IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1503
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
təhsil sahəsində idarəçilik etmələri günümüzün tələblərinə cavab vermir.Həmin kadrlar idarəetmə
prosesi zamanı bir sıra çətinliklərlə üzləşirlər. Çünki onlar idarəetmə ilə bağlı biliklərə
yiyələnməmişlər. Onlardan pedaqoji biliklərlə yanaşı idarəetmə, iqtisadi, sosial,psixoloji və bir sıra
dünyəvi elmlərə də yiyələnmələri tələb olunmalıdır. İndiyə qədər Azərbaycanda təhsil meneceri
hazırlığı aparılmamışdır. Bütün bunların nəticəsi olaraq “Azərbaycan Respublikasının təhsil sahəsində
İslahat Proqramın”da menecerlərin hazırlanması, yenidən hazırlanması və ixtisas artırılması müasir
tələblər səviyyəsində təşkil etmək müəyyənləşdirilmişdir.Buna görə də, 2004-cü il 11 iyun tarixli
“Azərbaycan Respublikasında Təhsil Menecerlərinin Hazırlığı Konsepsiyası”nın tətbiqi barədə qərar
qəbul edilmişdir.Təhsil menecerləri həm menecerlərin sahib olması gərəkən xüsusiyyətləri
daşımalı,həm də onların özlərinə xas bir neçe xüsusiyyətləri var:
-Hər bir təhsil meneceri çalışmalıdır ki, idarə etdiyi məktəb ətraf mühit üçün yararlı olsun.
Texnika və texnologiyanın da inkişaf etdiyi müasir dövrümüzü nəzərə alaraq deyə bilərik ki,məktəblər
yeni texnologiyanın tətbiq etdiyi zaman ətraf mühitlə uzlaşır və yaralı olur.
-Təhsil meneceri daim özünü yeniləməlidir.Menecer müvəffəqiyyət əldə etmək istəyirsə daim
elmi və texnolji yeniliklərə açıq olmalıdır.
-Təhsil meneceri təşkilatın məqsədlərini reallaşdırmaq üçün çalışmalıdır.
-Təhsil menecerinin özünün idarəetdiyi məktəbdə təhsilin müxtəlif sahələrinə aid mütəxəssislər
yetişdirməlidir.
-Yaxşı bir təhsil meneceri qərar qəbul edərkən işçilərinin fikirlərini də nəzərə almalıdır. Bu da
onların öz işlərini yaxşı mənimsəməsinə səbəb olur və keyfiyyətin artmasına səbəb olur. Təhsil
menecerinin ilk və ən önəmli vəzifəsi keyfiyyəti artırmaqdır.
-Demokratik cəmiyyətdə menecerlər də demokratik olmalıdır.
Təhsil menecerlərinin əsas vəzifələrini təhsil liderliyi,idarəçilik,öyrətmək ,təşkilatçılıq,
motivasiya etmək və qiymətləndirmək olaraq qeyd etmək olar.Təhsil meneceri önəmli bir qurumu
təmsil edir və qarşılaşdığı vəziyyətlərdə göstərdiyi davranışlar nümunə olmalıdır.Həmçinin,təhsil
menecerləri təhsil sisteminə və cəmiyyətin təlabatına uyğun vizyon qurmalı və onu reallaşdırmaq üçün
çalışmalıdırlar.
Son illərdə ölkəmizdə təhsilin idarə olunması sahəsində bir çox əhəmiyyətli addımlar atılıb.
Təhsilin idarə olunması ölkəmizdə təhsil sahəsində həll olunmalı problemlərdən biridir ki, bununla
əlaqədar olaraq dünyanın 50-dək ölkəsində təhsilin idarə olunması təcrübəsi öyrənilib.Beynəlxalq
məsləhətçilərin iştirakı ilə geniş təhlil olunub və müvafiq struktur dəyişikliyi ilə bağlı tədbirlər planı
hazırlanıb.
Təhsil Naziri M.Cabbarov Azərbaycanda 4500 təhsil menecerinə ehtiyac olduğunu qeyd
edib. Bunu da hazırda Azərbaycanda 4500 məktəb olması ilə izah etmişdir. Ancaq respublikamızda
məktəblərdə təhsil menecerlərinin fəaliyyət göstərməsi üçün ilk növbədə “təhsil haqqında qanuna”
dəyişiklik edilməlidir.
DİDAKTİK OYUNLAR DƏRSDƏ ŞAGİRDLƏRİN
TƏLİMƏ MARAĞINI ARTIRIR
GünayİBRAHIMOVA
Qafqaz Universiteti
gibrahimova1@std.qu.edu.az
AZƏRBAYCAN
İbtidai sinif şagirdlərinin təlimə marağını necə yüksəltmək olar? Bu sual bu gün tədris fəaliyyəti
ilə məşğul olan hər bir kəsi, xüsusilə də müəllimləri düşündürür. Müəllimlər öz davamçılarını müxtəlif
yollarla və vasitələrlə təlimə cəlb etməyə və onlara müasir cəmiyyətin tələblərinə uyğun təhsil
verməyə çalışırlar. İbtidai sinif şagirdlərinin yaş səviyyəsi (6-11 yaş) elə bir dövrdür ki, bu dövr də
uşaqları daha çox rəngarənglik və daxilində fəallıq olan şeylər maraqlandırır. İbtidai sinif şagirdlərinin
təlim marağını artırmağın bir neçə şərtləri vardır. Onları təlimə cəlb etmək üçün müəllim mütləq
həmin şərtləri bilməlidir. Bundan əlavə, müəllim şagirdlərin yaş və fərdi xüsusiyyətlərini dərindən
mənimsəməlidir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1504
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Məktəbə yenicə qədəm qoymuş şagirdın ailəsində gördüyü sevgini, qayğını məktəbdə müəllimin-
də görməsi də çox böyük əhəmiyyət kəsb edir. Əgər şagird ailədə gördüyü sevgi və şəfqəti məktəbdə
müəllimində görmürsə, onun müəllimə olan inamı, təhsilə olan marağı və həmçinin öyrənməyə olan
həvəsi itir. Müəllimini sevən şagird ona olan sevgisini sanki sübut etmək üçün dərslərinə xüsusi bir
qayğı ilə yanaşır. Müəllim hər şeydən əvvək sinifdə humanist olmalıdır. Humanist olan müəllim öz
şagirdlərinin təlimə marağını lazımi dərəcədə formalaşdırma bacarığına yiyələnmiş olur.
Müəllimin təlim üsullarını dərindən bilməsi və dərsin müxtəlif mərhələlərində onlardan düzgün
istifadə etməsi şagirdlərin təlim marağının artmasında mühüm əhəmiyyət kəsb edir. Şagirdlər qrupda
və cütlüklərdə işləyən zaman fərqli təlim üsullarının tətbiqi onları hərtərəfli stimullaşdıra və təlim
marağı yarada bilir. Məsələn, qrupların işi zamanı fərqli tapşırıqlar yerinə yetirmək. Bu zaman
qrupların hər biri eyni mövzuya aid tədqiqatı esse, Venn diaqramları, krossvord, test, şifahi təqdimat,
bütün siniflə iş zamanı karusel təlim üsulunun tətbiqi və s. formada təqdim edirsə, bu bir dərs
daxilində çoxsaylı təlim üsullarından istifadə olunmasına gətirib çıxarır. Belə olan halda, dərs şagird
üçün sıxıcı olmur və təlim marağının azalmasının qarşısı alınır. Müəllimin pedaqoji ustalığı və dərs
zamanı bu üsullardan istifadə edə bilməsi çox əhəmiyyətlidir.
Şagirdin təlimə marağının inkişaf etdirilməsinin ən səmərəli metodlarından biri də didaktik
oyunlardır. Didaktik oyun uşaqlar üçün oyun, müəllim üçün isə təlimin səmərəli təşkili üsuludur. Uşaq
oyunla böyüməlidir. Məktəbə qədəm qoyan hər bir uşağın öz aləmi, öz dünyası olur. Bu aləm, təbii ki,
oyunlarla zəngin olur. Bunu nəzərə alaraq həyata keçirilən yeni təhsil islahatının tələbinə əsasən təlim
prosesində oyunlara geniş yer vermiş olsaq, uşaqlar bilikləri sevə - sevə mənimsəyərlər. Didaktik oyun
ənənəvi təlimi inkişafetdirici və innovasion təlimə yaxınlaşdırır. Xüsusilə riyaziyyat dərslərində ibtidai
sinif şagirdlərinin zehni yorğunluğunun qarşısını almaqda, dərsin darıxdırıcı olmasından, misal və
məsələlərin şablon həllindən uzaqlaşmaqda didaktik oyunların rolu çox böyükdür. Didaktik oyunlar
dərsdə idrak fəallığının yüksəlməsinə, kollektivdə adekvat münasibətlərin formalaşmasına, sosial
rolların mənimsənilməsinə və şagirdin şəxsiyyət kimi özünü göstərməsinə şərait yaradır. Dərsdə
didaktik oyunlardan istifadə etmək təlim prosesini maraqlı edir, uşaqlarda ruh yüksəkliyi yaradır,
tədris materialının mənimsənilməsi ilə bağlı çətinliklərin aradan qaldırılmasını asanlaşdırır. Didaktik
oyunların əhəmiyyəti bir də ondadır ki, oyun zamanı uşaqlar, demək olar ki, müstəqil şəkildə yeni
biliklər əldə edir, bu işdə bir – birinə fəal kömək göstərirlər.
Didaktik oyunların nəticəsi əvvəla oyun proqramının düzgün istiqamətləndirilməsindən, didaktik
çalışmaların uyğun olmasından asılıdır. Şagirdlər çox asanlıqla oyun fəaliyyətinə qoşulurlar. Oyun nə
qədər rəngarəng olarsa, o qədər də maraqla qəbul olunar. Oyun tədris prosesinin ümumi məzmununun
müəyyən bir hissəsini əhatə edə bilər. Oyun fəaliyyətinə əsas cəhətlərin tapılması, xarakterik
əlamətlərin seçilməsi, müqayisə etmə, real hadisələri qeyri-real hadisələrdən fərqləndirmək, özünü
idarəetmək mədəniyyəti, cəld reaksiya, məntiqi təfəkkürü inkişaf etdirən çalışmalar daxildir. Tədris
oyunları kompleks məsələləri həll etməklə yeni materialın öyrənilməsinə, yaradıcı qabiliyyətin
inkişafına, təlim prosesində bilik və bacarıqların formalaşdırılmasına xidmət edir. Tədris oyunları
aşağıdakı mərhələlərdən ibarətdir:
1. Hazırlıq mərhələsində tədris məqsədlərini, planı, hadisələrin gedişatını, iştirakçıları əks etdirən
ssenari hazırlanır.
2. Oyuna giriş zamanı oyunun şərtləri, ekspertlər, iştirakçılar, başlıca məqsəd və problem elan
olunur. Material, qayda və instruksiya paketi təqdim olunur.
3. Oyunun gedişini heç kim dəyişməməli və ona mane olunmamalıdır. Yalnız aparıcı – müəllim
iştirakçıların fəaliyyətini istiqamətləndirə bilər.
4. Oyunun təhlili və qiymətləndirilməsi zamanı ekspertlər çıxış edir, fikir mübadiləsi aparılır,
iştirakçılar öz qərarlarını və nəticəni təqdim edirlər.
5. Sonda müəllim nəticələri ümumiləşdirir, buraxılmış səhvləri qeyd edir, oyunu yekunlaşdırır.
Dərsdə oyun texnikasının elementlərindən istifadə etmək şagirdlərin öz qabiliyyətlərini nümayiş
etdirməyə, dərsi maraqlı və əyləncəli etməyə, şagirdlər arasında mehriban işçi münasibət yaratmağa,
qarşıya çıxan çətinlikləri aradan qaldırmağa və tədrisə marağı artırmağa xidmət edir.
Ümumiyyətlə, oyun müasir dərsin tələblərinə cavab verən, interaktivliyi təmin edən əsas
şərtlərdən biridir. Oyun istifadə olunan dərslərdə bütün şagirdlər fəallaşır, müəllimin tapşırıqlarını
yerinə yetirməyə can atır, bir – biri ilə əməkdaşlıq edir, mühakimələr aparır və nəticə çıxarırlar.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1505
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Müasir dövrdə dərsə oyun və oyun situasiyalarının daxil edilməsinə geniş yer verilir. Oyunlar şagirdlə-
rin düşünmə qabiliyyətini, araşdırma bacarığını artırır, yorğunluğu aradan qaldırır. Görkəmli pedaqoq
V.Suxomlinski oyunun rolunu yüksək qiymətləndirmişdir: “Oyunda uşaqların qarşısında dünya açılır,
şəxsiyyətin yaradıcı qabiliyyəti açılır. Oyunsuz dolğun, məzmunlu əqli inkişaf yoxdur və ola bilməz.”
Didaktik oyunlar şagirdlərdə sağlam rəqabəti, ədalətli münasibəti, bir – birinə hörmət hissini
formalaşdırır. Şagirdlərin maraq, meyil və yaş səviyyələrini nəzərə alaraq dərslərin maraqlı keçməsi
üçün oyun – tapmaca xarakterli dərslər də təşkil etmək vacibdir. Belə oyunlar fəallıq yaradır və
başqasını dinləmək bacarığını, şagirdlərin düşünmə qabiliyyətlərini, nitqini, eşitmə qabiliyyətini,
məntiqi təfəkkürünü də inkişaf etdirir. Təşkil olunmuş oyunlar mövzunun məqsədinə çatmaq üçün bir
vasitə, bir açar olmalıdır.
MÜASİR TƏRBİYƏ SİSTEMİNDƏ AİLƏ, MƏKTƏB VƏ
İCTİMAİYYƏT ƏLAQƏLİLİYİ NECƏ OLMALIDIR?
Türkan CAHANGİR
Azərbaycan Dillər Universiteti
turkancahangir1@gmail.com
AZƏRBAYCAN
Gənc nəslin tərbiyəsi ailə ilə, məktəblə, mühitlə, ünsiyyətdə olduğu insanlarla sıx bağlıdır. Biz
bilirik ki, tərbiyə prosesində əsas məsuliyyət və yük ailənin üzərinə düşür, təbii olaraq. Deməli,
gündəlik həyatımızda “ailə tərbiyəsi görmüş ağıllı, qanacaqlı, zəhmətkeş uşaqdır” ifadəsini boş yerə
işlətmirik. Əgər müasir gəncləri ağıllı, dərrakəli, dünyagörüşlü görmək istəyiriksə, ailə tərbiyəsi
məsələsini ön plana çəkib qabartmalıyıq. Belə gənclər eyni zamanda, çox mədəni, alicənab, səmimi və
mənəvi cəhətdən sağlam olurlar. Buna görə də, tərbiyə işində valideynin məsuliyyəti çox böyükdür. O,
uşağın nitqinə, davranışına, oturub-durduğu uşaqların xarakterinə diqqətlə fikir verməli, tərbiyəni
məqsədyönlü və planlı şəkildə aparmalıdır. Dahi şairimiz, söz ustadı Mirzə Ələkbər Sabir demişdir:
“Həqiqi ananın ən şərəfli bəzəyi tərbiyəli,ədəbli cocuqdur.”
Ailə üzvləri arasındakı davranış qaydaları istər-istəməz uşağa təsir göstərir və uşağın tərbiyəsində
özünü büruzə verir. Bunun üçün valideyn uşağı milli dəyərlərimizə bağlı şəkildə tərbiyə etməli, ona
vətənini, milli dəyərlərini, dilini sevməyi öyrətməli, uşaqda zəhmətsevərliyi aşılamalıdır. Bəzən ailədə
ata və ananın sözü üst-üstə düşmür. Bu, uşağın psixologiyasına pis təsir göstərir. Məsələn; Uşaq
anasından həyətdə oynamaq üçün icazə alır. Ana deyir ki, dərslərini etdikdən sonra uşaqlarla oynaya
bilərsən. Sonra uşaq eyni qaydada atasından icazə alır və ata icazə verir. Bu, sadə bir misaldır sadəcə.
Amma bu sadə misal uşaqda çaşqınlıq yaradır ki, anam ya atam düzgün qərar verir? Problem və
situasiya böyüdükcə, uşağın psixologiyasında yaranan çaşqınlıq da böyüyür. Hətta elə bir hal ala bilər
ki, uşağın insanlara, valideylərinə inamı sarsıla bilər.
Bir gün ana psixoloqdan soruşur:
-
Övladımı tərbiyə etməyə nə zaman başlayım?
-
Övladınızın neçə yaşı var?
-
İki aylıqdır.
-
Siz düz iki ay gecikmisiniz,- deyə psixoloq cavab verir.
Dialoqdan göründüyü kimi, uşağın təlim-tərbiyəsi ilə körpəlikdən məşğul olmaq lazımdır.
Bizə aydındır ki, məktəb həyatının gənc nəslə verdiyi dəyərlərin çeşidini heç bir həyat verə
bilməz. Əgər ata-ananın tərbiyə prosesində nə qədər böyük rolu varsa, gənclərin formalaşıb cəmiyyət
içərisində yer almasında müəllim bir o qədər əmək sərf edir. Ona görə də, ən böyük dahilər belə
qazandıqları hər nailiyyətə görə müəllimlərinə minnətdar olduqlarını bildiriblər. Mustafa Kamal
Atatürk demişdir: “Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır.”
Tərbiyə zamanı müəllim çox məsuliyyətlə işini yerinə yetirməlidir. Çünki tərbiyə insan
psixologiyasını formalaşdıran mühüm faktordur və müəllim bunu düzgün yerinə yetirməlidir. Axı
uşaqların nitqi, davranışı, düşüncəsi, ailə tərbiyəsi, dünyaya baxış çərçivəsi fərqlidir və bu fərqlilik
müəllimdə çətinlik doğura bilər. Çətinliyi aradan qaldırmaq üçün müəllimin pedoqoji ustalığı
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1506
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
olmalıdır. Pedaqoqlar uşaq psixologiyasını onların baxışlarından oxumalı, ailə həyatları, məişətləri ilə
yaxından tanış olmalıdırlar. Müasir dövrün tələbləri müəllimlərin üzərinə ciddi vəzifələr qoyur.
Müəllim eyni zamanda, çalışmalıdır ki, uşağa kollektivdə işləmək bacarığını, davranış və nitq
normalarını öyrətsin. Təcrübə göstərir ki, uşaqların çoxunda bu problemə rast gəlinir. Bildiyimiz kimi,
gənc nəsil ailə və məktəbdə formalaşır, mühitdə isə inkişaf edir. Qazandığı uğurları iş prosesində-
peşədə, sənətdə davam etdirir və xalqa, doğmalarına fayda verir. İctimai mühitin də, kollektivin də,
rəhbərliyin də, dostların da gənclərin tərbiyəsindəki rolunu danmaq olmaz.
Mən ictimaiyyəti bir ailəyə bənzədirəm, bəli, ailənin böyüdülmüş formasına. Bu o deməkdir ki,
ailəsini sevən şəxs cəmiyyətini də, millətini də, xalqını da, vətənini də sevəcəkdir. Amma təəssüf ki,
hər zaman belə olmur. Bəzən gözəl ailə tərbiyəsi almış şəxs iradə zəifliyinə görə yanlış insanların
əhatəsinə düşür, onların təsirinə məruz qalır və yavaş-yavaş dəyişir. Etiraf edək ki, ağıllı,çalışqan
uşaqların müəyyən müddətdən sonra narkotikə, içkiyə qurşandığını eşidib təəssüfləndiyimiz az
olmamışdır. Bu, ətraf mühitin, ictimaiyyətin insana təsiridir. Buna görə də uşaq hər zaman valideyn
nəzarətində olmalı, pedaqoq və valideynlər onlarla tərbiyəvi söhbətlər aparmalıdırlar.
Gördüyümüz kimi, gənc nəslin tərbiyəsi sistemli, ardıcıl və əlaqəli şəkildə aparılmalıdır. Ailə,
məktəb və ictimaiyyət tərbiyəni sadaladığım kimi əlaqəli şəkildə həyata keçirsə, uğurlu nəticənin əldə
olunması şübhəsizdir. Təsəvvür edək ki, bu əlaqələrdən birində durğunluq yaranır. Uşaq valideynindən
və müəllimindən öyrəndiyi bir şeyin ətraf mühitdə, dostları arasında yanlış olduğunu öyrənir. Bu,
uşağın psixologiyasına mənfi təsir edəcəkdir, əlbət. Yuxarıda qeyd etdiyim kimi, uşaqda insanlara
qarşı inamsızlıq hissi cücərəcək və bu hal tərbiyədə özünü mütləq büruzə verəcəkdir. Məsələn; uşaq və
ya gənc ailədən, məktəbdən uzaqlaşır, dərsləri ilə məşğul olmur, bu isə gələcəkdə böyük fəsadlara yol
aça bilir. Bunu nəzərə alaraq deyə bilərik ki, tərbiyə məqsədyönlü şəkildə ailə, məktəb, ictimaiyyətlə
bağlı olaraq həyata keçirilməlidir.
Son olaraq onu deyim ki, biz müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Bu müstə-
qilliyi qazanmaq heç də asan başa gəlməyib. Müstəqilliyi qazanmaq çətindir, amma onu qorumaq daha
çətindir. Təəssüf ki, xalqımız əzab-əziyyətli günlər görüb, neçə-neçə şəhid verib. Üzülərək deyim ki,
hazırda torpaqlarımızın bir hissəsi işğal altındadır. Torpaqlarımızı işğaldan azad etmək üçün,
müstəqilliyimizi qorumaq, ölkəmizi dünyada tanıtmaq, inkişaf etdirmək üçün dövlətimizə savadlı,
dünyagörüşlü, tərbiyəli, ədəbli vətəndaşlar yetişdirmək lazımdır. Bunun üçün əsas öhdəlik ailənin,
məktəbin, ictimaiyyətin üzərinə düşür.
TƏHSİLİN İDARƏ OLUNMASININ PEDAQOJİ ƏSASLARI
Şəhla MUSAYEVA
Avropa Azərbaycan məktəbi
shahla.musayeva@eas.az
AZƏRBAYCAN
İdarəetmə, başqa sözlə menecment anlayışı XIX əsrin sonu, XX əsrin əvvəlləri meydana
gəlmişdir. İdarəetmə sosial elm sahəsidir. Bəşəriyyət yarandığı gündən insanların münasibəti, şüurlu
şəkildə istifadə etdikləri obyektlər, eyni zamanda onları əhatə edən ətraf-mühit şəraitinə uyğun şəkildə
yaşamağı öyrənmə bacarıqlarının formalaşması və bütün bunların idarə olunma qaydasının ,
üsullarının zamanın süzgəcindən keçirərək bir çox fikirlər söylənmişdir. Cəmiyyət inkişaf etdikcə
insanların düşüncə tərzi və maraq dairəsi dəyişir. Fabrik və zavodlarda,eləcə də digər müəssisələrdə
çalışmağa başlayan işçilərə onların rolunun önəmindən asılı olaraq, maddi və mənəvi resurslar kimi
müxtəlif aspektlərdən yanaşılmasına zəmin yaratmışlar. İdarəetmə elmini inkişafı klassik idarəetmə,
Neo-klassik idarəetmə, Müasir idarəetmə Nəzəriyyələri olmaqla inkişaf mərhələləri olmaqla
keçmişdir.İdarəetmə - bir qrup insanı müəyyən məqsədlərə doğru istiqamətləndirmə, aralarındakı iş
bölgüsü, əməkdaşlıq və koordinasiyanı təmin etmə cəhdlərinin məcmusudur. İdarəetmə -bir məqsədə
çatmaq üçün başqa insanlarla əməkdaşlıq etmə prosesidir. İdarəetmə bir və birdən çox məqsədlərin
reallaşdırılması istiqamətindədir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1507
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Tarix yeniləndikcə bir çox dəyişikliklərə məruz qalan maddi və mənəvi resurslar cəmiyyətin
tələbatını ödəmək üçün daima yenilənir. Müəssisələrdə istifadə olunan cihazların istifadəsi işçi
qüvvəsinin məsuliyyətini və onun üzərindəki nəzarəti daima artırırdı, düzgün istifadə edilmədiyi
təqdirdə işin nəticəsiz olmasına , nəticə etibarilə zaman və resurs israfına yol vermiş olur.
Dünya üzərində müxtəlif ixtisas və peşə sahələrinin günümüz üçün önəmli əhəmiyyət kəsb etdiyi
planlara xidmət etdiyini nəzərə alaraq idarəetmə sahələrinin bir neçə məqsədə çatmaq istiqamətində
çalışdığını , eyni zamanda tamamladığını görmüş olarıq: development management- inkişafın idarə
olunması, financial management – maliyyə idarəetməsi, educational management- təhsilin idarə
olunması, production management – istehsalatın idarə olunması.
Hələ qədim zamanlardan insanlar hər şeydən öncə elm öyrənmək , özlərini və onları əhatə edən
varlıqları dərk etmək marağına və istəyinə əsaslanaraq ,erkən yaşlı uşaqlar, “öyrənmək heç vaxt gec
deyil “ müdrik sözünə istinad edərək orta və yaşlı əhali də elm, savad arxasınca getməyi özlərinə şərəf
bilmiş, millətin gələcəyini savadlanmaqda, maariflənməkdə görərək yüksək qiymətləndirmişlər.
Təhsilə verilən diqqətin getdikcə geniş vüsət alması onun yaş səviyyələrinə və maraq sahəsinə görə
müxtəlif pillələrə, təhsil ocaqlarına ayrılmasına zəmin yaratdı. Bu zaman təhsil sahəsində gedən bütün
proseslərə nəzarət idarəetmə anlayışının vacibliyini bir daha ortaya çıxardı. Dünyada və ölkəmizdə
elmi-texniki inqilab fasiləsiz davam edən, təkmilləşən, bəşər sivilizasiyasını daim müşayiət edən bir
proses olmuşdur. Azərbaycanda bir çox sahələrdə müşahidə olunan inkişaf tendensiyası təhsil
sektorunda da nəzərə çarpmaqdadır. Azərbaycanda ibtidai savad təlimi verən ilk məktəblərin
yaranması III əsrdən başlayaraq mövcud olmuşdur. Mütəşəkkil məktəb təhsili tarixinin başlanğıcı
adətən islam tarixi ilə əlaqələndirilir (VIII- Xəsrlərə aid edilir) , VII əsrdə artıq təhsil sistemi
formalaşmaqda idi. Azərbaycanda ali təhsilin tarixi çox qədim olub , X əsrə təsadüf edir. XIII əsrin
ikinci yarısı və XVI əsrin əvvəllərində Azərbaycanda maarif sahəsində yüksəlişdaha bariz şəkildə
nəzərə çarpır. XVI - XVII əsrlərdə Azərbaycanda gedən müharibələrin əmələ gətirdiyi ağır fəlakətlərə
baxmayaraq yeni məktəb və mədrəsə şəbəkələrinin qurulması, fəaliyyəti və inkişafına mane
olmamışdır.
Azərbaycan Respublikasında ümumi orta məktəb təhsili üç pillədən – ibtidai, ümumi orta və tam
orta təhsildən ibarətdir.Ümum orta məktəb təhsili müvafiq təhsil proqlamları əsasında həyata keçirilir.
Ümumi orta məktəb təhsili əsasən ümumtəhsil müəssisələrində, gimnaziya, lisey, ilk və orta peşə
məktəblərində, habelə kollec və ali təhsil müəssisələrində həyata keçirilir. Azərbaycan
Respublikasında ibtidai təhsil 6 yaşdan başlayır və birinci- dördüncü sinifləri əhatə edir. Ümumi orta
təhsil beşinci- doqquzuncu sinifləri əhatə edir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi orta
məktəb təhsilinin sonuncu pilləsi olaraq onuncu - on birinci sinifləri əhatə edir və bu pillədə təhsil
alanların biliyinin qiymətləndirilməsinin yekun dövlət attestasiyası həyata keçirilir, onun nəticəsinə
görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd attestat verilir.Bununla yanaşı ilk və orta peşə
- ixtisas, ali təhsil pillələri də Təhsil sisteminin əsasını təşkil edir.
Müstəqil Azərbaycan Respublikasının banisi Ulu öndər Heydər Əliyevin miras qoyduğu özündə
yüksək norma və dəyərləri ehtiva edən sistem bu gün də prezidentimiz İlham Əliyev tərəfindən davam
etdirilir. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Dövlətimizin
daimi müstəqilliyini və bütövlüyünü əsas edən önəmli və ayrılmaz tərkib hissəsinin daima elm,
düzgün siyasət, düşünülmüş və uğurlu addım təhsil idarəçilərinin , müəllimlərin, təhsildə xidmət
göstərən hər bir vətəndaşın borcudur.1998 – ci ildə “Təhsil İslahat Komissiyasının ” yaradılması, 2000
– ci ildə “Azərbaycan Respublikası Təhsilinin Təkmilləşdirilməsi ” haqqında fərman təhsil
quruculuğuna Prezidentin fasiləsiz qayğısının əyani təzahürüdür. 2009 cu – il iyunun 19 da Milli
Məclis tərəfindən “Təhsil haqqında ” Azərbaycan Respublikasının Qanunu qəbul etdi. Bu gün
Azərbaycanda həyata keçirilən dövlət proqramları və islahatları çərçivəsində təhsilin bütün sahələri
inkişaf edir. Təhsildə idarəetmə , müəllimlərin peşəkar hazırlıq səviyyəsinin artırılması istiqamətində
təşkil olunan təlim, müzakirə, konfranlar bir sözlə təhsilin inkişafına xidmət edən və həyata keçirilən
tədbirlər önəmlidir.
Cəmiyyətin müxtəlif inkişaf mərhələlərində məktəbin qarşısına qoyulan vəzifələr fərqli xarakter
daşımışdır. Müəllim həm tərbiyə etmiş, həm də öyrətmişdir. Tərbiyə etmədən təlim etmək də olmaz.
Təlim olmadan tərbiyə etmək də olmaz. Təlim və tərbiyə ocağı məktəblər, təhsil müəssisələri, texniki
– peşə məktəbləri, texniki- peşə kollecləri, liseylər, orta ixtisas və ali məktəblərdir. Bu təhsil
müəssisələrinin idarə olunması yalnız onun fəaliyyətinin davamlı olması üçün deyil,eyni zamanda
|