öyrədir”, “maşın
nəzarət edir”, “maşın imtahan edir”, “maşın məsələ həll edir” və s. qorxulu adların heç də qorxulu
olmamasını aşkar edir. Xüsusilə hazırki EHM-lər üçün tərtib edilmiş müxtəlif proqram təminatları
EHM-in öyrədicilik xüsusiyyətini artırmışdır. İndi çoxlu mövzular üçün, xüsusilə ibtidai siniflər üçün
çox geniş tədris proqram paketləri hazırlanmışdır. Yeni proqram sistemləri (MS-DOS, WINDOWS,..)
vasitəsi ilə sadə və mürəkkəb dizayn texnologiyanı birinci sinifdən başlayaraq öyrətmək mümükündür
|