Conference committees conference chairs c


TƏDQIQATLARINDA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN TƏDQİQİ



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə161/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   157   158   159   160   161   162   163   164   ...   189

TƏDQIQATLARINDA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN TƏDQİQİ 

 

Qəribə RƏHİMOV 

Azərbaycan Dövlət Pedaqoji Univerisiteti 



qariba648@mail.ru 

AZƏRBAYCAN 

 

 

Etnik  milli  hisslər,  xarakter,  adət-ənənələr,  arzu  və  istəklər,  xalqın  stereotip  və  yönümləri, 

xasiyyəti,  təfəkkür  tərzi,  hafizəsi,  duyğu  və  qavrayışı,  qabiliyyəti  və  digər  keyfiyyətlər  milli-mənəvi 

dəyərlərin  əsas  tərkib  hissəsidir.  Azərbaycanın  milli-mənəvi  dəyərlərindəki  sosial-psixoloji  fikirlər, 

insana  xas  olan  əxlaqi-etnik  görüşlər  dünya  mədəniyyət  tarixindən  təcrid  edilmiş  şəkildə  öyrənilmir. 

Burada  milli  və  ümumbəşəri  dəyərlər  vəhdətdə,  müqayisəli  şəkildə  təhlil  edilir.  Azərbaycan  milli-

mənəvi  dəyərlərinin  zəngin  qiymətli  qaynaqları  var.  Bu  qaynaqlar  və  mənbələrin  birincisi  xalqın 

folklor  nümunələrində  (inanclar,  əsatirlər,  sınamalar,  nəğmələr,  bayatılar,  atalar  sözləri  və  zərb-

məsəllər, nağıllar, laylalar, tapmacalar, alqışlar, qarğışlar və s.), dini təsəvvürlərdə (zərdüştlük, İslam 

əxlaqı),  görkəmli  tarixi  şəxsiyyətlərin  yaradıcılığında  öz  əksini  tapmışdır.  Bu,  xalqımızın  bizə  bəxş 

etdiyi müdriklik xəzinəsidir. 

Həmin  milli-mənəvi  dəyərləri  öyrənmədən  xalqın  mənəviyyatını,  psixologiyasını  bilmək  qeyri-

mümkündür.  Milli  özünüdərk  milli-mənəvi  dəyərlərin  mənimsənilməsindən  başlayır.  Milli-mənəvi 

dəyərlər  xalqın  simasını  göstərir.  Bu  dəyərləri  öyrənmədən,  onu  gənc  nəslə  çatdırmadan  vətəndən, 

cəmiyyətdən danışmaq qeyri-mümkündür.  

Milli-mənəvi dəyərlər geniş anlayışdır. Buraya sosial, siyasi, fərdi, qrup, ailə, maddi, mənəvi və 

digər dəyərləri aid etmək olar. Azərbaycan psixoloqları ən çox milli-mənəvi dəyərlərin tədqiqinə yer 

vermişlər.  Buraya  etnik  adət-ənənələr,  stereotip  və  yönümlər,  milli  xarakter,  hissi  yanaşmalar,  etnik 

özünüdərketmə və özünüqiymətləndirmə, milli ləyaqət, vətənpərvərlik, milli qeyrət, mənlik şüuru və s. 

bəşəri keyfiyyətlər daxildir. Elə buna görə də hər bir etnos, hər bir xalq özünəməxsus etnik psixoloji 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1577 


Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

xüsusiyyətlərə  malik  olur  və  həmin  xüsusiyyətlər  həmin  adamların  rəftar  və  davranış  tərzində,  adət-

ənənələrində, münasibətlər sistemində, sərvət meyllərində özünü büruzə verir. 

Milli-mənəvi  dəyərlərin  sosial-psixoloji  mahiyyəti  haqqında  fikirlərə  çox  qədim  tarixi,  coğrafi 

əsərlərdə,  folklor  materiallarında  rast  gəlmək  mümkündür.  Qeyd  olunan  bu  materiallarda  xalqların, 

qəbilə və tayfaların, etnik qrupların xarakterik psixoloji əlamətləri ifadə olunmuşdur.  

Azərbaycan  psixoloqlarının  milli-mənəvi  dəyərlərimizi  öyrənmələri  siyasi,  ictimai  və  praktik 

əhəmiyyət  kəsb  edir.1988-ci  ildən  başlayaraq  davam  edən  erməni  savaşı  əsrlərlə,  min  illərlə  davam 

edən qırğınların ənənəvi ssenarisidir. Tarixi təcrübələr və son hadisələr göstərir ki, erməni millətçiləri 

zaman-zaman  azərbaycanlılara  qənim  kəsiliblər.  Ermənilərin  bu  vəhşiliklərinin  qarşısını  almaq, 

onların layiqli cavablarını vermək uğrunda hər bir azərbaycanlı, uşaqdan tutmuş, yaşlı adama qədər, 

hamı bir nəfər kimi mübarizə aparır və aparmalıdır. Bu şərəfli və məsuliyyətli vəzifənin həyata keçiril-

məsində  Azərbaycan  psixoloqlarının  da  özünəməxsus  rolu  vardır.Problemin  zəruriliyi  son  dövrlərdə 

daha çox qabardılmışdır. 

Son illərdə yazılan bədii əsərlərə, namizədlik və doktorluq dissertasiyalarına və digər elmi-kütləvi 

əsərlərə, dərslik və dərs vəsaitlərinin bəzilərinə toxunmaqla kifayətlənəcəyik. Onlardan “Erkən gənclik 

qruplarında  sosial  persepsepsiyanın  etnopsixoloji  xüsusiyyətləri”  (G.  Hüseynova),  “Azərbaycan 

maarifçiliyinin psixoloji konsepsiyası” (N. Rzayeva),“Yeniyetmə qızların şəxsiyyətinin etnopsixoloji 

xüsusiyyətləri” (R. Qarayeva), “Molla Nəsrəddin jurnalında xalqa və müəyyən sosial qruplara xas olan 

səciyyəvi  etnik  psixoloji  xüsusiyyətlərin  inikası”  (M.  Sadıqova),  “Yeniləşmə  şəraitində  sosial-

psixoloji  münasibətlərin  formalaşması  xüsusiyyətləri”  (İ.  Balabəyova),  “Azərbaycanlı  uşaq  və 

yeniyetmələrin  milli  identikliyinin  inkişafının  sosial-psixoloji  problemləri”  (R.  Qədirova),  “Müasir 

Azərbaycan  qadınının  sərvət  dəyərlərinin  psixoloji  xüsusiyyətləri”  (A.  Musayeva),  “Uşaq 

şəxsiyyətinin  formalaşmasında  Azərbaycan  xalq  nağılları  və  atalar  sözlərinin  rolu”  (S.  Heydərova), 

“Müasir  şəraitdə  tənhalığın  sosial-psixoloji  problemləri”  (A.  Cabbarova),  “Keçid  dövründə 

yadlaşmanın sosial-psixoloji aspektləri” (R. Qurbanov), “Azərbaycan milli-mənəvi dəyərlərinin sosial-

psixoloji mahiyyəti” (Ə.Baxşəliyev) və.s.adlarını çəkə bilərik.  

“Molla Nəsrəddin jurnalında xalqa və müəyyən sosial qruplara xas olan səciyyəvi etnik psixoloji 

xüsusiyyətlərin  inikası”  (M.  Sadıqova)  adlı  namizədlik  dissertasiyasında  qeyd  edilir  ki,  “Molla 

Nəsrəddin”  jurnalı  xalqımızın  etnik-psixoloji  xüsusiyyətlərini  özündə  toplum  şəklində  əks  etdirən 

əvəzsiz  bir  məxəzdir.  Həmin  məxəzin  araşdırılması  nəinki  xalqımızın  psixoloji  keçmişinə  dərindən 

bələd  olmaq,  ondan  ibrətamiz  nəticələr  çıxarmaq,  həm  də  milli  özünüdərk  və  özünüqiymət-

ləndirmənin, milli mənlik şüurunun etnosumuzda formalaşması səviyyəsini tarixi planda müəyyənləş-

dirmək, ona təsir edən sosial-psixoloji amilləri aşkar etmək zərurətindən irəli gəlir.  

“Yeniləşmə  şəraitində  sosial-psixoloji  münasibətlərin  formalaşması  xüsusiyyətləri”  (İ. 

Balabəyova)  adlı  namizədlik  dissertasiyasında  münasibət,  qarşılıqlı  münasibətlər,  şəxsiyyətlərarası 

münasibətlərin məzmunu və mahiyyəti, sosial-psixoloji adaptasiya, sosial-iqtisadi vəziyyətin qarşılıqlı 

münasibətlərə təsiri, sosial yeniləşmənin qavranılması, konflikt və onun sosial-psixoloji xüsusiyyətləri 

kimi məsələlər araşdırılır və təhlil olunur. 

 “Azərbaycanlı  uşaq  və  yeniyetmələrin  milli  identikliyinin  inkişafının  sosial-psixoloji 

problemləri”  (R.  Qədirova)  adlı  doktorluq  dissertasiyasında  müasir  dövrdə  uşaq  və  yeniyetmələrin 

milli  ruhda  inkişaf  edib  formalaşmasının  qanunauyğunluqları,  bu  sahədə  qarşıda  duran  vəzifələr 

konkret faktlarla şərh olunur.  

“Müasir  Azərbaycan  qadınının  sərvət  dəyərlərinin  psixoloji  xüsusiyyətləri”  (A.  Musayeva)  adlı 

namizədlik  dissertasiyasında  qeyd  edilir  ki,  bu  gün  Azərbaycanda  gedən  sürətli  inkişaf,  yeni  ictimai 

münasibətlər,  qadının  sərvət  dəyərlərinin  dəyişməsi  qadınların  cəmiyyətdə  rolunun,  mövqeyinin  və 

psixi simasının tədqiqini zəruri edir.  

Bu  faktlar  göstərir  ki,  Azərbaycan  psixoloqları  milli-mənəvi  dəyərlərimizin  sosial-psixoloji, 

ictimai-siyasi  mahiyyətini  öyrənməkdə  israrlıdırlar.  Gənc  nəslin  milli  ruhda  inkişaf  edib 

formalaşmasında  mühüm  əhəmiyyətə  malik  olan  bu  el  sərvəti  Azərbaycan  psixoloqlarının  tədqiqat 

obyektləri  olmuşdur.Güman  edirik  ki,  psixoloqlarımız  bu  sahədə  səylərini  artıracaq,  yeni-yeni 

əsərlərin yaradılmasına nail olacaqlar.  

 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1578 


Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

ÜNSİYYƏT PSİXOLOGİYASI 

 

Günay İSMAYILOVA 

Azərbaycan Dövlət Pedaqoji Univerisiteti 

AZƏRBAYCAN 

 

 

Ünsiyyət dеdikdə biz nitq və nitqdən kənar təsirin köməyi ilə həyata kеçirilən qarşılıqlı münasi-

bəti nəzərdə tuturuq. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana 

çıxır.  Heç  bir  insan  birliyi  oradakı  adamlar  arasında  təmas  yaradılmadan  birgə  fəaliyyəti  həyata 

keçirdə  bilməz  və  qarşılıqlı  anlaşma  baş  verməz.  Ünsiyyət  insanlar  arasında  birgə  fəaliyyət  tələ-

batından doğan təmasın çoxplanlı inkişaf prosesidir.  

Başqa sözlə ünsiyyət iki və daha çox insanın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə 

еtmək  məqsədilə  öz  səylərini  əlaqələndirməyə  və  birləşdirməyə  yönəlmiş  qarşılıqlı  təsirinə  dеyilir. 

Ünsiyyətin еksprеssiv mimik vasitələri də mühümdür: təbəssüm, tərs baxış, mimika, əl və bədənin ifa-

dəli hərəkətləri, vokal  mimikası  – bunlardan  hər birinin ünsiyyət prosеsində öz yеri vardır. Ünsiyyət 

prosesində  insanlar  nəinki  mühit  haqqında  məlumat  əldə  edir,  eyni  zamanda  müxtəlif  adət  və 

ənənələrə yiyələnir ki, bunlar da real varlığın dərk edilməsinə xüsusi istiqamət verir. Deməli ünsiyyət 

hər şeydən əvvəl obyektiv varlığın dərk edilməsini təmin edən əsas şərtdir. Həyati faktlar göstərir ki, 

ünsiyyət eyni zamanda psixi proseslərin təzahüründə özünəməxsus tərzdə iştirak edir. Ünsiyyət psixi 

proseslərin  dinamikasına,  təzahürünə  təsir  göstərir  və  onları  daha  da  mütəhərrik  edir.  Ünsiyyət  eyni 

zamanda  şəxsiyyətin  formalaşmasına  da  müəyyən  tərzdə  istiqamət  verir.  Demək  olar  ki,  şəxsiyyətin 

təşəkkülü ünsiyyət prosesinin məhsuludur. Ünsiyyət mürəkkəb və çoxcəhətli bir proses olub, insanlar 

arasında əlaqələrin yaranmasında və inkişafında, onların birgə fəaliyyətində, informasiya mübadiləsin-

də,  həmçinin  bir-birilə  optik  qavramasında  mühüm  rol  oynayır.  Bu  cəhətdən  ünsiyyət  strukturunda 

onun üç başlıca cəhəti: kommunikativ,interaktiv və perseptiv cəhətləri fərqləndirilir. Ünsiyyət fəaliy-

yətinin kommunikativ funksiyası bu prosesin subyektləri arasında informasiya mübadiləsinin gedişində 

üzə  çıxır.  Onun  vasitəsilə  insanlar  bir-birinin  məqsəd,  niyyətini  nəzərə  almaqla,  fəal  subyektlər 

rolunda çıxış edir,  öz  biliklərini  dəqiqləşdirir,  yeni  məlumatlar  əldə  edir  və  onların  zənginləşməsinə 

nail  olurlar.  Kommunikativ  prosesdə  insanlar  ünsiyyət  vasitəsi  kimi  başlıca  olaraq  danışıq  işarələri 

sistemi,  simvollar  toplusu  olan  dildən,  buna  müvafiq  olaraq  nitqdən,  həmçinin  optik-kinetik  işarələr 

sistemi kimi jest, mimika  və pantomimikadan, para və ekstralinqvistik sistemdən (intonasiya, pauza) 

və gözün əlaqə sistemindən istifadə edirlər. Insan başqalarının davranışının səbəblərini özünəməxsus 

tərzdə  izah  еdirsə,  bu  tip  prosеslər  «kauzal  atribusiya»  adlanır.  Psixoloji  tədəqilı  qatlar  göstərir  ki, 

qavranılan  adamın  tam  surətinin  yaranması  daha  çox  qavrayanın  fərdi  xüsusiyyətlirəndən,  onun 

еmosional halından, qavradığı adama fərdi münasibətindən, həyat təcrübəsindən, aldığı informasiyanın 

nəinki  məzmunundan,həm  dəmiqdarından  vəs.  asılıdır.Şəxsiyyətlərarası  qavrayış  sahəsində  müəyyən 

еffеktlər vardır: «Orеol еffеkti» və «yеnilik еffеkti» vardır. Orеol еffеktinin mahiyyəti ondan ibarətdir 

ki,  biz  hər  hansı  bir  adamı  yaxşı  adam  kimi  tanıdıqda  sonralar  onun  nöqsanlarını  adətən  görmürük, 

davranışını,  əməllərini,  еləcə  də  ayrı-ayrı  kеyfiyyətlərini  yaranmış  ilk  xoş  təəssürat  əsasında 

qiymətləndiririk və əksinə, adam yеni kollеktivdə, qonşular arasında özünün pis adam kimi tanıtdıqda, 

onun  hətta  yaxşı  əməllərinə  də  inanılmır.Yеnilik  еffеkti  isə  tanıdığımız  və  tanımadığımız  adamlar 

haqqındakı  informasiyanın  əhəmiyyəti  ilə  bağlıdır.  Müəyyən  еdilmişdir  ki,  tanımadığımız  adamın 

davranışını  izah  еdərkən  adətən  onun  haqqında  bizə  məlum  olan  ilk  informasiyaya  əsaslanırıq. 

Ünsiyyət  prosеsində  müəyyən  çətinliklər  müşahidə  olunur.  Onlar  adətən  sosial  və  psixoloji  xaraktеr 

daşıyır.  Bu  çətinliklər  şəxsin  müəyyən  fərdi  psixoloji  xüsusiyyətlərə  malik  olmasından  irəli  gəlir. 

Psixoloqların fikrincə, ünsiyyət prosеsində əmələ gələn çətinlikləri aradan qaldırmaq üçün adamlarda 

ünsiyyət  vərdişlərini  aşılamaq  və  ünsiyyət  mədəniyyətini  artırmaq  lazımdır.  Müasir  dövrdə  ünsiyyət 

vərdişlərini aşılamağın təsirli vasitəsi kimi sosial- psixoloji trеninqdən istifadə olunur.Sosial psixoloji 

trеninq sosial psixologiyanın tətbiqi məsələlərindən biridir. Özünüdərkеtmə, ünsiyyət və qarşılıqlı təsir 

vərdişlərinin  formalaşması  sahəsində  qrup  mеtodlarının  işlənilməsi  və  tətbiqi  onun  əsas  vəzifəsini 

təşkil  еdir.  Sosial-  psixoloji  trеninq  prosеsində  başlıca  vasitə  kimi  müxtəlif  modifikasiyalarda  tətbiq 

еdilən  qrup  iskussiyasından  və  rollu  oyunlardan  istifadə  olunur.  Ünsiyyət  prosеsində  insanlar  bir-

birinə müxtəlif yollarla psixoloji təsir göstərirlər. Sosial psixologiyada bir ənənə olaraq psixoloji sira-

yət, təlqin, inandırma, təqlid kimi vasitələri fərqləndirirlər. Bir çox hallarda şayiə, moda  kimi xüsusi 

fеnomеnlər də psixoloji təsir vasitələri sırasında nəzərdən kеçirilir. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1579 


Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

K.XORNI VƏ QADIN PSİXOLOGİYASI 

 

Günay MƏMMƏDOVA  

Azərbaycan Dillər Universiteti 

 Ms.gunayfrench@mail.ru 

AZƏRBAYCAN 

 

Qadın  psixologiyasının  problemləri  psixologiya  tarixinin  bütün  səhifələrində  bu  və  ya  digər 



səviyyədə  iz  salmışdır.  Kişi  və  qadın  qütbləşməsinin  yaranması  hələ  uşaq  anadan  olmamışdan 

başlayaraq sonrakı mərhələlərdə də özünü göstərir. Ictimai fikir tarixinin ilkin inkişaf mərhələlərindən 

başlayaraq qadın-kişi münasibətlərinə, cinslərin ailədə və cəmiyyətdə yeri məsələsinə və s. dair hər bir 

dövrün  tələbatına  uyğun  müxtəlif  baxışlar  olmuşdur.  XX  əsrin  60-cı  illərində  isə  gender  tədqiqatları 

daha  geniş  vüsət  almağa  başlamışdır.  Feminizmin  yüksəlişi  ilə  əlaqədar  olaraq  bir  çox  psixoloq  və 

sosioloqlar  əsas  tədqiqat  obyekti  olaraq  qadını  seçməyə  başlamışdılar.  Gender  və  qadın 

psixologiyasının  tədqiqi  sahəsində  qadın  psixoloqların  rolundan  danışarkən  Karen  Xornini  xüsusilə 

qeyd  etmək  lazımdır.  K.Xorni  qadın  psixologiya  elminin  əsas  təsisatçılarından  və  eyni  zamanda 

psixoanalizin dünya üzrə görkəmli nümayəndələrindən biridir. Onun əsas ideyalarından biri belə idi ki

dünya  təkcə  varlılar  və  kasıblar,  idarə  edənlər  və  idarəolunanlardan  ibarət  deyil,  həm  də  kişi  və 

qadınlardan ibarətdir. Karen Xorni və onun müəllimi Ziqmund Freyd (o müəllimi ilə tam razı deyildi) 

bu  məsələ  ilə  dərindən  məşğul  olmuşlar.  K.Xorni  Hamburqda  bir  protestant  ailəsində  anadan 

olmuşdur.  Atası  Berndt  Danielsen  dindar  olsada,  anası  Klotilda  Ronzelen  azadfikirli  bir  insan 

olmuşdur. O, gəncliyində bir müddət atası ilə dəniz səyahətlərinə çıxmış, müxtəlif ölkələrdə olmuşdur. 

Lakin  sonradan  anasının  təsiri  ilə  həkim  olmaq  qərarına  gəlmişdir.  Bu  XX  əsrin  əvvəllərində  qadın 

üçün  qeyri-adi  seçim  idi.  1913-cü  ildə  Berlin  Universitetini  bitirdikdən  sonra  Xorni  psixiatriya  və 

psixoanaliz üzrə ixtisaslaşmışdır. 24 yaşı olarkən Berlində vəkil olan Oskar Xorni ilə evlənən və 28 il 

həyat yoldaşı ilə yaşadığı müddətdə onların maraqlarında böyük fərqlər yarandığından boşanan Xorni 

həmin  vaxtdan  etibarən  öz  psixoanalitik  fəaliyyətinə  başlamışdır.  Onun  ilk  məqalələrindən  sayılan 

“Qadınlarda  kastrasiya(cinsiyyət  orqanlarını  itirmə-bu  kompleks  qadınlarla  müqayisədə  kişiləri  daha 

çox  təsir  altına  alır)  kompleksinin  mənşəyi  haqqında”  adlı  məqaləsi  qısa  bir  zamanda  Avropada  ona 

böyük şöhrət qazandırmışdır. O, 1926-ci ildə “Qadınlıqdan uzaqlaşma” adlı yazısında qeyd edirdi ki

psixologiyada  əksər  tədqiqatlar  kişilər  üzərində,  kişi  psixologiyasına  əsasən  aparılıb,  qadın 

psixologiyası  əhəmiyyətli  dərəcədə  araşdırılmayıb,  əslində  qadın  psixologiyasının  öyrənilməsi  daha 

çox məntiq və tədqiqat tələb edir. Xorni psixologiyanın inkişafına əhəmiyyətli təsir göstərə bilmişdir. 

Karen  Xorni  klinikası  və  Karen  Xorninin  psixoanaliz  İnstitutu  hələ  də  fəal  olaraq  Nyu-Yorkda 

fəaliyyət  göstərir.  30-cu  illərdə  Xorni  qadının  evlilikdə  və  analıqda  xoşbəxtlik  axtardığı  ənənəvi 

mövqe  ilə  ilk  növbədə  özünü  karyera  vasitəsilə  reallaşdıran  müasir  qadın  mövqeyinin  müqayisəsi 

üzərində  işləyir.  Onun  öz  şəxsi  fikrinə  görə,  məhz  bu  konflikt  onun  bütün  həyatının  əsasında  durur. 

Xorni  elmi  karyeranı  seçdi  və  bu  nəticədə  ona  böyük  məmnunluq  hissi  gətirdi,  lakin  sevgi  tələbatı 

onun bütün ömrü boyu ən mühüm tələbatı olaraq qalır. 30-cu illərdə olduğu kimi indi də bu dilemma 

aktuallığını itirməyib. Həmçinin Xorninin bizim kişiyə yönəlmiş cəmiyyətdə qadının müstəqil olaraq 

öz seçimini etmək hüququna malik olması ilə bağlı olan fikirləri də öz aktuallığını itirmir. 60-cı illərdə 

feminist cərəyanının yaranması ilə onun işləri yenidən populyarlıq əldə etdi. Demək olar ki, feminist 

cərəyanı problemi ilə bağlı onun məhz bu işləri müasir psixologiyaya əhəmiyyətli töhfələr vermişdir. 

