IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1424
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Hal - hazırki dövrümüzdə cəmiyyətdə insanlar arasında dəyərlərin dəyişdiyini nəzərə alsaq
əxlaqlı, əsl vətənpərvər şəxsiyyət yetişdirməyin çətin bir iş olduğunu deyə bilərik. Buna görə də əxlaq
tərbiyəsi istiqamətində işlər aparan zaman H.Zərdabinin bu sahədəki məsləhətlərini nəzərə almaq,
onlara əməl etmək lazımdır.
HEYDƏR ƏLİYEV İRSİYYƏTİNİN
MİLLİ-MƏNƏVİ TƏRBİYƏDƏ ROLU
Sevda NAMAZOVA
246 saylı məktəb
namazova-71@mail.ru
AZƏRBAYCAN
Elmi biliklərlə yanaşı təlim prosesində milli-mənəvi və bəşəri dəyərlərin də uşaq şəxsiyyətində
formalaşması təmin edilməlidir. Heydər Əliyev irsinin zənginliyindən faydalanmaqla bu kimi
dəyərlərin uşaqlarda aşılanması biz müəllimlərin ən ümdə vəzifəsidir. Heydər Əliyevin sonsuz
məhəbbətlə uşaqları sevməsi, onlara qayğı və diqqət göstərməsi onun əməli fəaliyyətində öz əksini
tapmışdır. Ulu öndər şəxsiyyətinin öyrənilməsində və təbliğində əsas məqsəd məktəblilərdə
dövlətçilik, vətənpərvərlik, qətiyyətlilik, liderlik, zəngin ziyalılıq xüsusiyyətlərini aşılamaqdır. Bu
məqsəddən irəli gələrək uşaqlar üçün həyata keçirdiyi mühüm hadisələrin tarixindən söhbət açaraq
onları bu ruhda tərbiyə etməyə çalışırıq.
İrsiyyət dedikdə bəzən valideynlər tərəfindən müəyyən keyfiyyət və xüsusiyyətlərin uşaqlara
irsən keçməsi nəzərdə tutulur, amma nəzərə almaq lazımdır ki, anadangəlmə əlamətlərin hamısı heç də
irsi əlamət hesab olunmur. Çünki anadangəlmə əlamətlər bir nəsildə müşahidə oluna bilər, lakin
sonrakı nəsilə keçməyə bilər. İrsi əlamətlər isə nəsildən nəsilə ötürülən xüsusiyyətlərlə özünü biruzə
verə bilər. Ona görədə uşaq şəxsiyyətinin inkişafında irsiyyət başlıca rol oynayır. Valideynlərin əxlaqi
keyfiyyətlərini uşaqlar irsən götürmürlər, bu onların böyüdüyü və tərbiyə aldığı mühitdən asılıdır.
Uşaqların təlim və tərbiyəsində əsaslı rol oynayan müəllim gələcək nəslin formalaşmasında, gələcək
cəmiyyətin quruculuğunda əsaslı rol oynayır və onlarda əxlaqi keyfiyyətləri formalaşdırır.
Milli-mənəvi dəyərlər dedikdə isə hər bir millətin özünəməxsus xüsusiyyətləri, milli keyfiyyətləri
nəzərdə tutulur. Milli-mənəvi dəyərlər hər bir Azərbaycanlı üçün əziz və müqəddəs bir söz olmalıdır,
çünki bu dəyərlər bizim mənəvi sərvətimizdir, mənəvi nemətimizdir. Milli mənəvi tərbiyə ilk növbədə
vətəndaşlıq hisslərinin formalaşdırılmasıdır. Yaşadığın ölkənin vətəndaşı olmaq üçün isə vətənini
sevməlisən, dövlətçiliyinin keşiyində dayanmalısan, doğma dilinə sadiq qalmalısan, tarixini, keçmişini
bilməli və onu yaşatmağı bacarmalısan. Hər bir vətəndaş, ziyalı öz ana dilini üstün tutaraq onun
incəliklərini öyrənməli, bu dildə sərras danışmağı bacarmalıdır. Şagirdlərin milli-mənəvi ruhda tərbiyə
olunması müəllimlərin ən ümdə vəzifələrindən biridir. Çünki hər bir vətəndaş yüksək biliklərə sahib
olmaya bilər, amma vətən torpaqları uğrunda şəhid olub, vətənini yad düşmənlərdən qoruya bilər.
Şagirdləri milli, mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda tərbiyə etmək üçün həmişə Heydər
Əliyev şəxsiyyətinə müraciət edirəm. Ulu öndərin uşaqlar haqqında dediyi aşağıdakı fikirlər tərbiyə
işimizin əsasını təşkil edir. “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə,
böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılıdır” deyən ulu öndər
uşaqların təlim və tərbiyəsinə ciddi yanaşmağı, onlara qayğı və diqqət göstərilməsini xüsusi
vurğulayırdı.
Bu gün biz uşaqları necə tərbiyə etməliyik? Onlara nələri aşılamalıyıq ki, hərtərəfli şəxsiyyət
yetişdirə bilək.
Təbii ki, biz onları planlı və məqsədyönlü şəkildə tərbiyə etməliyik. Uşağı şüurunda və
davranışında ictimai əhəmiyyət kəsb edən keyfiyyətləri aşılamalıyıq. Biz faktlar əsasında nümunələr
gətirməklə, uşaqların inamını qazanaraq onları istiqamətləndirə bilərik. Bu baxımdan Heydər Əliyev
şəxsiyyətinə, Heydər Əliyev irsiyyətinə müraciət edirik. Şagirdlərə aydınlaşdırıram ki, ulu öndər
yenicə müstəqillik qazanmış Azərbaycanın qorunması üçün vətənpərvər olmaqla hamıya nümunə
olmuşdu. Ulu öndər torpaqlarımızın işğaldan azad olunması və qaçqınların doğma yurdlarına
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1425
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
qaytarılmasına hər zaman çalışmışdı. Azərbaycanı hər cür təcavüzlərdən qorumaq üçün güclü ordu
yaratmağa nail oldu. “Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini
təmin edir, orduya da daha çox güc verir, xalqın da öz ordusuna çox etibar etməsinə əsas verir”.
Müharibə şəraitində olduğumuz bir vaxtda şagirdlərin lap kiçik yaşlarından ordu, qəhrəmanlıq,
şəhidlik və sair anlayışlarla tanış etmək mühüm əhəmiyyət kəsb edir.
Ulu öndərin insanlara verdiyi dəyər, elinə-obasına bağlılığı, dilinə, vətəninə sədaqətini mən
həmişə təlim-tərbiyə prosesində uşaqlara aşılamağa çalışıram. Dövlət tədbirlərində, ictimaiyyətlə
münasibətdə olarkən, ona yaxınlaşan yaşlı insanlara xüsusi qayğı və diqqət göstərərdi. Onları səbrlə
dinləyər, hörmət, ehtiram əlaməti olaraq əlllərindən tutardı. Uşaqlarla bağlı tədbirlərdə də şəxsən özü
iştirak edib, həvəslə onların şerlərini, böyük bir sevinclə, fərəhlə mahnılarını dinləyərdi. Gəncləri daha
aktiv, daha fəal olamağa, yenilikləri öyrənməyə səsləyər, onlar üçün müəyyən şəraitlərin
yaradılmasına çalışardı. Bu onun insanlara verdiyi dəyərdən irəli gəlirdi.
Öz elinə, obasına o qədər bağlı bir insan idi ki, həmişə uşaqlıq illərinin xatirələrini dilə gətirir,
uşaqlıq və gənclik illərində tanıdığı insanlar haqqında xoş sözlər danışardı. Hətta özünün ən sevimli
müəllimi Lətif Hüseynzadəyə xüsusi hörmət və ehtiramını bildirərdi.
Uşaqlarda ana dilimizin təbliğinə, vətənpərvərlik hisslərinin aşılanmasına çox diqqət yetirən ulu
öndər “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır,
Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa
çatdıracağam” deyərək öz vətənpərvərlik hisslərinin aliliyini bir daha cəmiyyətdə aşılamaqla çoxlarına
örnək göstərirdi. Bu kimi hisslərin uşaqlarda aşılanmasında müəllimlərin rolunu xüsusi vurğulayan ulu
öndər bu peşənin sahiblərinə hüsn və rəğbətini də təzahür edirdi.
Heydər Əliyev şəxsiyyətinin dahiliyi onun uşaqlara qarşı son dərəcə mərhəmətli olması idi. O,
uşaqlara hədsiz sevgi ilə doğma balası kimi münasibət bəsləyərək, onların təhsilinə və cəmiyyət üçün
yararlı olmalarına çalışardı. Biz müəllimlərdə vətən qarşısında, xalq qarşısında öz vətəndaşlıq
borcumuzu yerinə yetirmək üçün cəmiyyətə yararlı, ulu öndərin davamçıları ola biləcək şəxsiyyətlər
yetişdirməliyik.
M.NAMAZIN “HAMININ GÜNƏŞİ” ƏSƏRİNİN
İNTERAKTİV TƏLİM ÜSULU İLƏ ÖYRƏDİLMƏSİ
Gülyaz ƏLİYEVA
38 saylı Ağdam köçkün tam orta məktəb
aeliyeva5@mail.ru
AZƏRBAYCAN
“Həqiqi dahi o insandır ki, ürəyi hamı üçün döyünür”. Nobel mükafatı laureatı R.Rollanın bu
fikri müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya azərbaycanlılarının fəxri və ümummilli lideri
H.Əliyevin həyat idealını çox dəqiq ifadə edir. Anadan olmasının 93 illik yubileyini fəxr və qürur hissi
ilə qeyd etdiyimiz qüdrətli dövlət xadimi H.Əliyevin ömür yolu nəcib məqsədlərə, işıqlı ideallara,
Vətənə və millətə təmənnasız olaraq xidmətin parlaq nümunəsidir.
Şagirdlərin vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik tərbiyəsində ümummilli lider
H.Əliyevin həyat və fəaliyyətindən bəhs edən əsərlərin xüsusi tərbiyəvi əhəmiyyəti var. Odur ki,
ibtidai siniflərdən başlayaraq şagirdlər bədii nümunələr əsasında ulu öndərin həyat və fəaliyyətinin
müxtəlif anları ilə tanış olur, yuxarı siniflərə keçdikcə bu tanışlıq daha da dərinləşir. Bu tanışlıq nə
üçün lazımdır? Çünki onun həyatı və xalq üçün etdiyi fədakarlıqlar müasir gənclərimiz üçün örnək
götürülməli, bəhrələnməli bir həyat məktəbidir. Ulu öndərin işıqlı obrazı ilə tanış olduqca şagirdlər
vətəni necə sevməyi, əsl vətəndaş olmağı, ana dilini sevməyi və onu bütün incəliklərinə qədər
mükəmməl bilməyi, hər sözü zərgər dəqiqliyi ilə yerli-yerində işlətməyi alovlu vətənpərvər öndərdən
öyrənirlər.
Məsələn, VI sinifdə şagirdlərə dahi rəhbərin həyatının müxtəlif anlarından bəhs edən iki bədii
nümunə öyrədilir ki, bunlardan biri müasir uşaq ədəbiyyatının görkəmli nümayəndəsi M.Namazın
“Hamının günəşi”, digəri isə Ə.Qocayevin “Tanrının ərməğanı” əsərləridir. Hər iki əsər nəqletmə
xarakterli bədii nümunədir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1426
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Yazımızda biz bunlardan biri haqqında danışacağıq. M.Namazın “Hamının günəşi” əsəri ulu
öndərin uşaqlara diqqət və qayğısını göstərmək, uşaqların isə dahi rəhbərə sevgisini ifadə etməklə
yanaşı, ayrı-ayrı hadisələrin proqnozlaşdırılması üzrə bacarıqların inkişafına xidmət baxımından da
əlverişlidir. Bu bacarıq oxu zamanı fəal düşünməyə və müəllifin çatdırmaq istədiyi fikirləri tam
şəkildə aydınlaşdıra bilməyə kömək edir. Bu cür oxu üsulundan istifadə şagirdin fəal oxucu kimi
formalaşmasına yardım edir. .
M.Namazın H.Əliyevin həyatının bir anından, böyük şəxsiyyətin sadəliyindən, uşaqlara, gənc
istedadlara ciddi önəm verməyindən bəhs edən əsəri milli-mənəvi dəyərlərimizə bağlı şəxsiyyətin
formalaşmasında mühüm əhəmiyyətə malik söz sənəti olmaqla yanaşı, həm də kurikulumda və təhlil
strategiyasında önəm verilən interaktiv təlim texnologiyası, İKT vasitələrindən istifadə ilə öyrədilməsi
baxımından da əlverişlidir. Belə ki, bədii nümunənin oxusuna başlamazdan əvvəl müəllim ya İKT
vasitəsi ilə Milli lider haqqında elektron material nümayiş etdirir, ya da texniki imkanlar məhdud
olduqda şagirdlərlə birlikdə bu barədə söhbət aparır, Milli liderin anım gününü xatırladır.
Proqram üzrə bu materialın dekabr ayına düşməsi də təsadüfi deyil.
Əsəri oxumamışdan əvvəl müəllim şagirdlərlə belə bir dialoq apara bilər:
-
Dekabr ayı hansı hadisələrə görə yadımızda qalıb?
-
Sizcə, bizim keçdiyimiz mövzu kimə həsr olunur?
-
Bu haqda proqnoz verə bilərsinizmi?
M.Namazın “Hamının günəşi” proqram üzrə nəqletmə xarakterli əsərlərdən ikincisidir. Bu sinifdə
şagirdlərə nəqletmə xarakterli əsərlər barədə ilk anlayış K.Turanın “Üç nəfərin imtahanı” əsəri
vasitəsilə verilmişdir.
Əsərin oxusuna başlamazdan əvvəl müəllim kiçik bir müsahibə apara bilər:
-
H.Əliyev deyəndə öncə sizin yadınıza düşən, ağlınıza gələn nə olur?
-
Şagird1: – H.Əliyev deyəndə öncə mənim yadıma müstəqil, suveren Azərbaycan və onun
üçrəngli bayrağı düşür.
-
Nə üçün?
-
Çünki hər ikisi məhz H.Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın qurucusu məhz
H.Əliyevdir.
-
Şagird2: - H.Əliyev deyəndə mənim gözlərim önünə nəhəng, böyük, qollu-budağlı, kökləri
torpağın dərin qatlarına qədər gedən çinar ağacı düşür.
-
Nə üçün?
-
Çünki H.Əliyev də gücü, qüvvəti torpaqdan, xalqdan alırdı və onun minlərlə, milyonlarla
davamçısı, vətənini, yurdunu sevən yurddaşı – xalq var idi.
-
Şagird3: - Heydər Əliyev deyəndə mənim yadıma başı qarlı, “qüdrətdən səngərli, qalalı”,
məğrur dağlarımız – Heydərbaba dağı düşür. Çünki o da siyasət aləminin çətinliklərinə dağ
kimi dözdü, xalqını fəlakətlərdən qorudu.
Qısa müsahibədən sonra əsərin oxusu üçün hazırlıq işləri yerinə yetirilir. Müəllim əsəri ucadan
oxuyur. Şagirdlər aşağıdakı cədvəli dəftərlərinə çəkirlər.
P r o q n a z
Əsərdə verilən variant
Şagirdlər proqnozları ucadan səsləndirmədən dəftərlərinə yazırlar. Oxu davam etdikcə II sütundakı
mətndə verilən variant yazılır. Oxudan sonra həqiqətə ən yaxın proqnoz müəyyən edilir.
Həmçinin əsərə uyğun gəlməyən hansı proqnozun doğru olmasını istərdiniz? – sualı şagirdlər
tərəfindən cavablandırılır. Əsərin məzmunu mənimsənildikdən sonra ümumiləşdirilmə aparılır və
ideya çıxarılır. Şagirdlər belə qənaətə gəlirlər ki, dahi rəhbər H.Əliyev uşaqları çox sevirdi; onlara öz
qayğısını əsirgəmirdi. Vaxtının az olmasına, yoğun iş rejiminə baxmayaraq, o, daim uşaqlara vaxt
ayırır, onların tədbirlərində iştirak edir, hər bir uşağı sevindirməyə çalışırdı. Fidan əbəs yerə onu
“hamının günəşi” adlandırmırdı. Çünki H.Əliyev Günəş kimi öz işığını heç kəsdən əsirgəmir, hamının
üzərinə şəfəq saçır, hamını isindirir və bütün qaranlıqları nurlandırır, aydınladırdı. Xəzər kimi, Göy
göl kimi, Şah dağ kimi o da bütün Azərbaycanındır.
H.Əliyev Azərbaycanın milli sərvətidir. Milli sərvət isə heç kimə deyil, bütün xalqa məxsusdur.
Sonra şagirdlər mətnin janrını müəyyənləşdirirlər.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1427
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
M.Namazın “Hamının günəşi” proqram üzrə nəqletmə xarakterli əsərlərin ikincisidir. Bu sinifdə,
yəni VI sinifdə şagirdlərə nəqletmə xarakterli əsərlər barədə ilk anlayış K.Turanın “Üç nəfərin
imtahanı” əsəri vasitəsilə verilmişdir. Həmçinin bundan əvvəl öyrəndikləri əsərlərdə şagirdlər bədii
təsvir vasitələrindən epitet və təşbeh haqqında da ilkin biliklərə yiyələnmişlər. Odur ki, onlar
deklorativ biliklərə əsasən söyləyirlər ki, mətn nəqletmə xarakterlidir. Demək, epik növdədir, kiçik
həcmlidir, bir hadisə nəql olunur. Demək, hekayə janrındadır.
Sonra şagirdlər qeyd edirlər ki, hekayədəki bahar kimi, günəş kimi ifadələri təşbehdir.
Bənzətmənin bir növü olan təşbehdə 4 ünsür olur: Bənzəyən, bənzədilən, bənzətmə qoşması və
bənzətmə vasitəsi. Burada H.Əliyev bənzəyəndir. Günəş bənzədiləndir, kimi isə bənzətmə qoşmasıdır,
bənzətmə vasitəsi isə parlaqlıqdır. Burada bənzətmənin 2 ünsürü iştirak edib. Yaradıcı tətbiqetmə kimi
şagirdlərə mətni öz sözləri ilə davam etdirmək tapşırılır və evə tapşırıq kimi M.Namaz haqqında əlavə
məlumat toplamaq tövsiyə olunur. Müşahidə göstərir ki, şagirdlər Ulu Öndərin həyatından bəhs edən
əsərləri çox böyük maraqla oxuyurlar və dahi rəhbərin işıqlı obrazı onların yadından çıxmır,
şagirdlərin vətənpərvərlik tərbiyəsində çox böyük rol oynayır.
Sonda yazının əvvəlindəki R.Rolanddan gətirdiyimiz sitatı xatırlatmaq istəyirəm: “Həqiqi dahi o
insandır ki, ürəyi hamı üçün döyünür”. H.Əliyev məhz belə insan idi. Ürəyi hamı üçün döyünən –
Hamının Günəşi.
SAĞLAMLIQ İMKANLARI MƏHDUD OLAN KİÇİK YAŞLI
MƏKTƏBLİLƏRİN İNKLÜZİV TƏHSİL ŞƏRAİTİNDƏ
TƏLİMİNƏ VERİLƏN TƏLƏBLƏR
Aynur VƏLİYEVA
Azərbaycan Müəllimlər İnstitutu
veliyeva_86aynur@mail.ru
AZƏRBAYCAN
Cəmiyyət yarandığı dövrdən etibarən sağlamlıq imkanları məhdud insanlar mövcud olmuş və
indiki dövrümüzədək bu həsas mövzu müxtəlif ixtisaslı insanlar tərəfindən işlənmiş və öz aktuallığını
hər dövr üçün saxlamışdır. Ötən əsrlərdə bu cür insanlara qarşı daha qəddar yanaşmalar vardır. Elm və
mədəniyyət sahələrindəki inkişaf sürətlə artdığı müasir dövrdə insanların baxışlarıda müsbət mənada
dəyişmişdir. Yaşadığımız ölkədə də bu insanlara diqqət gündən-günə artır. Onların hər sahədə
qarşılaşdığı problemlər müxtəlif səviyyədə həll edilməyə başlanmışdır. Dövlət səviyyəsində xüsusi
qayğıya ehtiyacı olan insanlar üçün proqramlar hazırlanır.
Təhsil
sahəsində
İslahat
proqramının
demokratikləşdirilməsi,
humanistləşdirilməsi,
differensiallaşdırılması və fərdiləşməsi prinsipləri, təhsil alana şəxsiyyət kimi münasibət bəsləməyi,
onun təlim-tərbiyə prosesində əsas subyektə çevrilməsini, hər bir uşağa daha demokratik yanaşmağı
tələb edir.Bu baxımdan xüsusi qayğıya ehtiyacı olan uşaqlara təhsil imkanı yaratmaq, onların
ailələrinə dəstək vermək vacib məsələlərdən birirdir. Respublikamızda müvafiq qanunvericilik
bazasının yaradılması nəticəsində “Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili”nin təşkilinə əlverişli
zəmin yaradılmışdır. Belə ki, 2001-ci ilin iyulunda prezident Heydar Əliyev tərəfindən “Sağlamlıq
imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”Azərbaycan Respublikası Qanunu qəbul
edilmişdir.Qanunun icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 03.02.05-ci il tarixi ilə
Azərbaycan Respublikasında “Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq ehtiyacları məhdud) uşaqların
təhsilin təşkili üzrə inkişaf proqramı təsdiq edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirinin
25.03.05-ci il tarixli,192 nömrəli əmrinə əsasən İnkişaf Proqramının (2005-2009-cu illər) icrası ilə
əlaqədər fəaliyyət planı işlənib hazırlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 24 oktyabr tarixli nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədlərində dəsağlamlıq imkanları
məhdud insanlarla bağlı nəzərdə tutulan məsələlər bu sənədlərdə öz əksini tapmışdır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1428
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
İnkişaf etmiş ölkələrdə xüsusi qayğıya ehtiyacı olan insanlara baxışlar tam başqadır. Yəni həmin
insanlara “yardım” anlayışı deyəndə birinci mövqədə onlara təhsil vermək nəzərdə tutulur və öz
ayaqları üstündə durmaları üçün müxtəlif peşələr öyrədilərək işlərlə təmin edirlir. Son məqsədə
çatmaq üçün ilk iş bağça və orta məktəblərdən başlanır. Bunun üçün güclü şəkildə sistemli işlər gedir.
Təhsil sahəsində inklüziya anlayışı əsas konsepsiya kimi götürülür.
Kiçik yaşlı məktəblilərin öyrənmə və inkişaf prosesinə bir çox amillər təsir göstərir. Bu fikir həm
tipik, həm də xüsusi qayğıya ehtiyacı olan uşaqlar aiddir. Bu amillərə genetika, anaların doğuşdan
əvvəlki sağlamlığı, doğuş şəraiti, doğuşdan sonrakı sağlamlıq və bioloji vəziyyət, ailələrin təhsil və
maliyyə vəziyyəti, sosial və fiziki aləmlə münasibətləri, bu münasibətlərin onlara göstərdiyi təsirlər və
s. daxildir. Bu amillər bir yerdə uşaqların nəyi və necə öyrəndiyinə, bizim onların inkişaflarına necə
yardım edə biləcəyimizə təsir göstərir.
Hər bir uşağın dərketmə fəaliyyətinin fərdi üslublarını nəzərə almaq və inkişaf etdirmək zəruridir.
Uşaqların hər birini təlimin fəal iştirakçısına çevirmək üçün sinif mühitini onların fərdi təlim üslubları-
na uyğunlaşdırmaq lazımdır. Adi uşaqlar kimi xüsusi qayğıya ehtiyacı olan uşaqlar da müəyyən fərdi
təlim üslublarına malikdirlər (bəziləri eşitmə vasitəsilə daha yaxşı qavrayırlar, bəziləri isə
yoldaşlarının köməyilə və s.). Əsas onu yadda saxlamaq lazımdır ki, sinifdə mühitin əlverişli olması
və hər bir uşağın ehtiyacını ödəməsi, bütün uşaqların təlimdə uğur əldə etmələrinə imkan yaradır.
Müəllimlər uşaqların təlim üslublarını və maraqlarını təhlil etməli və bunun əsasında təlim
prosesini elə qurmalı, elə şərait yaratmalıdırlar ki, uşaqlar eksperimentlər aparmağa, problemlər həll
etməyə həvəslənsinlər. Məşğələlər və mühit uşaqların bütün duyğu üzvlərindən istifadə edə
bilmələrinə yardımçı olmalı, informasiyanı müxtəlif yollarla dərketmələrinə imkan yaratmalıdır.
Sağlamlıq imkanları məhdud olan uşaqlar adi siniflərə daxil edilərkən inkişaf səviyyələrinə görə
bir çox müsbət və arzuedilən təcrübələr əldə edə bilərlər. Lakin, maksimum fayda əldə etmək üçün
müəyyən uyğunlaşdırmaların aparılması, bir sıra strategiyaların istifadə edilməsi vacibdir Sağlamlıq
imkanları məhdud olan azyaşlı uşaqlar daxil olduqları siniflərdə inkişafetdirici mühitin təşkili və
fəaliyyəti ilə bağlı strategiyaları nəzərdən keçirək:
Sinif otaqlarında fiziki mühitin təşkili və materiallardan istifadə;
Sinif otaqlarında sosial mühitin təşkili;
Uşaqların üstünlük verdikləri əşya və fəaliyyətlərin muəyyənləşdirilməsi;
Qaydaların strukturlaşdırılması;
Strukturlu oyun fəaliyyətindən istifadə;
Fiziki mühit və əşyalar
Beləliklə, sağlamlıq imkanları məhdud olan kiçik yaşlı məktəblilərin inklüziv təhsil şəraitində
təliminə verilən tələblər aşağıdakılardır:
Şagirdlər və müəllimlərin bərabər dəyərlərə malik olmasının tanınması;
Şagirdlərin yaşadığı yerlərdə yerləşən məktəblərin mədəni həyatında iştirak etmə
səviyyəsinin artırılması ilə yanaşı onların təcrid olma səviyyəsinin azaldılması;
Məktəbin yaxınlıqda yaşayan şagirdlərin müxtəlifliyinə tam cavab verə bilməsi üçün
məktəbdə aparılan işin metodikasının yenidən qurulması;
Biliklərin əldə olunması və bütün uşaqların iştirakının tam təmin edilməsi yolunda
baryerlərdən azad olmaq. Bu, yalnız əlilliyi və ya “xüsusi təhsilə ehtiyacı” olan şagirdlərə aid deyil;
Manelərin aradan qaldırılması və ayrı-ayrı uşaqlar üçün məktəbin əlverişli olmasının
təhlili və öyrənilməsi, yaxşılaşdırılması ilə bağlı fəaliyyəti. Bütövlükdə uşaqların mənafeyi naminə
islahatlar aparmaq;
Şagirdlər arasınd fərq- bu pedaqji prosesə maneçilik törətməyən, əksinə, ona kömək edən
resurslardır;
Şagirdlərin yaşadıqları ərazidə yerləşən məktəblərdə təhsil almaq hüququnun tanınması;
Həm şagirdlər, həm də müəllimlər üçün məktəbdə vəziyyətin yaxşılaşdırılması;
Yerli icmanın dəyərlərinin formalaşmasında, eyni zamanda akademik göstəricilərin
artırılmasında məktəbin rolunun qəbul edilməsi;
Məktəb və yerli icma arasında bir-birini dəstəkləyən münasibətlərin inkişaf etdirilmsəi;
Təhsildə inklüziyanın, cəmiyyətdəki inklüziyanın bir aspekti kimi qəbul edilməsi.
|