AZƏRBAYCAN
AZƏRBAYCAN
Asperger sindromu psixi pozğunluq olub, bəzən onu Autizmin bir forması da hesab edirlər.Bu
sindromlu insanlar normal və yüksək intelektə malik olsalar da, lakin onların sosial qabiliyyətləri və
vərdişləri zəif inkişaf etmiş olur. Belə insanların emosional və sosial inkişafı ləngidiyindən onların
inteqrasiyası da gecikmiş olur. Autistik psixopatiya halı ilk dəfə ingilis psixiatrı Lorna
Uinq (ing. Lorna Wing) tərəfindən Avstriya psixiatrı və pediatrı Hans Aspergerin (alm. Hans
Asperger) şərəfinə Asperger sindromu adlandırılmışdır.
Autizmli əksər insanlarda, xüsusən uşaqlarda inkişafdan qalmanı asanlıqla müşahidə etmək
mümkündür. Lakin onlar autistlərə bənzəsələr də, əqli cəhətdən heç də geri qalmırlar. Bəzən onlar
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1562
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
sosial kommunukasiya defisitinə malik olsalar da, mürəkkəb bir elmi sahə üzrə daha dərrakəli olurlar.
Məhz inkişafın bu tip geriləməsinin təhlilini ilk dəfə Hans Asperger vermişdir.
Daun sindromu (yaxud Trisomiya 21) —21-ci xromosom cütlüyünün trisomiyası (üçlük)
sonucunda yaranan xəstəlik. Bu sindrom 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun
xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu "monqolizm" adlandırıb.
Ancaq asiyalı alimlərin xəstəliyin "monqolizm" adlandırılmasına etirazından sonra bu xəstəlik onu
kəşf edən alimin şərəfinə "Daun sindromu" adını alıb. Bu uşaqlar bir-birlərinə oxşayır, stereotipləri
eyni olur. Yəni onlarda boy qısa olur, əqli inkişafdan geri qalır, kəlləsi kiçik və yumru olub üz
nahiyyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və
kiçik olur, göz yarığı çəp, göz bucağında dəri büküşlü, ağzı yarıaçıq, dili böyük, qarnı köpmüş, dişləri
seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Yəni, onlar monqoloid irqinə mənsub şəxslərə
bənzəyirlər. "Monqolizm" adı da bu səbəbdən işlədilib. Azərbaycanda Daun sindromu ilə doğulan
uşaqların sayı ilə bağlı fərqli rəqəmlər verilir. Məsələn, Səhiyyə Nazirliyi Daun sindromlu insanların
sayının 336 nəfər olduğunu açıqlayır. Onların 13 yaşadək olanları 296, 14-17 yaş arasında 21, 18-29
yaş qrupunda 11, 30 və daha yuxarı yaş qrupunda 8 nəfərdir. Bu problemlə məşğul olan QHT-lər
rəqəmlərin 700-ə yaxınlaşdığını bildirirlər. Ü.Əsədova hər doğulan 700 uşaqdan birinin Daun
sindromlu olduğunu qeyd edir: "Son zamanlar azalma müşahidə edilir. Bu, səhiyyənin inkişafı ilə
bağlı ola bilər. Çünki hazırda hamilə qadınlar müxtəlif infeksiyalara qarşı yoxlanılırlar". O ki qaldı
uşaqların cəmiyyətə inteqrasiyasına, bununla bağlı fəaliyyətə başlanılıb: "Hazırda həm əqli, həm də
fiziki cəhətdən inkişaf etməmiş uşaqlar üçün Nizami rayonunda yerləşən 210 saylı məktəb və 113
saylı uşaq bağçası inkluziv təhsil layihəsinə, "Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili
üzrə İnkişaf Proqramı"na qoşulub. Hər iki tədris müəssisəsi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün
uyğunlaşdırılacaq: "Hazırda müəllimlərə treninq keçirilir. Uşaqların baxçaya qəbulu xüsusi
yoxlamadan sonra müəyyənləşdiriləcək. Hər bir uşaq müxtəlif sahələr üzrə 4 mütəxəssis tərəfindən 8
ixtisas üzrə yoxlanılacaq. Uşağın inkişafı, görməsi, eşitməsi, qavraması, diqqəti, yaddaşı, başadüşmə
bacarığı, özünü ifadə etməsi öyrəniləcək. Ümumiyyətlə, Daun sindromlu uşaqların zəif və güclü
tərəfləri var. Məsələn, onun eşitmə və görmə zəifliyi, nitqində qüsuru olur. Bu, uşağın zəif tərəfidir.
Amma belə uşaqlarda yamsılamaq, təqlid etmək bacarığı yüksəkdir. Daun sindromlu uşaqlar mətni tez
qavrayırlar. Onlarda mexaniki yaddaş güclü olur. Uşaqların cəmiyyətə çıxarılması, müxtəlif tədbirlərə
qatılması çox faydalıdır".Əvvəllər Daun sindromu ilə doğulan uşaqların 16-18 il ömür sürdüyü
bildirilirdi. Psixoloq deyir ki, hazırda Daun sindromulu insanların normal insanlar kimi ömür
sürdükləri təsdiqlənir: "Mən özüm xarici ölkələrin birində 40-50 yaşlı Daun sindromlu insanla
rastlaşmışam. Onlarda bu sindromla yanaşı digər xəstəliklərə yoluxma ehtimalı yüksək olur. Bir səbəb
də valideynlərin şüuraltı olaraq övladlarının tez öləcəyini güman etmələridir. Bu uşaqlar adi insanlar
kimi 70 il də yaşaya bilərlər. Daun sindromlu uşaqların ailə qurmasına gəldikdə isə bəziləri oğlanların
sonsuz olduğunu söyləyirlər. Lakin son illər Daun sindromlu kişilərin övlad sahibi ola biləcəyi ehtimal
olunur. Qızlar isə normal insanlarla ailə qurduqda dünyaya sağlam uşaq gətirə bilərlər".
Autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşlılıqlı təsirə və ünsiyyətə
zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir
xəstəlikdir. Bu əlamətlər autizmi, Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum
pozuqluğundan (ASP) ayırır. Autizm irsi mənşəlidir ancaq irsiliyi olduqca qarışıqdır və ASP-nin
mənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindənmi yoxsa, nadir görülən mutasiyalardanmı qaynaqlandığı
çox açıq deyil. Nadir hallarda, doğum şikəstliklərinə səbəb olan faktorlarla yaxından əlaqəlidir. Digər
görüşlərə görə isə, uşaqlıqda edilən peyvəndlər kimi səbəblər mübahisəlidir və peyvənd mənşəli
fərziyyələrin razı salıcı elmi dəlilləri yoxdur. Yaxın dövr araşdırmaları autizmin prevalansını 1.000
adama bir, ya da iki halda olaraq təxmin edir, eyni araşdırmalardakı təxminlərə görə ASP təxminən
1.000 adamda altı haldadır və kişilərdə rast gəlinmə nisbəti qadınlara görə 4,3 dəfə daha çoxdur.
Autizm hadisələrinin sayı 1980-ci illərdən bəri olduqca çox nisbətdə artmışdır. Bunun səbəbi qismən
diaqnoz qoyma üsullarındakı dəyişikliklərdir; gerçək prevalansın artıb artmadığı aydın deyil.
Autizm beyinin bir çox hissəsinə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil.
Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edirlər. Erkən davranış,
yaxud da qavrayış müdaxilələri uşaqların özünə baxa bilmə bacarığı ilə ictimai və ünsiyyət bacarıqlar
qazanmasına köməkçi ola bilər. Autizmin çarəsi yoxdur. Autistik uşaqların çox azı yetkin olduqdan
sonra sərbəst həyatda, bunda müvəffəq ola bilməkdədir. Autizm beyinin bir çox qisiminə təsir edir,
amma bu təsirin necə inkişaf etdiyi məlum deyil.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1563
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
TƏXƏYYÜL ƏSASINDA MONOLOJİ NİTQİN İNKİŞAFI
Qumru HƏMİDOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
AZƏRBAYCAN
Məktəbəqədər yaş dövründə uşaqlarda idrak prosesləri və nitqin inkişafında əsaslı dəyişikliklər
baş verir. Məktəbəqədər yaş dövründə uşaqların qavrayışının ixtiyari növünün inkişafı üçün şərait
yaranır. Burada oyunun rolu böyükdür.Uşaqlar cismin formasını, ölçüsünü, tutduğu yeri qavramağa
alışırlar.Bu onlarda məkan qavrayışının inkişafı kimi özünü göstərir.Məktəbəqədər yaşlı uşaqlar ilk
vaxtlar ən çox formanı ayırmaqla onları qavramağa cəhd göstərirlər.Eyni zamanda obyektlərin
böyüklüyünü qavrama bacarığı da özünü göstərir.Bu dövrdə uşaqlarda qavrayışın inkişafında rəsm.
Quraşdırma da mühüm rol oynayır.Uşaq nəyi isə çəkmək, nəyinsə fiqurunu cızmaq üçün birinci
növbədə onu diqqətlə müşagidə etməli, onun konturunu, rəngini müəyyənləşdirməli olur. Bütün bunlar
uşağı müşahidə etməyə təhrik edir,ixtiyari qavrayışın inkişafına təkan verir. Məktəbəqədər dövründə
qavrayışla yanası olaraq diqqətin təkmilləşməsi prosesi də baş verir. Bu yaş dövrünün əvvəlində
uşaqlarda diqqəti zahirən cəlbedici cisimlər özünə çəkir.Məktəbəqədər dövrün sonunda diqqət öz
inkişafının daha yüksək səviy- yəsinə çatır. Böyük bağça yaşlı uşaqlarda diqqətin inkişafı yeni
maraqların meydana gəlməsi, dünyagörüşünün inkişafı, uşağın ailə həyatında və bağçada yeni şəraitə
daxil olması, yeni fəaliyyəy növlərinə yiyələnməsi ilə sıx bağlı olur. Bu dövrdə qeyri-ixtiyarı diqqət
əsas yer tutsa da ixtiyarı diqqətin meydana gəlməsi üçün da şərait yaranır.Burada qeyri-ixtiyarı
diqqətdən ixtiyariyə keçid üçün diqqətini idarə etmək vasitələri mühüm rol oynayır. Ona görə də uşağa
onu əhatə edən cisim və xassələrin xassələrini, fərqli xüsusiyyətlərini, əsas əlamətlərini görməyi
öyrətmək lazım gəlir.
İxtiyarı diqqətin meydana gəlməsində nətq də mühüm rol oynamağa başlayır. Psixoloji
tədqiqatlar göstərmişdir ki, uşaqlarda ixtiyarı diqqətin inkişafına özü haqqında yüksək fikirdə olmaq
xeyli kömək edir. Təcrübə göstərmişdir ki, əgər 4-5 yaşlı uşaqlardan daima nə edəcəyini hündürdən
deməyi tələb etdikdə, onlar ixtiyarı olaraq və daha uzun müddət öz diqqətlərini hər hansı bir obyektin
və ya onun detallarının üzərində saxlaya bilirlər.
Məktəbəqədər yaşın sonuna doğru uşaqda tədricən öz diqqətini idarə etmək imkanı. Onu az və
çox dərəcədə müstəqil təşkil etmək bacarığı özünü göstərir. Məktəbəqədər yaşı dövründə uşaqların
hafizəsi də tədricən qeyri-ixtiyarı yaddasax- lamadan ixtiyarı yaddasaxlamaya keçidlə
səciyyələnir.Monoloq şifahi nitqin ən yüksək formasıdır.Uşaqda monoloji nitqi inkişaf etdirmək üçün
nitq situasiyasının yaradılması əsas şərtlərdəndir.Monoloq hər hansı hekayə və ya hadisənin nəql
edilməsi yolu ilə yaranır. Monoloji nitqin inkişafı uşaqların müstəqil olaraq nəqletmə vərdişinə
yiyələnmə bacarığı ilə nəticələnir.
İndi isə təxəyyül əsasında monoloji nitqin inkişaf etdirilməsinə aid bir məşğələ nümunəsi verək.
Məqsəd:Uşaqlara həndəsi fiqurların köməyilə şəkil çəkməyi öyrətmək,monoloji nitqini inkişaf
etdirmək.
Vəsait:Oyuncaq meymun,portağal,rəngli karandaşlar və albom
Məşğələnin gedişi.Tərbiyəçi əvvəlcədən uşaqların oyun oynadıqları otağa bir qutu qoyur.Sonra
uşaqlar oyun oynamaq üçün otağa gələndə tərbiyəçi uşaqlardan soruşur: -Uşaqlar otağa diqqətlə
baxın.Otaqda nəsə dəyişməyib ki?
Uşaqlar ətrafa diqqətlə baxırlar.
Uşaqlar otaqdakı qutunu görüb tərbiyəçidən soruşurlar:
-O nədir?Haradan gəlib görəsən?
Tərbiyəçi uşaqlarla birlikdə qutunu nəzərədən keçirir.
Tərbiyəçi deyir:
-Gəlin,görək qutuda nə var?
Onlar qutunu açırlar.Qutuda çoxlu portağal var.Bir dənə də meymun var.
Uşaqlar soruşur:
-Bəs bu nədir?Bu haradan düşüb bura?
Uşaqların hər biri öz təxəyyülənə görə cavab verir.
Uşaqlardan biri belə deyir:
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1564
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
-Çox uzaqlarda,tropik meşələrin birində portağalı yığıb yeşiklərə yükləyirdilər.Bu zaman
meymun portağalları görür və onlardan yemək istəyir.O portağallardan yeyə-yeyə qutuda yuxuya
gedir. İnsanlar bu portağalları satmaq məqsədilə gəmilərə yükləyirlər.Meymun olan qutu da bizə gəlib.
Başqa bir uşaq da öz təxəyyülünə uyğun meymunun bura düşməsi haqqında hekayə qurur.Uşaq
deyir:
-Meymun balaları bir-biri ilə oynayırlar.Anaları onlara tapşırır ki,dəcəllik etməsinlər.Onlardan
biri ağaca tullanır,biri qaçır.Bunların içərisində isə ən dəcəli var.Bu meymun çox dəcəl və şıltaqdır.O
ağacın dibində bir qutu tapır.Ona maraqlı gəlir.Qutu ilə oynayanda qutunun içinə düşüb qalır.Portağal
yığmağa gələn adamlar qutunu görürlər.Lakin onların xəbəri yoxdur ki,meymun balası
ordadır.Portağalı bilmədən onun üstünə yığırlar.Beləliklə bizə yeni il hədiyyəsi olaraq bu qutu
gəlir.Meymun balası olan qutu da bizə düşüb.
Tərbiyəçi deyir:
-Siz indi bildiniz meymun qutuya necə düşüb?Biz bu gün onun şəklini çəkəcəyik.Biz meymunu
çəkmək üçün həndəsi fiqurlardan istifadə edəcəyik.
Tərbiyəçi həndəsi fiqurlar haqqında uşaqlara məlumat verir(oval və dairədən).
-Biz bədənin hansı hissələrini çəkmək üçün dairədən istifadə edəcəyik?
Uşaqlar deyir:
-Baş və qulaqları.
-Bəs ovalın köməyilə hansı bədən üzvünü çəkəcəyik? -bədəni və ayaqları.
Tərbiyəçi uşaqlara çəkdikləri şəkili rəngləmələrinə kömək edir.Tərbiyəçi uşaqlara “afərin” deyib
onların işlərini qiymətləndirir.
Tədqiqat obyektimizin məqsədi məktəbəqədər yaşlı uşaqlarda emosional sahənin tədqiqi idi. İlk
öncə biz məktəbəqədər yaşlı uşaqların əsas səciyyəvi xüsusiyyətlərini araşdırdıq. Bundan başqa
onlarda emosional sahənin yaranma ardıcıllığını izlədik. Bildiyimiz kimi uşaqlarda bir çox sahələrin
xüsusən də emosional sahənin inkişaf etdirilməsi biləvasitə ailə və uşağın əhatəsində olan insanların
üzərinə düşür.
İNTUİSİYANIN QƏRAR QƏBULUNDA ROLUNUN
PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ
Fatimə BAYRAMOVA
Bakı Dövlət Universitetinin
Fatima90@live.ru
AZƏRBAYCAN
Müasir həyat həddindən artıq dinamik və dəyişkəndir. Siyasətdə, iqtisadiyyatda, gündəlik həyatı-
mızda baş verən hadisələr çevik şəkildə təzahür etdiyi üçün, bu proseslər bizim düşünməmiz üçün
zaman buraxmır. Zamanın azlığı problemləri “indi və burda” prinsipi ilə həll etməyimizə sövq edərək,
məhdud zaman çərçivəsində qərar qəbulu tələb edir. Son 50 ildə qnoseologiya, psixologiya,
iqtisadiyyat, riyazi – statistika, süni intellekt və dərketmə prosesləri sahəsində qərar qəbulu və
problemin həllinə dair böyük müvəffəqiyyətlər əldə edilmişdir. Çoxlu sayda aparılan tədqiqatlar
nəticəsində qərar qəbulu prosesində böyük əhəmiyyətə malik olan bir çox psixoloji amillər tədqiq
olunmuş, lakin onlardan daha effektivi intuisiyanın olduğu müəyyənləşmişdir. İntuisiya instinktə yaxın
olsa da, onlar arasında müəyyən fərq mövcuddur. İnstinkt – mürəkkəb hərəkətləri reallaşdırmaq üçün
məqsədə yönəlmiş impulsdur, intuisiya isə çətin situasiyaları anlamağa yönəlmiş şüuraltı və ya
şüurüstü nəticələrin qavranılmasını özündə ehtiva edir. Bunu nəzərə alaraq qərar qəbulu prosesində
daha optimal variant kimi intuisiyanın daha böyük əhəmiyyət kəsb etdiyini vurğulamaq lazımdır.
Son zamanlar, qərb menecmentində (iri korporasiyalarda) qərar qəbulu prosesində əsas diqqəti
intuisiyanın istifadəsinə yönəldirlər. İntuisiyanın müasir tədqiqatçılarından biri olan O.V.Stepanovun
mövqeyi diqqəti cəlb edir: “İntuisiya qeyri – müəyyən şəraitdə meydana gələn, daxili hissetmə kimi
subyektiv qavranılan bilikdir. İntuisiyanın yaranma prosesi dərk edilmir, onun doğruluğunun sübutu
və yaranma səbəblərinin qaydası yoxdur”. Digər tədqiqatçı V.F.Asmus intuisiyanı vasitəsiz bilik
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1565
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
adlandıraraq qeyd etmişdir ki, intuisiya faktlara istinad etmədən əşyaların obyektiv əlaqəsinə, həqiqətə
nəzərdir. İnsan psixikasında intuisiyanın dərki insanın nadir qabiliyyətləti kimi xarakterizə edilir.
Psixologiyanın əsas yaradıcılarından olan K. Yunq intuisiyanın təzahür xüsusiyyətlərini fərqli şəkildə
əsaslandırmışdır. Psixoloq qeyd etmişdir ki, insanın instuisiyanı necə istifadə etməsinə diqqət yetirmək
lazımdır: daxili dərketməyə müraciət edir yoxsa xarici hərəkət və icraya əsaslanır. Bununla da
insanları ekstrovert və introvert intuitiv insan tipi kimi fərqləndirmək mümkündür.
İntuisiya – qərar qəbulu prosesində həlledici vasitədir. İntuisiyanın elmdə heç bir məntiqi izahı,
metodu və metodologiyası olmamasına baxmayaraq, elmi kəşflərdə rolu çox böyükdür. Alim və
mütəxəssislər məntiqə əsaslanaraq elmi kəşf edə bilməzlər. Axı, istinad olunan məntiqin özünün də
müəyyən çərçivələri və hüdudları vardır. Bir qrup alimin fikrincə, stressli anlarda insan öyrəndiyi hər
şeyi unudur, özündə olmayan məlumatlar əsasında çıxış edərək qərarlar qəbul edir. Bu an intuisiyamız
qətiyyətli addım atmağımıza yardım edir. Digər qrup alimlər, rəhbər və liderlərdə intuisiyanın vacib
keyfiyyətlərdən biri olduğunu qeyd edərək, onu mükəmməl təhsildən, ensiklopedik bilikdən üstün
tuturlar. Qərar qəbulunun mümkün variantlarının dərin analizi üçün hər zaman vaxtımız və vəsaitimiz
olmaz. Və etiraf etməliyik ki, qeyri – müəyyən və çoxfaktorlu şəraitdə ənənəvi metodlar faydasızdır.
Alətlər, sınaq və səhvlər metodu və s. kimi metodlar artıq keçmişdə qalıb, buna nə zaman var, nə də
lazımi vəsait. Düzgün qərar ani şəkildə insanı tamamilə yüksək bir səviyyəyə qaldırdığı kimi, eyni
zamanda səhv addım da ideyanı, onun müəlliflərini və icraçılarını məhv edə bilər. Bu səbəbdən də
qərar qəbulu prosesi özlüyündə çox mürəkkəb bir prosesdir.
Cəmiyyət intuisiyanı insanın yüksək keyfiyyəti kimi qiymətləndirir, lakin bu keyfiyyətin
özünəməxsus iş mexanizmi, insanda həmin keyfiyyətin ölçülməsi metodu və s. kimi bir informasiya
olmadığından, intuisiyaya bir qədər ehtiyatla yanaşırlar. Faktiki olaraq hər birimiz öz həyatımızın top
– meneceriyik və hər birimiz daim qərar qəbul edir, nəyi, necə etmək, növbəti addımı hansı tərəfə
atmaq və s. kimi qərarlar həyata keçiririk. İntuisiyanın insanda hansı səviyyədə olması barəsində
müəyyən testlər aparmaqla öyrənmək mümkündür. Bəs, intuisiya potensialını necə öyrənmək olar?
İntuisiya müəyyən sahələrdə müxtəlif cür özünü biruzə verə bilər. Bir insanda intuisiya maliyyə,
digərində iqtisadiyyat sahəsində, başqasında səhiyyə sahəsində özünü biruzə verir. İntuisiya
istiqamətlənmiş və “peşəkarlaşmış” kimi xüsusiyyətlərə məxsusdur. İntuisiyanın bir təbiəti var, o da
mənəvilikdir. Geriyə yalnız mənəvi dünyanı dərk etmək üçün intuisiyamıza güvənərək ondan düzgün
istifadə etmək qalır.
Hissilərimizə güvənməyimizin səbəbləri aşağıdakılardır:
1. İntuisiya əvvəlki təcrübəyə və yığılmış biliyə əsaslanır.
Nə qədər ki, qərar qəbul etdiyiniz sahədə təcrübəniz çoxdur, bir o qədər intuisiyanız sizə dəqiq
qərar verməyinizdə yardım edəcəkdir. Ətrafdakılarla məsləhətləşmək də sizə xeyir gətirər, lakin onlar
hər zaman sizin üçün doğru olanı bilmirlər. Bütün məsləhətləri qəbul edin, lakin sonda öz hisslərinizə
etibar edin. Həyatda çətinliklə rastlaşan insanların əksəriyyəti həlli çıxılmaz olan qərarları
müvəffəqiyyətlə yerinə yetirirlər.
2. İntuisiya beyinimiz ilə ayrılmaz əlaqəlidir və özündə baş verən hadisələri və sizin həyəcanınızı
əks etdirir. Məhz bu səbəbdən də, digərlərinin məsləhətindən daha çox öz intuisiyanıza güvənməlisiz.
İntuisiya sizin bədəninizlə, ağlınızla və ruhunuzla əlaqəlidir. Əgər doğru qərar qəbul etməli olsanız siz
narahatçılıq və həyəcan hiss edəcəksiniz, əgər seçim yalnışdırsa, o zaman sizi gücsüzlük, təşviş və
qorxu bürüyəcəkdir.
3. İntuisiya bədənin bütün sinir hüceyrələri ilə bağlıdır. Vacib qərar qəbulu zamanı “daxildə
kəpənəklərin uçması” hissi milyonlarla sinir hüceyrələrinin fəaliyyətinin nəticəsidir. Şüuraltı beyin
onlara siqnal ötürür və nəticədə siz əsmə və həyəcan keçirirsiniz.
İntuisiya subyektiv və obyektiv formalarda təzahür edə bilər: birinci subyektiv köklərə malik,
şüursuz psixi məlumatların qavranılması, ikinci isə obyektdən alınan subliminal qavrayışa əsaslanır.
Həmçinin intuisiyanın hissetmə səviyyəsindən asılı olaraq konkret və abstrakt formaları da vardır.
Konkret intuisiya reaktiv prosesdir, çünki o, faktiki verilənlərdən vasitəsiz şəkildə yaranır. Abstrakt
intuisiya isə abstrakt hisslərlər əlaqədar olaraq iradə və ya məqsədə yönəlmiş olur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1566
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
PSİXİ VƏ DAVRANIŞ POZUNTULARI
XXI ƏSRİN BƏŞƏRİ PROBLEMİ KİMİ
İ.A. HÜSEYNOVA
Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu
psy 2008@mail.ru
AZƏRBAYCAN
İnsan və onun psixikasında baş verən dəyişikliklər XXI əsrin bəşəri problemidir desək yanılma-
rıq. Çünki müşahidə qabiliyyətini bir qədər gücləndirərək bütün dünyada baş verənlərə diqqətimizi
yönəltsək, bu fikrin yanlış olmadığını daha dərin dərk etmiş olarıq. Dünyada baş verən hadisələr:
müharibələr, törədilən ağır terror hadisələri, deviant davranışın geniş miqyasda yayılaraq “yeni”
formalarının inkişafı bu fikrin doğru olduğunu sübut edən faktorlardır. Yeni texnologiyanın sahələri
çox güclü formada durmadan inkişaf etdikcə insan amili və onun psixikasında baş verən dəyişikliklər
diqqətdən kənarda qalır. Bu səbəbdən də müasir dövrdə elm, təhsil, mədəniyyət, iqtisadiyyat, texnolo-
giya və digər sahələrdə baş verən dəyişmələr, mənəvi əxlaqi dəyərlərinin enməsi insan amilinə yeni
yanaşmalar tələb edir.
Qeyd olunduğu kimi insanların psixikasına mənfi təsir edərək, onları psixi pozuntulara həssas
edən bioloji, sosial və psixoloji səbəblər vardır. Müşahidələr və aparılan sorğular nəticəsində məlum
olur ki, insanların psixi sağlamlığı daha çox sosial, psixoloji və bioloji amillərdən asılıdır. Hər bir
şəxsin irsindən, filogenezdə inkişafından, xarakter aksentuasiyasından, psixi xüsusiyyətlərindən asılı
olaraq, hər hansı bir qüsurların mövcudluğu danılmazdır. Bu qüsurlar şəxsin ünsiyyət və fəaliyyətində
özünü aşkar biruzə verməyə də bilər. Yəni şəxs cəmiyyət üçün çox da təhlükəli olmaya bilər. Lakin
mövcud problemlər davamlı sosial, iqtisadi təzyiq, yoxsulluq, o cümlədən əsas təlim, təhsil, tərbiyə
səviyyəsinin çox aşağı olması psixikadakı mövcud qüsurların inkişafını aktivləşdirir. Bundan başqa
sürətli sosial dəyişikliklər, insanlarda empatiya qıtlığı, fərdiyyəçilik, işdə stress vəziyyəti, qeyri sağlam
həyat tərzi, sosial təcrid, gender ayrıseçkiliyi, zorakılıq təhlükəsi, insan hüquqlarının pozulması, fziki
xəstəliklər, təbii fəlakətlər və digər amillər psixi sağlamlığın pozulmasını yaradan faktorlardır.
Dünyada baş verən müharibələr, təbii fəlakətlər, kəskin xarakterli terror hadisələridə insanların
psxikasında mənfi təsirlər yaradır. Bütün bunlar psixikadan yan keçmir. İnsanın sosial mühitində
qarşılaşdığı ağır hadisələr onun psixikasına ciddi təsir edərək xroniki stress halı yaradır ki, bu da bir
sıra problemlərin yaranmasına səbəb olur. Bu problemlərdən psixosomatik xəstəlikləri, kəskin
xarakterli ağır cərrahi əməliyyatları, vaxtından tez ölüm hallarını və bir sıra müxtəlif xarakterli psixi
və davranış pozuntularını göstərmək olar.
Psixosomatik xəstəliklərin , psixi və davranış pozuntularının yaranmasında mənfi emosiyalar əsas
rol oynayan amillərdən biridir. Mənfi emosiyalar psixikaya birbaşa təsir edərək emosional sferada
pozuntuların yaranmasına səbəb olur. Emosional sferanın pozulması şəxsin psixosomatik xəstəliklərə
məruz qalmasından başlayaraq müxtəlif xarakterli psixi və davranış pozuntularını yaradır ki, bu da
həyat ahənginin pozulmasına, ümumbəşəri problemlərinin yaranmasına səbəb olur. Psixi pozuntular
normal davranışın pozulması ilə özünü biruzə verir. Psixi pozuntular zamanı şəxsi dəyərlər parçalanır,
real varlıqla şəxsiyyət arasındakı normal münasibətlər pozulur. Şəxs özünə şüuri formada nəzarəti
itirərək, şüursuz halda normadan kənar davranışlara yol verir. Şüursuzluqla bağlı klassik psixoloqlar
tərəfindən kəşf edilən psixoloji cərəyanlarda insanda mövcud olan instinktiv və ali hisslər barədə
yetərincə fikirlər söylənmişdir.Antik dövrdən başlayaraq bu günə qədər insan amili üzərində kəşf
olunmuş fəlsəfi və psixoloji cərəyanlar üzərində araşdırmalar apararkən belə qənaətə gəlmək olur ki,
insanlarda təcəvüzkar, dağıdıcı,məhv edici, həzz kimi instinktiv meyllər və humanist, qurucu, yaradıcı,
empatiya kimi ali hisslər mövcuddur. Beləki, Karl Yunq şüursuzluq mövzusunu araşdırarkən,
arxlotipləri geniş formada tədqiq edərək, onların şəxsiyyətin inkişafında ayrı-ayrılıqda hansı rolu
oynadığını göstərmışdir.Yunqa görə arxeotiplərdən biri olan, kollektiv şüursuzluq insan keçmişinin
gizli yaddaş izləridir: irqi, milli, tarixi və eləcə də insanlıqdan qabaq olan heyvani güzəran
keçirməsidir.İnsan keçmişinin gizli yaddaş işləri arasında, onun heyvani güzəran keçirməsinin
izlərinin yaddaşlarda dərin iz buraxması,bu hisslərin neçə minilliklərdə unudulmayaraq, dəyişməyərək,
müəyyən fərqlərlə nəsildən-nəsilə ötürülməsi aşkar formada özünü biruzə verir.
|