Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə135/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   131   132   133   134   135   136   137   138   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1448



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

informasiya toplamalarına şərait yaratmırlar. Uşağın ətraf mühitlə tam əlaqəsinin yaranmaması, qorxu 

hissi onların inkişafın sonrakı mərhələsinə keçmələrinə mane olur. 

Digər  alimlərin  (M.Rutter,  M.Mjer,  L.Baker  və  b.)  tədqiqatları  isə  yuxarıda  deyilənləri  aşkar 

etməsə də, təsdiq də etmir. 

Son onilliklərdə aparılan tədqiqatlar sübut edir ki, uşaq autizmi istənilən mühitdə, istənilən ailədə 

baş  verə  bilər.  Yəni  valideynlərin  statusu,  təhsili,  mədəni  səviyyəsi,  iqtisadi  vəziyyəti  heç  bir 

əhəmiyyət kəsb etmir. 

Hər  iki  yanaşma  arasında  orta  mövqe  tutan  tədqiqatlar  da  vardır.  E.Tinberqen  uşaq  autizminin 

yaranmasında  anadangəlmə  psixogen  amillərin,  həm  də  mühitin  təsiri  olmasını  qəbul  edir.  Onu  da 

qeyd etmək lazımdır ki, son dövrlərdə uşaq autizmini öyrənən mütəxəssislər daha çox bioloji amillərin 

rolunun olduğunu bildirirlər.  

Uşaq autizminin, xüsusilə şizofreniya əlamətləri olanların daha çox irsi amillərlə bağlılığını əsas 

götürənlər də vardır. 

Bir  sıra  psixiatrlar  (K.S.Lebedinskaya,  O.S.Nikolskaya,  M.J.Bedenina,  D.N.İsayev  və  b.)  uşaq 

autizminin  başlıca  səbəbi  kimi  beynin  müəyyən  sahəsinin  zədələnməsini  qeyd  edirlər.  L.Kanner, 

B.Letter, B.E.Kaqan və başqalarına görə, autist yeniyetmələrdə epileptik ürəkkeçmələri baş verir. 

Tədqiqatçılardan  bir  qrupu  yalnız  uşaq  autizminin  müxtəlif  əlamətlərini  ifadə  edən 

ümumiləşdirilmiş  “autizm”  anlayışını  qəbul  edir,  digərləri  isə  kəskin  diferensasiya  aparılmasını 

məqbul sayırlar.  

Psixolojo-pedoqoji  tədqiqatlarda  autizm  daha  çox  psixi  inkişafda  ləngimə  kimi  göstərilir,  bu 

uşaqların təlim-tərbiyəsinə geniş diqqət yetirilir. Bunun üçün ilk növbədə xüsusi məktəblərdə inkluziv 

təhsilə ayrıca yer verilir. Onlar burada başlıca məsələ kimi kadr hazırlığını önə çəkirlər. Göstərirlər ki, 

inkluziv təhsillə xüsusi hazırlığı olan müəllimlər məşğul olmalıdılar. 

 

 

ŞAGİRDLƏRİN İNTELLEKTUAL SƏVİYYƏSİNİN 



YÜKSƏLDİLMƏSİNƏ TƏSİR GÖSTƏRƏN AMİLLƏR 

 

SurəRZAYEVA 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



rzayevasure@gmail.com 

AZƏRBAYCAN 

 

Şagirdlərin  intellektual  inkişaf  problemləri  ilə  məşğul  olarkən  diqqət  yetirilməsi  mühüm 



məsələlərdən  biri  də  intellektual  inkişafa  dair  mövcud  nəzəriyyələrin  təhlilidir.  Intellektual 

nəzəriyyələrə  aid  ən  məşhur  nəzəriyyələrdən  biri  J.  Piajeyə  məxsusdur.  O,  intellektual  inkişafın  4 

mərhələsini əsas götürmüşdür.  

1.

 



Sensomotor (hissi və hərəki) mərhələsi uşağın körpəlik dövrünü əhatə edir. Bu mərhələyə xas 

olan əsas xüsusiyyət uşaqda məqsədyönlu fəaliyyət qabliyyətinin inkişafıdir.  

2.

 

İnkişafın fəaliyyətə qədərki, təfəkkür mərhələsi. İnkişafın bu mərhələsində verbal və anlayışlı 



təfəkkür formalaşmağa başlayır.  

3.

 



Konkret  fəaliyyəti  mərhələsi.  Bu  mərhələ  təqribən  7  yaşdan  başlayır  və  o,  problemləri 

anlayışlar səviyyəsində nəzərdən keçirə bilir. 

4.

 

Formal  fəaliyyətlər  mərhələsi.  Təqribən  11  yaşdan  başlayır.  Bu  mərhələdə  uşağın  təfəkküru 



sistemləşir, hadisələrin və təzahürlərin səbəb-nəticə əlaqələrini dərk etməyə başlayır.  

Uşağın intellektual inkişafına təsir göstərən digər amillərlə yanaşı başlıca amil kimi valideyinlərlə 

ünsiyyətin  olması  vurğulanır.  Ehtimal  olunur  ki,  valideyinlə  ünsiyyət  uşaq  intellektinə  əhəmiyyətli 

dərəcədə  təsir  göstərir.  Belə  ki,  uşağın  intellektual  inkişaf  səviyyəsini  ailədəki  uşaqların  sayı  ilə 

əlaqələndirir.  Bu  yanaşma  A.Adlerin  fərdiyyət  nəzəriyyəsinə  əsaslanır.  Onun  fikrincə  qabliyyətlərin 

mənşəyi  bir  qayda  olaraq  iki  “anadangəlmə”  və  irsiyyət  anlayışları  ilə  əlaqələndirirlər.  Onuda  qeyd 

edək ki, qabiliyyətlərin mənşəyi və inkişafına təsir edən amillər müxtəlifdir. Tədqiqatçılar tərəfindən 

birmənalı  qəbul  edilmir. Məsələn: J.  B.  Gippenreyterin  fikrincə  qabiliyyətlər  anadangəlmə  deyil,  irsi 

amilləri daha vacib hesab edir.  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1449



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

R.  Plomin  və  əməkdaşları  tərəfindən  isə  irsiyyət  mühit  modelinə  daha  geniş  yer  verir.  Mühitin 

təsiri  tərəfdarlarının  nəticələrilə  müqayisədə  genetik  proqram  çərçivəsində  aparılan  tədqiqatlarin 

nəticələri  daha  etibarlı  görülür.  Burada  böyuklərlə  ünsiyyətdə  və  ya  birgə  iş  zamanı  yaranmış  “psixi 

stimullaşdırma” uşaqların intellektual inkişafına həlledici təsir güstərən mühit amili kimi qəbul olunur. 

D. Fac öz eksperimentlərində uşaqlar cütundəki qarşılıqlı təsirlə onların intellektual məhsuldarlığı 

arasındakı  asılılığı  yoxlamışdır.  İntellektual  məhsuldarlığı  fərqli  olan  cütlərdə  qarşılıqlı  təsir 

nəticəsində  intellektual  səviyyəsi  aşağı  olan  şagirdlərdə  yüksəliş,  intellektual  səviyyəsi  yuxarı  olan 

uşaqda bir qədər geriləmə müşahidə edilmişdir. 

Eyni  intellektual  səviyyəli  cütlərin  qarşılıqlı  təsirlərindən  azda  olsa  geriləmə  meyli  müşahidə 

olunur. Belə bir maraqlı fakta aşkarlamışdır ki, şagirdlərə məsələnin həll nəticələrini bildirdikdə, fərdi 

çalışan uşaqlar cütlükdə çalışanlardan daha çox inkişaf edirlər. Əks əlaqənin olmadığı halda cütlükdə 

çalışan şagirdlərdə tapşırığın yerinə yetirilməsi keyfiyyətinin yaxınlaşması müşahidə edilmişdir. İnsan 

intellektinin inkişafı yalnız yaşla deyil, onun fəaliyyəti, həyat tərzi, sosial vəziyyəti və digər amillərlə 

də  şərtlənir.  Yaşlılarda  intellektual  qabliyyətlərin  zəifləməsi  barədə  fikirlər  son  zamanlarda  aparılan 

tədqiqatlar  nəticəsində  ciddi  tənqidə  məruz  qalır.  Tədqiqatların  nəticələri  həmçinin  yuxarı  yaş 

hədlərində  belə  fərdi  intellektual  səviyyələr  arasındakı  fərqin  qalmasını  göstərir.  Müxtəlif  yaş 

dövrlərində  intellektual  test  nəticələri  arasındakı  əlaqəni  izah  etmək  üçün  C.  Anderson  “örtülmə” 

fərziyyəsini  irəli  sürmüşdür.  Həyat  boyu  intellektual  göstəricinin  sabitliyini  konsepsiyasının 

tənqidçiləri yalnız seçicilik üzrə orta göstəricinin sabitliyini mühüm hesab edirlər. Ayrı-ayrı fərdlərdə 

bu göstərici arta və ya azala bilər.  

Kaliforniya  psixoloqlarının  tədqiqaqtları  göstərmişdirki,  intellektin  orta  göstəricisi  6-18  yaş 

hədlərində  30  vahid  fərqlənə  bilər.  Bu  fərqlər  nizamsız  rəqslər  formasında  deyil,  ailələrdəki  fərqli 

şəraitlərlə  əlaqəlidir.  Əlverişli  emosional  mühitlə  əhatə  edilən  uşaqlarda  intellek  səviyyəsi  daim 

yüksəlir. Valideyinlər tərəfindən kifayət qədər qayğıyla əhatə olunmayan uşaqlarda intellek göstəricisi 

aşağı düşür. Tədqiqatçıların fikrincə uşaqların intellektual göstəricilərinin artmasına və ya azlmasına 

təsir  göstərən  həlledici  amil  valideyinlərin  təhsil  səviyyəsidir.  Məktəb  yaşda  uşağın  intellektual 

inkişafı  başlıca  olaraq:  daxili  motivasiya,  yüksək  nəticələrə  can  atmaq,  rəqabətçilik,  maraq  və  s.  ilə 

təyin olunur.  

Vensler testi  (WAIS)  ilə  aparılan  tədqiqatlar intellek göstəricisinin 30  yaşa  qədər  yüksəlməsini, 

sonrakı dövrdə nisbətən azalmasını və 60 yaşdan yuxarı isə kəskin aşağı düşməsini göstərir. İntellekt 

və intellektual uşaqlar problemi bu gün də olduqca aktualdır.  

Prof.  Ə.  Əlizadə  “Qabliyyətli  uşaqların  psixologiyasına  dair  tədqiqat”  əsərində  yazır:  İki  əsrin 

XX  və  XXI  yüzilliyin  qovşağıda  qabliyyət  və  istedad  problemi  xüsusilə  aktuallaşıb.  Bu  çoxcəhətli 

problem  hələ  eyni  səviyyədə  öyrənilməsə  də,  artıq  bir  həqiqət  şərtsizdir  qabliyyət  və  istedad  şəxsi 

məsələ  deyil  milli  sərvətdir.  Onu  göz  bəbəyi  kimi  qorumaq,  xalqa  qaytarmaq  valideyinin  də 

tərbiyyəçinində, müəllimində ən şərəfli missiyasıdır.  

Bəzi  qlobal  ölkələrdə  o  cümlədən  Amerikada  artıq  çoxdandır  ki,  uşaqların  məktəbə  seçimi 

yaradıcılıq meyarlarına görə təşkil edilir. Bu isə təhsil sistemində yeni yanaşmaların, texnologiyaların 

geniş şəkildə və peşəkarlıqla tətbiqini aktuallaşdırır. 

Elmi informasiyanın sürətlə artdığı bir şəraitdə şagirdlərə zəruri olan bütün bilikləri onların fiziki, 

fizioloji,  psixoloji,  vaxt  və  s.  imkanlarının  məhdudluğu  səbəbində  çox  böyük  problemlərlə  bağlıdır. 

Digər  tərəfdən  isə  fəaliyyət  sahələrinin  müxtəlifliyi  ilə  bağlı  biliklərin  tərkibinə  və  həcminə  olan 

təlabat  da  fərqli  olduğundan,  şagirdlər  mümkün  qədər  daha  çox  informasiyalarla  yükləməkdənsə 

onlara  zəruri  informasiyaları  müəyyənləşdirməyi,  toplamağı,  təhlil  edib  nəticə  çıxarmağı,  bir  sözlə 

intellektual fəaliyyətlə səmərəli məşğul olmağı öyrətmək daha məgsədə uyğundur. 

 

 

 



 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1450



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

OKUL ÖNCESİ EĞİTİM VE YABANCI DİL 

 

Esra EMRE



 

Sumqayıt Dövlət Üniversiteti, Özel Mavikuşum Anaokulu

 

esraarslanemre@yandex.com 

AZƏRBAYCAN-TÜRKİYE 

 

Gün geçtikçe gelişen dünyamız, hızla ilerleyen teknoloji, ilime aratan merak ve ilgi hiç şüphesiz 



ki, birden fazla dili öğrenmeyi ve konuşmayı da arkasından getirmektedir. Kaçınılmaz olan dil öğreni-

mi ve öğretimi konusunda ebeveynler ve eğitimcilere düşen roller geçmişe nazaran daha bilinçli, kül-

türlü ve daha eğitimli aileler olarak bu duruma çok daha hassas yaklaşılmaktadır. Peki, çocuklarımız 

için yabancı dil öğretimine ne zaman başlamalı ve nasıl adımlar atılmalı bunları inceleyelim. 

Çocuklar için okul öncesi dönem 2. Dil öğrenme açısından çok önemli bir yere sahiptir. Doğumla 

başlayıp 6 yaşına kadar olan süreçte çocuğun beynindeki nörofizik mekanizma çok aktif bir işleyişe 

sahiptir  ve  bu  mekanizma  sayesinde  dil  otomatik  olarak  beyne  kaydedilir.  Ki  araştırmalarda  insan 

beyninin 6 yaşa kadar tüm önemli gelişimini tamamladığını göstermiştir. Çocuklarımızın alıcıları çok 

kuvvetli olduklarından duydukları her şeyi beyne otomatik olarak kaydeder. Dil öğrenimi çocukları-

mız için önemli bir süreçtir. Bu sürecin en önemli adımları da 0-6 yas gurubundayken atılmalıdır. 

Araştırmalara göre de, çok küçük yaşta 2. Dil öğrenimi çocuğun beynindeki duygusal bölgeye ve 

zekaya  giden  yolları  geliştirdiği  söylenilmiştir.  Bazı  ebeveynlerin  aklındaki  henüz  kendi  dilini 

konuşamayan çocuğa 2.dil öğretmenin anlamı var mı? sorusuna evet hem de çok cevabını vermeliyiz. 

Erken  yaşta  dil  öğrenmek,  çocuğun  kapasitesini  geliştirir  matematiksel  ve  bilimsel  kabiliyetinin 

gelişmesinde  büyük  yardım  olduğu  uzmanlar  tarafından  kanıtlanmıştır.  Aynı  zamanda  anaokulu  ve 

okul  öncesi  dönemde  yabancı  dil  eğitimi  alan  çocukların  diğer  derslerinde  de  çok  daha  başarılı 

oldukları ortaya çıkmıştır. Akademisyenler dil öğrenen çocukların matematik, ana dil, sosyal bilgiler 

alanlarında hazırlanan testlerinden yabancı dil dersi almayanlara oranla çok daha başarılı olduklarını 

ifade ediyorlar. Okul öncesi dönemde yabancı dil öğreniminin faydalarını birkaç madde ile sıralayacak 

olursak  

 

Dil öğrenmek çocuklar için doğuştan gelen bir yetenektir. Bu yeteneği yabancı dil öğrenimin-



de de kullanabilecekleri fark ederler. 

 



Okul öncesi dönemde öğrencileri için daha çok oyun  içerikli faaliyetlerle çalışmaların yapıl-

ması  öğrenciler  için  hem  daha  etkili  hem  daha  kalıcı  olur  aynı  zamanda  çocukta  da  daha  çok  istek 

uyandırır. 

 



2.  Dil  öğrenen  çocukların düşünme  kabiliyetleri tek  dil ile  büyüyen  çocuklara nazaran  daha 

çok  gelişiyor  buda  kavram  geliştirme  ve  üst  düzey  becerileri  kavrama  konusunda  tek  dil  bilen 

çocuklara göre üstünlük sağlıyor. 

 



Erken yasta yabancı dil öğrenen çocuk çevresindeki olayları algılamada daha üst düzey başarı 

gösteriyor, kişisel alanda farklılıklara anlayışlı saygılı hoşgörülü yaklaşıyor. 

Bu konuda okul öncesinde yabancı dil eğitimi veren eğitimcinin görsel efektleri etkin bir şekilde 

kullanması  gerekmektedir.  Çocuklarımıza  işitsel  görsel  dokunsal  olarak  tüm  duyu  organlarına  hitap 

edecek düzeyde kapsamlı bir eğitim seti seçilmelidir. Çocuklarımız yaş itibariyle oyun şarkı çizgi film 

gibi görsel ve işitsel aktivitelere çok daha fazla ilgi duymaktadırlar ve bu yöntemler kullanıldığında 

öğretilen dil daha akılda kalıcı ve daha eğlenceli bir boyuta ulaşmaktadır. Dil eğitimi konusunda öğret-

mene çok daha büyük rol düşmektedir. Şunu unutmamalıyız ki, halk arasında küçük yaş gurubuna dil 

öğretimi  çok  daha  kolay  olarak  kabul  edilir.  Aslında  tam  tersidir,  yaş  gurubu  küçüldükçe  eğitimin 

işleyişi  zorlaşır.  Çünkü  öğretmen  seviyesi  o  çocukların  yas  guruna  indirgemesi  gerekir  ve  buda  her 

öğretmenin yapamayacağı çok zor bir iştir. Çünkü siyah- beyaz eğitimi okul öncesi asla kabul etmez. 

Okul öncesinde eğitim veren dil öğretmeni her daim yenilikçi araştırmacı ve renkli olmalıdır. 

 

 

 



 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1451



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

TARİXİ KÖKÜMÜZ VƏ ƏXLAQİ-MƏNƏVİ DƏYƏRLƏR 

 

Sabir BEHBUDOV 

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu 



sabir_behbud@mail.ru 

AZƏRBAYCAN 

 

Dünyanın ən qədim xalqlarından sayılan azərbaycanlılar tarixən formalaşmış zəngin milli-mənəvi 



və  əxlaqi  dəyərlər  sistemi  ilə  bəşər  sivilizasiyasına  əvəzsiz  töhfələr  vermiş,  ülvi  və  saf  ideallara 

sarsılmaz  bağlılığı  ilə  daim  özünəməxsusluqlarını  qorumuşlar.  Dünya  xalqları arasinda  milli-mənəvi 

dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli 

xüsusiyyətləri ilə özünəməxsus yer tutur. 

Respublikamızda  müstəqilliyin  əldə  edilməsi,  cəmiyyətin  həyatında  baş  verən  ictimai  siyasi, 

sosial  dəyişiklər  bilavasitə  mənəvi  baxışların  da  dəyişməsinə  sirayət  etmişdir.  Hal-  hazırda  milli 

mənəvi  dəyərlərimizdən  və  tarixi  qaynaqlarımızdan  süzülüb  gələn  adət  ənənələrə  hörmət  əlaməti 

olaraq  xalqımızın  bu  keyfiyyətlərə  qayıdışı,  əxlaq  tərbiyəsinin  məhz  bu  xüsusiyyətlər  üzərində 

kökləndirilməsini tələb edir. 

Ümumtəhsil  məktəblərində  əxlaqi-mənəvi  dəyərlərin  folklor  nümunələri  vasitəsilə  həyata 

keçrilməsi üçün ibtidai siniflərdən başlayaraq ayrı-ayrı fənlərin geniş imkanları var. Bu işin müxtəlif 

formalarda  həyata  keçirilməsi  özündə  etik,  tarixi-ənənəvi  normaları  əhatə  edən  əxlaqi  prinsiplərin 

sistemli, ardıcıl formalaşdırılması şəklində yerinə yetirilir.  

Mənəvi  dəyərlər  daha  çox  ictimai  rəyə  əsaslanan  yazılmamış  ünsiyyət  qanunları  kimi  fəaliyyət 

göstərir.  Adət-ənənə  ilə  əxlaq  arasında  qırılmaz  bağlılıq  var.  Hər  bir  ənənə  müəyyən  əxlaqi  məna 

daşıyır. Onlara laqeyd qalmaq insanlar arasında münasibətlərin pozulmasına, şəxsiyyətlə kollektiv və 

cəmiyyət arasında ziddiyyətlərin əmələ gəlməsinə səbəb olur.  

Şifahi xalq ədəbiyyatı eləcə də xalq yaradıcılığının müxtəlif sahələri qədim Azərbaycan xalqının 

etnopedaqoji, etnopsixoloji, əxlaqi-fəlsəfi fikir və düşüncələrilə zəngindir. Xalqın ən qədim dövrlərdən 

toplanıb  formalaşmış  etik  baxışları,  təkmilləşmiş  əxlaqi  tərbiyə  sistemi  əsaslı  dərəcədə  xalq 

ədəbiyyatında əks olunmuşdur. Hər bir xalqın qarşısında əsrlər boyu formalaşmış yüksək milli-mənəvi 

dəyərlərini,  milli  məfkurəsini  pak  və  sağlam  niyyətlərlə  qoruyaraq  bütövlükdə  cəmiyyətin  inkişafına 

təsir  göstərmək,  onun  genetik  yaddaşını,  milli  irs  və  özünəməxsusluğunu  gələcək  nəsillərə  ötürmək 

kimi çətin missiya durur. Milli-mənəvi dəyərlə xalqın milli ruhunu, estetik ruhunu, estetik duyumunu, 

sənətkarlıq qüdrətini özündə yaşadır. Çeşidli folklor nümunələrimiz məhz adət-ənənələrimizin işığında 

intişar  tapır.  Hazırda  bu  mənəvi  dəyərlər  zəngin  mədəni  irs  olmaqla  bərabər,  eyni  zamanda  milli 

özünəməxsusluğun ifadə vasitəsinə çevrilib. 

Bu  gün  qədim  xalq  adət-ənənələrinə,  soy-kökünə,  milli  yaşayış  tərzinə  hörmət  əsl  əxlaq 

nümunəsidir.  Xalqımızın  adət-ənənələri  onun  mənəvi,  əxlaqi  dəyərlərinə  inamı,  sədaqəti  ilə 

əlaqədardır. Qədimdən bu günə qədər süzülüb gələn mənəvi keyfiyyətləri özündə əks etdirən bayram 

mərasimləri, adət-ənənələri hər bir şəxsin əsl vətəndaş kimi formalaşmasında böyük rol oynayır. Nənə-

babalarımız  hər  zaman  gələcək  nəsli  gözü  açıq  olmağa,  dostu-düşməndən  seçə  bilməyə,  azadlıq, 

düşmənlərinə qarşı barışmaz olmağa səsləmiş, tarix boyu tərbiyəvi təsirə malik nəsihətlərlə gəncliyin 

həmin  ruhda  tərbiyə  olunmasında  nümunəvi  rol  oynamışlar.  El  arasında  dostluğun  digər  təzahür 

formalarına rast gəlmək mümkündür. 

Azərbaycan xalqının pedaqoji fikrinin yaranması və inkişafında çox böyük rolu olan şifahi xalq 

yaradıcılığında, folklor  nümunələrində  əxlaqi  dəyərlərlə bağlı  qiymətli  fikirlər çoxdur. Xalq  hikməti 

nümunələrində  atalar  sözü,  nağıllar,  lətifələr,  bayatılar  və  s.  Xalq  hikməti  nümunələrinin  elmi 

təhlilindən aydın olur ki, əxlaq-insanın mənəvi dəyərli keyfiyyətlərini, cəmiyyətə və başqalarına qarşı 

münasibətini müəyyən edən normaları, davranış qaydalarını özündə birləşdirir. 

Oğuz türklərinin tarixini əks etdirən “Dədə-Qorqud” dastanında ailədə ağsaqqallara, ağbirçəklərə, 

yaşlı valideynlərə hörmət etmək adətə çevrilmiş və hamının müqəddəs borcu olmuşdur. Oğuzlara görə 

böyük və kiçik bilinməyən, valideynə hörmət edilməyən ailədə səmimiyyət, xeyir-bərəkət ola bilməz. 

Dastanda  xeyriyyəçilik,  mərdlik,  insanlara  kömək  etmək,  dayaq  durmaq  adəti təqdir  edilir.  Dastanda 

şərəflə,  mərdliklə,  sevgi  ilə,  cəsarətlə  yaşamağın  yüksək  əxlaqi  hiss  olduğu  göstərilərək,  gələcək 

nəsillərə təlqin edilir. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1452



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Azərbaycan  xalq  nağılları  demək  olar  ki,  hamısı  əxlaqi-mənəvi  dəyərlərə  və  tərbiyəvi  gücə 

malikdir.  Nağıllar  təkcə  uşaqların  əxlaqi  tərbiyəsində  deyil,  idrak  qabiliyyətinin,  təfəkkür 

mədəniyyətinin tərbiyəsində də mühüm rola malikdir. Nağılların köməyi ilə uşaqlar qoçaqlıq, mərdlik, 

igidlik, ağıllı və tədbirli olmaq, vətəni, torpağı sevmək, ədalətli olmaq, haqsızlığa boyun əyməmək və 

s. kimi dəyərli keyfiyyətlərə yiyələnirlər. 

Bu  zəngin  irsdə  xalqın  soykökünə  bağlı  olan  adət-ənənələr  yaşayaraq  əsrimizə,  yeni  yüzilliyə 

qədər  gəlib  çatmışdır.  Xalqın  toy-büsat  mərasimi,  bayram  adət-ənənələri,  Novruz  mərasimləri,  yas 

mərasimləri,  İslam  dininin  təmizlik,  düzlük,  insanlıq,  kimi  bəşəri,  ali  hissləri  tərbiyə  edən  dəyərləri 

onun milli-mənəvi dəyərlərini özündə yaşadır. Bütün bunların kontekstində Azərbaycan vətəndaşının 

varlığı  göstərilir.  Uzun  illərin  yolu  və  əsrlərin,  qərinələrin  sorağı  bu  ənənələrə  bizi  bağlamış, 

dövrümüzə  körpü  salmışdır.  Müasir  insanın  formalaşması  və  özünü  təsdiqi,  məhz  milli-mənəvi 

dəyərlərin aşılanması prosesi ilə bağlıdır. 

Azərbaycan  xalqı  tarixin  ən  çətin  dövrlərində  belə,  öz  zəngin  milli-mənəvi  irsini  və  adət-

ənənəsini  yad  təzahürlərdən  hifz  edərək  onu  qoruyub  saxlamış  və  nəsildən-nəslə  ötürmüşdür. 

Xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənəsi insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox 

böyük  milli  əxlaqi  və  bəşəri  duyğuları  təcəssüm  etdirir.  Müqəddəs  daxili  inama,  mənəvi  saflığa 

tapınan Azərbaycan xalqı tarixin ən kəşməkəşli mərhələlərində belə, mənəviyyatın təntənəsinə xidmət 

edən İslam dininin zəngin dəyərlərindən dönməyərək bu dəyərlərə həmişə sadiq qalmışdır. 

Azərbaycan  müasirləşən,  Avropa  və  dünya  birliyinə  sürətlə  inteqrasiya  edən  ölkədir.  Təbii  ki, 

müasir  dünyada  sürətlə  davam  edən  qloballaşma  prosesləri  bizim  də  ölkədən  yan  keçməyib.  Buna 

baxmayaraq,  qloballaşma  adı  altında  öz  milli  dəyərlərimizi  unutmamalı  və  bu  dəyərlərə  sadiq 

olmalıyıq. 

Xalqın  tarixən  formalaşmış  yüksək  əxlaqi-mənəvi  meyarlarını  pak  və  sağlam  niyyətlərlə 

qoruyaraq  bütövlükdə  cəmiyyətin  pozitiv  ruhda  inkişafına  təsir  göstərmək,  onun  genetik  yaddaşını, 

tarixi  kimliyini,  milli  irs  və  özünəməxsusluğunu  gələcək  nəsillərə  ötürmək  kimi  çətin  missiyanın 

həyata keçirilməsi zərurəti bizim üzərimizə böyük məsuliyyət qoyur. 

 

 



СУЩНОСТЬ ИНТЕГРАЦИИ 

 

СевильДЖАВАДОВА 

Института проблем образования Азербайджанской Республики 



sevil_yusifova@mail.ru

 

АЗЕРБАЙДЖАН 

 

В  современной  системе  образования  одним  из  основных  принципов  обучения  принята 



интеграция. Идея интеграции в обучении естественным образом связанна со стремлением дать 

целостное  представление  о  мире,  обществе.  Достаточно  сложно  говорить  об  интеграции 

учебных  дисциплин,  т.  к.  это  привело  бы  к  необходимости  координации  методики  учебных 

предметов,  что  вряд  ли  реально  в  связи  с  тем,  что  сегодня  происходит  ежегодное  удвоение 

объема  знаний.  Поэтому,  не  отвергая  частых  интегрированных  методик,  необходимо,  прежде 

всего, стремиться к интеграции знаний и представлений учащихся. 

Интеграция это латинское слово «integratio», что  в переводе означает  -  «возобновление», 

«integer» - «целый». В словарях даются следующие определения интеграции: 

-  в  советском  энциклопедическом  словаре  также  дается  два  определения  интеграции:  1) 

понятие,  означающее  состояние  связанности  отдельных  дифференцированных  частей  и 

функций  системы,  организма  в  целом,  а  также  процесс,  ведущий  к  такому  состоянию;2) 

процесс сближения и связи наук, происходящий наряду с процессами их дифференциации. 

-  в  большом  словаре  иностранных  слов  интеграция  трактуется  как  объединение  в  целое 

каких-либо частей.



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin