Conference committees conference chairs c


İBTİDAİ SİNİFLƏRDƏ NİTQ HİSSƏLƏRİNİN TƏDRİSİNDƏ



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə151/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   147   148   149   150   151   152   153   154   ...   189

İBTİDAİ SİNİFLƏRDƏ NİTQ HİSSƏLƏRİNİN TƏDRİSİNDƏ 

İSTİFADƏ OLUNAN İNTERAKTİVMETODLAR 

 

Aliyə HACIYEVA 

Qafqaz Universiteti 

aliyeugur1@gmail.com

 

AZƏRBAYCAN 

 

Azərbaycanda  təhsil  sisteminin  beynəlxalq  sistemə  inteqrasiyası  üçün  bu  sahədə  köklü 



dəyişikliklər,  islahatlar  gedir.  Məlum  olduğu  kimi,  son  illərdə  elm  və  texnikada  gedən  sürətli 

dəyişikliklər  özünü  təhsil  sistemində  də  bariz  şəkildə  göstərmişdir.  Təhsil  sahəsində  yeniləşmə 

dedikdə, bu gün tədris müəssisələrində kurikulum sisteminə uyğun olaraq tədris prosesinin yeni təlim 

texnologiyalarına  əsasən  qurulması  nəzərdə  tutulur.  Bütün  bunlar  hər  şeydən  əvvəl  şagirdin  bir 

şəxsiyyət kimi formalaşması və hərtərəfli inkişafının həllinə yönəlmişdir.  

Ənənəvi  təlimdə  şagirdlərə  bilikləri  praktik  tətbiqini  təsəvvür  etmək  üçün  imkan  yaradılmır. 

Dərsin  məzmunu,  adətən,  nəzəri  öyrədilir.  Burada  şagirdin  şəxsi  keyfiyyətləri,  təcrübəsi,  onun 

tələbatları,  maraq  və  qabiliyyətləri  tam  olaraq  nəzərə  alınmır.  Belə  bir  şəraitdə  isə  şagirdlərin 

hamısının keçirilən mövzunu dərk etmələri sual altında qalır. Bu metodla tədris prosesində şagirdlərin 

təlimə  marağı  azala,  bilik  səviyyəsi  isə  aşağı  düşə  bilir.  Bu  hal  isə  təbii  ki,  yeni  metodların  tətbiq 

olunmasının vacibliyini ortraya çıxarır.  

Bu səbəbdən də, bir çox tədris müəssisələrində ənənəvi təlim metodları ilə yanaşı, interaktiv təlim 

metodlarından  da  istifadə  xeyli  artmışdır.  Məlum  olduğu  kimi,  son  dövrlərdə  Azərbaycanın  orta 

məktəblərində Avropanın inkişaf etmiş bir sıra dövlətlərinin təhsil sistemində istifadə olunan interaktiv 

təlim  metodları  tətbiq  olunur.  Bu  da  öz  effektini  verir  .  Dərsdə  interaktiv  təlim  metodlardan  istifadə 

şagirdlərin  dərsdə  passivliyinin  qarşısını  alır,  onun  mövzunu  şüurlu  mənimsəməsinə  şərait  yaradır. 

Nəticədə,  təlim  prosesi  uşaqda  fəallığı,  məntiqi  düşünməyi,  ətrafdakı  şeylərə  və  hadisələrə  tənqidi 

yanaşmağı,  müstəqil  bilik  almağı,  fərdi  inkişaf  etmək  bacarığı  tərbiyə  edir.  Bu  təlim  metodlarından 

orta məktəbin həm yuxarı , həm də ibtidai siniflərində istifadə edilə bilər. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1528



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Orta  məktəbdə  ana  dilinin  tədrisinin  bir  sıra  məqsəd  və  vəzifələri  var.  Ana  dilimiz  olan 

Azərbaycan  dili  yaşadığımız  müstəqil  Azərbaycan  Respublikasının  dövlət  dilidir.  Bu  dili  hər  bir 

azərbaycanlı yaxşı öyrənməli və sevməlidir. Bununla yanaşı, digər fənləri, elmləri öyrənmək üçün də 

Azərbaycan dili bir açar rolunu oynayır. Ana dilini yaxşı bilmədən tədrisi bu dildə aparılan bütün digər 

fənləri  mənimsəmək  qeyri-mümkündür.  Deməli,  Azərbaycan  dilinin  yaxşı  öyrənilməsi  xüsusi 

əhəmiyyətə malikdir. Orta məktəbdə Azərbaycan dilinin tədrisinin iki başlıca təlim məqsədi var: 

1. Şagirdlərdə düzgün yazı savadı aşılamaq;  

2. Şagirdlərdə gözəl nitq qabiliyyəti formalaşdırmaq.  

Bütün  bunları  həyata  keçirmək  üçün  Azərbaycan  dilinin  tədrisinə  sadə  şəkildə  olsa  da,  ibtidai 

siniflərdən başlanılır. İbtidai siniflərdə ana dilinin öyrədilməsində nitq hissələri haqqında anlayışların 

formalaşdırılmasının da böyük əhəmiyyəti vardır.  

İbtidai  siniflərdə nitq  hissələrinin tədrisi ardıcıl  şəkildə  aparılmalı,  istər ana dili,  istərsə  də  oxu 

dərslərində yeri gəldikcə təkrarlanmalı, əlaqələndirilməlidir.  

Nitq  hissələrinin  tədrisi  sadədən  mürəkkəbə  doğru  aparılır.  Əvvəlcə  nitq  hissələri  haqqına 

anlayışlar  verilməli,  növbəti  siniflərdə  isə  proqramda  nəzərdə  tutulan  ayrı-ayrı  məlumatlar  rabitəli 

şəkildə öyrədilməlidir.  

Kiçik yaşlı məktəblilərə I sinifdə əşyanın adını bildirən sözlər, əşyanın necəliyini bildirən sözlər, 

əşyanın hərəkətini bildirən sözlər və s. öyrədilir. II sinifdə isə bu sahədə işlər daha da genişləndirilir. 

IIIsinifdə isə şagirdlər artıq nitq hissələrinin adları ilə, yəni termin kimi (isim, sifət, say, fel və s.) tanış 

olurlar.  

Nitq  hisələrinin  öyrədilməsi  zamanı  ənənəvi  yollarla  yanaşı,  interaktiv  təlim  metodlarından 

istifadə daha əlverişlidir.  

Ümumiyyətlə,  interaktiv  təlim  metodları  çoxdur.  Onlardan  Mənim  fikrimcə,  nitq  hissələrinin 

tədrisi  zamanı  bu  metodlardan  istifadə  daha  səmərəli  ola  bilər:  belələrindən  beyin  həmləsi,  klasteri 

(şaxələndirmə),  auksion,  dəyirmi  masa,  BİBÖ,  Venn  dioqramı,  müzakirə,  əqli  hücum  və  s.  misal 

göstərə bilərəm.  

Şagirdlərin nitq hissələrini yaxşı mənimsəmələri üçün interaktiv metodlardan istifadə etmək daha 

məqsədəuyğundur. Bu zaman müəllim əvvəlcə problemli situasiya yaradır. Məsələn, ismin tədrisi başa 

çatdıqdan sonra şagirdlərin həmin nitq hissəsi ilə bağlı aldıqları bilikləri möhkəmləndirmək məqsədilə 

müəyyən  praktik  çalışmalar  tərtib  edilə  bilər.  Sonda  şagirdlərin  nəyi  mənimsədiklərini  başa  düşmək 

olar.  Burada  auksion  üsulundan  istifadə  etmək  daha  əlverişli  olar.  Bu  zaman  şagirdlərin  cavabları 

sinifdə müzakirə edilib, səhvlər şagirdlər tərəfindən düzəldilərsə, bu, daha effektli olar. Artıq ikinci bir 

nitq  hissəsi  öyrənildikdən  sonra  isə  müəllim  həmin  nitq  hissəsini  əvvəl  keçdiyi  ilə  müqayisə  edərək 

oxşar  və  fərqli  cəhətlərini  müəyyənləşdirməyi  tapşıra  bilər.  Bunun  üçün  Venn  dioqramı  üsulundan 

istifadə etmək səmərəli nəticə verər. Bu isə şagirdlərin fəallığını təmin etməklə yanaşı, onların məntiqi 

təfəkkürünü inkişaf etdirir. Digər tərəfdən isə mövzu şagirdlər tərəfindən daha yaxşı mənimsənilir. Hər 

bir nitq hissəsinin tədrisi başa çatdıqda bu üsuldan istifadə etmək olar.  

Beləliklə,  düşünürəm  ki,  şagirlərin  tədris  edilən  mövzunu  daha  yaxşı  mənimsəmələri  üçün 

müəllim  həm  də,  yaradıcı  olmalı,  dilimizi  yaxşı  öyrənmələri  üçün  ilk  növbədə  onu  şagirdlərə 

sevdirməli,  ana  dilimizin  gözəlliyini,  ahəndarlığını  yeri  gəldikcə  xatırlatmalıdır.  Bildirməlidir  ki, 

doğma  dilimiz  olan  Azərbaycan  dili  bu  gün  təkcə  Respublikamızda  deyil,  dünyanın  70-dən  çox 

ölkəsində  yaşayan  həmvətənimizin  ünsiyyət  vasitəsidir,  eyni  zamanda,  dünyanın  inkişaf  etmiş 

dillərindən  biridir.  Ona  görə  də  Azərbaycan  dilini  hər  bir  azərbaycanlı  sevməli,  qorumalı  və 

öyrənməlidir. Çünki vətəni sevmək, həm də ana dilimizi sevmək deməkdir.  

Bunun üçün isə hələ ibtidai sinifdən ana dili dərsləri yaxşı təşkil edilməli, həmçinin, verilən bilik, 

bacarıq  və  vərdişlərin  şagirdlər  tərəfindən  yaxşı  mənimsənilməsinə  çalışmaq  lazımdır.  Bu,  dilimizin 

müxtəlif  hissələrinin  tədrisində  də  nəzər  alınmalı,  bəzən  ənənəvi  təlim  metodları  və  yeni  interaktiv 

üsullardan kombinə olunmuş şəkildə istifadə edilməlidir.  

 

 



 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1529



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

AZƏRBAYCANCAN RESPUBLİKASINDA QİYMƏTLƏNDİRMƏ 

KONSEPSİYASI VƏ ONUN ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ 

REALLAŞDIRİLMASI 

 

Günel BALOĞLANOVA 

Qafqaz Universiteti 

baloglanovagunel@gmail.com 

AZƏRBAYCAN

 

 

Azərbaycanda  “qiymətləndirmə”  dedikdə  bəziləri  bunu  yalnız təhsilalanın  təlim  nəticələrinə  aid 

olan məsələ kimi qəbul edirlər.Lakin dünya təcrübəsində təhsilalanın biliyinə verilən qiymət həm də 

müəllimlərin  və  məktəbin  fəaliyyətinə,valideynin  təhsilə  münasibətinə,məktəb  rəhbərinin  peşəkarlıq 

səviyyəsinə  verilən  qiymət  kimi  qəbul  edilir.Belə  düşüncə  Azərbaycanda  qiymətləndirmə  üzrə  yeni 

konsepsiyanın olmamasından irəli gəlir. 

90-cı illərdən başlayaraq Azərbaycanın təhsil sisteminə yeni pedaqoji anlayış daxil olmuşdur. Bu 

“Kurikulum”anlayışı  idi.  Kurikulum-  təhsilin  məzmunu,  təşkili  və  qiymətləndirilməsi  ilə  bağlı 

məsələləri  özündə  birləşdirən  konseptual  sənəddir.Kurikulumun  əsasını  təhlil,  tərtib,  tətbiq  və 

qiymətləndirmə  təşkil  edir.Mənası  “İcbari  tədris  kursu  və  ya  tədris  müəssisəsində  hazırlıq” 

deməkdir.Kurikulum dünyanın geniş təhsil modellərindən biri olmaqla hazırda geniş tətbiq olunur. 

Qiymətləndirmə konsepsiyası Azərbaycan Respublikası Nazirlər kabinetinin 13 yanvar 2009-cu il 

tarixli  qərarı  ilə  təsdiq  olunmuşdur.  Azərbaycan  Respublikasının  ümumtəhsil  sistemində 

Qiymətləndirmə Konsepsiyası yaxın illər ərzində təhsildə qiymətləndirmə məsələlərini əhatə edir. Bu 

konsepsiyanın  meydana  gəlməsi  Azərbaycanda  ümumi  təhsilin  inkişafına  təkan  vermiş,  ümumi 

təhsilin  idarə  olunmasını  və  şəffaflıq  prinsipləri  əsasında  qurulmasına  zəmin  yaratmışdır.Bu 

konsepsiya ilk növbədə heç bir zaman mövcud olmayan yeni bir idarəetmə sistemini meydana çıxartdı. 

Qiymətləndirmə  Konsepsiyasında  əsas  məqsədlərin  aşkara  çıxarılmasını  zəruri  edən  şərtlər izah 

edilmişdir.  Konsepsiyada  şagird  nailiyyətlərinin  qiymətləndirilməsinin  əsas  xüsusiyyətləri  müəyyən 

olunur.Təhsil  sistemində  qiymətləndirmə  sistemi  dedikdə,  ilk  olaraq  onun  məzmunun 

müəyyənləşdirilməsi yada düşür. Konsepsiyada qiymətləndirmənin beynəlxalq, milli və məktəbdaxili 

növləri müəyyənləşdirilmişdir. 

Beynəlxalq  qiymətləndirmə  təhsilin  səmərə  və  keyfiyyətinin  yüksədilməsi  qiymətləndirilməsi 

funksiyalarını yerinə yetirir. Burada müqyisəetmə tətqiqatları, monitorinqlər vasitəsilə aparılır, ölkədə 

təhsilin  vəziyyəti  haqqında  məlumat  əldə  etmək,  problemləri  üzə  çıxarmaq,  onları araşdırmaq,  xarici 

ölkələrlə müqayisə imkanı yaranır. 

Milli  qiymətləndirmə  təhsilin  keyfiyyətinə  nəzarət  baxımından  tədris  ilinin  sonunda  həyata 

keçirilən  və  şagird  nailiyyətlərinin  qiymətləndirilməsini  təmin  edən  bir  sistemdir.  Milli 

qiymətləndirmənin  məqsədi  odur  ki,  şagirdlərin  təlim  nəticələrində  zəif  və  güclü  tərəfləri  aşkar 

etməklə, mənimsəmə səviyyəsini müəyyənləşdirmək. 

Qeyd olunduğu kimi yeni Qiymətləndirmə Konsepsiyası xüsusi ilə məktəbdaxili qiymətləndirmə 

sahəsində yeni Milli Kurikulum ilə sıx şəkildə əlaqəlidir. Məktəbdaxili qiymətləndirmə aşağıdakı əsas 

komponentləri əhatə edir: 

-

 



şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqi; 

-

 



şagird  fəaliyyətinin  təlim  standartlarına  uyğunluğunun  müəyyənləşdirilməsi(kurikulum  üzrə 

qiymətləndirmə); 

Məktəbdaxili qiymətləndirmə 3 istiqamətdə aparılır: 

1.

 



Diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi) 

2.

 



Formativ (irəliləmə və geriləmələrin monitorinqi) 

3.

 



Summativ (kiçik, böyük və yekun) 

Diaqnostik  qiymətləndirmə  şagirdin  ilkin  bilik  və  bacarıqlarının  müəyyən  edilməsinə  və  bunun 

əsasında  hər  bir  şagirdin  potensial  imkanlarını  nəzərə  alan  və  ona  uyğun  təlim  strategiyalarının 

seçilməsinə xidmət edir. Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin əvvəlində, şagird ümumi təhsil 

müəssəsindən  gəldikdə,  şagird  sinfi  dəyişdikdə,  fərdi  yanaşmanı  təmin  etmək  məqsədi  ilə  müəllim 

tərəfindən  aparılır.  İlkin  səviyyənin  qiymətəndirilməsi  şagirdlərin  biliyini  müəyyən  edir  və  təlimin 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1530



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

düzgün  qurulmasında  müəllimə  köməklik  göstərir.  Diaqnostik  qiymətləndirmənin  sualları  elə 

qurulmalıdır ki, onların bəziləri şagirdlərin hansı biliklərə malik olduğunu, digərləri isə yeni materialı 

qavramış şagirdləri müəyyən etsin. 

Formativ qiymətləndirmə məktəbdaxili qiymətləndirmənin əsas mahiyyətini təşkil edir. Yeni və 

ənənəvi  qiymətləndirmə  arasında  əsas  fərq  gündəlik  rəqəmli  qiymətlərin  yazılmaması  və  şagirdin 

fəaliyyətinin  müntəzəm  izlənilməsidir.  Formativ  qiymətləndirmə  sayəsində  şagird  gündəlik  təlim 

fəaliyyəti  müddətində  rəqəmli  qiymət  almaq  üçün  deyil,  müsbət  nəticə  göstərmək  üçün  çalışır. 

Formativ  qiymətləndirmənin  nəticələri  formativ  qiymətləndirmə  jurnalında  və  şagirdin  məktəbli 

kitabçasında sözlə qeyd olunur. Formativ qiymətləndirmə müəyyən edilmiş sxemlər üzrə aparılır. 

Summativ  qiymətləndirmə  kiçik  və  böyük  summativ  qiymətləndirmədən  ibarətdir.  Kiçik  və 

böyük  summativ  qiymətləndrmə  təlim  prosesində  müəyyən  mərhələlərə  yekun  vurmaq  məqsədi  ilə 

məzmun  standartlarına  uyğun  qiymətləndirmə  standartları  əsasında  hazırlanmış  vasitələrlə  şagirdin 

nailiyyət  səviyyəsini  ölçmək  məqsədi  ilə  aparılır.  Summativ  qiymətləndirmənin  nəticələri  keçirildiyi 

tarixdə sinif jurnalında qeyd olunur. 

Qiymətləndirmə  ümumtəhsil  məktəblərində  təhsilin  keyfiyyətinin  müəyyənləşdirilməsi  üçün 

vacib sayılan amillərdən biridir. Ümumtəhsil məktəblərində qiymətləndirmənin başlıca məqsədi təhsil 

müassisəsi  rəhbərlərinə,  müəllimlərə,  həm  də  şagirdlərə  məktəbdə  təlim-tərbiyə  prosesinin  vəziyyəti 

haqqında  məlumat  vermək  və  təhsilin  keyfiyyətinin  daha  da  yüksəltmək  imkanı  yaratmaqdır. 

Ümumtəhsil  məktəblərində  təhsilin  dinamik  inkişafı  üçün  hər  dərs  ilinin  sonunda  onun  müvafiq 

göstəriciləri  əsasında  monitorinqinin  və  qiymətləndirilməsinin  aparılması  müəssisənin  gələcək 

fəaliyyət istiqamətini düzgün müəyyənləşdirməyə imkan verir. Qiymətləndirmə təlim-tərbiyə prosesini 

təkmilləşdirməyə,  prosesin  səmərəliliyini  yüksəltməyə,  şagirdlərin  nəyi  mənimsədikləri,  nələri 

öyrəndikləri, hansı bacarıqlara malik olduqlarını müəyyənləşdirməyə şərait yaradır. 

Bütün ümumtəhsil məktəblərin 3-8-ci sinif şagirdləri, hər il azərbaycan dili, riyaziyyat və təbiət 

fənləri  üzrə  hər  bir  ştatın  təhsil  orqanı  tərəfindən  yoxlanılır.  Nəticələrə  görə  təkcə  şagirdlər  yox, 

məktəblərin və onlara nəzarət edən orqanların işinə qiymət verilir. 

9-11-ci  siniflərin  buraxılış  imtahanları  testlər  vasitəsi  ilə  mərkəzləşdirilmiş  qaydada  aparılır, 

nəticələri Azərbaycan Təhsil Nazirliyi tərəfindən qiymətləndirilir. Bu cür qiymətləndirmə 11 illik orta 

təhsil səviyyəsini doğru və düzgün təyin etməyə kömək edir. 

Qiymətləndirmə sisteminin məqsədi şəxsiyyətin inkişafını izləmək və onun formalaşmasını təmin 

etməkdir. Yeni qiymətləndirmə sistemi yaradılmaqla ilk olaraq onun fəlsəfəsi müəyyənləşdirilmişdir. 

Qiymətləndirmənin məzmununun hazırlanması üzərində işlər hələ də davam etməkdədir. Düşünürəm 

ki,  qiymətləndirmə  sahəsində  atılan  hər  bir  addım  ölkədə  təhsilin  keyfiyyətinin  yüksəldilməsinə 

xidmət etməlidir.  

Ölkəmizdə  həyata  keçirilən  təhsil  islahatları  içərisində  qiymətləndirmə  siyasəti  mükəmməl 

normativ-hüquqi  bazaya  əsaslanaraq  məqsədəuyğun  şəkildə  davam  etdirilir.  Onun  yeni  təhsil 

texnologiyalarından  biri  kimi  öyrənilməsi  və  tətbiq  olunması  bu  gün  təhsil  sahəsində  fəaliyyət 

göstərən hər bir pedaqoji işçidən tələb olunur. 

 

 



PROF. BORİS BORİSOVİÇ KOMAROVSKİ VƏ ONUN                         

«MÜASİR PEDAQOJİ CƏRƏYANLAR» ƏSƏRİ 

 

Röya CƏFƏRLİ

 

ADPU 


rena_qurbanova@bk.ru 

AZƏRBAYCAN 

 

Boris  Borisoviç  Komarovski  Azərbaycanda  pedaqoji  elmin  təşəkkülü  və  inkişında  mühüm 



xidmətləri  olan  alimlərdən  biridir.  O,  Bessarabiyanın  Bayramça  kəndində  anadan  olmuşdur. 

Ekstern yolu ilə imtaһan verərək gimnaziyanı bitirməsini təsdiq edən attestat almışdır. 1909-1912-çi 

illərdə kəndlərində muəllim işləmiş, az sonra fəaliyyətini Akkermanda davam etdirmişdir. 1912-1918-ci 

illərdə  Odessada  yaşayan  B.B.Komarovski  “Əmək”  cəmiyyətinin  sənət  məktəbində  və  gimnaziyada 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1531



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

müəllim  işləmişdir.  B.B.Komarovski  Odessa  Beynəlxalq  һüquq  İnstitutuna  daxil  olmuş,  IV  kursdan 

Dnepropetrovsk  Universitetinə  köçürülmüşdür.  "Dyui  pedaqogikasının  fəlsəfi  əsasları"  mövzusunda 

doktorluq dissertasiyası müdfiə edir. 8 sentyabr 1927-ci ildə dosent B.B.Komarovski professor seçilir. 

O, ADU-da, APİ-də, Azərbaycan Sənaye Universitetində, Azərb. ETPEİ-də (indiki Təhsil Problemləri 

İnstitutunda),  Azərbaycan  Dövlət  Dillər  İnstitutunda  geniş  elmi-pedaqoji  fəaliyyət  göstərmiş,  RSFSR 

PEA-nın  ştatdankənar  elmi  əməkdaşı  olmuşdur.O,  «Müasir  pedaqoji  cərəyanlar»  (1930),  «C.Dyui 

pedaqogikasının  fəlsəfi  əsasları»(1926),  «Müasir  pedaqoji  cərəyanlar»  (1930),  «XX  əsrdə  Amerika 

pedaqogikası»(1928),  «Məktəbşünaslıq»,  «Elmi-pedaqoji  fikrin  inkişaf  dialektikası»,  «Rus 

pedaqoji  terminologiyası»adlı  monoqrafiyaların,  «Didaktika  lüğəti»nin  və  onlarla  elmi 

məqalənin müəllifidir.  

Onun  əsərləri  içərisində  «Müasir  pedaqoji  cərəyanlar»  monoqrafiyası  xüsusi  yer  tutur.Bu  əsər 

nəinki  Azərbaycanda,  eyni  zamanda  RSFSR-də  pedaqoji  cərəyanlar,  onların  təsnifatı,  mahiyyəti, 

məzmunu ilə bağlı aparılan  ən fundamental  əsərdir. Çox təəssüf ki, bu əsər 30-80-ci illərdə pedaqoji 

tədqiqatlardan təcrid edilmişdir. Yalnız keçən əsrin 90-cı illərində prof. F.Rüstəmov  Boris Borisoviç 

Komarovskinin  həyatı  və  yaradıcılılığının  mühüm  məqamlarını  araşdırmış,  «Müasir  pedaqoji 

cərəyanlar»  əsəri  ilə  bağlı  məlumat  vermişdir.  «Müasir  pedaqoji  cərəyanlar»  əsəri  Vladimir  İliç 

Leninadına  Azərbaycan  Dövlət  Universitetinin  pedaqoji  fakültəsinin  «Elmi  Xəbərlər»ində 

(«Xəbərlər»in bir nömrəsi tamamilə həmin əsərə həsr olunub) nəşr olunmuşdur.  

«Müasir  pedaqoji  cərəyanlar»monoqrafiyası  V



  fəsil,  əlavələr  və  ədəbiyyat  siyahısından  ibarət 



olmaqla 278 səhifəni əhatə edir. Görkəmli amerikan pedaqoqu, prof. Con Dyuinin tərbiyə fəlsəfəsinin 

Amerika  pedaqogika  tarixi  ilə  vəhdətdə  şərhi  əsərin  ana  xəttini  təşkil  edir.  Prof.  Boris  Borisoviç 

Komarovski  Con  Dyui  yaradıcılığına  yüksək  qiymət  vermiş,  onun  elmi-pedaqoji  irsini 

professionallıqla  tədqiq  etmiş,  keçmiş  İttifaq  səviyyəsində  təqdir  olunan  ən  mükəmməl  iki 

monoqrafiya yazmışdır. O, Con Dyui haqqında yazırdı: «Fəlsəfi təfəkkürün elə bir sahəsi yoxdur ki, 

Dyui həmin sahəyə qiymətli töhfə verməsin. O, məntiq və qnoseologiya, pedaqogika və psixologiya, 

etika  və  estetika,  sosial  fəlsəfə  sahəsində  qüdrətli  tədqiqatçılardan  biridir.  Dyui  -  ümumbəşəri 

ideyaların sınanmış dostudur, o, sözün həqiqi mənasında humanistdir»[98]. 

Kitabın «XX əsrin əvvəllərində ABŞ-da pedaqoji prosesin nəzəriyyəsi və praktikasına təsir edən 

sosial  -  tarixi  amillər»adlı  birinci  fəslində  XX  əsrin  əvvəllərində  amerikan  elmi-pedaqoji  fikrinin 

inkişafına  sosial-iqtisadi  və  siyasi  amillərin  təsirinə  toxunulur,  şəhərlərin  sayının  artması,  əhalinin 

iqtisadi  potensialının  güclənməsi,  kənd  təsərrüfatının  inkişafı,  maliyyə  oliqarxiyasının  genişlənməsi, 

imperializmin  inkişafı  və  sinfi  mübarizənin  kəskinləşməsi,  immiqrasiya  və  irqçilik,  demokratiya  və 

tərbiyə,  kilsə  və  məktəb  problemləri,  sənayeləşmənin  amerikan  pedaqogikasına  təsiri,  tərbiyə 

sisteminin  inkişafının  əsas  tendensiyaları  və  Amerika  məktəblərinin  inkişafının  əsas  mərhələləri 

araşdırılır. 

Kitabın  ikinci  fəslində  Amerikada  elmi-pedaqoji  nəzəriyyənin  əsas  müddəaları  Avropa 

pedaqogikasının  inkişafı  ilə  əlaqədə  nəzərdən  keçirilir.  Əvvəlcə,  XIX  əsrdə  Avropada  pedaqogika 

elminin  vəziyyəti  açıqlanır,  alman  fəlsəfi-pedaqoji  nəzəriyyələrinin  Amerika  pedaqoji  elminə  təsir 

mexanizmi  üzə  çıxarılır,  XIX  əsrin  sonunda  Avropa  pedaqogikasında  mövcud  olan  üç  pedaqoji 

istiqamət-spekulyativ  -  fəlsəfi,  empirik  -  pozitiv,  marksist  təhlil  olunur.  Burada  idealist  pedaqogika, 

onun  inkişafının  əsas  tendensiyaları  təhlilə  cəlb  olunur,  idealist  pedaqogikanın  böhran  keçirməsi 

nəticəsində  yerini  tədricən  pozitivist  pedaqogikaya  verməsi,  onun  (pozitivist  pedaqogikanın) 

inkişafının  üç  mərhələsi,  eksperimental  pedaqogikanın  və  marksist  pedaqogikanın  yaranmasını 

şərtləndirən amillər açıqlanır. Və bundan sonra amerikan pedaqogikasının inkişaf istiqamətləri (nəzəri-

fəlsəfi,  empirik-pozitiv,  «sintetik»)  işıqlandırılır  və  məlum  olur  ki,  amerikan  idealist  nəzəri 

pedaqogikasında  orijinal  heç  nə  yoxdur.  İrəli  sürülən  nəzəriyyələrin  hamısı  avropalı  müəlliflərə 

mənsubdur.  Lay,  Meyman,  Ştern,  Bine,  Klapared,  Simon  və  b.  tərəfindən  eksperimental  pedaqogika 

ilə bağlı fundamental tədqiqatlar sadəcə olaraq Amerikada həmin dövrdə daha geniş miqyasda tətbiq 

və təbliğ olunmuşdur. Bu fəsildə Pestalossinin, Herbartın pedaqoji nəzəriyyələrinin Amerika pedaqo-

gikasının  inkişafına  təsiri  də  öyrənilmişdir.  Stenli  Hollun  pedaqoji  görüşlərinin  bəzi  detalları 

açıqlanmışdır.  Empirik  pedaqogika  nümayəndələrinin  ümumi  metod  nəzəriyyəsi  də  həmin  fəsildə 

geniş elmi - pedaqoji həllini tapmışdır. 

Con  Dyuinin  tərbiyə  fəlsəfəsi  ilə  bağlı  fikirləri  III  fəsildə  açıqlanır.  Burada  tərbiyənin  sosial 

funksiyası,  mühitin  və  irsiyyətin  tərbiyədə  rolu  öyrənilir.  Boris  Borisoviç Komarovski  Con  Dyuinin 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1532



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

yaratdığı  əmək  məktəblərinin  bioloji-psixoloji  və  sosial  əsaslarının  öyrənilməsinə  geniş  yer  vermiş, 

uşaqların  təbii  təbiətinə,  onlarda  xarakterin  formalaşmasında  intellektual,  emosional  və  əmək 

tərbiyəsinin  roluna,  pedaqoji  prosesdə  maraq  və  diqqətin  vəhdəti  funksiyalarına  nəzər  yetirmişdir. V 

fəsildə  tərbiyəedici  sosiologiya,  onun  inkişaf  istiqamətləri,  Dyuinin  sosial  pedaqoji  görüşlərinin 

təşəkkülü, pedaqoji prosesin vahidliyi və bütövlüyü, əxlaq tərbiyəsinin əsas amilləri, məktəb və həyat 

problemi təhlil olunur, məktəb sosial mərkəz və sosial islahatların əsas silahı kimi nəzərdən keçirilir. 

«Əmək  məktəbinin  strukturu  və  məzmunu»fəslində  Çikaqo  universitetində  Dyuinin  rəhbərliyi  ilə 

yaradılmış  eksperimental  məktəbdə  əmək  tərbiyəsinin  prinsipləri,  məzmunu,  ona  rəhbərliyin 

təkmilləşdirilməsi,  fəlsəfənin  inteqrasiyası  məsələləri,  VII  fəsildə  Dyui  didaktikasının  fəlsəfi  əsasları 

zəngin  nəzəri  konsepsiyalar  və  elmi  fikirlər  fonunda  tədqiq  olunur,  mahiyyəti,  əhəmiyyəti  dövrün 

tələbləri səviyyəsində şərh edilir.  

Prof.  Boris  Borisoviç  Komarovskinin  bu  istiqamətli  tədqiqatları  20-ci  illərdə  nəinki  Azərbaycanda, 

həm də RSFSR-də tanınmış pedaqoq-alimlər tərəfindən təqdir olunmuş, elmi məxəzə, istiqamətverici 

mənbəyə çevrilmişdi.  

 

 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin