Conference committees conference chairs c


H.ZƏRDABİ HUMANİZM TƏRBİYƏSİ HAQQINDA



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə152/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   148   149   150   151   152   153   154   155   ...   189

H.ZƏRDABİ HUMANİZM TƏRBİYƏSİ HAQQINDA 

 

Rəna QURBANOVA 

Təhsil Problemləri İnstitutu 



rena_qurbanova@bk.ru 

AZƏRBAYCAN 



 

H.Zərdabinin maarifçilik görüşlərində diqqəti cəlb edən ümdə məsələlərdən biri də insanpərvərlik 

və azadlıqsevərlikdir. o, bu iki amili bir-biri ilə ciddi sürətdə əlaqələndirir. Belə qənaətə gəlir ki, hər 

bir  cəmiyyət  üzvü,  hər  bir  fərd  ictimai  toplumu  təşkil  edən  başqa  şəxslərə  kim  olmasından  asılı 

olmayaraq  hörmət  göstərmirsə,  ona  azad  bir  fərd  kimi  baxmırsa,  humanist  ola  bilməz.  Fərdin 

insanpərvərliyi onun öz həmcinslərinə, onların azad və müstəqil yaşayışına ehtiramdan başlayır. Başqa 

sözlə, hər bir insan cəmiyyətin varlısından və kasıbından, vəzifəlisindən və vəzifəsizindən, qadınından 

və  kişisindən,  ixtiyarlısından  və  ixtiyarsızından  asılı  olmayaraq  hər  kəsə  bərabərhüquqlu  cəmiyyət 

üzvü kimi baxmalıdır. Bu mənada millət xadimi Avropa xalqları ilə müsəlman şərqini müqayisə edir. 

Belə bir nəticəyə gəlir ki, Avropanın yüksək tərəqqi və mədəniyyət əldə etməsinin ilk səbəbi elm və 

maarifdirsə,  ikinci  mühüm  səbəbi  azadlıq  və  insan  ləyaqətinə  hörmətdir:  “Neçə  dəfə  Avropa 

tayfalarının, yəni Məğrib-zəminin bizim tayfalardan, yəni Məşriq əhlindən artıcaq tərəqqi etməyindən 

və  onun  səbəblərindən  danışmışıq.  Əlbəttə,  bu  səbəblərin  ümdəsi  onlar  bizdən  artıqraq  elm  təhsil 

etməkdir və ondan masəva bunun bir səbəbi də azadlıqdır. 

Nə qədər Avropa  əhli bizim təki azadlıqdan bixəbər olub ol vaxtacan bizdən bədtər avam olub. 

Amma bu halda azadlıq cəhətindən Avropa əhli çox tərəqqi edib və hər bir işdə bizdən irəli düşüb”.  

Həsən  bəy  şərqdə  islam  qaydaları  və  müsəlmanların  bu  qaydalardan  lazımınca  faydalana 

bilməyib bir-birinə qul, kölə nəzərilə baxmalarını qəflətin, şəriətdən bixəbərliyin nəticəsi sayır. İslam 

cəmiyyətindəki  ictimai  münasibətləri,  bu  münasibətlərin  istismara,  həqarətə,  qeyri-insanı  münasibətə 

söykənən fəsadlarını bir sosioloq nöqteyi-nəzərindən şərh edərək belə bir nəticəyə gəlir: “Əgərçi bizim 

şəriətimizə  görə  qul  azad  etmək  çox  böyük  savabdır,  amma  biz  bu  barədə  həm  işi  gec  qanmışıq. 

Satınalma  qulu  azad  etməyi  savab  hesab  edə-edə,  biz  öz  xahişimiz  ilə  bir-birimizə  qul  olmuşuq. 

Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustada və qeyrə məgər qul deyil? 

Bəli,  biz  hamımız  quluq  və  buna  səbəb  bizim  ata-baba  adətləridir.  Xülasə,  Məşriq-zəmində 

azadlıq olmadığına biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa, biz tərəqqi etməyəcəyik 

və edə bilmərik”.  

Mütəfəkkir  qələm  sahibi  izah  edir  ki,  islam  mühitində  insanlararası  münasibət  və  əlaqələr  o 

həddə  zədəli,  anormal  və  qeyri-insanidir  ki,  bu  məziyyət  hətta  ailədaxili  münasibətlərə,  həmçinin 

valideyn-övlad  münasibətlərinə  də  sirayət  etmişdir.  Oğul  atanın,  uşaq  valideynin  quluna  çevrilib. 

Səhv,  ya  düz  olsun  övlad  valideynin  dediklərini,  istədiklərini  danışıqsız  yerinə  yetirməlidir.  Uşağın 

heç bir azadlığı, iradəsi yoxdur. Biz övladlarımızı müstəqil fikir və iradəsi olan cəmiyyət üzvü kimi 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1533



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

deyil,  itaətkar  məxluqlar,  fikir  və  düşüncə  sərbəstliyindən  məhrum  müqəvvalar  kimi  böyüdürük.  Bu 

isə nəticədə uşaqların böyüdükcə bütün qabiliyyət və  insani hisslərdən uzaqlaşmasına gətirib çıxarır: 

“Xülasə,  nə  qədər  qabiliyyətli  uşaq  olsa,  bizim  adətlər  ilə  olunan  təlimdən  insan  ola  bilməz.  Biz 

övladın yağısı olub, onun axırına çıxıb, insaniyyətlikdən uzaq edirik”.  

Şərq  təlim  və  tərbiyə  sisteminin  bəlalarını  açıb  göstərən  sosioloq  ziyalı  qeyd  edir  ki,  fərd  nə 

hökumət qanunları, nə sərvət, dövlət və vəzifə ilə, nə də başqa şeylərlə üstün ola bilməz. Onun üstün-

lüyünü  və  ləyaqətini  təsdiq  və  sübut  edən  yalnız  onun  insanpərvərliyi,  öz  həmcinslərini  sevməyidir: 

“Qardaşlar,  hökumət,  ya  dövlət  və  qeyrə  ilə  adam  insan  olmaz,  hər  kəs  öz  vücudunun  qədrini  bilib 

insaniyyət ixtiyar və borclarını əda etmək ilə insan olur. Belədə əvvəl gərək insan olub, sonra dövlət 

və qeyrə axtarmaq”.  

İnsanpərvər maarifçini düşündürən, narahat edən mühüm məsələlərdən biri mövcud ictimai-siyasi 

rejimdə  vətəndaşlara  bəslənilən  qeyri-insani,  qeyri-etik  rəftar  və  bunun  dövlət  səviyyəsində  himayə 

olunması  idi.  İnsanın  insan  tərəfindən  istismarını  qəbul  etməyən,  bunu  insanlığa,  mütərəqqi  bəşəri 

qanunlara  zidd  hesab  edən  Zərdabi  Rusiya  imperiyası  daxilində  aparılan  insanları  təqib  etmək  və 

əzmək siyasətini də tənqid atəşinə tutur. Çar məmur və siyasətçiləri tərəfindən ölkədə bir sıra adamla-

rın  azad  söz  danışmaq,  azad  fəaliyyət  göstərmək,  haqqı  və  hüququ  müdafiə  etmək,  insanpərvərlik 

göstərmək  istədiklərinə,  hürr  və  namuslu  yol  tutmaq  cəhdinə  görə  təqibə,  təzyiqə  məruz  qaldıqlarını 

ürək  ağrısı  ilə  açıb  göstərir.  Bunun  humanizmə,  ədalətə  zidd  hərəkət  olduğunu,  əslində  dövlət  və 

imperiya səviyyəsində sosial bəlaya çevrildiyini qeyd edir. “Kaspi” qəzetində (1906, №221) dərc olunan 

“Bürokratiya və etibarlılıq” məqaləsi bu mənada xüsusi maraq doğurur. Məqalədə müəllif monarxiya 

rejimində  bir  çox  vətəndaşların,  xüsusilə  qələm  əhlinin  və  ziyalıların  daim  rəsmi  səviyyədə  “siyasi 

gömrükxana  yoxlanışı”ndan  keçdiyindən,  onların  ictimai  fəaliyyətindən,  insanlarla  ünsiyyətindən 

tutmuş  ailə  münasibətlərinə  qədər  hər  bir  hərəkətinin  senzura  süzgəcindən  keçdiyini, hər  şeydə ləkə 

axtarıldığını söyləyir. İnsanpərvər bir ziyalı, sosioloq nəzəri ilə “siyasi cəhətdən şübhəli və etibarsız” 

vətəndaşları  hansı  təhlükənin  gözlədiyini  geniş  oxucu  kütləsinə  anlatmaq  məqsədi  güdür:  “Vay  o 

adamın halına ki, onun adı hökumət nöqteyi-nəzərindən ləkələnmiş olsun. O zaman ictimai xarakterli 

idarələrin, habelə dövlət idarələrinin qapıları həmişəlik olaraq onun üzünə bağlanır... “Siyasi cəhətdən 

etibarsız” elan edilmiş adam tam olmasa da, bir çox vətəndaşlıq hüquqlarından, ilk növbədə isə bir tikə 

çörək əldə etmək hüququndan məhrum olur. Adamı etibarsız adlandırmaq, onu maddi cəhətdən fövqə-

ladə dərəcədə çətin, bəzən isə çıxılmaz vəziyyətdə qoymaq, onu amansızcasına cəzalandırmaqdır”. (2, 

84) Bu cəzaya məruz qalmış adamın isə “günahı budur ki, o, nə vaxt isə öz fikrini söyləmək cürətinə 

malik olmuşdur”. Zərdabiyə görə belə bir ədalətsiz sosial mühitdə humanizmin lazımi səviyyədə bərqərar 

olması  mümkün  deyil.  Bunun  üçün  ədalətli,  insanın  hüquq  və  azadlıqlarına  hörmət  edilən  cəmiyyət 

yaradılmalıdır.  Əlbəttə,  belə  bir  cəmiyyətin  yaradılmasında  Həsən  bəy  inqilabı  yox,  maarifçilik, 

mədəni-mənəvi təkamül yolu ilə cəmiyyəti dəyişdirmək, humanistləşdirmək idealına tərəfdar çıxır. 

Görkəmli ideoloq-maarifçi müharibələri insana və insanlığa qarşı böyük fəlakət hesab edir. Bütün 

insanların  cəmiyyət  ierarxiyasında  tutduğu  yerindən  və  mövqeyindən  asılı  olmayaraq  sülh  uğrunda 

mübarizə  aparmalı  olduqlarını  nəzərə  çatdırır.  “Sülhün  xeyrinə  hərəkət”  adlı  məqaləsində  (“Kaspi”, 

1904,  №114)  müharibənin  mahiyyətini  oxuculara  bu  şəkildə  təqdim  edir:  “Müharibə  –  isitməli, 

dəhşətli  bir  yuxu,  mədəni-ictimai  quruluş,  həmçinin  əqli  fəaliyyət,  bilik,  etika,  hüquq  üzərində  acı 

şeytan istehzasıdır. Müharibə əfsanəvi əjdaha kimi ən yaxşı, gənc və həyati nə varsa, hamısını udub 

məhv edir. O, heç bir şeyə yaramayan qəhrəmanlar, hər hansı bir əməklə məşğul olmaq qabiliyyətini 

itirmiş şikəstlər yaradır”.  

Doğrudan  da,  Zərdabişünas  alim  İ.Rüstəmovun  dediyi  kimi:  “Zərdabi  belə  hesab  edirdi  ki, 

insanlar  bir-birini  qırmağın  əvəzinə  öz  xalqlarının  xoşbəxtliyi  qayğısına  qalmalı,  daim  məhsuldar 

əməklə və maariflə məşğul olmalıdırlar”.  

Onu  da  qeyd  etmək  yerinə  düşər  ki,  haqqında  danışdığımız  bu  ideya  və  əməl  münəvvərinin 

humanizmi milli və dini çərçivədə ilişib qalmır, daha böyük miqyas kəsb edib bəşəri səviyyəyə qalxır. 

Başqa sözlə, o, yalnız mənsub olduğu millətin övladlarını və dindaşlarını sevmir, ümumiyyətlə, bəşər 

övladına,  kütləvi  miqyasda  dinindən,  milliyyətindən,  irqindən,  cinsindən  asılı  olmayaraq  insan 

övladına ehtiramla yanaşır. Bütövlükdə insan və insanlığa məhəbbət bəsləyir. Bu mənada o, həm də 

beynəlmiləlçidir.  Onun  millət  sevgisi  beynəlmiləlçilik  hissi  ilə  qovuşur  və  bəşəriləşir.  Azərbaycan 

miqyasından başlayıb qlobal miqyasda başa çatır. H.Zərdabinin insanpərvərliyi və bəşəri sevgisi indiki 

və gələcək nəsillərdən ötrü bir nümunə məktəbidir. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1534



