Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə154/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   150   151   152   153   154   155   156   157   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1542



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

və  bu  sahədə  müəyyən  təcrübə  vardır.  I  sinif  şagirdləri  bir  neçə  saniyə  ərzində  tikinti  arxitekturuna 

çevrilərək  müxtəlif  rəngdə  olan  kubiklərdən  müxtəlif  dizaynlar  yaradır.  Onlarla  toplama  və  çıxma 

əməllərini  icra  edir,  mürəkkəb  dioqramlar  və  qrafiklər  quru,  meşə  və  ev  heyvanların  rəsmlərini, 

elektrik  avadanlıqları,  yol  hərəkət  işarələri,  müxtəlif  həndəsi  fiqurları  ekrana  çıxarmaq,  onları 

böyütmək,  ekranda  hərəkət  etdirməklə  şagirdlərdə  yüksək  maraq  yaradırıq  və  iş  fəaliyyətini 

canlandırırıq. Dərsin 5-10 dəqiqəsini bu tipli məsələlərə həsr etməklə onlardakı psixoloji gərginlikləri 

aradan  qaldırmaq  mümkündür.  Digər  tərəfdən  məktəbin  kompyuter  əsrinə  adaptasiya  keçməsinə 

hazırlamaq istiqamətində bir addım atmış oluruq. Kompyuterlə ibtidai siniflərdə tanışlıq məhz öyrədici 

proqramlarla başlayır. 

Bu proqramlar üç əsas məqsədə çatmaq üçün lazımdır: 

1)

 



Şagirdlərə  riyaziyyat,  həyat  bilgisi,  ana  dili  və  digər  ictimai  fənnlərə  dair  bilik,  bacarıq  və 

vərdişlərin aşılanmasıdır. Başqa sözlə kompyuter proqramı tədrisə köməkçidir; 

2)

 

Şagirdlərdə  məsələnin  həlli  üçün  proqram  axtarışı,  proqram  sənədlərin  oxunulması  və 



ümumiyyətlə “kompyuter üzərində nəzarət” etmək bacarığı verməlidir; 

3)

 



Şagirdlərdə  geniş  əhali  tərəfindən  istifadə  olunan  hesablama,  informasiya  və  proqram 

vasitələrinə cavabdehlik və onların qorunması tərbiyəsinin aşılanmasıdır. 

Məqsədinə  görə  maşın-orientasiya  öyrədici  proqramları  müxtəlidir.  Bu  proqramları  idarəedici, 

diaqnostik,  nümayiş,  generasiya,  əməliyyat,  nəzarətedici,  modelləşdirici  və  s.  növlərə  bölmək  olar. 

İdarəedici  və  diaqnostik  proqramları  dərsdə,  həmçinin  fərdi  və  qrup  halında  təlim  prosesində  tətbiq 

etmək olar. Bu proqramlar vasitəsi ilə şagirdlərə müxtəlif suallar vermək olar. Onların cavabları təhlil 

edilə bilər, cavablardakı səhvləri düzəltmək mümkündür. Burada nəzarət və özünü nəzarət, əks əlaqə, 

müəllimlə şagird arasında sistematik və məhsuldar əlaqələr yaradılır. Burada qeyd edək ki, dərs şablon 

üzrə aparıla bilməz. Bu xüsusi ilə kompyuterdən istifadə etdikdə nəzərə çarpır. Kompyuterdə məsələ 

müəyyən  alqoritmlə  həll  olunur.  Pedaqoji  situasiyalarda  optimal  qərarın  qəbul  edilməsi  sahəsində 

icarçı  aciz  qalır,  yəni  icraçı  texniki  təminat  qarşısında  heç  bir  qərar  qəbul  edə  bilmir.  Ona  görə 

öyrədici proqramlar sistemli, kompleks problemləri özündə əks etdirməlidir.  

Həndəsi materialların öyrədilməsində alqoritmləşdirimədən istifadə edilməsi daha səmərəli nəticə 

verir.  İbtidai  siniflərdə  “düz  xətt”,  “şüa”,  “parça”,  “sınıq  xətt”,  “üç  bucaq”  “sınıq  xəttin  uzunluğu”, 

“çoxbucaqlılar”,  “sahə  və  onun  ölçüsü”,  “çevrə  və  dairə”,  “dairənin  hissələrə  bölünməsi”  və  başqa 

anlayışlar keçilir. Bunlar isə alqoritmləşdirmədə lazım olan simvolların əsaslarıdır. Müəllim dərsliklər-

dəki  üçbucaqlara  baxaraq  məsəslələr  tərtib  edir.  Üçbucaqlar  və  düzbucaqların  yığımından  rənginə, 

ölçüsünə,  formasına  görə  onların  seçilməsi  üzərində  dayanır.  Şagirdlərlə  sual-cavabı  təşkil  edir. 

Müəllim  kompyuterdə  hazır  proqram  vasitəsi  ilə  ekrana  müxtəlif  rəngdə  və  ölçüdə  üçbucaqları, 

düzbucaqları  göstərir,  uşaqlarda  böyük  maraq  yaranır  və  hamı  onların  necə  alınması  haqqında 

fikirləşir,  onların  necə  alındığı  ilə  maraqlanır.  16  rənglə  ekranda  görünən  bu  fiqurlara  uşaqlar 

heyranedici  nəzərlə  baxırlar.  Müəllim  izah  edir  ki, bu  fiqurların alınması  arıcıllığı  var.  Ona  proqram 

deyilir. Ekranda görünən fiqurlara görə məsələlərin düzəldilməsi şagirdlərə həvalə edilir. 

M- şəkillərə görə necə bərabərlik düzəltmək olar? 

M- ekranda neçə fiqur vardır? 

Şagirdlərə cavab verir və müəllim onlara yazı taxtasında yazır, ölçülərə, rənglərə görə ayırmağı 

soruşur.  Sonra  ekranda  müxtəlif  rənglərdə  xətləri  çəkən  proqram  icra  edir,  xətlərin  sayına  görə 

məsəslələlər qurulur və həll edilir. Sonra sınıq xətlərin çəkilməsi nümayiş etdirilir. Müxtəlif çoxbucaq-

lıları alır, onların tərəflərini müxtəlif rənglə rəngləyir. Üçbucaqların tərəflərə görə növlərə ayrılmasını 

tələb edir. Şagirdlər izah edir ki, üçbucağın üç tərəfi, üç bucağı, üç təpəsi vardır. Şagirdləri düşündür-

mək üçün əlimizin bədənimizə qoyuluşu forması ilə üçbucağın necə alınmasına aid sual veririk və ca-

vabları təhlil edirik. 

Öyrədici  proqramlara  verilən  tələblər  əsasında  müəyyən  edilməlidir.  Burada  ideyallıq,  elmilik, 

uyğunluq,  sistematiklik,  politexnikliyi,  tərbiyə  və  inkişaflıq,  əyanlik,  nəzəriyyə  ilə  praktikanın 

əlaqəliliyi, politexnikliyi, şüurluluq və fəallıq, varislik, fərdilik və başqa prinsiplərə əməl olunmalıdır. 

Bu  gün  çoxu  hesab  edir  ki,  məktəblərdə  kompyuter  yoxdur,  bu  tələbləri  necə  yerinə  yetirmək  olar. 

Alqoritmləşmədə heç bir kompyuterə ehtiyac yoxdur. Lakin öyrədici proqramların istifadəsi üçün biz 

gözləmə  mövqeyində  dayana  bilmərik.  Burada  dünya  üzrə  elmi-texniki  tərəqqinin  sürəti  nəzərə 

alınmalıdır.  Bu  sürət  istər-istəməz  ölkələrər  təsir  edir  və  respublikamız  da  o  cümlədən  bu  texniki 

tərəqqidən uzaqlaşa bilməz, ancaq yaxınlaşa bilər. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1543



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

İBTİDAİ SİNİFLƏRDƏ RİYAZİYYAT TƏLİMİNİN TƏŞKİLİ 

 

Leyla PİRMƏMMƏDOVA 

Qafqaz Universiteti 



pirmammadova@gmail.com 

AZƏRBAYCAN 

 

Riyazi təhsil ümumi təhsilin mühüm hissəsidir.Buna görə də şagirdlərin riyazi təhsilinin, hazırlı-



ğının  gücləndirilməsi  ümumtəhsil  məktəblərinin  qarşısında  duran  əsas  vəzifədir.Riyaziyyat  fənninin 

qarşısında çox böyük vəzifələr durur.Ən əsas vəzifəsi ibtidai sinif şagirdlərini vacib olan bilik,bacarıq 

və  vərdişlərə yiyələndirmək,təlimin sonrakı mərhələlərində təhsili davam etdirmək imkanı yaratmaq-

dır.  Ibtidai  siniflərin  riyaziyyat  kursu  məktəb  riyaziyyat  kursunun  bir  hissəsidir.5-11ci  siniflərin 

riyaziyyat  kursu  şagirdlərin  ibtidai  məktəbdə  qazandıqları  biliklərin  üzərində  qurulur..Şagirdlərin 

hərtərəfli  inkişafı  üçün  riyaziyyat  təlimindən  maksimum  dərəcədə  istifadə  olunmalıdır.Riyaziyyat 

təlimi  şagirdlərin  məntiqi  təfəkkürünü,diqqətini,yaddaşını  və  müşahidəçiliyini  inkişaf  etdirir.İbtidai 

siniflərin riyaziyyat təlimində şagirdlərin bacarıqlarının inkişaf etdirilməsi,biliklərin praktikada tətbiq 

edilməsi və bacarıqların formalaşdırılması prinsipləri əsas yer tutmalıdır. 

Riyaziyyat təliminin məqsədi onun məzmununu müəyyən edir.Bu təlimin məzmunu ümumtəhsil 

əhəmiyyətli  olmalı  və  mütərəqqi  dünyagörüşü  formalaşdırmalıdır.Riyaziyyat  təliminin  əsas  təşkilat 

forması  dərsdir.Təlimin  müvəffəqiyyəti  dərslərin  keyfiyyətindən  asılıdır.Dərs  icmalında  dərsin 

mövzusu,məqsədi,dərsin  quruluşu,dərsin  hər  bir  mərhələsinin  vəzifəsi  və  təlim  vasitələri  öz  əksini 

tapmalıdır.Müəllim  qarşıda  duran  məqsədə  uyğun  olaraq  dərsi  əsaslı  şəkildə  düşünməli  və 

planlaşdırmalıdır.Dərsin  xarakterik  xüsusiyyətləri  dedikdə  dərsin  məqsədi,məzmunu,vasitə  və 

metodları  başa  düşülür.Dərsə  hazırlaşdıqda  birinci  məsələ  məqsədin  müəyyən  olunmasıdır.Dərsin 

məqsədi  müəyyən  olunandan  sonra  müəllim  dərsdə  işin  məzmununu  təyin  edir.Dərsdə  şagird  təkcə 

riyazi  biliklərə  yiyələnmir,həm  də  məktəblinin  şəxsiyyətinin  inkişafı  məqsədləri  həyata  keçirilir.Hər 

bir  dərsdə  bir  yox,bir  neçə  məqsəd  həyata  keçirilə  bilər,ancaq  bunlardan  biri  əsas  olmalıdır.Dərsin 

məzmunu onun məqsədinə uyğun olmalıdır. 

Ümumtəhsil  məktəblərində  riyaziyyatın  tədrisi  vasitəsilə  ibtidai  təhsil  səviyyəsində  şagirdlərin 

hesab  əməllərini  yerinə  yetirmələri,yazılı  və  şifahi  hesablama  alqoritmlərinə  yiyələnmələri,ədədi 

ifadələri  hesablamağı,mətnli  məsələləri  həll  etmələri,ilkin  ölçmə  vərdişlərinə,fəza  və  həndəsi 

təsəvvürlərə malik olmaları,onlarda riyazi bilikləri gündəlik həyatda tətbiq etmək vərdişləri formalaşır. 

Riyaziyyat  dərsində  şagirdlərin  fəal  təlimini  təmin  edən  təlim  üsulları  tətbiq  olunmalıdır.Fəal 

təlim  zamanı  müəllim  şüurlu  surətdə  idraki  problem  situasiyası  yaratmalıdır  və  problemin  həlli 

prosesində  şagirdlərin  fəal  tədqiqatçı  mövqeyi  stimullaşdırılmalıdır.Təlim  prosesində  şagirdlər  üçün 

yeni  və  zəruri  olan  biliklərin  müstəqil  kəşfi,əldə  edilməsi  və  mənimsənilməsi  üçün  şərait 

yaradılmalıdır.Təlim  prosesi  şagirdin  tədqiqatçı  mövqeyinə,onun  idrak  maraqlarına  əsaslananda 

səmərəli olur.Bu mövqeyi yaratmaq üçün mərkəzi təlim prosesi tədqiqat olmalıdır. 

Əsas didaktik məqsədinə görə riyaziyyat dərslərinin aşağıdakı növləri vardır: 

1.yeni materialla tanışlıq dərsi; 

2.biliklərin möhkəmləndirilməsi dərsi

3.bilik,bacarıqların və vərdişlərin yoxlanılması və qiymətləndirilməsi dərsi; 

4.öyrənilən materialın sistemləşdirilməsi və ümumiləşdirilməsi dərsi. 

Dərsin  gedişi  boyu  müəllim  şagirdlərin  dərsdəki  fəaliyyətini  izləyir,onları  öyrənməyə 

həvəsləndirir və onlarda öz fəaliyyətini dəyərləndirməyə tələbat hissi formalaşdırır. 

Bildiyimiz  kimi  müəllimin  fəaliyyətinin  əsasını  yalnız  şagirdlərə  nəzəri  biliklərin  verilməsi 

deyil,həm də şagirdlərin müstəqil işlərinin təşkili və idarə edilməsi üçün təlim vasiələrindən istifadəsi 

təşkil  edir.Burada  təlimin  texniki  vasitələri  mühüm  rol  oynayır.Bunu  da  qeyd  etmək  lazımdır 

ki,təlimin  məqsədləri,vasitələri  və  metodları  öz  aralarında  qarşılıqlı  şəkildə  əlaqəlidirlər.Müxtəlif 

ekran vasitələrinin yaranması bir sıra təlim metodlarının fəallaşmasına müsbət təsir göstərir. 

Dərslik  ənənəvi  və  ən  vacib  təlim  vasitəsi  hesab  olunur.Belə  ki  dərsliklər  riyaziyyat  kursunun 

məzmununu  aydın  şəkildə  açır,şagirdlərin  yiyələnəcəyi  bilik,bacarıq  və  vərdişlərin  səviyyəsini  əks 

etdirir.Dərsliklər  nəinki  şagirdləri  öyrədir,həm  də  onları  tərbiyə  edərək  inkişaf  etdirir.Dərsliyin 

məzmunu proqram vasitəsilə müəyyən edilir.Riyaziyyat dərslikləri elə tərtib olunmalıdır ki,şagirdlərdə 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1544



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

fikir aydınlığı,nitqin dəqiqliyinin əsaslandırılması və s. kimi keyfiyyətlərin qazanılması üçün imkanlar 

açsın. 

Təlim  vasitələrinin  müasir  sistemi  haqqında  daha  aydın  təsəvvürlər  əldə  etmək  üçün  əyani 



vəsaitlər haqqında bilmək lazımdır.Əyaniliyin ən geniş yayılmış növləri müəllimin çertyoju və tədris 

cədvəlləridir.Onların  nümayişini  təkcə  müəllimin  izahı  ilə  deyil,həm  də  müstəqil  işlərin  təşkili  ilə 

əlaqələndirmək lazımdır. 

Son  illərdə  riyaziyyat  təlimində  ekran  vasitələrinin  rolu  artmışdır.Kinoprojektor,diaprojektor  və 

epirojektorun  tətbiqi  təlimdə  əsas  yer  tutur.Diafilmlər  və  diapozitivlər  də  təlimin  səmərəli 

vasitələrindən 

hesab 

olunur.Diafilmlər 



dərsdə 

məktəblilərin 

idrak 

fəaliyyətini 



aktivləşdirir.Diafilmlərdən  istifadəmüəllimə  tədris  işini  rəngarəng  etməyə,təlim  metodlarını  seçməyə 

imkan verir.Diapozitivlərin məsələ həllində tətbiqi daha əhəmiyyətlidir. 

Riyaziyyat fənninin tədrisində əyanilik olduqca vacibdir. Əyanilik şagirdlərə verilən məlumatları 

qavramağı  asanlaşdırır.Əyani  vəsaitlər  fəza  təsəvvürlərini  genişləndirir,şagirdlərin  müəyyən  praktik 

vərdişlərinin inkişafına kömək edir. 

Cəmiyyətimizə  riyazi  biliyə  malik  mütəxəssislərə  ehtiyac  vardır.Buna  görə  də  məktəblilərdə 

riyaziyyatı  öyrənməyə  maraq  hissi  tərbiyə  etmək  lazımdır.Riyaziyyat  dərslərində  şagirdlərdə  maraq 

hissini  gücləndirmək  üçün,riyaziyyata  maraq  hissi  tərbiyə  etmək  üçün  əlavə  məşğələlərə  böyük 

ehtiyac  vardır.Riyaziyyatdan  əlavə  məşğələlər  sinifdənkənar  və  məktəbdənkənar  məşğələlərə 

bölünür.Sinifdənkənar  məşğələlər  dərsdən  kənar  vaxtlarda  müəllimin  rəhbərliyi  ilə  təşkil  olunur.Bu 

məşğələlərin təşkil olunmasında məqsəd geridə qalan şagirdlərin məktəb riyaziyyat kursu üzrə bilik və 

bacarıqlarındakı problemləri vaxtında ləğv etməkdir.Əlavə məşğələlərdə hər bir şagirdə fərdi tapşırıq 

verilməlidir.Əgər şagird çətinlik çəkərsə,ona köməklik göstərilməlidir.Məşğələlər həftədə bir dəfədən 

çox  olmamalıdır.Əsas  məsələ  odur  ki,şagirdin  konkret  riyazi  bölməni  öyrənərkən  geri  qalmasının 

səbəbləri  təhlil  olunmalıdır.Riyaziyyatı  öyrənməyə  böyük  marağı  olan  şagirdlər  üçün  sinifdənkənar 

məşğələlərin müxtəlif formaları vardır:riyaziyyat dərnəyi, riyazi müsabiqə,olimpiadalar və s. 

Müxtəlif  növ  ekskursiyalar,gəzintilər  və  s.  zamanı  aparılan  riyaziyyat  məşğələləri 

məktəbdənkənar məşğələlərə aid edilir. 

Müəllim  fəaliyyətinin  mühüm  hissəsi  biliklərin  hesaba  alınması  və  onlara  nəzarətin  həyata 

keçirilməsinin təşkilidir.müəllimin tələbləri müvəffəqiyyətlə yerinə yetirməsi üçün aşağıdakılara əməl 

etməsi zəruridir: 

1.müəllim dərsin materialını yüksək səviyyədə bilməlidir; 

2.müəllim tədris zamanı sərbəst olmalıdır; 

3.müəllim sinif şagirdlərinin hər birinin fərdi xüsusiyyətlərinə bələd olmalıdır,onların hər birinin 

qarşılaşacağı çətinliyi əvvəlcədən bilməlidir. 

İbtidai  siniflərdə  riyaziyyat  təlimində  əldə  olunmuş  bilik,bacarıq  və  vərdişlərin  dəyişdirilmiş 

şəraitdə tətbiqi ilə müntəzəm təkrarın aparılması böyük əhəmiyyətə malikdir. 

 

 



I – IV SİNİFLƏRDƏ HƏNDƏSƏ DƏRSLƏRİNİN XÜSUSİYYƏTLƏRİ 

 

Vüsalə ABBASOVA 

Bakı Slavyan Universiteti 



vuska469@mail.ru

 

AZƏRBAYCAN 

 

Elmin  ən  son  texnologiyalarına  əsaslanan  müasir  təlim  prosesi  interaktiv  təlim  metodlarının 



köməyi  ilə  şagirdin  tədris  fəaliyyətinin  gücləndirilməsinə,  müstəqil  düşüncə  tərzinin  formalaşmasına 

xidmət  edir.  İbtidai  siniflərdə  həndəsənin  hazırlıq  kursunun  əsas  məqsədi  şagirdlərdə  ölçmə,  qurma, 

hesablama  və  s.  kimi  praktik  bacarıq  və  vərdişləri  yaratmaq,  həmçinin  ilkin  həndəsi  anlayışların 

şagirdlər tərəfindən dərk edilməsini təmin etməkdən ibarətdir.  

Həndəsənin  məzmunu  konsentrik  və  spiralvari  strukturda  qurulmuşdur.  Konsentrik  strukturun 

köməyilə  eyni  bir  material  bir  neçə  dəfə  təkrar  olunur,  materialın  məzmunu  yavaş  –  yavaş 

genişləndirilir,  yeni  məlumatlar,  əlaqələr  və  asılılıqlarla  zənginləşdirilir.  Tədrisin  ilk  mərhələlərində 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1545



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

elementar  təsəvvürlər  verilir,  biliklər  və  idraki  imkanlar  artdıqca,  onlar  dərinləşdirilir.  Spiralvari 

strukturda isə başlanğıc problem diqqətdən kənarda qalmır, onunla bağlı olan biliklərin dairəsi yavaş – 

yavaş  genişləndirilir.  Yəni  həndəsə  materialının  məzmununda  varislik  gözlənilir.  İbtidai  sinfin  ilk 

pilləsində  şagird  əvvəlcə  müstəvi  fiqurlarının  xarici  görünüşü  ilə  tanış  edilir,  sonrakı  pillələrdə 

fiqurların  xassələrini  öyrənir,  sonra  öyrənmiş  olduğu  həndəsi  bilikləri  sistemləşdirir.  Məsələn,  I 

sinifdən  başlayaraq  şagirdlərin  üçbucaq,  dördbucaqlı  və  digər  müstəvi  fiqurlarla  tanış  edilməsi  – 

anlayışın xassələrinin aşkar edilməsi, nəhayət həndəsi fiqurun həndəsi kəmiyyət kimi yeni keyfiyyətdə 

çıxış  etməsi  –  həndəsi  biliklərin  müəyyən  sistemlə  verilməsinə  konkret  misaldır.  Bunu  aşağıdakı 

mərhələlər üzrə şərh edək. 

I sinifdə şagirdlərin fiqurlarla tanışlığı 

II sinifdə fiqurun bəzi xassələrinin aşkar edilməsi, fiqurun bərabər hissələrə ayrılması, hissələrdən 

yeni fiqurun düzəldilməsi. 

III  sinifdə  eyni tərkibli  və eyni  böyüklükdə  fiqurlarla  praktik  iş.  Bu,  sahənin  bir  kəmiyyət  kimi 

öyrənilməsinə hazırlıq rolunu oynayır. 

IV  sinifdə  digər  kəmiyyətlər  kimi  sahənin  ölçülməsi  və  bunun  üçün  ölçü  vahidinin  olması 

zərurəti.  Kvadrat  vahid  haqqında  məlumatı  müqayisəli  şəkildə  vermək:  uzunluq  ölçü  vahidi  və  sahə 

ölçü vahidi arasında müəyyən analogiya yaratmaq. 

Bununla  da  həndəsə  dərslərində  qazanılmış  biliklər,  müvafiq  bacarıq  və  vərdişlər  yuxarı 

siniflərdə sistematik kursu öyrənmək üçün bünövrə rolunu oynayır. Çünki hər bir yeni anlayış ehtiyat 

bilik  və  təsəvvürlər  əsasında  formalaşır.  Ona  görə  də  təlim  prosesini elə  qurmaq  lazımdır  ki,  əqli  və 

praktik fəaliyyətlər bir – birini tamamlamış olsun, yaxud şagirdin fəal yaradıcı fəaliyyəti zamanı əldə 

edilmiş son nəticələr üzə çıxarılsın.  

Ənənəvi təlimə əsasən, hər hansı anlayışın verilməsi müəllimin fəallığı ilə başlayıb, onun məsələ-

lər həlli vasitəsilə möhkəmləndirilməsi ilə bitirdi. Müasir təlimdə iki cəhətə xüsusi diqqət yetirilir:  

a)

 



Problemin şagirdlərə təqdim edilməsi tərzi; 

b)

 



Şagirdlərin müəyyən məqsədlə qruplara ayrılması (dərsin formasında dəyişiklik edilməsi). 

Yeni  yanaşmada  şagirdə  verilən  məsələni  problemli  qoymaq  lazımdır.  Əvvəlcə  müəllimin 

nəzərdə tutduğu anlayışa aid ətraf aləmdəki əşyalar müşahidə edilməli, sonra istiqamətləndirici suallar 

vasitəsilə  şagirdlərin  müşahidə  obyekti  konkretləşdirilməlidir.  Müşahidə  və  müqayisə  davam 

etdirilməli,  anlayışa  aid  əlamət  və  xüsusiyyətlər  şagirdlər  tərəfindən  tədricən  aşkar  edilməli  və 

müəllimin  köməyi  ilə  konkret  nəticə  çıxarılmalıdır.  Bununla  da  müəllim  artıq  sinifdə  bir  idarəedici 

kimi  yox,  fasilitator  (istiqamətləndirici)  kimi  çıxış  edir,  yəni  biliklər  hazır  şəkildə  şagirdə  verilmir, 

şagirdin  axtarıcılıq  fəaliyyəti  əsasında  qazanılır.  İndi  isə  hənsədə  materialına  aid  dərslərin  əsas 

xüsusiyyətlərini nəzərdən keçirək.  

Öyrədilən materialın məzmunundan və xarakterindən asılı olaraq, dərsin əyani vasitələrlə təchiz 

edilməsi  ön  plana  çəkilir.  Bu  məqsədlə,  müəllim  həndəsi  anlayışların  öyrədilməsinə,  fiqurların 

qurulmasına  aid  zəruri  olan  ölçmə,  qurma  alətlərini,  müxtəlif  fiqurların  şəkillərini,  modellərini  sinif 

otağına gətirməlidir. Bunlardan əlavə kəsmə, ölçmə, yapışdırmaya aid vasitələr şagirdlərdə olmalıdır. 

Müəllim həndəsi məzmunlu praktik işin təşkili və aparılması metodikasını bilməlidir. Belə ki, praktik 

işin mövzusu, məqsədi, iş üçün lazım olan vasitələr, işin icra ardıcıllığı və nəhayət işin yekunlaşdırıl-

ması və qiymətləndirməsi kimi mərhələlər öz əksini tapmalıdır.  

Həndəsi məzmunlu praktik işləri keçirildiyi məkana görə iki növə bölmək olar: 

1.

 



Sinif şəraitində (sinif otağında partanın və ya stolun üstündə) aparılan praktik işlər

2.

 



Sinifdən xaricdə - məktəbin həyətində və ya Yer üzərində icra edilən praktik işlər. 

II  növ  praktik  işlər  III  –  IV  siniflərdə  icra  edilir.  Bu  növ  işlərin  üstünlüyü  şagirdlərin  təbii 

prosesdə həndəsi biliklərdən istifadə edərək bacarıq və vərdişləri qazanmasındadır. Başqa sözlə desək, 

bu növ praktik işlər zamanı qazanılan həndəsi biliklər həyatilik kəsb edir.  

Həndəsə  dərslərinin  xüsusiyyətlərindən  biri  də  həndəsə  təlimində  diferensasiyalı  yanaşmanı 

təmin  etməkdir.  Bu  zaman  praktika  şagirdin  fərdi  xüsusiyyətini,  qabiliyyətini  aşkarlayan  bir  proses 

rolunu  oynayır.  Müəllim  sinfə  diferensasiyalı  yanaşmanı  tətbiq  edir.  Yəni  sinfin  ümumi  səviyyəsi 

nəzərə  alınır,  müvafiq  “şagird  payları”  hazırlanır,  dərslikdən  və  əlavə  mənbələrdən  diferensasiya 

xarakterli  çalışmalar  seçilir,  təyinatına  görə  sinif  üzrə  paylanılır.  Zəif  şagirdlərə  asan  tapşırıqlar, 

yetirən  şagirdlərə  isə  çətin  tapşırıqlar  verilir.  Bununla  da  tək  zəif  şagirdlər  güclülər  səviyyəsinə 

çatdırılmır,  həm  də  güclü  şagirdlər  inkişaf  etdirilir.  Ola  bilər  ki,  sinfə  nisbətən  mürəkkəb  tapşırıq 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1546



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

verilir onun izahlı həlli güclü şagirdlərdən tələb olunur. Bütün sinif eyni bir tapşırığı icra edir. İcranın 

nəticəsi  hər  şagirdin  fərdi  fəaliyyətində  özünü  göstərir.  Həndəsə  dərslərinin  əsas  xüsusiyyətlərindən 

biri  də  bu  dərslərdə  inteqrasiyadan  geniş  istifadə  edilməsidir.  Yəni  həndəsə  dərslərində  tək  həndəsi 

biliklər  deyil,  həmçinin  hesab,  cəbr  materialları  da  əlaqəli  şəkildə  şagirdlərə  öyrədilir.  Əgər  şagird 

saymanı,  hesablamanı  bacarmırsa,  onun  həndəsi  fiqurları  öyrənməsi  yersiz  hesab  olunar.  Həndəsə 

dərslərində  müəllim  adətən  həll  etdiyi  çalışmalara  uyğun  misal  və  məsələləri  müstəqil  iş  kimi 

şagirdlərə təqdim edir. Sinifdə həll olunmuş çalışmalara oxşar məsələ və misalların şagird tərəfindən 

asanlıqla həll edilməsi kiçikyaşlı məktəblidə özünə inam hissi yaradır, o, bunu ilk müstəqil əməyi kimi 

qiymətləndirir və bu onun sevincinə səbəb olur. Əslində isə bu cür oxşar çalışmaları verməklə müəllim 

şagirdləri  formalizmə,  yəni  əzbərçiliyə  çəkmiş  olur.  Lakin  müstəqil  iş  kimi  seçilən  çalışmalar 

araşdırıcı və düşündürücü olmalıdır.  

Bütün  yuxarıda  deyilənləri  ümumiləşdirsək  onu  qeyd  edə  bilərik  ki,  şagirdə  verilən  həndəsi 

biliklər tədris fəaliyyətində tətbiqini tapırsa, deməli həmin bilikləri əsaslı hesab etmək olar. 

 

 

TÜRKİYƏ CÜMHURİYYƏTİNDƏ ÖZƏL ÜMUMTƏHSİL 



MƏKTƏBLƏRİNİN İNKİŞAF TARİXİ 

 

Naim QULİYEV 

Qafqaz Universiteti 



naim.adau@mail.ru 

AZƏRBAYCAN 

 

Omanlı dövləti süquta uğradıqdan sonra türk torpağları işğal olundu.Türk milləti Müstafa Kamal 



Atatürkün  başçılığı  altında  bir  qurtuluş  savaşına  başladı.Bu  dövrlərdə  Türkiyədə  fəaliyyət  göstərən 

xarici özəl məktəblərin bu savaşa mənfi təsirləri olmuşdur.Anadolunun ən ucqar nöqtələrində belə olan 

bu  məktəblər  içində  ən  çox  çalışan  Merzifon  Amerikan  Kollecidir.Daxili  işlər  Naziri  A.Fethi  bəyin 

məclisdə  verdiyi  məlumatlara  görə  ,  aparılan  araşdırmalarda  bu  kollecin  bir  sıra  siyasi  klublar 

qurduğunu söylənmişdir.Bu kollecin Türk dili müəllimi Zeki bəy “Pontus” gizli təşkilatını hökümətə 

bildirdiyi üçün öz şagirdləri tərəfindən və kollecin Rum tələbələri tərəfindən öldürülmüşdür.Bu tipdə 

olan məktəblər haqqında yeni qurulacaq dövlətdə qabaqlayıcı tədbirlər alınmalı idi.  

Milli  qurtuluşdan  qələbə  ilə  qayıdan  Türk  milləti  24  iyul  1993  –cu  ildə  Lozan  andlaşması  ilə 

bütün  dünyaya  qələbəsini  və  müstəqilliyini  elan  etdi.  21  noyabr  1922-ci  ildə  başlanılan  Lozan 

görüşmələrində  ən  çox  danışılan  mövzulardan  biridə  xarici  və  azlıqların  məktəbləri  ilə  bağlı  idi.Bu 

mövzuda  əvvəllərdə  edilmiş  səhvlərin  təkrarlanmaması  üçün  bəzi  işlər  görülmüşdür.Bu  antlaşmada 

xarici  və  azlıqların  təhsil  haqları  ilə  bağlı  maddələr  “Azlıqların  Qorunması”  adı  altında  bir  araya 

gətirilmişdir.Bununlada dövlət bu məktəbləri öz nəzarəti altına almış oldu. 

Mustafa  Kamal  Atatürk  müstəqilliyin  qorunması  və  dövlətin  gələcəyi  üçün təhsilə  böyük  önəm 

vermişdir.Müstafa  Kamal  Atatürkün  sözlərinə  görə  gənclər  Cümmüriyyəti  qoruyub  və  onu  inkişaf 

etdirə biləcək bir şəkildə yetişdirilməli-dirlər. 

3  mart  1924-cü  ildə  Tövhidi-Tədrisad  qanunu  çıxarıldı.Bu  qanunla  özəl  məktəblərdə  daxil 

olmaqla  bütün  məktəblər  maarif  vəkalətina  tabe  oldular.Bundan  sonra  Türk  tarxini  təhqir  edən  və 

xarici dövlət propaqandaları olan fəaliyyətlər qadağan olundu.Türk dili, tarih və coğrafiay dərslərinin 

türk müəllimlər tərəfindən aparilması qərarı alındı. 

Təhsil işində özəl məktəblərin də dəstəyini almaq istəyən dövlət hökümət və özəl sektorun ortaq 

səyləri  nəticəsində  31  yanvar  1928  –  ci  ildə Türk Təhsil  Dərnəyi  (Türkiyə  Eğitim  Derneyi)  quruldu. 

Cümmuriyyətin ilk illərində xarici məktəblərin bir qrupu bağlanmışdı.Bir qrupu isə dövlətin nəzarəti 

altında idi.Türkiyədə xarici dildə təhsil verən müasir məktəblər yox idi. Bu məqsədlə Türkiyə Təhsil 

Dərnəyi (Türkiyə Eğitim Derneyi ) sagirdlər üçün müasir xarici məktəblər açamğa başladı.Bu məqsəd-

lə 1931 – ci ilin may ayında Ankara Yenişehirde məktəb açmışdır (anaokul) açmışdır.Dərnəyin Bursa 

Qız Liseyi isə 1931 ildə açılmışdır.Mart 2003 ilində bu dərnəyin 16 məktəbi fəalliyyət göstərirdi. 

Türkiyədə 1961 konstitusiyanın qüvvəyə minməsi ilə özəl məktəblərdə inkişaf başladı. Özəl Ali 

məktəblərin  sayı  1969-da  44-ə  yüksəlmişdir.  1960-  lara  qədər  dövlət  idarəsində  məhdud  bir  şekilde 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin