Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə157/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   153   154   155   156   157   158   159   160   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1557 


Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

dırılması  kimi  problemlər  yaradır.  Belə  hallarda  uşaqda  narahatlıq,  frustrasiya,  depressiya, 

özünəinamın aşağı olması, nevrotik reaksiyalar və.s  yarada bilər. 

Kiçik məktəblinin davranışında aqressiv halın psixoloji xüsusiyyətləri aşağıdakılardır; 

Ünsiyyət ehtiyacının ödənilməməsi; 

 İnkişaf etməmiş oyun fəaliyyəti; 

Özünəinamın aşağı olması; 

Həmyaşıdlarının diqqətini çəkmək; 

Sinifdə birinci olmağa can atmaq

Öz doğrusunu hamıya qəbul etdirmək; 

Uşaqlarda  aqresivlik  halının  qarşısını  almaq  üçün  adaptativ  imkanlardan  obyektiv  istifadə 

etmək,  uşaqda  arzuolunmaz  xüsusiyyətlərin  qarşısını  almaq,  düzgün  diaqnoz  qoymaq,  uyğunlaşma 

yolunda  lazım  olan  elementlərdən  uğurla  istifadə  etmək  lazımdır.  Bunun  üçün  uşaqların  inkişafı, 

maraqları, tələbatları və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. 

Uşaqların  aqressiv  olmasının  əsas  səbəb  uşaqların  tərbiyəsi  üçün  seçilən  səhv  tərbiyə 

metodudur:  Uşaqların  təlim  fəaliyyətinə  hazır  olamaması,  böyüklər  ilə  ünsiyyətdə  qeyri-

müəyyənlik,ananın  və  ya  atanın  təhsilinin  zəif  olması,  valideynlərdən  birinin  içki  düşkünü  olması, 

sinifdə  uşağın  mənfi  mövqe  tutması,  ailədə  konfliktli  vəziyyətin  olması,  məktəbəqədər  təhsil 

müəssisələrində  və  məktəbədə  dərs  deyən  müəllim  və  tərbiyəçinin  uşaqlarla  münasibətdə  kobudluğa 

yol  verməsi,  natamam  ailə  və  başqa  nümunələri  göstərmək  olar.  Əminliklə  demək  olar  ki,  uşaqların 

aqressiv olmasında ailənin böyük rolu vardır. Belə ki; 

öz uşaqlarınının uğurunu başqa uşaqların uğuru ilə müqayisə edir; 

uşağın qazandığı uğura görə onları nadir hallarda tərifləyir; 

uşağın uğursuzluqlarına görə qıcıqlanır və irad tutur; 

uşağın qazandığı uğuru onun bacarıqları ilə əlaqələndirmir; 

Uşaqların  davranışlarında  aqressivlik  halının  aradan  qaldırılması  üçün    onların  sinifdəki  digər 

uşaqlarla  ünsiyyətinin  böyük  rolu  vardır.  Məhz  qrupdakı  psixoloji  şərait  uşaqların  bir-birinə  qayğı 

göstərməsinə,  bir-biri  ilə  dost  olmasına  təsir  göstərir  ki,  bu  da  uşaqların  təlim  fəaliyyətinə  sürətli 

uyğunlaşmasına şərait yaradır. Təlim prosesində intizamlılıq və mütəşəkkillilik uşaqlarda aqressivlik 

halının  aradan  qaldırılmasına  şərait  yaradır.  Aqressivliyin  korreksiyası  nəticəsində  onların  dominant 

fəaliyyətində mühüm dəyişikliklər baş verir və müsbət psixi keyfiyyətlər və şəxsi keyfiyyətlər yaranır. 

Aqressiv uşaqlar dərsdə passiv, gərgin olur, uşaqlarla ünsiyyət qurmurlar. Demək olar ki, bütün qrup 

və siniflərdə aqressiv uşaqlar vardır. Əksəriyyət uşaq məktəbə gələrkən kollektivdə özlərini güvəzsiz 

və  narahat  hiss  edirlər.  Bu  onunla  bağlıdır  ki,  əvvəlki  nəsillərdən  fərqli  olaraq  müasir  uşaqların 

həyatında kollektiv oyunlar çox az yer tutur və uşaqlar asudə vaxtlarının çoxunu tək başına televizor 

izləməklə və ya komputerlə məşğul olmaqla keçirirlər.Onların elementar ünsiyyət bacarıqları olmur və 

özlərini kollektivdə necə aparmalı olduqlarını bilmirər. Nəticədə uşaqda həmyaşıdları və müəllimlərə 

qarşı  münasibətdə  konfliktli  halların  yaranmasına,  eyni  zamanda  məktəbə  və  xüsusilə  öyrənmə 

prosesinin  formalaşmasına  qarşı  mənfi  münasibətin  yaranmasına  səbəb  olur.  Onların üz  ifadələrində 

də emosional diskomfortluq kədər, narahatlıq, gərginlik və s  hiss olunur. Bu uşaqlar dərsdə diqqətli 

olmur,  müəllimin  izahını  dinləmirlər,  lakin    onlar  verilən  tapşırığa  diqqətlə  yanaşsalar  onda  onu 

düzgün  yerinə  yetirərlər.  Bütün  bunlar  onu  təlimdən  təcrid  edir,  eyni  zamanda  bu  uşaqlar  sinif 

yoldaşlarına  münasibətdə  qəzəbli  və  qəddar  olurlar.  Aqressivliyin  digər  səbəbi  isə  uşağın  valideyn 

diqqətindən kənarda qalması, ondan qorxması, fiziki cəza almasıdır. Yəni ana və atanın öz statuslarını 

yerinə  yetirə  bilməməsidir.  Nəticədə  uşaq  valideynləri  üçün  bilərəkdən,  ya  da  bilməyərəkdən 

problemlər  yaradırlar.  Belə  uşaqlar  valideynlərinə  qarşı  kobud  olur,  onların  tapşırıqlarını  yerinə 

yetirmirlər.  Çünki  belə  uşaqların  itirməkdən  qorxduqları  sevgiləri  yoxdur.  Nəzərə  almaq  lazımdır  k, 

aqressivlik  13  yaşına  kimi  aradan  qaldırılmasa  gələcəkdə  belə  uşaqlarda  lovğalıq,  dikbaşlıq, 

təcavüzkarlıq kimi hisslərin yaranması ilə nəticələnəcək. Ən qatı cinayətkarların keçmişinə baxdıqda 

onların valideynləri tərəfindən sevilmədiyi məlum olur.  

Dəyişən rejim haqqında böyüklər uşaqlara yardım etməli, qoyulan qaydaları izah etməli, verilən 

tələblərin  düzgün  yerinə  yetirilməsi  üçün  onlara  daima  nəzarət  edilməlidir.  Müəllim  çalışmalıdır  ki, 

kiçik  məktəblidəki  aqressiv  halın  qarşısını  alsın  və  onu  təlim  fəaliyyətinə  uğurlu  adaptasiya  üçün 

əlverişli şərait yaratsın, psixoloqlar isə uşaqların əsas psixi xüsusiyyətlərini dərindən öyrənməlidirlər. 

Unutmaq lazım deyil ki, hər yaş dövrünün psixoloji keyfiyyətləri ondan sonrakı əsas komponentlərlə 

qarşılıqlı əlaqədədir. 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1558 


Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

AZƏRBAYCAN FOLKLORUNDA UŞAQ ŞƏXSİYYƏTİNİN 

FORMALAŞDIRILMASI HAQQINDA İDEYALAR 

 

Simnarə  HEYDƏROVA



 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

AZƏRBAYCAN 

 

Uşaqda  müxtəlif  fiziki  və  zehni  proseslərin  əmələ  gəlməsini  və  inkişafını    təmin  etmək  üçün 



əsas olan maddi zəmin irsən gəlir. Elimdə deyildiyi kimi  insan canlı və təbii bir varlıqdır. O, qismən 

təbii qüvvələrə malik fəal təbii varlıqdır; bu qüvvələr insanda təbii imkanlar və qabiliyyətlər şəklində 

mövcud olur. 

Şəxsiyyətin təşəkkül tapmasında və inkişafında mühitin,yəni insanı əhatə edən kollektivin,dost 

və  yoldaşların  məişət  şəraitinin  cəmiyyətin  inkişaf  və  fəaliyyətinin  cərəyan  etdiyi  təbii  və  ya  ictimai 

şəraitin  məcmusunun  roluna  dair  xalqın  fikrini  müəyyən  etməkdən    ötrü  xalq  pedaqogikası 

abidələrindən  biri  olan  atalar  sözlərinə,nağıl  və  dastanlara    diqqət  yetirmək  kifayət  edər.  Məsələn 

atalar sözlərində deyilir ki ,”Ati atin yanına bağlasan, həmrəng olmasa da,həm xasiyyət olar”, “Yaxşı 

yoldaş adamı bay, edər pis yoldaş zay”, “Mərdi qova-qova namərd etmək olar”və s.  

Birinci  və  ikinci  atalar  sözlərindən  çıxan  pedaqoji    nəticəyə  görə  tərbiyyə  verənin  ,  yaxud 

ünsiyyətdə  olan  olduğu  şəxsin  təsiri  altında  adam  yaxşı  da  ola  bilər,  pis  də  .Bu  təsir  edən  adamın 

özünün şəxsiyyətindən, malik olduğu sifətlərdən,şəxsi  nümunəsinin təsirindən asılıdır 

Mühit  kimi,  tərbiyədə  insanın  inkişafında,  təkmilləşməsində  və  yetişməsində    mühüm  rol 

oynayır. Elə “tərbiyə” sözünün lüğəti mənası “bəsləyib yetişdirmə,böyütmə,alışdırma.vərdiş etdirmə” 

deməkdir. 

Xalq pedaqogikası materiallarında şəxsiyyətin təşəkkül tapıb inkişaf etməsində mühitlə yanaşı, 

tərbiyyənin  də  əsas  rol  oynadığını  ifadə  edən  aforistik  fikirlər  çoxdur.  Onlara  misal  olaraq  “Adam 

adam  sayəsində  adam  olar”,  “Ustad  görən  şagird  hər  məqamda  yorğalar,  ustad  görməyən  şagird  

ordan-burdan  qarmalar”,  “Dünya  gör-götür  dünyasıdır”,  “Damcı  daşı  deşər,  söz-başı”  və  s  bu  kimi  

hikmətamiz  kəlamları  göstərə  bilərik.  Həmin  kəlamlarda  belə  bir  həqiqət  təsdiq  edilir:  uşaq  kamil 

ustad, tərbiyəçi sayəsində eşitməklə, görməklə formalaşıb sözün əsl mənasında adam olur. Yəni onun 

şəxsiyyət kimi yetişməsində tərbiyə əsas rol oynayır. 

İnsanın inkişafında mühit və tərbiyyənin mühüm olması fikri obrazlı şəkildə aşağıdakı folklor 

nümunələrində də ifadə edilmişdir: “Qiz anadan görməyincə, öyüd olmaz”, “Oğul atadan görməyincə, 

ata qalxmaz”, “Nə əkərsən, onu da biçərsən”, “Nə tökərsən aşına, o da çıxar qaşığına”, “Gül güllükdə 

bitər”, “Mərd ilə gəzən hər kəs axır ki, bir gün mərd olar, namərd ilə gəzən kişi axır biyabankərd olar”. 

Yuxarıda  qeyd  etdiklərimiz  aydın  şəkildə  göstərir  ki,  uşağın  yetişməsində,  inkişafında, 

kamilləşməsində  irsiyyət,  mühit  və  tərbiyyənin  həlledici  rol  oynaması    ideyası  xalq  pedaqogikası 

materiallarında geniş yer tutur. 

Şəxsiyyətin formalaşması üçün irsiyyət, mühit və tərbiyənin rolunun eyni dərəcədə qiymətləndirildiyi 

belə misalları digər tarixi şəxsiyyətlərin əsərlərindən də gətirmək olar.  

Deməli, uşağın hansı keyfiyyətlərə malik olmasında əsas etibarıilə onun əhatə olunduğu mühitin 

,ilk növbədə isə valideyn nümunəsinin çox böyük təsiri var: söyüşkən atanın yanında boya-başa çatan 

uşaq adətən söyüşkən,abır-həyalı atanın yanında böyüyən övlad isə abırlı, həyalı olur. 

Beləliklə,  7  yaşa  qədər  bu  uşaqlıq  dövrünün  hər  mərhələsinin  özünəməxsus  xüsusiyyətləri  var 

ki, tərbiyə işində onlar hökmən nəzərə alınmalıdır. Aylar - illər ötür, uşaq “böyüyüb həddi - buluğa” 

çatır. “Həddi büluq” dövrü 14-15  yaşlarından başlayır: 

“On dördündə sevda yenər başına, 

On beşində yavan girər duşuna...” 

Bu dövür cavanlıq - gənclik illərinə qovuşur. Odur ki, on dörd – on beş yaşlarından başlamış ta 

on  yeddi  -  on  səkkiz  yaşlara  qədər  davam  edən  bu  yaş  dövrünü  “gənclik  dövrü”  adlandirmaq  olar. 

“Həddi büluq” və ya gənclik ( cavanlıq) dövrü ilə nağıl və “dastan süjetinin birinci hissəsi qurtarır”. 

Bu  dövr  üçün  səciyyəvi  olan  şey  pəhləvanlıq  və  ya  ov  məşqi  öyrənmək,  qəhrəmanlıq  göstərməyə 

hazırlaşmaq və “butaalmaqdır”. 

Kamillik dövrü təqribən qırx yaşa qədər davam edir. Bu yaş dövrünə qədəm qoymuş  oğlan və 

qızların zahiri əlamətlərinin və fiziki keyfiyyətlərinin təsirinə də nağıl və dastanlarda geniş yer verilir. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1559 


Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Məsələn; “Şah İsmayıl”, “Tahir və Zöhrə” dastanlarında kamil qızlar “Qələm qaşlı”, “Siyah saçlı”, 

“Mina gərdənli”, “İncə belli , bəstə boylu”, “Zülfü dal gərdəndə çin, dəstə-dəstə”, “Ala gözü sürməli”, 

“Əli xınalı”, “Yaquta bənzər yanağı, mərmərə bənzər buxağı, aya bənzər qaşqabağı”, “Kövsərə 

bənzərdodağı, ağ gülə bənzər ayağı”, “Həm didarı şirin,həm koftarı şirin, “Gümüş kəmərli”, “Tər 

libaslı”, “Üstü tam danə nişan”, “Şivəli, qəmzəli, nazlı” gözəllər kimi təqdim olunurlar. 

Nisbətən yuxarı yaşları ( yəni təxminən 40 yaşdan sonranı) əhatə edən dördüncü yaş dövrünün 

nümayəndələrinə müxtəlif istilahlar aid edilir: yaşlı, sinli, ahıl, qoca və s. Bu yaşlarda olanlar mənəvi 

keyfiyyətləri etibarı ilə müsbət səpkidə (yetkin, ağıllı, sanballı, təmkinli, tədbirli və uzaqgörən adamlar 

kimi) verilir. Çətinliyə düşən qəhrəmanlara yol göstərmək, müşkül işlərə çarə tapmaq kimi sifıtlər də 

ən  çox  məhz  bu  yaş  dövrü  üçün  səciyyəvidir.  Lakin fiziki  və  fizioloji  cəhətdən  bu  dövrün  adamları 

əvvəlki  təravətlərini,  məziyyət  və  üstünlüklərini  itirməyə  başlayırlar.    Xalqın  özünün  poetik  dili  ilə 

desək: 

“....Qırxında sən əl haramdan çəkərsən, 



Sonası ovlanmış gölə bənzərsən, 

Əllisində əlif qəddin çəkilir, 

Altmışında ön dişlərin tökülür. 

Yetmişində qəddin,belin bükülür, 

Karvanı kəsilmiş yola bənzərsən. 

Səksənində sinir yenər dizinə, 

Doxsanında qubar qonar gözünə. 

Koroğlu der:çünki yetdin yüzünə, 

Uca dağ başında kola bənzərsən”. 

Bəs  tərbiyə  işinə,uşağın  şəxsiyyətini  formalaşdırmağa  hansı  vaxtdan  başlamaq  lazımdır? 

Zəhmətkeş xalq  tərbiyə işini lap ilk anlardan ,yəni uşağın bəlkədə olduğu vaxtlardan başlamağı vacib 

bilmişdir:çünki  “Qırxinda  öyrənən  ,gorunda  çalar”,yaxud  “Qocanı  öldürmək  olar,öyrətmək  olmaz”. 

Odur  ki,  xalq  obrazlı  şəkildə  deyir:  “Uşağı  bələkdə,küçüyü  dəlməkdə”.Başqa  bir  atalar  sözündə 

deyilir: “Ağac yaş ikən əyilər”.Bu atalar sözünün məzmunu pedaqoq-müəllim M.T.Sidqinin sözlərində 

daha  geniş  şəkildə  şərh  olunubdur:  “...Uşaqlıq  yaş  ağaca  bənzər,  təzə  yaş  ağac  hər  nə  qədər  əyri 

olsa,düzəltmək 

asandır 

və 


insanın 

da 


kiçikliyində 

tərbiyə 


qəbui 

etməsi 


vacib 

mətləblərdəndir”.Ümumən,  xalqa  görə,  uşaq    ikən  elə  tərbiyə  edilməlidir  ki,  cavanlıqda  (yəni  15-17 

yaşlarında) başqalarına,ehtiyacı olanlara kömək əli uzada bilsin, obrazlı desək,öz gözü ilə onları isidə 

bilsin,  cavanlıqda  da  elə  formalaşmalıdır  ki,yaşa  dolduqda  ağıllı  söz-söhbəti  və  məsləhətlərilə 

başqalarına hikmət öyrədə bilsin.Budur,həmin fikrin xalq deyimi: 

“Uşaq ikən elə yan ki

Cavanlıqda gözün olsun! 

Cavanlıqda elə yan ki, 

Qocalıqda sözün olsun!” 

 

Buraya qədər deyilənlərdən aydın olur ki: 



-Şəxsiyyətin  təşəkkül  və    inkişafına  təsir  göstərən  amillərə,  onların  mahiyyətinə  və  insan 

ömrünün  yaş  bölgüsünə  aid  zəhmətkeş  xalqın  müxtəlif  zamanlarda  söylədiyi  fikir  və  mülahizələr 

akademik pedaqogikasının müasir nəticələrinə uyğun gəlir: insanın inkişafı irsən gətirdiyi qüvvələrlə, 

düşdüyü mühitlə və aldığı tərbiyə ilə bağlıdır; 

-Yaxşı nəticə əldə etmək üçün tərbiyə işini  kiçik yaşlardan başlamaq,müxtəlif yaş dövürlərinə 

uyğun aparmaq- hər dövrün səciyyəvi xüsusiyyətlərini nəzərə almaq gərəkdir; 

-Azərbaycanın görkəmli şəxsiyyətləri xalqın tərbiyəvi fikirlərindən bəhrələnməklə yanaşı onları 

daha da cilalamış və yenidən xalqın sərəncamına qaytarmışlar. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1560 


Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

İSRAİLDƏ AİLƏ PSİXOLOGİYASI 

 

Günay  SƏFƏROVA 

Azərbaycan Dillər Universiteti 



gunaysafarova@yahoo.com 

AZƏRBAYCAN  

         

 

Yəhudilər  tək  Allaha  sitayiş  edirlər.  Çünki  iudaizm  monoteist  dindir.  İsraildə  ailə  hüququ  dini 



normalar  üzərində  qurulub.  Yəni,  nigah  və  boşanma  yalnız  dini  məhkəmənin  icazəsi  ilə  həyata  keçirilir. 

XIX əsr Tanax təfsirçisi Y. S. Meklenburq qeyd edib: “İnsana tək olmaq yaxşı deyil.” Bu, o cür başa 

düşülməlidir ki, insan heç kimə sevgisini, məhəbbətini vermədikdə onun daxilən xeyirxahlıq hissi baş 

qaldırmayacaq.  Nigahda  kişi  və  qadın  arasında  olan  bağlar,  valideynlə  övlad  arasında  olan  bağdan 

daha sıxdır. 

Bağlanan  nigahlar  və  boşanmalar,  nigaha  daxil  olanlar  və  boşananlar  dini  icmanın  müvafiq 

idarəsində qeydə alınır. Nigaha daxil olanlar üçün müxtəlif dini məhdudiyyətlər mövcuddur. Boşanma 

isə hər iki tərəfin razılığı ilə həyata keçirilməlidir.  

Yəhudi  adətinə  görə,  oğlan  uşağı  doğulanda  sidr  ağacı,  qız  uşağı  doğulanda  isə  şam  ağacı 

əkilməlidir.  Onların  toyunda  həmin  ağacların  budaqlarından  Baldaxin  hörülür.  Ortodoksal  yəhudilər 

həyat  yoldaşlarına  bəzən  “Başert”-“taleyin  qisməti”  də  deyirlər.  Tövratda  poliqamiyaya  icazə 

verilməsinə baxmayaraq, adi həyatda bu bəyənilmirdi.  

İudaizmin  mahiyyətində  duran  4  (dörd)  əsas  şərtdən  biri  ailə  məsələləri  ilə  bağlıdır.  Bunlar 

aşağıdakılardır: 

İşlərində haqqı və ədaləti gözləmisənmi? 

Tövratı öyrənməyə vaxt ayırmısanmı? 

Həyata uşaq gətirmisənmi? 

Dünyanın xilası üçün çalışmısanmı? 

Valideynlərə  hörmət  etmək,  onların  qayğısına  qalmaq  hər  bir  övladın  müqəddəs  borcu  sayılır. 

Lakin,  valideynlərin  uşaqlara  olan  məhəbbəti,  övladın  ata-anaya  olan  məhəbbətindən  həmişə  üstün 

olur.  Ortodoksal  yəhudi  ravvini  bu  barədə  belə  yazır:  “Oğul  atasını  itirir.  Çox  kədərlənir  və  üzülür. 

Görəsən,  oğul  bilsə  ki,  atasından  çoxlu  miqdarda  var-dövlət  qalmışdır,  onda  özünü  necə  hiss  edər? 

Təbii ki, kədərlə birlikdə, həm də sevinc hissi baş qaldırar. Materialist tələbatdan doğan sevinc hissi 

kədəri arxa plana keçirir. Hər şey tərsinə də ola bilər. Oğul ölür və ondan atasına xeyli var-dövlət qalır. 

Görəsən, atanı həmin var-dövlət sakitləşdirə bilərmi? Əlbəttə ki, Yox. O, bütün varını-dövlətini qurban 

verərdi,  təki  oğlu  sağ  olaydı.Budur  valideyn  sevgisi ilə  övlad  sevgisi arasındakı  fərq.”  Yəhudi  atalar 

sözü: “ 1 (bir) ata10 (on) oğul böyüdür, 10 (on) oğul isə 1 (bir) ataya baxa bilmir. 

İsraildə  yəhudilərin  nigah  və  boşanmaqla  bağlı  işlərinə  1953-cü  il  qanununa  əsasən  ravvin 

məhkəmələrində  baxılır.  Nigah  sənədi  “Ketubah”

 

  )הבותכ( ,  boşanma  haqqında  sənəd  isə  “Qet”



 

  )טג(  


adlanır. “Ketubah”da ailə həyatının bütün tərəfləri haqqında məlumat verilir. Çoxəsrlik ənənəyə görə, 

toy  böyük  Xupanın    )הפוח(altında  keçirilir.  Gəlin  7  (yeddi)  dəfə  bəyin  başına  dolandıqdan  sonra  bu 

mərasimi keçirən ravvinin qarşısında dayanırlar və Ravvin onların nigahına xeyir-dua verir. 

Ravvin məhkəmələri haqqında qanuna əsasən nigah və boşanma məsələləri yəhudilərin müqəddəs 

kitabı  sayılan  Tövrat  ilə  tənzimlənir.  Qanuna  əsasən  əmlaka  sahib  olmaq,  ondan  istifadə  etmək  və 

sərəncam vermək hüququ evli və subay qadınlara bərabər verilir. Həyat yoldaşından boşanma razılığı 

almadan  təkrar  ərə  gedən  qadın  isə  zinakar  adlanır.  Yəhudi  adətinə  görə,  bu  cür  nigahdan  doğulan 

uşaqlar yalnız özləri kimi olanlarla nigaha girə bilərlər. 1950-ci il nigah qanununa əsasən nigaha daxil 

olmaq üçün yaş həddi qadınlar üçün 17 yaş müəyyən olunmuşdur. Kişilər üçün isə konkret yaş həddi 

müəyyən edilməyib. 17 yaşına çatmamış qızlar yalnız dairə məhkəmələrinin icazəsi ilə ailə qura bilər. 

Dairə  məhkəməsi  icazəni  qanunla  müəyyən  olunmuş  xüsusi  hallarda  verə  bilər.  İcazəsiz  bağlanmış 

nigah cinayət hesab olunur. 17 yaşına çatmamış qız, onun valideynləri və gələcək həyat yoldaşı nigaha 

icazə  verməsi  üçün  məhkəməyə  xahişlə  müraciət  edə  bilər.  Qarışıq  nigahların  pozulması  Ali 

məhkəmənin sədrinin səlahiyyətlərinə aiddir. Yəhudilər qarışıq nigahları “mədəni nigah” adlandırırlar.  

Ailə  qanunlarına  düzəliş  və  alimentlər  haqqında  qanun  (1972)  aliment  hüququna  aid  əsas 

qanunlardır.  Uşaqla  yaşamayan  valideyn  aliment  ödəməyə  borcludur.  Əgər  aliment  2  il  müddətində 

ödənilmirsə, məhkəməyə müraciət edərək onların ödənilməsini tələb etmək olar.  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1561 


Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Ərlə-arvadın birgə mülkiyyətinə aid deyil: 

Nigahdan əvvəl əldə olunmuş əmlak 

Bağışlanmış və ya miras qoyulmuş əmlak 

Milli Sığorta Fondundan qocalığa görə alına müavinət və digər kompensasiya növləri 

Ərlə-arvadın əvvəlcədən bölünməməsi barədə danışdığı və razılaşdığı əmlak 

1981-ci ildə övladlığa götürülmə haqqında qanuna əsasən, valideyn və uşaq arasında mövcud 

olan  hüquqi  münasibətlər  hüquqi  akt  nəticəsində  övladlığa  götürənlə  övladlığa  götürülənin  arasında 

yaranır.  Bu  proses  övladlığa  götürənin  xahişi  ilə  yalnız  məhkəmənin  qətnaməsi  ilə  həyata  keçirilir. 

Övladlığa götürülən şəxs 18 yaşından yuxarı ola bilməz. 9 yaşına çatmış uşağın övladlığa götürülməsi 

üçün onun razılığı vacibdir:  

1. Əgər uşağın valideynləri mövcuddursa və ondan tam imtina etməyiblərsə, onların da razılığı 

olmalıdır.  

2. Əgər valideynləri vəfat edibsə, məhkəmə nənə-babanın fikrini bilməlidir. Məhkəmə uşağın 

xeyrini nəzərə alaraq çıxardığı qətnaməni xətm edə bilər. 

1950-ci ildə nigah haqqında qanun, 1972-ci ildə alimentlər haqqında qanun, 1973-cü ildə ər-

arvad  arasında  əmlak  münasibətləri  haqqında  qanun,  1981-ci  ildən  övladlığa  götürmək  haqqında 

qanunlar qəbul edilmişdir. 

Talmuda əsasən ailə münasibətlərinə yanaşma. Talmud qadınların maliyyə vəziyyətini bu cür 

izah edir: “Bir qadın bir şeyə necə sahib ola bilər? Ona aid olan hər bir əmlak ərinə aiddir. Ərinə aid 

olan hər bir əmlak isə özünə aiddir və qadına aid olan əmlakın kişiyə də aidliyi vardır. Qadının gəliri 

küçədən  bir  şey  tapmış  olsa  belə  ərinə  məxsusdur.  Ev  əşyaları,  stolun  üstündə  olan  çörək  qırıntıları 

kişiyə məxsusdur. Əgər qadın bir qonaq çağırıb, onu qarşılayarsa ərindən oğurluq edib…” 

 

Bütün bu kimi qanunlar səbəb olub ki, bir qadının əmlakı özünə elçi cəlb etmək üçün 



vasitəyə çevrilsin. Daha çox malı olan qadını almaq kişi üçün daha artıq varlanmaq vasitəsinə çevrildi. 

Yəhudi ailələri öz mülkiyyətilərinin bir hissəsini cehiz adı ilə evlilik vaxtı öz qızına verməyə məcbur 

oldu. Qızının şəxsən malik olmayacağı cehizə xərc çəkmək məcburiyyətində qalan yəhudilər üçün qız 

uşağının  atası  olmaq  xoşagəlməz  bir  məsələyə  çevrildi.  Ata  gərək  illərlə  öz  qızını  tərbiyə  etsin  və 

sonra onun üçün qiymətli bir cehiz tədarük etsin. Beləliklə, qız bir yəhudi ailəsində sərmayə deyil, bir 

borc  sayılır.  Bu  düşüncə  keçmiş  yəhudi  cəmiyyətində  bir  qız  uşağının  dünyaya  gəlməsinin 

xoşagəlməzliyinin səbəbini  bizə aydınlaşdırır.  Gəlinin  hədiyyəsi  olan  bu  cehiz müvəqqəti  mülkiyyət 

şərtləri altında bəyə hədiyyə olunur. Ər əməli surətdə cehizə malik idi, lakin onu sata bilməzdi. Gəlin 

evli  olduğu  zaman  cehiz  üzərində  olan  hər  növ  malikliyi  əldən  verirdi.  Buna  əlavə  olaraq  ondan 

evləndikdən  sonra  işləyib, qazanc  əldə etmək,  ərin  öhdəsində  olan  xərcləri  təmin  etmək  gözlənilirdi. 

Qadın yalnız iki halda öz əmlakını qaytara bilərdi: Talaq və həyat yoldaşının öldüyü təqdirdə. Əgər 

qadın əvvəl ölərdisə, kişi onun əmlakına varis olurdu, ər öldüyü halda qadın yalnız evlilikdən öncəki 

əmlakını qaytara bilərdi və vəfat etmiş ərinin şəxsi əmlakından miras olaraq almaq haqqı yox idi.  

 

 



 

HƏYATIMIZDAKI SİNDROMLAR’ (DAUN, ASPERGER, AUTIZM) 

 

    Almaz  ƏHMƏDOVA                             Aynur BAĞIROVA  

Azərbaycan Dövlət Pedaqoji Universiteti



        

Azərbaycan Dövlət Pedaqoji Universiteti                                                             



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin