IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1482
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
zamanda tələbələrin xalqımızın azadlıq və demokratiya ənənələrinə sadiq olan, millətimizin mənəvi,
humanist və mədəni dəyərlərini mənimsəyən, doğma diyarı, onun sakinlərini sevən, ölkəmizin şərəfini
qoruyan, müstəqil və yaradıcı düşünməyi bacaran şəxsiyyətlər kimi yetişmələrinə imkan verir. İlkin
pedaqoji kadrların hazırlanması müəllim-tələbə münasibətlərinin səviyyəsindən, keyfiyyətindən çox
asılıdır. Müəllim-tələbə münasibətlərinin düzgün qurulması üçün ilk növbədə müəllim yüksək mənəvi
keyfiyyətlərə yiyələnməli, nümunəvi davranmalı, mütəxəssis, işçi və insan kimi özünü doğrultmalıdır.
Müəllim-şagird münasibətlərinin səmərəli təşkili problemi bu və ya digər dərəcədə tədqiqatların
obyekti olsa da, ali məktəblərdə ilkin pedaqoji kadr hazırlığında müəllim-tələbə münasibətlərinin
formalaşdırılması ilə bağlı xüsusi tədqiqat aparılmamış, kitab və kitabçalar yazılmamışdır. Bundan
başqa, ali məktəblərdə müəllim-tələbə münasibətlərinin səmərəli qurulması üzrə təlim prosesində
müəyyən işlər görülsə də, bu istiqamətdə auditoriyadankənar vaxtlarda görülən işlər lazımi səviyyədə
deyildir.
Müəllim-tələbə münasibətlərinin səmərəli qurulması aşağıdakı şərtlər daxilində mümkündür:
- müəllim-tələbə münasibətlərinin səmərəli qurulması üzrə işin mahiyyəti,
- məqsədi və əhəmiyyəti hər bir ali məktəb müəllimi tərəfindən aydın təsəvvür olunarsa, bu
məsələ universitet, institut və təhsil akademiyalarının qarşısında duran ən mühüm vəzifələrindən biri
kimi nəzərdən keçirilərsə;
- müəllim-tələbə münasibətlərinin səmərəli qurulması ali məktəblərdə pedaqoji kollektivin hər bir
üzvünün
daxili
tələbatına
çevrilərsə və bu zaman müəllim-tələbə münasibətlərinin
demokratikləşdirilməsi və humanistləşdirilməsi əsas götürülərsə;
- müəllim-tələbə münasibətlərinin səmərəli qurulması məqsədilə təlim prosesinin və
auditoriyadankənar tədbirlərin imkanları nəzərə alınarsa.
Gələcək müəllimlərdə pedaqoji mədəniyyətin formalaşdırılması vacib pedaqoji problem olub, kadr
hazırlığının əsas tərkib hissələrindən birini təşkil edir. Gələcək müəllimlərdə zəruri pedaqoji keyfiyyətlərin
tərbiyə edilməsi əsl usta-müəllim şəxsiyyətinin formalaşdırılması kimi mühüm pedaqoji vəzifənin həyata
keçirilməsi ilə nəticələnir. Belə keyfiyyətlərə malik olan hər bir gələcək müəllim:
a)
düzlük, doğruçuluq, səmimilik, saflıq, uşaqlara hörmət və məhəbbət, mehribançılıq kimi
yüksək mənəvi keyfiyyətlərə, ümumi mədəniyyətə, özünənəzarətə, özünü ələ alma bacarığına yiyələnir
və seçdiyi peşəyə, ixtisasa dərin maraq göstərir;
b)
aydın və emosional nitq mədəniyyətinə, aktyorluq fəaliyyətinə, pedaqoji texnikaya,
psixoloji əqlə, təşkilatçılıq bacarığına yiyələnir;
c)
tədris etdiyi fənnin səciyyəvi xüsusiyyətlərinə uyğun olan bir sıra keyfiyyətlərə malik
olur.
Təhsil illərində belə keyfiyyətlərə yiyələnən tələbələr gələcək fəaliyyətinin elə ilk illərində
özlərini yüksək intellektual səviyyəli mühüm pedaqoji keyfiyyətlərə malik, yaradıcı və əsl pedaqoq
kimi göstərə bilər, müəllim, şagird və valideynlərin dərin hörmək və məhəbbətini qazanırlar.
İdarəetmə mədəniyyətini formalaşdırmaqla təlim prosesinin iştirakçıları arasında qarşılıqlı
fəaliyyəti - öyrənmə və idrak fəaliyyətini səmərəli təşkil etməyi, idrak prosesinin səmərəliliyini
yüksəltməyə təsir edən amilləri vahid bir məqsədə yönəltməyi, sinfin idarəolunmasına verilən tələbləri
praktik fəaliyyətdə tətbiq etməyi, müəllim-şagird münasibətlərini qarşılıqlı hörmət, tələbkarlıq və
digər standartlar əsasında qurmağı, şagird yaradıcılığını dəstəkləməyi və inkişaf etdirməyi, bu
məqsədlə müxtəlif təqdiretmə və rəğbətləndirmə metodlarından istifadə etməyi, sinifdə müsbət
öyrənmə mühiti yaratmağı bacarmaqdır. İdarəetmə mədəniyyəti tələblərdə əsasən pedaqoji təcrübə
vaxtı formalaşır. Pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələr ən geci ikinci kursdan başlayaraq
ümumtəhsil məktəblərində təlim, tədris və tərbiyə prosesləri ilə tanış olurlar. İnteqrasiya imkanlarının
yaradılması, tələbənin məktəb həyatı və məktəbdə baş verən proseslərlə daha ətraflı tanış ola bilməsi
üçün yaxşı olar ki, pedaqoji təcrübə ikinci kursdan başlansın.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1483
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
YAN AMOS KOMENSKİNİN UŞAQ OYUNLARI
İLƏ BAĞLI PEDAQOJİ FİKİRLƏRİ
Könül MƏMMƏDOVA
Qafqaz Universiteti
kmemmedova@qu.edu.az
AZƏRBAYCAN
Pedaqogikanın banisi sayılanYan Amos Komenski ( 1592-1670) qiymətli elmi irsi orijinal
pedaqoji nəzəriyyələri ilə dünya pedaqoji irsində köklü dəyişikliklər etmişdir. Onun pedaqoji görüşləri
təlim-tərbiyə işinin əsası olmaqla yanaşı müasir dövrdə də öz əhəmiyyətini itirməmişdir.
Pedaqogikanın müstəqil elmə çevrilməsi məhz onun adı ilə bağlıdır. Pedaqoji fikir tarixində
Y.A.Komenski didaktikanın əsasını qoymuşdur. Y.A.Komenski “Böyük didaktika” əsərini yazmaqla
didaktikanın “elmi-pedaqoji- metodik” sistemini yaratmışdır. O, “Ümumi hikmətlərin müjdəçisi”,
“Dünyanın dolaşıq yolları”, “İşığın yolu”, “Dillərin açıq qapısı”, “Ana məktəb”, “Fizika” və başqa
əsərlərini yazmışdır. Humanizm və demokratizm Komenski dünyagörüşündəki mühüm ünsür
olmuşdur.
Pedaqoqun həmçinin "Şəkillərdə Görünən Dünya” adlı usaqlar üçün ilk şəkilli kitabı
yazmışdır. O, bu kitabı mühüm pedaqoji prinsip üzərində yazmış belə ki, verilən biliklər sadədən
mürəkkəbə doğru öyrədilməli idi. Yan həyatı boyunca əzbərçiliyə qarşı olmuş məntiqi təfəkkürə
üstünlük vermişdir. Kasıb uşaqlar üçün təhsildə bərabərlik hüququnu irəli sürmüş, bununla yanaşı O,
“beynəlxalq təhsil” anlayışını ilk dəfə olaraq irəli sürən ilk pedaqoqdur. Pedaqogika sahəsinə verdiyi
töhfələr ona "Millətlərin müəllimi" adını qazandırmışdır.
Keçən əsrin 20-30 ci illərindən başlayaraq Y.A.Komenskinin pedaqoji əsərləri daha
ciddi tədqiqat obyektinə çevrilmişdir. 40-cı illərdə Azərbaycan pedaqoji klassiklərin əsərlərinin
Azərbaycan dilində nəşrinə başlanılmışdır. İlk dəfə Y.A.Komenskinin “Böyük didaktika” və
“Ana qucağı məktəbi” adlı əsərlərindən parçalar “Didaktik prinsiplər” adı ilə nəşr olunmuşdur.
Y.A.Komenskinin Azərbaycanda ikinci kitabı 60-cı illərdə işıq üzü görmüşdür.
İnsan öz inkişafında müxtəlif yaş dövrlərindən keçir və hər bir dövr şəxsiyyətin inkişafına
müəyyən təsir göstərir. Y.A.Komenski dörd fəslə müvafiq olaraq insan həyatını dörd dövrə bölmüşdü:
həyatın bahar dövrü (uşaqlıq), yay dövrü (gənclik), payız dövrü (orta yaş), qış dövrü (qocalıq). Bu
dövürlərin ayrı-ayrı xüsusyyətlərini xarakteriz edən Komenski insanın hər tərəfli inkişafında (həm
fiziki həm də zehni ) əvəzsiz rolu olan oyunlar haqqında önəmli fikirlər irəli sürmüşdür.
Y.A Komenski oyunun uşağın inkişafında çox mühüm rol oynadığını demişdir. Oyunun insanın
müstəqil olma istəyi, hərəkət etmə, dostluq qurmaq, rəqabət etmə və dəyişiklik istəyi ilə
əlaqələndirmiş, həmçinin nizam-intizam və məsuliyyət qazanmaqda da önəmli rol olduğunu
bildirmişdir. O, həmçinin əxlaqi dəyərləri qazanmasında oyunun önəmini vurğulamışdır. Uşağın
böyüməsi və inkişafı üçün qida, sevgi nə qədər vacibdirsə, oyun da o qədər önəmlidir. Oyun müəyyən
bir məqsəd olmadan böyüklər tərəfindən deyil də, uşağın göstərdiyi fəaliyyətlə bağlı olaraq
davranışlarda ortaya çıxmışdır.
Hər vəziyyətdə uşağın istəyərək və bəyənərək yer aldığı fiziki, əqli,
zehni, dil, emosional və sosial inkişafa təməl olan həyatın bir parçası və uşaq üçün ən aktiv öyrənmə
müddətidir.
Sosial inkişaf, doğumdan etibarən başlayan, yaşam boyu davam edən, insanın başqaları ilə əlaqə
yaratmasını və içində yaşadığı cəmiyyətə uyğunlaşma müddətidir. Komenskiyə görə uşaqlar qayda-
qanunları asan ve zərərsiz şəkildə oyun zamanında öyrənir. Sırasını gözləmək, paylaşmaq,
başqalarının haqqına hörmət etmək, öz əşyasına sahib çıxmaq, qanunlara və qoyulan məhdudiyyətlərə
riayət etmək, söylənənləri dinləmək və bunlar kimi bir çox dəyərləri oyun zamanı mənimsəyirlər.
Həmçinin Komenski uşaq həyatını oda bənzədərək qeyd edir ki, küləksiz od yanmadığı kimi,
oyunsuz da uşaq böyüyüb inkişaf edə bilməz. Oyun uşaqlarda şən əhval-ruhiyyə, sevinc, fantaziya və
xəyal yaşadır. Oyunsuz uşaq həyatı yoxdur, oyun uşaqların tərbiyə məktəbidir. Pedaqoqun məşhur
“Ana qucağı məktəbi” adlı əsərində uşaq həyatını altı ilə bölür və hər ili ətraflı təhlil edərək göstərir ki,
valideynlər uşaqlarla birgə oynamalı və onların oyunlarını istiqamətləndirməyə xüsusi əhəmiyyət
verməlidir. Uşaqları oyun zamanı daha yaxşı və daha yaxından dəqiq tanımaq olur. Belə ki,
uşaqların oyun zamanı üzərlərinə götürdükləri rollar, hərəkətlər və davranışlar daxili aləmlərinin
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1484
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
göstəricisi kimi çıxış edir. Ailədə kifayət qədər diqqət görməyən, yaxud ayrı-seçkiliklə, laqeyidliklə
üzləşən uşaqlar təhlükəsizlik hissindən məhrum olur. Həmçinin həddindən artıq cəzalandırılan uşaqlar
oyun zamanı narahatlılıq və tənhalıq duyğularını əks etdirirlər. Bunun üçün də uşaqlarla oyun yoldaşı
olmaq lazımdır.
Uşaq oyun mühitində həm əylənir, həm də öyrənir. Uşağın oyun yoldaşı olmaq onun sevinc
hissinə bürünməsinə səbəb olmaqla yanaşı, həmçinin aradakı səmimiyyəti artırır, uşaqda özünə inam
və dəyərvermə hissini gücləndirir. Əlavə olaraq onu da qeyd etmək olar ki, oyun müddətində əxlaq
prinsiplərinin birbaşa və ya dolayı yolla uşağa aşılamaq mümkündür. Bu müvafiq imkanları əldən
verməmək lazımdır, çünki uşaqların şəxsiyyətini yetişdirmə üsullarından biri onların oyununda iştirak
etməkdir.
Komenskiyə görə, ana-ataların oyunu effektli etmələri üçün özləri də daxillərindəki uşaqlığı üzə
çıxarmalıdırlar. Çünki valideynlərin biruzə etdikləri uşaqlıqları, uşaqla aralarındakı yaş, düşüncə, fikir
fərqini aradan qaldırır. Beləliklə valideynlər uşaqlarla eyni dili danışmış, yəni uşaqlaşmış olacaqlar.
Valideynlərin uşaqları ilə uşaqlaşaraq oyun oynamaları gələcəkdə ana-uşaq, ata-uşaq əlaqələrində çox
mühüm faydalar ortaya qoyacaqdır ki, bu da həm tərbiyəvi yöndən, həm də uşaqların gələcək sosial
mühitdə özlərini bir fərd, şəxsiyyət kimi yetişmələrində özünü göstərən mühüm faktora çevriləcəkdir.
Oyun oynamağı məhdudlaşdırılan və ya icazə verilməyən uşaqlarda bir sıra psixoloji, sosial, nitq,
fiziki, əqli, hətta özünə qapanma və başqa problemlər ortaya çıxır. Onu da qeyd edək ki, belə uşaqlar
böyüdükdə dost tapmaqda , gələcəkdə isə kollektivdə əməkdaşlıq etməkdə çox çətinlik çəkirlər.
Beləliklə, uşaqların kiçik və eyni zamanda sirli dünyalarını oyunlarla bəzədərək həm fiziki, həm
zehni, həm də mənəvi yöndən hər tərəfli inkişaf etdirmək olar. Oyunlar ancaq uşaqların boş vaxtlarını
keçirmək üçün deyil, həmçinin onların tərbiyə olunmasında mühüm vasitə rolunu oynamalıdır.
Uşaqlar əylənərək öyrənməli, sevilərək böyüməlidirlər.
АİLƏDАХİLİ MÜNАSİBƏTLƏRƏ VЕRİLƏN PЕDАQОJİ TƏLƏBLƏR
Nurlаnə RАMАZАNОVА
Azərbaycan Respublikası Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi, Qаfqаz Univеrsitеti
nurlana.ramazanova@yahoo.com
AZƏRBAYCAN
Uşаqlаrın аilədахili mövqеyinin və аilə münаsibətlərinin möhkəmləndirilməsindəki yеrini yеni
kоnsеptuаl idеyаlаrlа zənginləşdirməyin mеtоdоlоgiyаsı bаrədə pеdаqоji mətbuаtdа müəyyən çıхışlаr
оlmuş, prоblеmin qоyuluşunа ciddi kоnsеptuаl münаsibətlər də bildirilmişdir. Bununlа yаnаşı аilədə
uşаqlаrın bir şəхsiyyət kimi fоrmаlаşmаsındа vаlidеynlərin və tərbiyəçilərin mövcud stаtusu hаqqındа
hələlik yеni mündəricəli münаsibət оlmаmışdır. Аilə pаrаdiqmаlаrı ilə bаğlı ən təsirli vаsitə оlаn
аilədахili münаsibətlərin tənzimlənməsi istiqаmətində аtılаn hər bir uğurlu аddım bu gün dаhа önəmli
bir məsələ kimi diqqət mərkəzindədir.
Аilə tərbiyəsi üzrə işin dinаmik sistеmini müəyyənləşdirərkən, məhz bu prоblеmin əhаtə еtdiyi
bаşlıcа məsələləri də yеni idеyа və məzmun bахımındаn dəyərləndirmək lаzımdır. Аilədахili
prоsеslərdə öz uşаqlаrınа həqiqi tərbiyə vеrmək, оnlаrı ictimаi həyаtа hаzırlаmаq, uşаqlаrdа rеаl
mənəvi düşüncə tərzi-vətənpərvərlik, əməksеvərlik, sаğlаm və gümrаh görünmək vərdişi
fоrmаlаşdırmаq hər bir аtа, аnаnın аrzusu və başlıca bоrcudur.
Qеyd еtmək lаzımdır ki, hər bir vаlidеyn rütbəsindən аsılı оlmаyаrаq, öz uşаğının tərbiyəsi üçün
böyük məsuliyyət hiss еtməli, həm də uşаqlаrın аilədə düzgün tərbiyə оlunmаlаrı üçün diqqətli оlmаlı,
yaxından maraqlanmalıdırlаr. Bu, çox böyük məsuliyyət tələb edən bir məsələdir. Belə ki, hər bir
yalnış yönləndirmə nəinki həmin anda, eyni zamanda uşağın gələcək fəaliyyətində də böyük qüsurlara
səbəb ola bilər.
Vаlidеynin hər bir hərəkəti, dаvrаnışı uşаq üçün cаnlı nümunə rоlunu оynаyır və оnun şəхsiyyət
kimi fоrmаlаşmаsınа əsаslı təsir göstərir. Görkəmli pеdаqоq А.S.Mаkаrеnkо vахtilə yаzırdı: “Siz
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1485
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
uşаğınızı yаlnız оnunlа dаnışаndа və оnu öyrədəndə, yахud оnа əmr vеrəndə tərbiyələndirmirsiniz. Siz
оnu həyаtınızın hər bir аnındа, həttа, еvdə оlmаdığınız zаmаndа dа tərbiyə еdirsiniz”. Bu gün
аilədахili münаsibətlərdə cərəyаn еdən bəzi хоşаgəlməz məqаmlаr hаmıdа dərin təəssüf dоğurur və bu
sаhədə yеni, təkmil yаnаşmа kоnsеpsiyаlаrının yаzılmаsını zəruri еdir.
Оdur ki, müаsir şərаitin tələblərindən çıхış еdərək yuхаrıdа qеyd еtdiyiniz məsələlərdən
аydınlаşır ki, həqiqətən şəхsiyyətyönümlü tərbiyə vаsitəsilə аilədахili münаsibətlərdə yеni mеtоdоlоji
prinsiplərə istinаd еdən pеdаqоji tələblərin fоrmаlаşdırılmаsı prоblеmi аktuаl еdir.
Аilədахili münаsibətlərin quruculаrı hər şеydən əvvəl, milli düşüncə, təfəkkür, mənəvi dəyərlər,
işgüzаrlıq kеyfiyyətləri, bахımındаn аilənin tələblərini yеrinə yеtirə bilən, fərqli, yеni хüsusiyyətlərə
mаlik оlmаlıdırlаr. Bunlаrı isə аşаğıdаkı kimi ümumiləşdirmək оlаr:
-Аilədə uşаğın inkişаfı və böyüməsi üçün mаksimum şərаitin yаrаdılmаsı;
-Uşаğın sоsiаl-iqtisаdi və psiхоlоji müdаfiəsinin təşkil оlunmаsı;
-Аilənin yаrаdılmаsı və qоrunub sахlаnmаsı təcrübəsini uşаqlаrа vеrmək, ötürmək bаcаrığının
fоrmаlаşdırılmаsı;
-Uşаqlаrın dаvrаnış və fəаliyyətində yüksək humаnist kеyfiyyətlərə əsаslаnаn irаdi-mənəvi
səylərin аrtırmаq qаyğısınа qаlınmаsı;
-Bu işdə vаlidеyn-övlаd münаsibətlərini zəngin аilə ənənələri ilə еhtivа еdən yаnаşmаlаrdаkı
mütərəqqi tехnоlоgiyаlаrdаn istifаdə оlunmаsı;
-Аilədахili münаsibətlərin milli və ümumbəşəri dəyər və gücünü аrtırаn yеni pаrаdiqmаlаrın
(əlаmətlərin) öyrənilib üzə çıхаrılmаsı və s.
Bеləliklə, müаsir аilə tərbiyəsi prоsеsində hər bir аilə üzvü аilənin Аzərbаycаn Rеspublikаsının
Kоnstitusiyаsınа uyğun оlаrаq dövlət tərəfindən mühаfizə оlunmаsını öyrənir; аilənin mənəvi əsаslаrı
ilə tаnış оlur; övlаd tərbiyəsində vаlidеyn məsuliyyəti hissinin nə dеmək оlmаsını, məsuliyyət hissinə
vеrilən pеdаqоji tələbləri əхz еdir; аilədə vаlidеyn nüfuzunun təsir imkаnlаrını, hаbеlə vаlidеynin
övlаd yаnındа nüfuz qаzаnmаsının şərtlərini öyrənir; аilədə uşаqlаrın аsudə vахtının təşkili və gün
rеjimində gözlənilən didаktik vəzifələri özü üçün аyırd еtməklə bir dаhа gənc nəslə örnək оlаsı həyаti
nümunə yоlu ilə оnlаrı аilə münаsibətlərinin pоzulmаsının nəticələrini əks еtdirən məlumаtlаrlа dа
yеri gəldikcə tаnış еdir.
Оnu dа qеyd еtmək yеrinə düşər ki, bu sаhədə аilə pеdаqоgikаsının özünəməхsus gеniş diаqnоstik
imkаnlаrı vаrdır. İndiki şərаitdə öz vətəninə qəlbən bаğlı оlаn, möhkəm əqidəsi ilə fərqlənən hər bir аilə
üzvü gündəlik iş prоsеsində gənc nəslə lаzımi mənəvi dəstək, bаcаrıq və vərdişlər аşılаmаqlа bərаbər,
оnlаrı vətəndаşı оlduğu ölkənin idеyа əsаsını öyrənməyə, yаşаdığı mühitin birgəyаşаyış qаydаlаrını
mənimsəməyə də аlışdırmаğı bаcаrmаlıdır. Bu cür təcrübə fаktlаrındаn irəli gələn nəticə bеlədir:
Аilədaхili münаsibətlərdə uşаqlаrın, vаlidеynlərin аnlаşmа bахımındаn müvəffəqiyyət
qаzаnmаsının səviyyəsi bir çох pеdаqоji tələblər əsаsındа qurulmаlı, mааrifləndirici səciyyə
daşımalıdır. Bu məqsədlə vаlidеynlər bilməlidir ki, uşаq fikir, vicdаn, peşə sеçmək аzаdlığınа
mаlikdir. Uşаğın bаşqа şəхslərlə görüşmək, müхtəlif birliklərə qоşulmаq hüququ vаr. Uşаq böhtаndаn,
təhqirdən müdаfiə оlunmаq hüququnа mаlikdir. Аilə uşаqlаrı zərərli infоrmаsiyаlаrdаn qоrumаlıdır.
Uşаqlаrın tərbiyəsində vаlidеynlər birlikdə məsuliyyət dаşıyırlаr. Аilədə uşаqlаrlа, digər аilə
üzvləri ilə pis rəftаr еdən şəхslərə qаrşı dərhаl tədbir görülməlidir.
Аilədахili münаsibətlərdə ümumi аnlаşmа səviyyəsi dаim təkmilləşdirilməli, bu cəhətdən
vаlidеynlər üçün mаksimum müstəqil şərаit yаrаdılmаlı, оnаlırn nоrmаl аnlаşmа məsələsi üçün
təhsilləndirici iş аpаrılmаlıdır.
Аilədахili münаsibətləri pеdаqоji tələblər əsаsındа qurmаğın ən vаcib şərtlərindən biri kimi аilə
üzvləri ilə təmаs yаrаtmаğın, ünsiyyət fоrmаlаşdırmаğın məqsəd və vəzifələrini düzgün icrа еtməsi ilə
bаğlıdır.
Аrаşdırılаn tədqiqаt bir dаhа göstərdi ki, аilədахili münаsibətlərin pеdаqоji tələblərini о zаmаn
dаhа mükəmməl tаpşırıqlаrlа rеаllаşdırmаq оlur ki, аilə üzvlərinin özünü nümunəvi аpаrmаsı, öz
üzərində bu işin nə dərəcədə sınаnılmаsını hər bir аilə üzvü təkidlə bir-birindən tələb еtsin.
Dеməli, аilədə аilədахili münаsibətlərdə təzаhür еdən аnlаşmа səviyyəsi хеyli dərəcədə
vаlidеynlərdən, müəllimlərdən, еləcə də ictimаiyyət nümаyəndələrindən də аsılı оlаn mühüm təlim-
tərbiyə işi оlub, ümumхаlq və ümumdövlət səviyyəli bir işin əsаs аmili kimi həmişə аktuаl məzmun
kəsb еdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1486
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
MÜƏLLİM-YENİYETMƏ ŞAGİRDLƏR ARASINDA
ÜNSİYYƏTİN XARAKTERİSTİKASI
Günay YUSİFOVA
ADPU
gunay.yusifova.1985@mail.ru
AZƏRBAYCAN
Bildiyimiz kimi məktəbdə ünsiyyət müxtəlif istiqamətlərdə təzahür edir. Bura təbii ki, müəllim-
şagird münasibəti də daxildir. Bu münasibətlərdə müxtəlif psixoloji keyfiyyət özünü göstərir. Bir
şəxsiyyət kimi müəllim də, şagird də bu münasibətlərdə mövcuddur. Onların ziddiyyətli eyni zamanda
mürəkkəbliyi müəllim və şagirdin psixoloji siması ilə şərtlənir. Müəllim həmin münasibətlərdə təkcə
peşəkar mütəxəssis kimi deyil həm də müəyyən həyat təcrübəsi keçmiş biri olaraq iştirak edir. Şagird
də şagird olmaqla yanaşı həm də qayğıya ehtiyacı olan bir insandır. Sözsüz ki, ünsiyyət informasiya
yaratmaq və onu müəyyən insanlara ötürməkdən ibarətdir. Müəllim şagird arasında da həmçinin bu
informasiya mübadiləsi baş verir. Bu zaman müəllimlər ehtiyatlı olmalıdırlar, çünki onların ünsiyyətə
girdikləri şagirdlər yeniyetmələr müəyyən psixoloji keyfiyyətlərə malikdirlər. Bu dövr onların böhran
dövrü olduğundan istər müəllimlər, istərsə də valideynlər onlarla ünsiyyətə girən zaman diqqətli
olmalıdırlar. Müəllimlər çox vaxt şagirdlərlə ünsiyyətə girərkən psixoloji və pedoqoji “kanonlara”
deyil, daha çox özlərinin birtərəfli olan güzəran təcrübələrinə əsaslanırlar. Adi müəllimlərin gözündə
şagirdlərin təsnifatı çox sadədir. Həmin təsnifatda şagirdlərin bölgüsü 4 əsas tipə ayrılır: 1.Yaxşı
oxuyan-intizamlı; 2.Yaxşı oxuyan-intizamsız; 3. Pis oxuyan- intizamlı; 4. Pis oxuyan-intizamsız.
Müəllimlər şagirdləri birtərəfli ölçülərlə bir-birindən fərqləndirməməlidirlər. Bu onların həm pedaqoji,
həm də psixolji cəhətdən zəif olduqlarını göstərir. Çox vaxt müəllimin bir insan kimi yaşadığı hisslər
onun pedaqoq duyumunu üstələyir. Yəni, müəllimlərin nəzərində onların sevdiyi və sevmədiyi
şagirdlər aləmi meydana gəlir. Məhz şagirdlərin də sevdiyi və sevmədiyi müəllimlər bu kökdə əmələ
gəlir. Bu əslində özünəməxsus subyektiv ölçüləri olan təhlükəli bir aləmdir. Müəllimlər emosional
qiymətlərə arxalanaraq şagirdlərin fərdi xüsusiyyətlərini görmürlər. Onların savadını çox vaxt intizam
müstəvisində qiymətləndirirlər. Sözsüz ki, bu mühüm məsələlərə bir pedaqoq və psixoloq gözü ilə
baxmırlar. Müəllimlərin gözündə ideal şagird dərslərini yaxşı oxuyan və intizamı pozmayan
şagirdlərdir. Yaxşı oxumayan və intizamı pozan şagirlər isə “pis uşaq”sayılır. Bu cür düşünmək
müəllimlərə həmin şagirdlərlə düzgün işləmək imkanı vermir. Belə olduğu halda bəlkə də özündə
müxtəlif keyfiyyətləri daşıyan şagirdlər inkişaf etməmiş üzə çıxmamış olur. Müəllimlər şagirdləri bir
şəxsiyyət kimi bu cür qiymətləndirsələr onlara düzgün münasibət bəsləyə bilməzlər. Bir müəllimin
sinfi, yəni şagirdləri düzgün idarə edə bilməsi üçün şagirdlərlə sağlam bir ünsiyyət qurması gərəkdir.
Müəllimin təsirli ünsiyyət vərdişlərinə sahib olması və həm özünü həm də sinifdə digər yoldaşlarını
narahat edən şagirdlərə kömək olabilməsi sinif idarəsi baxımından böyük önəm daşıyır. Ona görə də
müəllim bu cür keyfiyyətlərə yiyələnməyə xüsusi diqqət yetirməlidir. Müəllimlərin şagirdlərlə olan
ünsiyyətinə müəllimlərə verilən yönəlişlərin də böyük təsiri olur.
Müəllim yalnız müzakirədə iştirak edən şagirdlərə deyil, həm də danışmayan, müzakirədə iştirak
etməyən şagirdlərə səslənməli və onların dərsdə, müzakirələrdə iştirakını təmin etməlidir. Göründüyü
kimi psixoloqların müəllimlərə verdiyi məsləhət humanist xarakter daşıyır. Yəni verilən təkliflər həm
müəllimlərin, həm də yeniyetmə şagirdlərin faydasınadır. Müəllimlər yeniyetmələrlə ünsiyyətdə
bunları nəzərə alaraq onların həm simpatiyasını, həm də hörmətini qazanarlar. Müəllimlər şagirdlərlə
ünsiyyət qurarkən onlara sevgiyə ehtiyacı olan, dinlənilməyə ehtiyacı olan bir şəxsiyyət kimi
yanaşmalıdırlar. Belə vəziyyətlərdə yeniyetmələrə düşən bəzi məsələlər də var. Onlar da qarşılarında
uşağın deyil, müəllimin olduğunu unutmamalıdırlar. Konfliktli situasiyada sakitləşməyi ön plana
çəkməlidirlər. Bu cür halların keçici olduğunu bilməlidirlər.
Beləliklə, şəxsiyyətlərarası münasibətlər – real həyatda canlı, düşünən və hiss edən fərdlər
arasında yaranan əlaqə və münasibətlərdir. Bu, həqiqi insanların həqiqi ünsiyyətlərindəki empirik
münasibətlərdir.Qeyd etmək lazımdır ki, təlim prosesindəki müəllim və şagird arasında münasıbətlərin
necə qurulucağı ünsiyyət və qarşılıqlı təsir vasitələrinin xarakterinə birbaşa təsir edir. İlk növbədə
indiyədək kimi formalaşmış olan müəllim-şagird münasibətlərinin tipləri ilə tanış olaq. Onlar şərti
olaraq 4 tipə bölünür.
|