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

AZƏRBAYCANDA ORTA İXTİSAS PEDAQOJİ TƏHSİL 

MÜƏSSİSƏLƏRİNİN İNKİŞAFI (1930-1934-CÜ İLLƏR)

 

 

Vüsalə QURBANOVA 

Bakı Slavyan Universiteti 



rena_qurbanova@bk.ru 

AZƏRBAYCAN 

 

1930-1934-cü  illərdə  Azərbaycanda  icbari  ibtidai  təhsil  həyata  keçirildi.  Halbu  ki,  Azərbaycan 



Kommunist Partiyasının VIII qurultayında pulsuz ibtidai təhsilin həyata keçirilməsi üçün on il nəzərdə 

tutulmuşdu. İcbari təhsilə keçidlə əlaqədar olaraq 1932-1933-cü tədris ilində ibtidai məktəblərdə təhsil 

müddəti bir il azadıldı, 5 ildən 4 ilə endirildi. islahatı nəticəsində Azərbaycanda ümumi icbari ibtidai 

təhsilə keçid əsasən başa çatdırıldı. Elliklə icbari ibtidai təhsilə keçilməsi ciddi çətinliklərlə müşayiət 

olunurdu. Çətinliklərlərin əsas səbəblərindən biri məktəb binalarının çatışmazlığı, digəri isə pedaqoji 

kadrların sayının azlığı və metodiki hazırlığının zəif olması ilə bağlı idi.  

1930/1931-ci tədris ilində 1136, 1931/1932-ci illərdə 1217, 1932/1933-cü tədris ilində 1451 nəfər 

müəllim kadrları hazırlanması nəzərdə tutuldu. Azərbaycan K(b)P-nin VIII qurultayında ümumi icbari 

təhsilin həyata keçirilməsində müəllim kadrlarının hazırlanması sahəsində maarif orqanları qarşısında 

təxirəsalınmaz vəzifələr qoyuldu.Yeni pedaqoji texnikumlar təşkil etmək, həmin texnikumlara əsasən 

fəhlə,  muzdur  və  yoxsul  kəndli  uşaqlarını  qəbul  etməklə  müəllimlərin  sayını  yeni  qüvvələr  hesabına 

artırmaq  və  kənddəki  müəllim  kadrlarını  yenidən  hazırlamaq  məsələsi  ön  plana  çəkildi.  Qurultayda 

müəllimlərin  əməkhaqqının  yüksəldilməsi,  kənd  müəllimlərinə  müəyyən  güzəştlərin  və  üstünlüklərin 

verilməsinin qanuniləşdirilməsi məqsədəuyğun hesab edildi. Azərbaycan XMK-nın 29 dekabr 1930-cu 

il qərarı ilə Ağdam, Xankəndi, Salyan, Şamaxı, Göyçay, Qaryagin (indiki Füzuli) şəhərlərində olan iki 

dərəcəli məktəblər, Ordubad kəndli gənclər məktəbi pedaqoji məktəblərə çevrildi. 1931-1932-ci tədris 

ilində  Hadrud,  Astarxanbazar  (Cəlilabad),  Sabirabad  və  Laçın  pedaqoji  məktəbləri  təşkil  olundu. 

1928-1933-cü  illərdə  respublikanın  orta  ixtisas  təhsil  müəssisələrində  8182  nəfər  kadr  hazırlanmışdı 

ki, bunların da böyük əksəriyyəti pedaqoji məktəblərin məzunları idi. 1932-ci ildə Şamaxıda pedaqoji 

məktəb  təşkil  olundu.  Məktəb  görkəmli  Azərbaycan  şairi  M.Ə.Sabirin  adını  daşıyırdı.  1930-1931-ci 

tədris  ilində  pedaqoji  məktəblərin  müdavimlərini  vaxtından  əvvəl  buraxmaq  hesabına  müəllimlərə 

olan  tələbatın  52  %-ni  ödəmək  mümkün  oldu  .  1932-1933-cü  tədris  ilində  kənd  yerlərindəki  ibtidai 

məktəblərdə  işləyən  müəllimlərin  sayı  3851  nəfərə  çatdı.  Pedaqoji  məktəblərdə  müəllim  kadrlarının 

hazırlığı  genişləndirildi.  1934/1935-ci  ildə  Şamaxı  pedaqoji  məktəbini  57  nəfər  (bunlardan  2  nəfəri 

qadın idi) bitirdi. Naxçıvan Muxtar Respublikasında da müəllimlərə olan kəskin ehtiyac orada təşkil 

olunan  pedaqoji  texnikumun  məzunlarının  hesabına  qismən  ödənildi.  1921/1922-ci  tədris  ilində 

Naxçıvanda  cəmi  86  nəfər  müəllim  fəaliyyət  göstərirdisə,  1930/1931-ci  ildə  onların  sayı  277-ə, 

1935/1936-cı  illərdə  575-ə,  1936/1937-ci  illərdə  733-ə  çatmışdı.  Muxtar  Respublikada  müəllimlərin 

təhsil səviyyəsi də xeyli yüksəlmişdi. 1930-1931-ci tədris ilində 17 ali təhsilli müəllim olduğu halda, 

1936-1937-ci tədris ilində onların sayı 37 nəfər olmuşdu. 

30-cu  illərin  əvvəllərində  qiyabi  pedaqoji  texnikumlar  öz  fəaliyyət  sferalarını  genişləndirdilər. 

1931-ci ildə qiyabi pedaqoji institut təşkil edildi. Respublikada qiyabi pedaqoji təhsil xeyli genişləndi. 

1931-ci ilin axırlarında respublikanın bütün rayonlarından minlərlə müəllim qiyabi pedaqoji institutda 

və  pedaqoji  texnikumlarda  təhsil  alırdı.  1932-ci  ildə  qiyabi  pedaqoji  institut  yenidən  təşkil  olundu, 

pedaqoji texnikumların yanında qiyabi şöbələr yaradıldı. 1937-ci ildə APİ-nin qiyabi şöbəsi müstəqil 

pedaqoji  instituta  çevrildi.  İbtidai  məktəblər  üçün  müəllim  kadrları  hazırlığında  bütün  ağırlıqlar 

pedaqoji texnikumların üzərinə düşürdü. 

Əgər  1934/1935-ci  tədris  ilində  respublikanın  pedaqoji  texnikumlarda  5854  nəfər  tələbə  təhsil 

alırdı. SSRİ Xalq Maarif Komissarlığının pedaqoji texnikumların quruluşu haqqında 4 iyul 1932-ci il 

tarixli  qərarına  əsasən  pedaqoji  texnikumlarda  təhsil  müddəti  4  ildən  3  ilə  endirməsi  ilə  bağlı  idi. 

Qərarda  belə  əsaslandırılmışdı  ki,  əvvəllər  tələbələr  5-ci  sinifdən  pedaqoji  texnikuma  qəbul 

olunduqları üçün 4 il oxuyurdular. İndi isə qəbul 7 illik məktəblərdən olduğu üçün təhsil müddəti 3 ilə 

endirilir. Bu dəyişiklik məzuların sayının xeyli artmasına səbəb olmuşdu.  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1535



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

1934-cü  ildən  etibarən  respublikada  7  illik  təhsilin  icbari  olması  ali  və  ali  orta pedaqoji təhsilli 

müəllimlərin hazırlanması sahəsində təxirə salınmaz işlərin görülməsini zəruri etdi. 1934-35-ci tədris 

ilində  Azərbaycandakı  məktəblərdə  10897  müəllim  fəaliyyət  göstərirdi  ki,  onların  952-si  ali,  590-ı 

natamam ali, 5678-i orta, 3677-si aşağı təhsilə malik idi. Həmin illərdə müəllimlərin kəmiyyət artımı 

keyfiyyət  artımını  üstələsə də,  əvvəlki  illərlə  müqayisə  də  müsbətə  döğru  dəyişiklik  var  idi.  Belə  ki, 

ibtidai və orta məktəblərdə çalışan 11105 müəllimin 1141 ( 10,3 %) nəfəri ali, 8390 (75,5 %) nəfəri 

orta,  1574  (14,2  %)  nəfəri  isə  aşağı  təhsil  səviyyəsinə  malik  idi.  O  dövrdə  müəllim  hazırlığında  ən 

mühüm  problemlərdən  biri  də  müəllimlərin  yenidən  hazırlığı  məsələsi  idi.  Məktəbin  yenidən 

qurulması tədris planına yeni fənlərin daxil edilməsini zəruri etmişdi. Məktəbdə isə belə fənləri tədris 

edəcək mütəxəssislər azlıq təşkil edirdi.Bəzilərinin pedaqoji hazırlığı zəif idi, ayrı-ayrı fənlərin tədrisi 

metodikasının  spesifik  xüsusiyyətlərini  bilmirdilər.  Bununla  yanaşı  fizika,  biologiya,  riyaziyyat 

müəllimlərinin əksəriyyəti yeni elmi nailiyyətlərdən xəbərsiz idilər, texnikadan baş çıxara bilmirdilər. 

Bu səbəbdən də ixtisasartırma kurslarının yaradılması vacib hesab olundu.  

30-cu  illərdə  icbari  təhsilin  həyata  keçirilməsi  ilə  əlaqədar  olaraq  pedaqoji  məktəblərdə  təhsil 

alanların sayını artırmaq, müəllim hazırlayan kursların şəbəkəsini genişləndirmək, pedaqoji təhsil alan 

lakin  başqa  sahələrdə  çalışanları  pedaqoji  işə  cəlb  etmək  göstərişi  verildi.  Tələbələrin  pulsuz  dərs 

vəsaiti,  ayaqqabı,  paltar,  yeməklə  təmin  etmək,  nəqliyyatdan  pulsuz  istifadə  etmək  kimi  yardımların 

göstərilməsi  nəticəsində  pedaqoji  məktəblərə  axın  gücləndi.  As  sonra  məlum  oldu  ki,  belə  axının 

nəticəsində  pedaqoji  texnikuma  gələn  tələbələrin  fizika,  kimya,  riyaziyyat,  ana  dili,  coğrafiyadan 

bilikləri həddən artıq zəifdir. 

 

 

MƏMMƏD ƏMİN RƏSULZADƏNİN QADIN                                             

TƏHSİLİ HAQQINDA FİKİRLƏRİ 

 

Xatirə QOCAYEVA 

ADPU 


rena_qurbanova@bk.ru 

AZƏRBAYCAN 

 

M.Ə.Rəsulzadənin  yaşayıb  fəaliyyət  göstərdiyi  XIX-XX  əsrlərin  qovşağında  milli  ictimai, 



mədəni,  maarif  və  pedaqoji  gerçəkliyimizin  mühüm  problemlərindən  biri  də  qadın  tərbiyəsi  – 

“tərbiyəti  nisvan”  problemi  idi.  Milli-mədəni,  sosial  və  iqtisadi  inkişafımızın  bu  intibah  dövründə 

həyata  az-çox  yeni  düşüncə  ilə  yanaşan,  vətənpərvər  hiss  və  məfkurə  ilə  yaşayan  millət 

münəvvərlərinin  çoxu  zamanın  bu  vacib  məsləsinə  diqqət  yetirir,  onu  müzakirə  obyektinə  çevirir, 

ictimai, pedaqoji və ədəbi fikri ona doğru yönəltməyə təşəbbüs göstərirdilər.  

XX  əsrin  əvvəllərində  Azərbaycanda  bəzi  qız  məktəblərinin  açılması,  Azərbaycan  qızlarının  da 

təhsilə cəlb olunmasında bir hərəkət və canlanma müşahidə olunması Məhəmməd Əmin bəyi sevindirir. 

O, “rus-müsəlman” qız məktəblərini, istər burada, istərsə də başqa təhsil ocaqlarında oxuyan qızları-

mızı  millətin  “ümid  işıltıları”  adlandırır.  Onun  “Ümid  işıltıları”  adlı  məqaləsində  məsələnin  sosial-

pedaqoji  mahiyyəti  qlobal  mənada  təhlil  edilir.  Problemə  ümummilli  mənafe  nöqteyi-nəzərindən 

yanaşılır.  Müəllif  qadınlarımızın  tərbiyəsinə  və  maariflənməsinə  nə  üçün  ciddi  əhəmiyyət  verdiyini 

belə izah edir: “İslam millətlərinin tədənniləri səbəbləri arasında arvadların vəziyyəti-ictimaiyyələri ilə 

tərbiyə  və  mərifətdən  məhrumiyyətlərinə  mühüm  bir  mövqe  ayıranlardanam.  Millətlər  ailələrdən 

təşəkkül edər. Sağlam olmayan ailələrdən təşəkkül edən millətlər sağlam millət ola bilməzlər. 

Ailə isə vəzifəsini anlar bir anaya malik olmayınca sağlamlaşmaq ehtimalından xaricdir. Anaya 

malik  olmayınca  deyirəm  və  israr  ediyoram”  .Sonra  maarifçi  mütəfəkkir  izah  edir  ki,  ata  nə  qədər 

mütərəqqi  düşüncəli,  cəfakeş,  mədəniyyətpərvər  və  iradəli  olsa  da,  övladların  tərbiyəsini  anasız 

mükəmməl  şəkildə,  lazımınca  yerinə  yetirə  bilməz.  Ailələr  var  ki,  atanın  bütün  cəhd  və  səyinə 

baxmayaraq  bədbəxt  və  pərişanhaldır.  “Çünki  ana  vəzifəsini  bilmiyor.  Binaən  əleyh  atanın 

müvəqqətən evdə olduğu müddətcə verdiyi qərarları ana pozuyor... Uşaqlar üzərinə ananın təsiri atanın 

təsirindən  qat-qat  artıqdır”  .  Deməli,  “təməəddün  və  tərəqqiyə”  (mədəniyyət  və  inkişafa)  malik  bir 

cəmiyyət yaratmaqdan ötrü qızlar – gələcəyin anaları tərbiyə olunmalıdır. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1536



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Məhəmməd  Əmin  Axtəmova  familiyalı  ali  təhsilli  bir  hüquqşünas  müsəlman  qızını,  həmçinin 

“rus-müsəlman” qız məktəblərində təhsil alan qızlarımızı fərəhlə xatırladır. Bunları cəmiyyətə nümunə 

göstərir.  H.Z.Tağıyevin  qız  məktəbindən  sonra  “Nəşri-maarif”  və  başqa  xeyriyyə  cəmiyyətləri 

tərəfindən açılan “rus-müsəlman” “ünas” (qız) məktəblərini millətin gələcəyi üçün böyük hadisə sayır 

və  vurğulayır  ki:  “Bu  gün  bizim  üçün  ibtidai  ünas  məktəbləri ilə  müslimə  müəllimələrin  əhəmiyyəti 

hər şeydən ziyadədir.” 

M.Ə.Rəsulzadə  yalnız  qadınlarımızın  maariflənməsinin,  təhsil  almasının  qayğısına  qalmır.  O, 

problemə  daha  geniş  miqyasda  yanaşır.  Onu  maraqlandıran,  narahat  edən,  çıxış  yolu  tapmağa  sövq 

edən,  ümumiyyətlə,  Azərbaycan  qadınının  cəmiyyətdəki  hüquqsuzluğu  və  mövqeyinin  aşağı 

olmasıdır.  Başqa  sözlə,  o,  “Azərbaycan  arvadının  nə  kimi  səfil  bir  həyat  keçirdiyini”,  “onun  gərək 

ailədə,  gərək  ata,  gərək  ər  evində,  gərək  nəzəri-xalqda  və  gərək  hüquqi-ictimaiyyədə  nə  kimi  alçaq 

dərəcəyə  malik  olub  da  hər  bir  insani  hüquqdan  məhrum  olduğunu”  görür  və  bunun  aradan 

qaldırılması uğrunda mübarizə aparır. Ona görə ki, bu məslə cəmiyyətin və millətin qaranlıqdan çıxıb 

işıqlı  yola  düşməsi  üçün  “ümmülməsail”  (məsələlərin  anası,  əsas  olanı)  timsalındadır.  Müsəlman 

aləminin  müştərək  faciəsi  və  müsibətidir  ki,  ətalət  xəstəliyinə  səbəb  olmuşdur:  “Bu  məsələ  aləmi-

islamda  həlli  lazım  olan  mühüm  məsələlərdən  biridir.  Bizdəki  məsələlərin  “ümmülməsaili”  budur 

deyilsə,  iğraq  olunmaz  zənnindəyiz.  Müxtəlif  şərait  altında  başlayıb  da  ümumi  bir  ətalət  mərəzi  ilə 

xəstə olan müsəlmanların müştərək illətlərindən birisi də budur” . 

 1913-cü ildə yazdığı “Tənqid və təqriz” məqaləsində müəllif cəmiyyətdə müsəlman qadınlarının 

hüququ,  ictimai  həyatda  onların  rolu  məsələsinə  geniş  şəkildə  toxunur.  12  il  əvvəl  misirli  ziyalı 

Qasımbəy Əminin “Təhrirül-mərə”, daha sonra Azərbaycan maarifçilərindən M.A.Şahtaxtlının “Şərqi-

rus”  qəzetində  bu  məsələni  əsaslı  şəkildə  qaldırdıqlarını,  problemin  sonrakı  illərdə  də  islam 

regionunda  mətbuatın  əsas  mövzu  və  müzakirə  obyektlərindən  olduğunu  təqdir  edir.  Eyni  zamanda 

Kiyevdə  təhsil  alan  azərbaycanlı  tələbə  Yusifbəy  Vəzirovun  “Arvadlarımızın  halı”  ünvanlı  mətbu 

məqaləsi  üzərində  dayanır.  “Ümidi-istiqbalımız”  olan  gənc  tələbənin  müsəlman  qadınlarının,  ağır 

vəziyyəti, məhrumiyyətləri ilə bağlı həyəcanlı fikirlərinə şərik çıxır, qadınlarımızın mənəvi və hüquqi 

əsarətdən  xilas  olması  mülahizələri  ilə razılaşır.  Bunu  millətin  qabağa  getməsinin  vacib  şərtlərindən 

sayan tələbənin qənaətini alqışlayır. 

Türkiyə  qadınlarının  həyatı  və  ictimai  vəziyyəti  də  M.Ə.Rəsulzadəni  maraqlandırmışdır.  1912-

1913-cü illərdə Türkiyədə olarkən orada qadınların vəziyyəti ilə yaxından tanış olan türkçü münəvvər 

bu  barədə  təəssüratlarını  geniş  şəkildə  qələmə  almış  və  1913-cü  ildə  “İqbal”  qəzetinin  bir  neçə 

nömrəsində  “Türkiyədə  qadınlar”  adı  ilə  silsilə  şəklində  çap  etdirmişdi  .  Məqalədə  göstərilir  ki, 

Türkiyə  qadınları  da  əsas etibarı  ilə  bizim  qadınların  giriftar  olduqları  əsarət  halındadırlar.  Orada  da 

hakim  ictimai  nəzəriyyə,  yəni  qadına  hüquqsuz  bir  sosial  varlıq  kimi  baxmaq  meyli  bütün  Şərq 

məmləkətlərində  olduğu  kimi  qadını  aşağı  cinsdən  olan  bir  məxluq  kimi  dəyərləndirməyə  gətirib 

çıxarmışdır. Bununla belə orada, xüsusilə ölkənin mədəni və inzibati mərkəzi olan İstanbul şəhərində 

türk  qadınları  Qafqaz  və  başqa  regionlarda  yaşayan  müsəlman  qadınlarına  nisbətən  xeyli  fəaldır. 

Burada  əvvəldən  mövcud  olan  qız  məktəbləri,  həmçinin  bəzi  əsilzadələrin  öz  qızlarını  oxutması 

qadınları  ictimai-mədəni  mühitdə  müəyyən  qədər  fəallaşdırmışdır.  “Təlaq  məsələsi”  məqaləsində 

M.Ə.Rəsulzadə Misir müftisi, islam dünyasının tanınmış din alimlərindən Şeyx Məhəmməd Əbdəyə 

istinad  edərək,  alimin  fiqh  kitablarından  əxz  edib  Misir  qadınlarının  müraciətinə  əsasən  ölkənin 

Ədliyyə Nazirliyinə təqdim etdiyi dini hüquqlar və qaydalarla oxucuları tanış edir. On bir maddədən 

ibarət  bu  qaydalar  əri  həbs  edilmiş,  sürgün  olunmuş,  xəstələnmiş,  müharibədə  ölmüş,  itkin  düşmüş 

qadınların, habelə zövcəsinə və uşaqlarına aliment verə bilməyən kişilərin qadınlarının boşanma, yəni 

təlaq  məsələsində  hüquqlarını  müəyyənləşdirir.  Bu  hüquqlara  görə  qadınlar  ərlərindən  boşanmaqda 

mühafizəkar ruhanilərin dediyi kimi heç də müti və hüquqsuz deyildir. 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin