Conference committees conference chairs c



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə139/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   135   136   137   138   139   140   141   142   ...   189

 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1468



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

İBTİDAİ SİNİFLƏRDƏ İNGİLİS DİLİNİN TƏDRİSİ ZAMANI 

UŞAQLARIN YAŞ XARAKTERİSTİKASI 

 

Aynur RZAZADƏ 

Bakı Slavyan Universiteti 



moon-light2607@hotmail.com

 

AZƏRBAYCAN 

 

İngilis dilinin tədrisində yaranan problemlər istər ölkəmizdə, istərsə də digər ölkələrdə həllə də 



həll  edilməmiş  məsələlərdən  biridir.  Bu  problemləri  həll  etmək  üçün  bir  çox  metodistlər,  müəllimlər 

çox böyük səylər göstərmiş, bununla əlaqədər bir sıra kitablar, dərsliklər və s. yazılsa da, bu mövzu öz 

aktuallığını qoruyub saxlayır.  

Qəbul edilmiş faktdır ki, xarici dili ibtidai siniflərdə, hətta bağça zamanında öyrənmək daha yaxşı 

nəticələr əldə etməyə imkan verir. Əgər uğurlu nəticə görmək istəyiriksə, uşaqlara ikinci dili mümkün 

qədər  erkən  yaşlarında  tədris  etmək  vacibdir.  Əks  təqdirdə  daha  yaşlı  uşaqlarda  xarici  dilin  tədrisi 

zamanı istənilən nəticəni əldə etmək mümkün olmaycaq.  

Ölkəmizdə  müəllimlərə  kiçik  yaşlı  uşaqların  tədrsində  köməklik  edəcək  bir  çox  vəsaitlər  nəşr 

edilmişdir:  Hacıyeva  Ə.H.  “Bağçada  ingilis  dili”  (məktəbəqədər  yaşlı  uşaqlarla  məşğul  olan 

müəllimlər üçün vəsait) Bakı, 1995; yenə həmin müəllifin adı ilə “Məktəbəqədər yaşlı uşaqların nitq 

inkişafı” “Maarif”, 1992 və “Uşaq nitqinin linqvistik təhlili” “Maarif”, 1994. 

İstər bağçada, istərsə də ibtidai siniflərdə tədris prosesini izləsək, uşaqların hər bir yaşına uyğun 

psixoloji xarakteristikasını aydın görə bilərik.  

1.

 



Təxminən 5 və ya 6 yaşlı uşaqlar xarici dildə sözləri və cümlələri asanlıqla öyrənir və həmin 

sözləri əşyalar, hadisələrlə birbaşa əlaqələndirə bilir. Bu yaşlı uşaqlar üçün cümlələri öyrənmək qarışıq 

sözləri öyrənməkdən daha asan olur. Əgər cümlələr uşaqlara müəyyən birləşmələr şəklində verilərsə, 

onlar  sözləri  cümlələrdə  Azərbaycan  və  İngilis  dillərində  qarışdırmayacaqlar.  Onlar  artıq  ehtiyacları 

olan sözləri cümlə birləşmələri şəklində istifadə edə biləcəklər.  

2.

 



Bağça  və  ibtidai  sinif  uşaqlarında  təqlidetmə  bacarıqları  yaşlı  uşaqlara  nisbətən  daha  yaxşı 

inkişaf  etmişdir.  Təcrübələr  göstərir  ki,  bu  yaşlı  uşaqlarda  səsləri,  sözləri  və  cümlələri  təqlid  etmək 

marağı  vardır.  Onlar  müəllimlərin  tələffüzünü  təqlid  etməyə  çalışırlar  və  çox  zaman  buna  nail  ola 

bilirlər. Bütün bunlarla yanaşı müəllim şagirdlərə səsləri tələffüz etməyi göstərməklə bərabər səslərin 

necə tələffüz etməyin yollarını da izah etməlidir. Misal üçün, [a:] (car [ka:]) səsini tələffüz edən zaman 

dil arxa hissədə yerləşir və s. 

3.

 

5-6  yaşlı  uşaqların  əsas  məşğuliyyəti  oyundur.  Onlar  müxtəlif  oyunlar  dünyasında  yaşayır. 



Rollu  oyunlar  onların  həyatının  böyük  bir  hissəsini  təşkil  edir.  Misal  üçün,  kişik  yaşlı  qızların 

analarına  ev  işlərində  kömək  etməsi,  kiçik  yaşlı  oğlanların  atalarının  işlərinə  maraq  göstərməsi  də 

onların  rollu  oyunlarının  bir  hissədir.  Məhz  bütün  bunları  nəzərə  alaraq,  bağça  və  ibtidai  sinif 

uşaqlarına xarici  dili tədris  edən  zaman  rollu oyunlardan  geniş  istifadə  etməklə  arzuolunan  nəticəyə 

daha tez nail olmaq mümkündür. İbtida siniflərdə ikinci dili öyrədərkə oyunlar ən yaxşı motivasiya ola 

bilər.  


Məktəbəqədər  və  ibtidai  sinif  yaşlı  uşaqlarda  xarici  dili  tədris  edərkən  kursun  sonunda  onların 

nəticələrini  izləmək  vacib  amillərdən  biridir.  Şagirdlərin  yoxlanması  zamanı  istənilən  nəticə  əldə 

edilibsə,  bu  o  deməkdir  ki,  xarici  dilin tədrisi  uğurla nəticələnmişdir. Kurs sonun  şagirdlər  müəyyən 

təcrübələr  əsasında  əldə  edilmiş  standartlara  görə  yoxlanılır.  Belə  qəbul  edilmişdir  ki,  məktəbəqədər 

tədris  müddətini  bitirmiş  uşaqlar təxminən  200-250  cümlə  qurmaq  bacarığına  malik  olmalıdırlar.  Bu 

qurulmuş cümlələr 100-150 söz vasitəsilə yaradılır. Bu yaşlı uşaqlar həmçinin əzbərdən 8-10 şeir və 

kiçik nəğmələr bilməlidirlər.  

Məktəbəqədər  uşaqlarda  tədris  olunan  bütün  materiallar  şifahi  şəkildə  təqdim  edilir.  İngilis 

dilinin tədrisində müəllimlər bir çox metodlardan istifadə edirlər: 

-....... mənə göstər 

- ....... adını de 

- ....... obyekt haqqında danış 

- suallara cavab ver  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1469



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

- suallar ver 

- şeir de, mahnı oxu və s. 

 İbtidai sinifdə uşaqlar artıq müəyyən bacarıqlara yiyələnməlidirlər: 

1.

 

Müəllimin nitqini, proqramda yer  alan mövzu  və  materiallar üzrə qısa şifahi hekayələri başa 



düşməli, 

2.

 



Suallara cavab verməli və suallar təqdim etməli, 

3.

 



Dərs müddətində öyrəndikləri cümlələrdən istifadə etməli,  

4.

 



Şifahi formada sözləri və cümlələri oxumalı və s.  

İbtidai  sinfin  sonunda  şagirdlər  artıq  sərbəst  şəkildə  təxmini  300-500  sözdən  istifadə  etməklə 

600-800 cümlə qura bilməlidirlər.  

1-ci  və  2-ci  siniflərdə  ikinci  dilin  tədrisi  yalnız  şifahi  şəkildə  aparıldığı  halda,  daha  yuxarı 

siniflərdə,  3-cü,  4-cü  siniflərdə  artıq  tədricən  dinləmə  qabiliyyəti  də  inkişaf  etdirilməyə  başlayır.  Bu 

müddətdə  əsasən  rəngli  lövhələrdən,  şəkillərdən,  video  materiallardan  istifadə  etməklə  şagirdlərin 

marağını daha asanlıqla cəlb etmək mümkündür.İllər öncə Azərbaycanda ingilis dili beşinci sinifdən 

olaraq  keçirilirdi.  Yəni  beşinci  sinifdən  on  birinci  sinfə  qədər  tədris  olunurdu.  Amma  illər  ötdükcə 

Azərbaycanda ingilis dili birinci sinifdən tədris olunmağa başladı. Artıq bu neçə ildir ki, davam edir. 

İngilis dilinin Azərbaycanda belə tez bir zamanda yayılmasının bir sıra səbəbləri vardır. Bunun ilkin 

səbəblərindən  biri  Azərbaycanın  Avropaya  güclü  inteqrasiyasıdır.  İnteqrasiya  zamanı  Azərbaycanla 

Avropa  arasında  sıx  əlaqələr  quruldu  və  gənclərin  Avropa  ölkələrində  təhsil  almağı  üçün  şərait 

yaradıldı.  Bütün  bunlar  Azərbaycanda ingilis  dilinə  olan ehtiyacı  daha  da  çoxaltdı. Və  bu  da ingilis 

dilinin tədrisinin orta məktəblərdə daha səlis şəkildə öyrədilməsinə ehtiyac yaratdı.  

İbtidai siniflərdə ingilis dilinin tədris olunması çox müsbət hal kimi qiymətləndirmək olar. Amma 

təbii  ki,  aşağı  sinif

 şagirdlərinə  bu  dili  keçərkən  onların  psixologiyasına  uyğun  keçmək  əsas 

faktorlardan  biridir.  Çünki  Azərbaycan  mühitində  böyüyən  şagirdə  Azərbaycan  dilin  öyrətmək  çətin 

olur,nəinki  ingilis  dili  öyrətmək  asan  olsun.  Düzdür  dünyada  bu  metoddan  istifadə  edirlər.  Amma  o 

ölkələrdəki  bu  metoddan  istifadə  olunur  ki,  həmin  ölkələr  ingilisdilli  ölkələrdir.  Uşaqlar  ingilis 

mühitində  böyüyürlər.  Və  yaxud  da  bəzi  ölkələr  var  ki,  onlar  ingilisdilli  ölkə  deyil  və  orada  ibtidai 

sinifdən  ingilis  dili  tədris  olunur.  Bu  da  ondan  irəli  gəlir  ki,  həmin  ölkələrdə  uşaq  məktəbə 

getməmişdən  əvvəl  ingilis  dili  vərdişləri  öyrədilir.  Artıq  məktəbdə  dili  öyrənməyə  başlayarkən  bir  o 

qədər  çətinlik  çəkmirlər.  Amma  artıq  Azərbaycan  bu  kimi  işlərə  diqqət  ayrılır  və  uşaqlara  ingilis 

dilinin tədrisini daha aşağı yaşlardan başlanır. 

Ümumiyyətlə, kiçik yaşlı uşaqların öyrənmə tərzi bir qədər çətindir. Beləliklə, bu siniflərdə dərs 

tədris  edən  müəllimlərin  (müəllimələrin)  üzərinə  böyük  məsuliyyət  düşür.  İlk  öncə  müəllim  uşaq 

psixologiyasını yaxşı bilməli və uşaqlarla davranışlarına xüsusilə diqqət yetirməlidir. Dərsliklərdə olan 

çətin  anlaşılan  çalışmaları  uyğun  metodla  izah  etməlidir.  Bu  şagirdin  dərsi  yaxşı  mənimsəməsində 

mühüm rol oynayır. Burda müəllimlə yanaşı, şagirdlər də öz məsuliyyətlərini dərk etməli və dərslərdə 

fəal iştirak etməlidirlər. 

 

 



TEXNOLOGİYANIN MƏKTƏBLİLƏRƏ VERƏ BİLƏCƏYİ MƏNFİ 

TƏSİRLƏR 

 

Yeganə MƏHƏMMƏDOVA 

27 nömrəli tam orta məktəb 



yegana.mahammadova@yahoo.com 

AZƏRBAYCAN 

 

Bu  bir  danılmaz  həqiqətdir  ki,  bu  gün  texnika  və  texnologiya  vasitələri  hər  birimizin  ayrılmaz 



yoldaşına  çevrilib.  Elə  bir ev  yoxdur  ki,  orada  texniki  vasitələr  olmasın.  Paltarlarımızı  paltar  yuyan 

maşınlar,  qablarımızı  qab  yuyan  maşınlar  yuyur.  Məktublarımızı  dünyanın  başqa  bir  ucuna  da  olsa 

elektron  poçt  vasitəsilə  asanlıqla  göndərə  bilir,  dost  tanışımızdan  onlarla  görüşmədən  belə  mobil 

telefonumuz  vasitəsilə  hal-əhval  bilirik.  Bir  sözlə  fiziki  güc  sərf  etmədən  texnika  vasitəsilə  bir  çox 

işlərimizi  həll edirik.  Artıq  dünyada  insanların  fiziki gücünü  beyinlərinin  gücü  əvəz  edib.  Beləliklə, 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1470



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

yeni  texnologiya  vasitələrinin  faydalarından  istifadə  edirik.  Bununla  belə,  unutmamalıyıq  ki,  “hər 

qəpiyin iki üzü var”. Yəni, yeni texnologiya vasitələri insanların işlərini asanlaşdırdıqları kimi onların 

cəmiyyətə  mənfi  təsirləri  də  var.  Əsasən  də  azyaşlıların  telefon,  kompüter,  internet  kimi  yeni 

texnologiya  vasitələrindən  hədsiz  dərəcədə  istifadə  etməsi  və  düzgün  istifadə  etməməsi  onların 

gələcək nailiyyətlərinə mənfi təsir göstərə bilər.  

Bu gün şagirdlərimizin çoxu valideynləri tərəfindən “smartfon” tipli telefonlarla təmin olunur ki, 

həmin telefonlardan nəinki danışıq vasitəsi kimi istifadə etmək olar, hətta həmin telefonlar vasitəsilə 

internetə,  müəyyən  saytlara  daxil  olmaq,  videolara  baxmaq  olar.  Bu  hal  isə  şagirdlərin  dərs  zamanı 

fikirlərinin yayınmasının səbəblərindən biridir.  

Hətta tanınmış Amerika ixtiraçısı və biznesmeni, həmçinin Apple şirkətinin yaradıcılarından biri 

Stiv Cobs da öz uşaqlarına “ipad”-lərdən istifadə etməkdə məhdudiyyət qoymuşdur. Çünki hesab edilir 

ki, texnologiyadan həddən artıq istifadə edilməsi uşaqlarda aşağıdakı mənfi nəticələrə gətirib çıxarda 

bilər: 


Yaradıcılığın çatışmazlığı – Balaca uşaq internetə daxil olduqda onun üçün hər şey həll edilmiş 

olur. O internet vasitəsilə cizgi filminə baxa, oyun oynaya və ya ev tapşırıqlarının cavabını tapa bilər. 

Əgər  uşaqlara  sadəcə  “Google”  veb  səhifəsinə  daxil  olaraq  ev  tapşırıqlarının  cavabının  tapılması 

öyrədilsə,  o  zaman  onlar  cavabı  özləri  düşünüb  tapmağa  cəhd  etməyəcəklər.  Çünki,  cavabların  bu 

formada tez tapılması onlara tezliklə oyun oynamağa və ya cizgi filminə baxmağa imkan yaradır. Eyni 

zamanda  uşaqlara  internetdən  istifadə  öyrənmə  vasitəsi  kimi  öyrədildikdə,  o  problemləri  həll  etmək 

üçün  yeganə  metod  olmamalıdır.  Belə  ki,  əgər  uşaqlar  tamamilə  texnologiyaya  istinad  etsələr, 

texnologiyanın əlçatmaz olduğu yerdə onlar özlərini itirəcəklər.  



Maraq və həvəsin çatışmazlığı – İnternetə çox istinad edən uşaqlar maraqla bərabər öyrənməyə 

olan həvəslərini də itirirlər. İnternet olmayan vaxtlarda insanlar bir məlumatı əldə etmək üçün kifayət 

qədər  zaman  sərf  etməli  olurdular.  Kitabxanaya  getmək,  lazımi  bölməni,  kitabı,  səhifəni,  məlumatı 

tapmaq üçün çoxlu vaxt sərf edirdilər. Nəhayət cavabı tapdıqda isə əldə edilmiş məlumat uzun müddət 

yaddaşdan silinmirdi. Hazırda isə hər hansı bir məlumatı əldə etmək üçün onu tez bir şəkildə axtarıb 

tapmaq  olur.  Və  həmin  məlumat  tapıldığı  kimi  tez  də  yaddaşdan  silinir.  Bu  səbəbdən  övladlarımıza 

öyrənməyin bir proses olduğunu öyrətməliyik. Əks təqdirdə onlar öyrənməyi istəməyəcəklər. 

Səbrin  çatışmazlığı  –  Məlumat,  kommunikasiya  və  əyləncənin  bir  düyməni  tuşlamaqla  əldə 

edildiyi vaxtdan etibarən insanlar gözləyərək vaxt sərf etdikdə daha da az səbrli olurlar. Halbuki, real 

həyatda  tezliklə  həll  olmayan  problemlər  də  olur.  Əgər  uşaqlar  avtomatik  əşyalara  və  hər  şeyin  bir 

tələblə əldə edilməsinə öyrəşsələr, onlar real həyata uyğunlaşmaqda çətinlik çəkərlər. 



Hərəkətsizlik  –Bütün  gün  ekran  qarşısında  oturmağın  oturaq  həyat  tərzinə  gətirib  çıxartdığını 

sübut etməyə ehtiyac yoxdur. Əslində uşaqlar hər gün idman hərəkətləri etməlidirlər. Əgər valideynlər 

övladlarına  texnologiyadan  istifadə  etməyə  məhdudiyyətlər  qoymasalar,  onlar  havaya  çıxmaq  və 

müəyyən  müddət  ətrafda  qaçmaq  əvəzinə,  bütün  günlərini  evdə  oturaraq  keçirdəcəklər.  Təəssüflər 

olsun ki, az yaşda hərəkətsizlik onlar böyüdükdə ciddi sağlıq problemlərinə gətirib çıxarda bilər. 

İmtahan  qiymətlərinin  aşağı  olması  –  İqtisadiyyat  üzrə  London  məktəbi  130000  məktəbli 

arasında  araşdırma  aparıb  və  müəyyən  ediblər  ki,  məktəb  texnologiyaya  məhdudiyyət  qoyduqda 

imtahan  qiymətləri  yüksək  olur.  Məktəbdə  telefonları  gətirməyə  icazə  verilmədikdə  zəif  tələbələrin 

qiymətlərində 14% artım olur. Bu cür əhəmiyyətli dərəcədə artıma səbəb məktəblilərin telefonlarından 

gələn  bildiriş  və  mesaj  səslərinə  görə  fikirlərinin  yayınmaması  olmuşdur.  Göründüyü  kimi,  texnika 

sinifdə  öyrənmə  vasitəsi  kimi  istifadə  olunmaqla  bərabər,  əgər  düzgün  istifadə  olunmasa  təhsil 

prosesinə ciddi zərər yetirə bilər. 

İnsan  əlaqələrinin  azlığı  –  Digər  bir  tədqiqat  texnologiyadan  istifadə  və  uşaqların  üz-üzə 

sosiallaşmaq  qabiliyyətinə  onun  təsirlərini  araşdırmaq  məqsədilə  aparılmışdır.  Uşaqlardan  ibarət  iki 

qrup tədqiq olunmuşdur: bir həftəlik təhsil düşərgəsinə yazılmış 6-cı sinif şagirdlərindən ibarət birinci 

qrupa  elektron  vasitələrdən  istifadəyə  məhdudiyyətlər  qoyulmuşdur,  6-cı  sinif  şagirdlərindən  ibarət 

digər  qrupa  isə  əksinə  heç  bir  məhdudiyyət  qoyulmamışdır.  Texnologiyadan  istifadə  etməyən 

şagirdlərdə  insanların  üzlərini  tanımaq  üzrə  nəticə  daha  yaxşı  olmuşdur.  Göründüyü  kimi, 

texnologiyadan  hədsiz  dərəcədə  istifadə  uşaqların  nəinki  təhsilləri  ilə  bağlı  məsələlərdə,  hətta 

sağlamlıqlarında, sosiallaşmalarında müəyyən problemlərə yol aça bilər. 

Beləliklə,  yuxarıda  qeyd  edilən  problemlər,  kompüterin,  xüsusilə  də  internetin  şagirdlərimizdə 

qoya  biləcəyi  fəsadlar,  bu  məsələ  ilə  bağlı  tədqiqatın  aparılmasını  vacib  etmişdir.  Aparılan  tədqiqat 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1471



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

zamanı  şagirdlərin  yeni  texnologiyalardan  istifadəsinin  qadağan  olunması  əvəzinə  onlara  həmin 

vasitələrdən  məhdud  şəkildə,  daha  səmərəli  və  düzgün  istifadənin  aşılanması  yollarının  araşdırılması 

daha məqsədəmüvafiq hesab olunmşdur. 

Pedaqoji tədqiqat zamanı aparılan anket sorğularına şagirdlər, müəllimlər və valideynlər respon-

dent kimi cəlb olunmuş, aparılan araşdırmadan asılı olaraq tədqiqatın nəticələri ümumiləşdirilmişdir. 

 

 

KİMYA DƏRSİNDƏ ŞAGİRDLƏRİN İDRAK FƏALLIĞININ                         



VƏ MÜSTƏQİLLİYİN ARTIRILMASI 

 

Durmuş TEMEL 

ARTPİ 


durmustemel1@gmail.com 

AZƏRBAYCAN 

 

Müəllimin  qarşısında  duran  mühüm  vəzifələrdən  biri  təlim  prosesində  şagirdlərə  dərin  bilik 



vermək  və  yaradıcı  təfəkkürü  inkişaf  etdirməkdir.  Bu  prinsip  müəllimin  qarşısında  vəzifənin  həllini 

qoyur  –  şagirdlərin  idrak  fəallığını  və  müstəqilliyini  artırır.  Bu  isə  iki  istiqamətdə  həyata  keçirilir: 

birincisi, şagirdlərin idrak fəaliyyətini fəallaşdıran təlim üsullarının təkmilləşdirilməsi, ikincisi, təlim 

əməyində  onların  müstəqilliyinin  inkişafı  yolu  ilə.  Şagirdləri  daim,  fasiləsiz  təkmilləşməyə,  tədris 

boyu  biliklər  qazanmağa  hazırlamaq,  onları  elmi  faktlarla  gücləndirmək,  onlara  idrak  metodlarına 

yiyələnməyi  öyrətmək  lazımdır.  Bu  metodlarla  şagirdlər  bilikləri  şüurlu  mənimsəyir  və  müxtəlif 

situasiyalarda tətbiq etməyi bacarırlar. 

Tədqiqatlar  göstərir  ki,  kimyanın  tədrisi  zamanı  bilik  və  bacarıqların  kortəbii  formalaşması 

prosesi  az  effektlidir.  Tədris  materialı  şüurlu  öyrənilirsə,  bu,  onların  həmişəlik  malıdır.  Burada 

şagirdlərin  hissləri  də  əsasdır.  Bu  hiss  özündə  yeniliyi  birləşdirir,  gərgin  əməyi  və  qavramağı 

şərtləndirir,  onlarda  emosional  münasibəti  doğurur.  Tədris  materialının  şüurlu  mənimsənilməsi 

şagirdlərin  yaradıcı  fəallığını  təmin  edir,  hər  bir  mövzuya  şüurlu  münasibət  yaradır.  Buna  görə 

dəfəallığın iki növü vardır: yenidən hasiletmə və yaradıcılıq. 

 Dərslikdəki  mətnin  (mövzunun)  şagirdlər  tərəfindən  şifahi  və  yazılı  ifadəsi  məlum  qanunlar 

əsasında mümkündür ki, bu da biliyin yenidən bərpasına səbəb olur. Dərslikdəki faktlar, müddəalar və 

s.  əsasında  bu  yaradıcılıq  –  fəallıq  üsulunda  öyrənmə  prosesi  yardımçı  rol  oynayır.  Bunsuz 

şagirdlərdən  öyrənmənin  səmərəli  təşkilini  tələb  etmək  mümkün  deyildir.  Lakin  şüurlu,  yaradıcı 

fəaliyyətdə təkcə bir psixoloji proses yox, şagirdlərin bütün psixoloji fəaliyyəti iştirak edir. 

Hər  hansı  bir  məsəlinin  (ümumi  halda)  şüurlu  və  fəal  qavranılmasında  fənlərin  məntiqini  hiss 

etmək azdır.Eyni zamanda obyektiv həqiqəti özündə birləşdirən yaradıcı axtarışları yerinə yetirməklə 

bütün  məsələlərin  həllini  tapmaq  mümkündür.  Məşhur  psixoloq  S.P.Rubinşteyn  yazırdı:  «hər  hansı 

mürəkkəb qavrama  məlum məsələlərin həllindən yaranır ki, bununla da həmin məsələnin əhəmiyyəti 

təmin  olunur.  Beləliklə  də  onun  fəallığı  və  aydınlaşdırılması  həyata  keçirilir».  Şüurluluq  və  fəallıq 

prinsipini  əsas  alınaraq,  dərsdə  şagirdlərin  qarşısına  onların  təfəkkürünün  fəal  işləməsini  tələb  edən 

məsələlər qoymaq gərəkdir.Suallar, tapşırıqlar elə seçilir ki, onların xalis mexaniki yerinə yetirilməsi 

imkanı aradan qalxır.  

Kimya  təlimində  şüurluluq  və  fəallıq  prinsipinə  bir  sıra  şərtlər  verilir:  a)  tədris  materialının 

məzmun  və  mahiyyətinişagirdlər  aydın  başa  düşməlidir;  b)  təlimlə  fikri  iş  priyomlarından  istifadə 

edilməlidir;  c)  mənimsənilmiş  biliklər  praktikada  tətbiq  olunmalıdır;  d)  şagirdlərdə  təlim  maraqları 

motivləşməlidir; e)təlimin məqsəd və vəzifələrindən irəli gələn məntiqi ardıcıllıq gözlənilməlidir.  

Təlim  prosesində  tədris  materialının  mənimsənilməsi  mühüm  məsələdir.  Bu,  hərçənd  müxtəlif 

situasiyalarda  həyata  keçirilir,  lakin  şagirdlə  mövzu  arasında  dərketmə  aktı  vahid  meyarla  ölçülür. 

Müəllimin  vəzifəsi  bu  dərketmə  fəaliyyətini  (aktını)  tamamlayan  ümumi  meyarın  tarazlığını 

tapmasıdır. Məhz təlim prosesinin elmi-pedaqoji aspektlərini araşdıran tədqiqatçıların səyi bu nöqtədə 

mərkəzləşir: neçə olsun ki, tədris materialı (mövzu) birbaşa şagird şüurunda möhkəmlənsin? 

Bir  dərs  saatı  mövzunun  xaotik  mənimsənilməsi  ilə  ölçülmür,  dərs  özündə  müəyyən  struktur 

elementlərini də birləşdirir. Bir vaxt mövzunu öyrədən müəllim müvafiq şəkildə əyani vəsaitlə fikrini 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1472



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

əsaslandırsa da, indi ki vaxtta bu kifayət etmir. Mövzunun məzmunu  və  mahiyyəti nümayiş obyekti 

əyani vəsaitlərin obrazlarında, əks-əlaqənin informatik təsirində, obyektlə subyekt arasındakı psixoloji 

kontaktda  və  s-də  açılır.  Bəlkə  də  əyaniliyin  roluna  bir  o  qədər  əhəmiyyət  verməmək  məhz  təlim 

prosesinin mürəkkəbliyini lazımınca qəbul etməməkdən irəli gəlir. Lakin müşahidələr zəmanət verir: 

İnkişaf  təbii  olaraq  ənənəvi  təlim  prinsiplərini  sərf-nəzər  etmək,  onların  mahiyyətini  elmi  şəkildə 

açmaq zərurəti doğurur. 

Təlimin əyanilik prinsipində ilkin faza  əks-əlaqə  mexanizmidir. Məlumdur ki,  müəllimin nəzəri 

məlumatı  və  əyanilik  cavab  reaksiyalarına,  şagirdlərin  fəaliyyətinə  səbəb  olur.  Onun  texniki 

mexanizmi şərti refleksin (şagird artıq əyaniliyə alışmışsa), xarici qıcıqlandırıcının ona verdiyi cavab 

reaksiyası isə müvəqqəti sinir rabitəsinin yaranması işidir. Məşhur rus psixoloqu İ. P. Pavlova görə, 

müvəqqəti  sinir  rabitəsinin  əmələ  gəlməsinin  əsas  şərti  ilk  vaxtlarda  müəyyən  informatik 

qıcıqlanmanın (siqnalın) organizmin həmin fəaliyyət ilə eyni vaxta düşməsidir. 

Əyanilik prinsipi qavramanı optimallaşdırır, daha doğrusu, əşyaya məxsus bütövün mahiyyətini, 

onun  qarşılıqlı  əlaqələrini  açır.  Bu  vaxt  məhz  görmə  obrazları  fəallaşır.  Psixoloq  V.Zinçenkonun 

fikrincə,  görmə  obrazı  da bu  mənada  həssasdır  ki,  bir  tərəfdən  mürəkkəb  situasiyanı  eyni  momentdə 

əhatə etməklə yaranır, digər tərəfdən ilkin əksi mürəkkəb üsulla qəbul etmək imkanına malikdir. 

Əks-əlaqə  zamanı  şagirdlər  əyaniliyin  verdiyi  təsəvvür  obrazlarına  cavab  reaksiyaları 

hazırlayırlar. Eyni zamanda şagirdin imkanları görmə, eşitmə və toxunma analizatorlarının əlaqəsi ilə 

şərtlənir, 

onların 

beyin 


qabığında 

assosiasiyaların, 

konkret 

əyani 


təsəvvürlərin 

formalaşmasınabilavasitə imkan verir. Dərsdə görmə və eşitmə analizatorları birgə fəaliyyətdə olarsa, 

şagirdlər  tədris  materiallarını  şüurlu  mənimsəyərlər.  Bu  o  deməkdir  ki,  öyrədilən  materialı,  yaxud 

onun sxemini şagird əyani görür, müəllimin şərhini dinləyir, beləliklə də həm görmə, həm də eşitmə 

vasitəsilə dərketmə aktı baş tutur. Əyanilik prinsipində ikinci faza tədris materiallarınınöyrədilməsində 

informasiyaların əlaqəsidir. 

Şagirdlərin  əyaniliyə  münasibəti  sabit  deyildir.  Bir  qrup  şagirdlər  şərh  zamanı  materialı  dərhal 

qavraya bilir və əyani obyektə ehtiyacı qalmır. Digər qrup şagirdlərşərhin gedişində əyaniliyin köməyi 

ilə materialı dərk edirlər.  

Beləliklə  müəllim  hər  iki  münasibətə  əsaslanaraq,  mövzunun  ayrı-ayrı  tərəfləri  (cəhətləri), 

əlaqələri  haqqında  məlumatın  (informasiyanın)  mənimsənildiyini  aşkara  çıxarır,  şagirdlər  tərəfindən 

başa düşülməyən yerləri izah edir, biliklərini dərinləşdirir. 

 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin