IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1599
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Duolingoda az da olsa təmsil olunubdur. Duolingo həm də yox olmaq təhlükəsi qarşısında olan dilləri
də kurslarına əlavə etmişdir ki, bunlara misal olaraq İrlandca (İriş) və Velş (Welsh) dillərini göstərmək
olar. Qeyd edilən kursların əksəriyyətini həm mənbəy dilini həm də hədəf dilini bilən könüllülər
İnkubator adlanan xüsusi səhifədə yaratmışlardır. Bu könüllülər istifadəçilər tərəfindən Moderator
olaraq adlandırılır və onların bəziləri dil öyrənənlərin səhifə daxilindəki forumlarda şərh və suallarına
cavab verir. Kurs ilk dəfə istifadəyə verildikdə o sınaq mrəhələsində olur və istifadəçilərin cavab və
şərhləri əsasında düzəlişlər edildikdən sonra özünün son şəklini alır. Maraqlıdır ki, Duolingoda bəzi
könüllülər tərəfindən Klinqon və Esperanto süni dillərini öyrədən kurslar da yaradılmışdır.
Duolingo səhifəsinin ən maraqlı cəhəti bu işlərin hamısını həyata keçirtmək üçün lazım olan
maddi vəsaiti tərcümələrin köməyi ilə qazanmasıdır. Bu tərcümələri dilin daşıyıcıları başqa dili
öyrənmək istəyərkən edir. Məsələn fərz edək ki, siz Türk dilində danışırsınız və İngilis dili
öyrənirsiniz. Sizdən İngilis dilində mətnləri Türk dilinə tərcümə etmək tələb olunur. Siz bu işi pulsuz
və həvəslə edirsiniz çünkü sizin məqsədiniz İngilis dilini öyrənməkdir və bu dili öyrənmək üçün ən
yaxşı üsullardan biri ingiliscə mətnləri tərcümə etməkdir. Türk dili sizin ana diliniz olduğuna görə bu
dilə tərcümə sizdə problem yaratmır və digər istifadıçilərin də yoxlanışından keçdikdən sonra kifayət
qədər səliqəli və oxunaqlı tərcümələr alınır. Duolingo səhifəsində tərcümə sifarişi verənlər adətən
BuzzFeed və CNN kimi xəbər portallarıdır. Onlar tələb edirlər ki, tərcümələr sürətli və dəqiq olsun.
Amma Duolingonun tərcümə imkanlarından adi insanlar o cümlədən sıravi tərcüməçilər də yararlana
bilərlər. Siz tərcümə etmək istədiyiniz mətni hansısa səhifədə məsələn öz şəxsi internet səhifənizdə
yayımlayırsınız və daha sonra bu mətnin linkini Duolingonun Tərcüməçi səhifəsinə əlavə dərək həm
özünüz tərcümə edirsiniz həm də başqalarının tərcümələri və şərhləri ilə tanış olmaq imkanı əldə
edirsiniz. Tərcümə prossesində lazım olan lüğət bu səhifəyə çox uğurlu bir şəkildə inteqrə
olunmuşdur.Təəssüf ki, Duolingo səhifəsinin Azərbaycanca tərcüməsi hələ ki, mövcud deyil həmçinin
Azərbaycan dilini bilənlər üçün başqa dilləri və ya tərsinə öyrənmək imkanı hələki yoxdur. Bu
vəziyyəti yəqin ki, Azərbaycanca və digər dili bilən könüllülərin bu layihəyəyə marağının olmaması və
ya layihədən çox az Azərbaycanlının xəbərinin olması ilə əlaqələndirmək olar. Həm də mümkündür ki,
Duolingonun yaradıcıları olan Luis von Ahn və Severin Hacker bu regionun dilləri ilə çox da
maraqlanmırlar. Nəzərə almaq lazımdır ki, heç bir orta asiya xalqının dili Duolingoda təmsil
olunmamışdır. Ümid edirik ki, Azərbaycanda Duolingo istifadəçiləri artacaq və bir gün onların tələbi
ilə Azərbaycanca danışanlar üçün İngilis dili, Alman dili kurslarının yaradılmasının şahidi olacağıq.
Bu olduqdan sonra bizim tərcüməçilər tərcümə işini daha rahat və daha sürətli edə biləcəklər.
FUNCTIONS
OF
TRANSLATION
CRITICISM
Chinara YAGUBOVA
Qafqaz University
chinar.yagub89@gmail.com
AZERBAIJAN
Translation criticism is an individual field of the literary-critical activity that consists of literary
and aesthetic, linguistic and other approaches to the analysis of the translation of the text.
Translation criticism is different from the review of a translation product. If review means
comment, on new translations, description and evaluation as to whether they are worth reading and
buying, criticism, on the other hand is a broader activity, analysis in detail, evaluating old and new
translations, assuming that readers know the translation.
Development of translation criticism is determined by the presence of a number of antinomies,
i.e. opposition thesis and antithesis, which are insoluble in nature. In the field of translation there are
the following oppositions: the literal translation vs. free translation; the shape of the orientation vs.
focus on the content; translatability vs. untranslatability; historicity vs modernization; the orientation
of the original and the author vs. orientation to the reader and the host culture; aesthetics "foreign" vs.
aesthetics of "their" and others.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1600
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Science Translation Criticism - dynamic section of translation, which is closely associated with
literary criticism. Methodology of scientific criticism of translation is based on the methods of analysis
of the text developed in literary criticism and translation complement their own criteria for assessing
the text as a special product of translation - a secondary text or translation.
Literary criticism has its roots in antiquity. One of the first important works in this area was the
"Poetics" of Aristotle (IV century BC.), which have been identified such key concepts as poetry,
imitation, tragedy, catharsis, unity and completeness of the plot. Indissoluble unity of form and content
of their correspondence - one of the most important criteria for evaluating the work of art.
Criticism of translation quality should be grounded on thorough analysis and description. Some
critics prefer to eschew value judgments, prefer not to enunciate one translation better than another.
More concern with understanding how translated texts work (rather than with traditional concepts of
quality) and seek to define the translator’s method (Vilikovsky) and purpose (Newmark: Textbook of
translation, 1998, 75).
There is debate about whether assessment should take into account the Source Text: Toury notes
that comparisons between translations and originals often lead to an enumeration of errors and a
reverence for the original (1978: 26) Most critics carry out a comparative criticism of original and
translation.
• Newmark (Textbook): five-part model analysis of source text comparison of it and the
translation comments about the translation’s potential role as a translation
• Hatim and Mason outline a set of comparative arguments; their principal interest lies in the
‘cultural semiotics of language’. Using the notions of genre, discourse and text, they focus not on
individual words but on a ‘thread of discourse which is sustained through a communicative
transaction’
• de Beaugrande (1978) evaluative criteria should address the ‘presuppositions and expectations
about texts’ shared by readers and writers in each language
Non-comparative models Lefevere concentrate on the output of translation in the context of the
target culture rather than on the translation process. Toury (1978, 1980c) his work with translational
norms suggests evaluative centered on the target system alone.
Criticism should take into account the presence of ideology in translation. Critics may also have
their own hidden ideology stipulating their criticism. A reviewer’s motivation may be political, or of
other nature. For instance, in his study Prof. Matthew Arnold’s lecture ‘On Translating Homer”,
Venuti (1995: 118-45) has shown not only that Arnold’s attack on Francis Newman’s translation of the
Iliad served to marginalize Newman’s work, but also the extent to which a polemics about appropriate
translation strategies can be contemporaneously one about cultural politics.
According to scientists, focus on seeking out factual inaccuracies in the translation of a little
promising for the development of the translation of scientific criticism as a section of Translation.
Objections by the modern translation critics welcome the idea that the translator must transmit all sides
without exception the original.
Criticism of translations can be found in translator’s prefaces and annotations, complimentary
poems and essays about the work of other translators, scholarly writing about translation theory, and
appraisals embedded in fictional commentary. A truly scientific criticism of the translation is to be
inductive and analytical, rather than deductive and prescriptive, that is, based on facts of translation.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1601
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
“SLENQ”LƏRİN İBRİ DİLİNDƏ İŞLƏNMƏSİ VƏ ƏHƏMİYYƏTİ
Günay SƏFƏROVA
Azərbaycan Dillər Universiteti
gunaysafarova@yahoo.com
AZƏRBAYCAN
Slenq (ingiliscə-slang, ibrani və ya ibri dilində-
הָגָע
-“aqa”) cəmiyyətdə müxtəlif qruplar arasında
istifadə olunan xüsusi bir “dil” kimi dəyərləndirilir. İbri dilində bu söz “
הָגָע
”-“aqa” kimi istifadə edilsə
də dildə “
גנלס
”- “Slang” ifadəsinin istifadəsi də istisna deyildir. İngilis dilində “slang” termini XIX
əsrin əvvəllərində daha da geniş yayılmışdır.Slenq hərb, siyasət, idman və digər sahələrdə olub,
tələbələr, neftçilər, həkimlər və başqa bu kimi müəyyən şəxslər tərəfindən istifadə olunur. Bu ifadələr
jarqonlara oxşasa da, onlardan fərqlənir. Lakin bəzən onları bir-birindən ayırmaq o qədər də asan
olmur.
Jarqon fransız sözü olub, “boşboğazlıq, cəfəngiyat” kimi izah olunur. Jarqonun özünün fonetik
və qrammatik sistemi yoxdur. O, ancaq müəyyən məhdud kollektivlər arasında yayılmışdır. Məsələn:
yükdaşıyıcıların, neftçilərin şərti sözləri var: “Vira!” (qaldır), “Mayna!” (endir) və s. Jarqonlar
müəyyən ictimai və peşə qrupuna mənsub adamların öz aralarında danışdığı, başqalarının isə başa
düşmədiyi şərti “uydurma” bir dil kimi izah olunur. Slenqlərin əhatə dairəsi isə daha genişdir, hətta
şagirdlər, kiçik yaşlı uşaqlar tərəfindən belə istifadə oluna bilər.
Hətta bəzən dildə slenq kimi istifadə olunan ayrı-ayrı sözlər dilə sirayət edərək ümumişlək sözə
çevrilir və gündəlik istifadədə tez-tez işlədilir. Məsələn, rus dilində “Шпаргалка” sözü əvvəllər yalnız
slenq kimi işlənsə də, bu söz artıq gündəlik danışıqda tez-tez istifadə olunur, xüsusilə də şagird və
tələbələr arasında.Əvvəllər daha çox “aşağı səviyyəli” adamların dili hesab edilməsinə baxmayaraq,
günümüzdə slenqlərdən geniş istifadə olunur. Demək olar ki, slenqlər artıq “yaşayan, canlı dilə”
çevrilmişdir.
Bəs görəsən niyə insanlar slenqlə danışmağı bu qədər sevirlər? İbri dilində slenqlərin geniş
istifadə olunmasının səbəbləri araşdırılmış və aşağıdakı nəticələrə gəlinib:
1) Slenqlər ruhun “cavan” olduğunun bir göstəricisi hesab olunur, insanlarda gənc ruhu ifadə edir
və bu istifadənin əsas məqsədi müəyyən yaş qruplarına aid olan insanların istəyini, xüsusilə də onların
söz bazasını genişləndirməyi təmin etməkdir. Belə ki, gənclərlə yanaşı, gənc ruhlu insanlar da buna
daha çox üstünlük verir.
2) Slenqlər bəzən yumoristik məzmunda olur. Bu daha çox özünü insanlara verilən ləqəblərdə
(nickname) göstərir. Məsələn,
םותס
-“bağlı”. Bu sözün hərfi tərcüməsi “bağlı, qapalı” deməkdir. Bu
ləqəb daha çox özünə qapalı olan insanlara aid edilir.
עבורמ
-“kvadrat”. Bu sözün hərfi tərcüməsi isə
“dördtərəfli, kvadrat” deməkdir. Bu ləqəb isə daha çox hərtərəfli, dünyagörüşü zəngin olan insanlara
aid edilir.
3) Həddən artıq “şişirdilmiş” situasiyaların ifadə olunmasında slenqlər əvəzolunmaz bir
vasitədir. Belə ki, hər hansı bir hadisəni daha obrazlı ifadə etməkdə slenqlər ən uyğun vasitə hesab
olunur.
4) Slenqlər danışığı sürətləndirir və nəticədə “uzun-uzadı danışığa qənaət” edir. Yəni, ibri dilində
hətta müəyyən cümlələri belə slenqlər vasitəsilə bir sözlə ifadə etmək olur. Məsələn,
ערחורבצמ
-“Pis
əhval ruhiyyə” ifadəsini qısaldaraq slenq kimi “
חרבוצמ
” formasında istifadə edirlər. Nəticədə bir
cümlənə bir sözlə ifadə edirlər.
5) Slenqlərdən ona görə istifadə edirlər ki, o dildə “xoş” olamayan ifadələri ixtisar edir.
İsrail cəmiyyəti pluralist və rəngarəng cəmiyyət olduğundan daim müxtəlif dillərin təsirinə məruz
qalmışdır. İbri dilində slenqlerin “həssas, incə” çəkisi vardır. Onlar mövcud vəziyyəti təsvir etməyə
kömək edir və bu zaman sözlər öz ilkin mənalarından tamamilə uzaqlaşırlar. Məsələn, “
לפקתה
” felinin
mənası “bükmək, qatlamaq” deməkdir. Amma aşağıdakı cümlədə bu söz ilkin mənasından uzaqlaşmış
və “qaçıb canını qurtarmaq, xilas olmaq” mənasını ifadə etmişdir:
טושפ אוה דחא םוי ותרבח תא זבכא רוחבה
לפקתה
םלענו
“Oğlan rəfiqəsini (qız dostunu) məyus etdi və bir gün onu qoyub qaçaraq ortalıqdan yox oldu.”
İbri dilində ən çox istifadə edilən slenqlərdən bəzilərinə nəzər salaq:
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1602
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
1)
תושעלםייח
(Laasot xaym)- hərfi tərcüməsi “həyat qurmaq, həyat etmək” olsa da, slenq kimi
“yaxşı vaxt keçirmək” mənasında işlədilir.
2)
ךילע הרפכ
(Kapara aleyxa)-hərfi tərcüməsi “sizin üstünüzdə kəfarət”dir, slenq kimi “sevgili və
ya sevilən biri” mənasında işlədilir.
3)
לבחלעןמזה
(Xaval al hazman)-hərfi tərcüməsi “heyif vaxta”, slenq kimi “tamamilə möhtəşəm”.
4)
בגנלסומוח
(Lenagev Xumus)-hərfi mənası “Xumususilmək” (“xumus” xüsusi yəhudi
yeməyidir) olsa da, “tavanı sıyırmaq mənasında, yeməyi axıra kimi yemək” mənasında işlənir.
5)
לשארבילש
הזא
(Ze lo berosh sheli)- hərfi tərcüməsi “bu mənim başımda deyil”dir, lakin “mənim
buna istəyim yoxdur” kimi istifadə olunur.
6)
קורזלףסכ
(Lizrok kesef)-hərfi tərcüməsi “pul atmaq” olsa da, “boş yerə pul xərcləmək” kimi
işlədilir.
7)
אביל
(Ba li)- hərfi tərcüməsi “mənə gəlir” deməkdir, slenq kimi isə “mən istəyirəm, mənim
istəyim var” kimi işlənir.
8)
לבזבםייחה
(Haxaym bezaval)-hərfi tərcümədə “həyat zibildir”, slenq kimi isə “vəziyyət pisdir”
olaraq başa düşülür.
9)
ןיאילשארםידומילל
(Eyn li roş lelimudim)-hərfi tərcümədə “dərslərə başım yoxdu”, slenq kimi
“çox yorulmuşam, əldən düşmüşəm” kimi anlaşılır.
10)
םוקמהרתויידמץצופמ
(Hamakom yoter midday mefuç’aç’) -hərfi tərcümədə “məkan həddindən
çox çatlaqdı”, slenq kimi isə “məkan tamamilə doludur” kimi anlaşılır.
11)
דרילןזואהמ
(Red li mehaozen)-hərfi tərcümədə “qulağımdan düş”, slenq kimi isə “bezdirdin
məni” kimi anlaşılır.
12)
ןורתי
(Yitron) -hərfi tərcümədə “çoxluq, artıqlıq”, slenq kimi isə “şişirdilmiş” kimi anlaşılır.
13)
ףוחדלתאןיינעה
(Lidxof et hainyan) -hərfi tərcümədə “məsələni itələmək”, slenq kimi isə
“məsələni inkişaf etdirmək, irəli çəkmək” kimi işlənir.
14)
הלחאהרומ
(İxla Mora) -hərfi tərcümədə “müəllimə arzu etdi”, slenq kimi isə “xoş (gözəl)
müəllimə” kimi işlənir.
Beləliklə gənc nəslin istifadəsinə daha çox üstünlük verdiyi slenqlər fikri daha obrazlı ifadə
etməkdə mühüm rol oynayır.
“HƏRKƏS İNGİLİS DİLİNİ BİLİRSƏ İNGİLİS DİLİ ÜZRƏ
TƏRCÜMƏÇİYƏ NƏ EHTİYAC VAR?” SUALINA CAVAB
Xanım FƏTULLAYEVA
Qafqaz Universiteti
xafetullayeva@qu.edu.az
AZƏRBAYCAN
Dil sadəcə sözlər,onların izahlı lüğəti və sadə qrammatikadan ibarət deyil. Eyni zamanda nəzərə
alsaq ki, bir sözün çoxmənalı olması halı daha geniş yayılıb, onda bu dilin quruluşunun nə qədər
mürəkkəb olmasını əyani olaraq göstərmiş olar.
İngilis dilindən azərbaycan dilinə tərcümə edən şəxs ingilis dilini nə qədər mükəmməl bilirsə
bilsin, beynində , şüurlu şəkildə başa düşdüyü sözü və ya cümləni azərbaycan dilində necə ifadə
edəcəyini bilmirsə, deməli o tərcüməçi ola bilməz, o sadəcəingilis dilini bilən başqa bir yerli və ya
əcnəbi bir insanla ünsiyyət qura bilər.
Tərcümə sənətdir, sadəcə müqabilində əmək haqqı aldığımız iş deyil. Sənətdə isə yaxşı olmaq
üçün mahir bir sənətkar olmaq lazımdır.
İngilis dili artıq xarici dil statusundan çıxaraq beynəlxalq dilə çevrilmişdir. Bəs hər kəs ingiliscə
bilirsə onda tərcüməçiyə nə ehiyac var?Təcrübə göstərir ki, bir yazı şəxsin öz dilində yazıldıqdan sonra
ikinci addımda onun tərcüməsi dayanır. Səbəb sadə və aydındır , dünyanın yarıdan çoxu ingilis dilini
bilir. Hazırda dünyada 1.8 milyard insan ingilis dilində danışır.Lakin ana dili ingilis dili olmayanlar
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1603
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
sözügedən dili doğma dil daşıyıcılarından fərqli şəkildə danışırlar. Bu fərq müəyyən tələffüz, leksik və
s səhvləri özündə ehtiva edir. Demək ki dil çox danışıldıqca onun istifadəsindəki səhvlər də artır. Dilin
çox danışılması onun istifadəsindəki qüsurları və naqislikləri də artırır. Qüsursuz bir ingilis dili üçün
yenə də tərcüməçiyə ehtiyac var.
Tərcüməçi linqvistik və yazı qaydalarına mükəmməl bələd olmalıdır. Tərcüməçinin ikidilli
insandan fərqi budur ki, tərcüməçi sadəcə söz deyil, eyni zamanda sözün həmin kontekstdə ifadə etdiyi
,yəni müəllifin nəzərdə tutduğu mənanı tərcümə edir.
İkidilli insan bəzi hallarda qeyri-peşəkar tərcümə edərək düzgün olan sözü deyil,düzgün görünəni
seçir.
Tərcüməçi subyektin ünsiyyət üslubunu başa düşmək qabiliyyətinə malikdir. Bu ona müxtəlif
tərkibli auditoriya ilə ünsiyyət saxlamağa imkan verir.
Müasir və qloballaşan dünyada xarici dilə , xüsusilə də lingua franca olan ingilis dilinə tələbat
hədsiz çoxdur. Yaxın gələcəkdə elektrik, su və internet kimi tərcümə xidməti də əvəzolunmaz bir
tələbata çevriləcək. Və bu zaman da qeyri-peşəkar tərcümə ilə peşəkar tərcümə arasındakı fərq su kimi
aydın olacaq.
Xüsusilə də onu qeyd etməliyik ki,yazılı tərcümə ilə məşğul olanların bu işdə əməyinə hər zaman
daha çox ehtiyac var. Çünki yazılı tərcüməçi sadəcə sözləri yanyana düzməklə məşğul olmur, o
mənanı tərcümə edir və bununla yanaşı hədəf dilin yazı qaydalarını, orfoqrafiyasını və s də dərindən
bilməlidir.
Tərcümənin çox məsuliyyətli bir proses olmasına bariz bir nümunə olaraq tərcüməçilərdən əlavə
redaktorların da fəaliyyətini qeyd etmək lazımdır. Bir tərcüməçi nə qədər peşəkar olsa da , hətta onun
da gözündən qaçan nüanslar olur. Və bu baxımdan onun etdiyi tərcüməni belə redaktə etməyə ehtiyac
olur. Burada belə bir sual ortaya çıxır : Hansı daha peşəkar olmalıdır? Tərcüməçi yoxsa redaktor?Hər
birinin fəaliyyəti tərcümə prosesinin müxtəlif mərhələlərində olsa da, hər ikisi eyni dərəcədə işin
keyfiyyətindən məsuldur. Redaktorun işi sadəcə qrammatik cəhətdən mətni yoxlamaq deyil, eyni
zamanda onu dil standartları,terminoloji baza,müştərinin üslubi tələbləri nöqteyi nəzərindən təhlil
etmək və lazımi hissələrini redaktə etməkdir.
Bütün bunlar bizə bu nəticəyə gəlməyə əsas verir ki, iki dilə yaxşı bələd olan istənilən insanı
nəinki yaxşı tərcüməçi, heç tərcüməçi də adlandıra bilmərik. Çünki tərcüməçilik dil biliyi ilə
məhdudlaşan bir proses deyil. Tərcüməçinin dünyagörüşü dərya kimi olmalıdır(mikro kontekst və
makro kontekst zamanı buna dərin ehtiyac duyulur). O hər iki işçi dilin xalqının mədəniyyətini,tarixini
dərindən bilməlidir. Çünki o mədəniyyətlərarası ünsiyyətin təmsilçisidir, mədəniyyətlər arasında
vasitəçidir.
Bunu da qeyd etmək lazımdır ki,tərcüməçilər üslubi tipologiyanı, müqayisəli tipologiyanı
bilmədən mətni nə dərəcədə mükəmməl tərcümə edirlərsə etsinlər, üslub qorunmadığı üçün hədəfdən
yayınmış olurlar.
Son zamanlarda texnikanın inkişafı ilə sürətli tərcümə xidməti əldə edə bilmək üçün müəyyən
tərcümə proqramları tərtib olunur. Bu proqramlar hələ ki, insan əməyini əvəz etməyə müvəffəq
olmayıb. Nəzərə alsaq ki, biz tərcüməçilər sözü deyil, mənanı tərcümə edirik,bu zaman maşının bizi
əvəz etməkdə heç bir zaman uğurlu olmayacağı aydın olur. Çünki tərcümə prosesində hətta peşəkar
tərcüməçilər belə günlərlə bir sözün,ifadənin və ya cümlənin üzərində işləməli olurlar, onun hədəf
dildə uyğun səslənməsini təmin etməyə çalışırlar.
Bütün bunlarla yanaşı bunu da qeyd edək ki, təəssüf ki, hazırda tərcümə sektorunda olan
tərcüməçilərin heç də hamısı işinə bir o qədər can yandırmır. Və nəticədə keyfiyyətsiz tərcümələr
ortaya çıxır. Bəzi şirkətlər ucuz işçi qüvvəsi kimi təcrübəsiz free-lancerlərdən istifadə edir və çox vaxt
onların tərcüməsi redaktə olunmadan təqdim olunur. Bu məsələ xüsusilə bədii kitabların tərcüməsi
baxımından aktualdır.
Bir tərcüməçi tərcümə prosesini bu cür tərif edir : “Tərcümə etmək xalçaya naxış vurmağa
bənzəyir. Üstdən çox gözəl və bəzəkli görünür. Lakin xalçanı çevirib arxasına baxsaq, naxışların
arxadakı izlərini görmüş oluruq”. Tərcüməçi tərcümənin orijinalla eyni ruhda,eyni formada olmasına
çalışsa da, oxucu bunu hiss edəcəkdir. Bəs bu iddia necə haqlı ola bilər ki, ingilis dilini bilən istənilən
şəxs tərcüməçidir? Bu və digər səbəblərə görə peşəkar tərcüməçilərə həmişə ehtiyac vardır və
olacaqdır.
|