IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1567
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Fərq dedikdə, insanın təkamül prossesində inkişafı və onun şüura malik olması baxımından, psixi
və davranış formalarının fərqli olması nəzərdə tutulur. Yuqun arxeotiplərdə göstərdiyi “maska”,
“persona” şüuri olaraq ona əjdadlardan ötürülmüş heyvani xüsusiyyətləri gizlədərək, özündə ali
hissləri, şəxsiyyətin qiymətləndirilməsində cəmiyyətin qəbul etdiyi ali dəyərləri formalaşdırmağa cəhd
göstərir. Lakin onun mənfi insan kimi qiymətləndirilmədən,dəyərlərinin enməsindən, şəxsiyyətinin
parçalanaraq anormal insan kimi qəbul olunmasından qorxaraq gizlətdiyi təcavüzkar hissləri
qarşılaşdığı ağır həyat tərzi, yaşadığı xroniki stress zamanı aşkar formada özünü biruzə verir. Son
dövürdə ölkəmizdə və dünyada baş veren hadisələr insanın pisixikasına neqativ təsir edərək, onun
“qorxu” altında gizlətdiyi instinktiv tərəflərini bütünlüklə aşkarladı. Bununlada bir daha sübut olundu
ki, insan nə qədər inkişaf etsədə onun arxiotipləri daimi və dəyişilməzdir. Əcdadlardan ötürülən
arxiotiplər əbədi iz qoyaraq insanın xarakter xüsusiyyətlərinə, yaddaşına həkk olmaqla silinməz iz
qoymuşdur. Bunun nəticəsidir ki, bu günümüzdə baş verən hadisələr, insan psixikasında gedən
dəyişikliklər, psixi və davranış pozuntuları kəskin formada özünü aşkar biruzə verir.
Müasir dövrdə ölkədə baş verən neqativ xarakterli dəyişmələr, insanların psixikasında yaranan
pozuntular ciddi bir problem kimi çox aktualdır. Bu problemin mütəxəsislər tərəfindən araşdırılaraq
tədqiq olunması və problemi yaradan səbəblərin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir.
NƏSILLƏR ARASI KONFLIKTLƏR
Hüseyn XƏLİLOV
Qafqaz Universiteti
hxelilov@qu.edu.az
AZƏRBAYCAN
Yaşlılıq probleminin ciddi şəkildə meydana çıxmasını dünyada yüksələn təhsil səviyyəsi və eyni
zamanda gənc nəslin daha müstəqil şəkildə həyata can atması ilə əlaqələndirmək olar. Nəsillərarası
qarşılıqlı münasibətlərdə ziddiyyətlər özünü göstərdi. Bu isə öz növbəsində ailədə münasibətlərdə
yaşlıların mövqeyinə münasibəti dəyişdirmiş oldu.
Əgər əvvəllər ailə qrupunda əsas söz ailə başçısı yaşlı şəxsə malik idisə getdikcə geniş ailələrin
aradan qalxması və nuklear ailələrin üstünlük təşkil etməsi ilə ailədə yaşlıların sosial mövqeyində
dəyişikliklər özünü göstərdi.
Yaşlıların ailə müasibətlərinə təsirindən danışdıqda burada yaşlı valideynin şəxsin şəxsiyyətin
xüsusiyyətləri, onun psixi və fiziki durumu, maddi imkanları br amil olaraq özünü göstərməkdədir.
Lakin, eyni zamanda yaşlılara gənc nəslin münasibəti və ailədə kök salmış ənənələr də burada xüsusi
mövqeyə malikdir. Ailənin inkişaf tarixinə nəzər saldıqda patriarxat dövründə ailədə yaşlı kişinin, ailə
başçısının sözü ailənin bütün üzvləri üçün qanun sayılması, hazırkı dövrdə müəyyən dəyişikln, ailə
başçısının sözü ailənin bütün üzvləri üçün qanun sayılması, hazırkı dövrdə müəyyən dəyişikliyə
uğramışdır. Fərdlərin seçim hüququnun tanınması və daimi olaraq həm hüquqi, həm də sosial cəhətdən
dəstəklənməsi yaşlıların əvvəllər yazılmamış olan qayda sayılan fikir, nəsihət və məsləhətlərinin arxa
plana keçməsinə səbəb olmuşdur.
Müasir cəmiyyətdə geniş yayılmış konfliktlər sırasında ailədə nəsillər arası konfliktlər özlərinin
kəskin xarakteri ilə diqqəti cəlb edir. Bu tip konfliktlər ailə konfliktlərinin xüsusi tipi kimi
valideynlərlə övladların qarşılıqlı münasibətlərinin xarakterinə əhəmiyyətli təsir göstərir. Sosial-
psixoloji tədqiqatlarda ( V.Şuman, İ.S.Kon, A.Uşatikov, A.Çpivakovskaya və b. ) ailə konfliktləri
müxtəlif aspektlərdən araşdırılmışdır. Onların qənaətinə görə, elə bir ailə tapmaq mümükün deyil ki
orada uşaqlarla valideynlər arasında konfliktlərə təsadüf olunmasın. İ.Qorkovayanın tədqiqatlarına
görə, hətta nümunəvi ailələrin 30%- də usaqların hər iki valideynlə konflikt hallari müşahidə olunur.
Ailədə nəsillərarsı konfliktlər dedikdə, adətən valideynlər və övladlar, babalar və nəvələr arasında
baş verən qarşıdurma və toqquşmalar başa düşülür. Bununla belə, ailədə müxtəlif nəsilləri təmsil edən
yaxın qohumlar: “qaynana-gəlin”, “xala-bibi”, övladlığa götürülənlərlə himayəçilər, ögey ata-ana ilə
övladlar arasında yaranan münaqişələr də aid edilə bilər. Qeyd etmək lazımdır ki, yuxarıda konflikt
anlayışına verilən təriflər eyni ilə ailədə nəsillərarası konfliktələrədə aid edilə bilər. Cəmiyyətdə
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1568
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
nəsillər arasında konfliktlər müxtəlif yaş qruplarını təmsil edən nəsillər arasında ziddiyyətlər və
maraqların toqquşması nəticəsi olaraq baş verən sosial hadisələrdən biridir. Bu ziddiyyətlərin əsas
mənbəyini sosial-iqtisadi – maraqlar, müxtəlif nəsillərin həyat şəraiti, müxtəlif subkulturalara məxsus
insanların ideya-siyasi baxışlarındakı ziddiyyətlər təşkil edir. Mesələn, 4 uşaqlı ailənin 15 yaşlı qızı
həmyaşıdı, daha təminatlı ailələrdən çıxmış rəfiqələrini nümunə göstərərək, onlar kimi dəblə
geyinmək, bahalı telefon gəzdirmək istədiyini bildirir, valideynlərini yaxşı yaşamağı, pul qazanmağı
bacarmamaqla günahlandırırdı
Filçakova E.A. məqaləsində nəsillərarası varislik məsələsinə toxunaraq qeyd edir ki, Cəmiyyət
nəsillərarası varisliyin müəyyən səviyyəsi olmadığı zaman mövcudola bilməz Burada müəllifin
varislik dedikdə adət-ənənənin sonrakı nəsillərə ötürülməsi prosesi başa düşülür. Dəyişikliklər gələcək
nəsildə yeni dəyişikliklər və varislik arasında ziddiyyət probleminə səbəb olur. Bu yeni nəsil və daha
yaşlı nəsil arasında baxışların toqquşmasıdır ki, bu da geniş sosial və mədəni təcrübəyə malikdir, lakin
dəyişən sosial fəaliyyət üçün bəzən qəbul edilməz sayılır. Müəyyən zaman mərhələsində qeyd olunan
problemin tərkibi, ziddiyyətlərin kəskinliyi, münaqişəli qarşılıqlı münasibətlərin formaları xüsusi
konkret-tarixi xarakter daşımış və nəsillər arasında münasibətlərdə özünün sosial normalarını
formalaşdırmışdır. “Atalar” və “övladlar” arasında qarşılıqlı anlaşma problemi heç zaman həll
olunmur, belə ki, bir nəslin tərbiyə olunduğu mədəniyyət, diametral(tam) şəkildə digərinə zidd olmasa
da, digər nəslə özgə və qismən də anlaşılmaz görünəcəkdir. Yeni nəsil özündən əvvəl gələn bütün
nəsllərdən ona çatan davranış priniplərinə əsasən hərəkət edir, lakin bu mirasa münasibəti kifayət
qədər seçim xarakteri daşıyır. .
CƏMİYYƏT VƏ CƏMİYYƏTDƏN TƏCRİD OLUNMUŞ İNSANLAR
Mənsurə NOVRUZOVA
mensure_novruzova@mail.ru
AZƏRBAYCAN
Cəmiyyət təbiətin bir hissəsi olan, daim dəyişən, inkişaf edən insanların fəaliyyətidir.Qloballaşan
dünyamızda əsas məsələ cəmiyyətlərin sivilizasiya yolunda bərabərliyi təmin etməkdir. Dünyanın
bütün cəmiyyətlərində insan amili, onun potensialı cəmiyyətin inkişafına bilavasitə təsir etdiyi
danılmaz və dəyişilməz faktdır. Cəmiyyətin bir parçası olan fərdin hüquqlarının müdafiəsi də
cəmiyyət tərəfindən formalaşır. Fərdin hüquqları da elə cəmiyyətin yazılmayan qanunları ilə pozulur.
Cəmiyyəti təşkil edən əlillər, fiziki qüsurlu şəxslər elə cəmiyyətin “sağlam” insanları tərəfindən
cəmiyyətdən təcrid olunur.
Dünya əhalisinin 20%-i əlil və fiziki qüsurlu şəxslərdən ibarətdir. Azərbaycanda isə 400 mindən
çox əlil və fiziki qüsurlu şəxs vardır.
Əlillərin, fiziki qüsurlu şəxslərin cəmiyyətin digər üzvlərindən fərqlənməsinin qarşısını almaq,
onların adi,sağlam insanla eyni hüquqlara malik olmasını göz önünə gətirmək üçün dövlət ciddi
addımlar atmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çok konvensiya və aktlara
qoşulmuşdur. Bu konvensiya və aktlar içərisində cəmiyyətdən təcrid olunmuş insanların, yəni əlillərin,
fiziki qüsurlu şəxslərin sosial rifahının yüksəldilməsi , yenidən cəmiyyətə qaytarılması mühüm yer
tutmuşdur. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi tərəfindən qəbul edilmiş “Əlillərin hüquqları
haqqında” konvensiyaya Azərbaycan 2006-cı ildə qoşulmuşdur.Ölkəmizdə əlillərin sosial rifahının
yüksəldilməsi, onların cəmiyyətdə müəyyən mövqe tutması məqsədi ilə Ulu Öndər Heydər Əliyev
genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Ümumilli liderin rəhbərliyi dövründə əlillərin sosial
müdafiəsi, fiziki qüsurlu şəxslərin cəmiyyətə inteqrasiyası gücləndirilmişdir. Əlillərin sosial müdafiəsi
ilə bağlı dövlət proqramı hazırlanmışdır.
Bütün görülən tədbirlər fiziki qüsurlu şəxslərin cəmiyyətə inteqrasiyasını tam təmin edə
bilməmişdir.Cəmiyyətin sağlam üzvlərinin fiziki qüsurlu insanları qəbul edə bilməməsi, ictimai
yerlərdə fiziki məhdudiyyətli insanlara qeyri-normal münasibət onların cəmiyyətdən uzaqlaşmalarına
səbəb olur. Bu cür münasibət onların psixikasında silinməz, dərin iz buraxır və cəmiyyət içinə
çıxmaqdan imtina edirlər.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1569
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Azərbaycanın gündən-günə çiçəklənməsi, inkişafı göz önündədir. Yenidənqurma işlərinə nə
qədər önəm verilsə də, əlillərin rahat və sərbəst hərəkətini təmin etmək hələdə aktual məsələ olaraq
qalır. İstər yeraltı, istərsə də yerüstü keçidlərdə əlillərin hərəkəti üçün lazimi şəraitin olmaması , ya da
quraşdırılmış pandusların əlillərin hərəkəti üçün o qədər də əlverişli olmaması onların cəmiyyət içinə
çıxmasına mane olur, onları evə məhkum edir. Fiziki qüsurlu şəxslərin nəinki yüksək vəzifə tuta
bilməməsi, hətta imkanı və gücü çatacaq halda müəssisə rəhbərlərinin onları işə götürməmələri onların
cəmiyyətdən uzaqlaşmasına bilavasitə təsir edən amillərdən biridir. Belə müəssisə rəhbərlərinin fiziki
qüsurlu şəxslərə qarşı etinasız yanaşması onların həyatdan soyumasına, özünə inamın azalmasına
səbəb olur. Fiziki qüsurlu şəxslərə müəssisə rəhbərləri müəyyən iş ayırarsa, onların cəmiyyətə
inteqrasiyasını bərpa etmiş olar. İnsanlar arasında fiziki qüsurlu şəxslərin adi hal kimi görünməsi
digərlərinin düşüncəsini dəyişməyə də kömək edəcək.
Tarixdə mübarizə əzmi ilə iz qoymuş Amerika Birləşmiş Ştatlarının 26-cı prezidenti olan
Franklin Ruzvelt ; əsərləri ilə dünyada məşhur olan dahi alman bəstəkarı Lüdviq van Bethoven də
fiziki qüsurlu olub.Bethoven 20 yaşından sonra yaratdığı bəstələri , ifaları özü eşidə bilməsədə
yaratmağa davam etmişdir. Bu faktlar sübut edir ki, insanların fiziki qüsurunun olması onların əqli
qüsurunun olmasına dəlalət etmir. Bu faktlarla onları cəmiyyətdən uzaqlaşdırmaq, onlara yad, ögey
münasibət bəsləmək cəmiyyətin “sağlam” insanalrının ən böyük yanlışıdır. Fiziki qüsurlu olub-
olmamasından asılı olmayaraq, istedadlı şəxsin inkişafı üçün cəmiyyətin dəstəyi mühüm cəhətlərdən
biridir. İstedadlı fiziki qüsurlu şəxslərin cəmiyyətə inteqrasiyasını bərpa etmək üçün yeganə vasitə
onlara bərabər imkan və şərait yaratmaqdır.
Küçədə, yolda əlil arabasında olan şəxs gördükdə kənardakı insanlar onu dilənçi zənn edir.
Cəmiyyət üzvlərinin əlillərə, fiziki qüsurlu şəxslərə dilənçi kimi baxması cəmiyyətin ən böyük
problemidir.Bu düşüncəni dəyişməli , fiziki qüsurlu insanları cəmiyyətə qazandırmalıyıq.
Fiziki qüsurlu şəxslərin beynəlxalq müstəvidə dəyərləndirilməsinə Paralimpiya oyunlarında
şahid ola bilərik. Paralimpiya oyunları fiziki qüsurlu şəxslərin bir çox müxtəlif idman növləri üzrə
özlərini göstərməyə və inkişaf etdirməyə imkan yaratmışdır.Azərbaycanı Paralimpiya oyunlarında
layiqincə təmsil edən idmançılardan biri də İlham Zəkiyevdir. İlham Zəkiyev ikiqat Paralimpiya
oyunlarının çempionudur. Buda onu göstərir ki, fiziki qüsurlu insanlara sərhəd qoyulmamalı və ictimai
fəaliyyətə cəlb edilməlidirlər.
Cəmiyyətin qəbul etmədiyi insanlar sırasına Daun sindiromlu insanlarda daxildir. Öncə qeyd
etmək lazımdır ki, Daun sindiromu bir xəstəlik deyil, anada irsi genetik xromosomların dəyişilməsi
nəticəsində yaranır. Hamiləliyin 4 aylığında valideynə hələ doğulmamış uşağın Daun sindiromlu
olması haqqında məlumat verildikdə psixoloji sarsıntı keçirir. Daun sindiromu haqqında valideynlərin
yanlış məlumata sahib olması onları bir anaya məxsus olmayan hərəkətləri etməyə məcbur edir.Ya
dölü məhv edir, ya da körpə doğulduqdan sonra kimsəsizlər evinə qoyurlar. Daun sindiromu ilə
doğulan uşaqlar çox vaxt cəmiyyət tərəfindən qəbul edilmir. Uşaqların cəmiyyətə inteqrasiyasını təmin
etmək üçün fəaliyyətə başlanılıb. Belə ki, həm əqli, həm fiziki cəhətdən inkişaf etməmiş uşaqlar üçün
Nizami rayonunda yerləşən 210 saylı məktəb və 113 saylı uşaq bağçası “ Xüsusi qayğıya ehtiyacı olan
uşaqların təhsilinin təşkili üzrə inkişaf ” proqramına qoşulub. Ümumiyyətlə insanlar Daun sindiromlu
insanlardan imtina etməməlidirlər. Onlar xəstə deyil, sadəcə fərqlidirlər. Onların da digər uşaqlar kimi
sevilməyə, dəyər verilməyə ehtiyaclarıı var. Son olaraq qeyd etmək lazımdır ki, aramızda əlil də ola
bilər, Daun sindiromlu şəxsdə, sağlam insanlar da. Heç bir halda birini digərindən fərqləndirməməli,
sevgimizə ehtiyacı olanları bu sevgidən məhrum etməməliyik.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1570
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
FƏRDİN ŞƏXSİYYƏTƏ ÇEVİRLMƏ PROSESİ: İCTİMAİ, SOSİAL
VƏ PSİXOLOJİ FAKTORLARIN MƏNƏVİ TƏKAMÜLƏ TƏSİRİ
Aygun BAYRAMOVA
Bakı Dövlət Universiteti
bayramova9595@gmail.com
AZƏRBAYCAN
Cəmiyyət insanlar və insan topluları arasında baş verən hadisə və proseslər kompleksidir. Bütöv-
lükdə cəmiyyətin subyekti əhalidir, xalq kütlələridir. Müəyyən tarixi inkişaf mərhələsində ictimai əlaqə
və münasibətlərə girən insanların fəaliyyəti olmadan cəmiyyət nə mövcud ola nə də inkişaf edə bilməz.
Bu hadisə və prosesləri, həmçinin onların əsasını təşkil edən sosial əlaqə və asılılıqları üzə
çıxarmaq və təsvir etmək üçün insanın mahiyyətini, bir-birinə qarşılıqlı surətdə təsir göstərən
adamların xüsusiyyətlərini öyrənmək, şəxsiyyətin sosioloji mahiyyətini və onun strukturunu müəyyən
etmək lazımdır.
Şəxsiyyət problemi hələ çox qədim dövrlərdən mütəfəkkirlərin diqqətini cəlb etmişdir. İnsanın
mənəvi siması, sosial varlığı və məsuliyyəti kimi çox mühüm məsələlər müxtəlif mövqelərdən
araşdırılmış və qiymətləndirilmişdir.
Hələ 2500 il bundan əvvəl Afina küçələrini fənərlə gəzən Diogen belə demişdir: “İnsan
axtarıram”. Halbuki küçələr qoca, cavan, qadın, kişi, tacir, matros və s. insanlarla dolu idi. Diogen isə
onların içərisində müəyyən mövqeyə malik olan, peşəsi, sənəti ilə fərqlənən insan – şəxsiyyət –
axtarırdı. Gəlin biz də birlikdə axtaraq görək şəxsiyyət nədir? “İnsan nə deməkdir?” İnsan problemi ilə
əlaqədar olaraq, insan – fərd – şəxsiyyət anlayışlarının təhlili, bu anlayışların ümumi cəhətlərinin və
fərqinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
İnsan – fiziki və mənəvi, təbii və sosial, irsən keçən və həyatda əldə edilənləri bir vəhdət halında
özündə birləşdirən canlı varlıqdır. İnsan anlayışı sosial və bioloji xarakteristikaları ehtiva edir, lakin bu
halda bioloji cəhət sosial amillər tərəfindən insanlaşdırılaraq müəyyən dəyişikliyə məruz qalır (İnsan –
əmək alətləri hazırlayan heyvandır. Bu tərif nəinki insanın bütün heyvanlardan olan fərqini ifadə edir,
həm də onun sosial mahiyyətini açmağa imkan yaradır).
Qədim dövrdən başlayaraq fəlsəfədə insana insana çox müxtəlif təriflər verilmişdir. Aristotel
insanı “düşünən heyvan”, amerika maarifçisi B.Franklin “əmək aləti yaradan heyvan”, F.Nitsşe “xəstə
heyvan” adlandırmışdır.
Fərd – həmişə ictimai mövcudluqdur: yaşadığı ictimai münasibətin məhsuludur, insan nəslinin,
özünəməxsus ümumi və spesifik cəhətlərini özündə birləşdirən ayrıca nümayəndəsidir. Deməli, fərd
cəmiyyəti və ya sosial qrupu təşkil edən nümayəndələrdən biri kimi özünü göstərir. Fərd dedikdə,
ayrıca bir insan nəzərdə tutulur. Onun ümumi cəhətləri ilə yanaşı fərdi cəhətləri də vardır. Ayrıca bir
insan xüsusi bir fərddir və onun bu xüsusiliyi onu fərd edir. Fərd sosiallaşaraq şəxsiyyətə çevrilir. Fərd
cəmiyyət içərisində yaşayır. Dövr, mədəniyyət, ictimai inkişafın xüsusiyyətləri və s. fərdi davranışda
təzahür edir, şəxsiyyətin fəaliyyətində reallaşır.Lakin bu sosiallaşmış mahiyyət fərdi “mən”i,
özünəməxsusluğu inkar etmir, fərdilik, təkrarolunmazlıq qalır. Başqa sözlə, ictimai məzmun fərdi olan
vasitəsilə - şəxsiyyətin fəaliyyətində təzahür edir. K.Marks düzgün olaraq qeyd edirdi ki, şəxsiyyətin
mahiyyətini heç də onun fiziki-fizioloji təbiət, görünüşü, saqqalı, geyimi, mücərrəd fizianomiyası
deyil, sosial keyfiyyətləri, parlaq, orijinal fərdiliyi məyyən edir. N.Gəncəvi, İ.Nəsimi, N.Tusi,
Leonordo da Vinçi, Ç.Darvin, M.Lomonosov və onlarla başqa belə parlaq fərdilik nümumələridir.
Şəxsiyyət – ictimailəşmiş, sosial münasibətlərə girən, inkişaf etmiş insandır. “Şəxsiyyət” anlayışı
üçün başlıca cəhət bioloji, psixolo-fizioloji deyil, sosial mahiyyətidir.
Tarixi təcrübə göstərir ki, insanın özünü dərk etməsi mürəkkəb məsələdir. Bu məsələnin həlli
yalnız insanın yaşadığı və özünü təsdiq etdiyi xarici aləmi, dünyanı dərk etmək zəminində
mümkündür. Şəxsiyyət məhz, sosial mühitdə ictimai-siyasi ideallara yiyələnir, cəmiyyət, dövlət və
digər təsisatlar barədə təsəvvürə malik olur, fəaliyyəti və davranış normaları formalaşır. Deməli,
cəmiyyət və şəxsiyyət bütöv bir fenomendir.
“Şəxsiyyət – yüksək zəkalılığı, öz hərəkət və davranışları üçün məsuliyyət hissini, şəxsi ləyaqəti
və başqa yüksək mənəvi keyfiyyətləri özündə təcəssüm etdirən insandır.” Şəxsiyyət müstəqil, sosial
fəal olan adamdır. Şəxsiyyətin başlıca cəhəti onun sosial fəaliyyətidir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1571
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Şəxsiyyətin formalaşması uşaqlıq, gənclik, kamillik (yetkinlik) və qocalıq mərhələlərindən keçir.
Şəxsiyyətin əsas xüsusiyyətləri özünüdərketmə, sosial əhəmiyyətli fəaliyyət, məqsədəuyğun
pozitiv siyasi davranış, cəmiyyətə münasibətdə nisbi müstəqilliyə malik olmaq, məsuliyyət hissi,
əxlaqi tələbkarlıq, ləyaqətli ünsiyyət, yüksək mədəni səviyyə və sairədir. İnsan anadan fərd kimi
doğulur, şəxsiyyət kimi isə sonralar formalaşır.Əgər insan və fərd anlayışları bütün insanları
birləşdirirsə, şəxsiyyət onları bir-birindən fərqləndirir, ayırır.Fərd şəxsiyyətin formalaşmasının
başlanğıcıdır, yetkin şəxsiyyətin yekunlaşmasıdır.
Şəxsiyyət həmişə ictimai inkişaf etmiş, social münasibətlərin daşıyıcısına çevrilmiş
insandır.Şəxsiyyət fərdin sosiallaşmasında, onun ictimai fəaliyyətə və ünsiyyətə girməsi prosesində
yaranır.Şəxsiyyəti istiqamətləndirən və onu ətraf social-təbii mühitlə bağlayan onun dünyagörüşüdü,
mənəvi simasıdır, iradəsi və mənəviyyatıdır.Şəxsiyyət özündə ümumi və vahidləşdirci cəhətlərlə
yanaşı, fərdi olanı, ancaq özünəməxsusluğu və təklənməni də birləşdirib ifadə edir.Məhz bu cəhətləri
ilə ümumi sosial mühitdə yetişmiş şəxsiyyətlər bir-birindən fərqlənir, ayrılır və fərd olurlar.
“Ən böyük şəxsiyyət özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və
xoşbəxtliyinin qorunması yolunda həyatənı verən insandır”. Bu kəlamdan da görünür ki,
M.K.Atatürkün fəaliyyətində qəhrəmanlıq müdrikliyinin önünə keçmişdir.
Bu duyğuları H.Əliyev XX əsrin sonunda belə ifadə etmişdir:“Dövlətçilik haqqında düşünən
adam-həm adi vətəndaş, həm dövlət işində işləyən, xüsusən dövlətə başçılıq edən insanlar heç vaxt öz
canı haqqında düşünməməlidir”. Heydər Əliyev və M.K.Atatürk fərqli zamanlarda yaşamalarına
baxmayaraq, sanki hər iki bədəndə eyni ürək döyünmüşdür.H.Əliyev Azərbaycan xalqının XX
əsrlərdə yetişdirdiyi ən böyük şəxsiyyətidir.
AUTİZM SİNDROMUNUN ƏLAMƏTLƏRİ
Tünzalə VERDİYEVA
Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu
tunzaleverdiyeva@mail.ru
AZƏRBAYCAN
Uşaq autizminin əlamətlərini, onun digər psixi pozuntulardan fərqini ilk dəfə L.Kanner 1943-cü
ildə yazdığı “Emosional əlaqənin autistik pozuntusu” adlı əsərində göstərmişdir. Bununla da autizm
ayrıca bir xəstəlik kimi diqqəti cəlb etmiş, araşdırılmağa başlanılmışdır. L.Kannerdən bir il sonra,
1944 cü ildə Avstriyalı alim terapevt H.Asperqer autist psixopatiyalı uşaqlardan bəhs edən “Autist
psixopat uşaqlar” adlı əsərini çap etdirir. H.Asperqer L.Kannerdən fərqli olaraq daha sistemli, ətraflı
tədqiqat aparmış, autizmlə bağlı yeni ideyalar irəli sürmüşdür.
Ötən əsrin 80-ci illərinə qədər autizm demək olar ki, yalnız psixiatrlar tərəfindən öyrənilirdi.
Burada isə autizmin başlıca əlamətləri kimi sosial dezadaptasiya və kommunikasiyanın pozulması,
aşağı inkişaf səviyyəsi götürülürdü. Əlbəttə autizmi yalnız klinik göstəricilərə əsasən öyrənmək
kifayət etmirdi. 80-ci illərdən başlayaraq autist uşaqların pedoqoji, psixoloji baxımdan öyrənilməsinə
başlandı. Tədqiqatçılar (E.R.Baenskaya, L.Q.Nuriyeva, O.S.Nikolskaya, A.Françeska və b.) autizmin
ilbəil artmasının müxtəlif səbəbləri olduğunu göstərirlər. Bura elmi-texniki tərəqqinin inkişafı, ətraf
mühitin korlanması, cəmiyyətdə gərginliyin artması, autizmin əlamətlərinin daha dəqiq
müəyyənləşdirilməsi, onun getdikcə daha çox elm sahələri tərəfindən öyrənilməsi və s.aid edilir.
Uşaq autizminin kliniki göstəricilərinə L.Kanner ətrafdakı adamlarla ünsiyyətin zəif olmasını,
hərəkətdə olan əşyalardan qorxmanı, kommunikativ ünsiyyətdən qaçmaq, abstrakt anlayışları başa
düşməməyi, yeni şəraitə düşdükdə, yad adamları gördükdə qorxu hissi keçirməyi və s.aid edirdi.
L.Kanner müşahidələrinə əsasən autist uşaqların valideynlərinin yüksək intelektə malik, lakin
emosional cəhətdən soyuq olduqlarını göstərirdi.
Hələ 1943-cü ildə uşaq autizminin aşağıdakı kliniki əlamətlərini qeyd edirdi:
-affektiv əlaqə qabiliyyətinin kifayət qədər olmaması;
-ətraf aləmdə olanların sabit, dəyişməz qalmasına can atması;
-müəyyən obyektlərə uyğunlaşma və onlarla çevik davranış;
|