IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1542
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
və bu sahədə müəyyən təcrübə vardır. I sinif şagirdləri bir neçə saniyə ərzində tikinti arxitekturuna
çevrilərək müxtəlif rəngdə olan kubiklərdən müxtəlif dizaynlar yaradır. Onlarla toplama və çıxma
əməllərini icra edir, mürəkkəb dioqramlar və qrafiklər quru, meşə və ev heyvanların rəsmlərini,
elektrik avadanlıqları, yol hərəkət işarələri, müxtəlif həndəsi fiqurları ekrana çıxarmaq, onları
böyütmək, ekranda hərəkət etdirməklə şagirdlərdə yüksək maraq yaradırıq və iş fəaliyyətini
canlandırırıq. Dərsin 5-10 dəqiqəsini bu tipli məsələlərə həsr etməklə onlardakı psixoloji gərginlikləri
aradan qaldırmaq mümkündür. Digər tərəfdən məktəbin kompyuter əsrinə adaptasiya keçməsinə
hazırlamaq istiqamətində bir addım atmış oluruq. Kompyuterlə ibtidai siniflərdə tanışlıq məhz öyrədici
proqramlarla başlayır.
Bu proqramlar üç əsas məqsədə çatmaq üçün lazımdır:
1)
Şagirdlərə riyaziyyat, həyat bilgisi, ana dili və digər ictimai fənnlərə dair bilik, bacarıq və
vərdişlərin aşılanmasıdır. Başqa sözlə kompyuter proqramı tədrisə köməkçidir;
2)
Şagirdlərdə məsələnin həlli üçün proqram axtarışı, proqram sənədlərin oxunulması və
ümumiyyətlə “kompyuter üzərində nəzarət” etmək bacarığı verməlidir;
3)
Şagirdlərdə geniş əhali tərəfindən istifadə olunan hesablama, informasiya və proqram
vasitələrinə cavabdehlik və onların qorunması tərbiyəsinin aşılanmasıdır.
Məqsədinə görə maşın-orientasiya öyrədici proqramları müxtəlidir. Bu proqramları idarəedici,
diaqnostik, nümayiş, generasiya, əməliyyat, nəzarətedici, modelləşdirici və s. növlərə bölmək olar.
İdarəedici və diaqnostik proqramları dərsdə, həmçinin fərdi və qrup halında təlim prosesində tətbiq
etmək olar. Bu proqramlar vasitəsi ilə şagirdlərə müxtəlif suallar vermək olar. Onların cavabları təhlil
edilə bilər, cavablardakı səhvləri düzəltmək mümkündür. Burada nəzarət və özünü nəzarət, əks əlaqə,
müəllimlə şagird arasında sistematik və məhsuldar əlaqələr yaradılır. Burada qeyd edək ki, dərs şablon
üzrə aparıla bilməz. Bu xüsusi ilə kompyuterdən istifadə etdikdə nəzərə çarpır. Kompyuterdə məsələ
müəyyən alqoritmlə həll olunur. Pedaqoji situasiyalarda optimal qərarın qəbul edilməsi sahəsində
icarçı aciz qalır, yəni icraçı texniki təminat qarşısında heç bir qərar qəbul edə bilmir. Ona görə
öyrədici proqramlar sistemli, kompleks problemləri özündə əks etdirməlidir.
Həndəsi materialların öyrədilməsində alqoritmləşdirimədən istifadə edilməsi daha səmərəli nəticə
verir. İbtidai siniflərdə “düz xətt”, “şüa”, “parça”, “sınıq xətt”, “üç bucaq” “sınıq xəttin uzunluğu”,
“çoxbucaqlılar”, “sahə və onun ölçüsü”, “çevrə və dairə”, “dairənin hissələrə bölünməsi” və başqa
anlayışlar keçilir. Bunlar isə alqoritmləşdirmədə lazım olan simvolların əsaslarıdır. Müəllim dərsliklər-
dəki üçbucaqlara baxaraq məsəslələr tərtib edir. Üçbucaqlar və düzbucaqların yığımından rənginə,
ölçüsünə, formasına görə onların seçilməsi üzərində dayanır. Şagirdlərlə sual-cavabı təşkil edir.
Müəllim kompyuterdə hazır proqram vasitəsi ilə ekrana müxtəlif rəngdə və ölçüdə üçbucaqları,
düzbucaqları göstərir, uşaqlarda böyük maraq yaranır və hamı onların necə alınması haqqında
fikirləşir, onların necə alındığı ilə maraqlanır. 16 rənglə ekranda görünən bu fiqurlara uşaqlar
heyranedici nəzərlə baxırlar. Müəllim izah edir ki, bu fiqurların alınması arıcıllığı var. Ona proqram
deyilir. Ekranda görünən fiqurlara görə məsələlərin düzəldilməsi şagirdlərə həvalə edilir.
M- şəkillərə görə necə bərabərlik düzəltmək olar?
M- ekranda neçə fiqur vardır?
Şagirdlərə cavab verir və müəllim onlara yazı taxtasında yazır, ölçülərə, rənglərə görə ayırmağı
soruşur. Sonra ekranda müxtəlif rənglərdə xətləri çəkən proqram icra edir, xətlərin sayına görə
məsəslələlər qurulur və həll edilir. Sonra sınıq xətlərin çəkilməsi nümayiş etdirilir. Müxtəlif çoxbucaq-
lıları alır, onların tərəflərini müxtəlif rənglə rəngləyir. Üçbucaqların tərəflərə görə növlərə ayrılmasını
tələb edir. Şagirdlər izah edir ki, üçbucağın üç tərəfi, üç bucağı, üç təpəsi vardır. Şagirdləri düşündür-
mək üçün əlimizin bədənimizə qoyuluşu forması ilə üçbucağın necə alınmasına aid sual veririk və ca-
vabları təhlil edirik.
Öyrədici proqramlara verilən tələblər əsasında müəyyən edilməlidir. Burada ideyallıq, elmilik,
uyğunluq, sistematiklik, politexnikliyi, tərbiyə və inkişaflıq, əyanlik, nəzəriyyə ilə praktikanın
əlaqəliliyi, politexnikliyi, şüurluluq və fəallıq, varislik, fərdilik və başqa prinsiplərə əməl olunmalıdır.
Bu gün çoxu hesab edir ki, məktəblərdə kompyuter yoxdur, bu tələbləri necə yerinə yetirmək olar.
Alqoritmləşmədə heç bir kompyuterə ehtiyac yoxdur. Lakin öyrədici proqramların istifadəsi üçün biz
gözləmə mövqeyində dayana bilmərik. Burada dünya üzrə elmi-texniki tərəqqinin sürəti nəzərə
alınmalıdır. Bu sürət istər-istəməz ölkələrər təsir edir və respublikamız da o cümlədən bu texniki
tərəqqidən uzaqlaşa bilməz, ancaq yaxınlaşa bilər.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1543
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
İBTİDAİ SİNİFLƏRDƏ RİYAZİYYAT TƏLİMİNİN TƏŞKİLİ
Leyla PİRMƏMMƏDOVA
Qafqaz Universiteti
pirmammadova@gmail.com
AZƏRBAYCAN
Riyazi təhsil ümumi təhsilin mühüm hissəsidir.Buna görə də şagirdlərin riyazi təhsilinin, hazırlı-
ğının gücləndirilməsi ümumtəhsil məktəblərinin qarşısında duran əsas vəzifədir.Riyaziyyat fənninin
qarşısında çox böyük vəzifələr durur.Ən əsas vəzifəsi ibtidai sinif şagirdlərini vacib olan bilik,bacarıq
və vərdişlərə yiyələndirmək,təlimin sonrakı mərhələlərində təhsili davam etdirmək imkanı yaratmaq-
dır. Ibtidai siniflərin riyaziyyat kursu məktəb riyaziyyat kursunun bir hissəsidir.5-11ci siniflərin
riyaziyyat kursu şagirdlərin ibtidai məktəbdə qazandıqları biliklərin üzərində qurulur..Şagirdlərin
hərtərəfli inkişafı üçün riyaziyyat təlimindən maksimum dərəcədə istifadə olunmalıdır.Riyaziyyat
təlimi şagirdlərin məntiqi təfəkkürünü,diqqətini,yaddaşını və müşahidəçiliyini inkişaf etdirir.İbtidai
siniflərin riyaziyyat təlimində şagirdlərin bacarıqlarının inkişaf etdirilməsi,biliklərin praktikada tətbiq
edilməsi və bacarıqların formalaşdırılması prinsipləri əsas yer tutmalıdır.
Riyaziyyat təliminin məqsədi onun məzmununu müəyyən edir.Bu təlimin məzmunu ümumtəhsil
əhəmiyyətli olmalı və mütərəqqi dünyagörüşü formalaşdırmalıdır.Riyaziyyat təliminin əsas təşkilat
forması dərsdir.Təlimin müvəffəqiyyəti dərslərin keyfiyyətindən asılıdır.Dərs icmalında dərsin
mövzusu,məqsədi,dərsin quruluşu,dərsin hər bir mərhələsinin vəzifəsi və təlim vasitələri öz əksini
tapmalıdır.Müəllim qarşıda duran məqsədə uyğun olaraq dərsi əsaslı şəkildə düşünməli və
planlaşdırmalıdır.Dərsin xarakterik xüsusiyyətləri dedikdə dərsin məqsədi,məzmunu,vasitə və
metodları başa düşülür.Dərsə hazırlaşdıqda birinci məsələ məqsədin müəyyən olunmasıdır.Dərsin
məqsədi müəyyən olunandan sonra müəllim dərsdə işin məzmununu təyin edir.Dərsdə şagird təkcə
riyazi biliklərə yiyələnmir,həm də məktəblinin şəxsiyyətinin inkişafı məqsədləri həyata keçirilir.Hər
bir dərsdə bir yox,bir neçə məqsəd həyata keçirilə bilər,ancaq bunlardan biri əsas olmalıdır.Dərsin
məzmunu onun məqsədinə uyğun olmalıdır.
Ümumtəhsil məktəblərində riyaziyyatın tədrisi vasitəsilə ibtidai təhsil səviyyəsində şagirdlərin
hesab əməllərini yerinə yetirmələri,yazılı və şifahi hesablama alqoritmlərinə yiyələnmələri,ədədi
ifadələri hesablamağı,mətnli məsələləri həll etmələri,ilkin ölçmə vərdişlərinə,fəza və həndəsi
təsəvvürlərə malik olmaları,onlarda riyazi bilikləri gündəlik həyatda tətbiq etmək vərdişləri formalaşır.
Riyaziyyat dərsində şagirdlərin fəal təlimini təmin edən təlim üsulları tətbiq olunmalıdır.Fəal
təlim zamanı müəllim şüurlu surətdə idraki problem situasiyası yaratmalıdır və problemin həlli
prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyi stimullaşdırılmalıdır.Təlim prosesində şagirdlər üçün
yeni və zəruri olan biliklərin müstəqil kəşfi,əldə edilməsi və mənimsənilməsi üçün şərait
yaradılmalıdır.Təlim prosesi şagirdin tədqiqatçı mövqeyinə,onun idrak maraqlarına əsaslananda
səmərəli olur.Bu mövqeyi yaratmaq üçün mərkəzi təlim prosesi tədqiqat olmalıdır.
Əsas didaktik məqsədinə görə riyaziyyat dərslərinin aşağıdakı növləri vardır:
1.yeni materialla tanışlıq dərsi;
2.biliklərin möhkəmləndirilməsi dərsi;
3.bilik,bacarıqların və vərdişlərin yoxlanılması və qiymətləndirilməsi dərsi;
4.öyrənilən materialın sistemləşdirilməsi və ümumiləşdirilməsi dərsi.
Dərsin gedişi boyu müəllim şagirdlərin dərsdəki fəaliyyətini izləyir,onları öyrənməyə
həvəsləndirir və onlarda öz fəaliyyətini dəyərləndirməyə tələbat hissi formalaşdırır.
Bildiyimiz kimi müəllimin fəaliyyətinin əsasını yalnız şagirdlərə nəzəri biliklərin verilməsi
deyil,həm də şagirdlərin müstəqil işlərinin təşkili və idarə edilməsi üçün təlim vasiələrindən istifadəsi
təşkil edir.Burada təlimin texniki vasitələri mühüm rol oynayır.Bunu da qeyd etmək lazımdır
ki,təlimin məqsədləri,vasitələri və metodları öz aralarında qarşılıqlı şəkildə əlaqəlidirlər.Müxtəlif
ekran vasitələrinin yaranması bir sıra təlim metodlarının fəallaşmasına müsbət təsir göstərir.
Dərslik ənənəvi və ən vacib təlim vasitəsi hesab olunur.Belə ki dərsliklər riyaziyyat kursunun
məzmununu aydın şəkildə açır,şagirdlərin yiyələnəcəyi bilik,bacarıq və vərdişlərin səviyyəsini əks
etdirir.Dərsliklər nəinki şagirdləri öyrədir,həm də onları tərbiyə edərək inkişaf etdirir.Dərsliyin
məzmunu proqram vasitəsilə müəyyən edilir.Riyaziyyat dərslikləri elə tərtib olunmalıdır ki,şagirdlərdə
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1544
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
fikir aydınlığı,nitqin dəqiqliyinin əsaslandırılması və s. kimi keyfiyyətlərin qazanılması üçün imkanlar
açsın.
Təlim vasitələrinin müasir sistemi haqqında daha aydın təsəvvürlər əldə etmək üçün əyani
vəsaitlər haqqında bilmək lazımdır.Əyaniliyin ən geniş yayılmış növləri müəllimin çertyoju və tədris
cədvəlləridir.Onların nümayişini təkcə müəllimin izahı ilə deyil,həm də müstəqil işlərin təşkili ilə
əlaqələndirmək lazımdır.
Son illərdə riyaziyyat təlimində ekran vasitələrinin rolu artmışdır.Kinoprojektor,diaprojektor və
epirojektorun tətbiqi təlimdə əsas yer tutur.Diafilmlər və diapozitivlər də təlimin səmərəli
vasitələrindən
hesab
olunur.Diafilmlər
dərsdə
məktəblilərin
idrak
fəaliyyətini
aktivləşdirir.Diafilmlərdən istifadəmüəllimə tədris işini rəngarəng etməyə,təlim metodlarını seçməyə
imkan verir.Diapozitivlərin məsələ həllində tətbiqi daha əhəmiyyətlidir.
Riyaziyyat fənninin tədrisində əyanilik olduqca vacibdir. Əyanilik şagirdlərə verilən məlumatları
qavramağı asanlaşdırır.Əyani vəsaitlər fəza təsəvvürlərini genişləndirir,şagirdlərin müəyyən praktik
vərdişlərinin inkişafına kömək edir.
Cəmiyyətimizə riyazi biliyə malik mütəxəssislərə ehtiyac vardır.Buna görə də məktəblilərdə
riyaziyyatı öyrənməyə maraq hissi tərbiyə etmək lazımdır.Riyaziyyat dərslərində şagirdlərdə maraq
hissini gücləndirmək üçün,riyaziyyata maraq hissi tərbiyə etmək üçün əlavə məşğələlərə böyük
ehtiyac vardır.Riyaziyyatdan əlavə məşğələlər sinifdənkənar və məktəbdənkənar məşğələlərə
bölünür.Sinifdənkənar məşğələlər dərsdən kənar vaxtlarda müəllimin rəhbərliyi ilə təşkil olunur.Bu
məşğələlərin təşkil olunmasında məqsəd geridə qalan şagirdlərin məktəb riyaziyyat kursu üzrə bilik və
bacarıqlarındakı problemləri vaxtında ləğv etməkdir.Əlavə məşğələlərdə hər bir şagirdə fərdi tapşırıq
verilməlidir.Əgər şagird çətinlik çəkərsə,ona köməklik göstərilməlidir.Məşğələlər həftədə bir dəfədən
çox olmamalıdır.Əsas məsələ odur ki,şagirdin konkret riyazi bölməni öyrənərkən geri qalmasının
səbəbləri təhlil olunmalıdır.Riyaziyyatı öyrənməyə böyük marağı olan şagirdlər üçün sinifdənkənar
məşğələlərin müxtəlif formaları vardır:riyaziyyat dərnəyi, riyazi müsabiqə,olimpiadalar və s.
Müxtəlif növ ekskursiyalar,gəzintilər və s. zamanı aparılan riyaziyyat məşğələləri
məktəbdənkənar məşğələlərə aid edilir.
Müəllim fəaliyyətinin mühüm hissəsi biliklərin hesaba alınması və onlara nəzarətin həyata
keçirilməsinin təşkilidir.müəllimin tələbləri müvəffəqiyyətlə yerinə yetirməsi üçün aşağıdakılara əməl
etməsi zəruridir:
1.müəllim dərsin materialını yüksək səviyyədə bilməlidir;
2.müəllim tədris zamanı sərbəst olmalıdır;
3.müəllim sinif şagirdlərinin hər birinin fərdi xüsusiyyətlərinə bələd olmalıdır,onların hər birinin
qarşılaşacağı çətinliyi əvvəlcədən bilməlidir.
İbtidai siniflərdə riyaziyyat təlimində əldə olunmuş bilik,bacarıq və vərdişlərin dəyişdirilmiş
şəraitdə tətbiqi ilə müntəzəm təkrarın aparılması böyük əhəmiyyətə malikdir.
I – IV SİNİFLƏRDƏ HƏNDƏSƏ DƏRSLƏRİNİN XÜSUSİYYƏTLƏRİ
Vüsalə ABBASOVA
Bakı Slavyan Universiteti
vuska469@mail.ru
AZƏRBAYCAN
Elmin ən son texnologiyalarına əsaslanan müasir təlim prosesi interaktiv təlim metodlarının
köməyi ilə şagirdin tədris fəaliyyətinin gücləndirilməsinə, müstəqil düşüncə tərzinin formalaşmasına
xidmət edir. İbtidai siniflərdə həndəsənin hazırlıq kursunun əsas məqsədi şagirdlərdə ölçmə, qurma,
hesablama və s. kimi praktik bacarıq və vərdişləri yaratmaq, həmçinin ilkin həndəsi anlayışların
şagirdlər tərəfindən dərk edilməsini təmin etməkdən ibarətdir.
Həndəsənin məzmunu konsentrik və spiralvari strukturda qurulmuşdur. Konsentrik strukturun
köməyilə eyni bir material bir neçə dəfə təkrar olunur, materialın məzmunu yavaş – yavaş
genişləndirilir, yeni məlumatlar, əlaqələr və asılılıqlarla zənginləşdirilir. Tədrisin ilk mərhələlərində
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1545
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
elementar təsəvvürlər verilir, biliklər və idraki imkanlar artdıqca, onlar dərinləşdirilir. Spiralvari
strukturda isə başlanğıc problem diqqətdən kənarda qalmır, onunla bağlı olan biliklərin dairəsi yavaş –
yavaş genişləndirilir. Yəni həndəsə materialının məzmununda varislik gözlənilir. İbtidai sinfin ilk
pilləsində şagird əvvəlcə müstəvi fiqurlarının xarici görünüşü ilə tanış edilir, sonrakı pillələrdə
fiqurların xassələrini öyrənir, sonra öyrənmiş olduğu həndəsi bilikləri sistemləşdirir. Məsələn, I
sinifdən başlayaraq şagirdlərin üçbucaq, dördbucaqlı və digər müstəvi fiqurlarla tanış edilməsi –
anlayışın xassələrinin aşkar edilməsi, nəhayət həndəsi fiqurun həndəsi kəmiyyət kimi yeni keyfiyyətdə
çıxış etməsi – həndəsi biliklərin müəyyən sistemlə verilməsinə konkret misaldır. Bunu aşağıdakı
mərhələlər üzrə şərh edək.
I sinifdə şagirdlərin fiqurlarla tanışlığı
II sinifdə fiqurun bəzi xassələrinin aşkar edilməsi, fiqurun bərabər hissələrə ayrılması, hissələrdən
yeni fiqurun düzəldilməsi.
III sinifdə eyni tərkibli və eyni böyüklükdə fiqurlarla praktik iş. Bu, sahənin bir kəmiyyət kimi
öyrənilməsinə hazırlıq rolunu oynayır.
IV sinifdə digər kəmiyyətlər kimi sahənin ölçülməsi və bunun üçün ölçü vahidinin olması
zərurəti. Kvadrat vahid haqqında məlumatı müqayisəli şəkildə vermək: uzunluq ölçü vahidi və sahə
ölçü vahidi arasında müəyyən analogiya yaratmaq.
Bununla da həndəsə dərslərində qazanılmış biliklər, müvafiq bacarıq və vərdişlər yuxarı
siniflərdə sistematik kursu öyrənmək üçün bünövrə rolunu oynayır. Çünki hər bir yeni anlayış ehtiyat
bilik və təsəvvürlər əsasında formalaşır. Ona görə də təlim prosesini elə qurmaq lazımdır ki, əqli və
praktik fəaliyyətlər bir – birini tamamlamış olsun, yaxud şagirdin fəal yaradıcı fəaliyyəti zamanı əldə
edilmiş son nəticələr üzə çıxarılsın.
Ənənəvi təlimə əsasən, hər hansı anlayışın verilməsi müəllimin fəallığı ilə başlayıb, onun məsələ-
lər həlli vasitəsilə möhkəmləndirilməsi ilə bitirdi. Müasir təlimdə iki cəhətə xüsusi diqqət yetirilir:
a)
Problemin şagirdlərə təqdim edilməsi tərzi;
b)
Şagirdlərin müəyyən məqsədlə qruplara ayrılması (dərsin formasında dəyişiklik edilməsi).
Yeni yanaşmada şagirdə verilən məsələni problemli qoymaq lazımdır. Əvvəlcə müəllimin
nəzərdə tutduğu anlayışa aid ətraf aləmdəki əşyalar müşahidə edilməli, sonra istiqamətləndirici suallar
vasitəsilə şagirdlərin müşahidə obyekti konkretləşdirilməlidir. Müşahidə və müqayisə davam
etdirilməli, anlayışa aid əlamət və xüsusiyyətlər şagirdlər tərəfindən tədricən aşkar edilməli və
müəllimin köməyi ilə konkret nəticə çıxarılmalıdır. Bununla da müəllim artıq sinifdə bir idarəedici
kimi yox, fasilitator (istiqamətləndirici) kimi çıxış edir, yəni biliklər hazır şəkildə şagirdə verilmir,
şagirdin axtarıcılıq fəaliyyəti əsasında qazanılır. İndi isə hənsədə materialına aid dərslərin əsas
xüsusiyyətlərini nəzərdən keçirək.
Öyrədilən materialın məzmunundan və xarakterindən asılı olaraq, dərsin əyani vasitələrlə təchiz
edilməsi ön plana çəkilir. Bu məqsədlə, müəllim həndəsi anlayışların öyrədilməsinə, fiqurların
qurulmasına aid zəruri olan ölçmə, qurma alətlərini, müxtəlif fiqurların şəkillərini, modellərini sinif
otağına gətirməlidir. Bunlardan əlavə kəsmə, ölçmə, yapışdırmaya aid vasitələr şagirdlərdə olmalıdır.
Müəllim həndəsi məzmunlu praktik işin təşkili və aparılması metodikasını bilməlidir. Belə ki, praktik
işin mövzusu, məqsədi, iş üçün lazım olan vasitələr, işin icra ardıcıllığı və nəhayət işin yekunlaşdırıl-
ması və qiymətləndirməsi kimi mərhələlər öz əksini tapmalıdır.
Həndəsi məzmunlu praktik işləri keçirildiyi məkana görə iki növə bölmək olar:
1.
Sinif şəraitində (sinif otağında partanın və ya stolun üstündə) aparılan praktik işlər;
2.
Sinifdən xaricdə - məktəbin həyətində və ya Yer üzərində icra edilən praktik işlər.
II növ praktik işlər III – IV siniflərdə icra edilir. Bu növ işlərin üstünlüyü şagirdlərin təbii
prosesdə həndəsi biliklərdən istifadə edərək bacarıq və vərdişləri qazanmasındadır. Başqa sözlə desək,
bu növ praktik işlər zamanı qazanılan həndəsi biliklər həyatilik kəsb edir.
Həndəsə dərslərinin xüsusiyyətlərindən biri də həndəsə təlimində diferensasiyalı yanaşmanı
təmin etməkdir. Bu zaman praktika şagirdin fərdi xüsusiyyətini, qabiliyyətini aşkarlayan bir proses
rolunu oynayır. Müəllim sinfə diferensasiyalı yanaşmanı tətbiq edir. Yəni sinfin ümumi səviyyəsi
nəzərə alınır, müvafiq “şagird payları” hazırlanır, dərslikdən və əlavə mənbələrdən diferensasiya
xarakterli çalışmalar seçilir, təyinatına görə sinif üzrə paylanılır. Zəif şagirdlərə asan tapşırıqlar,
yetirən şagirdlərə isə çətin tapşırıqlar verilir. Bununla da tək zəif şagirdlər güclülər səviyyəsinə
çatdırılmır, həm də güclü şagirdlər inkişaf etdirilir. Ola bilər ki, sinfə nisbətən mürəkkəb tapşırıq
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1546
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
verilir onun izahlı həlli güclü şagirdlərdən tələb olunur. Bütün sinif eyni bir tapşırığı icra edir. İcranın
nəticəsi hər şagirdin fərdi fəaliyyətində özünü göstərir. Həndəsə dərslərinin əsas xüsusiyyətlərindən
biri də bu dərslərdə inteqrasiyadan geniş istifadə edilməsidir. Yəni həndəsə dərslərində tək həndəsi
biliklər deyil, həmçinin hesab, cəbr materialları da əlaqəli şəkildə şagirdlərə öyrədilir. Əgər şagird
saymanı, hesablamanı bacarmırsa, onun həndəsi fiqurları öyrənməsi yersiz hesab olunar. Həndəsə
dərslərində müəllim adətən həll etdiyi çalışmalara uyğun misal və məsələləri müstəqil iş kimi
şagirdlərə təqdim edir. Sinifdə həll olunmuş çalışmalara oxşar məsələ və misalların şagird tərəfindən
asanlıqla həll edilməsi kiçikyaşlı məktəblidə özünə inam hissi yaradır, o, bunu ilk müstəqil əməyi kimi
qiymətləndirir və bu onun sevincinə səbəb olur. Əslində isə bu cür oxşar çalışmaları verməklə müəllim
şagirdləri formalizmə, yəni əzbərçiliyə çəkmiş olur. Lakin müstəqil iş kimi seçilən çalışmalar
araşdırıcı və düşündürücü olmalıdır.
Bütün yuxarıda deyilənləri ümumiləşdirsək onu qeyd edə bilərik ki, şagirdə verilən həndəsi
biliklər tədris fəaliyyətində tətbiqini tapırsa, deməli həmin bilikləri əsaslı hesab etmək olar.
TÜRKİYƏ CÜMHURİYYƏTİNDƏ ÖZƏL ÜMUMTƏHSİL
MƏKTƏBLƏRİNİN İNKİŞAF TARİXİ
Naim QULİYEV
Qafqaz Universiteti
naim.adau@mail.ru
AZƏRBAYCAN
Omanlı dövləti süquta uğradıqdan sonra türk torpağları işğal olundu.Türk milləti Müstafa Kamal
Atatürkün başçılığı altında bir qurtuluş savaşına başladı.Bu dövrlərdə Türkiyədə fəaliyyət göstərən
xarici özəl məktəblərin bu savaşa mənfi təsirləri olmuşdur.Anadolunun ən ucqar nöqtələrində belə olan
bu məktəblər içində ən çox çalışan Merzifon Amerikan Kollecidir.Daxili işlər Naziri A.Fethi bəyin
məclisdə verdiyi məlumatlara görə , aparılan araşdırmalarda bu kollecin bir sıra siyasi klublar
qurduğunu söylənmişdir.Bu kollecin Türk dili müəllimi Zeki bəy “Pontus” gizli təşkilatını hökümətə
bildirdiyi üçün öz şagirdləri tərəfindən və kollecin Rum tələbələri tərəfindən öldürülmüşdür.Bu tipdə
olan məktəblər haqqında yeni qurulacaq dövlətdə qabaqlayıcı tədbirlər alınmalı idi.
Milli qurtuluşdan qələbə ilə qayıdan Türk milləti 24 iyul 1993 –cu ildə Lozan andlaşması ilə
bütün dünyaya qələbəsini və müstəqilliyini elan etdi. 21 noyabr 1922-ci ildə başlanılan Lozan
görüşmələrində ən çox danışılan mövzulardan biridə xarici və azlıqların məktəbləri ilə bağlı idi.Bu
mövzuda əvvəllərdə edilmiş səhvlərin təkrarlanmaması üçün bəzi işlər görülmüşdür.Bu antlaşmada
xarici və azlıqların təhsil haqları ilə bağlı maddələr “Azlıqların Qorunması” adı altında bir araya
gətirilmişdir.Bununlada dövlət bu məktəbləri öz nəzarəti altına almış oldu.
Mustafa Kamal Atatürk müstəqilliyin qorunması və dövlətin gələcəyi üçün təhsilə böyük önəm
vermişdir.Müstafa Kamal Atatürkün sözlərinə görə gənclər Cümmüriyyəti qoruyub və onu inkişaf
etdirə biləcək bir şəkildə yetişdirilməli-dirlər.
3 mart 1924-cü ildə Tövhidi-Tədrisad qanunu çıxarıldı.Bu qanunla özəl məktəblərdə daxil
olmaqla bütün məktəblər maarif vəkalətina tabe oldular.Bundan sonra Türk tarxini təhqir edən və
xarici dövlət propaqandaları olan fəaliyyətlər qadağan olundu.Türk dili, tarih və coğrafiay dərslərinin
türk müəllimlər tərəfindən aparilması qərarı alındı.
Təhsil işində özəl məktəblərin də dəstəyini almaq istəyən dövlət hökümət və özəl sektorun ortaq
səyləri nəticəsində 31 yanvar 1928 – ci ildə Türk Təhsil Dərnəyi (Türkiyə Eğitim Derneyi) quruldu.
Cümmuriyyətin ilk illərində xarici məktəblərin bir qrupu bağlanmışdı.Bir qrupu isə dövlətin nəzarəti
altında idi.Türkiyədə xarici dildə təhsil verən müasir məktəblər yox idi. Bu məqsədlə Türkiyə Təhsil
Dərnəyi (Türkiyə Eğitim Derneyi ) sagirdlər üçün müasir xarici məktəblər açamğa başladı.Bu məqsəd-
lə 1931 – ci ilin may ayında Ankara Yenişehirde məktəb açmışdır (anaokul) açmışdır.Dərnəyin Bursa
Qız Liseyi isə 1931 ildə açılmışdır.Mart 2003 ilində bu dərnəyin 16 məktəbi fəalliyyət göstərirdi.
Türkiyədə 1961 konstitusiyanın qüvvəyə minməsi ilə özəl məktəblərdə inkişaf başladı. Özəl Ali
məktəblərin sayı 1969-da 44-ə yüksəlmişdir. 1960- lara qədər dövlət idarəsində məhdud bir şekilde
|