Xorni  feministlərin  ən  ilk,  parlaq  və  alovlu  nümayəndəsi  olmuşdur.  Onun  tərəfindən  60  il  öncə 

deyilmiş  fikirlər  indiki  günlərə  qədər  canlı  diskussiyaların  predmeti  olaraq  qalır.  O,  1922-ci  ildən 

başlayaraq  qadın  psixologiyası  problemi  ilə  məşğul  olmağa  başlamışdır  və  beynəlxalq  psixoanalitik 

konqresdə bu mövzu ilə çıxış edən ilk qadın-psixoloq olmuşdur. Konqres Berlində keçirilirdi və ona 

Ziqmund Freydin özü sədrlik edirdi (O`Connell. 1990).  

 

Freydin tənqidçisi və psixoanalizin inkişafında xüsusi yeri olan Karen Xorni XX əsrin 30-cu 



illərində yeni bir cərəyan yaratdı. O, göstərir ki, bəhs edilən bərabərlik “obyektiv=kişi” deməkdir. O, 

tədqiq olunan bütün şeyləri “obyektiv” adlandırır, “insan” anlayışı ilə “kişi” məfhumunu eyniləşdirir, 

inkişaf  etmiş  mədəniyyətlər  “kişi”  sivilizasiyası,  geri  qalmış  mədəniyyətlər  isə  “qadın”  kimi 

səciyyələndirilir.  K.  Xorni  “psixoanalitik  feminizm”  anlayışını  ilk  işlədən  alimdir.  O,  “kişiyə  həsəd 

edən” qadın  psixologiyası  əvəzinə  “qadına qibtə edən”  kişi, qadının  uşaq  doğmasına  “paxıllıq  edən” 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1580 


Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

kişi  psixikasını  qoyur.  O,  qadını  qeyri-mükəmməl  bir  komplekslikdən  çıxarır.  Psixoanalizdə  qadın 

psixologiyası  ilə  daha  çox  kişilər  məşğul  olurdu.  İlk  dəfə  Xorni  öz  qadın  baxışları  ilə  qadın 

psixologiyasını  təhlil  etməyə  başlamışdır.  O,  qeyd  edirdi  ki,  bizim  sivilizasiya  maskulin 

sivilizasiyasıdır.  Dövlət, qanunlar, elm,  din,  bunların  hamısı  kişilərin  yaratdığıdır. Xorni ilə  Freydin 

psixoloji fikirlərini  müqayisə  etsək,  onlar arasında  böyük  fərqlər olduğunu  görərik.  Freydin  fikrincə, 

qadın kişidən daha şöhrətpərəstdir. Qadın xarakterində mühüm rol oynayan qibtə və ziyankarlıq bunun 

birbaşa  nəticəsidir.  Praktik  olaraq,  bu  cəhət  onun  fikrincə,  qadının  kişi  olmaq  arzusudur.  Xorni 

Freydin  əksinə  olaraq,  qeyd  edirdi  ki,  kişilər  qadınların  uşaq  dünyaya  gətirməsinə  paxıllıq  edərək 

onların  hüquqlarını  məhdudlaşdırır  və  mənəvi  natamamlıq  hissi  formalaşdırırlar  və  kişilər  cəlbedici 

qadınları  arzulamaqla  yanaşı  onu  itaətdə  saxlamağı  daha  çox  düşünürlər.  Xorni  qeyd  edirdi  ki, 

qadınların emosional məxluq olduğu və buna görə də müstəqilliyə qabil olmadıqları barədə təsəvvür 

kişinin  qadında  özünəhörməti  azaltmaq  meylinin  məhsuludur  və  qadının  bütün  fikirlərinin  yalnız 

kişiyə  və  analığa  yönəlməsi  məqbul  sayılır.  Qadın-kişini  sevən,  ona  pərəstiş  edən  bir  məxluq  kimi 

araşdırılır.  Qadının  qibtəsi  kişiyə  nisbətən  zəifdir.  Bu  da  onlara  balacalıqdan  kobudluqla  qeyri-

mükəmməlliyin aşılanması ilə bağlıdır və bu da qızlarda maskulinik kompleksin inkişafına səbə olur. 

Bu qeyri–mükəmməllik qadın olduğu üçün ona xasdır. Kişidə isə qeyri-mükəmməllik yaranmır, çünki 

o kişidir. Qadının qeyri-mükəmməllik hissi oz cinsinə həqarət ifadəsi kimi nəzərdən keçirilir. Bunlarla 

yanaşı,  K.Xorni  öz  əsərlərində  Həvvanın  Adəmin  qabırğasından  yaranması,  Həvvanın  Adəmi  idrak 

ağacındakı barın dadına baxmaqla yoldan çıxarılması və qadının kişini bədbəxtliyə düçar etməsi və s. 

haqqında olan miflərə də öz fikrini bildirərək qeyd edirdi ki, bu “ kişi və qadın arasında hökm sürən bu 

inciklik” qədim dövrlərdən başlayaraq hazırki dövrümüzə qədər cinslər arasındakı münasibətlərə ziyan 

gətirir.  Xorni  öz  zamanında  bir  çox  çətinliklərlə  qarşılaşmasına  baxmayaraq,  uğur  əldə  etməyə  nail 

olmuşdur  və  onun  uğurları  feminizm  üçün  mühüm  mənbələrdən  biri  olmuşdur.  O,  dövrünün 

qadınlarına asılı olmamağın, özünü inkişaf etdirməyin, çətinliklərə qarşı mübarizə aparıb hüquqlarını 

qorumağın  mümkünlüyünü  öz  nümunəsində  göstərmişdir.  Freydin  ideyalarının  əksinə  olaraq  Xorni 

sübut  edirdi  ki,  inkişaf  yalnız  anadangəlmə  instinktlər  hesabına  baş  vermir  və  insan  həyatı  boyu 

dəyişib  inkişaf  etməyə  qabildir.  O,  öz  nəzəriyyəsində  qeyd  edir  ki,  insan  özü-özünü  dərk  etməli, 

qiymətləndirməli və daha sonra cəmiyyətdə öz yerini tapmalıdır. 

 

 



 

SPİNOZANIN FƏLSƏFİ SİSTEMİNDƏ TƏFƏKKÜR HƏYAT 

MÜBARİZƏSİNDƏ ZƏRURİ FENOMEN KİMİ  

 

Zaur RƏŞİDOV 

Azərbaycan Milli Elimlər Akademiyası 



zaur20@mail.ru 

AZƏRBAYCAN 

 

“Mən, Spinozanın inandığı Tanrıya inanıram”. Albert Eynşteyn (1879-1955).  



(6, s.272). 

Benedikt Spinoza (1632-1677) XVII əsr Qərbi Avropa rasional fəlsəfəsinin nümayəndələrindəndir. 

O,  öz  inqilabçı  fikirləri  ilə  dövrünün  dini  təlimlərinə  zidd  olaraq  tamamilə  yeni  Tanrı-insan 

konsepsiyasının  təməlini  qoymuşdur.  Eynşteynin  də  inandığı  “Spinozanın  Tanrısı”  fərqli  bir 

yaradıcıdır. Filosofun səcdə etdiyi ilahi qüvvə həm də, təbiət qanunlarıdır, vahid substansiyadır. İnsan 

isə,  Tanrı  və  ya  bu  substansiyanın  kiçik  və  sonlu  bir  şəkildəyişməsidir-modusudur.  Düşünən  varlıq 

kimi  insan,  vahid  substansiyanı  atributlar  vasitəsilə  dərk  edir.  Sonsuz  əlamətlərə  malik  Tanrı insana 

maddi və mənəvi, yəni insanın da təbiətinə xas atributlar ilə bilinir. Spinoza həmçinin qeyd edirdi ki, 

atributlar arasında psixo-fizioloji paralellik mövcuddur (8, s.221). Yəni, vahid substansiyada vəhdətdə 

olan  atributlar  bir-birindən  aslı  deyil.  Deməli,  bu  qanun  atributlara  aiddirsə,  onda  mütləq  şəkildə 

moduslara da aid olmalıdır. Bu cəhətdən Spinozanın insanı da, özünəməxsus paralelliyə malik fərqli 

modusdur. Bu fəqliliyin sirri nədədir?  



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin