IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1518
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Dərsdə müasir təlim texnologiyalarını tətbiq etməklə, ənənəvi təlim sistemini dəyişərək ona
tədqiqat xarakteri verməkdən və biliklərin mənimsənilməsi prosesində şagirdi əsas sima etmək və onu
təlimin subyektinə çevirmək mümkündür. Belə ki, bu prosesdə müəllim biliklərin əldə edilməsi
yolunun bələdçisi, şagird isə tədqiqatçı, bilikləri kəşf edən rolunu oynayır. Müasir təlim
texnologiyaları tədrisin səmərəliliyini artırmağa kömək edir. Əgər öyrənilən biliklər müasir həyatla,
cəmiyyətin inkişafı ilə əlaqələndirilmirsə, həmin bilik şagird üçün mənasız yükə çevrilir. Belə olduqda
şagirdlərin elmi biliyə marağı azalır, şüurluluq və fəallıq səviyyəsi aşağı düşür. Ona görə də müəllim
ayrı-ayrı mövzuların öyrənilməsi zamanı keçirilən materialın həyati əhəmiyyətini şagirdlərə başa
salmalıdır. Hər kəsə məlumdur ki, ənənəvi izahedici – illüstrativ izahetmə metodu ilə şagirdlər passiv
olaraq müəllimin hazır şəkildə verdiyi bilikləri əzbərləmiş olur. Bu da uşaqlarda müstəqilliyi,
sərbəstliyi məhdudlaşdırır, şagird təlim prosesinin tam hüquqlu iştirakçısı yox, təlim prosesinin
obyekti olur.
Beləliklə, müxtəlif pedaqoji texnologiyalar, texniki vasitələr, interaktiv metodların
sistemli və elmi tətbiqi şagirdlərdə elmi dünyagörüşü, təhlil etmə və yaradıcılıq qabiliyyətlərinin
formalaşmasına kömək edir. Müəllim interaktiv metodlarla dərs keçən vaxtda daha çox istiqamət
verən, yol göstərən olur, şagirdlər isə müstəqil olaraq axtarış aparır, məlumatlara yiyələnirlər. Belə
metodlara misal olaraq, şaxələndirmə (klaster), Venn diaqramı, beyin həmləsi (əqli hücum), T-
sxemlər, kublaşdırma, proqnozlaşdırılmış oxu, ədəbi məktublar, karusel, fasiləli oxu, insert, BİBÖ, İki
hissəli gündəlik, konseptual cədvəl, Blum taksonomiyası, sankveyn (5-lik), çarpaz müzakirə (debat),
müzakirələr (diskussiya), söz mənimdir, qalereya gəzintisi, ziqzaq, müsahibə əsasında oçerk, esselər,
açar sözlər, rollu oyunlar, auksion (hərrac), söz assosiasiyası, anlayışın çıxarılması və s. göstərmək
olar. Eləcə də müxtəlif fənlərin keçirilməsi zamanı interaktiv metodlardan səmərəli istifadə etmək
şagirdlərin aktiv fəallığına, dünyagörüşünə, məlumat mübadiləsinə, bədii təfəkkür tərzinin inkişafına
çox güclü təkan verir.
İBTİDAİ SİNİFLƏRDƏ İNGİLİS DİLİNİN TƏDRİSİ
ZAMANI UŞAQLARIN YAŞ XARAKTERİSTİKASI
Aynur RZAZADƏ
Bakı Slavyan Universiteti
moon-light2607@hotmail.com
AZƏRBAYCAN
İngilis dilinin tədrisində yaranan problemlər istər ölkəmizdə, istərsə də digər ölkələrdə həllə də
həll edilməmiş məsələlərdən biridir. Bu problemləri həll etmək üçün bir çox metodistlər, müəllimlər
çox böyük səylər göstərmiş, bununla əlaqədər bir sıra kitablar, dərsliklər və s. yazılsa da, bu mövzu öz
aktuallığını qoruyub saxlayır. Qəbul edilmiş faktdır ki, xarici dili ibtidai siniflərdə, hətta bağça
zamanında öyrənmək daha yaxşı nəticələr əldə etməyə imkan verir. Əgər uğurlu nəticə görmək
istəyiriksə, uşaqlara ikinci dili mümkün qədər erkən yaşlarında tədris etmək vacibdir. Əks təqdirdə
daha yaşlı uşaqlarda xarici dilin tədrisi zamanı istənilən nəticəni əldə etmək mümkün olmaycaq.
Ölkəmizdə müəllimlərə kiçik yaşlı uşaqların tədrsində köməklik edəcək bir çox vəsaitlər nəşr
edilmişdir: Hacıyeva Ə.H. “Bağçada ingilis dili” (məktəbəqədər yaşlı uşaqlarla məşğul olan
müəllimlər üçün vəsait) Bakı, 1995; yenə həmin müəllifin adı ilə “Məktəbəqədər yaşlı uşaqların nitq
inkişafı” “Maarif”, 1992 və “Uşaq nitqinin linqvistik təhlili” “Maarif”, 1994.
İstər bağçada, istərsə də ibtidai siniflərdə tədris prosesini izləsək, uşaqların hər bir yaşına uyğun
psixoloji xarakteristikasını aydın görə bilərik.
4.
Təxminən 5 və ya 6 yaşlı uşaqlar xarici dildə sözləri və cümlələri asanlıqla öyrənir və həmin
sözləri əşyalar, hadisələrlə birbaşa əlaqələndirə bilir. Bu yaşlı uşaqlar üçün cümlələri öyrənmək qarışıq
sözləri öyrənməkdən daha asan olur. Əgər cümlələr uşaqlara müəyyən birləşmələr şəklində verilərsə,
onlar sözləri cümlələrdə Azərbaycan və İngilis dillərində qarışdırmayacaqlar. Onlar artıq ehtiyacları
olan sözləri cümlə birləşmələri şəklində istifadə edə biləcəklər.
5.
Bağça və ibtidai sinif uşaqlarında təqlidetmə bacarıqları yaşlı uşaqlara nisbətən daha yaxşı
inkişaf etmişdir. Təcrübələr göstərir ki, bu yaşlı uşaqlarda səsləri, sözləri və cümlələri təqlid etmək
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1519
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
marağı vardır. Onlar müəllimlərin tələffüzünü təqlid etməyə çalışırlar və çox zaman buna nail ola
bilirlər. Bütün bunlarla yanaşı müəllim şagirdlərə səsləri tələffüz etməyi göstərməklə bərabər səslərin
necə tələffüz etməyin yollarını da izah etməlidir. Misal üçün, [a:] (car [ka:]) səsini tələffüz edən zaman
dil arxa hissədə yerləşir və s.
6.
5-6 yaşlı uşaqların əsas məşğuliyyəti oyundur. Onlar müxtəlif oyunlar dünyasında yaşayır.
Rollu oyunlar onların həyatının böyük bir hissəsini təşkil edir. Misal üçün, kişik yaşlı qızların anaları-
na ev işlərində kömək etməsi, kiçik yaşlı oğlanların atalarının işlərinə maraq göstərməsi də onların
rollu oyunlarının bir hissədir. Məhz bütün bunları nəzərə alaraq, bağça və ibtidai sinif uşaqlarına xarici
dili tədris edən zaman rollu oyunlardan geniş istifadə etməklə arzuolunan nəticəyə daha tez nail olmaq
mümkündür. İbtida siniflərdə ikinci dili öyrədərkə oyunlar ən yaxşı motivasiya ola bilər.
Məktəbəqədər və ibtidai sinif yaşlı uşaqlarda xarici dili tədris edərkən kursun sonunda onların
nəticələrini izləmək vacib amillərdən biridir. Şagirdlərin yoxlanması zamanı istənilən nəticə əldə
edilibsə, bu o deməkdir ki, xarici dilin tədrisi uğurla nəticələnmişdir. Kurs sonun şagirdlər müəyyən
təcrübələr əsasında əldə edilmiş standartlara görə yoxlanılır. Belə qəbul edilmişdir ki, məktəbəqədər
tədris müddətini bitirmiş uşaqlar təxminən 200-250 cümlə qurmaq bacarığına malik olmalıdırlar. Bu
qurulmuş cümlələr 100-150 söz vasitəsilə yaradılır. Bu yaşlı uşaqlar həmçinin əzbərdən 8-10 şeir və
kiçik nəğmələr bilməlidirlər.
Məktəbəqədər uşaqlarda tədris olunan bütün materiallar şifahi şəkildə təqdim edilir. İngilis
dilinin tədrisində müəllimlər bir çox metodlardan istifadə edirlər:
-....... mənə göstər
- ....... adını de
- ....... obyekt haqqında danış
- suallara cavab ver
- suallar ver
- şeir de, mahnı oxu və s.
İbtidai sinifdə uşaqlar artıq müəyyən bacarıqlara yiyələnməlidirlər:
5.
Müəllimin nitqini, proqramda yer alan mövzu və materiallar üzrə qısa şifahi hekayələri başa
düşməli,
6.
Suallara cavab verməli və suallar təqdim etməli,
7.
Dərs müddətində öyrəndikləri cümlələrdən istifadə etməli,
8.
Şifahi formada sözləri və cümlələri oxumalı və s.
İbtidai sinfin sonunda şagirdlər artıq sərbəst şəkildə təxmini 300-500 sözdən istifadə etməklə
600-800 cümlə qura bilməlidirlər.
1-ci və 2-ci siniflərdə ikinci dilin tədrisi yalnız şifahi şəkildə aparıldığı halda, daha yuxarı
siniflərdə, 3-cü, 4-cü siniflərdə artıq tədricən dinləmə qabiliyyəti də inkişaf etdirilməyə başlayır. Bu
müddətdə əsasən rəngli lövhələrdən, şəkillərdən, video materiallardan istifadə etməklə şagirdlərin
marağını daha asanlıqla cəlb etmək mümkündür. İllər öncə Azərbaycanda ingilis dili beşinci sinifdən
olaraq keçirilirdi. Yəni beşinci sinifdən on birinci sinfə qədər tədris olunurdu. Amma illər ötdükcə
Azərbaycanda ingilis dili birinci sinifdən tədris olunmağa başladı. Artıq bu neçə ildir ki, davam edir.
İngilis dilinin Azərbaycanda belə tez bir zamanda yayılmasının bir sıra səbəbləri vardır. Bunun ilkin
səbəblərindən biri Azərbaycanın Avropaya güclü inteqrasiyasıdır. İnteqrasiya zamanı Azərbaycanla
Avropa arasında sıx əlaqələr quruldu və gənclərin Avropa ölkələrində təhsil almağı üçün şərait
yaradıldı. Bütün bunlar Azərbaycanda ingilis dilinə olan ehtiyacı daha da çoxaltdı. Və bu da ingilis
dilinin tədrisinin orta məktəblərdə daha səlis şəkildə öyrədilməsinə ehtiyac yaratdı.
İbtidai siniflərdə ingilis dilinin tədris olunması çox müsbət hal kimi qiymətləndirmək olar. Amma
təbii ki, aşağı sinif
şagirdlərinə bu dili keçərkən onların psixologiyasına uyğun keçmək əsas
faktorlardan biridir. Çünki Azərbaycan mühitində böyüyən şagirdə Azərbaycan dilin öyrətmək çətin
olur, nəinki ingilis dili öyrətmək asan olsun. Düzdür dünyada bu metoddan istifadə edirlər. Amma o
ölkələrdəki bu metoddan istifadə olunur ki, həmin ölkələr ingilisdilli ölkələrdir. Uşaqlar ingilis
mühitində böyüyürlər. Və yaxud da bəzi ölkələr var ki, onlar ingilisdilli ölkə deyil və orada ibtidai
sinifdən ingilis dili tədris olunur. Bu da ondan irəli gəlir ki, həmin ölkələrdə uşaq məktəbə
getməmişdən əvvəl ingilis dili vərdişləri öyrədilir. Artıq məktəbdə dili öyrənməyə başlayarkən bir o
qədər çətinlik çəkmirlər. Amma artıq Azərbaycan bu kimi işlərə diqqət ayrılır və uşaqlara ingilis
dilinin tədrisini daha aşağı yaşlardan başlanır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1520
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Ümumiyyətlə, kiçik yaşlı uşaqların öyrənmə tərzi bir qədər çətindir. Beləliklə, bu siniflərdə dərs
tədris edən müəllimlərin (müəllimələrin) üzərinə böyük məsuliyyət düşür. İlk öncə müəllim uşaq
psixologiyasını yaxşı bilməli və uşaqlarla davranışlarına xüsusilə diqqət yetirməlidir. Dərsliklərdə olan
çətin anlaşılan çalışmaları uyğun metodla izah etməlidir. Bu şagirdin dərsi yaxşı mənimsəməsində
mühüm rol oynayır. Burda müəllimlə yanaşı, şagirdlər də öz məsuliyyətlərini dərk etməli və dərslərdə
fəal iştirak etməlidirlər.
MƏKTƏBƏQƏDƏR MÜƏSSİSƏLƏRİN BÖYÜK VƏ
MƏKTƏBƏHAZIRLIQ QRUPLARINDA OYUNLARIN
TƏŞKİLİ VƏ METODİKASI
Gülnar AĞAYEVA
ADPU
agayeva_gulnar_86@mail.ru
AZƏRBAYCAN
Uşaqların fiziki və əqli cəhətdən normal inkişaf edib şəxsiyyət kimi formalaşmasına müsbət təsir
göstərən oyun növlərindən biri də didaktik oyunlardır. Böyük yaş qruplarında didaktik oyunlardan
geniş istifadə edilir.
Böyük yaş qrupunda orta yaş qrupunda istifadə olunan oyunlardan da istifadə olunur. Lakin bu
zaman oyuna rəhbərlikdə, oyunun təşkil edilməsində uşaqların yaş qrupunu nəzərə almaq lazımdır. Bu
yaş qrupunda da qaydalı oyunalardan, hərəki oyunlardan, rollu oyunlardan istifadə olunur. Kiçik
məktəbəqədər yaşlı uşaqlara nisbətən böyük yaşlı uşaq qruplarında oyunun məzmunu get-gedə
zənginləşir, müxtəlif hadisələrin, həyat təsviri onun məqsədi olur. Böyük qrup uşaqları oyuna balacalar
kimi rolun təyinindən deyil, mövzunun seçilməsindən başlayırlar.
Böyük qrupda mütəhərrik oyun qaydaları uşaqların nisbətən dərin şüurluluğuna, müstəqilliyinə,
məsuliyyətinə əsaslanır. Tərbiyəçi keçirilən hər bir oyunun məzmununu, süjetlərin mahiyyətini
uşaqlara çatdırmalıdır. Bunun üçün o, hərəkətlərə yaxşı yiyələnməli, onları uşaqlara düzgün və başa
düşə biləcəkləri tərzdə çatdırmağı bacarmalıdır.
Didaktik oyunların köməyi ilə uşaqlar baş verən dəyişiklikləri qəbul edib və onları törədən
səbəbləri məntiqi şəkildə fikirləşmək bacarığına malik olmaqla yanaşı, eyni zamanda müəyyən
problemlərin qoyulması və həlli, yaradıcı, bacarıqlı olmaq, özünün, cəmiyyətin, ölkənin və ətraf
mühitin qayğısına qalmaq kimi mənəvi keyfiyyətlərə yiyələnirlər.
Didaktik oyunlar uşaqların yaş səviyyələri ilə müasir həyatın tələbləri arasında körpü rolunu
oynamalıdır. Bu, uşaqların təfəkkürünü elə bir tərzdə aktivləşdirməlidir ki, zamanın inkişafı ilə paralel
dayana bilsin. Didaktik oyunlar digər yaş qruplarında da tətbiq olunur. Didaktik oyunlar yaş qruplarına
uyğun seçilməli və tətbiq olunmalıdır .
Məktəbəqədər təhsil təhsilin ilkin pilləsi olmaqla, uşaqların intellektual, fiziki və psixi inkişafını,
sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının
qorunmasını, estetik tərbiyəsini təmin edir. Məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki, əqli
və psixoloji cəhətdən məktəbə hazırlığını müəyyənləşdirmək məqsədi ilə onların diaqnostikası həyata
keçirilməlidir.
Məktəb təliminə hazırlanan uşaqların psixoloji və psixofizioloji xüsusiyyətləri öyrənilməli,
məktəbəqədər yaşlı uşaqların müvəffəqiyyətli təhsil və tərbiyəsinin təşkili əsasları müəyyənləşdirilməli,
gələcək birinci sinif şagirdlərinin şəxsi keyfiyyətləri aşkara çıxarılmalıdır. Bundan başqa, uşaqların
inkişafının izlənməsi üçün müşahidə gündəlikləri aparılmalı, istedadlı uşaqların aşkara çıxarılması,
onların imkanlarının inkişaf etdirilməsi məqsədi ilə hər bir uşağın fərdi-psixoloji xüsusiyyətlərinin
öyrənilməsi istiqamətində müvafiq işlər görülməlidir.
Uşaqların məktəb təliminə hazırlanmasında oyun fəaliyyətinin də özünəməxsus yeri vardır. Belə
ki, oyunlarda uşağın fiziki, şəxsiyyətyönümlü, intellektual və sosial hazırlığı nəzərdə tutulmalıdır.
Bundan başqa məktəbəhazırlıq qruplarında oyunların təşkili zamanı uşaqlara müstəqillik, məsuliyyətli-
lik, fəallıq, təşəbbüskarlıq, başqasını dinləmək və öz hərəkətlərini onunla razılaşdırmağı bacarmaq, mü-
əyyən edilmiş qaydalara riayət etmək, qruplarla çalışmağı bacarmaq kimi keyfiyyətlər aşılanmalıdır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1521
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Ünsiyyətin, özünüqiymətləndirmənin formalaşması, intellektual hazırlıq, obrazlı təfəkkürün,
təxəyyülün, yaradıcılığın, məntiqi təfəkkürün inkişafı da önə çəkilməlidir. Oyun prosesi sosial hazırlıq,
yüksək əxlaqi təsəvvürlərin və vətəndaşlıq hisslərinin (vətənpərvərlik, humanistlik, digər millətlərə
hörmət) inkişafı, böyüklərlə və yaşıdları ilə ünsiyyətin qurulmasında yüksək mədəni davranış
qaydalarının mənimsənilməsini, öz hərəkətlərində əxlaq normalarının rəhbər tutulması və onlara riayət
olunmasını da özündə əks etdirməlidir.
Məktəbəhazırlıq qrupu 5-6 yaşlı uşaqları əhatə edir. Mütəxəssislər hesab edirlər ki, uşaqların
məktəbə hazırlığının təşkilində təlim prosesinin effektivliyini artırmaq üçün təlim məşğələlərində
didaktik oyunların tətbiq edilməsi faydalıdır. Tərbiyəçi uşağın oyuna olan marağından istifadə edərək,
didaktik oyunu təlim məqsədinə yönəltməlidir. Didaktik oyunlar təlimi uşaqlar üçün əlverişli və
cəlbedici formada həyata keçirməyə imkan verir. Bu zaman təlim vəzifəsi həm də uşağın oyun vəzifəsi
olur. Didaktik oyunlar yüksək tərbiyəvi və öyrədici xüsusiyyətlərə malik olur. Didaktik oyun uşaqların
zehnini inkişaf etdirən üsullardan biridir. Bilik, bacarıq və vərdişlərə nail olmaq və onları
möhkəmlətmək üçün uşaqdan dəfələrlə təmrinlərin təkrar olunması tələb olunur.
Didaktik oyunun başlıca xüsusiyyəti qaydadır. Qaydanın həyata keçirilməsi oyunun məzmununun
həyata keçirilməsidir. Qaydalar müxtəlif olur: onlardan biri oyun fəaliyyətini və ardıcıllığını təmin
edir, o birisi oyuncaqların münasibətini tənzim edir.
Uşaqların didaktik oyunlarına rəhbərlik edən hər bir şəxs, eləcə də tərbiyəçi aşağıdakılar yadda
saxlamalıdır:
1.
Didaktik oyun uşaqların əqli və əxlaqi cəhətdən formalaşması üçün faydalı təmrinlər verməlidir;
2.
Didaktik oyunda həlli bir az çətin olan tapşırıqlar da verilməlidir. “Səssiz, fəaliyyətsiz oyun
həmişə pis oyundur” (A.S.Makarenko);
3.
Oyunda didaktiklik əyləncəliklə birləşməlidir. Oyuna alışma zehni fəaliyyəti gücləndirir.
Didaktik oyunlar həmçinin əxlaq tərbiyəsi vasitəsidir. Bu oyun uşaqlarda dözümlülük, intizam,
qaydalara ciddi riayət etmək, düzlük, doğruçuluq, vətənə dərin məhəbbət, yoldaşlıq, səmimiyyət,
mehriban olmaq və s. əxlaqi keyfiyyətlər formalaşdırır. Didaktik oyunun başlıca cəhəti onun
məzmunundadır. Bu oyunda uşaqlar ana dilini, onun lüğət fondunu, saymağı, bitkilər və heyvanlar
haqqında məlumatı öyrənir. Onu da qeyd etmək lazımdır ki, müxtəlif yaş qruplarında didaktik
oyunlara rəhbərliyin öz xüsusiyyətləri vardır. Kiçik qruplarda tərbiyəçi özü uşaqlarla oynayır və
qaydaları onlara öyrədir. Böyük qrupda isə uşaqlar oyun başlananadək onun qaydalarını yaxşı başa
düşməlidirlər. Həmin qaydaların yerinə yetirilməsində onlardan tam müstəqillik tələb olunur. Oyun
zamanı tərbiyəçi uşaqlarda bir-birinə qarşı xeyirxah münasibət yaratmalıdır.
Həyatın beşinci ilində uşağın intellektual inkişafında baş verən ən mühüm keyfiyyət dəyişməsi
qərar çıxarmada müstəqilliyin artmasıdır. Bu dövrdə hərəkət müstəqilliyinin iradi məzmun kəsb etməsi
müxtəlif fəaliyyət növlərinin çoxsaylı təkrarları sayəsində uşaqda özünəinam hissinin artması ilə
mümkün olur. Lakin hərəkətlərin eyni tərzdə təkrarlanması onları tez yorur. Bu zaman son məqsədin
motivi saxlanılmaqla hərəkətlərin başqa formada qurulması məqsədəuyğundur. Beş yaşlı uşaq öz
hərəkətlərinin tənzimlənməsində daha çox yaşlıların tələblərini əsas şərt hesab edir. Gördüyü işin
keyfiyyətindən daha çox nəticəsi ilə maraqlanır, başdansovdu, tələsik yerinə yetirməyə çalışırlar.
Uşağı başdansovdu fəaliyyətdən yayındırmaq üçün xüsusi pedaqoji vasitələrin tətbiqi zəruridir.
Məktəbəqədər yaşın altıncı ilində intellektual imkanlar o səviyyəyə çatır ki, uşaq öz şüurunu
nəinki analizatorların nəzarətinə, eləcə də əvvəldən təxəyyül planını qurduğu işin nəticəsinə yönəldir.
Bu zaman hərəki, hissi, əqli proseslər birləşir. L.Viqotski, D.Elkonin, L.Vengerə görə uşağın hər hansı
hərəkətinin nəticəsi o zaman məqsədəuyğun olur ki, görəcəyi işi aydın dərk etmiş olsun. Hər hansı işin
düşünülmüş icrası isə artıq onun mənimsənildiyini göstərir. Belə dərk olunmuş işi başqa şəraitdə başqa
işə tətbiq etmək mümkündür. Bunlar nəzərə alınaraq böyük yaş dövründə uşağın müstəqil,
düşünülmüş fəaliyyətə alışdırmaq əqli tərbiyə işinin vacib vəzifələrindəndir.
Məktəbəhazırlıq qruplarında digər qruplara nisbətən təlim tipli məşğələlərinə çox yer ayrılır.
Buna baxmayaraq oyun fəaliyyəti bu yaş dövrünün də aparıcı fəaliyyət növü olaraq qalır. Bu yaş
dövründə məktəbəhazırlıqla bağlı olaraq uşaqların oyun fəaliyyətini məhdudlaşdırmaq olmaz. Məhz
buna görə də məktəbəqədər tərbiyə müəssisələrində bu məsələyə xüsusi diqqət yetirməlidir. Uşağın
psixi və fiziki cəhətdən inkişafını təmin edən ən təbii öyrənmək məkanı məhz oyun zamanıdır.
Oyunlar uşaqları sağlam düşüncəyə, diqqətin mərkəzləşməsinə, müqayisəetmə, ümumiləşdirmə kimi
intellektual qabiliyyətlərin inkişafına zəmin yaradır. Oyunları məhdudlaşdıraraq uşaqlarda təlim
vərdişləri yaratmaq mümkün deyil.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1522
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Pedaqoji prosesdə oyunun yerini müəyyən etmək və onu uşaqların təlimi ilə əlaqələndirmək
mühüm cəhətlərdəndir. Biliyin formalaşdırılması və onun təkmilləşdirilməsi oyunun əsas məqsədi ola
bilməz. Uşaq bilik öyrənmək və onu möhkəmləndirmək üçün oynamır. Oyun zamanı uşaq oyunun
tempini artırmaq, yaşlılar kimi hərəkət etmək, vədə əməl etmək üçün səy göstərmək, fəal hərəkət
etmək oyunun məqsədini və vəzifəsini yerinə yetirir. Təlim fəaliyyətinin formalaşması məqsədli
prosesdir. Uşaqların məşğələlər zamanı biliyə marağı artır, tərbiyəçi və yaşlılar onun təşkilatçısı
rolunu oynayır, onların rəhbərliyi altında, müəyyən proqram əsasında, müntəzəm və ardıcıl olaraq
biliyə yiyələnirlər. Tərbiyəçilər, eləcə də böyüklər uşaqlarda elementar vərdişlər yaradırlar. Onlarda
tərbiyəçini dinləmək və onun göstərişi əsasında hərəkət etmək, müşahidə aparmaq, öyrəndiyini sözlə
ifadə etmək kimi vərdişlər formalaşır.
Təlimin məzmunu və xarakteri oyunun yaxşı keçirilməsinə təsir edir. Məşğələ zamanı əldə edilən
dərin bilik, dərin təəssürat uşaqlarda oyuna marağı gücləndirir. Bu rəngarəng oyunlarda öz ifadəsini
tapır. Bundan başqa bilik əldəetmə prosesi müxtəlif metodların tətbiqi və növbənöv oyun
hərəkətlərinin keçirilməsi zamanı əldə edilir. Belə metodlar uşaqların diqqətini mərkəzləşdirir, onların
qavrayışını möhkəmləndirir, biliyi yaxşı mənimsəməyə kömək edir.
TƏHSİLİN MALİYYƏLƏŞDİRİLMƏSİ
İbrahim GÜLVERDIZADƏ
Qafqaz Universiteti
ibrahimgulverdizade@mail.ru
AZƏRBAYCAN
Təhsil - insanin mənəvi inkişafının mənbəyidir. Həm də yalnız ayrı-ayrı şəxslərin mənəvi qazancı
deyil, bütövlükdə cəmiyyətin, dövlətin sosial-iqtisadi və mənəvi inkişafının təməlidir. Buna görə də
təhsil səviyyəsinin yüksəldilməsi və insanın inkişafı hər bir ölkədə iqtisadi artımın hərəkət verici
qüvvəsi sayılır.
Təhsilin iqtisadiyyatı ölkə iqtisadiyyatının daimi inkişafda olan və əhəmiyyətli hissəsini təşkil
edən tərkib hissəsidir. Təhsil iqtisadiyyatı bilavasitə məktəbəqədər təhsildən başlayaraq ümumi təhsil,
ali təhsil və ömür boyunca təhsil daxil olmaqla bütün səviyyələri əhatə edir. Təhsilin iqtisadiyyati
həmçinin təhsilin əmək bazarının tələblərinə müvafiqliyi, təhsil “sənayesi”nin keyfiyyəti,
iqtisadiyyatın digər sahələrinin və təhsil maliyyələşdirilməsinin inkişafına təsiri kimi məsələləri əhatə
edir. Təhsilə bir təhsil iqtisadiyyatı kimi baxdıqda ona mikroiqtisadi və makroiqtisadi baxımdan nəzər
salaq.
Təhsil mikroiqtisadiyyatında ən mühüm məsələ əmək bazarında işlə təminata təhsilin təsiridir.
Müəyyən edilmiş təhsil standartları baxımından aparılan qiymətləndirmələr nəticəsində hər növbəti
ildə bir fərdə sərf edilmiş maliyyənin səmərəlilik səviyyəsini aşkar etmək mümkündür. Bu da təhsilə
yaradılan sərmayenin mikroiqtisadi ölçülər baxımından dəyərləndirilməsinə imkan verir. Beləliklə,
təhsilin qiyməti və əmək bazarına veriləcək faydanın dəyəri müəyyən edilir ki, bu da təhsilə ayrılan
büdcənin iqtisadi inkişaf baxımından özünü doğruldub-doğrultmadığı ilə bağlı qərarlar qəbul etməyə
imkan yaradır. Bu da insan kapitalı nəzəriyyəsinin əsas konsepsiyasıdır.
Təhsil iqtisadiyyatında digər mühüm məsələ insan kapitalının bütövlükdə iqtisadiyyata təsiridir.
Belə makroiqtisadi araşdırmalar zamanı təhsil iqtisadiyyatının inkişafını və bütövlükdə ölkənin
çiçəklənməsinə, həmçinin cəmiyyətdə bərabərsizliyin aradan qaldırılmasında təsiri tətqiq edilir.
Müəyyən edilmişdir ki, həqiqətən təhsilin formalaşdırdığı insan kapitalı iqtisadiyyatın inkişafına ciddi
və davamlı şəkildə təsir edir, ölkənin məhsuldarlığını yüksəldir.
Təhsilin maliyyələşməsi iki mənbə hesabına aparılır:
1. Əsas mənbə - Buraya büdcə vəsaitləri daxildir.
2. Əlavə mənbə - Buraya isə:
_Nazirliklər, müəssisələr, idarə və təşkilatların, habelə ayrı-ayrı vətəndaşların müqavilə əsasında
kadr hazırlığı üçün ayrılan vəsaitlər.
|