İBTİDAİ SİNİFLƏRDƏ NİTQ HİSSƏLƏRİNİN TƏDRİSİNDƏ
İSTİFADƏ OLUNAN İNTERAKTİVMETODLAR
Aliyə HACIYEVA
Qafqaz Universiteti
aliyeugur1@gmail.com
AZƏRBAYCAN
Azərbaycanda təhsil sisteminin beynəlxalq sistemə inteqrasiyası üçün bu sahədə köklü
dəyişikliklər, islahatlar gedir. Məlum olduğu kimi, son illərdə elm və texnikada gedən sürətli
dəyişikliklər özünü təhsil sistemində də bariz şəkildə göstərmişdir. Təhsil sahəsində yeniləşmə
dedikdə, bu gün tədris müəssisələrində kurikulum sisteminə uyğun olaraq tədris prosesinin yeni təlim
texnologiyalarına əsasən qurulması nəzərdə tutulur. Bütün bunlar hər şeydən əvvəl şagirdin bir
şəxsiyyət kimi formalaşması və hərtərəfli inkişafının həllinə yönəlmişdir.
Ənənəvi təlimdə şagirdlərə bilikləri praktik tətbiqini təsəvvür etmək üçün imkan yaradılmır.
Dərsin məzmunu, adətən, nəzəri öyrədilir. Burada şagirdin şəxsi keyfiyyətləri, təcrübəsi, onun
tələbatları, maraq və qabiliyyətləri tam olaraq nəzərə alınmır. Belə bir şəraitdə isə şagirdlərin
hamısının keçirilən mövzunu dərk etmələri sual altında qalır. Bu metodla tədris prosesində şagirdlərin
təlimə marağı azala, bilik səviyyəsi isə aşağı düşə bilir. Bu hal isə təbii ki, yeni metodların tətbiq
olunmasının vacibliyini ortraya çıxarır.
Bu səbəbdən də, bir çox tədris müəssisələrində ənənəvi təlim metodları ilə yanaşı, interaktiv təlim
metodlarından da istifadə xeyli artmışdır. Məlum olduğu kimi, son dövrlərdə Azərbaycanın orta
məktəblərində Avropanın inkişaf etmiş bir sıra dövlətlərinin təhsil sistemində istifadə olunan interaktiv
təlim metodları tətbiq olunur. Bu da öz effektini verir . Dərsdə interaktiv təlim metodlardan istifadə
şagirdlərin dərsdə passivliyinin qarşısını alır, onun mövzunu şüurlu mənimsəməsinə şərait yaradır.
Nəticədə, təlim prosesi uşaqda fəallığı, məntiqi düşünməyi, ətrafdakı şeylərə və hadisələrə tənqidi
yanaşmağı, müstəqil bilik almağı, fərdi inkişaf etmək bacarığı tərbiyə edir. Bu təlim metodlarından
orta məktəbin həm yuxarı , həm də ibtidai siniflərində istifadə edilə bilər.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1528
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Orta məktəbdə ana dilinin tədrisinin bir sıra məqsəd və vəzifələri var. Ana dilimiz olan
Azərbaycan dili yaşadığımız müstəqil Azərbaycan Respublikasının dövlət dilidir. Bu dili hər bir
azərbaycanlı yaxşı öyrənməli və sevməlidir. Bununla yanaşı, digər fənləri, elmləri öyrənmək üçün də
Azərbaycan dili bir açar rolunu oynayır. Ana dilini yaxşı bilmədən tədrisi bu dildə aparılan bütün digər
fənləri mənimsəmək qeyri-mümkündür. Deməli, Azərbaycan dilinin yaxşı öyrənilməsi xüsusi
əhəmiyyətə malikdir. Orta məktəbdə Azərbaycan dilinin tədrisinin iki başlıca təlim məqsədi var:
1. Şagirdlərdə düzgün yazı savadı aşılamaq;
2. Şagirdlərdə gözəl nitq qabiliyyəti formalaşdırmaq.
Bütün bunları həyata keçirmək üçün Azərbaycan dilinin tədrisinə sadə şəkildə olsa da, ibtidai
siniflərdən başlanılır. İbtidai siniflərdə ana dilinin öyrədilməsində nitq hissələri haqqında anlayışların
formalaşdırılmasının da böyük əhəmiyyəti vardır.
İbtidai siniflərdə nitq hissələrinin tədrisi ardıcıl şəkildə aparılmalı, istər ana dili, istərsə də oxu
dərslərində yeri gəldikcə təkrarlanmalı, əlaqələndirilməlidir.
Nitq hissələrinin tədrisi sadədən mürəkkəbə doğru aparılır. Əvvəlcə nitq hissələri haqqına
anlayışlar verilməli, növbəti siniflərdə isə proqramda nəzərdə tutulan ayrı-ayrı məlumatlar rabitəli
şəkildə öyrədilməlidir.
Kiçik yaşlı məktəblilərə I sinifdə əşyanın adını bildirən sözlər, əşyanın necəliyini bildirən sözlər,
əşyanın hərəkətini bildirən sözlər və s. öyrədilir. II sinifdə isə bu sahədə işlər daha da genişləndirilir.
IIIsinifdə isə şagirdlər artıq nitq hissələrinin adları ilə, yəni termin kimi (isim, sifət, say, fel və s.) tanış
olurlar.
Nitq hisələrinin öyrədilməsi zamanı ənənəvi yollarla yanaşı, interaktiv təlim metodlarından
istifadə daha əlverişlidir.
Ümumiyyətlə, interaktiv təlim metodları çoxdur. Onlardan Mənim fikrimcə, nitq hissələrinin
tədrisi zamanı bu metodlardan istifadə daha səmərəli ola bilər: belələrindən beyin həmləsi, klasteri
(şaxələndirmə), auksion, dəyirmi masa, BİBÖ, Venn dioqramı, müzakirə, əqli hücum və s. misal
göstərə bilərəm.
Şagirdlərin nitq hissələrini yaxşı mənimsəmələri üçün interaktiv metodlardan istifadə etmək daha
məqsədəuyğundur. Bu zaman müəllim əvvəlcə problemli situasiya yaradır. Məsələn, ismin tədrisi başa
çatdıqdan sonra şagirdlərin həmin nitq hissəsi ilə bağlı aldıqları bilikləri möhkəmləndirmək məqsədilə
müəyyən praktik çalışmalar tərtib edilə bilər. Sonda şagirdlərin nəyi mənimsədiklərini başa düşmək
olar. Burada auksion üsulundan istifadə etmək daha əlverişli olar. Bu zaman şagirdlərin cavabları
sinifdə müzakirə edilib, səhvlər şagirdlər tərəfindən düzəldilərsə, bu, daha effektli olar. Artıq ikinci bir
nitq hissəsi öyrənildikdən sonra isə müəllim həmin nitq hissəsini əvvəl keçdiyi ilə müqayisə edərək
oxşar və fərqli cəhətlərini müəyyənləşdirməyi tapşıra bilər. Bunun üçün Venn dioqramı üsulundan
istifadə etmək səmərəli nəticə verər. Bu isə şagirdlərin fəallığını təmin etməklə yanaşı, onların məntiqi
təfəkkürünü inkişaf etdirir. Digər tərəfdən isə mövzu şagirdlər tərəfindən daha yaxşı mənimsənilir. Hər
bir nitq hissəsinin tədrisi başa çatdıqda bu üsuldan istifadə etmək olar.
Beləliklə, düşünürəm ki, şagirlərin tədris edilən mövzunu daha yaxşı mənimsəmələri üçün
müəllim həm də, yaradıcı olmalı, dilimizi yaxşı öyrənmələri üçün ilk növbədə onu şagirdlərə
sevdirməli, ana dilimizin gözəlliyini, ahəndarlığını yeri gəldikcə xatırlatmalıdır. Bildirməlidir ki,
doğma dilimiz olan Azərbaycan dili bu gün təkcə Respublikamızda deyil, dünyanın 70-dən çox
ölkəsində yaşayan həmvətənimizin ünsiyyət vasitəsidir, eyni zamanda, dünyanın inkişaf etmiş
dillərindən biridir. Ona görə də Azərbaycan dilini hər bir azərbaycanlı sevməli, qorumalı və
öyrənməlidir. Çünki vətəni sevmək, həm də ana dilimizi sevmək deməkdir.
Bunun üçün isə hələ ibtidai sinifdən ana dili dərsləri yaxşı təşkil edilməli, həmçinin, verilən bilik,
bacarıq və vərdişlərin şagirdlər tərəfindən yaxşı mənimsənilməsinə çalışmaq lazımdır. Bu, dilimizin
müxtəlif hissələrinin tədrisində də nəzər alınmalı, bəzən ənənəvi təlim metodları və yeni interaktiv
üsullardan kombinə olunmuş şəkildə istifadə edilməlidir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1529
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AZƏRBAYCANCAN RESPUBLİKASINDA QİYMƏTLƏNDİRMƏ
KONSEPSİYASI VƏ ONUN ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ
REALLAŞDIRİLMASI
Günel BALOĞLANOVA
Qafqaz Universiteti
baloglanovagunel@gmail.com
AZƏRBAYCAN
Azərbaycanda “qiymətləndirmə” dedikdə bəziləri bunu yalnız təhsilalanın təlim nəticələrinə aid
olan məsələ kimi qəbul edirlər.Lakin dünya təcrübəsində təhsilalanın biliyinə verilən qiymət həm də
müəllimlərin və məktəbin fəaliyyətinə,valideynin təhsilə münasibətinə,məktəb rəhbərinin peşəkarlıq
səviyyəsinə verilən qiymət kimi qəbul edilir.Belə düşüncə Azərbaycanda qiymətləndirmə üzrə yeni
konsepsiyanın olmamasından irəli gəlir.
90-cı illərdən başlayaraq Azərbaycanın təhsil sisteminə yeni pedaqoji anlayış daxil olmuşdur. Bu
“Kurikulum”anlayışı idi. Kurikulum- təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı
məsələləri özündə birləşdirən konseptual sənəddir.Kurikulumun əsasını təhlil, tərtib, tətbiq və
qiymətləndirmə təşkil edir.Mənası “İcbari tədris kursu və ya tədris müəssisəsində hazırlıq”
deməkdir.Kurikulum dünyanın geniş təhsil modellərindən biri olmaqla hazırda geniş tətbiq olunur.
Qiymətləndirmə konsepsiyası Azərbaycan Respublikası Nazirlər kabinetinin 13 yanvar 2009-cu il
tarixli qərarı ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikasının ümumtəhsil sistemində
Qiymətləndirmə Konsepsiyası yaxın illər ərzində təhsildə qiymətləndirmə məsələlərini əhatə edir. Bu
konsepsiyanın meydana gəlməsi Azərbaycanda ümumi təhsilin inkişafına təkan vermiş, ümumi
təhsilin idarə olunmasını və şəffaflıq prinsipləri əsasında qurulmasına zəmin yaratmışdır.Bu
konsepsiya ilk növbədə heç bir zaman mövcud olmayan yeni bir idarəetmə sistemini meydana çıxartdı.
Qiymətləndirmə Konsepsiyasında əsas məqsədlərin aşkara çıxarılmasını zəruri edən şərtlər izah
edilmişdir. Konsepsiyada şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xüsusiyyətləri müəyyən
olunur.Təhsil sistemində qiymətləndirmə sistemi dedikdə, ilk olaraq onun məzmunun
müəyyənləşdirilməsi yada düşür. Konsepsiyada qiymətləndirmənin beynəlxalq, milli və məktəbdaxili
növləri müəyyənləşdirilmişdir.
Beynəlxalq qiymətləndirmə təhsilin səmərə və keyfiyyətinin yüksədilməsi qiymətləndirilməsi
funksiyalarını yerinə yetirir. Burada müqyisəetmə tətqiqatları, monitorinqlər vasitəsilə aparılır, ölkədə
təhsilin vəziyyəti haqqında məlumat əldə etmək, problemləri üzə çıxarmaq, onları araşdırmaq, xarici
ölkələrlə müqayisə imkanı yaranır.
Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət baxımından tədris ilinin sonunda həyata
keçirilən və şagird nailiyyətlərinin qiymətləndirilməsini təmin edən bir sistemdir. Milli
qiymətləndirmənin məqsədi odur ki, şagirdlərin təlim nəticələrində zəif və güclü tərəfləri aşkar
etməklə, mənimsəmə səviyyəsini müəyyənləşdirmək.
Qeyd olunduğu kimi yeni Qiymətləndirmə Konsepsiyası xüsusi ilə məktəbdaxili qiymətləndirmə
sahəsində yeni Milli Kurikulum ilə sıx şəkildə əlaqəlidir. Məktəbdaxili qiymətləndirmə aşağıdakı əsas
komponentləri əhatə edir:
-
şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqi;
-
şagird fəaliyyətinin təlim standartlarına uyğunluğunun müəyyənləşdirilməsi(kurikulum üzrə
qiymətləndirmə);
Məktəbdaxili qiymətləndirmə 3 istiqamətdə aparılır:
1.
Diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi)
2.
Formativ (irəliləmə və geriləmələrin monitorinqi)
3.
Summativ (kiçik, böyük və yekun)
Diaqnostik qiymətləndirmə şagirdin ilkin bilik və bacarıqlarının müəyyən edilməsinə və bunun
əsasında hər bir şagirdin potensial imkanlarını nəzərə alan və ona uyğun təlim strategiyalarının
seçilməsinə xidmət edir. Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin əvvəlində, şagird ümumi təhsil
müəssəsindən gəldikdə, şagird sinfi dəyişdikdə, fərdi yanaşmanı təmin etmək məqsədi ilə müəllim
tərəfindən aparılır. İlkin səviyyənin qiymətəndirilməsi şagirdlərin biliyini müəyyən edir və təlimin
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1530
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
düzgün qurulmasında müəllimə köməklik göstərir. Diaqnostik qiymətləndirmənin sualları elə
qurulmalıdır ki, onların bəziləri şagirdlərin hansı biliklərə malik olduğunu, digərləri isə yeni materialı
qavramış şagirdləri müəyyən etsin.
Formativ qiymətləndirmə məktəbdaxili qiymətləndirmənin əsas mahiyyətini təşkil edir. Yeni və
ənənəvi qiymətləndirmə arasında əsas fərq gündəlik rəqəmli qiymətlərin yazılmaması və şagirdin
fəaliyyətinin müntəzəm izlənilməsidir. Formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim
fəaliyyəti müddətində rəqəmli qiymət almaq üçün deyil, müsbət nəticə göstərmək üçün çalışır.
Formativ qiymətləndirmənin nəticələri formativ qiymətləndirmə jurnalında və şagirdin məktəbli
kitabçasında sözlə qeyd olunur. Formativ qiymətləndirmə müəyyən edilmiş sxemlər üzrə aparılır.
Summativ qiymətləndirmə kiçik və böyük summativ qiymətləndirmədən ibarətdir. Kiçik və
böyük summativ qiymətləndrmə təlim prosesində müəyyən mərhələlərə yekun vurmaq məqsədi ilə
məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin
nailiyyət səviyyəsini ölçmək məqsədi ilə aparılır. Summativ qiymətləndirmənin nəticələri keçirildiyi
tarixdə sinif jurnalında qeyd olunur.
Qiymətləndirmə ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin müəyyənləşdirilməsi üçün
vacib sayılan amillərdən biridir. Ümumtəhsil məktəblərində qiymətləndirmənin başlıca məqsədi təhsil
müassisəsi rəhbərlərinə, müəllimlərə, həm də şagirdlərə məktəbdə təlim-tərbiyə prosesinin vəziyyəti
haqqında məlumat vermək və təhsilin keyfiyyətinin daha da yüksəltmək imkanı yaratmaqdır.
Ümumtəhsil məktəblərində təhsilin dinamik inkişafı üçün hər dərs ilinin sonunda onun müvafiq
göstəriciləri əsasında monitorinqinin və qiymətləndirilməsinin aparılması müəssisənin gələcək
fəaliyyət istiqamətini düzgün müəyyənləşdirməyə imkan verir. Qiymətləndirmə təlim-tərbiyə prosesini
təkmilləşdirməyə, prosesin səmərəliliyini yüksəltməyə, şagirdlərin nəyi mənimsədikləri, nələri
öyrəndikləri, hansı bacarıqlara malik olduqlarını müəyyənləşdirməyə şərait yaradır.
Bütün ümumtəhsil məktəblərin 3-8-ci sinif şagirdləri, hər il azərbaycan dili, riyaziyyat və təbiət
fənləri üzrə hər bir ştatın təhsil orqanı tərəfindən yoxlanılır. Nəticələrə görə təkcə şagirdlər yox,
məktəblərin və onlara nəzarət edən orqanların işinə qiymət verilir.
9-11-ci siniflərin buraxılış imtahanları testlər vasitəsi ilə mərkəzləşdirilmiş qaydada aparılır,
nəticələri Azərbaycan Təhsil Nazirliyi tərəfindən qiymətləndirilir. Bu cür qiymətləndirmə 11 illik orta
təhsil səviyyəsini doğru və düzgün təyin etməyə kömək edir.
Qiymətləndirmə sisteminin məqsədi şəxsiyyətin inkişafını izləmək və onun formalaşmasını təmin
etməkdir. Yeni qiymətləndirmə sistemi yaradılmaqla ilk olaraq onun fəlsəfəsi müəyyənləşdirilmişdir.
Qiymətləndirmənin məzmununun hazırlanması üzərində işlər hələ də davam etməkdədir. Düşünürəm
ki, qiymətləndirmə sahəsində atılan hər bir addım ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə
xidmət etməlidir.
Ölkəmizdə həyata keçirilən təhsil islahatları içərisində qiymətləndirmə siyasəti mükəmməl
normativ-hüquqi bazaya əsaslanaraq məqsədəuyğun şəkildə davam etdirilir. Onun yeni təhsil
texnologiyalarından biri kimi öyrənilməsi və tətbiq olunması bu gün təhsil sahəsində fəaliyyət
göstərən hər bir pedaqoji işçidən tələb olunur.
PROF. BORİS BORİSOVİÇ KOMAROVSKİ VƏ ONUN
«MÜASİR PEDAQOJİ CƏRƏYANLAR» ƏSƏRİ
Röya CƏFƏRLİ
ADPU
rena_qurbanova@bk.ru
AZƏRBAYCAN
Boris Borisoviç Komarovski Azərbaycanda pedaqoji elmin təşəkkülü və inkişında mühüm
xidmətləri olan alimlərdən biridir. O, Bessarabiyanın Bayramça kəndində anadan olmuşdur.
Ekstern yolu ilə imtaһan verərək gimnaziyanı bitirməsini təsdiq edən attestat almışdır. 1909-1912-çi
illərdə kəndlərində muəllim işləmiş, az sonra fəaliyyətini Akkermanda davam etdirmişdir. 1912-1918-ci
illərdə Odessada yaşayan B.B.Komarovski “Əmək” cəmiyyətinin sənət məktəbində və gimnaziyada
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1531
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
müəllim işləmişdir. B.B.Komarovski Odessa Beynəlxalq һüquq İnstitutuna daxil olmuş, IV kursdan
Dnepropetrovsk Universitetinə köçürülmüşdür. "Dyui pedaqogikasının fəlsəfi əsasları" mövzusunda
doktorluq dissertasiyası müdfiə edir. 8 sentyabr 1927-ci ildə dosent B.B.Komarovski professor seçilir.
O, ADU-da, APİ-də, Azərbaycan Sənaye Universitetində, Azərb. ETPEİ-də (indiki Təhsil Problemləri
İnstitutunda), Azərbaycan Dövlət Dillər İnstitutunda geniş elmi-pedaqoji fəaliyyət göstərmiş, RSFSR
PEA-nın ştatdankənar elmi əməkdaşı olmuşdur.O, «Müasir pedaqoji cərəyanlar» (1930), «C.Dyui
pedaqogikasının fəlsəfi əsasları»(1926), «Müasir pedaqoji cərəyanlar» (1930), «XX əsrdə Amerika
pedaqogikası»(1928), «Məktəbşünaslıq», «Elmi-pedaqoji fikrin inkişaf dialektikası», «Rus
pedaqoji terminologiyası»adlı monoqrafiyaların, «Didaktika lüğəti»nin və onlarla elmi
məqalənin müəllifidir.
Onun əsərləri içərisində «Müasir pedaqoji cərəyanlar» monoqrafiyası xüsusi yer tutur.Bu əsər
nəinki Azərbaycanda, eyni zamanda RSFSR-də pedaqoji cərəyanlar, onların təsnifatı, mahiyyəti,
məzmunu ilə bağlı aparılan ən fundamental əsərdir. Çox təəssüf ki, bu əsər 30-80-ci illərdə pedaqoji
tədqiqatlardan təcrid edilmişdir. Yalnız keçən əsrin 90-cı illərində prof. F.Rüstəmov Boris Borisoviç
Komarovskinin həyatı və yaradıcılılığının mühüm məqamlarını araşdırmış, «Müasir pedaqoji
cərəyanlar» əsəri ilə bağlı məlumat vermişdir. «Müasir pedaqoji cərəyanlar» əsəri Vladimir İliç
Leninadına Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin «Elmi Xəbərlər»ində
(«Xəbərlər»in bir nömrəsi tamamilə həmin əsərə həsr olunub) nəşr olunmuşdur.
«Müasir pedaqoji cərəyanlar»monoqrafiyası V
fəsil, əlavələr və ədəbiyyat siyahısından ibarət
olmaqla 278 səhifəni əhatə edir. Görkəmli amerikan pedaqoqu, prof. Con Dyuinin tərbiyə fəlsəfəsinin
Amerika pedaqogika tarixi ilə vəhdətdə şərhi əsərin ana xəttini təşkil edir. Prof. Boris Borisoviç
Komarovski Con Dyui yaradıcılığına yüksək qiymət vermiş, onun elmi-pedaqoji irsini
professionallıqla tədqiq etmiş, keçmiş İttifaq səviyyəsində təqdir olunan ən mükəmməl iki
monoqrafiya yazmışdır. O, Con Dyui haqqında yazırdı: «Fəlsəfi təfəkkürün elə bir sahəsi yoxdur ki,
Dyui həmin sahəyə qiymətli töhfə verməsin. O, məntiq və qnoseologiya, pedaqogika və psixologiya,
etika və estetika, sosial fəlsəfə sahəsində qüdrətli tədqiqatçılardan biridir. Dyui - ümumbəşəri
ideyaların sınanmış dostudur, o, sözün həqiqi mənasında humanistdir»[98].
Kitabın «XX əsrin əvvəllərində ABŞ-da pedaqoji prosesin nəzəriyyəsi və praktikasına təsir edən
sosial - tarixi amillər»adlı birinci fəslində XX əsrin əvvəllərində amerikan elmi-pedaqoji fikrinin
inkişafına sosial-iqtisadi və siyasi amillərin təsirinə toxunulur, şəhərlərin sayının artması, əhalinin
iqtisadi potensialının güclənməsi, kənd təsərrüfatının inkişafı, maliyyə oliqarxiyasının genişlənməsi,
imperializmin inkişafı və sinfi mübarizənin kəskinləşməsi, immiqrasiya və irqçilik, demokratiya və
tərbiyə, kilsə və məktəb problemləri, sənayeləşmənin amerikan pedaqogikasına təsiri, tərbiyə
sisteminin inkişafının əsas tendensiyaları və Amerika məktəblərinin inkişafının əsas mərhələləri
araşdırılır.
Kitabın ikinci fəslində Amerikada elmi-pedaqoji nəzəriyyənin əsas müddəaları Avropa
pedaqogikasının inkişafı ilə əlaqədə nəzərdən keçirilir. Əvvəlcə, XIX əsrdə Avropada pedaqogika
elminin vəziyyəti açıqlanır, alman fəlsəfi-pedaqoji nəzəriyyələrinin Amerika pedaqoji elminə təsir
mexanizmi üzə çıxarılır, XIX əsrin sonunda Avropa pedaqogikasında mövcud olan üç pedaqoji
istiqamət-spekulyativ - fəlsəfi, empirik - pozitiv, marksist təhlil olunur. Burada idealist pedaqogika,
onun inkişafının əsas tendensiyaları təhlilə cəlb olunur, idealist pedaqogikanın böhran keçirməsi
nəticəsində yerini tədricən pozitivist pedaqogikaya verməsi, onun (pozitivist pedaqogikanın)
inkişafının üç mərhələsi, eksperimental pedaqogikanın və marksist pedaqogikanın yaranmasını
şərtləndirən amillər açıqlanır. Və bundan sonra amerikan pedaqogikasının inkişaf istiqamətləri (nəzəri-
fəlsəfi, empirik-pozitiv, «sintetik») işıqlandırılır və məlum olur ki, amerikan idealist nəzəri
pedaqogikasında orijinal heç nə yoxdur. İrəli sürülən nəzəriyyələrin hamısı avropalı müəlliflərə
mənsubdur. Lay, Meyman, Ştern, Bine, Klapared, Simon və b. tərəfindən eksperimental pedaqogika
ilə bağlı fundamental tədqiqatlar sadəcə olaraq Amerikada həmin dövrdə daha geniş miqyasda tətbiq
və təbliğ olunmuşdur. Bu fəsildə Pestalossinin, Herbartın pedaqoji nəzəriyyələrinin Amerika pedaqo-
gikasının inkişafına təsiri də öyrənilmişdir. Stenli Hollun pedaqoji görüşlərinin bəzi detalları
açıqlanmışdır. Empirik pedaqogika nümayəndələrinin ümumi metod nəzəriyyəsi də həmin fəsildə
geniş elmi - pedaqoji həllini tapmışdır.
Con Dyuinin tərbiyə fəlsəfəsi ilə bağlı fikirləri III fəsildə açıqlanır. Burada tərbiyənin sosial
funksiyası, mühitin və irsiyyətin tərbiyədə rolu öyrənilir. Boris Borisoviç Komarovski Con Dyuinin
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1532
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
yaratdığı əmək məktəblərinin bioloji-psixoloji və sosial əsaslarının öyrənilməsinə geniş yer vermiş,
uşaqların təbii təbiətinə, onlarda xarakterin formalaşmasında intellektual, emosional və əmək
tərbiyəsinin roluna, pedaqoji prosesdə maraq və diqqətin vəhdəti funksiyalarına nəzər yetirmişdir. V
fəsildə tərbiyəedici sosiologiya, onun inkişaf istiqamətləri, Dyuinin sosial pedaqoji görüşlərinin
təşəkkülü, pedaqoji prosesin vahidliyi və bütövlüyü, əxlaq tərbiyəsinin əsas amilləri, məktəb və həyat
problemi təhlil olunur, məktəb sosial mərkəz və sosial islahatların əsas silahı kimi nəzərdən keçirilir.
«Əmək məktəbinin strukturu və məzmunu»fəslində Çikaqo universitetində Dyuinin rəhbərliyi ilə
yaradılmış eksperimental məktəbdə əmək tərbiyəsinin prinsipləri, məzmunu, ona rəhbərliyin
təkmilləşdirilməsi, fəlsəfənin inteqrasiyası məsələləri, VII fəsildə Dyui didaktikasının fəlsəfi əsasları
zəngin nəzəri konsepsiyalar və elmi fikirlər fonunda tədqiq olunur, mahiyyəti, əhəmiyyəti dövrün
tələbləri səviyyəsində şərh edilir.
Prof. Boris Borisoviç Komarovskinin bu istiqamətli tədqiqatları 20-ci illərdə nəinki Azərbaycanda,
həm də RSFSR-də tanınmış pedaqoq-alimlər tərəfindən təqdir olunmuş, elmi məxəzə, istiqamətverici
mənbəyə çevrilmişdi.
Dostları ilə paylaş: |