IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1557
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
dırılması kimi problemlər yaradır. Belə hallarda uşaqda narahatlıq, frustrasiya, depressiya,
özünəinamın aşağı olması, nevrotik reaksiyalar və.s yarada bilər.
Kiçik məktəblinin davranışında aqressiv halın psixoloji xüsusiyyətləri aşağıdakılardır;
Ünsiyyət ehtiyacının ödənilməməsi;
İnkişaf etməmiş oyun fəaliyyəti;
Özünəinamın aşağı olması;
Həmyaşıdlarının diqqətini çəkmək;
Sinifdə birinci olmağa can atmaq;
Öz doğrusunu hamıya qəbul etdirmək;
Uşaqlarda aqresivlik halının qarşısını almaq üçün adaptativ imkanlardan obyektiv istifadə
etmək, uşaqda arzuolunmaz xüsusiyyətlərin qarşısını almaq, düzgün diaqnoz qoymaq, uyğunlaşma
yolunda lazım olan elementlərdən uğurla istifadə etmək lazımdır. Bunun üçün uşaqların inkişafı,
maraqları, tələbatları və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır.
Uşaqların aqressiv olmasının əsas səbəb uşaqların tərbiyəsi üçün seçilən səhv tərbiyə
metodudur: Uşaqların təlim fəaliyyətinə hazır olamaması, böyüklər ilə ünsiyyətdə qeyri-
müəyyənlik,ananın və ya atanın təhsilinin zəif olması, valideynlərdən birinin içki düşkünü olması,
sinifdə uşağın mənfi mövqe tutması, ailədə konfliktli vəziyyətin olması, məktəbəqədər təhsil
müəssisələrində və məktəbədə dərs deyən müəllim və tərbiyəçinin uşaqlarla münasibətdə kobudluğa
yol verməsi, natamam ailə və başqa nümunələri göstərmək olar. Əminliklə demək olar ki, uşaqların
aqressiv olmasında ailənin böyük rolu vardır. Belə ki;
öz uşaqlarınının uğurunu başqa uşaqların uğuru ilə müqayisə edir;
uşağın qazandığı uğura görə onları nadir hallarda tərifləyir;
uşağın uğursuzluqlarına görə qıcıqlanır və irad tutur;
uşağın qazandığı uğuru onun bacarıqları ilə əlaqələndirmir;
Uşaqların davranışlarında aqressivlik halının aradan qaldırılması üçün onların sinifdəki digər
uşaqlarla ünsiyyətinin böyük rolu vardır. Məhz qrupdakı psixoloji şərait uşaqların bir-birinə qayğı
göstərməsinə, bir-biri ilə dost olmasına təsir göstərir ki, bu da uşaqların təlim fəaliyyətinə sürətli
uyğunlaşmasına şərait yaradır. Təlim prosesində intizamlılıq və mütəşəkkillilik uşaqlarda aqressivlik
halının aradan qaldırılmasına şərait yaradır. Aqressivliyin korreksiyası nəticəsində onların dominant
fəaliyyətində mühüm dəyişikliklər baş verir və müsbət psixi keyfiyyətlər və şəxsi keyfiyyətlər yaranır.
Aqressiv uşaqlar dərsdə passiv, gərgin olur, uşaqlarla ünsiyyət qurmurlar. Demək olar ki, bütün qrup
və siniflərdə aqressiv uşaqlar vardır. Əksəriyyət uşaq məktəbə gələrkən kollektivdə özlərini güvəzsiz
və narahat hiss edirlər. Bu onunla bağlıdır ki, əvvəlki nəsillərdən fərqli olaraq müasir uşaqların
həyatında kollektiv oyunlar çox az yer tutur və uşaqlar asudə vaxtlarının çoxunu tək başına televizor
izləməklə və ya komputerlə məşğul olmaqla keçirirlər.Onların elementar ünsiyyət bacarıqları olmur və
özlərini kollektivdə necə aparmalı olduqlarını bilmirər. Nəticədə uşaqda həmyaşıdları və müəllimlərə
qarşı münasibətdə konfliktli halların yaranmasına, eyni zamanda məktəbə və xüsusilə öyrənmə
prosesinin formalaşmasına qarşı mənfi münasibətin yaranmasına səbəb olur. Onların üz ifadələrində
də emosional diskomfortluq kədər, narahatlıq, gərginlik və s hiss olunur. Bu uşaqlar dərsdə diqqətli
olmur, müəllimin izahını dinləmirlər, lakin onlar verilən tapşırığa diqqətlə yanaşsalar onda onu
düzgün yerinə yetirərlər. Bütün bunlar onu təlimdən təcrid edir, eyni zamanda bu uşaqlar sinif
yoldaşlarına münasibətdə qəzəbli və qəddar olurlar. Aqressivliyin digər səbəbi isə uşağın valideyn
diqqətindən kənarda qalması, ondan qorxması, fiziki cəza almasıdır. Yəni ana və atanın öz statuslarını
yerinə yetirə bilməməsidir. Nəticədə uşaq valideynləri üçün bilərəkdən, ya da bilməyərəkdən
problemlər yaradırlar. Belə uşaqlar valideynlərinə qarşı kobud olur, onların tapşırıqlarını yerinə
yetirmirlər. Çünki belə uşaqların itirməkdən qorxduqları sevgiləri yoxdur. Nəzərə almaq lazımdır k,
aqressivlik 13 yaşına kimi aradan qaldırılmasa gələcəkdə belə uşaqlarda lovğalıq, dikbaşlıq,
təcavüzkarlıq kimi hisslərin yaranması ilə nəticələnəcək. Ən qatı cinayətkarların keçmişinə baxdıqda
onların valideynləri tərəfindən sevilmədiyi məlum olur.
Dəyişən rejim haqqında böyüklər uşaqlara yardım etməli, qoyulan qaydaları izah etməli, verilən
tələblərin düzgün yerinə yetirilməsi üçün onlara daima nəzarət edilməlidir. Müəllim çalışmalıdır ki,
kiçik məktəblidəki aqressiv halın qarşısını alsın və onu təlim fəaliyyətinə uğurlu adaptasiya üçün
əlverişli şərait yaratsın, psixoloqlar isə uşaqların əsas psixi xüsusiyyətlərini dərindən öyrənməlidirlər.
Unutmaq lazım deyil ki, hər yaş dövrünün psixoloji keyfiyyətləri ondan sonrakı əsas komponentlərlə
qarşılıqlı əlaqədədir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1558
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AZƏRBAYCAN FOLKLORUNDA UŞAQ ŞƏXSİYYƏTİNİN
FORMALAŞDIRILMASI HAQQINDA İDEYALAR
Simnarə HEYDƏROVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
AZƏRBAYCAN
Uşaqda müxtəlif fiziki və zehni proseslərin əmələ gəlməsini və inkişafını təmin etmək üçün
əsas olan maddi zəmin irsən gəlir. Elimdə deyildiyi kimi insan canlı və təbii bir varlıqdır. O, qismən
təbii qüvvələrə malik fəal təbii varlıqdır; bu qüvvələr insanda təbii imkanlar və qabiliyyətlər şəklində
mövcud olur.
Şəxsiyyətin təşəkkül tapmasında və inkişafında mühitin,yəni insanı əhatə edən kollektivin,dost
və yoldaşların məişət şəraitinin cəmiyyətin inkişaf və fəaliyyətinin cərəyan etdiyi təbii və ya ictimai
şəraitin məcmusunun roluna dair xalqın fikrini müəyyən etməkdən ötrü xalq pedaqogikası
abidələrindən biri olan atalar sözlərinə,nağıl və dastanlara diqqət yetirmək kifayət edər. Məsələn
atalar sözlərində deyilir ki ,”Ati atin yanına bağlasan, həmrəng olmasa da,həm xasiyyət olar”, “Yaxşı
yoldaş adamı bay, edər pis yoldaş zay”, “Mərdi qova-qova namərd etmək olar”və s.
Birinci və ikinci atalar sözlərindən çıxan pedaqoji nəticəyə görə tərbiyyə verənin , yaxud
ünsiyyətdə olan olduğu şəxsin təsiri altında adam yaxşı da ola bilər, pis də .Bu təsir edən adamın
özünün şəxsiyyətindən, malik olduğu sifətlərdən,şəxsi nümunəsinin təsirindən asılıdır
Mühit kimi, tərbiyədə insanın inkişafında, təkmilləşməsində və yetişməsində mühüm rol
oynayır. Elə “tərbiyə” sözünün lüğəti mənası “bəsləyib yetişdirmə,böyütmə,alışdırma.vərdiş etdirmə”
deməkdir.
Xalq pedaqogikası materiallarında şəxsiyyətin təşəkkül tapıb inkişaf etməsində mühitlə yanaşı,
tərbiyyənin də əsas rol oynadığını ifadə edən aforistik fikirlər çoxdur. Onlara misal olaraq “Adam
adam sayəsində adam olar”, “Ustad görən şagird hər məqamda yorğalar, ustad görməyən şagird
ordan-burdan qarmalar”, “Dünya gör-götür dünyasıdır”, “Damcı daşı deşər, söz-başı” və s bu kimi
hikmətamiz kəlamları göstərə bilərik. Həmin kəlamlarda belə bir həqiqət təsdiq edilir: uşaq kamil
ustad, tərbiyəçi sayəsində eşitməklə, görməklə formalaşıb sözün əsl mənasında adam olur. Yəni onun
şəxsiyyət kimi yetişməsində tərbiyə əsas rol oynayır.
İnsanın inkişafında mühit və tərbiyyənin mühüm olması fikri obrazlı şəkildə aşağıdakı folklor
nümunələrində də ifadə edilmişdir: “Qiz anadan görməyincə, öyüd olmaz”, “Oğul atadan görməyincə,
ata qalxmaz”, “Nə əkərsən, onu da biçərsən”, “Nə tökərsən aşına, o da çıxar qaşığına”, “Gül güllükdə
bitər”, “Mərd ilə gəzən hər kəs axır ki, bir gün mərd olar, namərd ilə gəzən kişi axır biyabankərd olar”.
Yuxarıda qeyd etdiklərimiz aydın şəkildə göstərir ki, uşağın yetişməsində, inkişafında,
kamilləşməsində irsiyyət, mühit və tərbiyyənin həlledici rol oynaması ideyası xalq pedaqogikası
materiallarında geniş yer tutur.
Şəxsiyyətin formalaşması üçün irsiyyət, mühit və tərbiyənin rolunun eyni dərəcədə qiymətləndirildiyi
belə misalları digər tarixi şəxsiyyətlərin əsərlərindən də gətirmək olar.
Deməli, uşağın hansı keyfiyyətlərə malik olmasında əsas etibarıilə onun əhatə olunduğu mühitin
,ilk növbədə isə valideyn nümunəsinin çox böyük təsiri var: söyüşkən atanın yanında boya-başa çatan
uşaq adətən söyüşkən,abır-həyalı atanın yanında böyüyən övlad isə abırlı, həyalı olur.
Beləliklə, 7 yaşa qədər bu uşaqlıq dövrünün hər mərhələsinin özünəməxsus xüsusiyyətləri var
ki, tərbiyə işində onlar hökmən nəzərə alınmalıdır. Aylar - illər ötür, uşaq “böyüyüb həddi - buluğa”
çatır. “Həddi büluq” dövrü 14-15 yaşlarından başlayır:
“On dördündə sevda yenər başına,
On beşində yavan girər duşuna...”
Bu dövür cavanlıq - gənclik illərinə qovuşur. Odur ki, on dörd – on beş yaşlarından başlamış ta
on yeddi - on səkkiz yaşlara qədər davam edən bu yaş dövrünü “gənclik dövrü” adlandirmaq olar.
“Həddi büluq” və ya gənclik ( cavanlıq) dövrü ilə nağıl və “dastan süjetinin birinci hissəsi qurtarır”.
Bu dövr üçün səciyyəvi olan şey pəhləvanlıq və ya ov məşqi öyrənmək, qəhrəmanlıq göstərməyə
hazırlaşmaq və “butaalmaqdır”.
Kamillik dövrü təqribən qırx yaşa qədər davam edir. Bu yaş dövrünə qədəm qoymuş oğlan və
qızların zahiri əlamətlərinin və fiziki keyfiyyətlərinin təsirinə də nağıl və dastanlarda geniş yer verilir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1559
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Məsələn; “Şah İsmayıl”, “Tahir və Zöhrə” dastanlarında kamil qızlar “Qələm qaşlı”, “Siyah saçlı”,
“Mina gərdənli”, “İncə belli , bəstə boylu”, “Zülfü dal gərdəndə çin, dəstə-dəstə”, “Ala gözü sürməli”,
“Əli xınalı”, “Yaquta bənzər yanağı, mərmərə bənzər buxağı, aya bənzər qaşqabağı”, “Kövsərə
bənzərdodağı, ağ gülə bənzər ayağı”, “Həm didarı şirin,həm koftarı şirin, “Gümüş kəmərli”, “Tər
libaslı”, “Üstü tam danə nişan”, “Şivəli, qəmzəli, nazlı” gözəllər kimi təqdim olunurlar.
Nisbətən yuxarı yaşları ( yəni təxminən 40 yaşdan sonranı) əhatə edən dördüncü yaş dövrünün
nümayəndələrinə müxtəlif istilahlar aid edilir: yaşlı, sinli, ahıl, qoca və s. Bu yaşlarda olanlar mənəvi
keyfiyyətləri etibarı ilə müsbət səpkidə (yetkin, ağıllı, sanballı, təmkinli, tədbirli və uzaqgörən adamlar
kimi) verilir. Çətinliyə düşən qəhrəmanlara yol göstərmək, müşkül işlərə çarə tapmaq kimi sifıtlər də
ən çox məhz bu yaş dövrü üçün səciyyəvidir. Lakin fiziki və fizioloji cəhətdən bu dövrün adamları
əvvəlki təravətlərini, məziyyət və üstünlüklərini itirməyə başlayırlar. Xalqın özünün poetik dili ilə
desək:
“....Qırxında sən əl haramdan çəkərsən,
Sonası ovlanmış gölə bənzərsən,
Əllisində əlif qəddin çəkilir,
Altmışında ön dişlərin tökülür.
Yetmişində qəddin,belin bükülür,
Karvanı kəsilmiş yola bənzərsən.
Səksənində sinir yenər dizinə,
Doxsanında qubar qonar gözünə.
Koroğlu der:çünki yetdin yüzünə,
Uca dağ başında kola bənzərsən”.
Bəs tərbiyə işinə,uşağın şəxsiyyətini formalaşdırmağa hansı vaxtdan başlamaq lazımdır?
Zəhmətkeş xalq tərbiyə işini lap ilk anlardan ,yəni uşağın bəlkədə olduğu vaxtlardan başlamağı vacib
bilmişdir:çünki “Qırxinda öyrənən ,gorunda çalar”,yaxud “Qocanı öldürmək olar,öyrətmək olmaz”.
Odur ki, xalq obrazlı şəkildə deyir: “Uşağı bələkdə,küçüyü dəlməkdə”.Başqa bir atalar sözündə
deyilir: “Ağac yaş ikən əyilər”.Bu atalar sözünün məzmunu pedaqoq-müəllim M.T.Sidqinin sözlərində
daha geniş şəkildə şərh olunubdur: “...Uşaqlıq yaş ağaca bənzər, təzə yaş ağac hər nə qədər əyri
olsa,düzəltmək
asandır
və
insanın
da
kiçikliyində
tərbiyə
qəbui
etməsi
vacib
mətləblərdəndir”.Ümumən, xalqa görə, uşaq ikən elə tərbiyə edilməlidir ki, cavanlıqda (yəni 15-17
yaşlarında) başqalarına,ehtiyacı olanlara kömək əli uzada bilsin, obrazlı desək,öz gözü ilə onları isidə
bilsin, cavanlıqda da elə formalaşmalıdır ki,yaşa dolduqda ağıllı söz-söhbəti və məsləhətlərilə
başqalarına hikmət öyrədə bilsin.Budur,həmin fikrin xalq deyimi:
“Uşaq ikən elə yan ki,
Cavanlıqda gözün olsun!
Cavanlıqda elə yan ki,
Qocalıqda sözün olsun!”
Buraya qədər deyilənlərdən aydın olur ki:
-Şəxsiyyətin təşəkkül və inkişafına təsir göstərən amillərə, onların mahiyyətinə və insan
ömrünün yaş bölgüsünə aid zəhmətkeş xalqın müxtəlif zamanlarda söylədiyi fikir və mülahizələr
akademik pedaqogikasının müasir nəticələrinə uyğun gəlir: insanın inkişafı irsən gətirdiyi qüvvələrlə,
düşdüyü mühitlə və aldığı tərbiyə ilə bağlıdır;
-Yaxşı nəticə əldə etmək üçün tərbiyə işini kiçik yaşlardan başlamaq,müxtəlif yaş dövürlərinə
uyğun aparmaq- hər dövrün səciyyəvi xüsusiyyətlərini nəzərə almaq gərəkdir;
-Azərbaycanın görkəmli şəxsiyyətləri xalqın tərbiyəvi fikirlərindən bəhrələnməklə yanaşı onları
daha da cilalamış və yenidən xalqın sərəncamına qaytarmışlar.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1560
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
İSRAİLDƏ AİLƏ PSİXOLOGİYASI
Günay SƏFƏROVA
Azərbaycan Dillər Universiteti
gunaysafarova@yahoo.com
AZƏRBAYCAN
Yəhudilər tək Allaha sitayiş edirlər. Çünki iudaizm monoteist dindir. İsraildə ailə hüququ dini
normalar üzərində qurulub. Yəni, nigah və boşanma yalnız dini məhkəmənin icazəsi ilə həyata keçirilir.
XIX əsr Tanax təfsirçisi Y. S. Meklenburq qeyd edib: “İnsana tək olmaq yaxşı deyil.” Bu, o cür başa
düşülməlidir ki, insan heç kimə sevgisini, məhəbbətini vermədikdə onun daxilən xeyirxahlıq hissi baş
qaldırmayacaq. Nigahda kişi və qadın arasında olan bağlar, valideynlə övlad arasında olan bağdan
daha sıxdır.
Bağlanan nigahlar və boşanmalar, nigaha daxil olanlar və boşananlar dini icmanın müvafiq
idarəsində qeydə alınır. Nigaha daxil olanlar üçün müxtəlif dini məhdudiyyətlər mövcuddur. Boşanma
isə hər iki tərəfin razılığı ilə həyata keçirilməlidir.
Yəhudi adətinə görə, oğlan uşağı doğulanda sidr ağacı, qız uşağı doğulanda isə şam ağacı
əkilməlidir. Onların toyunda həmin ağacların budaqlarından Baldaxin hörülür. Ortodoksal yəhudilər
həyat yoldaşlarına bəzən “Başert”-“taleyin qisməti” də deyirlər. Tövratda poliqamiyaya icazə
verilməsinə baxmayaraq, adi həyatda bu bəyənilmirdi.
İudaizmin mahiyyətində duran 4 (dörd) əsas şərtdən biri ailə məsələləri ilə bağlıdır. Bunlar
aşağıdakılardır:
İşlərində haqqı və ədaləti gözləmisənmi?
Tövratı öyrənməyə vaxt ayırmısanmı?
Həyata uşaq gətirmisənmi?
Dünyanın xilası üçün çalışmısanmı?
Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq hər bir övladın müqəddəs borcu sayılır.
Lakin, valideynlərin uşaqlara olan məhəbbəti, övladın ata-anaya olan məhəbbətindən həmişə üstün
olur. Ortodoksal yəhudi ravvini bu barədə belə yazır: “Oğul atasını itirir. Çox kədərlənir və üzülür.
Görəsən, oğul bilsə ki, atasından çoxlu miqdarda var-dövlət qalmışdır, onda özünü necə hiss edər?
Təbii ki, kədərlə birlikdə, həm də sevinc hissi baş qaldırar. Materialist tələbatdan doğan sevinc hissi
kədəri arxa plana keçirir. Hər şey tərsinə də ola bilər. Oğul ölür və ondan atasına xeyli var-dövlət qalır.
Görəsən, atanı həmin var-dövlət sakitləşdirə bilərmi? Əlbəttə ki, Yox. O, bütün varını-dövlətini qurban
verərdi, təki oğlu sağ olaydı.Budur valideyn sevgisi ilə övlad sevgisi arasındakı fərq.” Yəhudi atalar
sözü: “ 1 (bir) ata10 (on) oğul böyüdür, 10 (on) oğul isə 1 (bir) ataya baxa bilmir.
İsraildə yəhudilərin nigah və boşanmaqla bağlı işlərinə 1953-cü il qanununa əsasən ravvin
məhkəmələrində baxılır. Nigah sənədi “Ketubah”
)הבותכ( , boşanma haqqında sənəd isə “Qet”
)טג(
adlanır. “Ketubah”da ailə həyatının bütün tərəfləri haqqında məlumat verilir. Çoxəsrlik ənənəyə görə,
toy böyük Xupanın )הפוח(altında keçirilir. Gəlin 7 (yeddi) dəfə bəyin başına dolandıqdan sonra bu
mərasimi keçirən ravvinin qarşısında dayanırlar və Ravvin onların nigahına xeyir-dua verir.
Ravvin məhkəmələri haqqında qanuna əsasən nigah və boşanma məsələləri yəhudilərin müqəddəs
kitabı sayılan Tövrat ilə tənzimlənir. Qanuna əsasən əmlaka sahib olmaq, ondan istifadə etmək və
sərəncam vermək hüququ evli və subay qadınlara bərabər verilir. Həyat yoldaşından boşanma razılığı
almadan təkrar ərə gedən qadın isə zinakar adlanır. Yəhudi adətinə görə, bu cür nigahdan doğulan
uşaqlar yalnız özləri kimi olanlarla nigaha girə bilərlər. 1950-ci il nigah qanununa əsasən nigaha daxil
olmaq üçün yaş həddi qadınlar üçün 17 yaş müəyyən olunmuşdur. Kişilər üçün isə konkret yaş həddi
müəyyən edilməyib. 17 yaşına çatmamış qızlar yalnız dairə məhkəmələrinin icazəsi ilə ailə qura bilər.
Dairə məhkəməsi icazəni qanunla müəyyən olunmuş xüsusi hallarda verə bilər. İcazəsiz bağlanmış
nigah cinayət hesab olunur. 17 yaşına çatmamış qız, onun valideynləri və gələcək həyat yoldaşı nigaha
icazə verməsi üçün məhkəməyə xahişlə müraciət edə bilər. Qarışıq nigahların pozulması Ali
məhkəmənin sədrinin səlahiyyətlərinə aiddir. Yəhudilər qarışıq nigahları “mədəni nigah” adlandırırlar.
Ailə qanunlarına düzəliş və alimentlər haqqında qanun (1972) aliment hüququna aid əsas
qanunlardır. Uşaqla yaşamayan valideyn aliment ödəməyə borcludur. Əgər aliment 2 il müddətində
ödənilmirsə, məhkəməyə müraciət edərək onların ödənilməsini tələb etmək olar.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1561
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Ərlə-arvadın birgə mülkiyyətinə aid deyil:
Nigahdan əvvəl əldə olunmuş əmlak
Bağışlanmış və ya miras qoyulmuş əmlak
Milli Sığorta Fondundan qocalığa görə alına müavinət və digər kompensasiya növləri
Ərlə-arvadın əvvəlcədən bölünməməsi barədə danışdığı və razılaşdığı əmlak
1981-ci ildə övladlığa götürülmə haqqında qanuna əsasən, valideyn və uşaq arasında mövcud
olan hüquqi münasibətlər hüquqi akt nəticəsində övladlığa götürənlə övladlığa götürülənin arasında
yaranır. Bu proses övladlığa götürənin xahişi ilə yalnız məhkəmənin qətnaməsi ilə həyata keçirilir.
Övladlığa götürülən şəxs 18 yaşından yuxarı ola bilməz. 9 yaşına çatmış uşağın övladlığa götürülməsi
üçün onun razılığı vacibdir:
1. Əgər uşağın valideynləri mövcuddursa və ondan tam imtina etməyiblərsə, onların da razılığı
olmalıdır.
2. Əgər valideynləri vəfat edibsə, məhkəmə nənə-babanın fikrini bilməlidir. Məhkəmə uşağın
xeyrini nəzərə alaraq çıxardığı qətnaməni xətm edə bilər.
1950-ci ildə nigah haqqında qanun, 1972-ci ildə alimentlər haqqında qanun, 1973-cü ildə ər-
arvad arasında əmlak münasibətləri haqqında qanun, 1981-ci ildən övladlığa götürmək haqqında
qanunlar qəbul edilmişdir.
Talmuda əsasən ailə münasibətlərinə yanaşma. Talmud qadınların maliyyə vəziyyətini bu cür
izah edir: “Bir qadın bir şeyə necə sahib ola bilər? Ona aid olan hər bir əmlak ərinə aiddir. Ərinə aid
olan hər bir əmlak isə özünə aiddir və qadına aid olan əmlakın kişiyə də aidliyi vardır. Qadının gəliri
küçədən bir şey tapmış olsa belə ərinə məxsusdur. Ev əşyaları, stolun üstündə olan çörək qırıntıları
kişiyə məxsusdur. Əgər qadın bir qonaq çağırıb, onu qarşılayarsa ərindən oğurluq edib…”
Bütün bu kimi qanunlar səbəb olub ki, bir qadının əmlakı özünə elçi cəlb etmək üçün
vasitəyə çevrilsin. Daha çox malı olan qadını almaq kişi üçün daha artıq varlanmaq vasitəsinə çevrildi.
Yəhudi ailələri öz mülkiyyətilərinin bir hissəsini cehiz adı ilə evlilik vaxtı öz qızına verməyə məcbur
oldu. Qızının şəxsən malik olmayacağı cehizə xərc çəkmək məcburiyyətində qalan yəhudilər üçün qız
uşağının atası olmaq xoşagəlməz bir məsələyə çevrildi. Ata gərək illərlə öz qızını tərbiyə etsin və
sonra onun üçün qiymətli bir cehiz tədarük etsin. Beləliklə, qız bir yəhudi ailəsində sərmayə deyil, bir
borc sayılır. Bu düşüncə keçmiş yəhudi cəmiyyətində bir qız uşağının dünyaya gəlməsinin
xoşagəlməzliyinin səbəbini bizə aydınlaşdırır. Gəlinin hədiyyəsi olan bu cehiz müvəqqəti mülkiyyət
şərtləri altında bəyə hədiyyə olunur. Ər əməli surətdə cehizə malik idi, lakin onu sata bilməzdi. Gəlin
evli olduğu zaman cehiz üzərində olan hər növ malikliyi əldən verirdi. Buna əlavə olaraq ondan
evləndikdən sonra işləyib, qazanc əldə etmək, ərin öhdəsində olan xərcləri təmin etmək gözlənilirdi.
Qadın yalnız iki halda öz əmlakını qaytara bilərdi: Talaq və həyat yoldaşının öldüyü təqdirdə. Əgər
qadın əvvəl ölərdisə, kişi onun əmlakına varis olurdu, ər öldüyü halda qadın yalnız evlilikdən öncəki
əmlakını qaytara bilərdi və vəfat etmiş ərinin şəxsi əmlakından miras olaraq almaq haqqı yox idi.
HƏYATIMIZDAKI SİNDROMLAR’ (DAUN, ASPERGER, AUTIZM)
Almaz ƏHMƏDOVA Aynur BAĞIROVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Dostları ilə paylaş: |