IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1523
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
_Təlim-tərbiyyə müəssisələrinin müxtəlif növ fəaliyyəti (tədris, elm, istehsal və s.), xidmətlər
müqabilində əldə etdikləri gəlir.
_Azərbaycanın və xarici ölkələrin dövlət və qeyri-dövlət müəssisələri, təşkilatları, cəmiyyətləri,
idarələrinin, habelə vətəndaşlarının könüllü aydımaları hesabına əldə olunan vəsait.
Təhsil iqtisadiyyatının gücü onun maliyyələşdirilməsi üçün ayrılan büdcənin miqdarı ilə ölçülür.
Dünya təcrübəsində təhsilin maliyyələşdirilməsi istiqamətində müxtəlif siyasətlər yürüdülür. Bu
sahədə maliyyələşmənin dövlət səviyyəsindən bazar səviyyəsinə qədər müxtəlif səviyyələri əhatə edir.
Alternative maliyyələşmə imkanları təhsilə ictimaiyyətin yardımı ilə subsidiyaların ayrılmasına şərait
yaradır. Bundan əlavə ictimaiyyət tərəfindən maliyyə dəstəyinin dərəcəsi vəsaitini ictimaiyyətin rəyi
nəzərə alınmaqla sərf edilməsinə zamin yaradır. Təhsillə bağlı qərarlar qəbul edərkən müxtlif
məsələlərin maliyyələşdirilməsi ilə bağlı qeyri-əminlik halları təhsilin ictimaiyyət tərəfindən özəl
şəkildə maliyyələşdirilməsinə şərait yaradır.
Dövlət büdcəsi dövlətin idarə edilməsi, müdafiəsi, təhsil, səhiyyə, sosial müdafiə, sosial təminat
və s. üzrə bölünür. Hər bir dövlətin başlıca funksiyalarından biri də əhalini təhsil xidmətləri ilə təmin
etməkdir.
Azərbaycan Respublikasının Konistutusiyasına əsasən ölkənin hər bir vətandaşı təhsil almaq
hüququna malikdir. Bu ehtiyacın əksər hissəsi isə dövlət hesabına təmin olunur.
Hər il kiçik uşaqlardan tutmuş yaşlı adamlara qədər milyonlarla insan müxtəlif növ təhsil
xidmətlərindən yararlanır. Buna görə də hər il dövlət büdcəsinin xərclərinin kifayət qədər böyük bir
hissəsi təhsil məqsədlərinə yönəldilir.
Kiçik uşaqlardan başlayaraq yaşlı insanlara qədər ən müxtəlif sosial təbəqələr dövlətin təhsil
xidmətindən istifadə edirlər. yaş qrupları və sosial təlabatlar müxtəlif olduğundan göstərilən təhsil
xidmətləri və tədris formalarıda fərqli olur. Altı yaşa qədər uşaqlar məktəbəqədər tərbiyə
müəssisələrində tərbiyə alırlar. Altı yaşdan başlayaraq bütün usaqlar icbari şəkildə ibtidai və əsas
təhsilə cəlb edilir, eləcə də orta təhsil alırlar. Bu zaman xüsusi qayğıya ehtiyacı olan uşaqlar xüsusi
məktəblər və kurslara cəlb olunur. Texniki-peşə məktəblərində müxtəlif peşələr öyrədilir, həmçinin
texnikomlarda və kolleclərdə tələbələrə orta-ixtisas təhsili verilir. Universitet və institutlarda isə
ixtisaslar daha dərindən tətris edilməklə elmin əsasları mənimsənilir. Bunlardan əlavə müxtəlif
sahələrdə çalışan mütəxəsislərin ixtisas səviyyəsini yüksəltmək və biliklərini artırmaq üçün
ixtisasartırma kursları təşkil olunur. Bütün bu ferqliliklər nəzərə alınaraq dövlət büdcəsindən ayrılan
xərclər göstərilən istiqamətlər üzrə müvafiq şəkildə bölünür.
Ölkədə təhsil siyasətinin işlənib hazırlanması, təhsil prosseslərinin təşkilinə ümumi metodik
rəhbərlik Azərbaycan Respublikası Təhsil Nazirliyinin funksiyasına daxildir. Lakin təhsilə ayrılan
vəsaitin hamsı Təhsil Nazirliyinin sərancamına verilmir. Peşə ixtisas yönümündən və təyinatından aslı
olaraq bir sıra tədris müəssisələri, təşkilatları və ixtisasartırma kursları başqa nazirliklərin
tabeçiliyindədir. Bu səbəbdən dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlər müxtəlif təşkilatlar arasında
bölünür.
Təhsilin istiqamətindən (növündən) və sərancamçı təşkilatdan aslı olmayaraq büdcədən təhsilə
ayrılan vəsaitlər təhsil müəssisə və təşkilatlarında iqtisadi təyinatı üzrə istifadə olunur: təhsil işçilərinə
əmək haqqı verilir, təhsil prossesinin təşkili üçün zəruru mallar və tədris vasitələri alınır, komunal,
nəqliyyat və başqa xidmətlərin haqqı ödənilir, məktəblər və başqa təhsil obyekləri tikilir, tmir olunur
və s. Buna görə də təhsil xərcləri planlaşdırılarkən onlar əvvəlcə iqtisadi məzmununa görə
qruplaşdırılır və büdcədə bu şəkildə nəzərə alınır. Büdcə vəsaitləri təhsil müəsisələrinə məhz konkret
olaraq müəyyənləşdirilmiş belə son təyinat itiqamətlərinə uyğun olaraq və planlaşdırılmış hədlərdə
buraxılır.
Iqtisadi məzmunu üzrə təhsil xərclərini ümumu səkildə cari və əsaslı xərclər kimi qruplaşdırmaq
olar. Cari xərclərə əməyin ödənilməsi, malların alınması və xidmətlər haqqının ödənilməsi, habelə
subsidiyalar və cari ödənişlər , əsaslı xərclərə isə əsas fondlara əsaslı vəsait qoyluşu, yəni əsas
vəsaitlərin alinması, əsaslı tikinti, əsaslı təmir aid edilir.
Təhsil bizim intibah və fəaliyyət sahəmizdir. Onun hər bir problemi ilə yanaşı, iqtisadi
problemləridə bizi düşündürür. Təhsilə ayrılan büdcənin imkanlarından dəyərincə faydalanmaq, öz
fəaliyyətini dahada məhsuldar qurmaq üçün, fikirimcə, hər bir təhsil işçisi büdcə haqqında məlumatlı
olmali, onun icrasında iştirak etməlidir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1524
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
İBTİDAİ SİNİFLƏRDƏ AZƏRBAYCAN DİLİ
DƏRSLƏRİNDƏ İNTEQRASİYA İMKANLARI
GülKƏRİMLİ
Bakı Slavyan Universiteti
adu-gul@mail.ru
AZƏRBAYCAN
Ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisi milli təfəkkürün formalaşmasında, şagird
şəxsiyyətinin və idrakının inkişafında mühüm vasitədir. Azərbaycan dilinin tədrisi şagirdlərin
ünsiyyətə girmə bacarıqlarını formalaşdırır, nəticədə nitq fəaliyyətinin formalaşmasına səbəb olur.
Azərbaycan dili ümumtəhsil məktəblərində tədris olunmaqla şagirdlərdə ümumi nitq və dil
bacarıqlarının formalaşmasına, nitq mədəniyyətinə yiyələnmələrinə xidmət edir. Şagirdlər Azərbaycan
dili fənni vasitəsilə milli mənəvi dəyərimiz olan dilin incəliklərinə yiyələnir, onun lüğət ehtiyatına, səs
sisteminə, üslubi qrammatik xüsusiyyətlərinə yaxında bələd olur, elmi, bədii, publisistik və digər
üslublarda olan ədəbi nümunələr ilə tanış olurlar. Şagirdlər bu dildən istifadə edərək digər
öyrənəcəkləri fənləri daha yaxşı mənimsəyirlər. Azərbaycan dili müasir dövrdə təlim prosesində
şagirdlərin araşdırma aparmaq, problemləri həll etmək, nəticə çıxarmaq kimi bacarıqlara yiyələnməsi
zəruri hesab olunur.
İnteqrativlik, ilk növbədə təlimin inteqrativ məzmununun məntiqi davamıdır. Müəllim gündəlik
dərs planında dərsin məqsədinə uyğun olaraq həyata keçirdiyi strategiyalara inteqrasiyanı da daxil
edir. Təhsil proqramında inteqrasiyadan istifadə olunması barədə tövsiyyələr verilir. Bu tövsiyyələrdən
istifadə edərək müəllim planda dərsin gedişinə aid apardığı qeydlərdə inteqrasiyadan necə istifdə
etdiyini nəzərə çatdırır. Yeni təhsil proqramında inteqrasiya cədvəl formasında verilib, fənlər üzrə
uyğun gələn nəticələrin əlaqəliliyini ifadə edir. Fənlər üzrə nəticələr kodlar şəklində göstərilir.
İbtidai siniflərdə Azərbaycan dili təlimin də inteqrasiya müxtəlif fənlər arasında məntiqi əlaqələ-
rin qurulmasına xidmət göstərir. Azərbaycan dili təlimi Musiqi, Xarici dil, Riyaziyyat, İnformatika,
Həyat bilgisi, Texnologiya, Təsviri incəsənət, Fiziki tərbiyə kimi fənlərlə inteqrasiya olunur.
İbtidai təhsil pilləsində fənlər üzrə ümumi təlim nəticələri Azərbaycan dili fənni ilə qırılmaz
şəkildə bağlıdır. Fənnin əsaslandırılması, əlifbanın öyrədilməsi, oxu və yazı texnikasının, hüsnxət
qaydalarının, düzgün, sürətli, şüurlu və ifadəli oxu üzrə ilkin bacarıqların mənimsənilməsi, lüğət
ehtiyatının tədricən zənginləşdirilməsi, ən zəruri qrammatik qaydaların və ədəbi tələffüz normalarının
öyrədilib tədqiq olunması, Azərbaycan xalqının tarixi, dili, mədəniyyəti, adət-ənənələri haqqında ilkin
anlayışların yaradılmasının təmin olunması məhz digər fənlərlə əlaqəli inteqrasiya şəraitində
mümkündür. Azərbaycan dili üzrə qeyd edəcəyim şagirdin ümumi təlim nəticələri öyrəndiyi digər
fənlərin təlim nəticələri ilə əlaqəsini reallaşdırır:
•danışanın fikrinə münasibət bildirir, öz fikirlərini sərbəst və ardıcıl ifadə edir;
•düzgün, sürətli, şüurlu, ifadəli oxuyur, oxuduğu mətnlərə münasibət bildirir;
•kiçikhəcmli rabitəli mətnlər qurur;
•lüğətlərdən, məlumat kitablarından istifadə edir;
•Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi dəyərləri, incəsənəti, adət-ənənələri haqqında
öyrəndiyi məlumatları sadə formada təqdim edir;
•yazılı və şifahi nitqində fonetik, leksik, qrammatik qaydalara yiyələndiyini nümayiş etdirir.
İnteqrasiyanın fəndaxili və fənlərarası növləri müəyyənləşdirilib. İbtidai siniflərdə fəndaxili
inteqrasiyanın həyata keçirilməsi vacib məsələdir. Çünki fəndaxili inteqrasiya əzbərçiliyi və təkrarı
aradan qaldırır, biliklərin daha dərindən dərk edilməsinə və praktikada tətbiqinə imkan yaradır,
şagirdlərin mühakimə qabiliyyətini inkişaf etdirir, şifahi nitqə zəmin yaradır, fakt və hadisələrə
yanaşmağı öyrədir. Fəndaxili inteqrasiya, eyni zamanda üfüqi və şaquli ola bilər. Üfüqi inteqrasiya hər
hansı sinif üçün məzmun xətləri arasında əlaqələri əhatə edir, hər bir sinif üzrə nəzərdə tutulmuş
anlayışlar, bacarıq və vərdişlərin formalaşmasına xidmət edir. Fəndaxili şaquli inteqrasiya isə təlimin
ibtidai təhsil pilləsində siniflərarası məzmun xətlərinin inkişafını əhatə edir. Şagirdin qazandığı bilik,
bacarıq və vərdişlər sinifdən sinifə genişlənərək inkişaf edir. Şaquli inteqrasiya hər bir təhsil pilləsi
üçün ümümi təlim nəticələrinin tərkib hissəsidir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1525
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Fənlərarası inteqrasiya mürəkkəb bu proses olub, fənlərdə olan oxşar mövzular və ya oxşar
bölmələrin tədrisini nəzərdə tutur. Fənlərarası inteqrasiya mövzularının üst-üstə düşməsi imkanları
şagirdlərdə çoxşaxəli bacarıq və münasibətlər meydana çıxarır, bu fəndə qazanılan biliklər o biri
fəndən fərqlənmir, fənlərarası məzmundan nəticə çıxarılır. Fənlərarası inteqrasiyanın başlıca
şərtlərindən biri hər hansı bir anlayışın hansı fəndə, hansı məzmunda öyrədilməsi müəyyənləşir,
verilən biliklərlə tamamlayır. İbtidai siniflərdə tədris olunan Azərbaycan dili, Riyaziyyat,
Texnologiya, Həyat bilgisi, Musiqi və s. fənlərdəki bir çox mövzuların tədrisində fənlərarası
inteqrasiyanın köməyi ilə yüksək təlimi keyfiyyətlər əldə etmək mümkündür. Fənlərarası inteqrasiya
müəyyənləşdirmək üçün müəllim ayrı-ayrı fənlərin bir-biri ilə əlaqə imkanlarını dəqiqləşdirməlidir.
Məsələn,“Payız”mövzusuna I sinifdən başlayaraq IV sinifin sonuna qədər geniş yer verilir. Bu mövzu
həyat bilgisi, texnologiya, təsviri incəsənət fənlərində verilsə də yenilik daşımır. Şagirdlərə də hər bir
fənnin məzmununa uyğun olaraq payızın əlamətləri öyrədilir, şagirdlərin hər bir fənn üzrə aldıqları
biliklər ümumiləşdirib inteqrasiya edilir, payız haqqında əhatəli, dolğun məlumatlar verilir.
I sinifdə “Qar adam”, “8 Mart”, “Novruz bayramı” və s. mövzuların tədrisində Təsviri
incəsənətin “2.2.1 Sadə təsvir alətlərindən (karandaş, qələm, fırça, flomaster) təyinatına görə istifadə
edir” və “2.2.4 Əsas rəngləri tanıyır və onları sadalayır” standartı Azərbaycan dilindən “1.2.1
Müşahidə etdiyi əşya və hadisələr haqqında şəkillər üzrə danışır” standartına inteqrasiya olunur. II
sinifin “Bilik günü” adlı ilk mövzusunun tədrisi zamanı Azərbaycan dilindən “3.1.6 Sinif səviyyəsinə
uyğun olaraq müəyyən edilən sadə əməli yazılar (məktub, açıqca, elan, ərizə) yazır” standartının Həyat
bilgisinin “1.1.1 Varlıq və hadisələri xarakterik əlamətlərinə görə qruplaşdırır” standartı ilə
inteqrasiyasını vermək olar. IV sinifdə “Qazların uçuşu” mövzusunun tədrisində uşaqlara payızda isti
ölkələrə uçan köçəri quşların rəsmini çəkmək tapşırıla bilər. Bununla da Təsviri incəsənətin “2.2.5
Real əşya və hadisələri mücərrəd formada təsvir edir”, “2.2.6 Çəkdiyi təsvirlərdə ifadə olunmuş fikri
və ideyaları şərh edir” , “ 2.2.7 Özünün və digərlərinin çəkdiyi təsvirlərə münasibət bildirir” standarti
ilə inteqrasiya oluna bilər.
FƏAL TƏLİM METODLARINA YENİ YANAŞMA
İlahə RÜSTƏMOVA
Gəncə Dövlət Universiteti
ilham705@box.az
AZƏRBAYCAN
Müasir dövrdə informasiya –kommunikasiya texnologiyalarının sürətlə inkişaf etməsi müxtəlif
elm sahələrinə aid biliklərin həcminin və onların mənbələrinin artmasına səbəb olmuşdur. Bu hal
biliklərin qeyri- ənənəvi təlim metodları əsasında mənimsədilməsi istiqamətində tədqiqatları
genişləndirmişdir.Təhsil sisteminin institutsional əsaslarının inkişaf etdirilməsi, innovativ təlim
metodları və texnologiyalarının tətbiqinin genişləndirilməsi “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”nda əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Beləliklə son dövrlərin
tədqiqatları səriştəyə əsaslanan şəxsiyyət və nəticəyönümlü təhsil modelinin yaradılmasını aktual
etmişdir.
Mövcud təlim metodlarının şagirdlərin idrak fəaliyyətinin motivləşməsinin təşkilində, biliklərin,
bacarıq və vərdişlərin mənimsənilməsi prosesində gücsüzlüyü ötən əsrin 60-cı illərində ənənəvi təlim
metodlarına yeni, dialektik yanaşmanın əsasını qoydu. Nəticədə “inkişafetdirici təlim” konsepsiyasının
meydana gəlməsinə səbəb oldu
Qeyd etmək lazımdır ki, ənənəvi təlim metodlarının hər birində şagirdlərin və müəllimlərin
fəaliyyətinin xarakteri konkret olaraq müəyyənləşdirilir. Ənənəvi təlim daha çox özünün imperativ
xarakteri-uşaqların şəxsiyyət xüsisyyətlərinin, təlabatları nəzərə alınmadan həyata keçirilən pedaqoji
təsirə əsaslanır. Belə yanaşmada təlim motivlərinə və ya digər fəaliyyət növlərinə diqqət yetirilmir.
Təlimin nəticələri yalnız o halda səmərəli hesab edilə bilər ki, öyrətmə metodları şagirdlərin
təfəkkürünün, dərketmə imkanlarının genişlənməsini və biliklərin mənimsənilməsi prosesinə fəal
qoşulmasını təmin edə bilsin. Bu tələblər nəzərə alınmaqla dərsdə elə optimal təlim metodlarına
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1526
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
istinad edilməlidir ki, onlar produktiv və yaradıcı təfəkkürün fəallaşdırılmasına təminat yaratmış olsun.
Məhz fəal, interaktiv təlim metodları bu meyarlara tam uyğun gəlir. Fəal təlim metodları təlim
prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində öyrənənlərin idrak fəallığını təmin etmək
inkanları ilə səciyyələnir. “Fəal təlim metodları” əksər hallarda “interaktiv təlim” metodları da adlanır.
“Fəal təlim metodları” bir sıra ədəbiyyatlarda “problemli-dialoji”, “problemli”, “evristik” metodlar
kimi də səciyyələndirilir. Fəal təlim dedikdə şagirdlərin təlim-idrak fəaliyyətinin təşkili və idarə
olunması üsullarının məcmuyu nəzərdə tutulur.
Fəal təlimin xarakteristikasında özünü göstərən başlıca cəhətlər bunlardır:
-
fəal təlim müəllim tərəfindən idraki problemli situasiyanın yaradılması, problemin həlli
prosesində şagirdlərin fəal tədqiqatçılıq mövqeyinin stimullaşdırılması, müstəqil “kəşf”,
“ixtira” və şagirdlər üçün yeni olan biliklərin mənimsənilməsi şəraitinin yaradılmasını təmin
edir;
-
fəal təlim metodları şagirdlərdə intellektual baxımdan gərgin situasiyanın yaradılmasını,
informasiyanın hazır deyil, ziddiyyətli və natamam şəkildə təqdim edilməsi ilə səciyyələnir;
-
fəal təlimdə təlim tapşırıqları, həll üçün təqdim edilən problem cəlbedici, maraqlı, şagirdlərin
dərketmə imkanlarına uyğun, müstəqil tədqiqatçılıq baxımından asan olması ilə fərqlənir;
-
fəal təlim şagirdlərin öz qabiliyyətlərini reallaşdırmağa imkan yaradır, dialoqa və birgə
fəaliyyətdə əməkdaşlığa əsaslanır.
-
fəal təlimdə yaradılan əməkdaşlıq mühiti və işgüzar müzakirələr alınmış informasiyanı sintez
etməyə kömək edir, dərketməni stimullaşdırır və təlimin nəticə yönümlüyünə etibarlı təminat
yaradır.
Fəal təlimdə şagirdlərin fəal idrak mövqeyinin saxlanılması üçün psixoloji dəstək göstərilməli,
sinifdə hörmət və inam mühiti daim saxlanılmalı, müəllim tərəfindən şagirdlərin stimullaşdırılması
diqqət mərkəzində saxlanılmlıdır. Fəal əməkdaşlıq və birgə iş vərdişlərinin inkişaf etdirilməsi yolu ilə
sosial birgəfəaliyət və birgə yaşayış qaydalarının mənimsənilməsinə təminat verilməlidir. Bizim
fikrimizcə, interaktiv metodların psixoloji konsepsiyası sistemli təhlil olunduqda, onun başlıca
pradiqması –şəxsiyyət yönümlü təlim prinsipi olmalıdır.
Təlim prosesində sağlam düşüncənin faydası, dəyəri xeyli böyükdür. Şagirdlərin əqli inkişafının
düzgün, məqsədyönlü formalaşdırılmasında müəllimlərin üzərinə məsul və şərəfli vəzifələr düşür.
Müasir dövrümüz elmi-texniki inkişaf dövrüdür. Bu dövrdə müəllim texniki təlim vasitələrindən,
kompyuter texnikasından, yeni interaktiv təlim metodlarından metodik ustalıqla istifadə etmək
səriştəliliyinə sahib olmalıdır.
Şagirdlərin dərsdə sağlam düşüncəyə əsaslanaraq daha fəal iştirakını təmin etmək üçün inteqrativ
təlim üsullarından istifadə etmək həm vacib, həm də çox effektlidir. İnteraktiv sözünün lüğəti mənası
daha fəal deməkdir. Şagird və tələbələrin pedaqoji prosesdə daha fəal düşünərək iştirak etməsinə,
sinifdə əli işsiz, başı fikirsiz şagirdin olmamasına nail olmaq üçün düşündürərək öyrətmək, düşünərək
öyrənməyin didaktik dəyəri xüsusilə böyükdür. Bu cəhətdən də şagirdlərin düşünərək, əqli nəticələrə
gələrək, axtarıcı fəaliyyət zəminində proqram materiallarına yiyələndirilməsində interaktiv təlim
üsullarından ölçülü-biçili şəkildə aparılan təlim, tərbiyə, təhsil işınin səmərə və keyfiyyətini xeyli
gücləndirir. “İnteraktiv dərsin təşkili sinifdəki bütün şagirdlərin müstəqil düşünmələrinə və fəaliyyət
göstərmələrinə maksimum şərait yaradılmasını tələb edir. Belə dərslər tədris materialının şüurlu
mənimsənilməsinə, şagirdlərdə psixoloji inkişafa (diqqətin, iradənin, təsəvvürün, nitqin və s.), habelə
faydalı mənəvi keyfiyyətlərin formalaşmasına təkan verir”.
Düşüncənin təlim – tərbiyə dəyəri böyükdür. Pedaqoji prosesdə sağlam düşüncənin bərqərar
edilməsində şagirdlərdə formalaşdırılan idrak motivlərınin də rolu, dəyəri xeyli böyükdür. Müəllim
bilməlidir ki, idrak motivləri sağlam düşüncənin mənbəyidir.Hər bir müəllim təlimdə geridə qalan
şagirdlərlə əlavə məşğələlər təşkil edərək onlarda geridə qalmanın səbəbləri ilə bağlı düşüncəli şəkildə
məşğul olmalıdır. Onlarda yoldaşlarından köçürmənin qarşısını almalı, müstəqil öyrənməyə həvəs
motivlərini gücləndirməyə cəhd göstərməlidir. Onları boş və asudə vaxtlarında ətraf aləmlə yaxından
tanış etməklə yanaşı, onları gələcək həyatlarını necə qurmaqla bağlı düşünməyə, səmərəli yollar
aramağa səfərbər etmək effektli, səmərəli yollar sırasındadır. Müəllim bilməlidir ki, şagirdlərin (kiçik
yaşlı şagirdlərin) ətraf aləm haqqında təsəvvürləri olduqca məhduddur. Onlar hətta təlim
tapşırıqlarının mahiyyətini anlamağa cəhd göstərmirlər. Bir qayda olaraq onlar gələcək haqqında
düşünmürlər.Müəllim şagirdlərə düşünərək, fikirləşərək öyrənməyin mexaniki öyrənmədən fərqini
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1527
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
açıqlamaqla şüurlu öyrənməyə həvəs və səyi artırmağa diqqət və qayğını günü-gündən gücləndir-
məlidir. Onları düşündürərəkdən başa salmalıdır ki, şüurlu öyrənmə unutqanlığın qarşısını alır,
qazanılan bilik, bacarıq və vərdişlər hafizədə dərin izlər buraxır. Çünki şagird dərindən anlayaraq,
əsaslı şəkildə düşünərək öyrəndikdə həmin materialı bir o qədər düzgün və möhkəm yadda saxlayır.
Psixoloji tədqiqatlar göstərmişdir ki, mənanı anlamadan, başa düşmədən materialı mexaniki öyrənmək
üçün çox vaxt tələb olunur, bu cür öyrənılən material, mənası öyrənilən materialdan tez unudulur. Hələ
vaxtilə alman pedaqoqu İohan Henrix Pestalotsi yazırdı: “Adi müəllim həqiqəti şagirdlərə çatdırır. Əsl
müəllim həqiqəti şagirdlərə tapdırır”.
Təlim prosesində şagirdlər təkcə dinləyiciyə çevrilməməlidir. Müəllimlə bir növ əməkdaşlıq
şəraitində fəaliyyət göstərməlidir. Bunun üçün müəllim şagirdləri təlimatlandırmalıdır ki, onlar üçün
aydın olmayan, anlaşılmaz məsələləri müəllimdən soruşub öyrənməyə çalışsınlar. Aldığı məlumatları
təhlil, təhlil – tərkibin vəhdəti və habelə müqayisə əməliyyatlarından keçirsinlər. Mexaniki öyrənmək,
mətni əzbərləyərək öyrənmək çoxlu vaxt almaqla yanaşı, həm də belə öyrənmə hafizədən tez bir
zamanda silinir. Düşünərəkdən, başa düşərəkdən şüurlu şəkildə öyrənilən bilik isə hafizədə uzun
müddət qalır. Bununla da unutqanlığın qarşısı alınmış olur. “Ən düzgün və səmərəli yol fikirləşə –
fikirləşə öyrənməkdir. Məhz buna görə də L.N.Tolstoy haqlı olaraq yazmışdır ki, bilik yalnız o zaman
bilikdir ki, o təkcə hafizə ilə deyil, həm də adamın öz fikirlərinin gücü ilə qazanılmış olsun”.
Nəhayət, öyrənmə aktı köhnə təsəvvürlərimizi dəyişdirmək və yeni məlumatlar əldə etmək
imkanımızı artırmaq mənasına gəldiyi üçün müəllimlərin şagirdlərin yeni əldə etdikləri məlumatları
düşünmələri, mənalarını müzakirə etmələri, bunlardan funksional şəkildə istifadə etmələri və mövzu
barəsindəki köhnə fikirlərini yeniləri ilə birləşdirərək, əgər ehtiyac olarsa, hətta dəyişdirmələri
istiqmətində həvəsləndirmələri vacibdir.
Dostları ilə paylaş: |