Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə160/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   156   157   158   159   160   161   162   163   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1572 


Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

-kommunikativ ünsiyyətdən çəkinmə; 

-yüksək idraki potensial və yaxşı hafizə.  

    L.  Kannerin  kliniki  müşahidələrinə  əsasən  göstərdiyi  bu  əlamətlərə  sonrakı  illərdə  xeyli 

düzəlişlər  olundu.  Tədqiqatçılar  (B.Bettelheim,  L.Binq,  E.Ritva,  M.Rutter  və  b)  L.Kannerin  autist 

uşaqların hökmən yüksək intellektual potensiala malik olmaları fikrini qəbul etmədilər. 

    M.Rutter autizmin əsas əlamətlərinə aşağıdakıları daxil edirdi: 

-uşağın 30 aylığınadək özünəməxsus çətinlikləri; 

-intellektual inkişafın səviyyəsindən asılı olmayaraq sosial inkişafın dərindən pozulması; 

-uşağın intellektual inkişafından asılı olmayaraq nitq inkişafının ləngiməsi və pozulması; 

-heç  nəyin  dəyişməməsinə  cəhd  etmə,  mühitin  və  ətrafdakı  obyektlərin  dəyişməsinə  qorxu  ilə 

yanaşmaq. 

B.Bettelheym  isə  göstərirdi  ki,  autist  uşaqlar  heç  də  həmişə  ətraf  aləmin  dəyişməz  qalmasına, 

reallıqda  olanlarla  əlaqədən  qaçmağa  cəhd  etmirlər.  E.Ornitz  və  E.Ritvo  uşaq  autizminin  əsas 

əlamətləri  kimi  motor  hərəkətləri  və  qavrayışın  özünəməxsus  xüsusiyyətlərini  aid  edirdi.  E.Ornitzə 

görə autist uşaqlar yüksək dərəcədə sensor qıcıqlara və reaksiyaya malik olurlar. L.Binq isə autizmin 

əsas əlamətləri kimi baş verənlərin birmənalı şəkildə dərk olunmasını, bacarıq və vərdişlərin fəaliyyətə 

tətbiq oluna bilməməsini, simvollaşdırmanın son dərəcə məhdudluğunu göstərirdi. 

 Əksər  tədqiqarçılar  autizmin  bir  əlamətinin  olmasında  vahid  mövqe  bildirirdilər.  Bu,  autist 

uşaqların  birmənalı  şəkildə  dalğın  olmasıdır.  Beləliklə,  autizmin  klinik  təsvirində  mütəxəssislərin 

mövqeyi ziddiyyətlidir. Bu ziddiyyətlərin başlıca səbəbi isə autizmin spesifik xüsusiyyətlərindən irəli 

gəlir. 


Autist uşaqlar hətta ən yaxın adamlarla, valideynlərlə adekvat ünsiyyətdən qaçırlar. Ətrafdakılara 

qarşı belə biganəlik, laqeydlik “ekstremal tənhalıq” hissi yaradırlar. Belə uşaqlar emosional əlaqədən 

çəkinir,  başqa  adamların  hisslərini  başa  düşmürlər.  Maraqlı  cəhətlərdən  biri  də  ondan  ibarətdir  ki, 

autizmin yüngül formasında olan uşaqlar özlərindən böyük və kiçik uşaqlarla ünsiyyətə girə bildikləri 

halda, yaşıdları ilə ünsiyyətə girə bilmirlər. 

Autizm  geniş  mənada  yalnız  insanlarla  əlaqəyə  girməkdən  çəkinmək  deyil,  həm  də  ümumən 

reallıqdan  ayrı  düşməkdir.  Autist  uşaqların  davranışı  bir  qayda  olaraq  ziddiyətlidir.  Onlar  gah  süst 

olur, ətrafda baş verənlərə maraq göstərmirlər. Bununla belə bəzən çox aktiv, aqressiv olur, istədikləri 

şeyə yüksək maraq göstərirlər. 

Autizmin  ilkin,  sadə  əlamətləri  belə  çağalıq  dövründən  özünü  göstərir.  Lakin  ola  bilsin  ki, 

ətrafdakılar,  hətta  valideynlər  bu  əlamətləri  görməsinlər.  Autizm  özünü  3-5  yaşlardan  başlayaraq 

təzahür etdirir. Sonrakı dövrlərdə tədricən affektiv potologiya azalır, lakin koqnitiv qüsurlar artır. 

Bir  sıra  tədqiqatçılar  (L.Kanner,  B.M.Başina  və  b.)  göstərirlər  ki,  autist  uşaqların  yaşlaşdıqdan 

sonra  yalnız  5  %-ində  sosial  adaptasiya  mümkün  olur.  Onlar  yaxşı  sosial  əlaqə  qura  bilir,  müstəqil 

fəaliyyət göstərir və s. 73 % -i başqalarının köməyi olmadan müstəqil yaşaya bilmirlər. 

M.Rutterin  tədqiqatları  göstərir  ki,  beş  yaşınadək  nitqə  malik  olmayan,  intellektual  göstəricisi 

aşağı olan uşaqların sonralar sosial adaptasiyasına ümid çox azdır. 

L.Letter  apardığı  epidemioloji  tədqiqatlara  əsaslanaraq  göstərirdi  ki,  autist  uşaqların  İQ 

göstəriciləri 70 % dən aşağıdır. L.Binqə görə əqli geriliyi olan uşaqların 20 % -də autizm  əlamətləri 

olmuşdur. 

L.Binqə görə uşaq autizminin klassik əlamətləri ilə yanaşı “ periferik variantı” da vardır. Ehtimal 

edilir ki, uşaq autizminin kliniki mənzərəsi onun müxtəlif etiologiya bağlı olmasından irəli gəlir.  

Uşaq  autizminin  etioloji  əlamətləri  ilə  bağlı  mütəxəssislər  arasında  fikir  ayrılığı  mövcuddur. 

L.Kanner  uşaq  autizminin  yaranması  səbəblərini  valideynlərlə  bağlayır.  Göstərir  ki,  belə  uşaqların 

valideynləri adətən yüksək intellektə və soyuq emosional sferaya malik olurlar. Onun bu yanaşmasını 

B.Bettelheym,  L.Despert,  B.Rank  və  başqaları  da  qəbul  edir  və  digər  amillərin  də  olduğunu  qeyd 

edirlər.  Bildirirlər  ki,  valideynlər  bioloji  cəhətdən  sağlam  alsalar  da  onların  uşaqların  tərbiyəsi  və 

qarşılıqlı  münasibətlərində  problemlər  vardır.  Adətən  belə  valideynlər  uşaqlarına  qarşı  dözülməz 

dərəcədə  tələbkar  olur,  onların  müstəqilliyinə  qarşı  çıxır,  ətraf  aləmdə  baş  verənlər  haqqında 

informasiya toplamalarına şərait yaratmırlar. Uşağın ətraf mühitlə tam əlaqəsinin yaranmaması, qorxu 

hissi onların inkişafın sonrakı mərhələsinə keçmələrinə mane olur. 

Digər  alimlərin  (M.Rutter,  M.Mjer,  L.Baker  və  b.)  tədqiqatları  isə  yuxarıda  deyilənləri  aşkar 

etməsə də, təsdiq də etmir. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1573 


Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

    Son  onilliklərdə  aparılan  tədqiqatlar  sübut  edir  ki,  uşaq  autizmi  istənilən  mühitdə,  istənilən 

ailədə  baş  verə  bilər.  Yəni  valideynlərin  statusu,  təhsili,  mədəni  səviyyəsi,  iqtisadi  vəziyyəti  heç  bir 

əhəmiyyət kəsb etmir. 

Hər  iki  yanaşma  arasında  orta  mövqe  tutan  tədqiqatlar  da  vardır.  E.Tinberqen  uşaq  autizminin 

yaranmasında  anadangəlmə  psixogen  amillərin,  həm  də  mühitin  təsiri  olmasını  qəbul  edir.  Onu  da 

qeyd etmək lazımdır ki, son dövrlərdə uşaq autizmini öyrənən mütəxəssislər daha çox bioloji amillərin 

rolunun olduğunu bildirirlər.  

Uşaq autizminin, xüsusilə şizofreniya əlamətləri olanların daha çox irsi amillərlə bağlılığını əsas 

götürənlər də vardır. 

Bir  sıra  psixiatrlar  (K.S.Lebedinskaya,  O.S.Nikolskaya,  M.J.Bedenina,  D.N.İsayev  və  b.)  uşaq 

autizminin  başlıca  səbəbi  kimi  beynin  müəyyən  sahəsinin  zədələnməsini  qeyd  edirlər.  L.Kanner, 

B.Letter, B.E.Kaqan və başqalarına görə, autist yeniyetmələrdə epileptik ürəkkeçmələri baş verir. 

Tədqiqatçılardan  bir  qrupu  yalnız  uşaq  autizminin  müxtəlif  əlamətlərini  ifadə  edən 

ümumiləşdirilmiş  “autizm”  anlayışını  qəbul  edir,  digərləri  isə  kəskin  diferensasiya  aparılmasını 

məqbul sayırlar.  

Psixolojo-pedoqoji  tədqiqatlarda  autizm  daha  çox  psixi  inkişafda  ləngimə  kimi  göstərilir,  bu 

uşaqların təlim-tərbiyəsinə geniş diqqət yetirilir. Bunun üçün ilk növbədə xüsusi məktəblərdə inkluziv 

təhsilə ayrıca yer verilir. Onlar burada başlıca məsələ kimi kadr hazırlığını önə çəkirlər. Göstərirlər ki, 

inkluziv təhsillə xüsusi hazırlığı olan müəllimlər məşğul olmalıdılar. 

    

 

 



AİLƏDƏ UTANCAQ UŞAQLARLA PSİXOLOJİ İŞİN TƏŞKİLİ 

 

Zeynəb QULİYEVA 

Azərbaycan Dövlət Pedaqoji Univerisiteti 

quliyev.ali@rambler.ru 

AZƏRBAYCAN 

 

Uşaqlarda utancaqlıq, özünü ifadə edə bilməmək, əksər hallarda özünə qapanma digər uşaqlarla 



müqayisədə  ortaya  çıxan  bir  psixi  vəziyyətdir.  Uşaqlarda  utancaqlıq  problemi  2  yaşından  sonra 

meydana çıxan və müdaxilə edilmədiyi təqdirdə uzun illər davam edən ciddi bir problemdir. Məktəb 

dövründə  valideynlər  övladlarını  digər  uşaqlarla  müqayisə  etdikdə  onlarda  utancaqlıq,  əsəbilik, 

başladıqları  işi  bitirə  bilməmək  kimi  əlamətlər  ortaya  çıxır.  Uşağın  qorxaq,  ürkək,  utancaq  olması, 

həmyaşıdları  ilə  ünsiyyət  qura  bilməməsi,  habelə  yaşıdları  tərəfindən  vaxtaşırı  gülüş  obyektinə 

çevrilməsi uşağın psixi inkişafında ata-ananın onlara olan yalnış münasibətindən qaynaqlanır.  

 

Müşahidə etdiyimiz valideyn səhvlərindən biri onların öz uşaqlarını həddindən artıq mühafizə 



edib ətraf aləmdən təcrid etmələridir. Bütün qərarların valideynlər tərəfindən verildiyi ailə mühitində 

böyüyən uşaqlar sonralar ailədən kənara çıxdıqları anlarda özlərini köməksiz hiss etməyə başlayırlar.  

Bəzən  isə  psixopedaqoji  təcrübədə  bunun  əksinin  də  şahidi  oluruq.  Belə  ki,  ailədə  hər  istəyini 

həyata  keçirən,  valideynlərlə  heç  bir  sərhəd  tanımadan  rəftar  edən  uşaqlar  evdən  kənardakı  mühitdə 

özlərinə  dost  əlaqələri  qura  bilmirlər.  Uşaqın  inamının  formalaşmasına  və  utancaq  olmasına  mənfi 

təsir  edən  amillərdən  biri  də  uşaqların  özlərinin  edə  biləcəklərini  valideynlərin  onların  əvəzinə 

etmələridir.  

 Pedaqoqikada belə bir maraqlı söz var ki, “uşaqlar üçün qol vurmaq  əvəzinə onlara topu ataraq 

özlərinin  qol  vurmasına  şərait  yaratmaq  lazımdır”.  Öz  qabiliyyətini  nümayiş  etdirən  uşaq  inamının 

formalaşması istiqamətində mühüm addımlardan birini atmış hesab olunur. Ailədə atanın və ananın öz 

övladlarına örnək olması bu baxımdan çox mühüm və vacib məsələdir.  

Özünə  inamı  olan  valideyn  onu  öz  övladına  asanlıqla  ötürə  bilir.  Valideynlər  özlərinə 

güvəndikləri  mövzuları  və  qabiliyyətlərini  övladları  qarşısında  qabartmalıdırlar.  Valideyn  səhvi  olsa 

belə  bunu  övladına  etiraf  etməyi  bacarmalıdır.  Pozitiv  yanaşma  da  inamın  formalaşması  baxımdan 

mühüm  əhəmiyyət  kəsb  edir.  Maraqlıdır  ki,  valideynlər  öz  uşaqlara  inananda  uşaq  bunu  hiss  edərək 

öyrənməyə  daha  meyilli  və  cəsarətli  olur.  Onları  daha  çox  qıcıqlandıran  isə  başqaları  ilə  müqayisə 

edilmələridir.  Hər  uşağı  öz  bacarıq  səviyyəsinə,  şəxsi  keyfiyyətlərinə  görə  qiymətləndirmək 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1574 


Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

lazımdır.Psixoloqlar uşaqlarda özünə inam və utancaqlıq probleminin olmamısı üçün bəzi tövsiyələr 

söyləyirlər. İlkin olaraq valideynlər övladlarının psixi vəziyyətindəki həyəcanını anlamalı, onların öz 

duygularını  ifadə  etmələrinə  dəstək  olmalıdirlar.  Valideynlər  psixoloji  situatsiya  ilə  bağlı  problemi 

uşaqla  birlikdə  həll  etməyə  çalışmalıdırlar.  Valideynlər  hər  zaman  övladlarına  güvəndiyini  biruzə 

verməli,  onları  hər  hansı  işi  görmək  üçün  cəsarətləndirməlidirlər.  Məsələn,  özünə  inamı  inkişaf 

etdirmək üçün hər hansı musiqi alətində uşağın ifa etməsinə dəstək olmalıdırlar. 

 Daha  çox  6-7  yaşdan  sonra  evin  tək  uşaqlarında  ünsiyyət  problemi  qabarıq  şəkildə  özünü 

göstərir. Ona görə ki, 6-7 yaşadək valideynlər övladına hədsiz dərəcədə diqqət göstərirlər. Onlar digər 

yaşıdları ilə  müqayisədə sərbəstliyə  daha  çox can atır,  istədiklərini etməyə  çalışırlar.  Evin tək  uşağı 

olduğundan  valideynlər  onlara  diqqətlərini  daha  da  artırırlar.  Müəyyən  yaş  dövründən  sonra  həmin 

uşaqlarda ünsiyyət problemi yaranır. Lakin çoxuşaqlı ailələrdə bu problem daha az yaşanılır. Uşağın 

daha ünsiyyətcil olması üçün valideynlərin onlarla daha çox məşğul olmaları vacib və zəruridir. Hətta 

valideyn övladı ilə ünsiyyətə girmədikdə belə uşaq özündən yaşca böyük və ya kiçik bacı-qardaşı ilə 

ünsiyyətdə olur. Çox yaxşı olardı ki, valideynlər övladlarının daha ünsiyyətcil olmasına çalışsınlar.  

Uşaqlarla ünsiyyətdə olarkən biz hər hansı sözü başqa dildə ifadə edirik. Bu əslində dilimizin zəif 

olması  demək  deyil.  Sadəcə  olaraq  yerli,  müasir  ədəbiyyatların  az  olması,  müxtəlif  türk  dilli 

telekanalların  daha  çox  izlənilməsi  belə  bir  şərait  yaradır.  Düzdür,  son  dövrlərdə  yerli  serialların 

çəkilməsi üçün maddi vəsait ayrılıb, yeni seriallar çəkilib. Cizgi film sahəsində isə hələ də problemlər 

qalmaqdadır. Bu gün uşaqlar Kayuya, Şirin Babaya baxırlar. İnanırıq ki, bu problem yaxın gələcəkdə 

həll olunar, uşaqlar üçün Azərbaycan dilində yeni, milli dəyərlərimizə uyğun cizgi filmləri çəkilər. 

 Uşağın  fikrini  ifadə  edə  bilməməsində  söz  ehtiyatının  zəif  olması  və  onun  ünsiyyət  qura 

bilməməsinin də mühüm rolu var. Bu problemləri aradan qaldırmaq üçün valideyn övladı ilə çox vaxt 

keçirtməli, onunla cizgi filmini və ya hansısa nağılı müzakirə eləməlidir. Odur ki, valideyn övladı ilə 

birgə  cizgi  filmini  izləməli,  "bax,  dovşan  gördün,  neylədi?"  və  s.  deyib  onunla  ünsiyyət  yaratmalı, 

fikirlərini onunla bölüşməlidir.  

Təəssüflər  olsun  ki,  bu  gün  televizor  validyenlərimiz  üçün  daha  çox  uşağa  dayə  rolu  oynayır. 

Valideyn  ev  işlərini  görür,  uşaq  isə  ekranda  yayımlanan  zərərli  ya  zərərsiz  kadrları  izləyir.  Beləcə, 

uşaqların  ətrafdakılarla  ünsiyyəti  zəifləyir.  Məsələn,  həyətdə  yaşıdları  ilə  oynadıqdan  sonra  ana 

övladından dostları ilə necə vaxt keçirdiyini, nə ilə məşğul olduğunu öyrənməlidir. Saymağı, hərflər 

yazmağı uşağa öyrətməkdənsə valideynlər öz övladlarına suallar verərək onda analizetmə qabliyyətini 

formalaşdıra bilərlər. Qeyd etməliyik ki, uşaqlar fikirlərini qarşı tərəfə çatdıra bilmirlər. Bu ünsiyyət 

ödənilərsə  uşaqlar  ünsiyyətcil  olaraq  fikirlərini  daha  sərbəst  ifadə  edə  bilər  və  utancaqlıq  hissi  də 

aradan qaldırılmış olar.  

Valideynlərin  övladları  ilə  ünsiyyətlərindəki  çatışmazlıqlar  kompleks  hal  almışdır.  Burada 

müxtəlif  psixogenetik  faktorların  rolu  olsa  da  daha  çox  maddi  sıxıntısı  olan  ailələrdə  ünsiyyət 

çatışmaqzlıqların  yüksək  olduğunu  deyə  bilərik.  İstər-istəməz  valideynlər  çörək  pulu  qazanmaq 

haqqında  düşünərək  işə  gedirlər.  Belə  hallarda  valideynlər  övladlarını  nənə-babanın  himayəsində 

qoymalı  olurlur.  Digər  uşaqlarla  müqayisədə  nənə-baba  yanında  böyüyən  azyaşlılar  daha  çoxbilmiş 

olurlar. Yaşlılar daha səbrli olur, körpələrə nağıllar oxuyur, şeirlər öyrədirlər.  

  Bir  çox  valideynlər  yanlış  olaraq  utancaqlığı  uşağın  yaxşı  tərbiyə  olunmasının  əlaməti  hesab 

edir,  onun  daxili  həyəcanını  və  qorxusunu  anlamırlar.  Psixoloqların  fikrincə,  utancaq  uşaqlara  daha 

çox avtoritar valideynləri olan ailələrdə rast gəlinir. Qadağanlar, danlaq və cəza lap kiçik yaşlarından 

uşaqlarda  uğursuzluq  kompleksinin  inkişafına  zəmin  yaradır.  Nəticədə  uşaq  hər  addımda  müstəqil 

hərəkət etməkdən qorxur, onda təşəbbüskarlıq inkişafdan qalır. 

Utancaq uşaqlarla iş zamanı ailədə valideynlər aşağıdakı istiqamətlərə diqqət yetirməlidirlər: 

* pozitiv özünüdərketmənin inkişaf etdirilməsi

* uşaqda özünə və öz qüvvəsinə inamın yüksəldilməsi; 

* başqalarına qarşı inam hissinin inkişaf etdirilməsi; 

* qorxunun korreksiya edilməsi

* öz emosiyalarının ifadə etmək bacarıqlarının inkişafı; 

* özünənəzarət vərdişlərinin formalaşdırılması və s. 

Ailədə  valideynlər  çalışmalıdırlar  ki,  uşaqla  sakit  tonda,  yumşaq  səslə  danışıb  onunla  nəzakətli 

rəftar etsinlər. Burada əsas şərt valideynlərin səbrliliyi və taktiki məharətə malik olmalarıdır. Bir sözlə, 

valideynlər uşaqlarının təşəbbüskarlıqlarını, özlərinə inamlarını artırmalı və onlarda özünüqiymətlən-

dirmənin yüksək səviyyəsinə nail olmaq üçün uşaqlarla daha çox ünsiyyət qurmağa cəhd göstərməlidirlər.  

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1575 


Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

UŞAQ PSİXOLOGİYASI VƏ NƏĞMƏLƏR 

 

İlqar XANLAROV 

Asəf Zeynallı adına Musiqi Kolleci 



İlqar-xan@mail.ru 

AZƏRBAYCAN 



 

Uşaq psixologiyası fərqli olur. Buna görə də uşaqlar üçün yazılacaq bədii nümunələr və nəğmə-

lərdə  pedoqoji-psixoloji  amillər  nəzərə  alınır.  Uşaqlar  beşikdə  ikən  onlara  ən  vacib  mənəvi  qidanın 

laylalar  olduğunu  düşünmədən  deyə  bilərik.  Laylaların  sözləri  ilə  bərabər,  onların  musiqisinin  də 

özünəməxsus psixoloji təsiri var. Sözsüz ki, uşaqların rahat və tez yuxuya getməsi üçün lirik növün bu 

janrı həzin, sakit musiqi ladı tələb edir. 

Laylay beşiyim, laylay, 

Evim-eşiyim, laylay. 

Sən get şirin yuxuya, 

Çəkim keşiyin, laylay. 

Bildiyimiz kimi, uşaq ədəbiyyatı şifahi və yazılı olmaqla iki yerə bölünür. Laylalar, oxşamalar, 

uşaq nəğmələri şifahi uşaq ədəbiyyatının lirik növdəki janrlarına; nağıllar, dastanlar isə epik janrlarına 

daxildir. 

Lirik  növə  daxil  edilən  uşaq  ədəbiyyatı  nümunələri  –  laylalar,  oxşamalar,  uşaq  nəğmələri  və 

mövsüm  nəğmələrində  məzmunla  yanaşı,  sözün  ahəngdarlığı,  vəznin  oynaqlığı  diqqəti  cəlb  edir. 

Məsələn,  laylaların  sözlərinin  mənasını  hələ  dərk  etməyən  uşaqlar  səsin  xoş  ahənginə  görə  yuxuya 

gedir. Və ya oxşamaları eşidərkən səsdəki surətli, oynaq tembr uşaqların əhvalını xoş edir. Sözsüz ki, 

bu musiqinin mətni də uşaq psixologiyasına təsirsiz ötüşmür. Məsələn: 

Balama qurban inəklər

Balam nə vaxt iməklər? 

Oxşamalarda istifadə edilən “əl çalmaq – dil açmaq”, “inəklər – iməklər”, “xalçalar - əl çalar”, 

“ilanlar – dil anlar” və s. kimi ifadələrin ahəngdarlığı musiqi ahəngi və ritmi yaradır ki, bu da uşaq 

emosiyasına, beyninin inkişafına, psixologiyasına müsbət təsir göstərir. 

Bununla  yanaşı,  uşaq  ədəbiyyatının  epik  janrlarına  aid  edilən  nağıllar  və  ya  dastanlar  əsasında 

tamaşalar  qurularkən  ssenaristlər  musiqiyə  yer  ayırırlar.  “Məlikməmməd”,  “Ağ  atlı  oğlan”,  “Uçan 

xalça”,  “Paslı  qılınc”,  “Padşah  oğlu”,  “Dostluğun  sirri”,  “Oqtayın  nağılı”,  “Qızıl  şamdan”  və  s. 

nağılların  tamaşası  zamanı  obrazların  dilindən  oxunulan  mahnılar  uşaq  tamaşaçılarını  yorulmaqdan 

xilas edir və onlıarı sövq edir ki, bu tamaşaları zövqlə izləsinlər. 

Uşaq mahnılarında kiçik həcmli şeirlərə musiqi bəstələnir ki, bu cür nəğmələrin məzmunu aydın, 

sözləri  sadə,  anlaşıqlı,  misralardakı  hecaların  sayı  az,  qafiyələri  oynaq  olur.  Buna  görə  də  uşaq 

mahnıları daha tez uşaqların yaddaşına həkk olunur. Azərbaycanda M.Ə.Sabir (“Yaz günləri”, “Uşaq 

və  buz”),  A.Səhhət  (“Cücələr”,  “Köç”),  A.Şaiq  (“Xoruz”,  “Uşaq  və  dovşan”,  “Keçi”)  və  s.  uşaq 

ədəbiyyatının ən yaxşı nümunələrini yaradan sənətkarlardandır. 

Yuxarıda qeyd etdiyimiz uşaq ədəbiyyatının şifahi janrlarının tarixi qədimdir. Yazılı ədəbiyyatda 

isə  əsasən  XII  əsrdən  başlayaraq  Nizami  Gəncəvi  (“Xeyir  və  Şər”,  “Bişr  və  Məlixa”,  “Kərpickəsən 

kişinin  dastanı”  və  s),  daha  sonrakı  əsrlərdə  Məhəmməd  Füzuli  (“Söhbətül  əsmar”  -  “Meyvələrin 

söhbəti”),  A.Bakıxanov  (“Təhzibül-əxlaq”,  “Kitabi-nəsihət”  əsərləri;  “Qarı  və  Harun”,  “Uşaq  və 

günəş”  mənzum  hekayələri;  “Tülkü  və  qoyun”,  “Qurd  və  ibliz”,  “Yersiz  iftixar”  təmsilləri),  Q.Zakir 

(“Xain  yoldaşlar  haqqında”,  “Sədaqətli  dostlar  haqqında”  təmsilləri),  C.Məmmədquluzadə  (“Poçt 

qutusu”, “Saqqallı uşaq”, “Pirverdinin xoruzu” və s.), M.Ə.Sabir (“Yalançı çoban” mənzum hekayəsi; 

“Uşaq  və  buz”  şeiri  və  s.),  S.S.Axundov  (“Əhməd  və  Məleykə”,  “Abbas  və  Zeynəb”,  “Nurəddin”, 

“Qaraca qız” və s.), A.Səhhət (“İki uşaq”, “Ana və bala” və s.), A.Şaiq (“Tıq-tıq xanım”, “Tülkü həccə 

gedir”, “Keçi”, Uşaq və dovşan” və s), S.Vurğun (“İki körpə” və s.), Mir Cəlal (“Gülgəz”, “Qocaların 

uşaq söhbəti və s.), M.Dilbazi (“Günəş”, “Yaz yağışı” və s.) və s. sənətkarların yaradıcılığında uşaq 

ədəbiyyatının maraqlı nümunələrini görmək olur. Bu sənətkarların siyahısını daha da artırmaq olar. 

Bu  nümunələr  uşaqların  tərbiyəsində  böyük  rol  oynayır.  Belə  ki,  bu  əsərlər  uşaqları  əməyə  və 

zəhmətə  alışdırır,  zülm  və  haqsızlığa  qarşı  üsyankar  yetişdirir,  elmə,  sənətə  yiyələnmə  vərdişlərini 

aşılayır. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1576 


Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Bu  poetik  nümunələrin  əksəriyyətinə  görkəmli  bəstəkarlar  musiqilər  bəstələməklə  onları  daha 

yadda  qalan  etmişlər.  Belə  ki,  A.Səhhətin  “Cücələrim”  şeiri  uşaqlar  üçün  yazılmış  çox  gözəl  bədii 

nümunələrdən  olsa  da,  ona  bəstələnmiş  musiqi  “Cücələrim”i  dünyanın  bir  çox  ölkələrində  məşhur 

etmişdir.  “Cücələrim”  şeirinin  mətni  musiqi  üçün  şair  Tofiq  Mütəllibov  tərəfindən  işlənmişdir.  Bu 

mahnı  dünyanın  100-dən  çox  dilinə  tərcümə  edilmişdir.  Hətta  “Dünyanın  ən  yaxşı  uşaq  mahnıları” 

albomuna daxil edilir. Bəstəkar Qəmbər Hüseynlinin uşaq zövqünə, uşaq psixologiyasına bələdliyi ilə 

sözlər və musiqi bir-birinə tam uyğun seçilməklə nəinki uşaqların, hamının könlünü oxşayır. Mahnının 

nəqəratındakı  “cip,  cip”  vokativ  sözləri  ilə  cücələrin  çıxardığı  səslər  verilir  ki,  bu  da  mahnını  daha 

oynaq  və  yaddaqalan  edir.  Burada  həmçinin  azyaşlı  uşaqlara  cücələri  tanıtmaq  məqsədi  də  var.  Bu 

məzmunlu  şeirlərə  yazılmış  xeyli  uşaq  mahnıları  mövcuddur.  O.Zülfüqarovun  “Sərçə”  mahnısının 

nəqəratındakı “cik, cik”, R.Mirişlinin “Tık tık xanım” mahnısındakı “tık, tık, tık, tık” vokativ sözləri 

uşaqların diqqətini birbaşa mahnıya, musiqiyə yönəldir, sözlərlə musiqinin ahəngi mahnını daha asan 

yaddaqalan  edir  və  o  cümlədən  uşaqları  həssas  olmağa  istiqamətləndirir.  A.Şaiqin  “Tık  tık  xanım 

mənzum  nağılı  əsasında  çəkilmiş  cizgi  filmindəki  mahnının  sözləri  Ramiz  Rövşənə  məxsusdur. 

Mahnının  musiqisi  Ramiz  Mirişlinindir.  Musiqidə  bütün  bu  amillər  uşaq  psixologiyasında  nəzərə 

alınan şərtlərə daxildir. 

Oqtay  Zülfüqarov,  Əfsər  Cavanşirov,  Səid  Rüstəmov,  Ağabacı  Rzayeva,  Soltan  Hacıbəyov, 

Oqtay  Rəcəbov,  Qəmbər  Hüseynli,  Tofiq  Quliyev,  Vasif  Adıgözəlov,  Ramiz  Mirişli,  Aygün 

Səmədzadə və s. uşaq mahnılarının ən yaxşı nümunələrini yaratmış bəstəkarlardandır.  

Uşaqlar  dünyanın  sevincidirlər.  Elə  buna  görə  də  onlar  qəmdən,  kədərdən  uzaq  olmalı,  sülh, 

əmin-amanlıq  şəraitində  yaşamalıdırlar.  Hər  bir  hadisə  uşaq  yaddaşına  tez  nüfuz  edir.  Onların 

psixologiyasını düzgün istiqamətləndirmək hər bir vətəndaşın borcudur. Buna görədir ki, onlar üçün 

yazılmış  bədii  nümunələr  qəmdən  uzaq,  ümid  doğuran,  mahnılar  isə  şən,  oynaq  olmaqla  birbaşa 

onların psixologiyasına müsbət təsir edir. 

 

 



MÜSTƏQİLLİK İLLƏRİNDƏ AZƏRBAYCAN PSİXOLOQLARININ 

Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin