Televizor. Uşaqlar televizorda intellektual oyunlara, məktəb proqramı ilə bağlı verlişləri
izləməklə asudə vaxtlarını səmərəli keçirə bilərlər. Bununla uşaq televiziya proqramlarından maraqlı
informasiyalar almaqla birlikdə , dünyagörüşünü də artırmış olur.
Ev işlərinə yardım və əl işləri: Valideynlər uşaqları müəyyən işlərə cəlb etməklə də onların
asudə vaxtlarını faydalı keçirmələrinə nail ola bilərlər. Qız uşaqlarına süfrəni hazırlamaq, ev
yığışdırmaq kimi sadə işləri tapşırmaq olar. Marağı olan qız uşaqlarını toxuculuq işinə də sövq etmək
mümkündür. Oğlan uşaqlarını atalarına kömək etməyə istiqamətləndirmək lazımdır. Bu, onların
zəhmətkeş, əməksevər kimi böyüməsinə yardımçı olar. Əməksevərlik tərbiyə növlərinin başlıca
prinsipidir. Məhz bu vərdişlərin də təməli insanın uşaq yaşlarında asudə vaxtlarının düzgün qurulması
prinsipi ilə ailədə qoyulur.
Bütün bu sadalanan məşğuliyyətlər asudə vaxtın səmərəli və maraqlı keçməsinə xidmət edir,
məktəblini enerji ilə təmin edir, onu gələcəyə hazırlayır, tənbəllikdən və mənfi hərəkət və vərdişlərdən
xilas edir, onlarda əsl mənəvi xarakterin və hətta onların taleyinin formalaşmasına kömək edir, onu
zirvələri fəth etməyə çağırır, vətənə, anaya, dosta səadət hissi oyadır
AZƏRBAYCAN RESPUBLİKASI VƏ TÜRKİYƏ CÜMHURİYYƏTİNDƏ
MULTİKULTİRALİZM XALQLARIN BİRLİYİ VƏ
DÖVLƏTİN SİYASƏTİDİR
Hilal Kılıc AKAR
Baki Türk ilkokulu
hakkiakar8@gmail.com
AZƏRBAYCAN
Multikulturalizm-eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət
hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir. “O, ayrıca götürülmüş ölkədə
və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin
qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə
inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq
multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq
münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və
əməkdaşlıq mümkün deyil.”
Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına
yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplan-
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1444
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
mış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu isti-
qamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.
Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq
tanınmaqdadır. Məhz Azərbaycanda dağ yəhudilərinin məskəni – Qırmızı Sloboda, Molokan kəndi
İvanovka, udin kəndi Nic, öz dili, özünəməxsus adət və ənənələri ilə məşhur olan Xınalıq kəndi və
başqa milli azlıqların yaşadığı onlarla belə məskənlər mövcuddur və onların hamısı Azərbaycan
ictimaiyyətinin ayrılmaz hissəsidir.Etnik azlıqlara yerli əhali ilə bərabər mədəni hüquqlar və ölkənin
mədəni irsindən istifadə hüququ verilmişdir.
Azərbaycanda millətlərarası, dinlərarası münasibətlərin sağlam zəmində qurulması və dövlətin
siyasi, iqtisadi və sosial həyatında müsbət nəticələrlə müşayiət olunması bu gün çox xarakterik və artıq
dünyada da təsdiq və təqdir olunan bir göstəricidir. Belə ki, hər bir Azərbaycanlı ölkə ərazisində
tarixən yaşayan adi insani birgəyaşayış normasını öz milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi sayır,
dövlətçilik ənənəmizdə multikulturalizmi təqdir edir. Bu isə Azərbaycan xalqının lap qədimlərdən
milli eqoizmdən uzaq, bəşəri dəyərlərin daşıyıcısı olduğunun təsdiqidir.
Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan, tarixən, sahib olduğu
tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər
Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və müdrik siyasəti ilə əsrlər
boyu formalaşan çox mədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə
qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində
həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini, dünya
mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə qloballaşma
şəraitində Azərbaycanın davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və
praktik əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Konstitusiyası və qoşulduğu BMT-nin “İnsan haqları ümumi
deklarasiyası”, Avropa Şurasının “Əsas azadlıqların və hüquqların qorunmasına dair konvensiyası”,
BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktı”, “Avropada təhlükəsizlik
və əməkdaşlıq üzrə İclasın Yekun Aktı”, “ATƏT-in insan meyarları üzrə Konfransının Kopenhagen
sənədi”, Avropa Şurasının “Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyası”, Müstəqil Dövlətlər
Birliyinin üzvləri tərəfindən qəbul edilmiş “Milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının təmin
edilməsi üzrə konvensiya” haqqında sənədlər söylədiklərimizi bir daha sübut edir.
Müasir Türkiyənin yerləşdiyi Anadolu yarımadası tarix boyu çoxlu sivilizasiyaların mərkəzi
olmuşdur. Etnik və dini azlıqların azadlıq hüquqları artırılmış və bu məsələdə qanunvericilikdə
dəyişikliklər edilmişdir.Müxtəlif dil və dialektlərin qarşısındakı bütün maneələr aradan qaldırılmışdır.
TRT bazasında ərəb və kürd dilində iki kanal yaradılmışdır.İnanc və ibadət azadlığı artırılmış, hicab
qadağası aradan qaldırılmışdır.
Türkiyə hökumətinin sifarişi ilə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək
məqsədiylə aparılan araşdırmanın əsasında 2006-cı ildə Türkiyənin 72,975 milyon nəfər əhalisinin
76%-ni Anadolu türkləri , 15,7%-ni kürdlər və zazalar, 2,8%-ni digər türk xalqlarının nümayəndələri ,
0,7%-ni ərəblər , 4,7%-ni isə digər etnik qruplar təşkil edir .
Türkiyənin ən böyük etnik qrupu türklərdir. Türkmən, Azərbaycanlı, tatar, tərəkəmə, qaraçay,
yörük və digər türk soylarından gələn qruplar türkləri təşkil edir. Türkiyədə ikinci böyük etnik qrup isə
kürdlərdir. Türkiyənin müxtəlif yetlərində çərkəzlər də yaşayır. Türkiyədəki gürcü mənşəli insanlar
əsasən Ordu, Artvin, Samsun rayonları və Mərmərə bölgəsində məskunlaşıb. Onların əksəriyyəti gürcü
dilini bilmir. Ancaq Gürcüstanın müstəqillik qazanmasından sonra bu insanlarda gürcülüyə meyl artıb.
Adabazarı, İzmir və Manisa şəhərlərində bosniyalılar məskunlaşmışdır. sayı təxminən 2 milyondur.
Türkiyədə albanlar və pomaklar da yaşayır ki, onların yarıdan çoxu türkləşib və ana dilini unudub.
Türkiyədəki ərəblər əsasən Siirt, Mardin, Şırnak, Diyarbəkir, Şanlıurfa, Hatay, Adana və İstanbulda
məskunlaşıb. Lazlar əsasən Rizə və Artvinin bir neçə kəndində yaşayırlar. Türkiyədə yaşayan digər
etnik qrupların arasında ən böyüyü qaraçılardır. Bundan başqa, Türkiyədə erməni, yəhudi, yunan,
həmşin və az sayda süryani var.
Suriyada başlayan müharibə suriyalıların vətəninə çevrilib. Tarixin bir çox ağır dönəmlərində
Türkiyə öz vətənindən didərgin düşən, müharibənin əlindən qaçan müxtəlif millətlərin nümayəndələri-
nə qapılarını açıb.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1445
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN NİTQİNİN
İNKİŞAFINDA TƏRBİYƏÇİNİN ROLU
Nərgiz MƏCİDLİ
Qafqaz Universiteti
nmecidli@qu.edu.az
AZƏRBAYCAN
Uşağın psixi inkişafında nitq çox böyük rol oynayır. Lakin, uşaq dünyaya gələrkən nitqi özü ilə
hazır şəkildə gətirmir. Uşağın nitqinin inkişafı əsasən üç istiqamətdə gedir: 1) uşağın söz ehtiyatının
tədricən zənginləşməsi; 2) nitqin fonetik cəhətdən inkişaf etməsi; 3)uşaq nitqinin qrammatik cəhətdən
təkmilləşməsi. Tərbiyə işi düzgün təşkil edildikdə, onun nitqinin inkişafı əsasən dörd mərhələni əhatə
edir və hər bir mərhələ müvafiq yaş dövrünə uyğun şəkildə davam edir. Birinci mərhələ nitqin
inkişafının hazırlıq mərhələsidir ki, bu, uşağın anadan olduğu gündən bir yaşa qədər olan dövrü əhatə
edir. İkinci mərhələ şifahi nitqin inkişafı mərhələsidir. Bu, bir yaşdan üç yaşa qədər olan dövrü əhatə
edir Üçüncü mərhələ şifahi nitqin zənginləşməsi mərhələsidir. Bu dövr üç yaşdan yeddi yaşa qədər
olan dövrü əhatə edir.
Məktəbəqədər yaşlı uşaqlarda fikrini anlatmaq,özünü ifadə etmək bacarlğı bəzən gec formalaşır,
bəzən isə köməksiz formalaşa bilmir. Uşaqlar öz fikirlərini ardıcıl olaraq çatdirmaqda çətinlik çəkirlər.
Uşaqlar anadan olandan etibaren olduqları ilk mekan ailədir. Müəyyən zaman sonra uşaqların ailədən
sonrakı ilk sosial əhatələri bağçada yaranır.
Uşaq bağçasının ən böyük üstünlüyü orada ictimai mühitin, uşaqların yaşıdları ilə ünsiyyət
saxlamaları üçün gözəl imkan və şəraitin olmasıdır
.
Onlar burada yeni biliklər qazanır, sosiallşır,
onlara maraqlı olan suallara burada cavab tapmağa başlayırlar.Məktəbəqədər dövr uşağın çevrəsini
araşdırıb tanımağa çalışdığı, çevrəsi ile əlaqə qurmağa istəkli olduğu, yaşadığı cəmiyyətin dəyər ,
davranış ve alışqanlıqlarını qazanmağa başladığı bir vacib dövrdür. Uşaqların bu dövrdə özlərini,
fikirlərini doğru, sərbəst ifadə edə bilmələri üçün nitqləri aydın, səlis olmalıdır. Lakin bəzi uşaqlarda
bu hal xoşagəlməz ola bilir. Uşaqlar demək istədiklərini ifadə edə bilmir və yaxud deməyə çəkinirlər.
Uşaqlar bağçada demək olarki daha cox tərbiyəçilərlə təmasda olurlar. Onların uşaqlar üzərindəki rolu
olduqca coxdur və əhəmiyyətlidir. Uşaqlarin nitqinin gözəl olması, axıcı olması tərbiyəçidən də
asılıdır. Uşaqların nitqinin inkişaf etdirmək üçün tərbiyəçi məktəbəqədər müəssisədə bir çox üsullara
baş vura bilər. Təbii ki birinci növbədə tərbiyyəçinin öz nitqi, danışma tərzi doğru olmalıdır. Burada
diqqət ediləcək məqamlar olduqca coxdur və önəm kəsb edir.Tərbiyəçinin nitqi uşaqlar üçün
nümunəvi nitq olmalıdır. Çünki uşaqlar hər bir şeyi təqlid edərək öyrənməyi sevirlər. Əgər
tərbiyəçinin nitqində hər hansı bir xoşagəlməz ifadə istifadə olunarsa uşaqlar mütləq onu öz
nitqlərində istifadə edəcəklər. Tərbiyəçi nitqindəki sözləri diqqətlə seçməlidir. O, çalışmalıdırki
istifadə etdiyi sözlər uşaqların yaş səviyyələrinə uyğun olsun, uşaqlara qaranlıq bir şey qalmasın. Əsla
vulgar sözlər istifadə edilməməlidir. Tərbiyəçi həmçinin danışarkən jest və mimiklərdən yerində,
lazımı qədər istifadə etməlidir. Tərbiyəçinin ilk növbədə işi öz nitqini dogru istifadə etməyi bacarmaq
,onu zənginləşdirməkdisə də,ikinci böyük vəzifəsi ona etibar edilən kiçik yaşlı uşaqların nitqini doğru
şəkildə istiqamətləndirməkdir.
Uşaqlar fikirlərini dil vasitəsi ilə ifadə edirlər və təbii olaraq bu bizim ana dilimiz olmalıdır. Dil
insanin ifadə vasitəsidir. Bizim doğma Azərbaycan dilimiz öz zənginlyi , gözəlliyi ilə bizə bu imkanı
yaradır. Uşaqlarda nitq bir anda yaranmır. O zamanla yaranır və formalaşır. Uşaqda nitqin inkiçafı
üçün həvəs oyatamaq lazımdır.Uşaqlara fərqli,maraqlı suallar vermək lazidır.Uşaqları düşünməyə
sövq etmək, həmçinin ətraflı cavab vermələrini istəmək lazımdır. Uşaqlarda kiçik yaşlarında etibarən
zəngin lüğət ehtiyatı formalaşdırmaq lazımdır. Tərbiyəçi bunu müxtəlif yollarda edə bilər.
Nitqin inkişaf etdirilməsində uşaqlara oxunan kitabların əhəmiyyəti olduqca boyükdür. Hər
oxunan yeni kitabda, nağılda,hekayədə uşaq yeni sözlərlə tanış olur. Bəzən hansısa sözün mənasını
başa düşmür. Bu zaman tərbiyəçi yerindəcə o sözün mənasını uşağa açıqlamalıdır. Hələ oxumağı
bacarmayan uşaqlar üçün şəkilli kitablar mövcuddur. Tərbiyəçı oradakı şəkilləri uşaqlara göstərib
uşaqlara suallar verə bilər, onların fikirlərini öyrənə bilər.
Bəzən uşaqda lüğət ehtiyatı mövcud olur, lakin onu istifadə etməyə çəkinir, utanır. Bu zaman
tərbiyəçi çalışmalıdırki uşaqdakı bu problemi aradan qaldırsın. O, belə uşaqlara müxtəlif onların
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1446
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
xoşuna geləcək sualar verməlidir və sona qədər onları səbirlə dinləməlidir. Bəzi hallarda uşaqlar
çəkindikləri üçün cavabları qısa, məzmunsuz şəkildə olur. Tərbiyəçi bu zaman daha geniş cavab
vermələri üçün onlara vaxt verməli ,onları həvəsləndirməlidirlər.
Tərbiyəçi uşaqların nitqini hərtərəfli inkişaf etdirməlidir. Uşaqlar təbiətdə olduqları zaman onlara
ağaclar, fəsillər, heyvanlar, quşlar haqqında suallar verməlidir.Onlar danışdıqca nitqləri
formalaşır,daha da axıcı hala gəlir.
Uşaqların nitqinin formalaşmasında folklor nümunələrimizin də rolu böyükdür. Bəzən uşaqların
nitqində hansısa qüsurlar olur, bəzi hərfləri doğru tələfüz edə bilmirlər. Bu zaman tətbiyəçi məşğələlər
zamanı uşaqlara yaniltmaclar oxuyub onlara təkrarlada bilər. Bu üsulla onlarin nitqindəki problemlər
qismən aradan qalxmış olar. Həmçinin atalar sözləri, laylalar, bayatılar uşaqların nitqinin inkişafında
mühüm təsirini göstərir. Tərbiyəçi uşaqların nitqini inkişaf etdirməklə yanaşı, həmçinin onlarda nitq
mədiyyətini, nitq əxlaqını da formalaşdırılmalıdır. Uşağa başa salmalıdır ki, başqası danışarkən onun
sözünü kəsmək olmaz, başqası danışarkən susub qulaq asmaq lazımdır.
Bütün bunlarla yanaşı tərbiyəçinin üzərinə düşən əsas məsələlərdən biri də uşağı öz səsində və
normal tonda danışmağa alışdırmaqdır. Uşaqlarda düzgün danışığın, ədəbi dilin formalaşmasını əldə
etmək üçün valideynlər, tərbiyəçilər bir sıra amillərə diqqət yetirməlidirlər:
1. Sözlərin düzgün tələffüz qaydasının öyrədilməsi;
2. Uşağın lüğət ehtiyatının zənginləşməsinə ;
3. Öyrədilmiş sözlərdən cümlələr, cümlələrdən isə rabitəli mətn düzəldilməsinə və s.
Uşağın nitqinin inkişafı üç istiqamətdə geidir: birincisi – uşağın söz ehtiyatının get-gedə
zənginləşməsi, yeni sözlər öyrənib bu sözlərdən istifadə etməsi; ikincisi – nitqin fonetik cəhətdən
inkişaf etməsi, yəni uşağın səsləri düzgün tələffüz etmək xüsusiyyətinin inkişaf etdirilməsi; Bu bir
tərəfdən, səsləri düzgün eşitmək, digər tərəfdən isə səsləri düzgün tələffüz etməkdə ifadə olunur.
Üçüncüsü – uşaq nitqinin təkmilləşdirilməsindən ibarətdir. Tərbiyəçi bütün bunları nəzərə alıb,buna
uyğun davranmalıdır.
AUTİZM SİNDROMUNUN ƏLAMƏTLƏRİ
Tünzalə VERDİYEVA
ARTPİ
tunzaleverdiyeva@mail.ru
AZƏRBAYCAN
Uşaq autizminin əlamətlərini, onun digər psixi pozuntulardan fərqini ilk dəfə L.Kanner 1943-cü
ildə yazdığı “Emosional əlaqənin autistik pozuntusu” adlı əsərində göstərmişdir. Bununla da autizm
ayrıca bir xəstəlik kimi diqqəti cəlb etmiş, araşdırılmağa başlanılmışdır. L.Kannerdən bir il sonra,
1944 cü ildə Avstriyalı alim terapevt H.Asperqer autist psixopatiyalı uşaqlardan bəhs edən “Autist
psixopat uşaqlar” adlı əsərini çap etdirir. H.Asperqer L.Kannerdən fərqli olaraq daha sistemli, ətraflı
tədqiqat aparmış, autizmlə bağlı yeni ideyalar irəli sürmüşdür.
Ötən əsrin 80-ci illərinə qədər autizm demək olar ki, yalnız psixiatrlar tərəfindən öyrənilirdi.
Burada isə autizmin başlıca əlamətləri kimi sosial dezadaptasiya və kommunikasiyanın pozulması,
aşağı inkişaf səviyyəsi götürülürdü. Əlbəttə autizmi yalnız klinik göstəricilərə əsasən öyrənmək
kifayət etmirdi. 80-ci illərdən başlayaraq autist uşaqların pedoqoji, psixoloji baxımdan öyrənilməsinə
başlandı. Tədqiqatçılar (E.R.Baenskaya, L.Q.Nuriyeva, O.S.Nikolskaya, A.Françeska və b.) autizmin
ilbəil artmasının müxtəlif səbəbləri olduğunu göstərirlər. Bura elmi-texniki tərəqqinin inkişafı, ətraf
mühitin korlanması, cəmiyyətdə gərginliyin artması, autizmin əlamətlərinin daha dəqiq
müəyyənləşdirilməsi, onun getdikcə daha çox elm sahələri tərəfindən öyrənilməsi və s.aid edilir.
Uşaq autizminin kliniki göstəricilərinə L.Kanner ətrafdakı adamlarla ünsiyyətin zəif olmasını,
hərəkətdə olan əşyalardan qorxmanı, kommunikativ ünsiyyətdən qaçmaq, abstrakt anlayışları başa
düşməməyi, yeni şəraitə düşdükdə, yad adamları gördükdə qorxu hissi keçirməyi və s.aid edirdi.
L.Kanner müşahidələrinə əsasən autist uşaqların valideynlərinin yüksək intelektə malik, lakin
emosional cəhətdən soyuq olduqlarını göstərirdi.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1447
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Hələ 1943-cü ildə uşaq autizminin aşağıdakı kliniki əlamətlərini qeyd edirdi:
-affektiv əlaqə qabiliyyətinin kifayət qədər olmaması;
-ətraf aləmdə olanların sabit, dəyişməz qalmasına can atması;
-müəyyən obyektlərə uyğunlaşma və onlarla çevik davranış;
-kommunikativ ünsiyyətdən çəkinmə;
-yüksək idraki potensial və yaxşı hafizə.
L. Kannerin kliniki müşahidələrinə əsasən göstərdiyi bu əlamətlərə sonrakı illərdə xeyli
düzəlişlər olundu. Tədqiqatçılar (B.Bettelheim, L.Binq, E.Ritva, M.Rutter və b) L.Kannerin autist
uşaqların hökmən yüksək intellektual potensiala malik olmaları fikrini qəbul etmədilər.
M.Rutter autizmin əsas əlamətlərinə aşağıdakıları daxil edirdi:
-uşağın 30 aylığınadək özünəməxsus çətinlikləri;
-intellektual inkişafın səviyyəsindən asılı olmayaraq sosial inkişafın dərindən pozulması;
-uşağın intellektual inkişafından asılı olmayaraq nitq inkişafının ləngiməsi və pozulması;
-heç nəyin dəyişməməsinə cəhd etmə, mühitin və ətrafdakı obyektlərin dəyişməsinə qorxu ilə
yanaşmaq.
B.Bettelheym isə göstərirdi ki, autist uşaqlar heç də həmişə ətraf aləmin dəyişməz qalmasına,
reallıqda olanlarla əlaqədən qaçmağa cəhd etmirlər. E.Ornitz və E.Ritvo uşaq autizminin əsas
əlamətləri kimi motor hərəkətləri və qavrayışın özünəməxsus xüsusiyyətlərini aid edirdi. E.Ornitzə
görə autist uşaqlar yüksək dərəcədə sensor qıcıqlara və reaksiyaya malik olurlar. L.Binq isə autizmin
əsas əlamətləri kimi baş verənlərin birmənalı şəkildə dərk olunmasını, bacarıq və vərdişlərin fəaliyyətə
tətbiq oluna bilməməsini, simvollaşdırmanın son dərəcə məhdudluğunu göstərirdi.
Əksər tədqiqarçılar autizmin bir əlamətinin olmasında vahid mövqe bildirirdilər. Bu, autist
uşaqların birmənalı şəkildə dalğın olmasıdır. Beləliklə, autizmin klinik təsvirində mütəxəssislərin
mövqeyi ziddiyyətlidir. Bu ziddiyyətlərin başlıca səbəbi isə autizmin spesifik xüsusiyyətlərindən irəli
gəlir.
Autist uşaqlar hətta ən yaxın adamlarla, valideynlərlə adekvat ünsiyyətdən qaçırlar. Ətrafdakılara
qarşı belə biganəlik, laqeydlik “ekstremal tənhalıq” hissi yaradırlar. Belə uşaqlar emosional əlaqədən
çəkinir, başqa adamların hisslərini başa düşmürlər. Maraqlı cəhətlərdən biri də ondan ibarətdir ki,
autizmin yüngül formasında olan uşaqlar özlərindən böyük və kiçik uşaqlarla ünsiyyətə girə bildikləri
halda, yaşıdları ilə ünsiyyətə girə bilmirlər.
Autizm geniş mənada yalnız insanlarla əlaqəyə girməkdən çəkinmək deyil, həm də ümumən
reallıqdan ayrı düşməkdir. Autist uşaqların davranışı bir qayda olaraq ziddiyətlidir. Onlar gah süst
olur, ətrafda baş verənlərə maraq göstərmirlər. Bununla belə bəzən çox aktiv, aqressiv olur, istədikləri
şeyə yüksək maraq göstərirlər.
Autizmin ilkin, sadə əlamətləri belə çağalıq dövründən özünü göstərir. Lakin ola bilsin ki,
ətrafdakılar, hətta valideynlər bu əlamətləri görməsinlər. Autizm özünü 3-5 yaşlardan başlayaraq
təzahür etdirir. Sonrakı dövrlərdə tədricən affektiv potologiya azalır, lakin koqnitiv qüsurlar artır.
Bir sıra tədqiqatçılar (L.Kanner, B.M.Başina və b.) göstərirlər ki, autist uşaqların yaşlaşdıqdan
sonra yalnız 5 %-ində sosial adaptasiya mümkün olur. Onlar yaxşı sosial əlaqə qura bilir, müstəqil
fəaliyyət göstərir və s. 73 % -i başqalarının köməyi olmadan müstəqil yaşaya bilmirlər.
M.Rutterin tədqiqatları göstərir ki, beş yaşınadək nitqə malik olmayan, intellektual göstəricisi
aşağı olan uşaqların sonralar sosial adaptasiyasına ümid çox azdır.
L.Letter apardığı epidemioloji tədqiqatlara əsaslanaraq göstərirdi ki, autist uşaqların İQ
göstəriciləri 70 % dən aşağıdır. L.Binqə görə əqli geriliyi olan uşaqların 20 % -də autizm əlamətləri
olmuşdur.
L.Binqə görə uşaq autizminin klassik əlamətləri ilə yanaşı “ periferik variantı” da vardır. Ehtimal
edilir ki, uşaq autizminin kliniki mənzərəsi onun müxtəlif etiologiya bağlı olmasından irəli gəlir.
Uşaq autizminin etioloji əlamətləri ilə bağlı mütəxəssislər arasında fikir ayrılığı mövcuddur.
L.Kanner uşaq autizminin yaranması səbəblərini valideynlərlə bağlayır. Göstərir ki, belə uşaqların
valideynləri adətən yüksək intellektə və soyuq emosional sferaya malik olurlar. Onun bu yanaşmasını
B.Bettelheym, L.Despert, B.Rank və başqaları da qəbul edir və digər amillərin də olduğunu qeyd
edirlər. Bildirirlər ki, valideynlər bioloji cəhətdən sağlam alsalar da onların uşaqların tərbiyəsi və
qarşılıqlı münasibətlərində problemlər vardır. Adətən belə valideynlər uşaqlarına qarşı dözülməz
dərəcədə tələbkar olur, onların müstəqilliyinə qarşı çıxır, ətraf aləmdə baş verənlər haqqında
|