Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə146/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   142   143   144   145   146   147   148   149   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1503



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

təhsil  sahəsində  idarəçilik  etmələri  günümüzün  tələblərinə  cavab  vermir.Həmin  kadrlar  idarəetmə 

prosesi  zamanı  bir  sıra  çətinliklərlə  üzləşirlər.  Çünki  onlar  idarəetmə  ilə  bağlı  biliklərə 

yiyələnməmişlər.  Onlardan  pedaqoji  biliklərlə  yanaşı  idarəetmə,  iqtisadi,  sosial,psixoloji  və  bir  sıra 

dünyəvi  elmlərə  də  yiyələnmələri  tələb  olunmalıdır.  İndiyə  qədər  Azərbaycanda  təhsil  meneceri 

hazırlığı aparılmamışdır. Bütün bunların nəticəsi olaraq “Azərbaycan Respublikasının təhsil sahəsində 

İslahat  Proqramın”da  menecerlərin  hazırlanması,  yenidən  hazırlanması  və  ixtisas  artırılması  müasir 

tələblər  səviyyəsində  təşkil  etmək  müəyyənləşdirilmişdir.Buna  görə  də,  2004-cü  il  11  iyun  tarixli 

“Azərbaycan Respublikasında Təhsil Menecerlərinin Hazırlığı Konsepsiyası”nın tətbiqi barədə qərar 

qəbul  edilmişdir.Təhsil  menecerləri  həm  menecerlərin  sahib  olması  gərəkən  xüsusiyyətləri 

daşımalı,həm də onların özlərinə xas bir neçe xüsusiyyətləri var: 

-Hər  bir  təhsil  meneceri  çalışmalıdır  ki,  idarə  etdiyi  məktəb  ətraf  mühit  üçün  yararlı  olsun. 

Texnika və texnologiyanın da inkişaf etdiyi müasir dövrümüzü nəzərə alaraq deyə bilərik ki,məktəblər 

yeni texnologiyanın tətbiq etdiyi zaman ətraf mühitlə uzlaşır və yaralı olur. 

 -Təhsil  meneceri  daim  özünü  yeniləməlidir.Menecer  müvəffəqiyyət  əldə  etmək  istəyirsə  daim 

elmi və texnolji yeniliklərə açıq olmalıdır. 

 -Təhsil meneceri təşkilatın məqsədlərini reallaşdırmaq üçün çalışmalıdır. 

 -Təhsil menecerinin özünün idarəetdiyi məktəbdə təhsilin müxtəlif sahələrinə aid mütəxəssislər 

yetişdirməlidir. 

 -Yaxşı  bir  təhsil  meneceri  qərar  qəbul  edərkən  işçilərinin  fikirlərini  də  nəzərə  almalıdır.  Bu da 

onların  öz  işlərini  yaxşı  mənimsəməsinə  səbəb  olur  və  keyfiyyətin  artmasına  səbəb  olur.  Təhsil 

menecerinin ilk və ən önəmli vəzifəsi keyfiyyəti artırmaqdır. 

-Demokratik cəmiyyətdə menecerlər də demokratik olmalıdır.

 

Təhsil  menecerlərinin  əsas  vəzifələrini  təhsil  liderliyi,idarəçilik,öyrətmək  ,təşkilatçılıq, 



motivasiya  etmək  və  qiymətləndirmək  olaraq  qeyd  etmək  olar.Təhsil  meneceri  önəmli  bir  qurumu 

təmsil  edir  və  qarşılaşdığı  vəziyyətlərdə  göstərdiyi  davranışlar  nümunə  olmalıdır.Həmçinin,təhsil 

menecerləri təhsil sisteminə və cəmiyyətin təlabatına uyğun vizyon qurmalı və onu reallaşdırmaq üçün 

çalışmalıdırlar. 

Son  illərdə  ölkəmizdə  təhsilin  idarə  olunması  sahəsində  bir  çox  əhəmiyyətli  addımlar  atılıb. 

Təhsilin  idarə  olunması  ölkəmizdə  təhsil  sahəsində  həll  olunmalı  problemlərdən  biridir  ki,  bununla 

əlaqədar  olaraq  dünyanın  50-dək  ölkəsində  təhsilin  idarə  olunması  təcrübəsi  öyrənilib.Beynəlxalq 

məsləhətçilərin iştirakı ilə geniş təhlil olunub və müvafiq struktur dəyişikliyi ilə bağlı tədbirlər planı 

hazırlanıb.

Təhsil  Naziri  M.Cabbarov  Azərbaycanda  4500  təhsil  menecerinə  ehtiyac  olduğunu  qeyd 

edib.  Bunu  da  hazırda  Azərbaycanda  4500  məktəb  olması  ilə  izah  etmişdir.  Ancaq  respublikamızda 

məktəblərdə  təhsil  menecerlərinin  fəaliyyət  göstərməsi  üçün  ilk  növbədə  “təhsil  haqqında  qanuna” 

dəyişiklik edilməlidir.

 

 



 

DİDAKTİK OYUNLAR DƏRSDƏ ŞAGİRDLƏRİN                                  

TƏLİMƏ MARAĞINI ARTIRIR 

 

GünayİBRAHIMOVA 

Qafqaz Universiteti 



gibrahimova1@std.qu.edu.az 

AZƏRBAYCAN 



 

İbtidai sinif şagirdlərinin təlimə marağını necə yüksəltmək olar? Bu sual bu gün tədris fəaliyyəti 

ilə məşğul olan hər bir kəsi, xüsusilə də müəllimləri düşündürür. Müəllimlər öz davamçılarını müxtəlif 

yollarla  və  vasitələrlə  təlimə  cəlb  etməyə  və  onlara  müasir  cəmiyyətin  tələblərinə  uyğun  təhsil 

verməyə çalışırlar. İbtidai sinif şagirdlərinin yaş səviyyəsi (6-11  yaş) elə bir dövrdür ki, bu dövr də 

uşaqları daha çox rəngarənglik və daxilində fəallıq olan şeylər maraqlandırır. İbtidai sinif şagirdlərinin 

təlim  marağını  artırmağın  bir  neçə  şərtləri  vardır.  Onları  təlimə  cəlb  etmək  üçün  müəllim  mütləq 

həmin  şərtləri  bilməlidir.  Bundan  əlavə,  müəllim  şagirdlərin  yaş  və  fərdi  xüsusiyyətlərini  dərindən 

mənimsəməlidir. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1504



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Məktəbə yenicə qədəm qoymuş şagirdın ailəsində gördüyü sevgini, qayğını məktəbdə müəllimin-

də görməsi də çox böyük əhəmiyyət kəsb edir. Əgər şagird ailədə gördüyü sevgi və şəfqəti məktəbdə 

müəllimində  görmürsə,  onun  müəllimə  olan inamı,  təhsilə  olan  marağı  və  həmçinin  öyrənməyə  olan 

həvəsi  itir.  Müəllimini  sevən  şagird  ona  olan  sevgisini  sanki  sübut  etmək  üçün  dərslərinə  xüsusi  bir 

qayğı  ilə  yanaşır. Müəllim  hər şeydən  əvvək  sinifdə humanist  olmalıdır.  Humanist  olan  müəllim  öz 

şagirdlərinin təlimə marağını lazımi dərəcədə formalaşdırma bacarığına yiyələnmiş olur. 

Müəllimin təlim üsullarını dərindən bilməsi və dərsin müxtəlif mərhələlərində onlardan düzgün 

istifadə etməsi şagirdlərin təlim marağının artmasında mühüm əhəmiyyət kəsb edir. Şagirdlər qrupda 

və  cütlüklərdə  işləyən  zaman  fərqli  təlim  üsullarının  tətbiqi  onları  hərtərəfli  stimullaşdıra  və  təlim 

marağı  yarada  bilir.  Məsələn,  qrupların  işi  zamanı  fərqli  tapşırıqlar  yerinə  yetirmək.  Bu  zaman 

qrupların hər biri eyni mövzuya aid tədqiqatı esse, Venn diaqramları, krossvord, test, şifahi təqdimat, 

bütün  siniflə  iş  zamanı  karusel  təlim  üsulunun  tətbiqi  və  s.  formada  təqdim  edirsə,  bu  bir  dərs 

daxilində çoxsaylı təlim üsullarından istifadə olunmasına gətirib çıxarır. Belə olan halda, dərs şagird 

üçün sıxıcı olmur və təlim  marağının azalmasının qarşısı alınır. Müəllimin pedaqoji ustalığı və dərs 

zamanı bu üsullardan istifadə edə bilməsi çox əhəmiyyətlidir. 

Şagirdin  təlimə  marağının  inkişaf  etdirilməsinin  ən  səmərəli  metodlarından  biri  də  didaktik 

oyunlardır. Didaktik oyun uşaqlar üçün oyun, müəllim üçün isə təlimin səmərəli təşkili üsuludur. Uşaq 

oyunla böyüməlidir. Məktəbə qədəm qoyan hər bir uşağın öz aləmi, öz dünyası olur. Bu aləm, təbii ki, 

oyunlarla zəngin olur. Bunu nəzərə alaraq həyata keçirilən yeni təhsil islahatının tələbinə əsasən təlim 

prosesində oyunlara geniş yer vermiş olsaq, uşaqlar bilikləri sevə - sevə mənimsəyərlər. Didaktik oyun 

ənənəvi təlimi inkişafetdirici və innovasion təlimə yaxınlaşdırır. Xüsusilə riyaziyyat dərslərində ibtidai 

sinif  şagirdlərinin  zehni  yorğunluğunun  qarşısını  almaqda,  dərsin  darıxdırıcı  olmasından,  misal  və 

məsələlərin  şablon  həllindən  uzaqlaşmaqda  didaktik  oyunların  rolu  çox  böyükdür.  Didaktik  oyunlar 

dərsdə  idrak  fəallığının  yüksəlməsinə,  kollektivdə  adekvat  münasibətlərin  formalaşmasına,  sosial 

rolların  mənimsənilməsinə  və  şagirdin  şəxsiyyət  kimi  özünü  göstərməsinə  şərait  yaradır.  Dərsdə 

didaktik  oyunlardan  istifadə  etmək  təlim  prosesini  maraqlı  edir,  uşaqlarda  ruh  yüksəkliyi  yaradır, 

tədris  materialının  mənimsənilməsi  ilə  bağlı  çətinliklərin  aradan  qaldırılmasını  asanlaşdırır.  Didaktik 

oyunların  əhəmiyyəti  bir  də  ondadır  ki,  oyun  zamanı  uşaqlar,  demək  olar  ki,  müstəqil  şəkildə  yeni 

biliklər əldə edir, bu işdə bir – birinə fəal kömək göstərirlər. 

Didaktik oyunların nəticəsi əvvəla oyun proqramının düzgün istiqamətləndirilməsindən, didaktik 

çalışmaların uyğun olmasından asılıdır. Şagirdlər çox asanlıqla oyun fəaliyyətinə qoşulurlar. Oyun nə 

qədər rəngarəng olarsa, o qədər də maraqla qəbul olunar. Oyun tədris prosesinin ümumi məzmununun 

müəyyən  bir  hissəsini  əhatə  edə  bilər.  Oyun  fəaliyyətinə  əsas  cəhətlərin  tapılması,  xarakterik 

əlamətlərin  seçilməsi,  müqayisə  etmə,  real  hadisələri  qeyri-real  hadisələrdən  fərqləndirmək,  özünü 

idarəetmək  mədəniyyəti,  cəld  reaksiya,  məntiqi  təfəkkürü  inkişaf  etdirən  çalışmalar  daxildir.  Tədris 

oyunları  kompleks  məsələləri  həll  etməklə  yeni  materialın  öyrənilməsinə,  yaradıcı  qabiliyyətin 

inkişafına,  təlim  prosesində  bilik  və  bacarıqların  formalaşdırılmasına  xidmət  edir.  Tədris  oyunları 

aşağıdakı mərhələlərdən ibarətdir:  

1. Hazırlıq mərhələsində tədris məqsədlərini, planı, hadisələrin gedişatını, iştirakçıları əks etdirən 

ssenari hazırlanır.  

2.  Oyuna  giriş  zamanı  oyunun  şərtləri,  ekspertlər,  iştirakçılar,  başlıca  məqsəd  və  problem  elan 

olunur. Material, qayda və instruksiya paketi təqdim olunur.  

3. Oyunun gedişini heç kim dəyişməməli və ona mane olunmamalıdır. Yalnız aparıcı – müəllim 

iştirakçıların fəaliyyətini istiqamətləndirə bilər.  

4.  Oyunun  təhlili  və  qiymətləndirilməsi  zamanı  ekspertlər  çıxış  edir,  fikir  mübadiləsi  aparılır, 

iştirakçılar öz qərarlarını və nəticəni təqdim edirlər. 

 5.  Sonda  müəllim  nəticələri  ümumiləşdirir,  buraxılmış  səhvləri  qeyd  edir,  oyunu  yekunlaşdırır. 

Dərsdə  oyun  texnikasının  elementlərindən  istifadə  etmək  şagirdlərin  öz  qabiliyyətlərini  nümayiş 

etdirməyə,  dərsi  maraqlı  və  əyləncəli etməyə,  şagirdlər arasında  mehriban  işçi münasibət  yaratmağa, 

qarşıya çıxan çətinlikləri aradan qaldırmağa və tədrisə marağı artırmağa xidmət edir. 

Ümumiyyətlə,  oyun  müasir  dərsin  tələblərinə  cavab  verən,  interaktivliyi  təmin  edən  əsas 

şərtlərdən  biridir.  Oyun  istifadə  olunan  dərslərdə  bütün  şagirdlər  fəallaşır,  müəllimin  tapşırıqlarını 

yerinə  yetirməyə  can  atır,  bir  –  biri  ilə  əməkdaşlıq  edir,  mühakimələr  aparır  və  nəticə  çıxarırlar. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1505



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Müasir dövrdə dərsə oyun və oyun situasiyalarının daxil edilməsinə geniş yer verilir. Oyunlar şagirdlə-

rin düşünmə qabiliyyətini, araşdırma bacarığını artırır, yorğunluğu aradan qaldırır. Görkəmli pedaqoq 

V.Suxomlinski oyunun rolunu yüksək qiymətləndirmişdir: “Oyunda uşaqların qarşısında dünya açılır, 

şəxsiyyətin yaradıcı qabiliyyəti açılır. Oyunsuz dolğun, məzmunlu əqli inkişaf yoxdur və ola bilməz.” 

Didaktik  oyunlar  şagirdlərdə  sağlam  rəqabəti,  ədalətli  münasibəti,  bir  –  birinə  hörmət  hissini 

formalaşdırır. Şagirdlərin maraq, meyil və  yaş səviyyələrini nəzərə alaraq dərslərin maraqlı keçməsi 

üçün  oyun  –  tapmaca  xarakterli  dərslər  də  təşkil  etmək  vacibdir.  Belə  oyunlar  fəallıq  yaradır  və 

başqasını  dinləmək  bacarığını,  şagirdlərin  düşünmə  qabiliyyətlərini,  nitqini,  eşitmə  qabiliyyətini, 

məntiqi təfəkkürünü də inkişaf etdirir. Təşkil olunmuş oyunlar mövzunun məqsədinə çatmaq üçün bir 

vasitə, bir açar olmalıdır. 

 

 



MÜASİR TƏRBİYƏ SİSTEMİNDƏ AİLƏ, MƏKTƏB VƏ  

İCTİMAİYYƏT ƏLAQƏLİLİYİ NECƏ OLMALIDIR? 

 

Türkan CAHANGİR 

Azərbaycan Dillər Universiteti 



turkancahangir1@gmail.com 

AZƏRBAYCAN 

 

Gənc  nəslin  tərbiyəsi  ailə  ilə,  məktəblə,  mühitlə,  ünsiyyətdə  olduğu  insanlarla  sıx  bağlıdır.  Biz 



bilirik  ki,  tərbiyə  prosesində  əsas  məsuliyyət  və  yük  ailənin  üzərinə  düşür,  təbii  olaraq.  Deməli, 

gündəlik  həyatımızda  “ailə  tərbiyəsi  görmüş  ağıllı,  qanacaqlı,  zəhmətkeş  uşaqdır”  ifadəsini  boş  yerə 

işlətmirik.  Əgər  müasir  gəncləri  ağıllı,  dərrakəli,  dünyagörüşlü  görmək  istəyiriksə,  ailə  tərbiyəsi 

məsələsini ön plana çəkib qabartmalıyıq. Belə gənclər eyni zamanda, çox mədəni, alicənab, səmimi və 

mənəvi cəhətdən sağlam olurlar. Buna görə də, tərbiyə işində valideynin məsuliyyəti çox böyükdür. O, 

uşağın  nitqinə,  davranışına,  oturub-durduğu  uşaqların  xarakterinə  diqqətlə  fikir  verməli,  tərbiyəni 

məqsədyönlü  və  planlı  şəkildə  aparmalıdır.  Dahi  şairimiz,  söz  ustadı  Mirzə  Ələkbər  Sabir  demişdir: 

“Həqiqi ananın ən şərəfli bəzəyi tərbiyəli,ədəbli cocuqdur.” 

Ailə üzvləri arasındakı davranış qaydaları istər-istəməz uşağa təsir göstərir və uşağın tərbiyəsində 

özünü  büruzə  verir.  Bunun  üçün  valideyn  uşağı  milli dəyərlərimizə  bağlı  şəkildə  tərbiyə  etməli,  ona 

vətənini, milli dəyərlərini, dilini sevməyi öyrətməli, uşaqda zəhmətsevərliyi aşılamalıdır. Bəzən ailədə 

ata  və  ananın  sözü  üst-üstə  düşmür.  Bu,  uşağın  psixologiyasına  pis  təsir  göstərir.  Məsələn;  Uşaq 

anasından həyətdə oynamaq üçün icazə alır. Ana deyir ki, dərslərini etdikdən sonra uşaqlarla oynaya 

bilərsən. Sonra uşaq eyni qaydada atasından icazə alır və ata icazə verir. Bu, sadə bir misaldır sadəcə. 

Amma  bu  sadə  misal  uşaqda  çaşqınlıq  yaradır  ki,  anam  ya  atam  düzgün  qərar  verir?  Problem  və 

situasiya böyüdükcə, uşağın psixologiyasında yaranan çaşqınlıq da böyüyür. Hətta elə bir hal ala bilər 

ki, uşağın insanlara, valideylərinə inamı sarsıla bilər. 

Bir gün ana psixoloqdan soruşur: 

-

 

Övladımı tərbiyə etməyə nə zaman başlayım? 



-

 

Övladınızın neçə yaşı var? 



-

 

İki aylıqdır. 



-

 

Siz düz iki ay gecikmisiniz,- deyə psixoloq cavab verir. 



Dialoqdan göründüyü kimi, uşağın təlim-tərbiyəsi ilə körpəlikdən məşğul olmaq lazımdır. 

Bizə  aydındır  ki,  məktəb  həyatının  gənc  nəslə  verdiyi  dəyərlərin  çeşidini  heç  bir  həyat  verə 

bilməz. Əgər ata-ananın tərbiyə prosesində nə qədər böyük rolu varsa, gənclərin formalaşıb cəmiyyət 

içərisində  yer  almasında  müəllim  bir  o  qədər  əmək  sərf  edir.  Ona  görə  də,  ən  böyük  dahilər  belə 

qazandıqları  hər  nailiyyətə  görə  müəllimlərinə  minnətdar  olduqlarını  bildiriblər.  Mustafa  Kamal 

Atatürk demişdir: “Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır.” 

Tərbiyə  zamanı  müəllim  çox  məsuliyyətlə  işini  yerinə  yetirməlidir.  Çünki  tərbiyə  insan 

psixologiyasını  formalaşdıran  mühüm  faktordur  və  müəllim  bunu  düzgün  yerinə  yetirməlidir.  Axı 

uşaqların  nitqi,  davranışı,  düşüncəsi,  ailə  tərbiyəsi,  dünyaya  baxış  çərçivəsi  fərqlidir  və  bu  fərqlilik 

müəllimdə  çətinlik  doğura  bilər.  Çətinliyi  aradan  qaldırmaq  üçün  müəllimin  pedoqoji  ustalığı 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1506



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

olmalıdır. Pedaqoqlar uşaq psixologiyasını onların baxışlarından oxumalı, ailə həyatları, məişətləri ilə 

yaxından  tanış  olmalıdırlar.  Müasir  dövrün  tələbləri  müəllimlərin  üzərinə  ciddi  vəzifələr  qoyur. 

Müəllim  eyni  zamanda,  çalışmalıdır  ki,  uşağa  kollektivdə  işləmək  bacarığını,  davranış  və  nitq 

normalarını öyrətsin. Təcrübə göstərir ki, uşaqların çoxunda bu problemə rast gəlinir. Bildiyimiz kimi, 

gənc  nəsil  ailə  və  məktəbdə  formalaşır,  mühitdə  isə  inkişaf  edir.  Qazandığı  uğurları  iş  prosesində-

peşədə,  sənətdə  davam  etdirir  və  xalqa,  doğmalarına fayda  verir.  İctimai  mühitin  də,  kollektivin  də, 

rəhbərliyin də, dostların da gənclərin tərbiyəsindəki rolunu danmaq olmaz. 

Mən ictimaiyyəti bir ailəyə bənzədirəm, bəli, ailənin böyüdülmüş formasına. Bu o  deməkdir ki, 

ailəsini sevən şəxs cəmiyyətini də, millətini də, xalqını da, vətənini də sevəcəkdir. Amma təəssüf ki, 

hər  zaman  belə  olmur.  Bəzən  gözəl  ailə  tərbiyəsi  almış  şəxs  iradə  zəifliyinə  görə  yanlış  insanların 

əhatəsinə  düşür,  onların  təsirinə  məruz  qalır  və  yavaş-yavaş  dəyişir.  Etiraf  edək  ki,  ağıllı,çalışqan 

uşaqların  müəyyən  müddətdən  sonra  narkotikə,  içkiyə  qurşandığını  eşidib  təəssüfləndiyimiz  az 

olmamışdır. Bu,  ətraf mühitin, ictimaiyyətin insana təsiridir. Buna görə də uşaq hər zaman valideyn 

nəzarətində olmalı, pedaqoq və valideynlər onlarla tərbiyəvi söhbətlər aparmalıdırlar. 

Gördüyümüz  kimi,  gənc  nəslin  tərbiyəsi  sistemli,  ardıcıl  və  əlaqəli  şəkildə  aparılmalıdır.  Ailə, 

məktəb və ictimaiyyət tərbiyəni sadaladığım kimi əlaqəli şəkildə həyata keçirsə, uğurlu nəticənin əldə 

olunması şübhəsizdir. Təsəvvür edək ki, bu əlaqələrdən birində durğunluq yaranır. Uşaq valideynindən 

və  müəllimindən  öyrəndiyi  bir  şeyin  ətraf  mühitdə,  dostları  arasında  yanlış  olduğunu  öyrənir.  Bu, 

uşağın  psixologiyasına  mənfi  təsir  edəcəkdir,  əlbət.  Yuxarıda  qeyd  etdiyim  kimi,  uşaqda  insanlara 

qarşı inamsızlıq hissi cücərəcək və bu hal tərbiyədə özünü mütləq büruzə verəcəkdir. Məsələn; uşaq və 

ya gənc ailədən, məktəbdən uzaqlaşır, dərsləri ilə məşğul olmur, bu isə gələcəkdə böyük fəsadlara yol 

aça bilir. Bunu nəzərə alaraq deyə bilərik ki, tərbiyə məqsədyönlü şəkildə ailə, məktəb, ictimaiyyətlə 

bağlı olaraq həyata keçirilməlidir. 

 Son olaraq onu deyim ki,  biz müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Bu  müstə-

qilliyi qazanmaq heç də asan başa gəlməyib. Müstəqilliyi qazanmaq çətindir, amma onu qorumaq daha 

çətindir. Təəssüf ki, xalqımız əzab-əziyyətli günlər görüb, neçə-neçə şəhid verib. Üzülərək deyim ki, 

hazırda  torpaqlarımızın  bir  hissəsi  işğal  altındadır.  Torpaqlarımızı  işğaldan  azad  etmək  üçün, 

müstəqilliyimizi  qorumaq,  ölkəmizi  dünyada  tanıtmaq,  inkişaf  etdirmək  üçün  dövlətimizə  savadlı, 

dünyagörüşlü,  tərbiyəli,  ədəbli  vətəndaşlar  yetişdirmək  lazımdır.  Bunun  üçün  əsas  öhdəlik  ailənin, 

məktəbin, ictimaiyyətin üzərinə düşür. 

 

 



 

TƏHSİLİN İDARƏ OLUNMASININ PEDAQOJİ ƏSASLARI 

 

Şəhla MUSAYEVA 

Avropa Azərbaycan məktəbi 



shahla.musayeva@eas.az 

AZƏRBAYCAN 

 

İdarəetmə,  başqa  sözlə  menecment  anlayışı  XIX  əsrin  sonu,  XX  əsrin  əvvəlləri  meydana 



gəlmişdir.  İdarəetmə  sosial  elm  sahəsidir.  Bəşəriyyət  yarandığı  gündən  insanların  münasibəti,  şüurlu 

şəkildə istifadə etdikləri obyektlər, eyni zamanda onları əhatə edən ətraf-mühit şəraitinə uyğun şəkildə 

yaşamağı  öyrənmə  bacarıqlarının  formalaşması  və  bütün  bunların  idarə  olunma  qaydasının  , 

üsullarının  zamanın  süzgəcindən  keçirərək  bir  çox  fikirlər  söylənmişdir.  Cəmiyyət  inkişaf  etdikcə 

insanların düşüncə tərzi və maraq dairəsi dəyişir. Fabrik və zavodlarda,eləcə də digər müəssisələrdə 

çalışmağa  başlayan  işçilərə  onların rolunun önəmindən  asılı  olaraq,  maddi  və  mənəvi  resurslar  kimi 

müxtəlif  aspektlərdən  yanaşılmasına  zəmin  yaratmışlar.  İdarəetmə  elmini  inkişafı  klassik  idarəetmə, 

Neo-klassik  idarəetmə,  Müasir  idarəetmə  Nəzəriyyələri  olmaqla  inkişaf  mərhələləri  olmaqla 

keçmişdir.İdarəetmə  -  bir  qrup  insanı  müəyyən  məqsədlərə  doğru  istiqamətləndirmə,  aralarındakı  iş 

bölgüsü, əməkdaşlıq və koordinasiyanı təmin etmə cəhdlərinin məcmusudur. İdarəetmə -bir məqsədə 

çatmaq  üçün  başqa  insanlarla  əməkdaşlıq  etmə  prosesidir.  İdarəetmə  bir  və  birdən  çox  məqsədlərin 

reallaşdırılması istiqamətindədir.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1507



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Tarix  yeniləndikcə  bir  çox  dəyişikliklərə  məruz  qalan  maddi  və  mənəvi  resurslar  cəmiyyətin 

tələbatını  ödəmək  üçün  daima  yenilənir.  Müəssisələrdə  istifadə  olunan  cihazların  istifadəsi  işçi 

qüvvəsinin  məsuliyyətini  və  onun  üzərindəki  nəzarəti  daima  artırırdı,  düzgün  istifadə  edilmədiyi 

təqdirdə işin nəticəsiz olmasına , nəticə etibarilə zaman və resurs israfına yol vermiş olur. 

Dünya üzərində müxtəlif ixtisas və peşə sahələrinin günümüz üçün önəmli əhəmiyyət kəsb etdiyi 

planlara  xidmət  etdiyini  nəzərə  alaraq  idarəetmə  sahələrinin  bir  neçə  məqsədə  çatmaq  istiqamətində 

çalışdığını  ,  eyni  zamanda  tamamladığını  görmüş  olarıq:  development  management-  inkişafın  idarə 

olunması,  financial  management  –  maliyyə  idarəetməsi,  educational  management-  təhsilin  idarə 

olunması, production management – istehsalatın idarə olunması.  

Hələ qədim zamanlardan insanlar hər şeydən öncə elm öyrənmək , özlərini və onları əhatə edən 

varlıqları dərk etmək marağına və istəyinə əsaslanaraq ,erkən yaşlı uşaqlar, “öyrənmək heç vaxt gec 

deyil “ müdrik sözünə istinad edərək orta və yaşlı əhali də elm, savad arxasınca getməyi özlərinə şərəf 

bilmiş,  millətin  gələcəyini  savadlanmaqda,  maariflənməkdə  görərək  yüksək  qiymətləndirmişlər. 

Təhsilə  verilən  diqqətin  getdikcə  geniş  vüsət  alması  onun  yaş  səviyyələrinə  və  maraq  sahəsinə  görə 

müxtəlif pillələrə, təhsil ocaqlarına ayrılmasına zəmin yaratdı. Bu zaman təhsil sahəsində gedən bütün 

proseslərə  nəzarət  idarəetmə  anlayışının  vacibliyini  bir  daha  ortaya  çıxardı.  Dünyada  və  ölkəmizdə 

elmi-texniki  inqilab  fasiləsiz  davam  edən,  təkmilləşən,  bəşər  sivilizasiyasını  daim  müşayiət  edən  bir 

proses  olmuşdur.  Azərbaycanda  bir  çox  sahələrdə  müşahidə  olunan  inkişaf  tendensiyası  təhsil 

sektorunda  da  nəzərə  çarpmaqdadır.  Azərbaycanda  ibtidai  savad  təlimi  verən  ilk  məktəblərin 

yaranması  III  əsrdən  başlayaraq  mövcud  olmuşdur.  Mütəşəkkil  məktəb  təhsili  tarixinin  başlanğıcı 

adətən  islam  tarixi  ilə  əlaqələndirilir  (VIII-  Xəsrlərə  aid  edilir)  ,  VII  əsrdə  artıq  təhsil  sistemi 

formalaşmaqda idi. Azərbaycanda ali təhsilin tarixi çox qədim olub , X  əsrə təsadüf edir. XIII  əsrin 

ikinci  yarısı  və  XVI  əsrin  əvvəllərində  Azərbaycanda  maarif  sahəsində  yüksəlişdaha  bariz  şəkildə 

nəzərə çarpır. XVI - XVII əsrlərdə Azərbaycanda gedən müharibələrin əmələ gətirdiyi ağır fəlakətlərə 

baxmayaraq  yeni  məktəb  və  mədrəsə  şəbəkələrinin  qurulması,  fəaliyyəti  və  inkişafına  mane 

olmamışdır. 

Azərbaycan Respublikasında ümumi orta məktəb təhsili üç pillədən – ibtidai, ümumi orta və tam 

orta təhsildən ibarətdir.Ümum orta məktəb təhsili müvafiq təhsil proqlamları əsasında həyata keçirilir. 

Ümumi  orta  məktəb  təhsili  əsasən  ümumtəhsil  müəssisələrində,  gimnaziya,  lisey,  ilk  və  orta  peşə 

məktəblərində,  habelə  kollec  və  ali  təhsil  müəssisələrində  həyata  keçirilir.  Azərbaycan 

Respublikasında ibtidai təhsil 6 yaşdan başlayır və birinci- dördüncü sinifləri əhatə edir. Ümumi orta 

təhsil beşinci- doqquzuncu sinifləri əhatə edir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi orta 

məktəb  təhsilinin  sonuncu  pilləsi  olaraq  onuncu  -  on  birinci  sinifləri  əhatə  edir  və  bu  pillədə  təhsil 

alanların  biliyinin  qiymətləndirilməsinin  yekun  dövlət  attestasiyası  həyata  keçirilir,  onun  nəticəsinə 

görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd attestat verilir.Bununla yanaşı ilk və orta peşə 

- ixtisas, ali təhsil pillələri də Təhsil sisteminin əsasını təşkil edir. 

Müstəqil Azərbaycan Respublikasının banisi Ulu öndər Heydər Əliyevin miras qoyduğu özündə 

yüksək norma və dəyərləri ehtiva edən sistem bu gün də prezidentimiz İlham Əliyev tərəfindən davam 

etdirilir. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Dövlətimizin 

daimi  müstəqilliyini  və  bütövlüyünü  əsas  edən  önəmli  və  ayrılmaz  tərkib  hissəsinin  daima  elm, 

düzgün  siyasət,  düşünülmüş  və  uğurlu  addım  təhsil  idarəçilərinin  ,  müəllimlərin,  təhsildə  xidmət 

göstərən hər bir vətəndaşın borcudur.1998 – ci ildə “Təhsil İslahat Komissiyasının ” yaradılması, 2000 

–  ci  ildə  “Azərbaycan  Respublikası  Təhsilinin  Təkmilləşdirilməsi  ”  haqqında  fərman  təhsil 

quruculuğuna  Prezidentin  fasiləsiz  qayğısının  əyani  təzahürüdür.  2009  cu  –  il  iyunun  19  da  Milli 

Məclis  tərəfindən  “Təhsil  haqqında  ”  Azərbaycan  Respublikasının  Qanunu  qəbul  etdi.  Bu  gün 

Azərbaycanda  həyata  keçirilən  dövlət  proqramları  və  islahatları  çərçivəsində  təhsilin  bütün  sahələri 

inkişaf edir. Təhsildə idarəetmə , müəllimlərin peşəkar hazırlıq səviyyəsinin artırılması istiqamətində 

təşkil olunan təlim, müzakirə, konfranlar bir sözlə təhsilin inkişafına xidmət edən və həyata keçirilən 

tədbirlər önəmlidir.  

Cəmiyyətin müxtəlif inkişaf mərhələlərində məktəbin qarşısına qoyulan vəzifələr fərqli xarakter 

daşımışdır. Müəllim həm tərbiyə etmiş, həm də öyrətmişdir. Tərbiyə etmədən təlim etmək də olmaz. 

Təlim olmadan tərbiyə etmək də olmaz. Təlim və tərbiyə ocağı məktəblər, təhsil müəssisələri, texniki 

–  peşə  məktəbləri,  texniki-  peşə  kollecləri,  liseylər,  orta  ixtisas  və  ali  məktəblərdir.  Bu  təhsil 

müəssisələrinin  idarə  olunması  yalnız  onun  fəaliyyətinin  davamlı  olması  üçün  deyil,eyni  zamanda 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin